ELƏ YAŞAMISAN Kİ…

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

                                         ELƏ YAŞAMISAN Kİ…

Elə yaşama ki, sağlığında unudulasan,

 elə yaşa ki, öləndən sonra da yaşayasan.

Bu günlərdə işıq üzü görən “Həyatımdan oçerklər” adlı kitabını müəllifi  “Alternativ Psixologiya” elminin müəllifi,Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadov (təxəllüsü: AZ-ƏR) Şamxəlil müəllimin işıqlı xatirəsinə  itihaf edib.

İBADOV YAŞAR SADAY OĞLU

Müəllif yazır ki, görüşlərin birində Şamxəlil müəllim dedi: -Sizin qeyri adi yazı qabiliyyətiniz mövcuddur. Siz gələcəkdə bu yazıçılıq qabiliyyətinizi reallaşdıra bilsəniz cox yaxşı nəticələr əldə edə bilərsiniz. Şamxəlil müəllimin mənə tövsiyyəsini onun xatirəsinə hörmət əlaməti olaraq reallaşdırmağa qərar verdim. Yazdığım bu kitabı onun xatirəsinə ithaf edirəm.

Allah ona rəhmət eyləsin, Məkanı Cənnət olsun. Bu kitabın bu gün ərsəyə gəlməsində Şamxəlil müəllimin arzu və istəyi də sitimulverici  və mənim üçün çox dəyərli əhəmiyyət kəsb edir. Biz onu həmişə xoş xatirələrlə yad edəcəyik.

       Məmmədov Şamxəlil Hətəm oğlu 1949-cu ildə fevralın 7-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyənli kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildən ömrünün sonuna kimi “Azərbaycan müəllimi” qəzetində kiçik ədəbi işçi, ədəbi işçi, müxbir, xüsusi müxbir, elm və təhsil şöbəsinin redaktoru vəzifələrində işləyib. Bir sıra ali məktəblərdə dərs deyib. Müxtəlif mətbuat orqanlarında məqalələri, oçerkləri, publisist yazıları dərc edilib. 15 elmi, publisist kitabın müəllifi, 17 kitabın həmmüəllifi, 20 kitabın isə redaktoru olub. Pedaqoji elmlər namizədi, folklorşünaslıq üzrə alim idi. “Azərbaycan maarif əlaçısı”, “SSRİ maarif əlaçısı” döş nişanları, Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub. 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına, 2008-ci ildə isə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb. 2013-cü ildə Haqq dünyasına qovuşub. Allah rəhmət eyləsin!

Arzuları yarıda qırılsa da əməlləri ilə ölümündən sonra həyatda yaşayacaq silinməz iz qoyub getdi Şamxəlil müəllim. Onu tanıyanların qəlbində silinməz iz qoymuş Şamxəlil müəllim, sağlığında əməlləri ilə yaddaşlarda özünə heykəl qurub gedib bu dünyadan. Elə bir heykəl ki, qəlblərdə yaşayacaq, xatirələrdə həmişə anılacaq.

Yaxşılığı unutmazlar. Hərənin bir cür var-dövləti var. Mənim də var-dövlətim ailəm, övladlarım, bir də sizin kimi dost-tanışlarımdır deyirdi Şamxəlil müəllim. Həmişə deyərdi: Bilirsən  ailə özlüyündə bir dövlətdir, dövlət içindən pozulsa ömrü uzun olmaz, tez dağılar.  Ailə də belədir. Şükür yaradana, ailəmdən çox razıyam, Maya müəllim (həyat yoldaşı) həmişə mənim bütün tündməcazlığıma və ərköyünlüyümə dözüb, nə qədər mənim nazımı çəkib. Böyük qızım Aynuru baş-göz eləmişəm. Kürəkənim Bəhruz da maşallah, yaxşı oğuldur, mənə kürəkənlik deyil, oğulluq edir. Allah onu xoşbəxt eləsin. Arzum nəvə görmək idi, onu da gördüm, adını da Salatın qoymuşuq. Bircə arzum qalıb ürəyimdə, kiçik qızım Aytənin də toyunu görsəydim heç dərdim olmazdı. Böyük qızım sakit və fağırdır. Kiçik qızım kaş oğlan doğulaydı. Elə oğlan kimi sözü üzə deyən, qorxmaz, çəkinməzdir. Ondan da çox razıyam, ona görə ki, kinsiz, küdurətsiz, qəlbi təmiz, əməlləri safdır.

Allah Şamxəlil müəllimin arzusunu çin etdi. Valideynləri dünyasını dəyişəndən sonra ailə quran Aytənin iki oğul övladı var. Kiçik oğlu babası Şamxəlil müəllimin adını daşıyır.

“Alternativ Psixologiya”elminin müəllifi, Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadov (AZ-ƏR)  Şamxəlil müəllimin işıqlı xatirəsinə  itihaf ediyi “Həyatımdan oçerklər” kitabını  ata oçağında Aytən xanımın   övladları İbrahim və Şamxəlilə təqdim etdi. Şamxəlil  müəllimin mənalı bir ömür yaşadığı, özündən sonra bu qədər əsərlər, gözəl , ləyaqətli övladlar yadigar qoyub getdiyi,  onunla bağlı xatirələrini onlarla bölüşdü.

 Müqəddəs arzum var deyirdi Şamxəlil müəlim:- Şükür arzuları çin olub Şamxəlil müəllimin. Qarabağımız mənfur düşmən tapdağından azad oldu! 2020-çi il 8 noyabr  Zəfər Günüdür, 44 günlük döyüş  qələbəmizlə, haqqın, ədalətin, şəhid qanının qələbəsi ilə başa çatdi. Vaxtsız əçəl ona imkan vermədi ki, qələbə sevincini yaşaya bilsin!

 Şamxəlilin cismani ömrü əriyib, əriyib tükəndi, mənəvi ömrü isə doğmalarının, əzizlərinin, onu yaxından tanıyan dostlarının, tanışlarının xatirəsində, yazdığı kitabların səhifələrində, saysız-hesabsız məqalələrin sətirlərində əbədi yaşayacaq və onu unudulmağa qoymayacaq…

Şamxəlil müəllim elə yaşamısan ki, bundan sonra da yaşayacaqsan. Bundan təskinlik tapır doğmala­rın, əziz­lə­rin, dostların !

İnanırıq ki, övladların, nəvələrin sənin məhsuldar yaradıcılıq yolunu uğurla davam etdirəcəklər!

Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun! Ruhun şad olsun! Məkanın Cənnət olsun!

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir