Bayramov Fərman Salman oğlu 1914 cü ildə Cəvanşir qəzasımın Şixəvənd kəndində ( İndiki Ağdam rayonunun Əlimədədli kəndi ) anadan olmuşdur.
O, babasının evində savadsızlığın ləğvi kursunda təhsil almışdır. O,1935 ci ildə Ağdam Pedoqoji məktəbinə daxil olmuş və 1938 ci ildə Ağdam pedaqoji məktənini bitirmişdir.
O, 1941 1945 ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur, qardaşlarının təhsil almalarında böyük rolu olmuşdur.
Bayramov Fərman Salman oğlu1954 cü ildən 1959 cu ilə qədər Əlimədədli kənd orta məktəbində direktor müavini olmuşdur.
O,1960 cı il sənədlərini Azərbaycan Pedaqoji İnistutunun fiologiya fakultəsinə təqdim edərək 1965 ci ilə qədər Azərbaycan Pedaqoni İnistutunun fiologiya fakiltəsində ali təhsil almışdır .
Bayramov Fərman Salman oğlu 1968 ci ildən 1985 ci ilə qədər Xaçınsu tikintisi fəhlə gənclər orta məktəbinin direktor olmuşdur.
Bayramov Fərman Salman oğlu Ağdam rayon kənd sovetinə 6 dəfə, 2 dəfə də Ağdam rayon sovetinə deputat seçilmişdir. O,dəfələrlə yuxarı rəhbərlik tərəfindən orden və medallarla mükafatlandırılaraq təltif olunmuşdur.
Bayramov Fərman Salman oğlu Maarif Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür O,1989 cu ildə vəfat etmişdir,məzarı Ağdam rayonunun Əlimədədli kənd mazarlığındadır.
Ağdamın Mərzili kəndində doğulan, doğma ata eli işğal olunandan sonra məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşan şair-publisist Məmməd Mərzili ötüb keçən illər ərzində xeyli sayda nəşr olunan kitabları ilə oxucular arasında imzasını tanıtmağa nail olub. Ana vətənimizə, uşaqlıq və gənclik illərində gəzib dolaşdığı Ağdama, cənnət timsallı Qarabağa qırılmaz tellərlə bağli olan vətənpərvər yazar oxuculara nəcib hisslər aşılamağı özünə borc bilib.
Bununla yanaşı, AYB-nin Mingəçevir bölməsində öz fəallığı, təşkilatçılıq bacarığı və məhsuldar yaradıcılığı fərqlənib. Yazar dostumuzun nəşr etdirdiyi kitabları arasında illər boyu düşmən tapdağı altda qalan doğma torpaqlarımızı azad etmək naminə canlarından keçən şəhidlərimizə yönəlik sevgisi həmişə ön planda olub, Şəhidlik mövzusunda qələmə aldığı bir neçə kirabı da elə bu istəyin ən bariz nümunələridir…
İllərdən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və adətən hər ayın sonuncu bazar günündə yazarları bir araya gətirən “Palira” Ədəbi Klubu üzvlərinin bu dəfəki toplantısı onun ötən ilin sonlarında işıq üzü görən “845” adlı kitabının təqdimatı ilə başlayıb.
Tədbiri giriş sözüylə açan bölmə rəhbəri İsmayıl İmanzadə kitabın I Qarabağ Müharibəsində sözün əsl mənasında təkcə cəsur döyüşçü kimi deyil, həm də Ağdam bölgəsində şərid Eldar Bağırov adına 845-ci batalyonun yenilməz komandiri kimi tanınan, ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Allahverdi Bağırovun və onun döyüşçü dostlarından bəhs etdiyini diqqətə çatdırdı. Və cəmi şəhidlərimizə Allahdan rəhmər diləməklə, çıxışının aşağıdakı misralarla sonucladı:
Yurdunu ürəkdən sevənlər ölmür,
Əbədi yaşayır xatirələrdə…
Şəhər Əmək Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı kitabı yüksək dəyərləndirməklə yanaşı, şəxsən tanıdığı və dəfələrlə cəbhə bölgəsində görüşdüyü ərən eloğlusu Allahverdi Bağırovla, onun komandiri olduğu batalyonda Ağdamdan və müxtəlif bölgələrdən olan igid döyüşçülərlə ilgili xatirələrini dilə gətirdi.
Şair, ehtiyatda olan polis mayoru Bəhman Gülövşəli də I Qarabağ Müharibəsinin getdiyi vaxtlarda 5 ay ərzındə Ağdamda işlədiyini, Allahverdi Bağırovu, onun rəhbərlik etdiyi 845 nömrəli batalyonun bir çox döyüşçülərini yaxından tanıdığını vurğuladı.
Mingəçevir Dövlət Universitetinin dosenti, tədqiqatçı-publisist Mehman Rəsulov şəhidlik mövzusunda yazılan əsərlərin, o cümlədən Məmməd Mərzilinin “845” adlı kitabının gənc nəslə vətənpərvərlik hissi aşılamaq baxımından böyük önəm kəsb etdiyini deyib, müəllifə yaradıcılıq uğurları arzuladı.
Tədbirə qatılanlardan Namiq Zaman, Bəsti Bərdəli, Rəşid Rəsulov və başqaları da kitab müəllifinin yaradıcılıq üslubundan, fəallığından və yurd sevgisindən söz açdılar. Müəllifin etibarlı faktlara və reallığı əks etdirən arxiv materallarına, o cümlədən, 1988-1992-ciilərdəki qanlı-qadalı döyüşlərdən sağ çıxan keçmiş döyüşçülərin xatirələrinə istinad etdiyin, bu baxımdan kitabın dövrki hərb tariximizi zənginləşdirdiyini dönə-dönə vurğuladılar…
Tədbirin ikinci bölümündə İsmayıl İmanzadə bildirdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Mingəçevir bölməsinin xəttiylə yanvarın sonu, aprel ayının birinci ongünlüyü ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş iki nominasya üzrə müsabiqə keçiriləcəkdir. Sonra o, bu önəmli müsabiqənin müddəti, şərtləri və münsiflər heyətinin tərkibi barədə müfəssəl məlumat verərək, qaliblərə mükafatların aprelin ikinci ongünlüyünün sonlarında küçirilməsi nəzərdə tutulan poeziya gücəsində təqdim ediləcəyini qeyd elədi…
Tədbirin sonrakı məqamlarında AYB Mingəçevir bölməsində təmsil olunan yazarlardan Bəsti Bərdəli, Ağabala Salahlı, Namiq Zaman, Bəhman Gülövşəli, Mahir Musa və İsmayıl Mərcanlı vətən-yurd sevgisindən, ülvi məhəbbətdən, ana təbiətin gözəlliklərindən və günümüzün reallıqlarından bəhs edən şeirlərini söyləməklə, məclisə əlvan söz çalarları bəxş etdilər.
UŞAQ NƏSRİNİN İNKİŞAFINDA ŞƏFAHƏT ŞƏFİ İMZASI Ölkəmizdə uşaq ədəbiyyatının ilk təşəkkül tapdığı illərdə balaca oxucular üçün nəsr əsərlər meydana çıxaran Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq və s. maarifçi yazıçılar məna və məzmun etibarı ilə bir-birindən maraqlı nümunələr ərsəyə gətirmişdir. Müasir dövrümüzdə də uşaq nəsrinin davamçıları azlıq təşkil etmir desək yanılmarıq. Bunların sırasında Zahid Xəlil, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə, Qəşəm Nəcəfzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Mina Rəşid, Qəşəm İsabəyli, Ələsgər Əlioğlunun və son dövrlər uşaqlar üçün ardıcıl olaraq nağıl və hekayələri ilə ədəbi mühitdə tanınmağa başlayan Şəfahət Şəfinin adını çəkmək olar. Səfahətin qələmə aldığı uşaq nəsrlərini oxuyanda onun ölkəmizlə yanaşı dünya uşaq ədəbiyyatı ilə də yaxından tanış olması hiss olunur. Nağıl və hekayələrin ustalıqla balaca oxuculara çatdırılması müəllifin mütaliə gücü və zəkasının üstünlüyünün göstəricisidir. Bundan başqa yazıçı qələmə aldığı əksər uşaq əsərlərininin mövzusunu gerçək həyatdan götürür ki, bu da azyaşlı oxuculara əsərin ideya və mövzusunu daha rahat şəkildə anlamağa imkan yaradır. Ən əsası odur ki, uşaqlar üçün yazılan əsər onların estetik zövqünə xələl gətirməməli, mədəni tərbiyəsinin inkişafına, duyğularının gözəlləşməsinə, saflaşmasına vəsilə olmalıdır. Yuxarıda sadalanan vacib nüanslar Şəfahət Şəfi yaradıcılığında tamamilə özünü ehtiva edir. Yazıçının “Adilin səhvi” adlı hekayəsində əsərin qəhrəmanı olan Adilin bilik mənbəyi sayılan kitaba etinasız yanaşması, onu özündən sonrakı nəslə yararsız halda təqdim etməsinin yaxşı iş olmadığı aşılanır. “Yusif və qaranquş” hekayəsində isə quşların min bir əziyyətlə qurduğu yuvalarını dağıtmaq istəyən Yusifə babası tərəfindən məzəmmət edilir. Onların təbiətdə oynadığı vacib rol əsərin qəhrəmanına başa salınır. Nasirin uşaq əsəbiyyatındakı xidmətini böyüməkdə olan nəslin mərhəmətli, qayğıkeş, insani keyfiyyətlərə xas şəkildə tərbiyə olunmasına bir çağırış kimi dəyərləndirmək olar. Səfahət uşaq nəsrlərində təsvir israfçılığına demək olar ki, yol vermir. Yazılar yığcam olmaqla yanaşı məna yükünü də özündə saxlayır. Müəllifin bədii əsərləri oxucuda obrazlı şəkildə real, aydın təsəvvür yaradır. Nasir həm də qələm yoldaşlarının uşaq şeirlərini və təmsillərini də nağıl və hekayəyə çevirərək balaca oxucularına daha rahat və maraqlı çalarlarla təqdim edir. Bunlardan “Ördək və Qarğa”, “Bülbül və Nadan Sərçə”, “Göyərçin və Qumru”, “Oğurluq”, “Mənim atam dənizçidir”, “Ağacları qoruyaq” adlı hekayələri misal göstərmək olar. Bütün bu sadalanan yazılarda uşaqların yaş səviyyəsinə uyğun ideya və maraqların təlqin olunmasını, həmçinin yığcam halda canlı aləmlə ahəngdarlıq təşkil etməsini kiçik yaşlı məktəblilər üçün əlavə oxu kimi estetik zövq baxımından uğurlu yaradıcılıq məhsulu olduğunu söyləyə bilərik. Şəfahət Şəfinin uşaq ədəbiyyatındakı xidməti təkcə nağıl və hekayələrlə bitmir. Onun qələmə aldığı “Arı pətəyi” pyesi günümüzdə uşaqlar üçün nadir halda yazılan səhnə əsəridir. Pyesi oxuyanda ilk baxışdan bal arılarının həyat tərzi haqqında yazılmış sadə bir əsər kimi görünsə də, mahiyyətin dərinliyinə varanda pyesdə bal arılarının timsalında dürüstlük, əməyə sevgi, yaşadığı yurda bağlılıq, ailəyə sevgi, çətinliklərin öhdəsindən cəsarətlə gəlmək, xeyirin şər üzərində qələbəsi və s. bu kimi humanist dəyərlər balaca oxuculara sətraltı mənalarla çatdırılır. Şəfahət Şəfinin yazılarının hər biri zəruri mövzulardır. Təbiətə sevgi, böyüklərə hörmət, təhsilə maraq, zərərli vərdişlədən uzaq durmaq və digər bu kimi mövzular uşaqların dünyanı daha yaxşı dərk etmələri, özlərini tərbiyə etmək baxımından dəyərli nümunələrdir. Bütün bu müsbət keyfiyyətləri nəzərə alaraq demək olar ki, Şəfahət Şəfinin uşaq nəsrlərinə müasir dövrümüzün uşaq ədəbiyyatında tez-tez müraciət olunacaq. Uşaq ədəbiyyatı adına sevindirici haldır ki, balaca oxucular onlar üçün yorulmadan, bir-birindən maraqlı nağıl və uşaq hekayələri qələmə alan ədib və eyni zamanda bir dost qazandılar. Təbriklər, “Uşaq ədəbiyyatı”, təbriklər, Şəfahət Şəfi.
Məşhur tarzən Qurban Primovun nəslindən olan Aqil Primovla İlhamə xanımın ailəsində 2004 cü ilin21 oktyabrında bir oglu oldu. Adını Asim qoydular.. O Asim ki,özləri də hiss etmədən gələcəkdə nəslin layiqli davamçısı oldu.! Elə uşaqlıq illərindən Asimdə tara maraq oyanmışdı.Bu, əlbəttə gen ilə baglı olan bir iş idi…. Valideynləri,xüsusən də gələcəkdə daim onunla birlikdə olan anası İlhamə xanım oglunun maragını nəzərə alaraq 6 yaşlı Asimi–nəslin davamçısını təhsil almaq üçün K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbinə gətirdi.Məqsədi aydın idi:ulu babaları Qurban Primovun sənətini davam etdirmək! Asim burada 4 illik təhsilini ugurla bitirdikdən sonra Bülbül adına Orta İxtisas Musiqi məktəbinə daxil oldu… Burada oxudugu illər ərzində bir çox ugurlara imza atdı..Məktəb konsertlərində,Dövlət tədbirlərində,radio-televiziya kanallarında maraqlı proqramlarla çıxışları oldu. Eyni zamanda artıq xarici ölkə müsabiqələrinə də qatılan Asim l yeri tutaraq qızıl medal,laureat,diplomant adına da layiq görüldü. Bəli,ugurlar sonsuz idi!Və bu ugurlardan ruhlanan Asim daha çox çalışır,qələbələrini yeniləyirdi… Budur,qardaş Türkiyədə keçirilən uluslararası Caspi Art müsabiqəsinə qatılan Asim l yerin qalibi olur,qızıl medalla təltif edilir,həm də laureat adına layiq görülür… .2019 – cu ildə Moskvada yaşayan həmyerlilərimiz Xalidə xanım və İlqar bəy Səmədovların tərəfindən Moskvanın Veqas Ticarət Mərkəzində keçirilən Qarabag Atlarının Rəsm sərginə qarabaglı kimi dəvər almış,Qarabag Şirkətlərinin sədaları altında sərginin açılışında iştirak etmişdi… Azərbaycanda keçirilən Qara Qarayev adına 3-cü Beynəlxalq müsabiqəsində maraqlı ifası ilə. İİİ yerə,italyanların Azərbaycanda keçirtdikləri Festenc Art müsabiqəsində II yerə layiq görülmüşdür. 2020 -ci il onun üçün daha ugurlu olmuşdur… O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib,Azərbaycan Milli Konservatoriyasına müvəffəqiyyətlə imtahan verfək. ali məktəbə qəbul olundu… Dostlarından fərqləndiyinə görə onun ugurlarının inkişafını daim izləmişik. 2020 ci ildə o, sinif yoldaşları ilə “Gənc İstedadlar Qrupu”yaratdı. Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalareyasının “Parlaq Yaradıcı” İctimai Birliyinin təşkillatçılıgı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş “Harmoniya”adlı Qrup sərgisində iştirak edərək Fəxri Diplomla təltif olundu..O, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalgı Alətləri Orkestrinin üzvüdür. Eyni zamanda Bakı şəhər”Asan xidmət”Mərkəzinin nümayəndəsi olmaqla bir çox layihələrdə iştirak edir. “Asan könüllülər” təşkilatı ilə bir çox tədbirlərdə– DTX Mədəniyyət Mərkəzi,Beynəlxalq Mugam Mərkəzi,Bakı Konqres Mərkəzi və b.kimi bir çox səhnələrdə çalışır ki,ulu babası Qurban Primovun sənətini layiqincə daşısın … Bütün tədbirlərdə anası İlhamə xanımla iştirak etdiyinin şahidi olmuşuq…llhamə xanım evdar qadın olsa da,artıq tarın sirrlərinə qismən də olsa bələddir…Əsla Agdam rayonunun Gülabli kəndindən olan, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti ,Xəzər Dəniz Neft Donanmasında (AXDG QSC. XDMD)çalışan atası Aqil Primov da oglunun ugurlarına çox sevinir və onun ifalarından xüsusi olaraq mənəvi zövq alır… Mugam Mərkəzində keçirilən müsabiqəyə bizi də dəvət etmişdi Asim… Konsertə mugam sahəsində tanınmış xanəndə Yaqub Məmmədovun qızı Hekayə xanımla qatıldıq.Həqiqətən Asimin ifası fərdi istedadı ilə yaşıdlarından fərqlənirdi… Ali Baş Komandanlmızın və Müzəffər Ordumuzun qələbəsindən sonra onun Şuşada,Agdamda…..ifa etdiyi əsərlər dinləyiciləri çox kövrəltmişdi…
Bəli,bu istedad onun genindən irəli gəlir. Asim bu yola çıxandan məqsədinə dogru irəliləyir,çünki,qarşıda onu hələ uca zirvələr,daha yüksək,yeni – yeni yaradıcılıq ugurları gözləyir. Bu sənətin parlaq ulduzlarından birinin-Asim Primovun ugurlu nəticələrinin şahidi olmaq ümidilə….
AJB-nin üzvü, DAMM-nın Ekspertlər Şurasının sədri,“Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, SİM İB -in Fəxri üzvü.
Mən, İsmayılov Ramiz Məmməd oğlu fevral 1948 ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anandan olub.
Atam, Məmmədov Məməd İsmayıl oğlu 1925 ci ildə Gədəbəy rayounun Kiçik Qaramurad kəndində anadan olub. Ali təhsili müəllim idi. 2013- cü ildə vəfat etmişdir.
Anam, Məmmədova Zəhra Məhər qızı 1930 cu ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub, uzun müddət kolxozda işləyib. Hazırda təqaüdçüdür.
Özüm 1954 – cü ildə Kiçik Qaramurad kənd orta məktəbində I sinifə daxil olub 1965 ci ildə XI sinfi bitirmişəm. 1966 – cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnustutuna qəbul olub 1972 ci ildə oranı bitirmişəm. 1973 –74 cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşam.
1969- cu ildən Mingəçevir şəhərində yaşayıram. Yol-maşınları, Təcrübü-Eksprimental zavodlarında … və su elektrik stansiyalarında müxtəlif vəzifələrdə işləmişəm. 2010 – cu ildən əmək pensiyasına çıxmışam. Ailə vəziyyətimlə əlaqədər olaraq hal-hazırda Xırdalan şəhərində məskunlaşmışam. İki övladım və dörd nəvəm var.
Nəşr olunan kitablar haqqında qısa məlumat (qəzet və jurnallar birlikdə)
Payızda xatırla məni (şeirlər)
Gözü yolda var. Bu povest Qarabağ döyüşlərində igidliklə vuruşmuş, yeddi yeddi gecə Qriqorian kilsəsində erməilərə tək başına döüşmüş Natiq Səlim oğlu Qasımov haqqındadır. Natiq Qasımov təslim olması üçün ermənilər 22 nəfər Xocalı sakinini əsirlikdən azad etmişdilər. (sənədli povest)
Bizim Zərnəli kəndi Həkəri çayının sahilindəki silsilə yallarda yerləşir. Bu yalların donqar dəvə belini xatırladan kiçik-kiçik təpələri kənardan baxanda bir topa dəvənin baş-başa dayanıb kövşək vurmağına bənzəyir. O təpələrdə evlər tikilib, 45-50 ev ola, ya olmaya. Hər təpə bir məhəllə idi, camaat məhlə deyirdi – yal məhlə, aşağı məhlə, yuxarı məhlə, Mollağa yalı. Bu məhlələr genişlənib birləşərək kənd olmuşdu. Evimiz yal məhlədəydi. Bomboz təpədə daşlı-çınqıllı həyətimizin bir tərəfi kəpirliyə dirənirdi ki, oradan yay aylarında tez-tez ilanlar çıxıb həyət-bacaya, evə doluşardı. Su çatışmazlığına görə həyətimiz səhranı xatırladırdı, yaşıllıqdan əsər-əlamət yox idi…
Bir gün atam həyətdə akasiya ağacı əkdi. İllər keçdikcə akasiya ağacının altında və ətrafında bitən pöhrələr böyüyüb həyət-bacanı başına götürdü. Əvvəllər yayda kölgəsinə sığınmağa bir yaşıllıq tapa bilməzdik, indi akasiya ağaclarının sayı-hesabı bilinmirdi. Akasiyaların arasında sonradan bir qovaq ağacı da peyda oldu. Balaca qovaq illəri yola sala-sala böyüdü, əlçatmaz ucalığa qalxdı, yalan olmasın, hündürlüyü 15-20 metr olardı.
Bir yaz günü köçəri quşlar vətənə dönəndə bir leylək gəlib bizim qovaq acının budağının şiş ucunda yuva qurdu. Sacaoxşar yuvaya ikinci leylək də gəldi, ailə oldular. Biz qardaşlar hər səhər uzunboğaz, nazik və uzunqıç, ağ tükləri pərpər parıldayan leyləklərin uzun, enli, yastı dimdiklərinin şaqqıltısına oyanırdıq. Qıçları üstə qar topası kimi ağaran, Günəş şüasının altında lələkləri işım-işım işıldayan, biri yatanda o birisi “sevgili”sinin, balalarının və yuvanın keşiyini çəkən leyləklərin tamaşasına durmaq qardaşım Bəylərin vərdişinə çevrilmişdi, leyləklər də ona isinişmişdilər. Bəylərin onlarla təmas qurmaq istəyini anlayırdılar elə bil, əli ilə onlara işarələr göndərməsindən hənir alırdılar, onlara sevgimizi baxışlarımızdan duyurdular. Bəylərin hərəkətlərini ilk vaxtlar gizli-gizli gözaltı izləyər, xəlbirdə gətirib çəpər boyunca qovağın dibinə səpdiyi buğda dənələrinə tamarzı-tamarzı yuxarıdan baxar, aşağı enib qızılı buğda dənələrini dənləməz, həyət-bacaya qonmazdılar. Çəpər-çalıdan ancaq kölgələri ötüb keçərdi. Səbəbini soruşanda atam deyərdi ki, insan nəfəsi dəyən yerlərdə yaşamalarına baxmayaraq leyləklər həyət quşu deyil, oğul bala, ələ öyrəşməzlər, zibilliklərdə, küllüklərdə eşələnməzlər, dümələnməzlər, dən dənləməzlər. Həcc quşlarıdı, ona görə də müqəddəs sayılır, yuvalarını dağıtmaq, onlara güllə, daş atmaq olmaz, günahdı. Leyləklər bağ-bostana ziyan vurmazlar, əksinə, xeyirləri dəyər, bədxah deyillər, xeyirxahdılar, tarlaları ziyanverici cücülərdən, qurd-quşdan təmizləyər, həşəratlarla qidalanarlar, zəhərli ilanların da qənimidirlər.
Yay yenicə girmişdi. Bir səhər leyləklərin yuvasından körpə quş civiltiləri eşitdik. Evdəkilərin hamısı başını qaldırıb gözlərini yuvaya dikdilər. Sevincimizi sözlə demək mümkün deyildi, hətta qonşu uşaqlar da leylək balalarının civiltisinə qulaq asmaqdan ötrü həyətimizə yığışmışdılar. Bizim hələ görmədiyimiz leylək balalarına anası yem daşıyırdı. Hər dəfə ana leylək balalarına yem gətirib yuvaya qonanda balaların civiltisi ətrafı başına götürürdü. Bəylər evimizin çardağına çıxdı ki, bəlkə yuvadakı balaları görə. Çardağa çıxan kimi sevinib qışqırdı, – dörd balası var!…
Həmin gün axşamüstü leyləklərin ikisi də qəribə səslər çıxaranda, budaqdan-budağa atlananda, qeyri-adi hərəkətlər edəndə balaların civiltisi də bir-birinə qarışmışdı. Birdən gördük ki, ana leylək sürətlə şığıyıb dimdiyi ilə nəyisə götürdü, göyə qalxdı. Dimdiyindən sallanan uzun ilan yerdən görünürdü. Leylək göyün ənginliyində bir neçə dəfə dövrə vurub ilanı dimdiyindən yerə buraxdı, ilan iri qaya parçasının üstünə düşüb parça-parça oldu. Hamımız “ura!” qışqırıb sevinirdik, sən demə ilan leylək balalarını yemək üçün yuvaya girirmiş…
Artıq balalar pərvazlanmışdı. Anaları balalarını uçmağa, yem tapıb qidalanmağa, düşməndən qorunmağa öyrədirdi. Payız düşəndə leyləklər balaları ilə birlikdə uçub getdilər. Bəylər leyləklərdən ötrü yaman darıxırdı. Atam onun başını sığallayıb başa saldı ki, darıxma, oğlum, onlar yazda qayıdıb gələcəklər.
Bəylər yazın gəlməsini elə səbirsizliklə gözləyirdi ki… Yazda leyləklər qayıdıb gəldilər, İki leylək bizimlə salamlaşırmış kimi evimizin üstündə bir neçə dəfə dövrə vurduqdan sonra yuvaya qondular. Bir gün gördük ki, leyləklərdən biri həyətimizə düşüb. Təəccübləndik, qanadının biri sallanıb yerə dəyirdi, ona görə də yuvasına qalxa bilməyib, dar ayaqda özünə doğma bildiyi bizə pənah gətirmişdi. Bəylər leyləyi tutdu və gördü ki, yaralanıb. Qardaşım bizə tərəf qəmli-qəmli baxanda atam dilləndi:
-Məmmədbəyliyə, sıniqçı Hüseyxan kişinin yanına aparmışdım, unla yumurtanın sarsını qarışdırıb sarıdı, dedi ki, muğayat olun, tərpənməsin, qanadı bitişənəcən evdə saxlayın, sağalacaq.
Bir müddətdən sonra leyləyin qanadı bitişib sağaldı, yavaş-yavaş həyətimizdə gəzməyə başladı. Bir neçə gün də keçdi, yavaş-yavaş qanad çaldl, bir gün də gördük ki, uçub yuvasına qondu. Yuvada yenə qoşa yaşadılar, payızın ortalarında yenə köç edib getdilər…
… Artıq böyümüş, hərəmiz kəndin bir tərəfində ev tikib, ailə qurub yaşayırdıq. Harda olsaq da mütləq leyləklərdən xəbər tuturduq. Bəylər şəhərdə oxuyurdu. Şəhərdən tətilə gələndə fotoaparat alıb gətirmişdi. Leyləklər yuvasında olanda bir neçə dəfə şəklini çəkmişdi. Həmin şəkillərdən birini böyüdüb yaşadığı otağın divarından asmışdı. Şəkil o qədər gözəl idi ki, baxanlar heyran qalırdı…
Aylar, illər dolandı. Leyləklər hər yaz gələr, payızda isti ölkələrə qayıdardılar, kəndimizin, həyətimizin sakinləri köçəri leyləklər hamımız üçün doğmalaşmışdı. Qarabağ müharibəsi başlayan il onlar çox tez getdilər və bir daha qayıtmadılar. Hamımız məyus olmuşduq…
Atam bir gün bizi başına yığıb narahatlıqla sanki sabahkı günümüzdən xəbər verirdi:
-Balalarim, leyləklər qayıtmadı, belə çıxır ki, bizi təhlükə gözləyir. Onlar qayıtmamağı ilə bəlkə başımıza gələcək müsibətlərlərdən bizə xəbər verirlər. Leyləklər sülh quşlarıdır, qan-qada, ölüm-itim olan yerlərdə yaşamırlar. Bu müharibə bizə bəlalar gətirəcəyini hiss etmişdim. Elə də oldu, görün leyləklər necə həssasmış…
… Məskunlaşdığımız paytaxt şəhərində bir gün hamımız atamın başına yığışmışdıq, o, elə bil ki, o vaxtkı söhbətinin ardını danışırdı:
– Ermənilərin oynadığı Qarabağ “oyun”u müharibəyə çevrildi, biz də elimizdən-obamızdan didərgin düşüb məcburi köçkün taleyi yaşadıq. O yerlərin həsrəti ürəyimizə köz basıb. O vaxt mən deyəndə ki, leyləklər bizi başımıza gələcək müsibətlərdən xəbərdar edir, hamınız dodaqaltı gülümsədiniz ki, deyəsən kişi qocalıb. Yox, mənim ağlım, fəhmim yerindəydi…
… Bəylər qardaşımgilə getmişdim, ordan-burdan, kəndimizdəki xatirələrdən, düşmən caynağında qalan həyətimizdən, evimizdən, qovaq ağacında qalan leylək yuvasından, uşaqlığımızdan danışırdıq. Xatirələrimiz nisgilli olsa da ömrümüzün bir hissəsiydi, yaddaqalan idi. Söhbətin şirin yerində qardaşımın oğlu Elvinin yadına nəsə düşüb cəld ayağa qalxdı, gedib hardansa bir şəkil tapıb gətirdi. Aman Tanrı, həmən şəkil idi – o vaxt Bəylərin çəkdiyi leyləklərin fotosu.
Bəylərin fotoya baxıb gözləri doldu, az qalırdı hönkürüb ağlasın:
-Görəsən leyləklər qayıdacaqmı? – deyib başını yana çevirdi ki, duyğulandığını heç kəs görməsin.
Ortaya dərin sükut çökmüşdü, şəkil əvvəlki ovqatımızı dəyişmişdi. Gözlərimizin önünə kəndimiz gəldi. Kəndimizdən qalan bu tək foto bizi Zərnəliyə, evimizə aparmışdı, oranın hər yerini – daşını, torpağını, leyləyin göyün bir qatından ilanı üstünə buraxıb param-parça etdiyi qayanı, sacaoxşar leylək yuvasını, ilanların məskəni kəpirliyi görmək istəyirdik…
Bu gün – 27 yanvar 2023- cü ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyevanın təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilıə möhtəşəm yubiley tədbiri keçirilib. Tədbirdə tanınmış ziyalılar, mətbuat, ədəbiyyat, mədəniyyət, incəsənət və elm adamları iştirak ediblər. Fotolar:
Bu gün – 27 yanvar 2023-cü il saat 11.00-da Zəngilan Mərkəzi Kitabxanasında (Bakı şəhəri, Nərimanov rayonu) Ayaz İmranoğlunun yeni, sayca 42-ci kitabının təqdimat mərasimi baş tutub. Tanınmış yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azərinin moderatorluğunda keçən möhtəşəm tədbirdə Ayaz İmranoğluna “Gğzəllik suyu” (hekayələr) kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” mükafatı təqdim olunub. Müəllifi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Ayaz bəy!