ŞƏHİDLƏRƏ SALAM OLSUN!

ŞƏHİDLƏRƏ SALAM OLSUN!
Azərbaycanın Milli Qəhrəmanı, Səhid polkovnik Şükür Həmidovun əziz və həmişəyaşar xatirəsinə. Əbədiyyət ünvanın nurlu olsun, Şəhidim!

El qeyrəti çəkən oğul doğuldun,
Vətən sevdalısı, igid, ər oldun!
Döyüş meydanında oddan yoğruldun!
Sandın sönən ocaq – sinəndə kösöv…
Qəhrəman Polkovnik Şükür Həmidov!

“Aprel döyüşləri” – zabit sınağın,
“Lələtəpə” oldu Döyüş Bayrağın!
“Milli Qəhrəman”lıq – cəsur sorağın!
Görmək istəyirdin Vətəni bütöv,
Qəhrəman Polkovnik Şükür Həmidov!

Qorudun Bayrağın ucalığını,
Bağrına basaraq Azərbaycanı!
Vətən Savaşında sözünün canı:
Düşmənin gözünü Qarabağda oy!..
Qəhrəman Polkovnik Şükür Həmidov!

Xilaskar Ordumuz, şanlı Ordumuz
Tarix yazmaqdadır! O, qürürumuz!
Əsgərə guvənir, əmin yurdumuz…
Qanınla yazmısan: yağıları qov!..
Qəhrəman Polkovnik Şükür Həmidov!

Qubadlı elinin bərəsi- bəndi,
Dünyaya gəldiyin Armudluq kəndi,
Şəhidlik zirvənlə bir boy dikəldi…
Qisas xəncərinə çəkildi bülöv,
Qəhrəman Polkovnik Şükür Həmidov!
Müəllif : Tapdıq ƏLİBƏYLİ

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru.

Elvin İntiqamoğlu: – PƏNCƏRƏ.

QAYA 11
(Tağım komandirim, şəhid baş leytenant Emil Əsədovun xatirəsinə)
Vətən eşqin şəhid etdi,
Amma səni öldürmədi…
Səndən qabaq şəhid oldu dostun,
cənab leytenant…
O oldu öldürən səni –
O xəbəri eşitdiyin zamandan etibarən
Susdun, cənab leytenant!
***
Biz Füzulidə üç saat mərmi altda qalanda,
Anan deyirdi: Allahım,
Sağ-salamat gəlsin Emil;
Atan qurban boyun aldı,
Torpaq səni qurban boyun alanda!
Çıxartdın mühasirədən polkovniki,
Üzün güldü
üzün əsgərlərə sarı dönəndə:
Oldun cənab baş leytenant –
Ulduzunun biri artdı,
Bəxt ulduzun sönəndə!
***
Noyabrın yeddisi,
Xocavənd ərazisi:
Bir tərəfdə əsgərlərin döyüşdən çıxardığı
baş leytenant Əsədov…
Bir tərəfdə yerə düşmüş rabitə:
– Qaya on bir… Qaya on bir…
Qaya on bir eşitmir!

PƏNCƏRƏ
Bəlkə uzaq dəhlizlərdən yaxşı görünmür
Laçın pəncərələri –
Havası çatmır Vətənin, boğulur,
Açın pəncərələri…
***
Otuz ildən sonra bağlaya bildik
Açıq pəncərələri –
Bitişdirdi torpağın şəhid qanı
Qırıq pəncərələri…
***
Qapıdan qovulan bir də gəlməsin,
Tutun pəncərələri –
Keçmişimiz təkrarlanmasın,
Örtün bütün pəncərələri…

ŞƏHİD ANASI
“Laylay dedim yatasan,
Qızılgülə batasan…”
Qərənfil deməmişdi ki,
Qızılgül demişdi ana…
***
Yazan çox qısa yazdı –
İyirmi il çox azdı:
Oğlunun son ad günündə
Yüz yaş istəmişdi ana…
***
Ayın üçündə gəldi,
Bayraq içində gəldi –
Əli bayraqlı əsgərin
Yolun gözləmişdi ana.
***
Çətindi övlad qəmi,
Solğunlaşıb görkəmi –
Nəyin qarşılığıydı bu,
Göyə neyləmişdi ana?

Müəllif: Elvin İntiqamoğlu

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru