Etiket arxivi: ZEYNƏB CƏMALƏDDİN

Zeynəb Cəmaləddin – GƏLSİN

GƏLSİN

Möhlət daralır, mənzilə yollar kəsə gəlsin,
Allah da bilir, canda nələr var, nəsə gəlsin.

Hər kimsə ki, atsın zəri, qoy şeş qoşa versin,
Şükr eyləyirik biz, bizə bir pəncu-sə gəlsin.

Dinsin səhərin eşqi ilən bülbülü şeyda,
Bülbül səsinin aşiqi canlar səsə gəlsin.

Aşiqsə əgər, hay-küyə çox əhli-cəhalət,
Qarğa bazarından yığılıb səs-səsə gəlsin.

Cidanı alar, gizləyər iblis təkin insan,
Gizlətmək üçün ta ələ cüt-cüt kisə gəlsin.

Hər qum dənəsin mərcana döndərmir İlahi,
İlbizləri yar bax, içi dürr, ölməsə gəlsin.

Meydan verərək, genlədər isən qələgahın¹,
Mümkün ki, şəyatin babadan vəsvəsə gəlsin.

Göydən nə səda gəldi, a Zeynəb, sənin üçün,
Keçsinmi məhək yoxlamasın, dürrəsə, gəlsin.

                                     31.08.2024

1 gələgah – burada: həbsxana mənasında

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – BİR OCAQ QURACAQSAN …

BİR OCAQ QURACAQSAN …
(Yurd həsrəti çəkənlərə ithaf olunur)

Bir ocaq quracaq, od çatacaqsan,
Koma istəyirsən, o yurd daşından.
Qumla sementinə su qatacaqsan,
Bir neçə damla da sevinc yaşından.

Can evin yarılır, duyğular axır,
Demə ki, bu vulkan sönən ocaqdır.
Bu köz əmanətdir, ürəkdən çıxır,
Alovu qəlbində, hey yanacaqdır.

Daşıdın, ağırdı nə qədər, bu yük,
Bu yükdən vaz keçmək olmadı, amma.
Bu gün dərdi qədər sevinci böyük,
Zamanla unutmaq? Eşit, inanma ..

27.08.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – OLDU

OLDU

Tək tək yaranan möcüzə insan bəşər oldu,
Nurdan yaranıbsa necə bəs döndü şər oldu?

Şeytanın özün xəlq eləmişdirsə, İlahi,
Əvvəli mələk, amma sonu şərbəşər oldu?

“Gen gəz” də demişsə bəşərə, neyləsin iblis
İnsan çün özü iblisə hey sürtüşər oldu.

Qat-qat yaranan aləminin fərqinə varmır,
Allah yaradıb, kamil ola, min betər oldu.

Çünki quyusun qazdı dərin bir-birin insan,
Hər türlü qəlib toplum üçün dinləşər oldu.

Mənzilinə çatmışmı görən Zeynəba, bir kəs,
Niyyət necədirsə, dedilər, çün qədər oldu.

21.08.2024

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – KƏLƏĞAYI

KƏLƏĞAYI

Bizə nənələrdən qalıbdı miras,
Bir namus, bir ədəb, bir kələğayı.
İpəyi sərvinaz, xonçası atlas,
Butası, qonçası tər kələğayı.

Torpağa bağlıdı çeşmənin gözü,
Süzülər bayatı, qoşması, sözü,
Natavan könlündə alışan közü,
Mirvarid qəlbində gör, kələgayı.

Tomrisi, Nigarı ellər anası,
Həcər, Arəstəsi igidlər xası.
Evinin qadını, göllər sonası,
Döyüşdə, savaşda ər, kələğayı.

Turan tarixindən xatunlar keçib,
Ərlik çeşməsindən onlar su içib.
Sərvi boy, bel incə, üzükdən keçib,
Topuğu, biləyi şir, kələğayı.

İsmi Sara xatun, böyük Turanla,
Adını anıram çox ehtiramla.
Sözüylə sağlayıb* sülhü, aramla,
Sülhə qanad açan hürr kələğayı.

Şamama, Bəsti… Var adı-sanları,
Əmək meydanının qəhrəmanları.
Hünərvər, zəhmətkeş.. Gördüm onları
Ağ alın üstündə tər, kələğayı.

Zeynəbəm, deməyə ürək sözüm var,
Bir soyuq qış keçdi, bir ilıq bahar.
Mənə də anamdan qalıb yadiğar,
Ürəyi oxşayan bir kələğayı…

20.05.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZƏRƏRƏ UĞRAYAR ÇÜNKİ, SAF ÜRƏK

ZƏRƏRƏ UĞRAYAR ÇÜNKİ, SAF ÜRƏK
(İngilis soneti)
Çox şeyə yol açır kin ilə nifrət,
Pisliyin mayası paxıllıqdadır.
Mizana bununla daş qoyan, əlbət,
Min cür bəhanəylə özün aldadır.

Bundan fitnə çıxar, böhtanlar doğar,
Birini yolundan götürmək üçün.
Nəinki ürəklər, lap evlər yıxar,
Həsəddən alarsa bir insan gücün.

Hər kürək güvənli, ya fərd mərd deyil,
Hər üzə gülənin qəlbi saf olmaz.
Çiynində yükünə əl uzadan, bil,
Bir maraq güdməsə, bəlkə də almaz.

Həyat bir oyundur, oynamaq gərək,
Zərərə uğrayar, çünki saf ırək.

14.08.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏGƏR DOST GÖRÜNSƏ GİZLİ DÜŞMƏNİN

ƏGƏR DOST GÖRÜNSƏ GİZLİ DÜŞMƏNİN
(ingilis soneti)
Başından olsan da ruhun inciməz,
Əgər dost görünsə, gizli düşmənin.
Nə dəyər xətrinə, ya sərt söz deməz,
Bilər zamanını yara deşmənin.

İndi ataların yeni sözü var,
Bu günün kinini saxla sabaha.
Nə qədər yaxınsa sənə doğmalar,
Rəqibə məhrəm ol, bir addım daha.

Elə şirin-şəkər gülər gözündən,
Ta ki, yaxşı bilsin zəif bəndini.
Sən şübhə edərsən bəzən özündən,
Bilməzsən küt salan odur kündəni.

Şüşə cilalanar, xislətin danar,
Almazın yanında çıraq tək yanar.

17.07.2024

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – Görəsən?

GÖRƏSƏN

Zülm əlində çarəsiz qalanların,
Hara çatır ahu-zarı görəsən?
Bu dünyanın naz-neməti az deyil,
Düz bölünmür nədən, varı görəsən?

Kimsə kimə nahaq əsib, coşmasın,
Kin-qəzəbi başdan aşıb daşmasın.
Neyləməli heç kim həddin aşmasın,
Veriləndə ixtiyarı görəsən?

Fəndgirliyi fəh(i)m deyib ovənlər,
Sarsılarsa, itib gedir güvənlər,
Bir canıyla bircə yarı sevənlər,
Özləyirmi düz ilqarı görəsən?

Dünya, çoxdu döngələrin, dalanın,
Xəyanətin, boş gümanın, yalanın.
Ürəyində eşq çapığı qalanın
Varmı əsil bəxtiyarı görəsən?

Qırx otaqlı bir saraydı qəlbimiz,
Qırxıncısı qəm otağı, bağlı, giz.
Dilin deyə bilmədiyi dərdimiz,
Bu otaqa, – var açarı görəsən?

Səbəbləri nə sorgula, nə axtar,
Bir duruma yüz də, min də yorum var,
Nə sənsənsə, nə mənəmsə günahkar,
Harda gəzək günahkarı görəsən?

Peşmanlığın kabusunun, divinin,
Parça-parça hissələrin, çivinin,
Xatirələr yaşayan can evinin
Kimdi gizli dalandarı görəsən?

Hey ardımca boylanan o baxışla,
Yaşayıram həsrət döyən naxışla.
Dil min dəfə desə, gülüm, bağışla
Içimdəki tari-mari görəsən.

Aman, Zeynəb, hər mahala qarışma,
Oyun deyib, həyat ilə yarışma.
Xəyanətlə, riyakarla barışma,
Dost deyəndə vəfadarı görəsən.

15.01.2024

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – Dağlar oy…

DAĞLAR OY

Zirvələrin ağ örpəklə şallanır,
Ətəklərin al geyinir, allanır,
Ruhum çıxıb, gözlərimdən sallanır,
Ürəyimə nur çiləyən dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.

Min illərdi gördün yaxşı yamanı,
Qarşıladın, yola saldın zamanı.
Geyib, gümüş xalat kimi dumanı,
Yaxasını düymələyən dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.

Zirvədə qar ağ şalındı kim bilir,
Ağ saçındı,saqqalındı kim bilir,
Qırışlanmış, ağ alındı kim bilir,
Dünyagörmüş pir, biləyən dağlar oy
Ulduzlara əl eləyən dağlar oy.

Cəngavər tək yarında, yarağında,
Növbə çəkir ayın nur çırağında.
Axşamüstü günün qürub çağında,
Təpəsində od qalayan dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.

Zirehlənib, dəmir, polad atında,
Bir azmandı, çıxıb yerin çatından
Bünövrəsi yerin yeddi qatında,
Hiddətlənsə, daş ələyən dağlar, oy
Ulduzlara əl eləyən dağlar oy.

Qucaq açdı yamacları, yalları,
Eyni tutdu həm şahları, qulları.
Tarixlərdən iz qoparan yolları,
Belə kəmər tək dolayan dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.

Dərd göndərər dərdli, çəkəndə ahı,
Həm zülümü, səvabı həm, günahı.
Başı göydə, çağıranda Allahı,
Bu dünyaya nur diləyən dağlar oy,
Ulduzlara əl eləyən dağlar oy.

25.03.2024

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – Doğmadır.

DOĞMADIR

Bilmirəm, nə sirdir, sevdiyin kəsin,
Əli doğmadırsa, üzü doğmadır.
Hər kəsdən fərqlidir nəfəsi, səsi,
Bəlkə dili fərqli, özü doğmadır.

Ruhum qartal olsa, göydə haylanan,
Əkizin görüncə azca huylanan.
İçindən üzümə kimdi boylanan,
Tanıyır gözlərim, gözü doğmadır.

Hər kəs karvandadır, fərqli biçimdə,
Həm ağa, həm quluq ömür köçündə.
Görən tək tanıdım, minlər ıçində,
Yerişı, yürüşü, izi doğmadır.

Elə karvan yükü sözümü çəkən,
Bəzən yanlışları, düzümü çəkən,
İnciyib, küssə də nazımı çəkən,
Nəfəsi doğmadır, sözü doğmadır.

…Zeynəb, nə sirdirsə, sevdiyin kəsi,
Səninçün gəzdirir bu Yer kürəsi..
Hər kəsdən fərqlidir nəfəsi, səsi,
Bəlkə dili fərqli, özü doğmadır.

05.08.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – İnanma

İnanma

Bilirsənmi, püxtə bəzək vurulan,
Hər deyilən hekayəyə inanma.
Usta-usta cilalanan, durulan,
Nə qiybətə, nə şayəyə inanma.

Bir baxırsan, siçana fil deyirlər,
Qabardırlar, köpüyə sel deyirlər,
“Dəliyə yel, əlinə bel…” deyirlər,
Şişirdilən yel qayəyə¹ inanma.

Nə güvənmə, nə də döymə dizinə,
Bil, qarışıb at izi it izinə.
Aldanaraq xoş, mehriban üzünə,
“Zəka küpü”, şər dayəyə inanma.

Hər şirin söz, xoş təbəssüm bal dadır,
Eşqə acan ürək səni aldadır.
Nə biləsən, gizli zəhər baldadır,
Ətir saçan risaləyə² inanma.

Xoş gəlirsə, dörd yanının yeləni³,
Azad etmək olmaz ruhu köləni.
Anlamazsan altı quyu, tələni,
Üstü torpaq, məsaməyə inanma.

Loğma gəlib sonda dönər boğmaya.
Çırpınarsan minnət altdan çıxmaya⁴.
Mümkündürmü boyunduruq taxmaya
Məqsədyönlü sərmayəyə inanma.

Ötər günlər, aylar, Zeynəb, say olar,
Günəş çıxar, nuru elə yayılar.
Lap kölğədə uçsa, quşu ley alar,
Yuva olmaz, hər sayəyə⁵ inanma.

02.08.2024

¹ qayə -yüksək məqsəd
² risalə – məktub, namə
³ yelən – haşiyə, çərçivə
⁴ çıxmağa, (ləhcə, dialekt)
⁵ sayə – kolğə

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru