Heydər Əliyev ömrü
Öz həyat salnaməsi üstə qərar tutdu O,
Gəlişilə məmləkət dirçəlməyə başladı.
Ədavəti fikrindən daim kənar tutdu O,
İnsanda insanlığa məhəbbət aşıladı.
* * *
Heydər Əliyev ömrü Azərbaycan deməkdir,
Vəhdətə sədaqəti azadlığın rəhnidir.
Böyük həqiqət üçün əngəllər keçən bir-bir,
Günəş kimi parlayan zəkasıdır, zehnidir.
* * *
Keçmişin bilicisi, gələcəyin hamisi,
İslahatdan başlandı milli qurtuluş yolu.
Müstəqil Azərbaycan dövlətinin banisi,
Qurucu qayəsilə çoxuna örnək oldu.
* * *
Yada salın o dövrü! Qayıdışı ölkədə
Hərc-mərcliyə son qoydu, yatırdı iğtişaşı.
Əkinçiyə payladı torpağı hər bölgədə,
Bir mərkəzdə topladı neçə cür ixtisası.
* * *
Çox kitablar yazıldı ömür yoluna dair,
Kitablara sığmadı amma könül dünyası.
Sanki aramızdadır, bizimlə gəlib-gedir,
Uğurlara zəmanət verir xeyir-duası.
* * *
Göz yolda, qulaq səsdə, əvvəl, ya son nəfəsdə
Anılacaq bir ad var – adların ən ucası!
Qələmindən süzüldü tarixə yeni səsdə –
“Azərbaycan!” şeirinin qafiyəsi, hecası.
* * *
Açdığı cığırlarla sabahlara gedirik,
Tövsiyyəsi, öyüdü işimizə köməkdir.
“Həmişə fəxr etmişik, bu gün də fəxr edirik”–
Heydər Əliyev ömrü Azərbaycan deməkdir!
12 dekabr, 2015.
Mütərcim: Göyərçin KƏRİMİ
AYB-nin üzvü
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru