14.10.2023-cü il tarixində Qax Heydər Əliyev mərkəzində Azərbaycan Yazıçılar birliyinin Şimal-Qərb bölgəsi üzrə sədri Əlmanis Ələkbərov ilə Qax yazarlarının görüşü təşkil olundu. Görüşdə yazarların yaradıcılığından söhbət açılıb, şeirləri barədə müzakirələr aparıldı. Əlmanis bəyin yazarlara verdiyi dəyər və göstərdiyi səmimiyyət hər bir yazarda yazıb-yaratmaq istəyini daha alovlandırdı. Görüşdə Qaxın ağ adamı, şair, tərcüməçi Giya Paçxataşvili, şair-yazar “Tanış olaq” jurnalının təsisçisi Nüyvər Şərifova, “Kürmük ədəbi birliyi”min sədri Abdulla Şahmir, şairə Solmaz Elqızı, Şairə Rəna Həsən, Şairə Nailə Hacıxanova, əziz şairimiz Rüfət küskün, şair-yazar, pedaqoq Nadir Ziyadlı, gənc yazar Namiq Barış, gənc yazar Aytac İbrahim və digər adlı-sanlı yazarlar öz çıxışları ilə görüşə gözəl ovqat bəxş etdilər.
Bu yaxınlarda Şəkər Aslanın arxivinə baxarkən iki məktub diqqətimi cəlb etdi. Hər ikisi əbədiyaşar Xalq şairi Məmməd Arazın imzası ilə. Biri 1967-ci ildə Şəkər Aslana ünvanladığı cavab məktubudur. Yəqin ki, Şəkər Aslanın məktubu da Məmməd Arazın arxivində qorunur və ya heç qalmayıb…
İkinci məktubun yazılmasının isə canlı şahidiyəm. Lənkərandan Bakıya gələndə Şəkər Aslan “Evə məktub” adlı kitabını Məmməd Araza çatdırmağımı xahiş etdi. Məmməd Araza çatdıranda şair kitabın bəzi səhifələrinə “quş” qoyaraq vərəqlədi. Bildim ki, nəsə yazacaq. Növbəti həftə “Azərbaycan” nəşriyyatına gedəndə Məmməd müəllim makinadan çıxmış yazını mənə oxutdu. Kövrəldiyimdən təşəkkür etməyə söz tapmırdım. Və yazını zərfə qoyub Şəkər Aslana ünvanladıq. “Sən bölgə şairi deyilsən, ölkə şairisən”.
Bu həmin dövr idi ki, Şəkər Aslan 22 il işlədiyi doğma “Lənkəran” qəzetindən uzaqlaşdırılmışdı. “Söz” jurnalının təsis olunmasına isə aylar qalırdı.
Məmməd Arazın qayğısı, xeyirxahlığı sayəsində çoxlarının taleyinə işıq düşüb. Bunun şahidi çox olmuşam. Əksəriyyəti bu xeyirxahlıqları unutsa da, Şəkər Aslan bu təmənnasız qayğını, diqqəti ömrünün sonunadək minnətdarlıqla yad edirdi.
Bu gün dönə-dönə oxuduğum məktubların müəlliflərinin heç biri həyatda yoxdur. Amma hərarət dolu, səmimi məktublar qalır. Nə xoş ki, yazılanların ömrü onları yazanların cismani ömründən uzundur. Bir də ki, bu məktublarda onların xətti, yazı üslublarıyla yanaşı, həmin anlardakı ovqatları da aydın seçilir. Bu məktublar o zaman üçün iki şəxs arasında olan söhbət idi. İndi isə o məktublar, o yazılı söhbətlər hamıya ünvanlana bilər. Məktublarda ötən əsrin həmin dövrünün ab-havası var, tarixi var. Şəkər Aslan Məmməd Arazın Lənkəran Dövlət Dram Teatrında keçirilən 60 illik (1993) yubileyində çıxış edib və yubilyara həsr etdiyi şeirini oxuyub. Fikirlərini çıxışında ürək genişliyilə əks etdirərək şairə minnətdarlığını bildirib.
Haqq dünyasında olan hər iki şairin doğum günü oktyabr ayındadır. Hər ikisinin ruhuna rəhmət diləyərək məktubları oxucuların ixtiyarına veririk.
Sevda Əlibəyli
Şəkərcan, salamlar!
Məktubunu alıb sevindim. Mən yaza bilməyəndə, yazmağa vaxtım olmayanda, istəyimcə yazmayanda çox bədbin oluram, yata bilmirəm, əsəbi hal keçirirəm. Belə vaxtlarda dostların məktubu məni tərpədir, düşünürəm ki, heç olmasa bir adamın yadında varam, bir adam üçün yaşayıram, bir adama təsəlli verə bilirəm.
Həm məktubun, həm qəzetdəki rəyin məni sevindirdi. Təşəkkür edirəm. İndi gənclər şöbəsi “Azərnəşr”dən ayrılıb ayrı nəşriyyat olduğundan bizdən (bizim şöbədən) bir sıra əlyazmalar ora verilib (siyahı ilə). Vəziyyəti öyrənərəm (mən bu gün evdəyəm, odur ki, doğru məlumat verə bilmirəm), bizdə qalıbsa özüm məmnuniyyətlə redaktə edərəm; ora da verilsə, yenə narahat olmaya bilərsən, hamısı öz yoldaşlarımızdır. Bir də, sənin kimi şairi hər vicdanlı kəs ürəklə redaktə etməyə sevinər.
Bakının havası çox bulanıqdır: yağır, kəsir, gün düşür, külək qopur və s. (elə ədəbi havası da ondan betərdir).
Arzu edirəm ki, yeni şeirlərlə Bakıya gələsən, bizi sevindirəsən. Mən də ara-sıra yazıb-pozuram. Ancaq istədiyim yazıları çap eləmirlər. Mən isə istəyimi ütüləyə bilmirəm. Belə gedişlə də bir yana çıxmaq çətindir. Nə isə, sağlıq olsun. Nə yaxşı ki, sabaha ümid var.
Hörmətlə: qardaşın Məmməd Araz.
30.I.67
bəxtəvərliyə qovuşan şairlərdənsən. Sənin arxanda böyük xalq dayanır, sən bölgə şairi deyilsən, sən ölkə şairisən. Vaxtı ilə Sovetlər birliyi adlanan respublikaların əksər xalqlarının dilində sənin şeirlərin səslənib, dünya dillərinin çoxunda şeirlərin ünvan tapıb, hələ bundan sonra sənin şirin dilin yeni-yeni ünvanlar tapacaq.
“Şəki” şeirində yazırsan:
Abidə yazıdır daşın, divarın,
Demə saralacaq, demə solacaq.
Belə bir dünəni olan diyarın
Gör indi sabahı necə olacaq!
olan səadət deyil. Neçə illərdir ki, sənin təptəzə poeziyandan zövq alan, onu ürəkdən təbliğ edən qələm dostlarından biri də mənəm.
1963-cü ildə Laçında anadan olub. Laçın şəhər 2 nömrəli orta məktəbin məzunudur. 1986-cı ildə Azəbaycan Tibb Universitetinin müalicə fakültəsini bitirib. Şeirləriylə Azərbaycan və Türkiyədə bir çox dərgi və qəzetlərdə çıxış edib. Məmməd Aslan, Məmməd Araz, Şahmar Əkbərzadə, Yavuz Bülənt Bakilər Şərahilin haqqında geniş yazılar yazdılar. “Zaman məni unutdu” və “Ömrümüz bilməcə qaldı” şeir kitabları Türkiyədə yayınlanıb. 2010 ildə «Vektor» Elm Mərkəzi tərəfindən Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görüldü. Avrasya Yazarlar Birliyinin üzvüdür. Türkiyədə yaşayır.
İÇİNDƏ
Dünya sirrin kimə açdı Bu sir sirli ehtiyacdı Hər tabut ölən ağacdı, Ölən ölənin içində.
Kimi pərişan görmədim, Gedəndən nişan görmədim. Bir düz danışan görmədim, Gedib gələnin içində.
Gündüz savaş, gecə qaldı, Ümid bir gün köçə qaldı Ömrümüz bilməcə qaldı, Bunca bilənin içində.
Saman yüklü zaman qetdi, Çox Təxti-Süleyman qetdi. Neçə arzu, güman qetdi, Ərzi bölənin içində.
Yalan dünya, yalan havar, Yürü-yürü dalana var Cahanda bir “hökmüdar” var, Cümlə kölənin içində…
05.03.1989
BU SABAH NƏ QƏMLİ AÇILIR, ALLAH
Didilir yaxası qarı zülmətin Bir çimir yuxusu gözümə pənah. Çapılır, talanır varı zülmətin, Zahı dan yerinin doğuşu günah, Bu sabah nə qəmli açılır, Allah!
Ulduzlar əriyib öləziyən şam, Göylər də qısqanır ayını sanki Boxçası bükülü bu qərib axşam, İstəmir o qızın toyunu sanki, Bu sabah nə qəmli açılır, Allah!
Duyan yox sükutun iniltisini, Yaranmış yuxuda, kim alır vecə Gizli yar qoynuna girənlər kimi, Sübhü oğrun-oğrun əkilir gecə, Bu sabah nə qəmlı açılır, Allah!
Bu axşam bir həsrət qoxulu dünya Könül, bu aləmə aç sirrini, aç! Bu həmdərd, bu məhzun, yuxulu dünya, Bir xoruz banının himinə möhtaç, Bu sabah nə qəmlı açılır, Allah!
Düşəri, düşməzi payıdır baxtın Hər sabah ömrümə atılan zərdi. Mənim göz dikdiyim nurlu sabahın, Müjdə gətirəni boz sərçələrdi, Bu sabah nə qəmli açılır, Allah!
Mənim kiçik nağılım Sən mənim kiçik nağılım Nənədən, babadan Dovşandan, ayıdan Qaçan qoğalım… Elə elə ki, axırda Sarı tülkü yeməsin Səni Sən mənim Qapı döyülən kimi Qapını açan Məngülümüm Bəzən canavarın qarnı kimi Dar olur həyat… Onda Ana keçi köməyə gəlir Sənə “can” deyib ana səsi Çıxaranlar Ətini, canını yeməyə gəlir… Sən mənim kiçik nağılım Yalan danışanda Burnu uzanan Pinokyom Oğul ən çox kimə Yalan danışar bilirəm… Amma Pinokyonu Balinanın qarnından Atası xilas eləmişdi… Bəs mən kiməm? Olsam olsam “Pinokyo” dakı Pəri olaram… Sadəcə yanlışlarını xatırladan Başqa nə gəlir ki əlimdən? Ya da Yunan əfsanəsindəki Günah keçisi… Mənim şirin nağılım Elə ki, sonda Göydən üç alma düşür Qoy biri Atanın biri Ananın Biri də sənin olsun… Çünki ömrün sonu Nağılların əvvəli kimi olur : “Biri var idi, biri yox idi…”
Sevdiyin olum Deyirlər ki, adamlar öləndə O dünyaya gedir, Ruh olur, pəri olur , Mən öləndə Kitab olmaq istəyirəm Çünki sən Kitabları çox sevirsən Elə zərif oxuyursan ki, Vərəqləri qat kəsmir Elə təmkinlə oxuyursan ki, Ürəyin heç hara tələsmir Mən öləndə Kitab olmaq istəyirəm Otağının bir küncündən Səssiz -səmirsiz Hava almaq üçün Eyvana çıxdığına Yatanda yorğanı qucaqlayıb Başının altına yığdığına Səhərlər deyinə-deyinə Oyanmağına tamaşa eləyim… İstəyirəm ki, mən öləndə Kitab olum … Əlinə alanda ovunduğun Sətirlərini oxuyanda Səsimi duyduğun… Kitabları çox sevirsən Bilirəm… Qoy, heç olmasa Öləndən sonra Sevdiyin olum…
Lozan xala kimi Bilmirəm fikir veribsən ya yox Beşiklərin yastığında Gecə-gündüz yatan Körpələrin başının izi qalar Bax eləcə izin qalıb köksümdə… İndi yanımda olsan Başını sinəmdəki O məchul boşluğa sıxıb Elə möhkəm Qucaqlayardım ki, Səni Sonra da çərpələng Qollarına bürünərdim Axşamın mehindən Səhərin şehindən Beləcə gizlənərdim Qollarının arasında… Nə qədər başımı qatsam da Hər kəslə danışıb Səsimi başıma atsam da Gecələr elə pis göynəyirsən ki, Ürəyimin yarasında Mopassanın “Bir yaz axşamında”kı Lozan xala kimi Elə kimsəsizəm ki… Bəzən divarın o tərəfindəki Həzin bir səs, xəfif bir gülüş Qanadar yaralarımı… Nə qədər uzağa qaçsam da Yenə elə həminkiyəm… Ruhuma hopmuş Qanıma qarışmış, zalım, Üz çevirib getsən də Yenə elə səninkiyəm…
SƏN Gözümü açanda Sən, Yumanda Sən… Arada qeybə çəkilib Məndən sevgi uman da Sən Sevilmək necə imiş Qollarında anladım Həsrətin acısını Gedib geri döndüyün Yollarında anladım Xəyal da Sən, arzu da Sən Güman da Sən… Ən dəyərsiz adamlara Yaş oduntək Yanan da Sən… Səni heç kim anlamaz Bilirəm ki, mənim kimi Ruhumda gizləmişəm Varlığını, könlünü Mən ən məhrəm Qəmim kimi… Ürəyinə qurban olum üzülmə Sənin daşın ağırdı… Yaxşı da Sən, yaman da Sən Ən dəyərsiz adamlara Saflığından yanan da Sən…
Yad olanım Bitib-tükənməyən Yollar kimisən Mənzilimə Gedib çata bilmirəm Kəfənə bükülmüş Qollar kimisən Köksünü Bağrıma basa bilmirəm Ehh mənim özgə olanım Yad olanım… Gecəmi gündüz eləyənim Məni görəndə şad olanım… Nə qədər uzandı Taleyin oyunu Vəzir də usandı Şah da yoruldu. Neçə fəsil keçdi Neçə il oldu Göydən gah od ələndi Gah yağış yağdı Gör neçə toz basmış Xatirələr var… Gör neçə arzular Sönüb kül oldu Tanrı nələr yazıb Daha bilmirəm İçimdə Qurumuş ağacın pöhrəsitək Yaşıllanan xəyalsan Amma daha Nə kötükdən ağac olar Nə də pöhrə bar verər… Mən hardan tapım ki, Həzrəti Yusifi Züleyxaya könül verə, Tac verə… Ehh mənim özgə olanım Yad olanım Ürəyi məndə olub Başqasına ad olanım Nə yaman uzandı Taleyin oyunu…
YORULDUM Yoruldum axı Çox yoruldum Səni qəlbimdə gəzdirməkdən Kürəklərim qırıldı Ayaqlarım süst düşdü Yoruldum axı Yeni doğan itin Canına daraşıb süd əmən Küçüklərə sakitcə baxdığı kimi Boylanıram sənli xatirələrə Yoruldum axı… Leysan yağışlardan sonra Palçıqdan gözü tutulmuş bulağın Aram – aram axdığı kimi… Darıxdım axı Elə darıxdım ki Saçlarının qoxusu gəlir burnuma Sahibsiz küçə pişiyi Pəncəsi açıq evlərdən gələn ətin qoxusunu duyduğu kimi… Oyandım axı Mən bu eşqdən alasərsəm, Hövlnak oyandım Bələkdəki çağanın şirin yuxudan Qəfil səksənib oyandığı kimi… Yoruldum axı Ürəyim yoruldu Ölüm döşəyində son nəfəsini Səssizcə gözləyən qocalar kimi… Səni çox sevdim axı Hisinə – pasına dözən, Atəşi çox sevən bacalar kimi…
Kirpi öpüşü Gəl, kirpi kimi öpüşək Göz- gözə, nəfəs-nəfəsə Sən yanımda olanda Gözlərimi yummayım Sənli dəqiqələr heyifdi axı… Gəl, kirpi kimi qucaqlaşaq “Tikanlarımız” incitsə də Vaz keçməyək bu sevdadan Bir gül üzək kolundan Tikanları mənim Ləçəkləri Sənin olsun Gəl, kirpi kimi küsək Sözümüz çəp gələndə Səssiz-səmirsiz… Yumarlanıb yuvamıza çəkilək Barışanda sincab kimi barışaq Saxladığı fındıqların Yerini unudan sincab kimi Niyə küsdüyümüzü xatırlamayaq Gəl, bu ömrü doğma kimi yaşayaq Nə qədər uzaqlarda olsaq da Bir-birimizi yadırğamayaq… Gəl, kirpi kimi öpüşək Göz-gözə nəfəs – nəfəsə… Hardan tapım Ürəyim darıxsa nə var idi ki O köhnə sirdaşımdı Dərdləşib bir təhər Yola gətirərdim İndi bilmirəm axı Darıxan əllərimə nə deyim ki Anlasın məni…
Hardan tapım Çərpələng qollarını Qucaqlasın məni Ürəyim darıxsa nə var idi ki Saçlarım darıxır Hardan alım Daraq barmaqlarını Ürəyim sızlasa nə var idi ki Boynum üşüyür Hardan tapım Ana südü kimi İlıq dodaqlarını… Yarasını sevərsən Bir gün birisi gələr ömrünə Yarasını sevərsən Ömrünün yarısı Su kimi axar ovuclarından
Yarısını sevərsən… Bir gün biri gələr ömrünə Sən onun gülüşlərini sevərsən Bəzən dünyanın ən mənasız sözlərini deyərsən təbəssümünü görmək üçün O isə göz yaşlarına aşiq olar əlindən gələni edər ağlayasan deyə Sən də onun gözləri Doyana kimi ağlayarsan Uşaqlıq yaraları Qaysaq bağlasın deyə Beləcə bir gün Biri gələr ömrünə Sən də onun yarasını sevərsən Nə qədər qəlbini qırsa da Sevməyə səbəb qalmasa belə Gözlərinin qarasını sevərsən…
Evcik – Evcik Mən evcik evcik Oynamaq istəmirəm, ana Oyuncaq beşikdə Gəlinciklər almayaydın kaşki Böyüyüb kimlərinsə əlində oyuncaq olduq Indi də xoşbəxtliklə Gizlənqaç oynayırıq Daha beşikdəki körpələr Doğrudan ağlayır Gah ağrıdan, gah acından Bu oyuncaq evdə “yad qızıyam” Ömrümə pay düşüb ən ucuzundan… Daha oyun oynamaq istəmirəm Bənövşə-bənövşə deyə deyə Bəndə düşən biz olduq Kaşki kitab olmağı Öyrədəydin, ana… Onda oyuncaq olmazdım Öz romanımı yazardım Ən başından Gül açardım kəlmə kimi Sətir kimi… Susmağı da öyrənərdim Yağmurlara sinə gərən Bir təmkinli çətir kimi… Kitab olmaq istəyirəm Oxumağı ən çox sevən Varaqlasın… Ən maraqlı səhifələri əlfəcinlə daraqlasın… Mən evcik evcik Oynamaq istəmirəm, ana Bu oyun bitmir ki, bitmir Gecələr gözümə yuxu da getmir…
Sənə… Mən sənə nə deyim axı Qırıb dağıtmağa Uşaqlıqdan alışmısan Əvvəlcə ananın qablarını Sonra Qəlbini qırmağı öyrənibsən Qonşuların pəncərələrinə də Daş atıbsan çox güman Beləcə daş-qalaq etməyi Dağıdıb tökməyi öyrənibsən Mən sənə nə deyim axı Elə bil heç böyüməmisən Maşa ilə döyülən uşaq Mən sənə nə deyim axı Elə darıxmışam ki Sığal – sığal, qucaq – qucaq…
UNUDACAM… Bir gün unudacam axı Səni Balaca uşaq sındırdığı oyuncağı Yatana kimi ağlasa da Oyananda unutduğu kimi… Bir gün unudacam axı Səni Yaşlı tənha qadının Sevimli itinin öldüyünü Yaddaşı pozulanda Unutduğu kimi… Bir gün unudacam axı Səni Gələn baharın keçən bahardakı Gülləri unutduğu kimi Təzə çiçəklər açacam Kəsilmiş ağacın Yeni pöhrəsi kimi… Yenə gülümsəyəcəm əməliyyat otağında Gözlərini yenidən açan Xəstənin çöhrəsi kimi… Sən ki, yaxşı bilirsən keçi inadımı Dəmir Ledi kimi susacam Nə vaxtsa çağırsan adımı. Dişlərim dodağımı kəssə də Saçlarımı isladan yağışa Yas tutub ağlamayacam Xatirələrim səni Qəlbimdən danacaq İçim özümü yandırsa da Çölüm səni yandıracaq Özgələr sən adlı yaramı Qısqanacaq… Bir gün unudacam axı Səni Yanımdan yel olub keçsən də Sən tərəfə baxmayacam Bir gün unudacam axı Səni əvvəl-axır unudacam…