Bu elektron kitabxana MUSTAFA MÜSEYİBOĞLU – 70 yubiley tədbirləri çərçivəsində Mustafa Müseyiboğlunun (Mustafa Müseyiboğlu haqqında) xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılmışdır. Allah rəhmət eləsin. Ruhu şad olsun.
11 oktyabr 2022-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Zülmətdən doğan günəş” adlı kitabın təqdimatı keçirildi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Bu məqsədlə Vətən, torpaq, uğrunda şəhid olanların keçdiyi döyüş yolundan bəhs edən filmlərin çəkilməsi, şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktlarla çatdırmaq üçün bir çox kitabların yazılması böyük əhəmiyyət kəsb edir. Tədbirdə Vətən müharibəsi zamanı düşmənin kabusuna çevrilən, 3 düşmən postunu alaraq qarşı tərəfin 24 nəfər xüsusi təyinatlısını məhv edən,torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına döyüşən şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunmuş, şairə Rəfiqə İsaqqızının müəllifi olduğu “Zülmətdən doğan günəş” adlı kitabın təqdimatı keçirildi. Tədbirdə şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, yaxın dostu polkovnik leytenant Rüfət Məmmədov, “Zülmətdən doğan günəş” adlı kitabın müəllifi şairə Rəfiqə İsaqqızı, Vətən müharibəsi qaziləri Mikayılov Natiq və Gülgəzov Aşur çıxış edərək Vətən müharibəsində öz cəsarəti və qorxmazlığı ilə seçilən şəhid mayor Rüfət Əsgərovla bağlı xatirələrini bölüşdülər. Sonda tədbir iştirakçıları mayor Rüfət Əsgərova məxsus, muzeyin fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaların-hərbi formaların, sənədlərin, fotoşəkillərin nümayiş olunduğu sərgi ilə tanış oldular. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, qazilər, Azərbaycan Respublikası Müdafiə nazirliyi və Heydər Əliyev adına Ali Hərbi məktəbin əməkdaşları, DOST İnklüziv İnkişaf və Yaradıcılıq mərkəzinin könüllüləri və “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin nümayəndələri və digər qonaqlar iştirak etdilər.
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.