Etiket arxivi: "Səməd Behrəngi" Mükafatı

Səməd İzzət oğlu Behrəngi

Unudulmaz azərbaycanlı yazıçı, şair, pedaqoq və tərcüməçi, nasir Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində, yoxsul bir ailədə dünyaya göz açıb. Behrənginin atası İzzət kişi fəhlə olub, ailəsini böyük çətinliklərə dolandırıb. Onun gənc yaşda vəfat etməsi ilə altı uşaqlı ailə başsız qalıb. Səməd Behrənginin anası Sara xanımın xatirələrində deyirdi: ” Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir… “
Səməd Behrəngi ilk təhsilini Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və digər bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb. Bu illər ərzində həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb. Oranı 1961-ci ildə bitirib. Gənc yaşlarından kiçik həcmli hekayələr, şeirlər yazan Behrəngi Azərbaycan ədəbiyyatında daha çox “Balaca qara balıq” hekayəsi ilə tanınıb və məşhurlaşıb. Bu hekayə yazıçıya böyük uğur gətirdiyi kimi, həm də dövrün siyasi rejimi ilə qarşıdurmaya səbəb olub. Behrəngi uşaqlar üçün yazdığı əsərlərində daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən dəfələrlə hədə-qorxulara, təzyiqlərə məruz qalmışdı. Buna baxmayaraq o, qələmi ilə xalqa güzgü olmuş, aqibətinin necə olacağını hiss etdiyi halda qorxmadan mübarizə aparmış və şah rejiminin təqiblərinə baxmayaraq, geri addım atmamışdı. Səməd Behrəngi 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Bununla yanaşı, o, dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş, burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir.

Qarşıda iki sahil – iki yad bayraq durur,
Vətən Xudafərindən dağılmış bir tağ durur,
Bu qanlı hekayətin tarixi uzun, Səməd,
Şahid – Arazdan çıxan qara kağızın, Səməd.

Keçdi alın yazımız o yazının üstündən,
Xainlər körpü tikdi Arazının üstündən.
Budur tarixə keçmiş bir imzanın hədəsi,
Öndə düşmən əsgəri, keşikçi məntəqəsi.

Yaşanan ümidlərin keçmişi xarabalıq,
Yem oldu nəhənglərə “balaca qara balıq”.
Üzündə qan rəngi var zaman ötmüş suların,
Hələ də bir savaşda azadlıq arzuların.

Hələ də sevdalılar bu yolda candan keçir,
Araz Xəzərə doğru Suqovuşandan keçir.
Hələ də fironlara hər dövrün Musası var,
Bu işlər belə getməz, bunun bir qisası var.

Səməd Behrəngi 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar, lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb. Ancaq Səməd Behrənginin yaradıcılığına və mübariz ruhuna olan təzyiqləri, qatı münasibətləri, onunla eyni taleyi yaşayan digər azərbaycanlı yazıçı və şairlərin aqibətini göz önünə gətirsək, yazıçının ölümünün heç də sıradan bir hadisə olmadığı bizlərə aydın olur…30 yaşın astanasında dünyaya gözlərini yuman Behrəngi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azər Turan “Səməd Behrəngi” adına mükafata layid görülüb

ANAR AZƏR TURANa “SƏMƏD BEHRƏNGİ” MÜKAFATInı təqdim edərkən (20.06.2022. Bakı ş. AYB,).

Azər Turan “Səməd Behrəngi” adına mükafata layid görülüb. Mükafat bu gün AYB sədri, Xalq yazıcısı Anar tərəfindən tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi. “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana təqdim olunub.

YAZARLAR olaraq, AZƏR müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Azər müəllim!

YAZARLAR

ANARIN YAZILARI

AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru