Salam mənim nəfəsim, sənin dediyin fani dünyadayam. Gəlmişəm səni görməyə…Sən indi yatırsan bəlkə də məni görmürsən… Sənin üçün yuxumu deyim, kabusmu deyim bax oyam. Səbəb hər nə oldusa mən canımı tapşırdım artıq, yaşamıram, yanında deyiləm. O qədər istəyərdim ki, qollarında uyumağı, qismət olmadı. İndi girib qollarına sənə sarılmışam. Heç çıxmaq belə istəmirəm. Sənin Sənin yanında olmağım sənə bir gün kimi gələcək, mənim üçünsə vur – tut cəmi üç saniyədir. Sağ olanda o qədər dalaşırdıq ki, barışsaq belə mən o gözlərinə baxa bilmirdim. İndi sənə baxıb bütün varlığımı unuduram… Əslində mən qəza keçirmədim, həyatımdan bezdim və intihar etdim. Hər şey üstümə – üstümə gəldiyi halda sən də gəldin. Tək ümidim, tək güvəndiyim sən idin. Sən də dinləmədin məni. Heç kimin başını aşağı edib intihar etmək istəmədim. Axı sizin cəmiyyət pis qəbul edərdi, axı biz özümüzü bir kənara qoyub başqaları üçün yaşayırıq. Onda pəncərədən yıxılmadım, atdım özümü. Hə, düz başa düşdün, atdım.. Heç nə gözümə görünmədi, başıma o qədər insan yığışdı, fəqət onların arasında sən yox idin, çünki sən yatmışdın. Çünki sən səhərlər həmişə yuxudan gec oyanardın. Xəbər də etmədim. Çünki sənin səhərinin bəd xəbərlə açılmasına göz yuma bilməzdim. Çünki… Çünki… Çünki… Sevirdim səni və həqiqətən çox sevirdim…. Sənin dırnağına dəyən zədə mənim ürəyimə dəyərdi hər dəfəsində… Di gəl ki, bildirə bilməzdim… Mən yorulmuşdum… Ən çox da həkimdən aldığım diaqnoz artıq məni mənlikdən çıxarmışdı. Deyə də bilməzdim sənə. Başa düşürsən? Mən səni bədbəxt edə bilməzdim. Xərçəng xəstəsi idim. Hansı ki, bədənim hər gün öz funksiyasını itirirdi, bitirdim hər dəfəsində. Huşumu belə itirirdim get – gedə. Səninlə yemək yediyimiz sonuncu günü özümə bağışlaya bilmirəm. Səni mən çağırmışdım, guya ki, sürpriz edəcəkdim. Amma sürpriz ürəyimin getməsi, həkimlərin restorana gəlməyi, səni biyabır etmək deyildi. Restoranda tələsikdən qoyub çıxdığın çantanın iç cibindəki balaca hədiyyəm idi. İkimizin şəklini çəkmişdim, sonar da taxtaya düzəltdirmişdim ki, həmişəlik qalsın. Bir də əsas səbəb səni görməyim idi. Bağışla o gün hər şeyi zəhər etdiyim üçün, bağışla həyatına girib alt – üst etdiyim üçün. Sən xoşbəxtliyə layiq birisən. Mənə nə qədər çətin olsa da sən həyatını qurmalısan. Ruhlar qırılmır deyirlər, amma mən hər dəfə paramparça oluram burada. Hər gün gələcəm yanına, hər gün…
Dar günündə vətənin, Qeyrətini çəkənimiz İrəlidə tank belində, Düşmənə od verənimiz.
Fəxrimizsən, baş tacımız Qürurumuz, and yerimiz. Qorxmaza dayaq olan, Şəhid Rəsulzadə Təbrizimiz.
Adın gəzir hər yerdə Qorxu bürüyüb yad eli də. Duruşuna bizləri də, Həsrət qoyan Təbrizimiz.
Geyinəcəkdin bəy paltarın, Süzəcəkdin öz toyunda. İndi bulud arxasından, Süzüb gedən Təbrizimiz.
Bayraq olduz, enmədiniz. Şəhid olduz gəlmədiniz Azan olduz dinmədiniz, Vətən deyib ötən Təbrizimiz.
Bəli… Barəsində danışacağımız igid Qax rayonunun Cəlayir kəndinin mərd oğlu Şəhid Rəsulzadə Təbriz Əfrayim oğludur… Hardan yazaq, nədən başlayaq bilmirik.Hər insanın özəlliyi onu xüsusi, fərqli edir.Təbriz də, həmin o “Fərqli”lərdən idi… Dildə yox ha, həmin özəlliyi əməli ilə sübut edənlərdən idi.Şübhəsiz ki, bunu bütün xalq gördü… Bu cümlələr, tamamilə, pafosdan uzaq şəkildə yazılır. Bəlkə də çoxunuza tanış gəlir bu ifadə- “Elə bil, şəhidlik üçün seçilib gəlmişdi dünyaya.” Əxlaqi keyfiyyətləri, müsbət aurası, savadlı, bilikli, cəsur, intellektual olmağı ilə bütün kollektivin rəğbətini qazanmışdı Təbriz… Hə…O da əvvəlcədən hiss etmişdi , şəhid olacağını.Hətta qardaşına yazdığı mesajların birində bayrağa bükülü tabutda gələcəyini söyləmişdi… Cənab baş leytenant Təbriz Rəsulzadə anasızlığı yaşamışdı.Onu daha yaxşı tanıyanlar qeyd edir ki, anasının yoxluğundan sonra şəhidimiz daha da özünə və vətəninə qapanmışdı.Sanki, anasızlığın ağrısını öz peşəsini sevməklə, silahını, torpağını qorumaqla yadırğamaq istəyirdi. Sərvi boylu, sevgi çələngi yarımçıq qalan, nakam taleli qardaşımız idi Təbriz… Cəlayir kəndinin girişində, Şəhid Qorxmaz Əlizadə ilə bir fotosu var, adam hər gördükcə qürurundan sığmır özünə.O bayraqların əhatəsində özləri də, özləri ilə fəxr edir, əminəm… Qardaşının balaca balası Fatiməni doyunca bağrına basmadan, hələ lap gözəl günlər görmədən özünü torpağa yetirdi Təbriz. İndi kiçik Fatimə əmisinin şəkilləri ilə bəzədilmiş stola yaxınlaşıb, Təbrizin üz cizgilərini yadda saxlamağa çalışır.Axı, onun əmisi Şəhiddir, qəhrəman şəhiddir… Rəsulzadəyə bir bacıdan daha artıq olan Məryəm xanım, şəhidimizin əzizi, Fatiməmizin anası Dünya xanım hələ də Təbriz kimi oğulun yoxluğunu qəbul edə bilmirlər… Təbrizin cəbhədəki cəsur davranışlarından çoxları danışır.Hətta sevinirlər ki, məhz Təbriz kimi igidlə ünsiyyətdə olublar, bir çörəyi paylaşıblar, eyni qabdan su içiblər… Bir Türkçülük aşiqi, vətən sevdalısı idi Təbriz.Bozqurd işarəsi onun ən sevimli simvolu idi… Müharibə zamanı, bir çoxları kimi arxa cəbhədə olduğunu desə də, ən ön sıralarda düşmənlə üz-üzə vuruşurdu el oğlumuz… Heç gözünü qırpmadan, canını düşünmədən odun, alovun içinə atılmışdı… Aramızdan tez getdi, amma hamımızdan şərəfli bir yol seçdi özünə… Gəlin, şəhidimizin həyat yoluna nəzər salaq… Təbriz, Qax rayon Cəlayir kənd tam orta məktəbinin 9-cu sinfini 2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski adına Azərbaycan Ali hərbi litseyinə daxil olmuşdur.2001-ci ildə həmin litseyi bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur.2015-ci ildə isə hərbi məktəbi başa vurub, hərbi fəaliyyətinə başlamışdır. Azərbaycan ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il, sentyabr ayının 27-də Vətən müharibəsi zamanı müxtəlif istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur…
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Unutma, unutdurma… Ömür karvanı tez keçir, amma yaxşı insanlar hər dövrdə anılır!
ÖLÜM YÜKLÜ SEVGİ Qasım qapını çırpıb getdi. Gülşən otağa keçib burnunu çəkə-çəkə ağladı. 1 yaşlı qızı Zəhranın ona nəmli gözlərlə baxdığını görüb özünü ələ aldı. Tez Zəhranı qucağına götürüb, saçlarından öpdü. Bağrına basıb çarpayısının yanına gətirdi. Uşaqdan gələn o gözəl qoxu ruhunu oxşadı, bir az toxtayıb gülümsəməyə başladı. O dəqiqə Zəhranın gözləri güldü, öz dilində danışmağa başladı. Sevindiyindən gah atılıb-düşür, gah da Gülşəni qucaqlayırdı. Gülşənin ailəsi rayonda yaşardı. Qasımla tələbə yoldaşı olmuşdular. O vaxtdan aralarında münasibətlər ciddiliyə doğru getmiş, 2 – ci kursda nişanlanıb, 4 – ci kursda evlənmişdilər. Gülşənin valideyinləri müəllim idi. Gözlərinin ağı-qarası Gülşən də onların yolunu seçmişdi. Müəllimlik ixtisasına yiyələnib, rayona qayıtmaq, neçə – neçə evlərdə cəmiyyət üçün şəxsiyyətlər yetişdirmək arzusunda idi. Amma taleyin kompası ona tam başqa istiqamət göstərdi. Qasımla nişanlı vaxtlarında inciklikləri olsa da, çox uzun çəkməzdi. Hərdən Qasımın ona qarşı kobudluqları olurdu. Tezliklə Gülşənin könlünü alan, küsülülüyü aradan qaldırmağı bacaran Qasımda bu hərəkət, artıq adət halını almışdı. Qasımın ailəsi Gülşənlə evliliyə razı deyildi. Özlərinə yaxın bildikləri ailədən qız gözaltı edən valideyinlər Gülşən məsələsilə razılaşmamışdılar. Sonda Qasımın vaz keçməyəcəyini görüb, əlacsız qalmışdılar. Elə o vaxtdan da Gülşənə “oglanlarını onlardan alan düşmən“ kimi baxırdılar. Hər işini söz edir, evdə heç nədən söz-söhbət yaradırdılar. Qasım əslində sakit təbiətli bir insan idi. Ailəsini sevər, dəyər verərdi. Ata – anasının Gülşənə qarşı münasibətinə qarşı çıxar, Gülşəni müdafiə edərdi. Qasımın bir bacısı vardı. Evin erköyün qızı olan baldız ailə qurub getsə də, Qasımın ailəsinə müdaxilə etmək öhdəliyini üzərinə götürmüşdü . Gülşən deyib – gülən, şən qız idi. Hər sözü söz etməz, heç nədən dava etməzdi. İlk gündən bəyənilməyən gəlin evin qonagı idi sanki. Gülşənin valideyinləri heç vaxt onların ailəsinə müdaxilə etməzdi. Qızlarının xoşbəxtliyi üçün əllərindən gələni edən ata – ana qızlarına başını aşağı salıb uşagını böyütməyi məsləhət görürdülər. Ailədə gərginlik getdikcə artırdı. Qasım da artıq dəyişmişdi. Gülşəni haqlı olduğunu bilə – bilə haqsız çıxardır. 7 aylıq Zəhraya sığınan Gülşən gününü ağlamaqla keçirdirdi. Qaynana onu boşatdırmaqla hədələyir, hətta o günün çox da uzaqda olmadıgını deyirdi. Bir evdə yaşamagın mümkümsüzlüyünü anlayan Gülşən Qasımdan ayrı evə çıxmaq üçün xahiş etdi. Gülşənin bu istəyi böyük bir dava ilə nəticələndi. Məsələni ilk bilən qaynana əlini belinə qoyub gəlinə hücum etdi. -Mənim bir oğlum var, onu məndən almaq istəyirsən? Sən özünü nə sayırsan? – Yox, xala , bir müddət ayrı yaşasaq yaxşı olar deyə düşündüm. – Sən kimsən ki, mən dura-dura bu evdə qərar verirsən? – Xala, bütün günü söz – söhbətlə bir yerdə qalmaq olmur. Bu evdə ilk gələn gündən məni istəməmisiniz. Gözünüzün qabağından uzaqlaşsam yaxşı olar deyə düşündüm. – Uzaqlaşmaq istəyirsən, çıx get dədən evinə. Qulaqlarını aç yaxşı eşit. Onsuzda bu evdə sən artıqsan. İstənilməmisən, istənilməyəcəksən də! Səs küyə Qasım gəldi. -Nolub, ay ana? – Nə olacaq bundan artıq? Sənin bu gülməşəkər arvadın burada qalmaq istəmir. İstəməz də, görmədiyi günə düşüb. Tövlədən gətirib şəhərdə yaşadanda belə olur axırı. – Ay ana, bir az sakit ol. Gülşən də haqlıdı. Ev evə sıgmaz deyib atalar. Qoy bir ev tutaq, bir müddət orda qalaq. Sizi atmırıq ki, yenə də gəlib gedəcəyik. – Nə dedin? Səni yoldan çıxardıb bu gülməşəkər? Sənin evin buradı. Gedişin var, dönüşün yox ! Yaxşı fikirləş ya biz, ya da yad qızı . Qapı zərblə çırpıldı. İkinci mərtəbənin təzə düzəldilmiş pəncərələri yenə qaynananın hikkəsinin qurbanına çevrildi. İki tərəf arasında qalan Qasım bir söz demədi. Paltarını dəyişib işə getdi. Qara günlər bundan sonra başladı. Gülşənin evdə yeyib içdiyi zəhərə döndü. Pis yola düşmüş adamlar kimi evdə addımbaşı təqirlə üzləşdi. Valideyinləri dözüb oturmağı məsləhət gördülər. Vəziyyətin get-gedə agırlaşdıgını görən Qasım ayrı evə çıxmalı oldu. Gülşən həm sevinir, həm də pis olurdu. Nə qədər olmasa 2 ilə yaxındı ki bir yerdə yaşayırdılar. Bir xoş üz görməsə də üzü-gözü onlara öyrəşmişdi. Valideyinləri hər şeyin yaxşı olacağını deyir, səbrli olmağı məsləhət görürdülər. Gülşən taleyilə barışmışdı. Ayrı evə çıxmağın çıxış yolunu düşünən Gülşən qara günlərinin qabaqda olduğunu aglına belə gətirmirdi. Qasım evə gec-gec gəlməyə başlamışdı. Elə gecə olurdu ki evə gəlmir, müxtəlif bəhanələr uydurur, bəzənsə öz işimdi özüm bilərəm deyib dava salırdı. Çarəsiz qalan Gülşən dərdini heç kimə aça bilmirdi. Bilirdiki deyən kimi onu günahkar biləcəklər . 3 ay idi təzə evə köçdükləri. Qasım geri dönmək üçün israr edirdi. Heç nədən evdə qanıqaraçılıq yaradırdı. Gülşən çarəsiz qalmışdı. Bu gün də geri dönmək üstündə mübahisə etmişdilər. – Hazırlaş, geri qayıdırıq. – Qasım, bura rahatdı axı. – Orada sənə neynirlər? Əllərinin içində saxlayırdılar səni. – Qasım, bu sənsən ? İnana bilmirəm. – Nəyə inanmırsan? Sən yola getmədin, məndə gətirdim səni bura. Gördüm günah səndədi, mənimlə də yola getmirsən. – Niyə haqsız danışırsan? Mən sənə neynirəm ? -Bundan artıq nə edəcən? Mənimlə dil – dil ötürsən. Gülşən əlləriylə üzünü qapatdı. Uşagın yanında ağlamaq istəmədi. – Yaxşı fikirləş, ya dönəcəyik ata-anamın yanına, ya da zəng et gəlsinlər səni aparsınlar. Sənə görə valideyinlərimi atmayacağam! Gülşən yerindəcə quruyub qalmışdı. -Qasıma nə olmuşdu ? Gülşən əlacsız qalıb, əşyalarını topalamağa başladı. Ağlaya-ağlaya güzgünün qabağına keçdi, özünə güzgüdə baxd. Bu neçə ildə çox dəyişmişdi, sanki 10 il qocalmışdı. Yaşadığı mühit onu məngənəsində sıxıb balacalaşdırmışdı. Özünə qulluq etməyi belə yadırğamışdı. Bütün gününü uşaga qulluq etməklə keçirdirdi. Qasımın ona, uşagına qarşı biganəliyinə birtəhət dözür, üzə vurmurdu. Valideyinlərinə də heç bir şey demək istəmirdi. Alacagı cavab bəlli idi:- Özün getmisən, hamıda olan şeydi, döz otur düzələcək və s. Əşyalarını yığa-yığa aglayırdı. Keçmişə qayıtdı xəyallarında. Qasımla o qədər xoşbəxt idiki.. . Qasıma olan saf, ülvi sevgisi onun gözünü elə tutmuşdu ki, ətrafdan xəbəri yox idi. İnsafla , Qasımda ona qarşı çox yaxşı idi. -Bəs nə oldu? Nə dəyişdi? -Bəlkə səhv həqiqətən də ondadı? -Bəlkə özünü sevdirə bilmədi Qasıma? Bəlkə, bəlkə … Bəlkələrlə dolu bir ömür… Qapının zəngi çalındı, Qasım idi. Sir-sifətindən zəhirmar yağırdı. – Maşın gözləyir, uşağı götür, düş aşağı. Mənə bax, birdən orada artıq-əskik soz deyərsən ha! Başını aşagı salıb uşagınla məşgul ol. Elə etmə ki, uşagı əlindən alıb, əxlaqsız adıyla səni qovum.. Gülşən pilləkənlərdə quruyub qalmışdı, nə irəl, nə də geri addım ata bilirdi. -Yuxuda görürdü bunları? Qasımın davranışları qan qoxulu idi. Heç nə deməyib maşına əyləşdi. Sükutu hərdən Zəhranın qıgıltısı pozurdu. Ünvana çatdılar. Cəhənnəm yuvası qucaq açmışdı onlara. -Açmışdımı? -Bax o da sual altında idi.. Evə keçdilər. Qarşılayan olmadı. Mətbəxdən səslər gəlirdi. Deyəsən baldızı da burdaydı. Divarlar onu sıxmaga başladı . Əşyalarını götürüb otağa qalxmaq istəyirdi ki, Qasım hardansa peyda oldu. – Nə durmusan burada? Get anamla görüş. – Bilir gəldiyimizi, çölə çıxmadı axı. – Sən getməlisən, sən gəlinsən. Gülşən səsizcə mətbəxə keçdi. Qaynana, baldız görməməzlikdəm gəldilər. Gülşən salam verib qaynanasına yaxınlaşdı. – Uzaq dur, ifritə. Niyə qayıdıb gəlmisən? Gülşən qorxa – qorxa Qasıma baxdı. – Ana, bir səhvdi edib, söz verib, indən belə bu evdə səsi çıxmayacaq. Gülşən mat-məəttəl qalmışdı. —Burada nələr baş verirdi? Uşagı götürüb yataq otağına keçdi. Çox keçmədi, ” qəhrəman ər” özünü yetirdi. – Bax, bu gündən anamın qulusan. O nə dedi, o da olacaq. Gülşən ağzını açıb danışmaga heyifi gəldi. Heç nə deməyib Zəhranı yatızdırdı. Özü də durub ev işləri ilə məşğul olmaga başladı. Eyni həyat Gülşəni artıq bezdirməyə başlamışdı. Əvvəllər ayda bir dəfə də olsa valideyinlərini görməyə gedirdisə, artıq 3 ay idi ki, bu görüş ləğv edilmişdi. Gündə 1 dəfə anasıyla danışmağa icazə verilirdi. Küçəyə çıxışa da qadağa qoyulmuşdu. Qasımın bu hərəkətlərinə ad tapa bilməyən Gülşən Zəhrayla təsəlli tapırdı. Rəsmən türmə həyatı yaşamağa məhkum edilmiş zavallı Gülşən ruhunu cismindən ayrı hiss edirdi. Evə ruh kimi gəlib gedən Qasıma söz demək mümkün deyildi. Evdə demək olar ki hamı küsülü idi. Hərdən qaynananın deyinməsi olmasa Gülşən bu gedişatla razılaşmışdı. Demək olar ki o yaşamırdı. Məqsədsiz, arzusuz, ümüdsüz, ən əsası sevgisiz bir həyatla yol yoldaşı olmuşdu. Günlərin bir günü telefonuna gələn zəng bərbad olan həyatına “rəngarənglik” qatdı.. -Alo, buyurun. -Salam. Zəng vurdum ki, biləsiniz, biz Qasımla bir-birimizi sevirik. Yolumuzdan səssizcə çəkilib gedin. -Alo, alo… Dəstəkdən gələn səs itib batdı… Qara günlərin “hədiyyəsi” qabaqdaymış. Yox, bu qədər də olmaz-deyə düşünən Gülşən -bu gün hər şey bitəcək. Qasım yenədə səssiz-səmirsiz gəli, mətbəxə keçdi. Anasınım hazırladığı yeməyi yeyib, salona keçmək istəyəndə Gülşəni əli qoynunda mətbəxin qapısında dayanan gördü. Qaşqabağını sallayıb, nifrətlə Gülşəni süzdü. – Nə dayanmısan, məni güdürsən? – Yox. -Onda rədd ol get. Qasım ayaq üstə güclə dayanırdı. Gülşən onun düz yolda olmadığını görürdü. Amma nə edə bilərdi? Onun bu evdə özünə belə ixtiyarı çatmırdı. Acınacaqlı vəziyyət idi. Səs -küyə gələn qaynana Gülşəni güclə Qasımın əlindən ala bildi. Gülşənin iniltisi hər tərəfə yayılırdı. Ağrıdan gecələri yata bilmirdi. Qasım vurduğu təpik qabırgasını sındırmışdı . Üz-gözü də şiş içində idi, vəhşicəsinə döyülmüşdü. Evə çağırılan tibb bacısı nə qədər israr etsə də, xəstəni xəstəxanaya aparmaga ailə razı olmurdu. İşin böyüyəcəyindən qorxan Qasım iynə-dərmanla evdə sağalacaq deyib durmuşdu. Günü-gündən pisləşən ailə münasibətləri Gülşəni bezdirmişdi. Qasım yeni bir bəhanə tapmışdı. Gülşən çadraya keçməli idi. Hətta evdə belə, qaynatasına görə hicab taxmalıydı. Gülşən intihar həddinə çatmışdı. Axşamlar vaxt tapanda sızıldayan ayaqlarını qucaqlayıb çıxış yolu axtarırıdı. Evin pəncərələri dəmir barmaqlıqlarla örtülmüşdü. Pərdənin altından pəncərəyə qara üzlüklər çəkilmiş, həyətə düşməyə də qadağa qoyulmuşdu. Qasımın hansı məzhəbə qulluq etdiyi bəlli deyildi . Nə içkidən, nə narkotikdən, nə də əxlaqsız həyatından uzaqlaşmışdı. Maraqlısı o idiki, bu qadagalar ancaq Gülşən üçün idi. Çıxış yolu tapa bilməyən Gülşən uşagı da götürüb evdən qaçmaq qərarına gəldi. Amma necə, hara? Suallar onu boğurdu. Qasımdan da qorxurdu. Tapsa, tapdığı yerdə öldürəcəkdi. Lap canını qurtarsa belə, cəmiyyətin vurduğu damgadan qurtula biləcəkdimi? Filənkəsin arvadı evdən qaçıb. Müxtəlif mülahizələr, “ağıllı” məsləhətlər, geri qalmış fikirlər və ən əsası sərbəstlik axtarır ona görə qaçıb deyimi. Gülşən bunların hamısını yaxşı bilirdi. Eşidən deyəcək; – Özü sevib gedib. – Nə istəyir axı, evi – eşiyi . -Gül kimi balası var. – Hamımız elə arvad olmuşuq. – Arvad döyülər də, söyülər də. – Nolub, o cürə yoldaşı var, alıb gətirir. -Nə istəyir axı? Deyir çadra ört, ortməlisən də. – Yəqin başqasın tapıb və s. Bəs bu zavallı neynəsin axı? Axır vaxtlar Qasım hər gün demək olar ki onu döyürdü. Qasım gələndə qorxusundan gözünə görsənmirdi.Hətta onun da üstündə döyülürdü. Yemək niyə gec oldu, çay niyə qaynar deyil, duzqabı niyə əyri durub, palaz niyə belə sərilib, bir sözlə döymək üçün bəhanələr hər zaman tapılırdı. Problemləri həll etmək əvəzinə birinin üstünə beşini qoyub Qasıma çatdıran qaynana, Gülşəni təhqir etməklə yanaşı, onun bu vəziyyətindən istifadə edib acıq verirdi. – Görürsən, mənim qızımı necə saxlayırlar? Gülşənin hər yerdən əli üzülmüşdü. Ata – anasıyla əlaqə tamamilə kəsilmişdi. Evlərini satıb, başqa yerdən ev alan Qasım ünvanı heç kimə vermirdi. Beləcə bir ailə məhv olub gedirdi. Zəhra da günü gündən saralıb solurdu. Gülşən Qasımla danışmaga dəfələrlə cəhd etmiş, sonda günhakar çıxardırılaraq döyülmüşdü. Gülşən sonuncu dəfə Qasımla danışmaq fikrindəydi. Axşamı həsrətlə gözləyirdi. Bu gün evliliklərinin 3 ili tamam olurdu. Qasım yəqin çoxdan unutmuşdu onla olan xatirələri. Gülşən yenə də ümüd şamını yandırıb, pərvanətək başına dolanırdı. Qəlbindəki ümüd, dilindəki bəlkələr onun həyat hekayəsini 3 ilə beləcə gətirib çıxartmışdı. Qapı açıldı. Qasımın gəlişi Gülşəni çaşdırdı. Əlində gül dəstəsi, yanında şirniyyat .. Ola bilməz, Gülşən yuxu görürdü deyəsən. Dəli kimi qaçıb Qasımı qucaqlayıb, sevincdən doyunca aglamaq keçdi könlündən. Qorxdu, Qasıma xoş getməz deyə. Qasım onun üzünə baxıb gülümsündü. İlahi, neçə illərdi bu gülüşə həsrət idi Gülşən. Onun tanıdıgı Qasım geri döndü. Sevincindən nə edəcəyini bilməyən Gülşən əl – ayaga düşdü. Süfrə düzəltdi. Uşagı geyindirdi. Evdəkiləri süfrəyə dəvət etdi. Mızıldana – mızıldana gələn qaynana gözucu, agzını büzüb süfrəyə baxdı. İstədi süfrənin düzlüşünə mız qoya, Qasımın baxışları sözünü agzında qoydu. Qasım hər kəsə müraciət etdi. -Əyləşin, bu gün evliliyimin 3- cü ildönümüdi. Məsciddən gəlirəm, tövbə etdim.Bu gündən hər şey yoluna qoyulacaq. Gülşən, çadranı özün istəmiyənədək baglama. Pəncərələrdəki qara üzlükləri söküb atın. Ananın gözü az qalırdı yerindən çıxsın. Əlacı olsa idi, durub Qasımın agzını əli ilə tutardı. – Bu evdə səs – küy eşitməyim. – Başınızı aşagı salıb mehribancasına dolanın. Gülşən dili – agzı qurumuşdu. Qulaqlarına inana bilmirdi. Bir müddət evdə hüzur yerini tapdı. Heç kim Gülşənə dəyib dolaşmırdı. Qaynananın təhqirli atmacalarını qulaqardına vuran Gülşən Qasıma inanır, onun dediklərini edirdi. Xoşbəxlik quşu 3 ay onlarda qonaq oldu. Hər şey yaxşı idi. Evə bazarlıq edib gələn Qasımın Gülşənlə danışıgını eşidən qaynana, pislik donunu geyinib davaya hazır vəziyyətə gəldi. Qasım Gülşənə tezliklə işə çıxa biləcəyini, uşagı bagçaya yazdırdıgını deyirdi. Qapı zərblə çırpıldı. – Məni bu evdə sayan yoxdu. Mən bu evin böyüyüyəm. Heç nədən xəbərim yoxdu. -Ay ana, niyə əsəbləşirsən? Gülşən analıqdadı. Zəhra da bagçaya getmək yaşına çatıb. Bagçaya qoyaq, Gülşən işinə çıxsın. Burda nə varki? – Bagçada nə bilirsən necə baxacaqlar? Döyəcəklər, yemək vermiyəcəklər. – Bagça uşaq döymək üçün deyil, ay ana. – Otursun baxsın gülməşəkər arvadın evdə. işinin adı nədi? – Bəs deyirdin,baxa bilmir? -Eh, sənin də agzının kəsəri yoxdu. Neynədisə,çadranı atdırı, indi də işə çıxardırsan. – Ay ana, məhv olub getmişdim, həyata qayıtdım, səhvimi anladım. Sevinmirsən ki ailəm dagılmadı? – Hm, əvvəl axır dagılacaq! Qasım məsələnin uzandıgını görüb mətbəxə keçdi. Arxasıyca keçmək istəyən Gülşənə qaynananın sözü sillə kimi dəydi. – Sən də azadlıq istəyirsən də, Anan kimi pis yola gedəsən. Gülşən geri çevrilib; -Ay xala, o nə sözdü deyirsən ? Arvad himə bənd imiş, səsini atdı başına , aləm dəydi bir – birinə. Qasım nə qədər çalışsa da sakitlik yarada bilmədi. Qaynananın agzı necə qızmışdısa Gülşəni ən agır söyüşlərlə söyməkdən belə çəkinmirdi. Gülşən həm Qasımdan qorxurdu, həm də özündən böyüyə cavab qaytarmaq istəmirdi. Qaynana Gülşənin səssizliyini məglubiyyət kimi başa düşüb, daha da kükrəyirdi. Gülşən dözə bilməyib qışqırmaga başladı. Neçə vaxtı yaşadıgı stress vulkan çevrilib püskürməyə başlamışdı. Ürəyi yerindın çıxacaq kimi tez – tez vurmaga başlamışdı. Artıq dözə bilmirdi. Belə olmaz axı?. Gülşənin günahı nə idi? Sevib ailə qurmaq? Yoxsa hörmət edib cavab qaytarmamaq? Qasımın ona tərəf çıxmagından hiddətlənən qaynana əlini belinə qoyub çəmkirdi; – Səndə günah yoxdu, günah sənin ərindədi. Vaxtında dilini kəssəydi, indi cavab verə bilməzdin. – Mən sizə nə deyirəm axı? – Ta nə deyəcəkdin ki? – Siz mənim valideyinlərimi söyürsünüz. Mənim səssiz qalmagımı istəyirsiniz? – Sənin səsin niyə çıxmalıdır ki? Sən kimsən ? Gülşən sərhədi keçmək istəmədi. Hələdə qaynanasına siz deyə müraciət edirdi. Qasım çölə çıxdı. Gülşən də balaca Zəhranl götürüb yataq otağına keçdi. Qaynananın hələ də səsi gəlirdi. Get – gedə səsinin tonu daha da qalxır, sanki döyüşə rəqib çagırırdı. Gülşən səbrini basıb oturmuşdi. Yataq otagının qapısı zərblə açıldı. Budur, qaynana alov saçan 7 başlı əjdaha kimi içəri keçdi. – Sən, nə qədər arsız adamsan, bu qədər söyüşdən sonra hələ də burdasan?. Niyə çıxıb getmirsən dədənin xarabasına? – Mən ailəmin yanındayam. – Nə ailə, ailə salmısan? Səni əvvəl axır boşatdıracagam – Niyə, səbəbin bilmək istəyirəm. – Səbəbi bizim varlı, sizin kasıb olmagınız. Bu bəsdi, yoxsa davam edim? – O səbəb deyil axı? – Dilini kəs, elə etmə ki, bu evdə son gecən olsun! Gülşən ayag qalxıb əşyalarını topalamaga başladı.. Burada qalmagın mümkünsüzlüyünü dərk edirdi . Qasımın qəfil gəlişi qaynananı daha da alovlandırdı. -Hələ bitirməmisiniz? – Günah ondadı. Mənə bayaq bilirsən nə dedi ? – Nə? – Bala, söz etmə, amma mənə elə söz dediki onu boşamasan südümü sənə halal etmərəm. Gülşən ağzından artıq söz çıxartmadığını bilirdi. Amma nə fayda? Arvad dediyini deyirdi. Qasım artıq səs – küydən yoruldu. Sakitlik yarada bilmirdi. Gülşən cavab vermirdi, əlini üzünə tutub aglayırdı. Məkirli qaynana isə dediyini deyirdi. – Sən ananı onun ayağına verdin, sən yaxşı ogul olsaydın, o mənə cavab verə bilməzdi. Nifrət dolu sözlər Qasımın başı ətrafında fırlanır, qulaqlarına girmirdi. Birdən arvad yerə yıxıldı.Özünü elə göstərirdi ki, guya ürəyi gedib. Gözlərini yumub açmırdı. Gülşən bunun oyun oldugunu bilirdi. Evdə eri ilə də dalaşan kimi uzanıb yerə özünü bu vəziyyətə salırdı. Qasım qorxuya düşmüşdü. Gülşən su gətirdi. Nə qədər etsələr də arvad gözünü açmadı. Bu dəmdə Zəhra agladı. Gülşən onu qucagına götürüb gəldi. Qapının zəngi çalındı. Gələn Qasımın atasıyla, bacısı idi. Səhnə yenidən quruldu. Baldız səsini atdı başına. – Anama nə etmisiniz? -Niyə ayılmır? -İndi özünə gələr deyə Qasım qorxa – qorxa cavab verdi. – Hamısını edən sənin arvadındı. Anam burada ölür sən hələ də onun tərəfin tutursan. Sən sən olsan o heç nə edə bilməz. Sənsən günahkar, sənsən… Sözlər qulaqlarında cingildəməyə başladl Qasımın. Nə qədər etsə də özünü ələ ala bilmədi.Dəli kimi qışqırıb Gülşənin üstünə hücum çəkdi. Qaynana baldız baxışıb xısın – xısın güldülər. Qasım Gülşəni döyməyə başladı Balaca Zəhranın səsi aləmə yayılırdı. Gözü heç nə görməyən Qasım Gülşəni döyməkdə davam edirdi. Qasımın əlindən birtəhər qurtaran bədbəxt 2 – ci mərtəbəyə qalxdı. Qasım dəli kimi qışqırır, onu öldürəcəyi ilə hədələyirdi. 2 ci mərtəbədəki mətbəxin bir qapısı eyvana açılırdı. Otaqdan girişi olan mətbəxin qapısını baglaylb tir – tir əsən Gülşənin son ümüd yeri bura idi. Qasım nə qədər qışqırsa da qapını açmadı. Zəhrayla səs – səsə verib aglayırdılar. Qasım qapını açmagı bacardı. Gülşənin üstünə hücum çəkib söyüşlə bərabər sillə yağışına tutdu. İlahı, vəhşi Qasım qayıtmışdı. Eyvana qaçan Gülşən uşagını bərk-bərk qucaqlayıb imdad diləyirdi. Ağzı-burnu qan içində, ağrıdan yerdə qıvrılan bəxtsiz gəlini zorla ayağa qaldırıb yenidən döyən Qasım sanki havalanmışdı. Gülşən yalvarırdı. – Zəhraya dəymə, onu vurma. Qasım Zəhrsnı bir top kimi onun əlindən alıb kənara tulladı. Uşağının yanına yüyürən Gülşənin qarnına təpiklə vurub yerə yıxdı. Gülşən son gücünü topalayıb, sürünə – sürünə uşaga sarı getdi, onu qucaqladı. Bu dəmdə Qasımın təpiyi uşaga dəydi. Uşaq Gülşənin əlindən həyətə düşdü. Gülşən dəli kimi hayqırdı. Gözü qanla örtülən Qasım onu da vurub eyvandan saldı. Zəhra yerə düşən kimi mələyə çevrilmişdi. Gülşən Zəhradan sonra iki gün yaşamadı. Qızının ölümünü bilmədən bu dünyaya əlvida dedi. Ruhi xəstəxanaya yatırılan Qasım nə etdiyini indi anlayırdı. -O nə etmişdi? -Ailə qatili idi. -Onu yoldan kim çıxartdı? -İçindəki şeytan? -Yoxsa evdəki insan cildindəki şeytanlar? Bu acı ilə yaşaya bilməzdi Qasım. Fürsət tapan kimi damarlarını kəsib intihar etdi. Söz – söhbətin, müdaxilənin məhv etdiyi bir ailə məhv olub getdi. Ölüm yüklü sevgisini cəmi 3 il yaşada bildi bu bədbəxt cütlük…
AQŞİN EVRƏN VƏ XƏZƏR SÜLEYMANLININ “AYRILIQLARIN TƏKRARI” ROMANINDA KÜLLƏRDƏN DOĞULAN SEVGİ…
Talelər, əslində, insanların yaşadığı bir imtahan deyil. Talelər insanların yenidən doğulduğu bir dünyadır. O dünyanın insanları talelərini özlərinin qurduğunu zənn edirlər, ancaq bu belə deyil. O hadisələr, xatirələr yaşanıb və bitib, lakin insanlar onları qəflətən yuxudan oyadıb işgəncə verməyə çalışırlar, ancaq anlamırlar ki, onların taleləri yuxudan oyandığı saatdan hər zərrələrinə hopubdur.
Çoxları taleni bir az nakam sevgiyə, bir az da xəyanətə bənzədirlər. Xeyr, bu belə deyil. Tale ayrılıq və sevginin gücündən yaranan məzlumdur. O məzluma əzab verən də sevgi, yaxud xəyanət deyil, insanlardır. İnsanlar ilk yaşadığı sevgilərini təqvimdə necə təmtəraqla, daxilindən qopacaq bir xoşbəxtliklə qeyd edirlər, ancaq bilmirəm diqqət etmisinizsə, ayrıldıqları günü təqvimdə deyil, yaddaşlarına qeyd edirlər. Bunu bəzən “tale oyunu” adlandırırlar. Daha düşünmürlər ki, günahkar tale yox, elə insanların içində böyüyən sevgi və xəyanət məxluqlarıdır. Hansı ki, o sevgi də deyil, ancaq çoxları onu sevgi adlandırırlar. Bu, əslində, onlardan doğulan “ayrılıq”dır. Bir düşünün, necə ki, siyah-bəyaz bir-birinə ziddirsə, eynən sevgi və xəyanət də elədir. Onların nifrətindən doğulan isə ayrılıqdır.
Ayrılıq daima təkrarlana bilər də, bilməyə də. Bu yenə də insanlardan asılıdır. Sevgi və xəyanəti, ən əsası talenin qollarından tutub dörd divara, yaxud parçalanmış bir qəlbə həbs edə bilərsən, ancaq ayrılığı heç vaxt. Ayrılıq təkrarları, yaşanmış hadisələrin bir daha yaşanmağını sevmir, heç vaxt da sevməyib, ancaq onu dinləməyib, bu uzun yolda onunla savaşmağı qərara aldı. Çox savaşdı, həm də ən son dəqiqəsinə qədər. Sonunda qalib gəldi, lakin ömür səhifələrinin bir hissəsində taleyini, dörd divarın arasında isə ayrılığı qoyub, sevgini, yəni Nərmini tapa bildi.
İki əfsanənin birlikdə ərsəyə gətirdiyi xəzinədən danışdığımı yəqin ki, anlamısınız. Xəzinə dedim, çünki bu kitab əfsanələrlə dolu bir xəzinədir. Əminəm ki, müəlliflərin oxucuları da mənimlə həmfikirdilər. Tam səmimi söyləyim ki, romanı ilk aldığım gündən bəri necə olduğunu təxmin etmişdim. Oxucuların çoxu romanın ilk səhifəsini açıb oxuduqda artıq sonunun necə bitəcəyini maraqla və həyəcanla gözləyirlər, ancaq mən bir oxucu olaraq romanın nə sonluğunu, nə də hər səhifəsindən sonra hansı hadisələrlə qarşılaşacağımı deyil, hər sətrinin yaddaşıma hopub, onu analiz etməsini gözləyirdim. Bu duyğunu izah etmək çox çətindir, çünki mən özüm də gənc yazaram. Oxucularımdan aldığım fikirlərlə yanaşı, onların hansı emosiyaları yaşadığını, hansı duyğulara qapandığını həm anlayıram, həm də anlamıram. Əksinə, bəzən sual doğurur məndə, eynən Aqşin Evrən və Xəzər Süleymanlı kimi. Hər dəfə oxuyarkən təkrar-təkrar analiz edir, nəticə çıxarır və o hadisələrin ətrafında dövran edirəm. Onu deyə bilərəm ki, müəlliflərin xəyal gücünə əhsən!
Reallıq və mistikanın vəhdət təşkil etməsi məni heyran qoydu. Romanı oxuyub bitirdikdən sonra belə dodaqaltı bu fikirləri təkrarən söylədim: Xəritə, Mehran, Ofeliya və Nərmin. Ayrılığın birləşdirdiyi talelər. O talelərə bağlı olan xəritə. Sizcə, o xəritə kimdir axı?
O xəritənin kimliyini mən deyil, bağlı qapıların arasında gizlənən sirlər, gözlənilmədən baş verən ayrılıqlar və Mehran ilə Nərminin daxilində itib-batan “Antik tənhalıq” mağazasında dərin yuxuya dalan mücrü açacaq. O mücrü küləyin “açıq” və digər üzünə “bağlı” olan mağazanın taleyinə cavab verməyə çalışırdı, eynən mücrü də Mehran və Nərminin tale nöqtələrini əlinə alıb, xəritənin kimliyini açıqlayacaqdı.
İndi isə başlayaq Mehran və Ofeliyanı ayıran, ancaq Mehranın həyatına günəş kimi doğan Nərminin “Antik tənhalıq” mağazasından. Mən düşünürəm ki, küləyin orada böyük rolu var. Romanda ilk cümləsində deyilir ki, “Külək “Antik tənhalıq” mağazasının qapısından asılmış bir üzünə “açıqdır”, digər üzünə “bağlıdır” yazılan lövhəni o tərəf-bu tərəfə çevirir, sanki kiminsə taleyi ilə bağlı vacib bir qərar verməyə tələsirdi”.
Bu, çox doğru fikirdir. Külək bilirdi ki, Mehran xəritəni illərdir ki, axtarır. Onu da bilirdi ki, Mehran xəritəni də, kimliyini də tapsa, Ofeliya onun həyatından çıxmaqla yanaşı, kül olacaqdı. Bilirdi və bilirdi ki, Mehran Ofeliyayla xoşbəxtlik açarını tapıb, növbəti qapıların kilidlərini açarla aça bilməyəcəkdi. Diqqət etmisinizmi, Mehran hər dəfə 1874-cü ilin qış fəslinə qayıtdıqda Ofeliyanın kimliyini unudur və yalnız o xəritənin başlanğıc və son nöqtəsini axtardıqca dəliyə dönür. O evin divarlarının hər küncü, yatağı belə Ofeliyanın ruhuyla lənətlənib. O xəritəyə işgəncə verən də Ofeliyanın “Qan qartalına” bürünmüş lənətlənmiş ruhu idi. Ofeliya həqiqətləri daxilində gizlədib, Tanrının ən uca varlığı olan sevgini geyinmişdi bədəninə. Hər şey bir kənara, sizcə, Ofeliya Mehranı həqiqətən sevsəydi, rəfiqəsi Lamiyənin qardaşı Ramalla qoşulub qaçardı? Əsla! Bu da bir kənara xəritə olmasaydı, həqiqət nə qədər acı da olsa, Mehrana etiraf etməyəcəkdi? Ofeliya anidən yox olub illər sonra həqiqi bədəninə geri döndü və Mehranın gözləri önündə dayandı. Dayana bilərdimi? Yox, təbii ki, dayana bilməzdi…
Mehran Ofeliyanı itirməklə yenidən dünyaya gəldi. Təkrar yaşadığı taleyini yenidən özü yaratdı. O, taleyinin memarı olub, onun üzərində işlədi, eynən xəritə kimi. Elə yeri gəlmişkən romandan bir sitat gətirim: “Keçmişin ardınca qaçmaq gələcəyi sürətlə itirməyin ən asan yoludur”.
Mehran keçmişinin arxasınca qaçırdı. Qaçmaqla bərabər bütövlükdə hər zərrəsini itirir və 30 parçaya bölürdü. 30 parça, 30 insan, 30 ampul. Şifrələnmiş həyat hekayələri, neçə-neçə insanın qurban getdiyi talelər. Sual yaranır ki, 30 ampul nədir axı? Məsələyə bir başqa yöndən baxdıqda özünü Nərminin əmisi, əslində isə doğma atası olan Burxanın dəhşətlər doğuracaq “Medi Sina Mru” klinikasından başlayır. Qəribə bir adla tanınan bu klinika da şifrələnmiş həyat hekayələrinin parçalanmış hallarıdır ki, bu, Mehranla Nərmini birləşdirir.
Klinikanın adını dəfələrlə oxuduqda həmin hissəyə gözümü avtomatik olaraq zilləyirdim. Demək, tək ayrılıq yox, insanın bütövlükdə yaşadıqları ona təkrarən yaşadılır. Ən dəhşətlisi isə o oldu ki, Burxanın illərdir insan alveri ilə məşğul olmasıdır. Bəlkə də bu vəhşiliyin üstü örtülü qalacaqdı, ancaq Mehran yaddaşına hopan fikirləri bir-bir analiz edib, bu faciəylə bitəcək insan ömürlərinin yarısını da olsa, qurtara bildi. Məni dəhşətə gətirən isə bu klinikanın adı oldu. Klinikanın əsl adı Simurq quşumun olmasıdır. Simurq quşu da kül olub, küllərindən doğulan bir quşdur, həmçinin 30 quşun simvoludur. O 30 quşun hər biri bir Simurq quşudur. Sizcə də bu, möcüzə deyilmi? Bu möcüzə Mehran və Nərminin sevdası idi.
Mehran, Ofeliya, Burxan və Nərminin talelərindən danışdıq. Artıq illər keçdi, saatın dəqiqələri gələcəyi görməyə can atmağa çalışdı, lakin unudulan bir məqam qaldı, o da Nərmin. Nərmin o gün niyə təcili olaraq evini tərk etdi? O, həqiqətən də Mehranı Ofeliya kimi atıb gedəcəkdimi? Bu yeni doğulan suallar necə ki, Mehranı uçuruma sürükləyirdisə də, Ofeliyaya olan şübhələrini də Nərminin üzərinə hədəfləyirdi, ancaq bu o demək deyildi ki, Mehranın Nərminə olan sevgisi azalırdı, xeyr, əksinə, özü də bilmədən daha da çox artırdı. Mən onun necə bir hiss olduğunu çox gözəl anlayıram. Mehranın Nərminin “tapılmayan cəsədi” xəbərini eşitməsi. Burxanın cəsədi məlum idi, ancaq Nərmininki… Bu 3 nöqtəni tamamlamaq belə qeyri-mümkündür. Mehran da bunu bilirdi ki, Nərmin ölə bilməz. Elə bu fikirlə də, o məktubu da, hər şeyi də əlinə alıb uzun yola çıxdı. Qatarın yolu onu ilk xəritəyə, daha sonra Nərminə aparırdı. Mehran bu duyğularla da bərabər irəlilədi və xəritənin də özü olduğunu bir daha təsdiqləmiş oldu.
Mehran xəritəni tapmaqla yanaşı, ondan qopan parçaları da birləşdirib gələcəyə addımladı. Aylar öncə Ofeliyayla daxil olduğu “Antik tənhalıq” mağazasına indi Nərminlə addımladı. Külək həqiqətən də onların taleyi ilə vacib qərarı elə bu gün verdi.
OĞLUMLA SÖHBƏT -O səs nədi elə, Ana? -Oğul balam, yağış yağır. göydən yerə buludların toxuduğu naxış yağır. * * * Bu yağışla nur çiləsin taleyinə kaş ki, Tanrı! Sən xoşbəxt ol, mən də olum, ay ömrümün xoş nağılı! * * * -Bəs, o işıq nədi elə? -O da aydı işıq saçır. günəş batır, ayla ulduz gecələrə qapı açır. * * * Qoy, o işıq amalına, həyatına saçsın, balam! Uzaq olsun hər an səndən. şər, iftira, böhtan, yalan! * * * Bəs, o nəyin qoxusudu? -Pəncərəndə açan güldü, qoxusunu yayıb evə, gül də, sənə baxıb güldü… * * * Daha bəsdi, yataq oğlum, gül-çiçəkdən təmiz, balam! Gəl, bağrıma basım səni, doğma balam, əziz balam! * * * Niyyətlərim, arzularım sənə doğru, sənə bağlı! Bəlkə, sənə nağıl deyim, ay ömrümün xoş nağılı?! * * * Biri vardı, biri yoxdu… varım-yoxum sənə qurban! Hansın deyim, Məlikməmməd, Göyçək Fatma, yoxsa Cırtdan? * * * Yum gözünü, layla çalsın anan sənə həzin-həzin! Yaşayıram, üz-gözümə toxunduqca, tər nəfəsin. * * * Misralarım avazımla cingildəsin qulağında. Gül də açdı, ay da doğdu, yağış yağdı otağında… * * * Mahnı kimi, nağıl kimi ömrün olsun, noğul balam! Sən yat, çəkim mən keşiyin oğul balam, oğul balam! 25.08.2010.
DUYĞUNUN GƏLİNCİYİ Köhnə gəlincikləri Duyğu yığdı yanına. Əvvəlcə, əl gəzdirdi Onların paltarına. * * * Yuyub, qurutdu sonra, Düymələrini tikdi. Ayaqqabısın silib Üstünə boya çəkdi. * * * Saçlarını daradı, Üz-gözünü bəzədi. Sonra, kənardan baxıb Dedi: -Sanki, təzədi! 18.06.2015.
ƏLİSANIN KİTABLARI (Oğlumun “Kitab bayramına”) Əlisa kitabları Yığdı çantaya bir-bir. Bir az keçdikdən sonra Gördü ki, hay-küy gəlir. * * * Astaca qulağını Dirədi çantasına. Eşitdi hay- küy düşüb Onların arasına. * * * Dilləndi Ana-dili: -Mən Ananın dilliyəm, Bal-şəkər, şirin-noğul. Yazılıbdı sinəmə Şeir, tapmaca, nağıl. * * * Ataların sözünü Mən sizə yetirirəm. İşim, sifət, feillə Cümləni bitirirəm. * * * Dindi Texnologiya: -Uşaqlar görcək məni Açılır qaş-qabağı. Qayçı, yapışqan ilə Sevirlər oynamağı. * * * Rəngbərəng kağızları Doğrayıb, kəsib, burur. Plastilin xəmirdən Hərə bir dünya qürur. * * * Dilləndi İnformatika: -Kompyuter əsridi Bizim indiki zaman. Bunun üçün də məni Uşaqlar sevir yaman! * * * Sistem, blok, monitor, Qrafik, alqoritm. Yeni dərs üsuluyla Tutmuşam mən də ritm. * * * Dindi Həyat bilgisi: -Mənim vərəqlərimdə Bilirsiniz, nələr var? Canlı, cansız təbiət, Heyvanlar, bitkilər var. * * * Planet, yer kürəsi, Dənizlər, okeanlar. Yol qaydasın öyrənir, Məni tam oxuyanlar. * * * Dilləndi bu an Şahmat: -Uşaqların sevdiyi Ən gözəl kitab-Şahmat. Topla atəş açılır, Şahə qalxır köhlən at! * * * Fillə, vəzir yanında, Piyada öndə durur Bu oyunun qalibi, Şahı mat edən olur. * * * -Dindi İngilis dili: Beynəlmiləl ad alıb, Dünya belə danışır. Bu dil ilə ölkələr Tam qaynayıb, qarışır. * * * I am speak English, Salam verin:- Hello! Hay! Vell come, nise to meet you! Sağ olun! Sii of! Good bay! * * * Təsviri incəsənət dilləndi öz yerindən: -Uşaqlar qoymur məni, Əllərindən heç yerə. Quaş, pastel, boyayla Rəngləyib silə-silə. * * * Gördükləri nə varsa, Çəkirlər min həvəslə. Yaman maraqlanırlar Bu kitabla, bu dərslə. * * * Dilləndi Riyaziyyat: -Elmlərin şahıyam, Biliklərin açarı. Uşaqlar yaman sevir, Həndəsi fiqurları. * * * Vurma, çıxma, toplama Həll edirlər maraqla. Məntiq, misal, məsələ Gəl, bir məni varaqla! * * * Dindi bu an musiqi: -Çalğı alətlərini Uşaqlara danışdım. Azərbaycan himnini Əzbərlətdim, soruşdum. * * * Gah notdan, gah ritmdən, Gah muğamdan söz saldım. Şirin nəğmələrimlə Könüllərə iz saldım! * * * Dinləyib hamısını, Əlisa gülümsündü. Fikrə gedib bir qədər, Sonra astaca dindi: * * * -Dalaşmayın kitablar, Hamınızı sevirəm! Anam söyləyib mənə, Bunu çoxdan bilirəm. * * * Elm, savad kitaba Yazılan sözdən keçir. İşıqlı gələcəyə Gedən yol sizdən keçir! 20.05.2015.
ANAM NAĞIL DANIŞIR Biri vardı, biri yox… nağılların sayı çox. Atamın mərd elindən, anamın bal dilindən Dinləyib şirin-şirin. çox sevmişəm hər birin. * * * Yatmağa gedən kimi, hər axşam dönə-dönə, Anam başımın üstə nağıl danışır mənə. * * * Göyçək Fatmayla Cırtdan, cəsur Ağ atlı oğlan, Turp, Qoğal, Məlikməmməd, Tıq-tıq xanım və Əhməd, divlə, Qırmızıpapaq gəlirlər bizə qonaq. * * * Dərə keçir, düz aşır, yorulmadan danışır… Nağıl sona yetişir, göydən üç alma düşür. Anam söyləyir mənə: -Ay oğul, qurban sənə, payını saxlayıram, yat, dur sonra yeyərsən! * * * … Sabaha heç nə qalmır. Almaların hamısın anam yeyir, deyəsən? 16.06.2015.
TƏNBƏL RAFAEL Yaman səliqəsizdi Bizim Rafael yaman. Otağı qarış-quruş Olur baxsan, nə zaman. * * * Kitab divanın üstə, Döşəmədə dəftəri. Qələm, şəkil, saatlar… Bərbad gündə rəfləri. * * * Dəsmalı yerdə gəzir, Qırışdı paltarları. Heç narahat etməyir Onu, evin bu halı. * * * Elə ki, lazım olur Ona otaqdan nəsə. Axtarıb tapa bilmir, Hamı yığılır səsə: * * * -Kömək eləyin tapım, Dərsə yetişməyəcəm! Söz verirəm, otağı Gəlib təmizləyəcəm! * * * Elə ki, evə gəlir Hər şey çıxır yadından Tutacaq öz sözünü Nə vaxt, bu tənbəl oğlan?! 22.06.2015.
SEVGİSİZ YAŞASAM Yaxşılar fərqlənməz, pislər olmasa, Heç yağış yağarmı, bulud dolmasa? Əgər bu dünyada izim qalmasa, Yəqin ki, varlığım daşa dönərdi! * * * Axı, kim yamanlıq görüb dilimdən, Heç vaxt ayrılmaram doğma elimdən. Nə vaxtsa qələmim düşsə əlimdən, Hər kəlməm gözümdə yaşa dönərdi! * * * Tənhalıq adamın qəddini bükər, Dərd-qəm sınıq qəlbi min səmtə çəkər. Bircə an sevgisiz yaşasam əgər, Ömrüm bir şaxtalı qışa dönərdi!
SƏNDƏN XATİRƏDİR SƏNSİZLİK MƏNƏ Bilmirəm sən niyə xəbərsiz getdin, Qoydun ürəyimdə neçə iz,-getdin. Son dəfə üzümə baxmayıb,düz getdin, Döndünmü zülmətdə dumana-çənə – Səndən xatirədir sənsizlik mənə! * * * Əllərim arxanca uzalı qaldı, Həsrətim kölgənə qısılıb qaldı. Eşqim göz yaşımdan asılb qaldı, Ürəyim gör necə sızlayır yenə – Səndən xatirədir sənsizlik mənə! * * * Adını qəlbimdən de, necə silim, Keçir dərd içində hər ayım, ilim. Hələ də sabaha çatmayır əlim, Üzümü tutmuşam hər ötən günə – Səndən xatirədir sənsizlik mənə! * * * Elə zənn etmə ki, dönmüşəm yada, Ülvi bir sevgini vermərəm bada. Əllərim əlinə toxunmasa da, Adını anıram hey dönə-dönə – Səndən xatirədir sənsizlik mənə!
İNDİ MƏNSİZ NECƏSƏN… Bu ayrılıq ürəyinə yatdımı, Ahım-naləm görən sənə çatdımı? İşıq saçan bəxt ulduzun batdımı, Zülmətəmi çevrilmisən gecə sən – Söylə görüm, indi mənsiz necəsən? * * * Bilə-bilə saf eşqimi tapdadın, Gedib döndün girovuna sən yadın. De, başında çatladımı inadın, Bir vədələr sığınmışdın gücə sən – Söylə görüm indi mənsiz necəsən? * * * Bəxtinləmi de vermişdin səs-səsə, Mat qalmışdım belə gizli həvəsə… Bir ayağın qaçaq idi nədənsə, Barı qaçıb qoşuldunmu köçə sən – Söylə görüm, indi mənsiz necəsən? * * * Daha mənə deyiləsi sözün yox, Ürəyində bircə qalam közün yox. Danışmağa bəhanən yox, üzün yox, İstəmirəm ta qarşımdan keçəsən – Baxıb deyəm, indi mənsiz necəsən?
ƏHSƏN HÜNƏRİNİZƏ (Qazilərimizə həsr edirəm) Vətənin ən ağır günlərində siz, Şəhid olmağa da hazır idiniz. Düşmən çökən kimi qarşınızda diz, Nur saçdı odunuz-közünüz sizin! * * * Vətən dünya boyda ürəkdi-candı, Torpaq qorunanda yurddu-məkandı. Deyəndə, “Qarabağ Azərbaycandı”! Yayıldı hər yana sözünüz sizin! * * * Heç vaxt qeyb olmasın gözdə nurunuz, Zəfər sevinciniz bəhrə-barınız. Qoy, qaysaq bağlasın yaralarınız, Gülsün zaman-zaman üzünüz sizin! * * * Haqq yolunda hər əzaba dözdünüz, Yağıların bənd-bərəsin kəsdiniz. “Dəmir yumruq”la düşməni əzdiniz, Dil açdı hər yanda iziniz sizin!
20 YANVAR ŞƏHİDLƏRİ Qarlı-zülmət bir gecədə nur saçdılar, Yağılarla ərən kimi savaşdılar. Azadlığa gedən yoldan söz açdılar – 20 Yanvar şəhidləri! * * * Paytaxt Bakı dönəndə qan dənizinə, Bələd olduq imperiyanın iç üzünə. Çevrildilər bəxtimizin gündüzünə – 20 Yanvar şəhidləri! * * * Nalə qalxdı asimana, üzüldü can, Hər tərəfə yağış kimi çiləndi qan. Ulu xalqın yaddaşında təzə ünvan – 20 Yanvar şəhidləri! * * * Namərd düşmən düşsə də qara niyyətə, Məğlub oldu el gücünə, əzəmətə. Alnı açıq üz tutdu əbədiyyətə – 20 Yanvar şəhidləri! * * * Biz bu dərdi daşısaq da aya-ilə, Matəm rəngi ta yaraşmır qərənfilə. Nəğmə kimi düşübdülər dildən-dilə – 20 Yanvar şəhidləri!
DANIŞIR MƏNİMLƏ KÖHNƏ ŞƏKİLLƏR Nə gün-günə bənzər, nə də il-ilə, Hər çiskin çevrilmir yağışa, selə. Kövrək xatirələr gələndə dilə Elə bil geriyə qayıdır illər – Danışır mənimlə köhnə şəkillər! * * * Uşaqlıq çağımdan söz açır şəklim, Cavanlığım kimi nur saçır şəklim. Gah gözə görünür, gah qaçır şəklim, Yaxamdan yapışıb dartanda əllər – Danışır mənimlə köhnə şəkillər! * * * Hər biri saralıb solan varaqdı, Sükuta qərq olan səsdi-soraqdı. Piltəsi közərən şamdı-çıraqdı, Titrəyir yarpaqtək əsdikcə yellər – Danışır mənimlə köhnə şəkillər! * * * Yaddaşım çatsa da hərdən dadıma, Kim çəkibsə, düşmür adı yadıma. İsinəndə közərtimə-oduma, Qəlbimdə gizlicə titrəyir tellər – Danışır mənimlə köhnə şəkillər! * * * Seymuru sızladan alovdu-közdü, Üstünü qar örtmüş cığırdı-izdi. Dumanlı-çiskinli pərişan üzdü, Dəyişə bilməyir səmtini sellər – Danışır mənimlə köhnə şəkillər!
VƏFASIZ QIZLARI SEVMƏYƏ DƏYMƏZ Tərsinə fırlanır dünyanın oxu, Bir ümid dalınca yollanır çoxu. Atalar əzəldən deyibdir axı, Dönük üzlü bəxti ha axtar, ha gəz – Vəfasız qızları sevməyə dəyməz! * * * Bəzisi tez çıxır haqqın yolundan, Büdrəsən yapışmaz sənin qolundan. Yansan da xəbəri olmur halından, Halal süd əmmişə heç varmı əvəz – Vəfasız qızları sevməyə dəyməz! * * * Etdiyin səhvləri gəl, azca bələ, Kim bilir qabaqda nələr var hələ. Yüz yol öz-özünü danlasan belə, Gecikmiş etiraf solğun bir həvəs – Vəfasız qızları sevməyə dəyməz! * * * Adam var, astarı üzündən baha, Hər vaxt beləsindən uzaq qaç daha. Odunu-közünü saxla sabaha, Bil ki, ülvi sevgi qəddini əyməz – Vəfasız qızları sevməyə dəyməz! * * * Seymur az görməyib işin tərsini, Bir addım atanda düşün ger(i)sini. Nə vaxtsa həyatadan alsan dərsini, Baxıb görəcəksən ya gec, ya da tez – Vəfasız qızları sevməyə dəyməz!
DOĞMA YURDUM-MƏSKƏNİM Ana Vətən, şan-şöhrətin yayılıbdır hər yana, Əzəl gündən sığınmışam sənin doğma qoynuna. Qollarımı gеniş açıb qoy, sarılım boynuna, Sənsən mənim yer üzündə qanad açan yelkənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Hər ürəkdə məhəbbətin, bir əbədi izin var, Odlu qəlbin, isti qoynun, al günəşli izin var. Varlığından soraq verən, neçə-neçə sözün var, Yenilməyən əzəmətim, varlığımsan sən mənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Zaman-zaman gözlərini qamaşdırdın yadların, Tükənməyən xəzinədir, həm sərvətin, həm varın! Göz oxşayır qarlı qışın, gül-çiçəkli baharın, Həm yamyaşıl yarpağımsan, həm də göyərən dənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Sabahından söhbət açır, dalğalanan bayrağın, Nə gözəldir ürək açan, qəlb oxşayan növrağın! Zəfərindən soraq verir xoş müjdəli hər çağın, Seymur deyir, qoy daşına-torpağına mən dönüm – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
YOX BƏNZƏRİ ORDUBADIN Yazılmamış bir nəğmədir Hər səhəri Ordubadın. Yer üzündə tarix yazıb Dahiləri Ordubadın. * * * Qonaq gələn bizim yurda Dostluq, hörmət görər burda. Cavanşirtək oğullarda Var hünəri Ordubadın. * * * Abırlıdır ismətlidir, Vəfalı, sədaqətlidir, Nigar, Həcər qeyrətlidir Hər dilbər Ordubadın. * * * Burda “Səid”, “Yusif ” yaşar. Neçə-neçə alimi var. Dünyanı gəz diyar-diyar Yox bənzəri Ordubadın. * * * “Zorxana ” tarix dastanı. Limonun tayı hanı? Valeh edib hər bağbanı Meyvələri Ordubadın. * * * Ana vətən, doğma məkan. Müqəddəssən bizə hər an. Varlığından ilham alan Var Əsgəri Ordubadın. 2012.
MÖMİNƏ XATUN O vaxt Əcəmi babam Görən sənə nə qatıb? Səni belə vüqarlı, Möcüzəli yaradıb. * * * Naxçıvana söykənib Başın göylərə çatıb Sən ey şah əsərlərdən Uca Mömİnə Xatun. * * * Memarlıq sənətində Bağlı sirsən bu gün sən. Yurduma bir incisən, Cəbahirsən bu gün sən. * * * Müasir şəhərimtək Müasirsən bu gün sən Necə deyim adına Qoca Mömİnə Xatun. * * * Az qala şanlı zirvən Buluda dəyir sənin. Ulduzlar da başına Şölə ələyir sənin. * * * Başındakı vüqarlı Tacın bənzəyir sənin Atabəyin başında Taca, Mömİnə Xatun. * * * Sən ey şah əsərlərdən Uca Mömİnə Xatun. 2017.
ANA Vaxtsız qocaltmasın qoy illər onu Düşməsin saçına dən anaların. Sevinsin, şadlansın çöhrəsi hər an Olsun bahar kimi şən anaların. * * * Laylası o qədər həzin səsdi ki… Çağırsam can deyər mənə bəsdi ki, Analar o qədər müqəddəsdi ki Adına nə yazım mən anaların? * * * Hey övlad yolunda vurar ürəyi. Önündə əyilər dağın çiçəyi. O böyük Yaradan olsun köməyi Həmmişə, hər yerdə cəm anaların.
MƏN AZƏRBAYCANLIYAM Mən bu yurdun oğluyam, bu el mənə əzizdir. Bu xalqa olan sevgim Xəzər adlı dənizdir. Mənim Xəzərim pakdır, suyu safdır, təmizdir. Adım tarixə sığmaz şöhrətliyəm, şanlıyam. Mən Azərbaycanlıyam! * * * Şəhidimin qanı var o torpaqda, mənimdir. Al geyinmiş yamac da, ulu dağ da mənimdir. Naxçıvan da, Bakı da, Qarabağ da mənimdir. Laçınlı, Kəlbəcərli, Şuşa, Zəngilanlıyam. Mən Azərbaycanlıyam! * * * Bu yurdun hər daşında, qayasında izim var. Əyilməz Poladım var, ölməz Mübarizim var. İlhamdan ilham aldım sinəm dolu sözüm var. Soyköküm Ulutürkdür, odur dəliqanlıyam. Mən Azərbaycanlıyam! Mən Azərbaycanlıyam!
QƏRƏNFİL Qərənfilim, mən səni bir şəhid anasının əlində ağlar gördüm. Ləçəyində min hicran, qəm dolu dağlar gördüm. mənim məsum Qərənfilim ey mənim qanlı gülüm qoy ləçəyini silim, məzardakı şəhidin ruhu görməsin barı Qoy qanlı göz yaşların titrətməsin məzarı! * * * Dünənki bir şəhidin balaca qızı Sara əllərində Qərənfil görən tələsir hara? Sığal çəkib oxşayır gülün yarpaqlarına. Tələsir atasının O şəhid məzarına… Qərənfil xəcalətdir qızcığazın əlində. Kövrək, məsum Qərənfil bir dünya gözəlində…. * * * Nə qəribə səslənir Bu ifadə, bu səda. Bir zaman sevənlərin gülü olan Qərənfil İndi “İyirmi yanvar” da, “Fevral” da düşür yada. * * * Qərənfilim dilə gəl, unut kədəri ünü. O pak məzar başında Şəhidlərin anası sənə açır dərdini… Niyə belə pərişan, tutqunsan Qərənfilim? Sənə sual etməyə xəcalət çəkir dilim. Sən şahidi olmusan Yanvar günü Bakının. ağlamısan dərdinə Xocalının, Laçının. Bu bəlalı günlərdən üzünə qara düşüb. Sənin bəxtin fevrala, İyirmi yanvara düşüb Ey bəxtsiz Qərənfilim Mənim ən əziz gülüm, Mənim ən təmiz gülüm. 2012.
HƏSRƏTİN İZİ İLƏ Uzanan, sonu bilinməyən bir yolu əlinə almışdı o bugün. Gedəcək, hey gedəcək , çatacaqdı o yol ayırıcına. 38 il bundan əvvəl ayrıldıgı o sevgi agacının altına. İllər öncə orda bir ömür qoyub gəlmişdi 12 illik sevgi ömürü. 17 yaşında, özüdə bilmədən , gözləmədən birdən – birə qıgılcımdan alova çevrilən adı dastan, özü həyat olan o sevgi 29 yaşında elə o agacın altındaca ümüd dolu bir yuxuya getmişdi . 67 illik ömrünün 12 ilini ömürdən gün sayırdı. Qalan ömürünü sadəcə nəfəs almışdı. 12 illik sevgisini yaşatmaq üçün. Əlindəki taqətdən düşmüş əsanın torpagın bagrından qopardıgı naləyə qarışan, həzin layla kimi ətrafa illərin sevgisini yayan taqqıltısı qəsəbəni hüzun dolu bir sükuta qərq etmişdi. Gedirdi, yox getmirdi qanadlanıb uçurdu. İllərdi yeriyə bilməyən ayaqları, əsa tuta bilməyən barmaqları ümüd çıragında isinmiş, sevgi bulagında yuyulmuşdu sanki. 38 il öncə bu qəsəbəni tərk etmişdi, etmişdi yox, tərk etməyə məcbur qalmışdı. Müharibənin əsən yeli onu özüylə uzaqlara aparmışdı. Son görüşünü xatırladı. Qovaq acagının altında üz – üzə dayanmışdılar. Gözlər danışır, dillər susmuşdu. Kədər dolu, ümüdli ayrılıga qol çəkmişdilər o gün. Xoşbəxt bir uşaqlıgı vardı . Sevgi dolu, hüzur dolu ailəsi, sevdiyi dostları, ən əsası qəlbinin başında yer ayırdıgı, İlknuru vardı. Ata – anasının ömrü vəfasız oldu. Onu 18 yaşında ailəsiz qoydu. Evin tək oglu idi Ərturqut. Əziz – xələf, sevimli, sevgi ilə böyümüş, ətrafına nur saçan bir oglu. Ata – anasının vaxtsız ölümü ona həyat dərsi oldu. İstənilən vaxt ona arxadan zərbə vuracaq qədər qəddar olan bu həyatla dostlaşmaq məcburiyyətində qaldı. Amma yenə də həyat ondan amansız zərbələrini əsirgəmədi. 17 yaşında sevmişdi İlknuru. Yox, yox bu sevgi deyildi əslində.. Ərturqut üçün yeni dogan günəş idi. Sevgi mələyini bulaqda görüb bəyənmişdi Ərturqut. Bulagın saf sularına daha da gözəllik atan, ürkək baxışlarıyla həyatdan qorxan, amma mübarizə aparmaga hər an hazır olan bu mələyi xatırladırdı İlknur. Ərturqut – qismətimi ilahi yer üzünə endirdi deyə, İlknuru öz həyat yolunun sakininə çevirmişdi. Ruh əkizi saydıgı İlknuru bir neçə il izləmiş, qəlbində daşıdıgı, nura boyanmış, gözəlliklərə bürünmüş sevgisini etiraf etməyə cürəti çatmamışdı.Və bir gün .. Özüylə kasıb, çətin tələbəllik illəriylə birgə daşıdıgı sevgisi ilə özündə cürət tapıb İlknurun qəlbinə bir uzun, möhkəm körpü salmaq qərarına gəldi. Tələbə, miskin, İlknura olan münasibətilə özünü dünyanın bəxtəvəri sayan Ərturqut utana – utana da olsa ona qəlbinin açarını verdi. O gün bu gün o açarı geri almadı, daha dogrusu almaq fikirinə düşmədi. O böyük sevgi 12 il sürdü. İlknurun təhsili,ailəsində ard- arda yaşanan faciələr onların bir birinə baglanan sevgisini rəsmiləşdirilməsi yolunda qara tikana çevrildi. Nişanlı cütlük toy xəyallarına qərq olarkən, müharibə qartal kimi şıgıdı. Ərturqutu ondan cismən ayırdı. Çatır artıq, tanıdı, həmən ağac . Qocalıb heydən düşmüş, budaqları sınmış, amma onların sevgilərini özündə bir əmanət olaraq saxlayan sevgi agacı. Adlarını yazdıqları qovaq agacı.. Dayanıb nəfəs aldı. Agaca yaxınlaşdı, heysiz qollarıyla onu qucaqladı, yox bu dəfə aglamayacaq. Budur Ərturuqutu İlknurdan ayıran müharibə geri vermişdi. Bəs gəncliyini, məhv olmuş o gözəl həyatını da qaytara biləcəkdimi? Müharibə,sonra əsirlik həyatı Ərturqutun beynindən, qəlbindən, ən əsası ruhundan İlknuru qopara bilməmişdi. İlknuru İlknursuz sevmişdi. Ailə qurmayan Ərturqut qovaq agacına öz acı həyat hekayəsini danışırdı. Yoldan keçən bir agsaqqal onun agılında problem oldugunu düşünüb ona yaxınlaşdı. Ag saç – saqqal içində nurani sifəti görsənən Ərturqutu görən kimi tanıyan Əlisahib kişi onu qucaqlayıb içini çəkə – çəkə agladı . – İlknura gəldim, Əlisahib qardaş ! Onu bircə dəfə görə bilsəydim. Əlisahib hönkürdü . Tale bizə çox agır zərbə vurdu, Əlisahib qardaş. Bilmirəm bəlkə də həyatda deyil, amma inanıram ki onun sevgisi bax buradadı, agacın köksündə. Əlisahib aram – aram danışmaga başladı. – İlknur sən gedəndən sonra hər gün bu agacın altına gəlirdi. Hamı onu bura gələndə şaqqanaq çəkib gülən, gedəndə aglayan görürdü. İllərlə bu agacı özünə sirdaş bildi. Səndən heç bir xəbər olmadıgını görən cavanlar elçilərini elçi daşının üstündə oturdurdular. Amma İlknur səni gözlədi, ailə qurmadı. Geri dönəcək deyib gördüyün o təpəyə hər gün çıxıb, saatlarla səni gözlədi. Aglamaqdan o gözəl gözləri tutuldu. Bilirsən nə deyirdi? – Bir gözki Ərturqutu gözləməyə mənimlə yoldaşlıq etmədi,onun dünyanı görüb – görməməsi mənə lazım deyil. Bəxtiqara İlknurun alın yazısı burada bitdi. Sənsiz sənli dünyasına gözlərini əbədi yumdu. Aglamaqdan gözləri şişmiş Ərturqutun son sualı; – Məzarına gedə bilərik? Əlisahibin cavabı onu yerlə – yeksan etdi. Sən onun məzarına gəlmisən, Ərturqut . – Bax,bu agac onun başdaşıdı. Onu burada dəfn etdik. Öz istəyi idi.Ərturqut mütləq bura gələcək deyirdi. Torpagı qucaqlayan 67 yaşlı Ərturqut ömrünün qoruyub saxladıgı gözəl, mənalı, sevgi dolu illərini sevgi mələyinin yanında dəfn etdi. Əlisahib kişiyə çeviriilib: – Mən öləndə məni də burada basdırın dedi. -Qoy buradan keçən cavanlar bilsinlər ki dastana çevrilən nakam sevgilər bu həyatın qurbanlarıdı. Hər qovuşmayan sevgi arxasında bir həsrət izi buraxır.
2020-ci ilin gəlişi münasibətilə siçanın başına korona qoyuldu, əyninə də Kleopatranın libası geydirildiyinə gorə siçanın xalası qızı yarasanın buna açığı tutdu. Yarasa bərk qəzəbləndi. Bütün gecəni düşünüb bədnam niyyətini həyata keçirdi. Elə bunun acığına koronaya virus ötürdü.
Korona viruslu olub siçan ilini yarasa ilinə çevirdi. Əsas günahkar siçanın bəzəyidir. İndi siçan nə qədər yarasaya deyir: “əlini mənə bəsdərəcək”.
Yarasa deyir: “Yox, mən hamıdan küsdərəcək, sənin koronana virus gondərəcək”.
******
-Ey, siz kimsiniz?
-Ey, bəs sən kimsən?
-Mən koronovirusam.
-Biz də koronovirusuq.
-Siz bura hardan gəlmisiniz?
-Bəs sən bura hardan gəlmisən?
-Mən, Çindən gəlmişəm.
-Biz də Çindən gəlmişik.
-Ey, sizin ata-babanız kimlərdəndir?
-Ey bəs sənin ata -baban kimlərdəndir?
-Mənim ata-babam yarasa nəslindəndir.
-Bizim də ata-babamız yarasa nəslindəndir.
-Ey, bəs axı siz bu nəslin virusuna bənzəmirsiniz, bir az obrozovonnusuz.
-Ey, heç sən də yarasa nəslinin virusuna bənzəmirsən, geridəqalmışsan.
-Ey, siz nə cürətlə mənə geridəqalmış deyirsiniz?
-Ey, ona görə geridəqalmış deyirik ki, biz sizin keçmiş nəsli geridə qoymuşuq. Hər cür formaya düşürük. Biz cilddən-cildə girib bütün dünyanı dəyişdik. Sən isə elə quş qripində, sərçə qripində qalmısan.
-Ey, bura bax, bura bax! Siz bu cürəti hardan tapıb mənə deyirsiniz ki, quş qripində, sərçə qripində qalmışam. Mən dədə-baba ənənəsini əsrdən-əsrə ötürmüsəm. Hər əsrdə bir neçə dəfə gəlib insanlara yoluxub getmişəm. İndi də gəlmişəm yoluxmağa. Neçə il idi ki , mənə dərman vurub yatirtmisdilar. Axırıncı dəfə Afrikaya İbola qripi adı ilə getmişdim. Orda yoluxma olan kimi Afrikadan qovuldum. Günəş də bir tərəfdən məni yandırdı. Afrikadan Çinə gəldim. Çox yorulmuşdum. Gələn kimi məni yatırtdılar. Yuxudan ayılan kimi cumdum bazara, bir neçə nəfəri saldım azara. İndi dünya səyahətinə çıxmışam. Görürəm ki, siz məndən qabaq dünyanı gəzirsiniz. Geyimləriniz də fərqlidir.
-Ey, sən hələ yatanda bir hissəni qoparıb, kloununu lobaratoriyada hazırlayıblar. Biz sənin kloununuq. Bizim donumuz dəyişkəndir. Ölkələri gəzdikcə donumuzu da dəyişirik. Bəzən olur ki, bir ölkədə üç dəfə don dəyişirik. Gah A, gah B, gah da C donunu geyməli oluruq. Bizim donlarimizin qiyməti də çox bahalıdır. Bütün dünya bizim donlarimizdan danışır. Çində olan donumuzu biz İtaliyada dəyişdik. İtaliya modalar ölkəsi kimi tanındığı üçün biz də orda hər üç donumuzu geyib, bahalı ticarət mərkəzlərində moda göstərdik. Orda moda nümayişindən sonra hamı virusa yoluxdu. Ordan İspaniyaya, Fransaya, İngiltərəyə üz tutduq. Gəldik İrana. İrana da yenilik gətirdik ; virus yeniliyi. Ordan Azərbaycana keçdik. Ancaq Azərbaycan bizi heç yaxşı qarşılamadı. Sərhəddə bizi qırıb-çapmaga başladılar. Üstümüzə spirt, xlor, sabun tökdülər. Çoxumuzu məhv etdilər. Əhali karantinə alındı. Çox adama yoluxa bilmədik. Azərbaycan bizə divan tutdu. Üz qoyduq Amerikaya. O boyda bir qitəni virusdan keçirdik. Müxtəlif donlarımızı orda da geydik. Onlar əvvəlcə bizə quş qripi, sərçə qripi kimi baxdılar. Bizi virus yerinə qoymadılar. Amerikalılar nə bəla olduğumuzu biləndən sonra və bizə milyardlarla pul ayırdılar. Biz orda özümüzü çox rahat hiss edirdik, ta ki karantin olana kimi.
Gəldik Rusiyaya, Ukraynaya, hətta Afrikaya. Getdik Ermənistana. Baxdıq ki, buranın əhalisi də elə bizim kimi bir virusdur. Bütün dünyaya səpələniblər. Hər yerdən torpaq istəyirlər. Ermənilər bizi görən kimi qorxdular. Onu da deyim ki, ermənilər çox qorxaq və yaltaq virusdurlar. Tez hər tərəfi bağlayıb çölə çıxmadılar. Onların böyüklərinin yanına elçilərimizi göndərib dedik ki, virus virusu belə qarşılamaz. Siz erməni virusuzunuz, biz isə koronavirusuq. Sizi bütün dünya bir virus kimi tanımalıdır, Erkoron virusu kimi. Siz adam cildində virussunuz.
İndi biz dünyanı gəzirik. Ey, sən daha qocalmısan. Qayıt hardan gəlmisən, ora. Bizim də vaxtımıza az qalıb, istilər düşür. Günəş bizi yandırmamış geriyə dönməliyik.
Nəsil-nəcabətini yaşadan birinci koronavirus gəldiyi yerə qayıtdı. Donunu dəyişənlər isə hələ də dünyaya meydan oxuyur.