Etiket arxivi: PROZA

ƏLİ BƏY AZƏRİ – ANAMA DEYİN, MƏNİ BAĞIŞLASIN – HEKAYƏ

Əli bəy AZƏRİ – yazıçı-publisist.

ANAMA DEYİN, MƏNİ BAĞIŞLASIN

(hekayə)

Həmin gecə Sərhəd Dəstəsi üzrə cavabdehlik qərargah rəisindəydi. Yaşı yenicə qırxı haqlamış mayor Həmidov gecənin gec saatlarınadək bütün xidmətləri yoxladı. Rabitəçiyə dövlət sərhəddi boyunca ermənilərlə üzbəüz döyüş növbəsində olan bütün sərhəd məntəqələri ilə əlaqə saxlamağı tapşırdı. Hər yerdə xidmətin normada olduğunu dəqiqləşdirdi. Hamısı tikan üstündə oturmuşdular. Yaxın ərazilərdə olan Milli Ordunun qüvvələri Dağlıq Qarabağda döyüşə cəlb olunmuşdu. Əgər ermənilər burda döyüşə girişsəydi sərhədçilər ancaq öz güclərinə qarşısını almalıydılar.

Otağına gəldi, bir şirin yuxu onu çylğalayırdı, neçə günün yorğunluğu canındaydı. Eləcə başını yazı masasının üstünə qoydu. Lap az da olsa, mürgüləmək, gözünün acısını çıxartmaq keçdi könlündən. Nə vaxt yuxuya getdiyindən xəbəri olmadı.

Qapının möhkəm döyülməsindən ayıldı. Hövlnak gözlərini açıb başını yuxarı qaldırdı. Qərargah növbətçisi qapının qabağında dayanıb ona baxır, ağzının açılıb-yumulmasından hiss olunurdu ki, nə isə deyir. Gic kimi olmuşdu, başı ağrıyır, qulaqları uğuldayırdı, heç nə eşitmirdi. Başını silkələyib ayılmağa çalışdı. Sifətinin bir tərəfini masaya söykəmişdi deyə həm qulağı tutulmuşdu, həm də boynu bərk ağrıyırdı. Sifətini ovuşdurdu.

-Başa düşmədim, nə deyirsən? – deyə soruşdu.

-“Kəmərli”də bərk atışmadır, nəsə baş verib, – qərargah növbətçisi kəkələdi.

-Ermənilər hücuma keçib?

-Bilmirəm.

-Komanda-Qərargah Məntəqəsinə get, radistə de, bir də əlaqəyə çıxsın, dəqiqləşdirin, görün nə məsələdir.

-Cənab mayor, əlaqə yoxdur.

-Necə əlaqə yoxdur?

-Bircə deyiblər ki, “Kəpirlik”də döyüş gedir.

-“Kəpirlik”də, yoxsa “Kəmərli”də?

-Mən də elə bildim “Kəmərli”də. Ancaq radist dedi ki, “Kəpirlik”də. Getdi dəqiqləşdirməyə, qayıtdı ki, əlaqə itib.

-Növbətçiyə de, təcili “həyəcan” siqnalı versin. “Ehtiyat qrup” silahlansın, çıxırıq.

-Oldu. – Qərargah növbətçisi qaçaraq getdi.

***

Bu dəfə də kiçik çavuş Mehdiyevin manqası gecə növbəsinə düşmüşdü. Zastavaya gəlişindən İsgəndərin xidmətinə beşinci dəfəydi gecə vətəni dövlət sərhədləri boyunca qoruyanlardan biri olmaq yazılırdı.

Aydın, aylı-ulduzlu bir gecəydi. Səma çox açıq idi, lap süd gecələrindəki kimiydi. Hiss olunurdu ki, səhər buralara xas açıq və qızmar hava olacaq.

İsgəndər mövqeni çavuş Həzrətquliyevdən qəbul etdi.

-Bax haa, buraları da, əsgərlərini də yaxşı qoru. Diqqətli ol, erməni snayperləri işləyir.

-Baxma ki, sən həzrətquluların nəvəsisən, babalarının cəddi səni qoruyur. – İsgəndər həmkarına dolayısı bir atmaca atdı. – Mən də kiminsə qanadı altındayam, nə olsun ki, Mehdi-Zaman babamız ailə qurmayıb, nəsil törətməyib, qeybə çəkilib. – Gözü qarşıdakı qəbiristanlığa sataşdı, indi görürmüş ki, diqqətlə baxdı və əli ilə işarə etdi. – Bir də özünə baxma, mən buraları elə qoruyacam ki, səsi Sərhəd Qoşunlarının hər yerinə yayılacaq.

-Onları qorumağa ehtiyac yoxdu, öz ruhları özlərini qoruyur. – Çavuş Həzrətquluyev eyhamı anladı. – Sən elə burda mövqedə möhkəm dayan, əsgərləri də nahaq snayper gülləsinə tuş gəlməyə qoyma. Bir ayda iki əsgərimiz şəhid olub. Biz çavuşlar qoruya bilməmişik onları…

İsgəndər narahat insan idi, bunu komandirləri də, əsgər və çavuş yoldaşları da tanışlığın ilk günündən hiss etmişdilər. Elə hey vurnuxur, bir yerdə qərar tutub rahatlıq tapa bilmirdi. Bunu hələ Qarayazı Sərhəd Dəstəsinə qədəm qoyduğu gün hərbi hissənin psixoloqu hiss etmiş, bir neçə dəfə onunla bu barədə söhbət aparmışdı. Yekunda onun adını nəzarət tələb edənlər siyahısına yazaraq qərargah rəisinə məlumat vermişdi. “Bir müddət nəzarətdə saxlanılmasını, silahla davranılacaq xidmət növlərinə yazmamağı” xahiş etmişdi. Qərargah rəisi isə onunla razılaşmamışdı.

-Uşaq baxçasında deyilik. Dünən forma geyinənləri posta yazmaq olar, beşinci ildir forma gəzdirən İsgəndəri, deyirsən olmaz? – Etirazını bildirmişdi. – Heç nə olmaz. Qoy, getsin Vətənə xidmət eləsin. Burda qulluq edənlərin heç birindən nə artıq deyil, nə əskik. Burda hamı bərabərdir, hamı da posta durmalıdır, İsgəndər də xüsusən, görmürsən necə boylu-buxunludur, güclüdür. Bu neçə ildə forma geyməyin özü onu formaya salıb.

İsgəndər intizamsızlıq nümayiş etdirdiyindən və zəif oxuduğundan Ali Hərbi məktəbdən çıxarılaraq Sərhəd Qoşunlarında xidmətə göndərilmişdi. Psixoloqla söhbətində o, bunu qəsdən etdiyini boynuna almışdı.

-Yeddinci sinifdə oxuyurdum. Məktəbdə, evdə hər kəs məndən böyüyəndə kim, nəçi olmaq istədiyimi soruşurdu. Bezmişdim əllərindən, bu barədə heç fikirləşmirdim də. Çünki həyatda seçim etməkdə yekun qərarım yox idi. Anamın istəyinə qarşı çıxmadım, Heydər Əliyev adına Naxçıvan Hərbi liseyinə getdim. Orada elə ilk gündən başa düşdüm ki, hərbi həyat mənlik deyil, adamın azadlığını boğur. İstədiyini edə bilmirsən, istədiyin yerə gedə bilmirsən. Bütün günü hasarın arasında, oxumaq da nəzarət altında, yemək də, yatmaq da, hətta istirahət də… Anamın xətrinə bir müddət dözdüm. 

Anası Nüşabə İsgəndəri təkbaşına böyütmüşdü. Gənc qız vaxtı Əhməd adlı bir oğlanla qarşılaşıb, ilk baxışdan bir-birlərinin xoşuna gəliblər. Onda Əhməd hərbi xidmətdə olub, Nüşabə isə texnikumda oxuyurmuş. Təsadüfdənmi, ya nədənsə rastlaşmışdılar. Nüşabə bunu Tanrının qisməti kimi qəbul etmişdi.

Əhməd aran rayonlarının birində böyüyüb boya-başa çatmış boylu-buxunlu bir gənc idi. Əsgər geyimi ona çox yaraşır, pəhləvan cüssəli göstərirdi. Odur ki, uzun illər Nüşabənin yaddaşında elə beləcə də qaldı.

Nüşabəgilin ailəsi erməni işğalı nəticəsində məcburi köçkün olaraq gəlib şəhərdə sığınacaq tapmışdı. Sığınacaqları çox darısqal olduğundan sıxılır, çarəsizlikdən dözürdülər. Odur ki, Nüşabə qarşısına bir gül ilə çıxan bu gənci taleyinin qisməti olaraq qəbul etdi və tezliklə ailə quracağı, öz evinin olacağı xəyallarında məst oldu. Çox gözləmədilər. Əhməd əsgərliyini bitirən kimi Nüşabə ona qoşulub qaçdı. Toy, cehiz üçün düşünməyə dəyməzdi, təki öz ailəsi olsun. Bir müddət kənddə – Əhmədin ata evində yaşamalı oldular. İşsizlikdən, bir də anası, ərgən bacıları ilə yola getmədiklərindən Əhməd Nüşabəni də götürüb şəhərə gəldi. Nüşabənin valideynlərinin dəstəyi ilə bir neçə il birtəhər yaşadılar. Əhmədin xasiyyətinin dəyişkənliyindən tez-tez iş və yaşayış yerini dəyişməli oldular. Bir oğlan övladları oldu – adını İsgəndər qoydular. İsgəndərin iki yaşı olar-olmaz həyatları alınmadı deyə ailə dağıldı. Boşandılar, Əhməd çıxıb Rusiyaya getdi, gözüyaşlı Nüşabə isə atasının evinə qayıtdı. Atasıgil daha sığınacaqda qalmırdılar, torpaq sahəsi alıb ev tikdirmişdilər. 

Nüşabə oğlunu təkbaşına böyütdü, onun hər istəyini, hər arzusunu yerinə yetirdi, ərkəsöyün etdi, azadlığı bol-bol daddırdı. Yarımçıq qalmış arzularını tamamlamaq fikrinə düşdü, oğlunu hərbçi görmək istədi. “Sən mənim general oğlumsan, sənə forma çox yaraşacaq”, deyib boyunu oxşadı. İsgəndər bundan xoşallandı, hər istəyi yerinə yetirildikcə istəkləri çoxaldı, artdı, azadlığı da bol-bol uddu. Nəhayət, yeddinci sinifi bitirən kimi anasının qayğısı ilə Hərbi liseyə düşdü.

Bütün bunları İsgəndər aram-aram psixoloqa danışdı, əməlinə – hərbi məktəbi yarımçıq tərk etdiyinə ürəyində bəraət qazandırdı, bir az rahatlandı.

-Amma mən hərbçi olmaq istəmirdim. Anama qarşı da çıxa bilmirdim. Onun məni necə əziyyətlə böyütdüyünə görə dözürdüm. Bilirdim ki, bir gün buna son qoyulacaq. Ancaq nə vaxt..? Bax, bunu müəyyənləşdirə bilmirdim, qərarsızlığım məni üzürdü. Sadəcə, günümü keçirirdim, nə olurdu, nə baş verirdi, laqeyd yanaşırdım, bir sözlə, yola verirdim. Beləliklə, üç il birtəhər gəlib keçdi. Hərbi liseyi başa vurub Sərhəd Qoşunları Akademiyasına düşdüm. Burada nizam-intizam,  oxumağa görə tələbkarlıq ağlagəlməz dərəcədə yüksək və sərt idi. Özümü itirmişdim, bilmirdim neyləyim. Dözə bilmirdim, sıxılırdım. Hər günü Allahın əzabı ilə birtəhər yola verirdim. İlahi, bura necə yerdi, robot olmaq lazım idi ki, bütün mərhumiyyətlərə dözsün, bütün deyilənləri eləsin. Başa düşdüm ki, bura mənlik deyil. Nəhayət, bir gün anamla sərt danışdım. Ona fikrimin qəti olduğunu, çıxmaq istədiyimi bildirdim. Razılaşmadı, elə telefondaca haray-həşir qopardı, məni general formasında görüb sonra ölmək istədiyini söylədi. Mən isə dərk edirdim ki, bu mümkün deyil. Qətiləşdirib söhbətə son qoymaq qərarına gəldim. “Mən öz həyatımı yaşamaq istəyirəm, ana. Sən mənim taleyimi idarə edə bilməzsən. Mən sənin üçün oyuncaq deyiləm…” dedim. “Nə deyirəm ki… Allah yolunu açıq eyləsin!” Anam bunları söyləyən kimi qəhər onu boğdu, göz yaşları içində hıçqırdı və daha heç nə deyə bilmədi. Biz beləcə ayrıldıq və o gün-bu gün əlaqə saxlamamışıq. Ərizə yazdım, generalın qəbuluna apardılar və Sərhəd Qoşunları akademiyası ilə vidalaşdım. Peşman da deyiləm.

Psixoloq İsgəndərin davranışlarında qeyri-adiliyi hiss edirdi, ancaq bu qeyri-adiliyin hansı mənbədən qaynaqlandığını, necəliyini ayırd etməkdə çətinlik çəkirdi, hansı məcrada inkişafını müəyyənləşdirə bilmirdi. Anormallıqmı, natamamlıqmı, əqli zəiflikmi, iradəsizlikmi, yoxsa nə? Bütün bu suallar psixoloqu da çıxılmaz vəziyyətə salmışdı. Odur ki, qərargah rəisinə bir az səbrli olmağı, hələlik İsgəndəri müstəqil xidmətə çıxarmamağı, nəzarət altında saxlayıb müşahidə etdirməyi məqsəd kimi göstərmişdi. İnsanın, xüsusən də hərbi xidmətdə, kollektiv içində olan insanın xarakterinin, niyyətinin tezliklə açılmayacağını, onu tam aşkar etmək üçün müşahidə və nəzarəti gücləndirməyin vacibliyini psixoloq beş barmağı kimi bilirdi.

İsgəndər ilk günlər döyüş mövqeyində daha çox rahatlıq tapırdı. Bölgü zamanı posta yazılmağı özü xahiş edirdi. Növbədən sonra da heç zastavaya qayıtmaq istəmirdi, əlində əlac olsaydı sıravi əsgər kimi o biri manqa ilə də mövqedə qalardı. Elə gecə-gündüz postda durmaq, durbinlə qarşı tərəfdəki təpənin başında səngərdə oturub silahlarını onlara tərəf tuşlayan erməniləri nəzarətdə saxlamaq keçirdi könlündən. Burada olanda yemək, hətta yatmaq da yadına düşmürdü.

Onların müdafiə mövqeyi kəpirlikdə yerləşirdi, adına “Kəmərəlik postu” deyirdilər. Ermənilər isə üzbəüz yamacda yerləşən kənd qəbiristanlığının yuxarısında “Çılpaq yal” adlanan təpənin başında mövqə tutmuşdular. Kəpirliyin bir hissəsi də qarşı tərəfdəydi, “Çılpaq yal”a çathaçatda yoxa çıxırdı. Burda əvvəllər Milli Ordunun əsgərləri xidmətdə dayanırdılar. Bir aydan bir az artıq olardı ki, sərhədçilər milli ordu əsgərlərini əvəzləmişdilər. Elə İsgəndərin yeni formalaşan sərhəd zastavasına gəlişi də həmin vaxta təsadüf etmişdi.

Aslan kəndi ərazisindən başlayaraq sərhədçilər mövqeləri qəbul etməyə başladılar. Təxminən on gün ərzində gəlib Kəmərli ilə Hacılar kəndləri arasındakı yerə çıxdılar və burda məlum oldu ki, milli ordunun əsgərləri Ermənistanla dövlət sərhəddində deyil, bir neçə yüz metr geridə keşik çəkir. Elə buna görə də mövqelərin təhvil-təslimi hələlik dayandırıldı. Bunları İsgəndər Qarayazı Sərhəd Dəstəsinin qərargahında olarkən eşitmişdi. Onun nəzərincə Milli Ordunun əsgərləri hücuma keçib erməniləri oradan çıxartmalı, dövlət sərhəddini bərpa etməli, sərhədçilərə təhvil verməli idilər. Qərargah rəisi onu manqa komandiri təyin edəndə İsgəndər bu fikirdə olduğunu gizlətməmiş, birbaşa söyləmişdi. Onu diqqətlə dinləyən qərargah rəisi özlüyündə İsgəndərdən razı qalmış, psixoloqun qarasına gileylənmişdi: “Gül kimi çavuşdur, əsl manqa komandiridir, lap böyüklər kimi düşünür. Psixoloq da deyir ki, anormaldır, nə bilim, əqli cəhətdən zəifliyi var, nəzarət tələb edir, müşahidə altında xidmət keçməlidir…”

***

Axırıncı dəfə anası ilə danışanda kursant paqonları ilə təzəcə vidalaşmışdı.

-Salam, ana! – dedi və qəhərləndi. – Məni “təbrik” edə bilərsən. Arzuma çatdım, boyunduruqdan xilas oldum, azadlığa çıxdım. Bir az olar ki, əmrimi oxuyublar. Taboru meydançada düzmüşdülər. Məni dörd yüz nəfərin düzləndiyi cərgənin qarşısına çıxartdılar. Paqonlarımı da cərgənin qabağında sökdülər. Mən indi əsgərəm, bir neçə günə hərbi xidmətə göndərəcəklər. Mənə “yaxşı yol, uğurlar” arzula.

-Üzün ağ olsun! Nə deyə bilərəm?! – Anası da doluxsundu. – Allah yolunu açıq eləsin. Ancaq mən səni belə görmək istəməzdim.

-Taleyin yazısından qaçmaq olmaz, ana. Görünür belə olmalıymış…

-Bizim qaçqın düşməyimizdəmi taleyin yazısıydı? – Anası özünü saxlaya bilməyib coşdu, sanki bütün bu baş verənlərdə günahkar oğlu imiş. – Ermənilərin üstümüzə hücum çəkməsi, dinc əhalini qırması, kəndləri yandırması, elləri dədə-baba torpağından didərgin salması da taleyin yazısıydımı? Atan dibilin işləməməyi, ailəsini dolandırmamağı, bu neçə illərdə sənə bir corab da almamasıdamı taleyin yazısıydı? Di cavab ver, kopoyoğlu, mən bununçünmü sənin yolunda min bir əzab-əziyyətə qatlaşmışam? Mənim zəhmətimi niyə yerə vurdun?

-Əsəbləşmə, ana! – İsgəndər baxdı ki, anası indiyə kimi başına gələnlərin hamısında onu günahkar çıxardacaq, nə hikkəsi var, tökəcək üstünə. – Mən heç nə edə bilmərəm, hamısı Allahın işidir.

-Sən etməliydin. Çox şey etməliydin. Ömrümü çürütdüm ki, sən normal böyüyəsən. Heç nədən korluq çəkməyəsən. Kişi olasan, ər, igid olasan. Mən səni komandir – döyüşçü görmək istəyirdim. General olacağın günün xəyalı ilə yaşayırdım. Sən isə heç birinci kursu da başa vurmadın. Zəhmətimi yerə vurdun.

-Ana, görmürsənmi müharibə aparmağa, torpaqlarımızı azad etməyə imkan vermirlər. Döyüş olmursa, mən necə döyüşçü ola bilərəm? Yoxsa heç nəyə baxmazdım, qabağıma çıxan erməniləri biçə-biçə gedərdim, taa torpaqlarımızı azad edənə kimi dayanmazdım.

-İndi bunların heç bir mənası yoxdur. – Anası dedi. – Get, əsgər kimi xidmətini elə. Əgər yaxşı-yaxşı fikirləşib yenidən oxumaq istəsən, yaxşı xasiyyətnamə ilə qayıdıb bərpa olunsan, onda məni axtararsan. Yalnız o zaman arxanda duracam.

***

İsgəndər saatına baxdı, dördün yarısına azalırdı. Təxmini götür-qoy elədi, hələ vaxta vardı, tələsmədən əməliyyatı keçirtmək olardı. O, nə tələsmək istəyirdi, nə gecikmək. Tələsib səs-küyə səbəb olacağından qorxurdu, geciksəydi, hava işıqlaşardı, bir iş görə bilməzdi. Bu işi ustalıqla başa gətirəcəyinə inanırdı.

Müdafiə mövqeyinin ən sağ qurtaracağı olan Dikburuna tərəf getdi. Yerişinə diqqət yetirdi ki, görsün səs-küy salmır. İndiki halda olduqca ehtiyatlı yeriməyə öyrəşməliydi. Gecənin bu vaxtı ən sakit zamandı, adicə bir kolun tərpənişi də şaqqıltı sala bilərdi. Bəzi yerlərdə bu vaxta “qulaq quqquldayır” deyirlər. Təbiət o qədər sakit olur ki, ətrafdan heç bir hənirti çəkməyən qulaq öz səsini eşidir, əks-səda verir, yəni quqquldayır.

Dikburun çıxıntısı ilə ətrafı nəzarətdə saxlayan bir yer idi, buradan çox ərazilər müşahidə olunurdu. Tutumu yaxşı olsun deyə elə ilk gündən rabitəni də burda quraşdırmışdılar. Burada Cabir adlı əsgər müşahidə aparırdı. O, bir ildən artıq idi ki, xidmət keçirdi, necə deyərlər, bərkə-boşa düşmüş, sınanmış sərhədçilərdəndi, ölərdi, mövqeyini düşmənə verməzdi. Hərbi xidmətdə əsgərlər əsasən soyadları ilə tanınır, çağrılırlar. Ancaq nədənsə İsgəndər bu qaydanı heç sevmədi, manqasında olanların hamısını adı ilə çağırırdı. Cabir İsgəndərin tezliklə ünsiyyət qurduğu, dostlaşdığı əsgərlərdən biriydi. 

Cabir İsgəndəri hələ aralıdan gələndə görmüşdü, gözü qaranlığa öyrəşdiyindən dərhal tanıdı.

-Cabir, diqqətli olsan, burdan erməniləri nə ilə vura bilərsən? – İsgəndər çatan kimi soruşdu.

Gecənin qaranlığında Cabir bu qəribə suala cavab vermədi, eləcə İsgəndəri süzdü, sözünün canını öyrənməyə çalışdı. “Yenə bu, nə sayıqlayır? Allah göstərməsin, yoxsa bir xatası var?” – deyə fikrindən keçirdi.

-Ara məsafə yeddi yüz metrdən artıq olar. Özün fikirləş, nə ilə dəqiq vurmaq olar. Biz silahları burda öyrənmişiksə, sən elə akademiyada təhsil almısan, bunu bizdən yaxşı bilməlisən.

-Akademiyada nə yatdım ki, nə də yuxu görüm. Dörd ildə öyrənəcəkdik hər şeyi, mən birinci ili başa vuran kimi gəlmişəm.

-Onda… – Cabir sözünün gerisini gətirmədi, İsgəndərin dəymədüşər olduğunu bilirdi, gecənin bu vaxtı manqa komandirinin xətrinə dəyəcəyindən ehtiyatlandı.  – Nə etmək istəyirsən?

-Cabir, biz gedirik qabağa, sən hələlik qalırsan burda. Pulemyot da səndədir, həm ağırdır, özümüzə yük etməyək, həm də sən onunla bizə dəstək olarsan.

-Ciddi sözündür? Zarafat etmirsən ki?

-Qərargah rəisi şəxsən əmr verib.

-Mən onu yaxşı tanıyıram, belə olsaydı, özü gəlib oturardı burda.

-Bu işi gizlin etmək lazımdır, səs-küy salmaq olmaz.

-Onda qoy özü ilə bir əlaqə saxlayım, bu gün Dəstə üzrə cavabdeh odur.

-Olmaz. Ermənilər efiri dinləyə bilərlər.

-Bir azdan məruzə vaxtıdı, üstüörtülü eşitdirərəm.

-Sakitcə deyərsən ki, hər şey öz qaydasındadır, başa düşəcək.

-Biz qəbiristanlığın içi ilə gedəcəyik. Ermənilərin postuna az qalmış qumbara atacam, sonra hücuma keçəcəyik. Gördün ki, atəş açırlar, sən o zaman pulemyotu işə sal. Bax ha, birdən karıxıb bizi vurarsan.

-Narahat olma, siz gedənə kimi hava işıqlaşacaq, görəcəm.

-Onda gəl vidalaşaq, bir şey olsa, haqqını halal elə… – İsgəndər Cabiri qucaqladı.

-Sən lap gerçəklədin e… nə olasıdır. – Cabir əli ilə onun kürəyinə vurub aralaşdı. – Halal olsun.

İsgəndər geriyə qayıtdı. Mövqedə bir-birindən müəyyən məsafədə aralı dayanmış əsgərləri Küptəpənin başına topladı. Hamısı çöməlib oturdular.

-Döyüş əmrini dinləyin, çox vacib bir işimiz var. – dedi.

-Nə döyüş əmri? – Birinci Ərəstun dilləndi. – Gecənin bu vaxtı döyüş əmri hardan çıxdı.

-Sakit ol, səs salma, məni dinlə. Qərargah rəisinin əmridir, mənə şəxsən çatdırıb. Səs-küy salmadan bu gecə yerinə yetirməliyik. Azərbaycanla Ermənistanın dövlət sərhəddi buradan deyil, bax o qarşı təpədəki kəmərəlikdən, “Çılpaq yal”dan keçir. O vaxt ara qarışanda ermənilər bizimkilərdən cəld tərpənib o kəmərəlikdə post qurublar. Bizimkilər də gəlib burada oturublar. Sərhəd Qoşunları buraları Milli Ordudan qəbul edəndə bu məsələ aşkar olunub. İndi biz bu səhvi düzəltməliyik.

-Bu, bizim səhvimiz deyil. – Yenə Ərəstun dilləndi, bu dəfə astadan, pıçıltı ilə dedi. – Niyə bunu milli ordunun əsgərləri eləmədilər? Onlar qarşıdakı təpəni alıb bizə təhvil verməliydilər.

-Bu məsələ bizlik deyil. Bilirsiniz, “Atəşkəs”dən sonra çox keçib, mövqelər dəyişməyib, kim harda idisə, orda da oturub. Beynəlxalq aləmdə səs-küyə səbəb olmaq istəməyiblər. Bunu da elə eləməliyik ki, guppultusu çıxmasın.

-Bəs bizə niyə bu barədə heç nə deməyiblər?

-Məktəbdə deyilik, ordudayıq. Əmr məxfidir, mənə deyilib, mən də indi sizə çatdırıram.

-Biz indi neyləməliyik?

-Sakitcə gedib qarşıdakı təpəni almalı, dövlət sərhəddini bərpa etməliyik.

-Ay-hay. Bu elə asan olsaydı, milli ordunun əsgərləri çoxdan almışdı. Kim gedir getsin, mən getmirəm. – Ərəstun yaxasını qırağa çəkdi.

-Daha kim getmək istəmir? – İsgəndər soruşdu.

Heç kimdən səs çıxmadı.

-Siz əmr nə olduğunu başa düşmürsünüz?

Yenə də dillənmədilər.

-Baxçada, məktəbdə deyilsiniz, ordudasınız. Burda öz gücünüzə arxalanmalısınız, valideynlərimiz belə köməyimizə yetməz. Əmr əmrdir, yerinə yetirilməlidir. İstəyirsən şalvarını batır, istəyirsən ağla, faydası yoxdur. Ölməlisən, ancaq əmri yerinə yetirməlisən.

Susdular, bir kəlmə belə demədilər.

-Başa düşün! Mən sabah qərargah rəisinə deyə bilmərəm ki, manqa mənim əmrimi yerinə yetirmədi. Ölərəm, ancaq əmri yerinə yetirərəm.

-Birinci dəfə deyil burda mövqedə dururuq. Bizə bölgüdə əmr olunub ki, burda duraq.

-Bölgüdə Azərbaycan Respublikasının dövlət sərhəddi deyildi, bura yox. – İsgəndər qəzəblənmişdi, dodaqları səyriyirdi.

-Bizə bura dövlət sərhəddi kimi göstərilib.

-Yaxşı, nə deyirəm ki… Vaxtı itirə bilmərəm. Əməliyyata mən tək gedirəm. Əmr yerinə yetirilməlidir. Burdan aşağı düşürəm, dərəni keçib qəbiristanlıq yolu ilə irəliləyəcəyəm. Qəbiristanlığın baş tərəfinə çatanda çox güman ki, hava bir az işıqlaşar, orda məni görərsiniz. Qumbaraları atıb səngərə girəcəyəm. Orda çox əsgər olmaz, onları qırmağa bir daraq bəs edər. Ancaq sonra deməyin ki, demədi. Gördünüz mən səngərə girdim, qaçaraq köməyə gəlin. Çünki ermənilər mütləq hücuma keçib oranı yenidən almağa çalışacaqlar. Mən tək bir daraq patronla duruş gətirə bilmərəm. Gəlməsəniz, qərargah rəisi bunu sizə bağışlamaz. Biləcək ki, mənə tabe olmamısınız. Odur ki, əməliyyata tək getmişəm. Hamınızı hərbi tribunala verəcək. Ya da özüm qayıdıb “uf” demədən hamınızı güllələyəcəm. Di, salamat qalın.

İsgəndər bunu deyib getdi.

***

Vaxtı itirmək olmazdı, bu iş baş tutacaqdı. İsgəndər beynində hər şeyi dəqiqliklə ölçüb biçmişdi. Burda nə vardı ki..? İndiyə kimi neçə-neçə filmə baxmışdı. Ermənilər çox güman ki, yatmış olacaqdılar. Ehmalca posta yaxınlaşacaqdı, bir qumbara ilə səngərdəkiləri o dünyaya vasil edəcəkdi. Sonra da səngərə girib o tərəfdən üstünə hücum çəkənlərlə vuruşacaqdı. Buna qədər əsgər yoldaşları mütləq köməyə gələrdi. Qoy hamı bilsin ki, “Çılpaq yal” postunu ermənilərdən kim alıb, Dövlət Sərhəddini kim azad edib. Mütləq mükafatı da olacaqdı, bəlkə “Milli Qəhrəman” da verdilər. Yaşayırsansa, ölümünə yaşa, kişi kimi yaşa… Yoxsa, hərbi məktəb oxu, zabit ol, başıaşağı xidmət elə, uzun illər gözlə ki, gəlib general olasan, ya olmayasan… Nə qədər ki, silah əldədir, iş görmək lazımdır. Kimdir bu ermənilər? Niyə hər yerdə at oynadırlar? Paşinyan gəlib Şuşada, Cıdır düzündə kef məclisi qurur, gözəlçələrlə qol-qola yallı gedir, əmlik quzu kababı yeyir, konyak içir. Biz də burda oturub sıyıq yeyirik, kompot-kisel içirik, əslində içimizdəki hikkəni yeyirik, zəhəri içirik.

İsgəndər beynində fikir-xəyal edə-edə gəlib dərəyə çatdı. Dərə sulu idi, bura çay demək olmazdı, ancaq otlaqları suvarmağa suyu çatardı, arx suyu qədərdi. O, çaya yaxınlaşanda iki göyərçin çaydan qalxıb üzü qəbiristanlığa tərəf uçdular.

-Deyəsən, gecikirəm. İşə bax e… səhərin açılmasına hələ çox var, vəhşi təbiət isə oyanıb.

Əyilib əlini suda islatdı. Ovuclarını doldurub üzünə vurdu, sərin su onu xeyli gümrahlaşdırdı. İki ovuc doldurub içdi. “Deyirlər, mələklər göyərçin cildində görünür adamın gözünə… Bu göyərçinlər uçub ermənilərə tərəf getdi. Ermənilər axı müsəlman deyil! Bəlkə qarşıdakı səngərdə oturan ermənilər bizimkilərin övladlarıdır? Nə vaxtsa anaları xəlvətdə… bizimkiləri yanlayıblar…” Qəribə bir gülmək keçdi könlündən.

Qəbiristanlıq ilə getmək çox da asan deyildi. Kortəbii yerləşmiş qəbirlərin arası ilə gediş-gəliş olmadığından cığır da itmişdi. Hər yeri ot basmışdı. Şıqqıltı salmamaq üçün çox asta gedirdi İsgəndər. Qarşısına təzə qəbir çıxmadığından düşündü ki, müharibə başlayandan Hacılar camaatı bura gəlmir, ölənlərini ziyarət etmir. “Bəs ölənlərini aparıb harda dəfn edirlər? Yəqin ki, yeni qəbiristanlıq salıblar. Bəs nə yaxşı ermənilər bu qəbiristanlığı dağıtmayıblar? Bizimkilərdən qorxublar, yoxsa onlar indiyə qəbir saxlamazdılar. Əllərində əlac olsa ayaq basdığımız torpaqda izimizi də kəsib atardılar…”

Qəbiristanlığın ortasına çatanda arxada şaqqıltı eşitdi, tez yerə çökdü. Ehmalca diqqət yetirdi, heç nə görmədi. “Görünür məni qara basır. Qəbiristanlıqda olur belə şeylər… Mənəm də, bayaq göyərçin görürəm, mələk bilirəm… indi də şaqqıltı eşidirəm, gözümə ruh görünür… Erməniləri tərgidib ruhlarla vuruşacam, deyəsən…”

***

Cabir gələndə hamını bir yerdə – Küptəpənin arxasında gördü.

-Burda niyə toplaşmışsınız? – soruşdu.

-İsgəndər yığmışdı.

-Bəs özü hanı?

İsgəndərin getdiyini dedilər, hara getdiyini, niyə getdiyini anlamadıqlarını bildirdilər.

-Necə yəni anlamadınız? Adam döyüş tapşırığını söyləyir.

-Sənə də deyib?

-Elə birinci mənə dedi.

-Vallah, onun başı xarab olub. – Ərəstun bildirdi.

-Başı xarab olubsa, niyə qoyurdun gedirdi?

-O, komandirdi, özü bilər. Tutub saxlamayacaqdıq ki…

-Burda – güllə qabağında hamımız birik. Tutub saxlamalıydınız. Saxlaya bilmirdinizsə, onunla getməliydiniz. Bəlkə, doğrudan qərargah rəisi tapşırıq verib. Özbaşına nağıl uydurası deyildi.

-İndi nə edək?

-Nə etmək fikrindəsiniz?

-Bilmirik.

-Hara getdiyini dedimi?

-Hə.

-Onda bizim vicdanımız necə qəbul edər ki, o, təkbaşına tapşırığı yerinə yetirməyə getsin. Biz isə əl-qolumuzu sallaya-sallaya oturub burda müşahidə edək.

-O, dedi ki, mən səngərə girən kimi köməyə gəlin. Onu gözləyirik.

-Biz burdan ora gedənə kimi ermənilər gəlib onu tikə-tikə doğrayarlar. Mən gedirəm, kim gedirsə, qalxsın.

Ərəstundan başqa hamısı bu sözə bənd imiş kimi ayağa qalxdı.

-Ərəstun, sən qal Dikburundan müşahidə elə. Elə ki, gördün atışma başladı, dərhal pulemyotla bizə atəş dəstəyi ver. Bax ha, birdən səhv salıb bizi vurarsan. Biz ora çatana kimi hava işıqlaşar, hər yeri aydın görərsən. Hələlik efirə çıxma. Biz səngərə girən kimi qərarghaha xəbər elə, qoy onlar da köməyə gəlsinlər.

Cabir qabaqda, digərləri onun arxasınca İsgəndərin dediyi və getdiyi istiqamətdə yol aldılar.

***

İsgəndər qəbiristanlığın sonuna çatanda hiss elədi ki, bərk yorulub. Hava işıqlaşmaq üzrəydi, yol, riz aydın görünürdü. Mişar daşından qoyulmuş başdaşının üstündə oturdu – bu, lap çoxdanın qəbiri idi, nə şəkli, nə yazısı vardı. Dəsmalını götürüb boynunun, sinəsinin tərini sildi. Qumqumasını çıxardıb bir neçə qurtum su içdi. “Mən indi onlara göstərəcəm. Qoy görsünlər ki, analar necə oğullar doğub, Mübariz bu dünyaya tək gəlməyib!” Əyilə-əyilə yoluna davam etdi. İyirmi-iyirmi beş addım atmışdı ki, bir də dayandı. Geriyə boylandı, öz mövqelərini nəzərdən keçirdi, xüsusən də Dikburuna baxdı, orda heç kim gözə dəymirdi. “Görəsən, başları qarışmayıb? Məni yaddan çıxartmayıblar? Köməyə gələcəklərmi?”

Ermənilərin səngəri görünürdü. Səngərin qabağındakı torpaq nəm idi, ya təmizlik işləri görüblər, ya da sərhədçilər gələndən sonra səngərlərini dərinləşdiriblər. “Köpəyuşağı, ehtiyatlanırlar, deməli bizi gözləyirlər. Mən indi sizə göstərərəm…” Diqqətlə baxdı, heç kim gözə dəymirdi. Dayana bilməzdi, irəliləməliydi, dayansaydı bədəni soyuyurdu, elə özü də…

Avtomatı əlinə aldı, birinci patron lülədəydi, yavaşca qoruyucunu açdı, hələlik tək-tək atan vəziyyətə qoydu, patrona qənaət etmək lazımdı. Bir az da irəlilədi. Qumbaranı cibindən çıxardıb əlində tutdu. Bığcıqlarını düzəltdi. Yox, hələ atmaq olmazdı, səngərə gedib çatmazdı. Birdən yadına düşdü ki, ərazidə mina ola bilər. Yerə diqqət yetirdi; heç bir qazıntı-çıxıntı yox idi. Yoluna davam etdi və bir az da sağa tərəf çəkildi, bu tərəf kəmərəliyin qurtaracaşı idi, mina basdırılması istisna hesab olunurdu.

Səngərin lap yaxınına gəldi; on beş, uzağı iyirmi addım qalardı. Ürəyi sürətlə döyünməyə başladı. Bir istədi sürətlə qaçıb səngərə girsin. “Yaxşı, deyək ki, qaçıb girdim səngərə, bəs sonra? Bəlkə elə hamısı bir yerə toplaşıb, siqaret çəkirlər…”

“Kaş, bircə erməni görünərdi… Alnını odlayaydım, o birilər köməyə gələrdi, vəziyyəti bilərdim… Heyf! Qayıdıb Cabiri özümlə götürmədim. Cabir o biriləri kimi etməzdi. Mütləq mənimlə gələrdi. İndi ikimiz rahatca səngəri tutar, ermənilərin anasın ağladardıq… Nə isə…”

“Ya Allah” deyib qumbaranı çəkdi. Bir neçə addım da qabağa getdi ki, dəqiq olsun. Atmağı ilə üzüqoylu yerə yıxılmağı bir oldu. Qoşa partlayışlar lap qulağının dibində oldu. Nə baş verdiyini anlamadı. Dalınca qarşıdakı səngərdən qışqırıq səsləri ucaldı. Aha, deyəsən, səngərə düşmüşdü. Silahlar gurladı; iki, ya üç yerdən atırdılar. Düz qabağında torpağı göyə sovururdu. “Yəqin Cabirdi, pulemyotla mənə dəstək olur…”

İndi hiss elədi ki, nə isə isti bir şey baldırı aşağı axır, dabanında da küt ağrı vardı. Əlini baldırına sürtdü, qan idi. Bu nədir belə? Olmaya Cabirin atdığı güllələrdən biri ona dəyib. Geriyə boylandı, dabanı dağılmışdı, qan axırdı. İndi anladı ki, minaya düşüb. İrəliyə doğru sürünməyə başladı. Beş-altı metri birnəfəsə süründü. Əlli-altmış metrlikdən güllə atırdılar. Qarşıdakı səngərdə sakitlikdi, ya heç kim yox idi, ya da olanlar atılan qumbaradan yaralanıb, ölüblər. Kömək gəlməmiş qaçıb səngərə girmək lazımdı.

İsgəndər qolundakı Fərdi Sarğı Paketini açdı, içindəki piromidol iynəsini çıxartdı, tez hazırlayıb baldırına vurdu. Yaxşı ki, hərbi məktəbdə bunu öyrənmişdi. Arxadan addım səsləri eşitdi. Geriyə boylananda əlli-altmış metrlikdən ona tərəf qaçan Cabiri və digər əsgər yoldaşlarını gördü. Ürəkləndi, var gücü ilə qışqırdı:

-Urrrrrrrraaaaaaaa!…… Biz qalib gəldik….

Ayağa qalxdı, axsaya-axsaya qarşıdakı səngərə tərəf irəlilədi. Səngərin bir addımlığında taqəti kəsildi, üzüqoylu təzə qazılmış torpağın üstünə düşdü. Gözlərini yumub-açdı, aşağıdan on – on beş erməni əsgəri onlara tərəf qaçırdı. Avtomatını onlara tuşlayıb işə saldı.

-Ta… ta…

Dəymədi, nişan ala bilmirdi, gözləri qaralır, başı dumanlanırdı. Avtomatın qoruyucusunu dəyişdi.

-Ta… ta… tatatata….

Ermənilər yerə sərildilər.

-Bax, belə, köpəyuşağı.

-İsgəndər! Gir səngərə… – Cabirin səsi lap yaxınlıqdan gəldi.

Onlar qaçaraq səngərə girdilər, hansısa biri İsgəndəri də çəkib səngərin içinə saldı.

Qarşıdan köməyə gələn ermənilərə qarşı qızğın atışma başladı.

Bu ara Cabir baxdı ki, sol cinahdan onlara güllə atırlar. Bir az diqqət yetirdi, bir əsgər idi, yetmiş-yüz metr məsafədə balaca daşın böyrünə dirsəklənib atırdı. Səngərin qurtaracağından üzüaşağı isə beş əsgər iki yaralını aparırdılar. Əsgər yoldaşlarından kimsə onlara güllə atdı. Güllə daha birini tutdu, üçü birdən yerə dəyib diyirləndilər.

-Onlara dəyməyin, qoyun yaralılarını aparsınlar. Bu birisini vurun.

Özü İsgəndərin yanına qayıtdı, şalvarının bir qıçı bütöv qan içində idi. Əlini onun alnına qoydu, od tutub yanırdı.

-Tez yarasını sarıyın.

-Cabir… anama deyərsiniz… komandir… general… ola…mmadım… şəhid… oldum…

-Yoooxxx! – Cabir qışqırdı. – İndi səni aparacağıq həkimə. Sağalacaqsan, qorxma…

-Lazım deyil. Şəhid… olmaq… hamısından üstündür. Anama deyin, məni… bağışlasın… ona… çox əziyyət vermişəm…    

 Araya sükut çökdü, heç kim bilmirdi neyləsin. Birdən ermənilər tərəfdən atəş səsləri gurladı.

-Bizimkilər gəlir. – Əsgərlərdən kimsə sevincək dilləndi. – Odey kəmərəliyin üstü ilə qaça-qaça gəlirlər. Qabaqdakı, deyəsən, qərargah rəisidi.

-İsgəndər, gözlərini aç, qərargah rəisi özü köməyə gəlir.

Cabir astadan onu silkələdi. Ayılmadığını görüb avtomatını götürdü. Sakitcə qalxıb səngərin üzü ermənilər tərəfinə dirsəkləndi. Ermənilərin yeni dəstəsi gəlirdi, onlara tərəf güllə yağdıra-yağdıra gəlirdilər. Əsgər yoldaşlarının gözü Cabirdə idi, o isə səbrlə gözləyirdi. Ermənilər lap yaxınlaşmışdılar.

-Atəş! – Güllə kimi səsləndi.

Cabir tətiyi çəkdi. Darağın sonuncu patronu atılanadək əlini tətikdən çıkmədi. Ermənilərdən yıxılan yıxıldı, yıxılmayanlar da səndirləyə-səndirləyə hərəsi bir tərəfə qaçıb gizləndi. 

-Bax belə, köpəyuşağı… – Cabirin səsi onlara köməyə gələnlərə tərəf gedib kəmərəlikdə əks-səda verdi. 

20 may 2021, Qazax – Ağstafa  

“Xəzan” ədəbi-bədii jurnalı, N3(34), iyun-iyul 2021, səh.15-21

Müəllif: Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAM HAQQINDA ŞEİRLƏR

Ağdam haqqında şeirlər

AĞAM!.. ADAM!.. AĞDAM!..
“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..
15.11.2020.
Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI

AĞDAM
Ağdam – sehirli bir səs,
Ağdam – muğam məktəbi.
Burda doğulanların
Başqa cür olur təbi.
* * *
Qədirin, Səxavətin,
O Arifin səsidir.
Ağdam Şahmarın sözü,
Familin nəfəsidir.
* * *
Xudu Məmmədov ondan
Aldı könül odunu.
Elmi, ədəbi ilə
Hey ucaltdı adını.
* * *
Şahmalının şux səsi
Yenə Ağdamı öyür.
O şəhid xanəndənin
Səsi də “Vətən” – deyir!
* * *
Səs qalası qalmadı
Əlində yağıların.
Var olsun Allahverdi,
Şirintək oğulların!
Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN DİGƏR YAZILARI

Qələbə günlərində Ağdamlı dostum Afəridə xanımın arzusu ilə yazdığım şeiri diqqətinizə çatdırıram.


MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!
Qaçqın düşdqük, əzab çəkdik aramsız,
Nə zalımmış bu erməni, bu qansız!
Düz iyrimi yeddi ili Ağdamsız,
Bu dünyaya sanki kordum Ağdamım,
Mənim doğma, gözəl yurdum Ağdamım!
* * *
Ayrı düşdün bu illər ki, elindən,
Düşməmisən bir ağdamlı dilindən.
Aldı səni yağıların əlindən,
Baş komandan, şanlı ordum, Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Ürəksizmiş harda olsa vətənsiz,
Baş neyləsin, dil neyləsin bədənsiz?
Anlamıram, bu illəri mən sənsiz,
Necə dözdüm, necə durdum Ağdamım?
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Şükür, dönüb qucağına gəlmişəm,
Sevincimdən ağlamışam, gülmüşəm.
Qiblə sanıb, səni Məkkə bilmişəm.
Yenə səndə binə qurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Uca olsun onun adı, həm şanı,
Min yaşasın Ali Baş komandanı.—*
O bəxş etdi bu payızda xoş anı,
Bu həsrəti başa vurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
Yaşa mənim əzəl yurdum Ağdamım!

*Ali Baş Komandan İlham Əliyev.
21.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI

Kabus qatar“Ağdam qatarı”

2011-ci ildə yazdığım bu şeirin qəhrəmanlarının arzularının bir addımlığında ola biləcəyini təsəvvür belə edə bilməzdim.
Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün, Gəncəyə getmişdik. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qatarla gəlməli olmuşdular. Onlar qaldığımız otelə çatanda Rəşadı heç vaxt görmədiyim ovqatda gördüm. Rəngi qaralmışdı. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Mən adətən onun zarafatlarına alışmışam. Harda olursa, ora pozitiv enerji ötürür. Bu dəfə isə fərqli mənzərə ilə qarşılaşmışdım. Soruşdum ki, nə olub? Dedi, sonuncu dəfə qatarla 25 il öncə Ağdama getmişdim. İndi qatarla gəlmək məni o illərə apardı, yenidən o hisləri yaşadım. Bura çatana qədər əzab çəkdim. 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra da dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, mən özümü Rəşad Məcidin yerinə qoydum və “Ağdam qatarı” (Kabus qatar) adlı şeir yazdım. Şeir populyarlaşdı, Rəşad şeiri oxuyandan sonra dedi ki, elə bil, qatarda mənimlə birlikdə olmusan. O hisləri olduğu kimi, ən xırda detallarına qədər yazmısan.
Beləliklə, “Kabus qatar” şeiri belə yarandı və mən ilk dəfə idi ki, başqa bir adamın təəssuratlarını, yaşantılarını öz təəssuratlarım, yaşantım kimi qələmə alırdım. Özümü o qatarın içində hiss edirdim…

I hissə

Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı…
Gözlərim yol çəkir yol ayrıcında…
İçim başdan-başa gözləmə zalı…
* * *
Uyuyur saçımda izi illərin –
Bir kövrək baxışa, sığala möhtac.
Dolaşıb kələfi xatirələrin –
Üfiqlər dolanbac, yollar dolanbac…
* * *
Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ yolların…
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların…
* * *
Sükuta bürünüb vağzal,
Sükuta…
Bir dil istəyirəm dindirə məni…
Bir əl istəyirəm əlimdən tuta
Ağdam qatarına mindirə məni…
* * *
…Saata baxıram:
«Hələ vaxta var…»,
Bələdçi perronda kölgə tək susur…
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir həsrət kabusu…
* * *
«Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, «qatar Ağdama gedir…»
De, qardaş…
De, «yanlış yazılıb «Gəncə» lövhəsi».
* * *
…Bələdçi biletə baxır sakitcə,
…Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə «Gəncə»di,
biletdə «Gəncə»,
Gözümdə…
«Ağdama gedir bu qatar».
* * *
…Bu qatar Gəncəyə gedir…
Gəncəyə…
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, «təsəlli», – deyə
Dəhlizə boylansam, kupeyə baxsam…
* * *
…Kupe də bənzəyir həmin kupeyə,
Dəhliz də bənzəyir, pəncərələr də…
Elə bu qatarla, elə bu yolla…
Qaçmaq istəyərdim xatirələrdən.
* * *
Kupedə sükut var…
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir…
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.
* * *
Xatirə qoxuyur aldığım nəfəs…
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki səs:
“Bu qatar Ağdama getmir, en, Rəşad!”.
* * *
…Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!
* * *
…Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır…
Qayıtmır geri…
Hər gecə Ağdamdan bir qatar gəlir –
Didərgin ruhlardı sərnişinləri…
Didərgin ruhlardı sərnişinləri….
Gəncə-Bakı, 2011.

II hissə
Ümid var gecənin qaranlığında,
İşıq var…
Seçilmir gecə səhərdən.
Tanrının ən gözəl çılçırağından
Nur yağır…
süslənir minarələr də…
* * *
Bu payız geriyə qayıdıb bahar –
Qürub da görünür bizə dan kimi.
Yurda addım-addım dönür dualar –
Tanrı dərgahına qayıdan kimi…
* * *
Səhər də açılır azan səsiylə –
Hopur yurd yerinə əsgər nəfəsi.
Ağdama xalqımın iradəsiylə
Dəmirdən yol çəkir əsgər çəkməsi…
* *
*
Qarabağ…
Qara bax Murov dağında…
Elə bir zirvədə qar çiçəkləyir –
Min şaxə ayrılır hər budağından
Kəlbəcər yolunda nar çiçəkləyir.
* * *
İndi bütöv elim – bütöv taleyim,
Dünyanın ən gözəl ölkəsindəyəm.
Ən uca zirvəyə könül bağlayan
Üçrəngli bayrağın kölgəsindəyəm.
* * *
Gəlir azan səsi minarələrdən,
Kimsə ahəngini pozmasın, Vətən!
Bayraq pıçıltısı, azan sədası
Başımın üstündə…
Susmasın, Vətən!
* *
*
Sən bizi ümidsiz qoymadın, Allah,
Bilirdik…
Ayrılıq bitəcək bir gün.
Didərgin ruhların keşik çəkdiyi
Ağdama qatar da gedəcək bir gün…

Bakı, 25.11.2020.

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yer üzünün cənnəti-Leyla Yaşar

Leyla YAŞAR – yazar

Yer üzünün cənnəti …
Fərəh taleyi kimi qaranlıga qərq olmuş həyətə girdi . Gözlərinin yaşını silib ,əlləri əsə -əsə qapını açdı. İçəri keçib bir – bir otaqların işıqlarını yandırdı .İllərin köhnəliyini , daşın – divarın nəmişliyini özündə saxlayan bu evdə böyümüşdü Fərəh . Yarıac – yarıtox, əziyyətli amma xoşbəxt bir həyat bəxş etmişdi ona yaradan ..Bəs sonra? O xoşbəxtlik birdən birə niyə uçarı quşa çevrilib uçub getdi görəsən? Nə qədər haraylasa da geri dönmədi?
Fərəhgil ailədə beş nəfər idilər . Ata – anası , bir bacısı ,bir qardaşı vardı Fərəhin .
Var idi , amma indi ?? Xatirəsi acı verdiyi qədər şirin olan bir tale .
Bir gün məktəbdən sevincərək geri dönən Fərəh həyətə girəndə gördüklərindən dəhşətə gəlmişdi .
Kəndlərində məktəb olmadıgından başqa kəndə təhsil dalıyca hər gün kilometrlərlə yol qət edən bu qızcıgazın o zaman yeddi yaşl vardı .Bacı qardaşları balaca olan Fərəh hər gün dərsdən gəlib onları öpüb qoxlayırdı.
Mehriban ,sakit ,kasıb ailədən idi Fərəh Ailədə olan o sevgi ,o mehribançılıq ailənin xoşbəxliyi idi .
Təzə – təzə xəbər yayılmışdı ki , mənfur qonşular müharibəyə başlayıblar.Hər kəs ehtiyyatlı olmaga çalışırdı.
Səhər – səhər anası onun məktəbə getməyini istəməsə də , Fərəh bu gün getməsi üçün icazə istəmişdi.
– Qızım ,bu gün dərsə getmə .Vəziyyət heç ürəkaçan deyil .
– Olar ana,bu gün gedim ? sabah getməyəcəm söz verirəm .
Anası balaca qızcıgazın elmə olan sevgisi qarşısında erimişdi.Qızının gələcəyinin parlaq olacagını hiss edirdi.Ona görədə heç nə deyə bilmədi. Qaçıb anasını öpən Fərəh çantasını götürüb dərsə yollanmışdı.Bu onun ailəsi ilə son görüşü idi .
Evə döndükdə ailə üzvlərinin yerdə qan içində görmək qədər dəhşətli heç nə ola bilməz.Fərəh körpəcə halıyla nələr yaşamışdı o anda ,bir Allah bilir. O da onlarla
” ölmüş” dü.Gah atasının ,gah anasının ,gah körpələrin yanına qaçan zavallı öz balaca aglıyla onlara kömək edirdi. Heç birinin qımıldanmadıgını görən Fərəh qorxmaga başlamışdı artıq .Qaçıb qonşuları Talıb babanı çagırdı.Cavab olmadıgından Nüsrət əmini , Lalə xalanı harayladı . Yox heç kim yox idi . Yaxınlıqda güllə səsləri eşidilirdi . Qorxuya düşüb evə qaçdı . Həyətdə səslər gəlməyə başladı. Balaca pəncərədən çölə baxdı . Əli silahlı əmilər idi . Öz aralarında nəsə danışırdılar . Budur biri evə dogru gəlir . . Fərəh qaçıb sınıq çarpayının altında gizləndi . Evdə salamat heç nə yox idi . Əvvəlcədən evi ələk – vələk etdikləri bəlli idi . Evə girən yaraqlı türkcə o birinə :
– Burda hamıını öldürmüşük , o biri həyətlərə baxaq dedi .
Çıxıb getdilər . Fərəhin ömürünü çalıb getdilər . Xəyallarını , ümüdlərini , taleyini məhv edib getdilər .
Geri qayıdan Fərəh göz yaşlarıyla ürəyini islada – islada sınıx -salxaq bir bel tapıb gətirdi . Uşaqların sevərək oynadıgı yerdə onlara balaca çala qazdı . Qucagına götürüb doyunca öpüb qoxladı . Ətirlərini qəlbinə , beyninə hopdurub balaca əlləri ilə onları bu çalaya qoydu .
Yaşından tez böyümüşdü Fərəh . Hər şeylə maraqlanır , uşaq aglıyla mükəmməl qərarlar verirdi . Çox səbrli , fərqli bir uşaq idi Fərəh . Bəlkədə Tanrı onu əvvəlcədən verəcəyi
bu “ mükafat” a hazırlayırdı.
Burada qalmagın təhlükəli oldugunu da yaxşı bilirdi . Onların üstünü torpaqlayıb yerdə əyləşdi . Sanki yuxuda idi . Dayanmadan hıçqıraraq agladı . Üzü gecəyə gedirdi . Cansız bədənlər yanında qalmaq onu qorxutmaga başlamışdı . Ona görə tez – tələsik onları basdırmalı idi . Birinci atasına yaxınlaşdı . Alnından öpdü . Sonra anasına yaxınlaşıb gözündən öpdü .
Buza dönmüş cəsədlər onu üşütməyə başladı . Onlara qəbir qaza bilməyəcəyini bilirdi . Nə edəcəyini də bilmirdi . Çox çarəsiz qalmışdı . Onları burda qoyub getməliydi . Son dəfə ata – anasının qana bulaşmlş soyuq bədənlərini qucaqladı . Onlara kömək edə bilmədiyi üçün üzr istədi . Arxaya baxmadan kənd boyu qaçdı . Yorulub əlindəki bayaq çarpayının altına girəndə götürdüyü bacısının balaca kuklasını bagrına basaraq agacların arasında oturdu . Qaranlıq düşmüşdü . Kəndi heyvanların səsi götürmüşdü . Onların səsi ilə bərabər ikiayaqlı heyvanların ( ermənilərin) səsi də gəlirdi.
Tale üzünə gülmüşdü bu balaca mübariz qızın . Əsgərlərimiz onu tapıb xilas etmişdilər .
İllərlə vətən eşqi ilə, ata – ana yangısı ilə yaşamışdı Fərəh.
Fərəhi tanıyanlar bu savadlı , talehsiz qızcıgazdan köməklərini əsirgəmirdilər . İllərlə üzərində qaçqın damgasıyla yaşayan Fərəhin bir arzusu vardl . Evlərinə dönmək .
Artıq ali təhsilini də almışdı . Jurnalist idi acı tale yaşayan o balaca qızcıgaz artıq .
Və günlərdən o gün gəldi. 44 günlük , ordumuzun zəfər çaldıgı müharibədən sonra həsrətlə evlərinə gedəcəyi günü gözləyən Fərəhin həsrətinə bu gün son qoyulmuşdu.
Otaqlar 7 yaşında qoyub getdiyi kimi idi . Hər yer dagınıq , sınıq – sökük . Yerə tullanmış əşyalardan bir ikisini qaldırdı . Hamısı nəmişlikdən tələf olmuşdu . İllərin izi vardı üzərlərində . 23 il.. Acılı , agılı, nakam illərin.
Fərəhin yolunu gözləmişdi bu həyətdə, bu kiçik sevgi dolu koma da . Evlərdə o sevginin istiliyi hələ də dururdu. Fərəh hər şeyə bir – bir yaxınlaşıb qoxusunu içinə çəkir, əllərilə sıgallayırdı . Budur anasının kasıb, amma ətir qoxulu yeməklər bişirdiyi mətbəx.. Yerə dagılmış kiflənib yumaga dönən ərzaqlar.
Fərəh həyətə düşməkdən qorxurdu. Ata – anasının cəsədinin necə oldugu bəlli deyildi. Amma o körpələr?..
Əlinə saralmış , amma 23 illik həsrəti özündə saxlayan ailə şəkilləri keçdi. Şəkilə baxıb özünü saxlaya bilmədi. Hönkür – hönkür agladı.
– Ay ana, keşkə mən də sizlə öləydim. Ruhum öldü sizlə. Bax burda basdırdım onu, siz yatan torpaqda .
-Qaçqın olmaq bilirsənmi nədi ay ata? Öz vətənində qaçqın olmaq qədər agrılı heç nə yoxdu .
-Qaçqın adını bizə kim qoydu , ay ana?
– Öz vətənimizdə niyə yad olduq , ay ata?
– Vaqonlarda yaşadıq, çətinliklə yaşadıq , yardımlarla yaşadıq .
Burunumuzda vətən qoxusu, qəlbimizdə vətən sevgisi, ata – ana , bacı – qarda nisgili ilə yaşaqdıq . Öz Vətənimzdə vətənimizi axatardıq . Doguldugumuz torpagımızın həsrətini illərlə çəkdik .
– Bilirininizmi, o qədər taleyimə qarşı çıxdım ki, niyə mən də sizlə ölmədim deyə?
Şəkillərlə danışa – danışa həyətə düşdü. Zərif , zəif əlli, şir ürəkli , 7 yaşlı Fərəhin qazdıgı çalaları axtardı ..Viranə qalmış həyətdə həmən yeri tapdı. Diz çöküb torpagı qoxladı, öpdü. Əllərilə yavaş – yavaş torpagı qazmaga başaldı. Bir möcüzə gözlədi. bir möcüzə.. Axtardı,axtardı uşaqların sümüklərini tapdı . Ürəyi əsə – əsə gətirdiyi torbaya yıgıb maşına qoydu. Kənd məzarlıgında basdıracaqdı .
Geri dönüb yenidən həyətə uzun – uzadı baxdı .baxdı .
– Sagol , mənim uşaqlıgım , sagol mənim varlıgım, sən sadiq oldun .bacı – qardaşımı qorudun …Yer üzününün cənnəti sən idin.. Atamın ,anamın ,bacı – qardaşımın hüzur tapdıgı ,mehribançılıgı , sevgisi ilə isitdiyi gözəl qoxulu Vətənimiz , Cənnət qoxulu torpagım…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kulis.az “İlin hekayəsi” müsabiqəsinə start verir

Kulis.az “İlin hekayəsi” müsabiqəsinə start verir

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

1. Hekayələr bu il (2021-ci ildə) yazılmış olmalıdır.

2. Mövzu və yaş məhdudiyyəti yoxdur. Daha əvvəl dərc olunmuş hekayələr də müsabiqədə iştirak edə bilər.

3. Hekayə qəbulu bu gündən başlayaraq bu ilin dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

4. Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.az saytında dərc olunacaq. Qaliblər təyin olunmuş münsiflər tərəfindən seçiləcək. Münsiflərin adı gizli saxlanılacaq. Qaliblərin adları bəlli olduqdan sonra münsiflər heyətinin də adları açıqlanacaq. Hekayələr münsiflərə anonim imza ilə təqdim olunacaq. Qaliblərdən biri Kulis.az saytının oxucuları tərəfindən seçiləcək.

5. İştirakçılar hekayə ilə birlikdə özləri haqqında məlumatı (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) kulis@lent.az ünvanına göndərməlidirlər. Hekayənin müsabiqə üçün göndərilməsi mütləq qeyd olunmalıdır.

6. Hər iştirakçı yalnız bir hekayə göndərə bilər.

7. Qaliblərin adı 2021-ci il dekabrın 29-da açıqlanacaq. Mükafatlandırma mərasimi həmin gün saat 15.00-da APA Holdinqdə keçiriləcək.

Mükafatlar:

Birinci yerin qalibi – 1000 manat,

İkinci yerin qalibi – 800 manat,

Üçüncü yerin qalibi – 500 manat pul mükafatı ilə mükafatlandırılacaq.

Kulis.az oxucuları tərəfindən onlayn formada seçiləcək qalib isə 300 manat pul mükafatı ilə mükafatlandırılacaq.

Mənbə:edebiyyatqazeti.az

“YAZARLAR”  JURNALI PDF
YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu dəfə “SƏMİMİ SÖHBƏT”in qonağı Leyla Qədirzadədir

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı  Leyla Qədirzadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı Leyla Qədirzadədir. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm.

1. Leyla xanım siz çox orijinal qadınsınız. Başqalarına bənzəməmək çətindirmi?
Çox maraqlı komplimentdir… Əslində başqalarına bənzəməmək, özün olmaqdan asan nə var ki? Sadəcə özün olursan. Amma bir məqam da var – hər bir insan, özü də bilmədən kiməsə bənzəyə bilər. Xüsusilə də, valideynlrinə, nənə-babalarına və s. Bu DNK ilə gələn bənzərlikdir. Təbiidir. Amma hansısa bir məşhura özünü oxşatmaq – ən uğursuz niyyətdir. İstər zahirən, istər daxilən.Çünki hər insan məhz özünəməxsusluğu ilə maraqlıdır.
2. Anlatmaq çətindir yoxsa anlanmaq?
Məncə, hər ikisi eyni dərəcədə. Baxır kimə və nəyi anlatmaq istəyirsən və ya kim tərəfindən anlanmaq istəyirsən. Bəzən bu o qədər müşkül, ən əsası isə lazımsız bir işdir ki, əziyyətinə dəyməz. Qəlbən, ruhən səninlə eyni dalğada olanlar səni yarısözdən anlayacaq. Başqalarına isə vaxt itirməyə dəyməz…
3. Şərqşünas olmaq istəyirdiniz yoxsa tərçüməçi?
Əslində ixtisasım elə iki peşənin simbiozudur, yəni şərqşünas-tərcüməçiyəm. Amma tale elə gətirdi ki, əsasən tərcüməçi kimi fəaliyyət göstərirəm. Özü də fars dilindən deyil, Azərbaycan dilindən rus dilinə və rusdan Azərbaycana. Və bu işi çox sevirəm. Gənc vaxtında hobbi kimi başladığım bir iş sonra çörək ağacım oldu.
Bu günə qədər yadımdadır – ilk tərcümə etdiyim əsər atamın “Haram pul” adlı povesti idi. “Literaturnı Azərbaycan” jurnalında çap olundu. Mən 9-cu va ya 10-cu sinifdə oxuyurdum… Bəlkə, atam məndən çox fəxr edirdi… Məndən çox sevinirdi. Mən isə, açığı, daha çox ilk qonorarıma sevindim. Əməlli bir məbləğ idi. Təxminən 100 rubl. Çox fikirləşdim, ilk qazancımı nəyə xərcləyim ki, yadda qalsın… Evimizin yanındakı Passajda xırda dükanlar var idi. Biri – güzgü mağazası idi. Gözüm çoxdan böyük divar güzgüsünə düşmüşdü, elə 100 rubl idi qiyməti. Nə isə, onu aldım. Elə indi də həmin güzgü durur, koridorda asılıb 
4.Dilləri gözəl bilirsiniz. Bu bir istedaddır yoxsa daimi mütaliə?
Dil öyrənmək çətin iş deyil. Mütaliədən çox canlı ünsiyyət, mühit kömək edir. Axı körpə uşaq, təbii ki, mütaliə etmir, amma böyük adamdan tez dil öyrənə bilir. Özümü tanıyandan iki dildə danışmışam – anamla rus dilində, atamla və qardaşımla Azərbaycan dilində. Atam icazə vermirdi evdə anamdan başqa kiminləsə rus dilində danışaq.
Üstəlik, çox gözəl mühitdə böyümüşəm. Hüsü Hacıyev 19 (indiki Azərbaycan prospekti) ünvanında yerləşən Yazıçılar binasında dünyaya göz açıb boya-başa çatmışam. Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə, İlyas Əfəndiyev, Qabil, Kamal Talıbzadə, Əliağa Kürçaylı, Bayram Bayramov, Qasım Qasımzadə, İsa Muğanna və digər yazıçılar bu binada yaşayırdılar. Biz, uşaqlar yaşıd idik. O vaxt bizlərdən, demək olar ki, heç kim bağçaya getmirdi. Bütün günü həyətdə oynayardıq, yəni lap uşaqlıqdan, dil açandan bir yerdə idik. Atalarımız dost idi, biz də dostluq edirdik. Sanki bir ailə idi Hüsü Hacıyev 19. Ən xoş xatirələrim bu dövr ilə bağlıdır.
Sözümün canı odur ki, yazıçıların uşaqları, təbii ki, öz aralarında da Azərbaycanca danışırdılar. Başqa cür ola da bilməzdi axı.
Rus dilinə gəldikdə… anam rusdur və təbii ki, rus dili də mənə doğmadır. Məktəbdə ingiis dilini keçirdik. Qardaşım şərqünaslıqda oxuyurdu, məndə də fars dilinə həvəs oyandı, məktəbi bitirəndən sonra sənədlərimi Şərqşünaslıq fakültəsinə verdim.
Uzun sözün qısası, dil bilmək – istedad deyil. Savadlı insan bir neçə dil bilməlidir.
5. Necə oldu ki müxtəlif peşələrə yiyələndiniz?
Tale elə gətirdi… İnstitutu bitirəndə “Yazıçı” nəşriyyatında işə düzəldim. O vaxt orada yeni şöbə açmışdılar – ərəb əlifbası ilə kitab nəşri. İxtisasıma uyğun idi. Nəşriyyatın direktoru rəhmətlik Əjdər Xanbabayev, baş redaktoru Sabir Rüstəmxanlı idi. Uzun müdddət redaktor, sonra böyük redaktor kimi çalışdım. Sonra Mətbuat komitəsində (indiki Mətbuat nazirliyi), Gənclik nəşriyyatlnda işlədim… Sonra yenidənqurma başladı, maddi çətinliklər yarandı. Məcbur oldum 2 yerdə işləyim – səhərlər Fars təmayüllü gimnaziyada müəllim, məktəbdən sonra – Günay qəzetində tərcüməçi.
Sonra fəaliyyətimi reklam sahəsiylə bağladım və s. Açığı desəm, müxtəlif peşələrə yiyələnməyim hər zaman maddi durumla bağlı olub. 1-ci həyat yoldaşım 45 yaşında rəhmətə gedib, uşaqlara həm ana, həm ata olmaq məcburiyyətindəydim. Yəni pul qazanmalıydım. Səmimi desəm, səbəb bu idi əslində.
6. Sizin bir şəkliniz məni cəlb etdi bir dəfə. Dərin xəyala dalıb çoox uzaqlara baxırdınız. Olur belə hallar?
Xəyala dalmaq hər adama xasdır, amma mən xəyala dalanda uzaqlara baxmıram. Yəni o qədər romantik deyiləm. Şəkildə, çox güman poz verirdim 
7. Sİz müasir həyatla çox gözəl ayaqlaşa bilirsiniz. Bunu necə bacarırsınız?
Bəlkə özümü daxilən gənc hiss edirəm, ona görə. Gənclərlə daha çox ünsiyyətdə oluram, işləyirəm. Şəxsən mən onlardan çox şey öyrənirəm. Söhbət əlbəttə ki, ziyalı, peşəkar gənclərdən gedir.
8. Nədən inciyirsiniz? Nəyi qəbul edə bilmirsiz?
Əslində təbiətcə çox küsəyənəm. Məktəbdə kimsə, məsələn, müəlimə 1-ci dərsdə mənə acıqlananda ya “4” yazanda axırıncı dərsə qədər ağlayırdım. Məndən asılı deyidi. Nəinki, kiminsə acı sözü, hətta tonu belə məni yaralaya bilər. Sonra həmin an kinolent kimi 1 saat deyil, 1 gün deyil, bir neçə gün gözümün önündə canlanır, məni incidir. Çox əziyyət çəkirəm buna görə. Kobudluğu, tərbiyəzisliyi və namərdliyi (həm kişilərdə, həm qadınlarda) qəbul etmirəm.
9. Sizi aldatmaq olar?
Bəlkə bəxtim gətirib, bilmirəm. Yəni bir o qədər də aldanmamışam. Amma, təbii ki, olar. Hər adamı aldatmaq olar.
10. Sizin rus dilinə etdiyiniz tərcümələr demək olar ki,mükəmməldir.
Təhsili rus dilində almısınız?

Bəli, rus dilində təhsil almışam. Anam da milliyətcə rus olub. Atam məni rus bölməsinə vermək istəmirdi, qardaşım Azərbaycanca təhsil alıb. Burada həlledici məqam o oldu ki, atam məktəbdə keçirilən valideyn iclaslarına getmirdi. Moskvadan gələn anam isə həmin iclaslarda kompleks keçirirdi, çünki o vaxt dili bir o qədər də mükəmməl bilmirdi. Atama dedi ki, onda iclaslara sən gedərsən. Atam razı olmadı. Beləliklə, məni 189 nömrəli məktəbə göndərdilər.
Son vaxtlar bir çox insan rus bölməsinin əleyhinə çıxış edir. Mən düşünürəm ki, insan istənilən dildə təhsil ala bilər. Önəmlisi təhsilin keyfiyyətidir. Bizim məktəb o vaxt çox güclü məktəb idi, çox yaxşı müəllimlərimiz var idi. Ömrümün sonuna qədər onlara borcluyam.
11. Sizin soyadınız Azərbaycanda çoxlarına məlumdur.
Yəni atanız Salam Qədirzadəni hamı tanıyır.
Atanız haqda maraqlı xatirələriniz olmamış deyil…

Atam haqqında o qədər xatirələr var ki… Hər zaman onları təbəssümlə xatırlayıram, amma eyni zamanda çox kövrəlirəm…
Çox incə yumoru var idi. Atam, Əliağa Kürçaylı, Qabil və Mehdi Məmmədovun qardaşı Teymur Məmmədov möhkəm dost idilər. Bir gün Qabilin Nəsimi poeması çapdan çıxır. Kitabı avtoqrafı ilə yaxın dostlarına hədiyyə edir. Ağarəhim adlı bir Buzovnalı kişi var idi, şofer idi. Ədəbiyyatı çox sevirdi. Atamgili tez-tez qonaq çağırırdı, həyat yoldaşı yaxşı qutab bişirirdi. Qabil atama deyir ki, könlümdən qutab keçir, dur gedək Ağarəhimgilə. Elə kitab da bağışlayaram ona, qoy kişi sevinsin. Nə isə, gedirlər. Yolda Qabil deyir ki, “heç bilmirəm kitabda nə yazım Ağarəhimə. Nəsə səmimi bir söz olsun. Məsləhət ver!” Atamda dərhal cavab verir: “Yaz “al kitabı – ver qutabı” Ən səmimisi elə budur.
12. Valideynləriniz əsl sevgi yaşayıblar. Ananız milliyyətcə rus olaraq Salam müəllimə həmişə sadiq həyat yoldaşı olub. Maraqlıdır, onlar necə tanış olublar?
Anam təzə rəhmətə gedib. Çox kövrəlirəm haqqında danışanda…
Tanışlıqları barədə tez-tez danışardı… Atam Qorki adına Ədəbiyyat institutunda oxuyub. Nəbi Xəzri, Əli Kərim, İsa Muğanna ilə bir yataqxanada qalırdılar. Yataqxana Peredelkino qəsəbəsində yerləşirdi. Hər səhər elektrik qatarı ilə Peredelkinodan Moskvaya, instituta gedəndə qatarda bir qız görürdülər, yolboyu kitab oxuyurdu. O, mənim anam idi. Vnukovo kəndindən Moskvaya işə gedirdi. Beləcə qatarda tanış oldular. Anam Bakıya gələndə Səməd Vurğunla görüşünü hər zaman xatırlayırdı. Atamla Yazıçılar İttifaqının pilləkənlərində Səməd Vurğunla rastlaşıblarmış. Atam Səməd Vurğuna deyib ki, tanış olun, mənim həyat yoldaşımdır. Təzəcə evlənmişik, Moskvadan gəlib. O da anama baxıb rusca deyib ki “Lyubov pobedila Rodinu” (Məhəbbət Vətənə qalib gəlib). Anam bu sözləri tez-tez xatırlayardı…
14. Ən çox sevdiyiniz rəng?
Təbiətdə saf, təmiz rəngləri sevirəm – ağacların, otun yaşıl rəngini, göyün, dənizin mavisini. Geyimdə çox şey insanın ovqatından asılıdır. Bəzən heç kimin diqqətini cəlb etmək istəmirsən – boz geyinirsən. Kədərə bürünəndə qara sənə həmdərd olur. Sevinəndə – qırmızı. Ümumiyyətlə, yayda parlaq, əlvan rənglərə üstünlük verirəm.
15. Siz televiziya işçisi olaraq TV kanallarımıza nə tövsiyyə edərdiniz?
İnsanların zövqünü, səviyyəsini inkişaf etdirən verilişlərə üstünlük vermək. Reytinqin dalınca qaçmamaq. Təəssüf ki, baxış sayı, reytinq bu gün həlledici amillərdir. Jvanetskinin bir sözü var idi – “reytinq üçün təkcə ağıllı adam azdır, bizə adamların hamısı lazımdır”. Çalışaq ki, hamı ağılı olsun, zövqlü olsun.
16. Musiqi zövqünüzü televiziyada sizin verilişlərindən müəyyən etmək olur. Amma yenə də bilmək istərdim musiqiyə münasibətiniz.
Musiqini sevməmək olarmı?

O, ruhumuzun səsidir. Sevincimizə, kədərimizə şərik olanımızdır. Bizə təsəlli verənimiz, göz yaşımızı silənimizdir… Bir sözlə, musiqi ruhumuzun dilidir. Onsuz həyat lal olar.
17. Azərbaycan sizin üçün nədir?
Azərbaycan hamımızın qürur yeridir, sevgi yeridir. Atalar sözündə danılmaz həqiqət var – gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşıdır. Başqa ölkəyə gedirsən, orda çox şeylər xoşuna gələ bilər… Amma bir müddətdən sonra darıxırsan, evin üçün, doğma küçən üçün, Vətən üçün darıxırsan. Bir söz də var – Vətəni başqa şeyə görə deyil, ona görə sevirlər ki, o, sənindir, özünküdür, doğmadır.
18.Qələbəmizin ildönümünü necə qeyd etdiniz?
Qələbəmizin ildönümünü bağda qeyd etdik, televizorda bayram verilişlərinə, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun musiqisi, Cəngi, Qarabağ şikəstəsinin sədaları altında Bakıda, Şuşada, möhtəşəm atəşfəşanlığa baxa-baxa. Bu günə qədər keçirdiyim ən möhtəşəm, misli olmayan bayram idi bu. Qürur bayramı.
Çox təntənəli şəkildə keçirdik Zəfər gününü – bir neçə ailə yığışmışdıq bağda – qardaşımgilin ailəsi, uşaqlar öz həyat yoldaşları ilə, qudalarım… Bizə bu günü yaşadan Uca Tanrıya min şükür. Şəhidlərimizin ruhu şad olsun…
19. Sizin arzularınız çox olmalıdır məncə. Ən çox arzu etdiyiniz nədir?
Bilirsiniz, insan cavanlıqda arzularla yaşayır, yaşlaşanda isə daha çox xatirələrlə. Və yaşadığı hər gününə görə Allaha şükür edir. Mənim arzularım indi daha çox uşaqlarımın, nəvələrin gələcəyi ilə bağlıdır. Arzum – onların sağlamlığı, xoşbəxtliyidir.
20. Bütün arzularınız çin olsun. “Səmimi söhbət”in qonağı olduğunuz üçün sizə təşəkkür edirəm . Mənə və oxuculara nə deyərdiniz?
Hər günün qədrini bilin, çünki hər gün ömürdən gedir. Bu, atamın son kitabının başlığıdır. Bu sözləri onun baş daşında da yazdırmışıq.
Dəvətinizə görə təşəkkür edirəm, əziz Təranə xanım.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

LEYLA QƏDİRZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USRAC HAQQINDA

YUSİF DİRİLİNİN YAZILARI

Hər dağda, dərədə izim var mənim!
Zaur Ustacın adı yaradıcı şəxs kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Müxtəlif mövzuda qələmə aldığı şeirlər bir çeşni kimi təbiətin al-əlvan rəngini özündə əks etdirir. Ana təbiətin halı bu şeirlərin leytmotividir. “Hər dağda, dərədə izim var mənim!” – deyən şair könülcə təbitin övladı olduğunu bəyan edir. Onun hər gülünə, tər çiçəyinə, mavi ənginliyinə, şr-şır bulaqlarına, zümrüd meşələrinə, sır-sıra kimi sıarlanmış ucaboylu dağlarına, göy-yaşıl çəmənliklərinə kim heyran olmayıb ki. Şair Z.Ustacın “Sehrinə düşmüşəm, nur ləçəklərin” obrazlı ifadəsi elə-belə, gəlişigözəl söz təki deyilməyib. Anadan olandan ölənədək – olumla-ölümün intervalıdakı qədər biz təbiətin heyranıyıq. Şairin aşağıda sizə təqdim etdiyimz şeirlərində də bu cür heyrani münasibətlər çoxluq təşkil edir, təbiəti öyrənməyə, sevməyə və qorumağa xidmət edir. Bundan gözəl, bundan savab nə iş ola bilər ki?! Əslində hamımız təbiətin övladı olduğumuz və ondan faydalandığımız kimi, onu qorumağı da bacarmalıyıq. Ən azı təqdim edilən yaradıcılıq nümunələri bir örnək kimi bu məqsədə xidmət edir. Uğurlu olsun!
Təqdim edir: Yusif DİRİLİ

İLKİN MƏNBƏ: HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM

YUSİF DİRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tale yükünü daşıyan qadın-Leyla Yaşar

Leyla YAŞAR

Tale yükünü daşıyan qadın

Ah qadın, qadın ..
Qadın anadı, qadın bacıdı,
qadın həyat yoldaşıdı, bibidi, xaladı, nənədi ..
Saymaqla bitməyən vəzifə daşıyan qadın.
Bax, o tində dilənən qadın, yaxşı–yaxşı bax zibil yığan qadın, əri tərəfindən döyülən qadın, övladı tərəfindən atılan qadın, söyülən qadın, pis yola düşən qadın…
Ah qadın, qadın…
Mental dəyərlər zəncirində boğulan qadın. Ər evindən kəfənlə çıxacaqsan deyə valideyinləri tərəfəfindən təhdid ediən qadın, ölsən də bu evə qayıtma, camaat nə deyər deyə sinəsindən geri itələnən qadın, sahib çıxılmayan qadın, namusumuzu kirlətdin deyib qardaşı tərəfindən öldürülən qadın …
Hələ gəl bir az da yaxından bax dostum, o qadın gecəsini gündüzünə qatıb çalışır. Bilirsənmi niyə? Uşaqların saxlamaq üçün. Soruşacaqsan ki, əri yoxdu? Var niyə yoxdu ki? Fərsizin biridi, bu zülm çəkir, o kef çəkir. Hələ o birinə bax əllərinin, ayaqlarının agrısından, zənbilini yerə qoyub oturub dincəlir ki, yenidən yoluna davam etsin. O ayrılıb yoldaşından, aliment ala bilmir. Əri deyir ki, mənim pulum yoxdur, canın cıxardı boşanmazdın. Ta edmir ki, mən səni bezdirdim, xəstə saldım, “öldürdüm”. Deməz axı… Qoy hamı günahı bu biçarədə görsün. Hələ o xısın–xısın danışan qara donlu arvadlara bax. Əziliblər, döyülüblər, sevgidən uzaq “yaşayıblar”. İndi ağıl verirlər ki, sən də bizim kimi döz. Biz dözdük arvad olduq. Elə bilirsən bizim atamıza, anamıza, söyməyiblər, elə bilirsən yağ içində böyrək kimi yaşamışıq? Qocaldıqca düzələcəlkər. Hamı da elə olur. Dözmək lazımdı bala. Elə bilirsən tək uşaq saxlamaq asandı? Adını qoruya biləcəksən? Ağılını başına yığ qayıt evinə, başını sal aşagı bir tikə çörəyini ye.
Niyə, nə üçün? Ölmək üçünmü doğuldumu bu qadın?
Bax o qoca qadını çölə atıblar. 4 oglu var. Zülümlə, əlinin qabarıyla, danlaq götürə-götürə böyüdüb onları. Bu gün atıblar çölə. O biri tərəfdə narkotik çəkən qadına bax, onun yanındakı siqaret tüstülədənə bax, o tində adını pis yola yazdran o gözəl qadına bax…
O tərəfdə 3 körpə uşaqla, uşaqların sayıdan çox zənbillə gələn o çəlimsiz qadına bax.
Sevgisiz yaşayan, özünü şən göstərməyə çalışa , deyib–gülən, qəlbi qan ağlayan qadına bax.
Boynunda qadınlıq damğasını asıb, bu adı nə olursa olsun qoruyub, doğrultmağa çalışan o adı saxlmaq üçün yaşamağa məhkum olan qadın.
Bəxtsiz, tale yüklü qadın…
Aglayıb göz yaşında bogulan qadın..
Qonşuda yenə aləm dəyib bir–birinə. Niyə? Heç ər arvad arasında olan şeydi. Ərinin ixtiyarı var. Arvadı bu gün dırnağına lak çəkib, bunu da qaynana görüb oğluna xəbər verib ki, bunun ipini yığ. Bu gün lak çəkəcək, sabah saçın rənglədəcək, o biri gün pis yola düşəcək. Belələrini biz çox görmüşük bala. Görə–görə gəlirik. Bizim ixtiyarımız nə idi qapıdan başımızı çıxardaq. Nolub bəyəm, pis arvad olmuşuq? Ər də arvadını “başa salır”.
Bax, o biri evdə qız təhsil almaq istəyir. Hər gün içib gələn atasının qeyrət damarı tutub: “Qız uşağı nədi, oxumaq nədi?” Bax o birisində qızın sevdiyi oğlan var. Qardaşı bilib, gedib oglanın payını verib, gəlib bacısını “başa salır”.
Gecə saat 2-də ipə paltar sərən qadındı? bax o gördüyün, uşaqlar indi yatıb, o da durub işini görür, saat 6- da ərini yola salmalıdı .
Bax gecə–gündüz o evdən ağlaşma səsi gəlir. Ana oglunu şəhid verib.
Ah qadın, qadın… Gecələri ağlayan, gündüzləri gülən qadın. Amansız qismətinin üzünə gülən qadın…
Zərif ad altında yaşayan qadın…
Adı qadın, əslində sonuncda arvad olan qadın… Əli qabarlı, üstü unlu, gözü yaşlı qadın… Xoşbəxtlik axtarışında olan qadın, səliqəli görsənməyə çalışan qadın, bütün günü istər evdə, istər işdə çalışan qiymətləndirilməyən qadın. Gecələri yatmayıb təkbaşına uşaq saxlayan qadın, tərbiyə edən qadın, Zülümlə yaşayan amma yaşadan qadın, ev quran qadın… Saymaqla bitməyən, dəyərləndirilməyən ,
yazılmamış vəzifələr…
Sevildiyini düşünüb xəyanət görüb ayrıla bilməyən qadın. Ayrılmağa gücü çatmayan, itirməyə qorxan, yaxınlarının yaxın durmadığı, kişiyə olar deyə cəmiyyətin qınadığı qadın… Bəxtsiz qadın…
Bax indi bildinmi qadın öz tale yükünü öz zərif, zəif çiyinlərində necə əzmlə, şərəflə daşıyır? Əzilərək, döyülərək, söyülərək, alçaldırılaraq “yaşayır”.
Qadınlarımızın qədrini bilək, onlarsız bu həyat heç nədir.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RUHUMUN QONAĞI- LEYLA YAŞAR

Leyla YAŞAR

RUHUMUN QONAĞI
Budur həyət darvazası açıldı. Boylanıram. Gecədi demək olar ki… Hərdən sərin hava üzümə dəyib geri qayıdır. Bir az külək var. Küləyin gətirdiyi cücülər dişləməmiş getmirlər. Onları qova – qova bir gözüm qapıda yerimdə qurcuxuram.
Aha, telefonun işigı yanır. Odu deyəsən. Axsam olanda Kürün qıragına gəzməyə gedir. Bir az hava alıb gəlir. Get gedə yaxınlaşır. Əlində çantası yavaş yavaş yellənir.
– Ay qızım, niyə yatmamısan, tək burda neynirsən?
Maman hanı bəs?
Çagır gəlsin dondurma almışam .
– Ay ata, indiyə mama qalar, çoxdan yatıb. Deyirəm gülürük.
Gəlib əynini dəyişib otururur .
Bir az nəfəs alıb, bir iki dittili öldürüb, uzanir divana.
Nə dondurması almısan, ay ata?
– Togruldan aldım, mamanın xoşu gələndəndi, şokaladlı.
Hə, onun payın qoyum soyuducuya, biz yeyək.
Arada pəncərədən mamamın səsi gəlir, Leyla kimlə danışırsan?
Dilim tutulur, cavab verə bilmirəm.
Üstündən bir az keçir. Oturub həmişəki kimi ata – bala dərdləşirik .
Mən suallar verirəm. O cavabarın: geniş, izahlı…
İnformasıya bazamız doludu bu gün. Çoxdandı görüşmürük axı .
Heç soruşmuram uşaqlar hanı ?
– yatıblar .
Bir az Yusifin diliylə danışırıq.
Deyirəm Yusif denən maşın , deyir ənn … deyib bərkdən gülür.
Səni yaman axtarır, ay ata. Deyirəm gələcək. Deyir o gələ bilmir. İnanmır gələsən .
Ortaya sükut çökür .
44 günlük müharibənin müzakirısinə başlayıram. Fikirləri mənə çox maraqlıdl. Sosial, siyasi, mədəni məsələlərin müzakirəsi bitmirki, bitmir.
Arada dayanıb, a qızım neysən, sən qarışma belə məsələlərə deyir.
Ay ata, elə bil agrımırsan ta?
Başın yelliyir.
Bir az keçir.
Çay içirsən? Təzə suyumizdan qaynatmışam, bəlkə kampot içəsən? Dil bogaza qoymuram. Yox heç nə lazım deyil. Bir az uzanım burda deyib planşeti əlinə alır. Bir az səhfələri çevirib, gözlərini qaranlıga zilləyir. İlqargil yatıb yəqin. Hə. İndiyə adam qalar?
Saat mürgü vurur. Əqrəbin neçənin üstündə dayandıgın seçə bilmirəm.
Bir az meh gəldi deyəsən. Dittili olmasa adam burda yatardı deyib gözünü yenidən planşetə yönəldir. O qapının işigi niyə helə yanır a qızım?
– nolub ki ay ata? Xarab olmuşdu Azad gəlib düzəltdi . Xarab olanda o gəlsə yaxşıdı.
Sükutu pozuram yenə – ay ata, Yusif səni yuxuda görür. Deyir dədə məni dindirmədi. Gülür yenə, denən nadinclik edirsən, səndən küsüb. Elə deyirəm, pis olur. Cıqa neynir ey? ( Aylin) Yusifi döymür? Yusiflə işiniz yoxdu ha! Yusif yaxşı oglandı! Bilsə gəlmisən sevindiyindən bilməz neynəsin. Bəlkə durguzum? Cavab vermir…
Sevdiyi sarı köynəyin geyib. Uzun uzadı üzünə baxıram. Ay ata, onu qoy o tərəfə gəlmişkən bir iki sual verim sənə. Ver, qulagım səndədi. Dayan ey, özün necəsən? – babatam ay ata. Sən yaxşı ol.
Hə saualını ver görək…
Hardaydın ay ata,hara getmişdin?
Elə bildik ölmüsən.sənə yas saxladlq. 10 ay keçib ay ata… bilirdik gələcən, inanmırdıq ölmüsən. Sən gedəndən hər şey qarış quruşdu. Hər gün sənlə dərdləşirəm. Gizlində aglayıram. Amma gəlmirsən. Yaxşı ki, gəldin. Sənlə bərabər çox şeylər getdi. Heç nə demədən, danışmadan qəfil getdin. Gecənin qaranlıgına bürünüb gözünü yumdun. Aparıb qoyduq torpagın altına gəldik. Tez tez ziyarətinə gedirik. Aglayıb, şəklinlə danışıb gəlirik. Yenə də səssizliq. Mən danışıram, o susur… Gecdi çıx yuxarı yat yerində, otaq sərin olar. Kondisioneri işlədirsiniz? Necədi soyudur? Yaxşıdı ay ata, yerin məlum.
Elza xalan necədi? Salam deyərsən? Haqqı çoxdu üsümdə. Bir ara ona da əziyyət verdim. Denən haqqın halal etsin.
Bibin necədi? Gəlib gedir? Yoxluyur sizi?
Mamanın toyuqları necədi? Yumurtlayır? Bişir Yusif yesin. Təzə çolpalar da alıb, ay ata. Bu arvad xoşu gəlir də əziyyət çəkməkdən, denən bax neynirsən.
Bəs ay qızım, maman kimlə qalır?
Gözüm dolur bu suala , indi mən səssiz qalmışam .
Ta gəlmisən ay ata, tək qalmaz. Tək niyə olur ki? Siz varsuz. Bizlə sən birsən ay ata, elə söz danışırsanki?
Bir az fikirə gedir. Düşünürəm, aha deyəsən təsir etdi. Qalacaq.
Gözüm yenə saatdadı. Saatın əqrəbi mürgülüyə – mürgülüyə 05 – in üstünə birtəhər gedib çatıb.
Sükutu o pozur. Qonşular necədi? Gəlib yoxluyan var sizi? – Hə ay ata, sagolsunlar.
Orxan necədi? İşləri necədi? –
Yaxşıdı. Sualdan yayınıram.
Mənə niyə verirsən bu sualları ay ata, sabah görəcən də hamını…
Dur çıxaq yuxarı mənim də yuxum gəldi ay ata, deyib özümü yuxulamış kimi göstərirəm. Bəlkə çıxa evə .
Şəhla xalan necədi?
– Yaxşıdı. Sənin yoxluguna çox pis olur, deyir sayan, axtaran o idi. Arxam dayagım getdi…
Bir iki sual da verir… cavablarım onu bir az hirsləndirsə də təmkinlə, dalıyca gedin ay bala, haqqımı yedirtmiyin deyir. Pis oluram, büruzə vermirəm.
Yaxşı mən gedim. Hara, ay ata? – deyib sanki hayqırıram…
Getməliyəm qızım . İşlərim var ..
Susur , soyuq gözlərində kədərlə ayaga qalxıb sagollaşır . Mamandan mugayat olun, Orxanla mehriban olun, Yusifi incitmə. Yusif yaxşı oglandı!
Son sözün deyib yox olur. Oturub key key baxıram. Divana. Saata, stola stula… yoxdu getdi… niyə saxlaya bilmədim deyib hönkürürəm. Niyə getdin ay ata?
Gözlərimi silib, yanımda mənə yuxulu – yuxulu baxan mamamla, Yusifi görürəm.
Ay mama, atam gəlmişdi, Yusif dədə gəlmişdi. Yazıqlar üzümə baxa baxa qalıb. Özümü topalayıb, üzümə su vurub, bayaqdan atamı keçirdə bilmədiyim evə keçirəm…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Həsrətin izi ilə…

Leyla YAŞAR

Həsrətin izi ilə…

Uzanan , sonu bilinməyən bir yolu əlinə almışdı o bugün . Gedəcək, hey gedəcək , çatacaqdı o yol ayırıcına . 38 il bundan əvvəl ayrıldıgı o sevgi agacının altına . İllər öncə orda bir ömür qoyub gəlmişdi 12 illik sevgi ömürü . 17 yaşında , özüdə bilmədən , gözləmədən birdən – birə qıgılcımdan alova çevrilən adı dastan , özü həyat olan o sevgi 29 yaşında elə o agacın altındaca ümüd dolu bir yuxuya getmişdi .
67 illik ömrünün 12 ilini ömürdən gün sayırdı . Qalan ömürünü sadəcə nəfəs almışdı . 12 illik sevgisini yaşatmaq üçün .
Əlindəki taqətdən düşmüş əsanın torpagın bagrından qopardıgı naləyə qarışan , həzin layla kimi ətrafa illərin sevgisini yayan taqqıltısı qəsəbəni hüzun dolu bir sükuta qərq etmişdi .
Gedirdi , yox getmirdi qanadlanıb uçurdu . İllərdi yeriyə bilməyən ayaqları , əsa tuta bilməyən barmaqları ümüd çıragında isinmiş , sevgi bulagında yuyulmuşdu sanki .
38 il öncə bu qəsəbəni tərk etmişdi , etmişdi yox , tərk etməyə məcbur qalmışdı .
Müharibənin əsən yeli onu özüylə uzaqlara aparmışdı .
Son görüşünü xatırladı. Qovaq acagının altında üz – üzə dayanmışdılar. Gözlər danışır ,dillər susmuşdu. Kədər dolu , ümüdli ayrılıga qol çəkmişdilər o gün.
Xoşbəxt bir uşaqlıgı vardı . Sevgi dolu , hüzur dolu ailəsi , sevdiyi dostları , ən əsası qəlbinin başında yer ayırdıgı , İlknuru vardı .
Ata – anasının ömrü vəfasız oldu . Onu 18 yaşında ailəsiz qoydu . Evin tək oglu idi Ərturqut . Əziz – xələf , sevimli , sevgi ilə böyümüş , ətrafına nur saçan bir oglu .
Ata – anasının vaxtsız ölümü ona həyat dərsi oldu .
İstənilən vaxt ona arxadan zərbə vuracaq qədər qəddar olan bu həyatla dostlaşmaq məcburiyyətində qaldı . Amma yenə də həyat ondan amansız zərbələrini əsirgəmədi .
17 yaşında sevmişdi İlknuru . Yox , yox bu sevgi deyildi əslində .. Ərturqut üçün yeni dogan günəş idi . Sevgi mələyini bulaqda görüb bəyənmişdi Ərturqut . Bulagın saf sularına daha da gözəllik qatan , ürkək baxışlarıyla həyatdan qorxan , amma mübarizə aparmaga hər an hazır olan bu mələyi xatırladırdı İlknur . Ərturqut – qismətimi ilahi yer üzünə endirdi deyə , İlknuru öz həyat yolunun sakininə çevirmişdi .
Ruh əkizi saydıgı İlknuru bir neçə il izləmiş , qəlbində daşıdıgı , nura boyanmış , gözəlliklərə bürünmüş sevgisini etiraf etməyə cürəti çatmamışdı . Və bir gün ..
Özüylə kasıb , çətin tələbəllik illəriylə birgə daşıdıgı sevgisi ilə özündə cürət tapıb İlknurun qəlbinə bir uzun , möhkəm körpü salmaq qərarına gəldi . Tələbə , miskin , İlknura olan münasibətilə özünü dünyanın bəxtəvəri sayan Ərturqut utana – utana da olsa ona qəlbinin açarını verdi . O gün bu gün o açarı geri almadı , daha dogrusu almaq fikirinə düşmədi . O böyük sevgi 12 il sürdü.
İlknurun təhsili , ailəsində ard- arda yaşanan faciələr onların bir birinə baglanan sevgisini rəsmiləşdirilməsi yolunda qara tikana çevrildi .
Nişanlı cütlük toy xəyallarına qərq olarkən , müharibə qartal kimi şıgıdı . Ərturqutu ondan cismən ayırdı.
Çatır artıq , tanıdı , həmən agac . Qocalıb heydən düşmüş , budaqları sınmış , amma onların sevgilərini özündə bir əmanət olaraq saxlayan sevgi agacı . Adlarını yazdıqları qovaq agacı .. Dayanıb nəfəs aldı . Agaca yaxınlaşdı , heysiz qollarıyla onu qucaqladı , yox bu dəfə aglamayacaq .
Budur Ərturuqutu İlknurdan ayıran müharibə geri vermişdi . Bəs gəncliyini, məhv olmuş o gözəl həyatını da qaytara biləcəkdimi?
Müharibə , sonra əsirlik həyatı Ərturqutun beynindən , qəlbindən , ən əsası ruhundan İlknuru qopara bilməmişdi . İlknuru İlknursuz sevmişdi .
Ailə qurmayan Ərturqut qovaq agacına öz acı həyat hekayəsini danışırdı . Yoldan keçən bir agsaqqal onun agılında problem oldugunu düşünüb ona yaxınlaşdı .
Ag saç – saqqal içində nurani sifəti görsənən Ərturqutu görən kimi tanıyan Əlisahib kişi onu qucaqlayıb içini çəkə – çəkə agladı .
– İlknura gəldim , Əlisahib qardaş ! Onu bircə dəfə görə bilsəydim.
Əlisahib hönkürdü .
Tale bizə çox agır zərbə vurdu , Əlisahib qardaş . Bilmirəm bəlkə də həyatda deyil , amma inanıram ki onun sevgisi bax buradadı , agacın köksündə .
Əlisahib aram – aram danışmaga başladı.
– İlknur sən gedəndən sonra hər gün bu agacın altına gəlirdi . Hamı onu bura gələndə şaqqanaq çəkib gülən , gedəndə aglayan görürdü . İllərlə bu agacı özünə sirdaş bildi .
Səndən heç bir xəbər olmadıgını görən cavanlar elçilərini elçi daşının üstündə oturdurdular . Amma İlknur səni gözlədi , ailə qurmadı .Geri dönəcək deyib gördüyün o təpəyə hər gün çıxıb , saatlarla səni gözlədi . Aglamaqdan o gözəl gözləri tutuldu . Bilirsən
nə deyirdi?
– Bir gözki Ərturqutu gözləməyə mənimlə yoldaşlıq etmədi , onun dünyanı görüb – görməməsi mənə lazım deyil . Bəxtiqara İlknurun alın yazısı burada bitdi .
Sənsiz sənli dünyasına gözlərini əbədi yumdu .
Aglamaqdan gözləri şişmiş Ərturqutun son sualı ;
– Məzarına gedə bilərik?
Əlisahibin cavabı onu yerlə – yeksan etdi . Sən onun məzarına gəlmisən , Ərturqut .
– Bax , bu agac onun başdaşıdı . Onu burada dəfn etdik . Öz istəyi idi . Ərturqut mütləq bura gələcək deyirdi .
Torpagı qucaqlayan 67 yaşlı Ərturqut ömrünün qoruyub saxladıgı gözəl , mənalı , sevgi dolu illərini sevgi mələyinin yanında dəfn etdi . Əlisahib kişiyə çeviriilib :
– Mən öləndə məni də burada basdırın dedi.
-Qoy buradan keçən cavanlar bilsinlər ki dastana çevrilən nakam sevgilər bu həyatın qurbanlarıdı . Hər qovuşmayan sevgi arxasında bir həsrət izi buraxır.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Atanın mirası – Leyla Yaşar

Leyla YAŞAR – yazar.

ATANIN MİRASI
Yaşıl adlı qəsəbədə iki qardaş yaşayırdı .Valideyinlərini gənc ikən itirən bu qardaşların atalarından qalma bir balıçqı toru ,bir də sınıq – sökük qayıgı vardı.Qamışdan tiklən ,palçıqla suvanmış daxmalarının çıragı valideyinlərinin Qəfil adlı çayda bogulmasından sonra sönmüşdü.
Bir birinə bərk – bərk sarılan Səməndərlə , Kamandar əl – ələ verib bir tikə yavanlıqlarını tapıb dolanırdılar .
Daxmaları o qədər balaca , kasıb idiki qardaşlar növbə ilə yatırdllar.Biri çöldə yatanda,biri daxmada yatırdı.
Bir gün balıg ovuna gedən qardaşlar qəribə mənzərənın şahidi oldular.Qəfil çayı qurumuşdu .Qayıqları isə lilin içində itmək üzərə idi.Tez tələsik qayıgı sahilə çıxartdılar .Kor – peşiman oturub bir birinə baxmaga başladılar.
Birdən Kamandar gülməyə başladı, Səməndər də buna qoşuldu . Gözlərindən yaş gələnəcən güldülər .
Dayanıb ətrafa baxdılar . Gülməli vəziyyətdə idilər . Çaydan gündəlik balıq tutub , aparıb bazarda satıb ətzaq alırdılar . Dünəndən sifarişləri də var idi . Nə edəcəklərini oturub fikirləşməyə başladılar . Sükutu Kamandar pozdu :
– Bəlkə , bu çayın qurumagı bizim xeyirimizədi?
– Əlbəttə, deyə Səməndər cavab verdi . Yadındadı , atam həmişə deyirdi, hər işdə bir xeyir var . Kamandar başıyla hə cavabını verdi .
Durub şəhərə getməyi qərarlaşdırdılar . Həm bazara gedib baş verən hal qaziyanı dabışsınlar , həm də özlərinə bir iş tapsınlar .
Nədənsə axşamdan balıq tutmaq üçün qoyduqları tor yadlarına düşmədi .
Bu ekiz oglanları valideyinləri hüzur içində böyütmüşdü . Sevgi , mərhəmət, iradə cəmləşirdi bu uşaqlarda . Uşaqlıqdan həyatın çətin və xoş günlərinin də onlar kimi ekiz oldugunu , böyüdükcə bərkə – boşa düşə biləcəklərini, bundan qorxmuyub həyatı, insanları sevməyi öyrətmişdi atası onlara.
Onlar bazara gəlib müştərini tapıb üzürxahlıq etdilər .
Özlərisə tikintidə fəhlə işi tapılar .
Günlər beləcə keçirdi . Günü gündən işləri yaxşılıga dogru gedən qardaşlar artıq usta kimi işləyirdilər . İşlərinə məsuliyyətlə yanaşmaları , bacarıqları , tərbiyələri müdrüyyətin gözündən qaçmırdı .
Müdür onlarla hərtərəfli maraqlandıqdan sonra yanına çagırıb , tək qalmaqlarının çətin oldugunu , ailə qurmaq vaxtı oldugu haqqında onlarla söhbət etdi . Əgər qəsəbədə bəyəndikləri biri varsa , elçi getmək üçün hazır oldugunu gülə – gülə dedi.
Qardaşlar utandıqlarından başlarını aşagı dikdilər .
Onların uçuq – sökük daxmasına kim gələrdi?
Artıq bir neçə ay keçmişdi . İşə səhər gedib axşam gələn qardaşlar çay haqqında heç maraqlanmırdılar .
Beləcə günlər keçirdi . Qardaşlar artıq şəhərdə kirayə ev tutub qalırdılar . Aslan ( müdür) müəllimin etibarını qazandıqlarından ikisini də briqadir təyin etmişdi . İşlərinin öhdəsindən məharətlə gəlirdilər .
İkisinin də gözaltısı vardı. Aslan müəllim çox dirəndikdən sonra açıb demişdilər .
Bir gün Aslan müəllim onları otagına çagırıb ata bala kimi söhbət etmək istədiyini dedi .
Otaga gələn qardaşlar salam verib , Aslan müəllimin dəvətindən sonra əyləşdilər .
Baxın , oglanlarım , bura gəldiyiniz gündən öz bacarıgınız , məharətiniz gücünə bu səviyyəyə gəlib çatdınız . Mən gələn gündən sizin tərbiyənizə heyran oldum . Bəyəndiyiniz qızların evinə ata kimi elçi gedəcəm . Yox cavabı qəbul edilmir ha!- deyib qaşlarını düyünlədi . Qardaşlar bir – birinə baxıb gülümsədilər .
Aslan müəllim dediyini etdi . Elçi də getdi , onlara məclis təşkil edib toy da etdi.
Bir gün işdə qəribə bir xəbər dolaşmaga başladı . Sən demə Aslan müəllimin oglu 1 il bundan qabaq itgin düşübmüş . Bu gün başqa şəhərdən tapılıb .
Heç vaxt Aslan müəllimlə pərdəni aradsn götürməyən , onun ailəsi haqqında heç nə soruşmayan əkizlər müəllimə hər kəsin gözaydınlıgı verməsindən ürəklənib , otagının qapısını döydülər .
– Gəlin .
İçəri keçib belə bir xəbər eşitdiklərini , uşagın tapıdıgı üçün sevindiklərini dedilər .
Aslam müəllim hadisəni danışmaga başladı . Oglum Bəhruz çaya çimməyə gedibmiş dostlarıyla . Axşamı evə gəlmədi . Çox axtardıq tapmadıq . Əlimizi üzdük . Cəsədin də tapıb verə bilmədilər bizə . Səhəri gün birdən birə o çayın qurudugunu eşitdik . Sən demə orda balıqçıların yaşadıgı qəsəbə varmış . Axşamdan qoyduqları tora gedib ilişən oglumu çay geri çəkildikcə tor özüylə aparıb sahilə çıxarıbmış . Orda onu tapan meşəbəyi aparıb evində saxlayıb , neçə müddətdən sonra bu gün bizə xəbər verdi . Bəhruzun səsini bugün eşitdik . Sevincimizi təsəvvür belə edə bilməzsiniz.
Çayında çox qəribə adı varmış ha , Qəfil !
Qardaşlar bir birinə baxdılar . Həmən günü xatırlayıb gülümsündülər . Həqiqətən hər işdə bir xeyir var. Atalarından qalan o balıqçı toru onlara ömürlük çörək yetirmişdi..

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru