İnsan hər gün baxacağı üzə diqqətli olmalıdır.
İnsanın ən yaxşı yoldaşı onu sevən də deyil, onu anlayan insandır.
Birinin sizi anlamağı da ağıl, düşüncə məsələsi deyil, sevgi məsələsidir.
Sevmədiyin birini anlaya bilmərsən.
Niyə insanlarımız aqressiv və hüzursuz görünür?
Cəmiyyətdə söz sahibi olanlar və ya söz sahibi olmayıb populyar olanlar və ya cəmiyyətin sıradan üzvləri daim nəyisə davamlı olaraq müzakirə edir, sadəcə müzakirə; həll edə bilmir. Bir nəticəyə vara bilmir.
İnsanların üzündən əsəb, güvənsizlik tökülür. Niyə?
Hər hansı bir problem aktuallaşır, gündəm alır, sosial şəbəkələrdə paylaşım edilir, bütün xəbər saytları bəzən yersiz başlıqlarla yazılar yazır, insanlar sanki bu xəbəri gözləyirmiş kimi hər kəs ondan danışır, daha ciddi halda
müvafiq orqanlara məlumat verilir.
Yaxşı məsələ öz həllini tapırmı?
Bəlkə də fərdi şəkildə kiminsə problemi həll edilə bilər, amma ölkədə problem olaraq qalır və davam edir.
Axı niyə? Çünki problem həll etmə xüsusiyyəti hələ formalaşmayıb. Televiziyada və ya internet kanallarında, saytlarda bir mövzu ortaya qoyulur, tanınmış mütəxəssislər dəvət edilir, verliş boyunca danışılır, fikir vermisiz sonda problemin həlli yolu bilinmir və ya ortaq bir məxrəcə gəlmək olmur.
Ortaya qoyulan problem öz həllini tapmır, sadəcə problemlər deyilir, danışılır.
Bəzən problemlər də düzgün, yerində ifadə edilmir.
Doğrular qədər həyatda güclü heçnə yoxdur. Söhbət odur ki, hər insana görə bir şey doğrudur, ama gerçəkdə doğru yalnız doğru olandır, cəmiyyət doğru olan şeylərlə tanış olmalıdır, öncə nəyin doğru olduğunu izah etmək lazımdır,
yalnış olanları görüncə bilsin ki, bu doğru deyil. Yalnış işləri görəndə isə fərqinə varsın ki, səhf edir.
Son illər insanlar çevrədə nə baş verirsə həmən onu çəkib internetdə paylaşım edir. İki qonşu bir-biri ilə mübahisə edir biri kənardan çəkib paylaşır. Müxtəlif növ absurd mövzularda video paylaşımlar görə bilirik şəbəkələrdə.
Bəli, hər ölkədə problem var, hər ölkədə dəxlisiz hadisələr gündəm ala bilir, hər ölkədə yersiz videolar çəkilə bilir, hər ölkədə məşhur adamlar yerli-yersiz müsahibələr verə bilir.
Bizim ölkədə problem odur ki, problemlər deyilir, səslənir və eləcə problem olaraq da qalır, sabahı günü başqa bir hadisə gündəm alır.
Problem həll etmə bacarığı bir sənətdir. Anında düzgün verilən qərarlar nəticəsində problem həll edilir.
Problemə deyil, həllinə fikrini cəmləmək gərəkir.
Özünə inanırsan?
Hər kəs özünə inanır təbii olaraq.
Bəzən özünə inanmaqdan daha çox çalışmaq lazımdır. Çalışdığın halda özünə inam yaranır.
Bəzən inanmadığın şeylər də baş verir.
Tədris mərkəzlərində problem həll etmə sənəti öyrədilməlidir. İdarə edənlərə, inzibatçılara, məmurlara, valideynlərə
problem həll etmə bacarığı öyrədilməlidir, Ölkənin məmuru özünə aid bir problemi həll etmək istəmir, istəsə də bəlkə bacarmır. Çünki belə bir bacarığı yoxdur və ya onun marağında deyildir.
Sıradan bir evdə ailə başçısı. Sadə, çox sadə problemlər qarşısında gücsüz qalmışdır, həll edə bilmir, hətta bu hal onu zəyifliyə sürükləyir. Doğrudur bu problemlər sosial məsələlər ola bilər, bilavasitə cəmiyyət içindən qaynaqlanar, həlli hər hansı bir hökümət qurumuna bağlı ola bilər.
Nə vaxtdan?
Kimlər?
Səni yox etməyə başladı VƏTƏN?
Müəllif: Cavid MUSA
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru