Rafiq Yusifoğlu: MƏNİM ZƏNGƏZURUM

MƏNİM ZƏNGƏZURUM

Zaman çevrilibdir bir qara yelə,
Elin arzuları yaralanıbdır.
Namərdin xəyanət qayçısı ilə
Mənim Zəngəzurum paralanıbdır…

Tikanlar boy atıb, çiçəklər solub,
Qartallar yurdunu qarğa, sar alıb.
Kolların dibində gül şehlə dolub,
Yolların gözünün kökü saralıb…

Bir vaxt Zəngəzurun kefi çağ idi,
Gör kimə inandıq, kimə güvəndik?
Xəyanət qurbanı oldu Ağudi,
Dəstəyird, Sofulu, Urut, Nüvədi…

Nə qədər dogma kənd döndü yad elə. –
Çayların, göllərin gözləri doldu…
Düşüdü Qafan, Gorus, Sisyan yad ələ,
Mehri kaftarkoslar diyarı oldu…

Oldu başımıza dünya niyə dar?-
Haqsızlıq səbrimi yaman daşdırır.
Bir yanda Ağbulaq, Şamsız, Niyədar
Bir yanda Qaragöl, Qızıldaş durur…

Üzü də qaradır əhdi qaranın,
Üstümə ağrılarlar alayı gəlir.
Qafandan yüzbaşı Mehdiqaranın,
Gorusdan Nəbinin harayı gəlir…

Dönüb sahibinə Topağac, Səngər, –
Zəngilan, Kəlbəcər qeyrət hasrı…
Özgə kölgəsində yatan köpəklər
Hürür Qubadlıya, Laçına sarı…

Namərd xəyallara saplanıb xəncər,
Düşmənlər bükülüb, yumağa dönüb.
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Çəbrayl bir dəmir yumruğa dönüb.

Ulu yurd yerləri halalca paydı,
Sonuncu fərmana zaman qol çəkir. –
Şərqi Zəngəzurun gözləri aydın,
Qərbi Zəngəzurun gözü yol çəkir…
11.07.2021.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir