NƏRİMAN HƏSƏNZADƏ HAQQINDA

Nəriman HƏSƏNZADƏ

Bu gün hamımızın sevimlisi, çox dəyərli yazarımız Nəriman Həsənzadənin doğum günüdür. Böyük sənətkarı ad günü münasibəti ilə təbrik edir, Uca Yaradandan can sağlığı və uzun ömür arzu edirik! Ad gününüz mübarək, Nəriman müəllim!

=================================================

Nəriman Əliməmməd oğlu Həsənzadə — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Soveti]]nin deputatı (1990-1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991-2001), Azərbaycanın xalq şairi, Heydər Əliyev mükafatı laureatı(2017)”İlin şairi” mükafatı laureatı (2010), “Şərəf” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir

Həyatı
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür.
Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur — 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatı]]na layiq görülmüşdür.

Kitabları

Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956

Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957

Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959

Qaraca Çobanın hekayəti. Bakı: 1960

Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961

Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964

Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966

Nəriman. Bakı: Azərnəşr, 1968

Niyə demədiniz. Bakı: Gənclik, 1970

Zümrüd quşu. Bakı: Gənclik, 1973

Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973

Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974

Zümrüd quşu. Bakı: Gənclik, 1976

Nəriman. Bakı: Yazıçı, 1978

Sən bağışladın. Bakı: 1979

Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981

Fikir eləmə. Bakı: Gənclik, 1982

Kimin sualı var. Bakı: Gənclik, 1984

Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986

Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987

Mənim nigahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989

Bütün millətlərə. Bakı: Yazıçı, 1991

Taleyin töhfəsi. Bakı: Gənclik, 1993

Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995

Pompeyin yürüşü. Bakı: “Azərbaycan ensiklopediyası”, 1995

Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004

Poylu beşiyim mənim. Bakı: 2007

Nəriman. Bakı: 2009

Seçilmiş əsərləri. Bakı: 2010

Nuru Paşa. Bakı: 2010

Əsərləri:

Poemalar:
Nəriman
Zümrüd quşu
Kimin sualı var?
AtabəylərAfaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
Pompeyin Qafqaza yürüşü
Midiya sarayı
Bəyanət
Həsrət
Vətənsiz
Heybədə gəzən şeir
Şahid ol, günəş
Rəsul Həmzətova məktub
Şəhid atası Şərif qağaya məktub
Qafqaz
Cavid
Qaçaq Kərəm
Səfirə
Xarı bülbül
Azadlıq himni

Povesti
Nabat xalanın çörəyi

Nəriman müəllimi bir daha ad günü münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Allah can sağlığı versin!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir