Zeynəb Cəmaləddin – DƏNİZ

DƏNİZ

Hər gün qızıl günəş qızıl yol çəkir,
Sonra keçıb gedir qızılı yoldan.
Bax, ay da hər gecə burda dincəlir,
Gümüş nur ələnir gümüş xəyaldan.

Torpaq beşiyində uyuyan dəniz,
Torpaq yatağına sığmır ki, bəzən.
Bəzən həsrət çəkir, soyuyan dəniz,
Qəlbi dağa dönür, buz olur, gəzən.

Çəkir qılıncını, alır qalxanı,
Hayqırır, yerində baglamaq olmur.
Dəli köhlən kimi coşan dalğanı,
Heç cür cilovlayıb saxlamaq olmur.

Əsib coşmağının alır keyfini,
Dalğalar nə varsa, hey atıb tutur.
Belinə aldığı balıq, delfini,
Özündən qoparıb, sahilə atır.

Dənizdən ayrılıb uçan damlalar,
Bəlkə soyunduğu boz libasıdır?
Kim bilir, çağlayan qəlbində nə var,
Dalğalar dənizin ehtirasıdır?

Qəzəbi, övkəsi yenə bitəcək,
Yenə də masmavi görünəcəkdir.
Yenə sığallanıb, nazlı gəlin tək,
Qızıl örpəyinə bürünəcəkdir.

13.08.2024

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir