
BİLİR DÜNYA
Dəyişir illər fəsillər,
Dəyişir yer üzündə nəsillər.
Zaman-zaman təkrarlanır zaman yolu,
Hər ulduzun yolunun harada bitəcəyini
Bilir artıq saman yolu.
Hər şey ölçülür, biçilir,
Dünya hər kəsin içində böyüyür,
Dünyanın içində hər kəs kiçilir.
Hər kəsin içində
“Mən” duyğusu,
empatiyanın uyqusu.
Amma hər kəs
öz arzularıyla, hədəfləriylə
Dünya üçün statistik biçimdə.
İnsanın böyüklük xülyalarına
Gülür dünya.
Hardan gəlib, hara getdiyini
Bilir dünya.
30.09.2024.
Müəllif: Zeynəb Cəmaləddin
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru