“Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qǝdər də sadiq qalacağam. Azərbaycanın dövlət müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim hayatımın mənasıdır.”
HEYDƏR ƏLİYEV
Ümumilli lider
SÖNMƏZ GÜNƏŞ
Çaylar, göllər, dənizlər yox,
Kükrəyirdi okeanlar
Azərbaycan yaşayırdı
Fırtınada qorxunc anlar.
***
Dalğaların uğultusu
Yayılmışdı çox ellərə.
Okeanın açar-pultu.
Verilmişdi yad əllərə.
***
Qorxu, hədə harayından
Millət yaman bayılmışdı.
Tam günahsız bir məmləkət
Cinayətkar sayılmışdı.
***
Yurdumuza gələn bəla
Qəlb ağrıtdı, sinə dəldi.
Anaların ağısından
Göy ağladı, yer kövrəldi.
KİMSƏ…
kimsə öz xalqının
harayına yetməliydi.
Zil qaranlıq gecələrdə
Ömrü mayak etməliydi,
Dalğaları yara-yara
Azadlığa getməyibdi.
***
İmperiya buxovunu
Mərd bir oğul qırıb atdı.
Öz xalqının harayına
Ulu Öndər Heydər çatdı.
***
Galdi doğma Bakısına,
Yollar, izlər sökülmüşdü.
Sanki qorxunc zəlzələdən,
Har şey çölə tökülmüşdü.
***
Gəldi doğma Bakısına,
Yaşamağa yer istədi –
vermədilər!
Söyləməyə söz istədi –
vermədilər!
***
Bir şəhəri tikən memar
evsiz qaldı.
Yüz cilidlər yazan yazar
sözsüz qaldı.
Çoxlarının nadanlığı
Yaman ağır gəldi ona.
Səmaları yarıb gəldi
Ana yurdu Naxçıvana!
***
Onun qəfil gəlişindən.
Yer üzünə ələndi zər.
Peyğəmbərtək qarşılandı
Naxçıvanda Ulu Öndər.
***
Yamancana sarsılmışdı
İnsanların hallarına.
Onlar tezcə dönməliydi
Öz işıqlı yollarına.
***
İmdad güdən dərdli gözlər
Dikilmişdi gözlərinə.
Öndə görüb xilaskarı
Gəlmişdilər özlərinə.
***
Ən böyük dərd-Naxçıvanı
Etmişdilər yalqız ada
Yerdən, göydən bu diyarı
Bürümüşdü blokada.
***
Rəhbər kimi yaşamaq da
Bu diyarda çətin idi.
Ulu Öndər öz işində
Bütöv idi, mətin idi.
***
Tanrıdan xoş dualarla.
İnsanlara sülh dilədi,
Qoca Şərqin səmasından
Günəş kimi nur ələdi.
***
Az zamanda el səsini
Gur səslənən səsə qatdı.
Qorxuları, yalanları
Ürəklərdən silib atdı.
***
Bu azadlıq savaşında
Yol yox idi daha geri.
Naxçıvanda məhv olurdu.
İmperiya — SSRİ.
***
Dədə Heydər seçimində
Haqq, ədalət yolun seçdi.
Blokada sipərini
Siyasətlə yarıb keçdi.
***
Qardaş əli yetməyirdi
Qardaşına yüz il bəri.
Min ümidlə saldırdı O,
Araz üstə körpüləri.
***
Atatürkdən miras qalan
Torpaqlar dada çatdılar.
Sayın Dəmirǝl, Ulu Heydər
“Ümid körpüsü” açdılar.
***
Yüz illərin ayrılan
Bu körpüylə yovuşdular.
Yalqız qalan Nəqşicahan
Türk eliylə qovuşdular.
***
Gündəm olan Qars sazişi,
Dillərdə çox çözələndi.
İncə, müdrik siyasətlə,
Bu saziş də təzələndi.
***
Bəd xəbərlər yayılırdı.
Gözlənirdi qırğın hər an
Gizli, aşkar bölünürdü
Bölgələrə Azərbaycan.
***
Sanki, bizə boş deyildi,
Qarabağın qara bəxti.
Bir qardaşın gülləsiylə.
Bir qardaşın qanı axdı.
***
Vətənin hər bölgəsində
Yad tonqallar çatılmışdı.
Hərə bir cür düşüb tora
Döyüşlərə qatılmışdı.
***
Bakı coşub hayqırırdı:
-Bunu hamı bilməlidi,
Bu ölkəni yaşatmağa.
Yalnız Heydər gəlməlidi!
***
Ulu Öndər gəlməlidi,
Bütün səddi yıxmalıdı.
Azərbaycan xoş günlərə —
Qurtuluşa çıxmalıdı!
Müəllif :İbrahim YUSİFOĞLU
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru