“Ədəbi ovqat” jurnalının xüsisi buraxılışının təqdimat mərasimi keçirilib

Əziz və dəyərli dostlarım!
Hər birinizi ayrı-ayrılıqda salamlayıram. Xoş gördük sizləri. Sabahınız xeyirli, gününüz uğurlu olsun.

Dəyərli dostlarım!
2021-ci ildə dəyərli şairimiz Rafail Tagızade tərəfindən “ƏDƏBİ OVQAT” jurnalı təsis olundu. Baş redaktoru hörmətli Vaqif Osmanovdur. Jurnalın rəssamı tanınmış rəssam Sehran Allahverdidir. İndiyə kimi xatırlayıram “ƏDƏBİ OVQAT” 1ci say çıxdıqdan sonra. 28-avqust-2021-ci ildə “Xan xəzinəsi” kitab mağazasında ilk sayınnı təqdimatı keçirildi. Artıq jurnalın 10-cu sayının üzərində çalışırlar.

Jurnalın 8-ci sayını xüsusi buraxılış olaraq Sumqayıt qələm adamlarına həsr ediblər. Sumqayıtda təqdimatı keçirilib.

“Heydər Əliyev-100” çərçivəsində AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə Poeziya Evində sumqayıtlı qələm adamlarının əsərlərindən ibarət “Ədəbi ovqat” jurnalının xüsisi buraxılışının təqdimat mərasimi keçirilib.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsi yad edilib.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Ulu Öndərin ədəbiyyatımızın və mədəniyyətimizin inkişafındakı rolu və xidmətlərindən danışaraq,sözü AYB – nin Poeziya seksiyasının rəhbəri İbrahim İlyaslıya verib.
Şairlərdən Ofelya Babayeva, Rafiq Yusifoğlu, Məryəm Aslanqızı, Zakir Zahir, Süleyman Hüseynov, Rəfiqə Şəms, Eyruz Məmmədov, Mövlam Hüseynli, Almaz Bəyazid, Mənsurə Xələfbəyli, Xatirə Fərəcli, Rəfail Laçınlı, Lilpar Cəmşidqızı, Gülnar Ümid, Elvin İntiqamoğlu, Aygün Hacıyeva, Elşad Xaqan Davudoğlu, Mirzəcan Ağabalayev, Səadət Salmanqızı, Qabil Nəbi çıxış edərək jurnalın araya- ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirərək, yeni şeirlərini oxuyublar.
“Ədəbi ovqat” jurnalının təsisçisi Rəfail Tağızadə, redaktoru Vaqif Osmanov, rəssamı Sehran Allahverdi Sumqayıtda güclü ədəbi mühitin olduğunu xüsusi olaraq vurğulayıb və gələcəkdə belə tədbirlərin keçirilməsinin zəruri və əhəmiyyətli olduğundan söz ediblər.

Çox hörmətli Rafail Tağızadə!
Jurnalınız uzun ömürlü olsun!
Başda siz olmaqla jurnalın bütün redaksiya heyətini və bütün yaradıcı heyətini təbrik edirəm. Hər birinizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Uğurlu olsun və daimi olsun!

Hörmətlə: Vüsal Ağa

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir