Etiket arxivi: Murad Eloğlu

Gözəllər gözümə baxanda sən gəl…

Gözəllər gözümə baxanda sən gəl…

Ay könül həmdəmim, a pünhan eşqim
Tənhalıq qəlbimi sıxanda sən gəl!
İntizar qovğası, həsrət atəşi
Sinəmi yandırıb yaxanda sən gəl!

Axı sən qayğıma qala bilirsən
Məhəbbət nəğməmi çala bilirsən
Qəmlənsəm könlümü ala bilirsən
Qəmlər can evimi yıxanda sən gəl!

Sən ki anlayırsan ‘düzü’ baxışdan
Eşq ilə alışıb yüzü baxışdan
Birdən ovunaram bəzi baxışdan
Gözəllər gözümə baxanda sən gəl!

Muradam, dözmərəm ülfəti qırsan
Səni səsləyəcəm nə qədər varsan
Eşq ilə alışsam, nalə qoparsam
Ahım səmalara çıxanda sən gəl!

15.05.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Həqiqət anamın sözündə imiş

Həqiqət anamın sözündə imiş

Mən uşaq olmuşam, gec anlamışam
Həqiqət anamın sözündə imiş.
Bala, yalın gəzmə qurbanın olum
Məhəbbət anamın sözündə imiş.

Sözün eşitmədim ürəyin üzdüm
Off deyib düz sözdən, öyütdən bezdim
Cənnəti əlçatmaz məkanda gəzdim
Cənnət öz anamın dizində imiş.

Aydan da arıdır, çeşmədən duru
Günəş parıltısı, dağlar qüruru
Dünyanın ən şəffaf ziyası, nuru
Anamın qırışan üzündə imiş.

Həyatın ləzzəti, ömürün dadı
Ürəyin sevinci, könülün şadı
Əsil məhəbbətin alovu, odu
Anamın o solğun gözündə imiş.

Nazımdan, ədamdan, heç vaxt küsməyib
Ömür bahasına məni bəsləyib
Sevincin, nəşəsin mənə xərcləyib
Kədəri, qüssəsi, özündə imiş.

Muradam, əfsuslar, gec oldum halı
Dili dualıdır, əli şəfalı
İmanın təməli, cənnətin yolu
Anam qədəm qoyan izində imiş.

15.05.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Eloğlu – Qınaq

Qınaq

Ana təbiəti qınadım bəzən
Bahar göyərtdiyin qış solduranda
Ayları, illəri qınayıram mən
Canda təravəti yaş solduranda.

Ruhumu incidir bu nizam, düzən
Sahilə yetişmir hər adil üzən
Bu haqsız gərdişi qınadım bəzən
Qurunun odunu yaş solduranda.

Eloğlu, bəlkədə edirəm günah
Çox işlə barışa bilmədim vallah
Bəs kimi? Bəs kimi qınayım Allah?
Bir insan ömrünü daş solduranda.

08.05.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu yollarda nələr çəkdi başımız

Bu yollarda nələr çəkdi başımız

Nə biləydik o saf duyğu, məhəbbət
Başdan başa kədər imiş əzizim
Acı xatirəyə dönüb bir zaman
Qəlbimizi didər imiş əzizim.

Bu yollarda nələr çəkdi başımız
Unutmadıq, çoxalsa da yaşımız
Qoşa atılmayıb tale daşımız
Zəhmətimiz hədər imiş əzizim.

Bilirəm, əbəsdir bu giley, güzar
Yaradan hərəyə bir qismət yazar
O vaxt inanmazdıq zalım intizar
Ömrümüzdən ötər imiş əzizim.

Eloğlu, qismətmiş belə yaşamaq
Döndü gözümüzdə selə yaşamaq
Bir birinə həsrət ilə yaşamaq
Ölümnəndə betər imiş əzizim.

Nə biləydik o saf duyğu, məhəbbət

Başdan başa kədər imiş əzizim.

05.05.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Eloğlu – Ürəyimi göynədər

Ürəyimi göynədər

Qələbəni yaşadıq.
Amma gör nələr, nələr
Ürəyimi göynədər
Şəhid verdik ağladıq
Boynu bükük körpələr
Ürəyimi göynədər.

Yatanları oyadan
Özün qana boyadan
Qazilərlə qayıdan
Sinələrdə qəlpələr
Ürəyimi göynədər.

Şəhidlər xiyabanı
Vətənin adı, sanı
Fəda eyləyib canı
Daşa dönmüş sipərlər
Ürəyimi göynədər.

Eloğlu, dərdim kalan
Yurdum talandır, talan
Hələ də əsir qalan
Dağlar, daşlar, təpələr
Ürəyimi göynədər.

30.04.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əhləti var bu dünyanın əzizim

Əhləti var bu dünyanın əzizim

Yaşamaq havayı gəlməsin sənə
Zəhməti var bu dünyanın əzizim
Varlıqdan yoxluğa gedən işıqdır
Qəfləti var bu dünyanın əzizim.

Aldatmaq var vərdişində, unutma
Halallıq gəz gərdişində, unutma
Hər əməldə, hər işində unutma
Əhləti var bu dünyanın əzizim.

Bu gün düşün, sabahını cilovla
O gün üçün günahını cilovla
Bacarırsan, tamahını cilovla
Şəhvəti var bu dünyanın əzizim.

Qış qatar hər gələn ‘yaz’ına bil sən
Oğulsan oduna qızına bilsən
Eloğlu, zəhmətlə qazana bilsən
Rəhməti var bu dünyanın əzizim.

25.04.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əzəmətli bir dağ oldun həkim dost

Həkim dost

Şəfalı əlinlə, aqil zəkanla
El yolunda çırağ oldun həkim dost.
Ehtiyac duyanın hayına çatıb
Könüllərdə fərağ oldun həkim dost.

Əl uzatdın ətəyindən tutana
Həmdəm oldun kədərindən batana
Qazandığın hörmətinlə atana
Naz nemətli bir bağ oldun həkim dost.

Dillərdə gəzirsən səxavətinlə
Ellərdə gəzirsən kəramətinlə
Saleh əməlinlə, məsləhətinlə
Çoxlarına dayağ oldun, həkim dost.

Adın kimi təravət var üzündə
Yalan olmaz bir kəlməndə, sözündə
Bu yaşında el obanın gözündə
Əzəmətli bir dağ oldun həkim dost.

Daim öyünmüsən öz zəhmətinlə
Eloğlu fəxr edir bu adətinlə
Sonsuz diqqətinlə, ləyaqətinlə
Dost yolunda sayağ oldun, həkim dost.

21.04.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Öləndə urvatdı ölə biləsən

Öləndə urvatdı ölə biləsən

Oğul, hər varlığın bir yoxluğu var
Dünyanın gərdişin belə biləsən
Baldan da şirindir varı, dövləti
Tapanda qədrini bilə biləsən.

İnsanın yaxşısı, yamanı varmış
Həmdəmin, sirdaşın vəfalı yarmış
Dərdi bölüşəndə dərd azalarmış
Bacarıb qananla bölə biləsən.

Elə yan, elə coş, elə çağla ki
Qəddin əyilməsin o dağlar təki
İşdi, qəhərlənsən elə ağla ki
Özün göz yaşını silə biləsən.

Oğul sözlərimi yaxşı ələ sən
Dinib danışanda olma tələsən
Sağ ikən el qədri bilən ol ki sən
Öləndə urvatdı ölə biləsən.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sənin öz yolun var, mənim öz yolum!

Sənin öz yolun var, mənim öz yolum!

Bir zamanlar xəyallarda uçurduq
Xəyalları biz özümüz uçurduq
Bu fürsəti ikimizdə qaçırdıq
Əbəs qayıtmısan, qurbanın olum
Sənin öz yolun var, mənim öz yolum.

Yenə xatırlatma ötən illəri
Axıtma gözündən qanlı selləri
Sən qaraltdın, mən ağartdım telləri
Ay mənim sinəmdən silinməz xalım
Sənin öz yolun var, mənim öz yolum.

Yaşımız hardadı? Sevgi haradı?
Ürəyim eşqindən para paradı
Axtarma bir daha, unut Muradı
Bu sevgi məhəbbət gecdir a zalım
Sənin öz yolun var, mənim öz yolum.

18.04.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ağlaya bilərəm, peşman olarsan

Peşman olarsan

Gəl məni bənzətmə lal axan çaya
Çağlaya bilərəm, peşman olarsan
Özüm də bilmədən sevən qəlbini
Dağlaya bilərəm, peşman olarsan.

Özün bilirsən ki, sevirəm səni
Ay könül həmdəmim, ömrümün təni
Gördün fikirliyəm, dindirmə məni
Ağlaya bilərəm, peşman olarsan.

Muradam, hər sözüm qətidir, qəti
Aman: ehtiyatla qoru ülfəti
Bir ömür boyunca kin-kidurəti
Saxlaya bilərəm, peşman olarsan.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I