Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar

Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq.

Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Komputer elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.

Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq.


“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÖZÜMÜZ DÜZƏLSƏK, DÜZƏLƏR DÜNYA

ÖZÜMÜZ DÜZƏLSƏK,
DÜZƏLƏR DÜNYA

“Dünya düzəlmir ki, düzəlmir, babam”…
Məmməd Araz

Sevdalı qəlbimiz düşər tilsimə,
Yarpağı çevirər xəzələ dünya.
Ona “ düzəlmir ki, düzəlmir” – demə,
Özmüz düzəlsək,
düzələr dünya…

Əsrlər, nəsillər düzülüb səfə,
Allah yurd eləyib dünyanı bizə!
Qoynunda dönmüşük əziz-xələfə,
Biz ona borcluyuq,
dünyamı bizə?

Arxa, dayaq olub yetim-yesirə,
Kimin bostanına daş atıb dünya?
Qoynunda yer verib neçə nəsilə,
Yedirdib, içirdib, yaşadıb dünya!

Çoxdur bu yazıqdan inciyən, küsən,
Haqqı var yandırsa,
dünyamı yaxsa…
Özü oturduğu budağı kəsən
İnsan günahkardı,
Dünyamı yoxsa?

İşinə qarışsan, qırğın eləyər,
Saat əqrəbi tək fırlanar dünya…
Gecə qaranlığı yorğan eləyər,
Günəş boylananda nurlanar dünya…

Odur qovuşduran bizi sabaha!
Qəlbin bülbül kimi ötməyi də var…
O yazıq bizimçün neyləsin daha? –
Dünyaya gələnin getməyi də var…

Həmişə yanında dilimiz gödək,
Borcluyuq ona da, elimizə də…
Başqa bir yer varmı dünyadan gedək? –
Qoynunda yer verir ölümüzə də…

Kim dönə bilib ki, ömrün qışından?
Ölüm mələyinin əli yaxamda…
Odur insan kimi bizi yaşadan,
Odur qəbrimizə sahib çıxan da…

Bizi xilas edər dardan, çətindən,
Sərrafı tapılsa, bir incidir o.
Çıxmaz zərrə qədər öz orbitindən,
Mizan-tərəzidə birincidir o!

Bostanın öz yeri, bağın öz yeri.
Böcəyi yerində, quşu yerində…
Dərənin öz yeri, dağın öz yeri,
Payızı yerində, qışı yerində…

Dənizi yerində, çayı yerində,
Necə çirkin deyək gözələ, şair?
Günəşi yerində, ayı yerində,
Dünya əyridi ki, düzələ, şair?!
09.08.2019
Rafiq Yusifoğlu

“YAZARLAR”JURNALININ DEKABR – 2023 N: 12 (36)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ DEKABR – 2023 N: 12 (36)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB – PDF: yazarlar-36

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Eloğlu – Ata

ATA

(Allah dünyasın dəyişən atalara rəhmət eləsin)

Gəzdim dərmanını tapa bilmədim.
Aləmə yayıldı sorağım Ata.
Sən idin dünyada tək ümid yerim
Bəs indi kim olsun dayağım Ata?

Axı nə yaşdır ki əlli doqquz yaş
Bu bahar çağında daş olmusan, daş
Bircə yol səsini eşidəydim kaş
Fəxrim, fəxarətim, fərağım Ata.

Niyə tez üz tutdun ölümə sarı?
Qocalıq dadından dadmadın barı
Sənsiz çox çətindir ömür yolları
Yoluma nur saçan çırağım Ata.

Qoy sənə rəhm etsin uca Allahım
Bu sənsiz dünyamda odur pənahım
İndi baş daşındır ziyarətgahım.
Pirim, qibləgahın, ocağım, Ata.

30.11.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏGƏR HAQQIMDA FİLM ÇƏKSƏLƏR…

ƏGƏR HAQQIMDA FİLM ÇƏKSƏLƏR…

Esse

Nə Bakının işıqlı küçələrindən keçərdim nə də Xə¬zə¬rin sahillərində fikirli dolaşardım. Nə bir ağac yarpa¬ğından yapışardım, nə də qaşlarımı düyünlərdim. Mən belə film istəməzdim.
Şair haqqında çəkilən filmə bax: Şair ağır-ağır keçir iş
otağına, asta-asta əyləşir, sonra alnını qırışdırır, siqaretə bir qüllab vurur, o yana– bu yana baxır, sonra başlayır şeir yazmağa…
Ya da başqa bir kadrda: Şair əyilir aşağı, bir çiçəyin
ləçəyindən tutur və ya bir ağacın yarpağından yapışıb başlayır onu sığallamağa…Guya, elə bil ilk dəfədir ki, görür.

Mən heç vaxt belə film istəməzdim. Haqqımda elə bir
film olsaydı, onun lentini nəvələrimə oyuncaq düzəl¬dər¬dim, ya da həyətdəki hovuzu dairəyə alardım ki, burdan o qanaadlamasınlar, hovuza düşə bilərlər.

Haqqımda danışmaq üçün nə professor axtarardım, nə
də akademik. Nə millət vəkili arayardım, nə də məşhur
bir yazıçı. Onlar haqqımda nə yazar, nə deyə bilərlər onu
özüm də bacararam. Məsələn, tanınmış bir profossorun
adından özüm haqqında elə bir məqalə yazaram ki, bir dənə cümləsi o yan, bu yan ola bilməz. Hamısı dübbədüz. Azmı olur belə şeylər? Bimirəm bu, mənim xöşbəxt¬li¬yimdi, yoxsa bədbəxtliyim, amma çox qəribə nəticədir. Mən çox adamın üslubuna bələdəm, onların düşüncəsindən ətrafa, hadisələrə baxa bilirəm. Mən belə film istəməzdim.

Haqqımda film çəksələr bu şəhərdə qalmazdım, gedərdim
kəndimizə. Deyərdim atamı çəksinlər, özü də necə?
Atam ömür boyu çoban olub. Çöldən qayıdır atam, cibləri
dolu göbələklər. Atama tərəf qaçırıq. Arxada qalan uşaq
mən olmalıyam. Rejissor bunu bilməlidir. Evin böyük
uşağı olduğuna görə atamın ən böyük cibi mənə düşür.
Göbələkləri anam sacın altdakı közün üstə düzür, ortasına
duz səpib bişirir. Hamısını bizə yedirdir, özü də yemiş kimi barmağını yalayır.

Filmin ən maraqlı kadrlarından biri atamn mənim süd
dişlərimə sap bağlayıb çəkdiyi yerlər olacaq. Atam deyirdi
ki, atası da onun dişlərini belə çəkib. Sap qırılmasın
deyə onu üç qat edərdi atam. Başımı dizlərinin üstə alardı.
Dişlərimi sanayardı. Sonra laxlayan dişimə sapı bağlayıb
astaca dartardı. Çıxardığı dişi mənə verərdi ki, atım
yükün arxasına. Öyrədərdi ki, dişi atanda belə deyim: “Ey
sıçan, mən balta dişimi sənə verdim (Çünki sıçana balta diş lazımmış), sən də inci dişini ver mənə” Bax belə. Uşaqlıq illərimin ilk və ən gözəl nəğməsiydi bu sözlər. Rejissor mənə oxşayan uşaq tapmalıdır. Bu da çətin olmayacaq.Kənddə uşaqlar bir-birinə oxşayır eynən.

Sonra deyəcəyəm, atımızı çəksinlər. Qaşqa at. Ayaqları
səkil. Atam mənə deyirdi ki, atın alnındakı ağ deyil, qardı.
Boz ay sonu, yaz ağzı qarağanın (yarım metrə qədər
uzanan bitki) dibində otlayan zaman alnını qara batırıb at.
Deyirəm mənim uşaq ağıma bax. Mən də inandım. Atamın
dediyinə bir şeir qoşdum.

Getdi qış, əridi qar,
Yamacların yalında.
Bir ovuc qar qalıbdı,
Atımızın alnında.

At mənim ilk şeirimdi. İçindən çöl keçən at. Gümüş
yəhəri iravandan, nalı Gorusdan gələn at. Qoy kəndçimiz
Tapdıq dayı at nallasın, mən də ağzım sulana-sulana baxım. Hərdən Tapdıq dayı mənə sual versin: İtdən alçaq, atdan hündür, nədir? Mən də bilməyim. Bir az kənarda nehrə çaxlayan Bəyaz xala ucadan desin:Yəhər.

Kənddə bir sinif yoldaşım var adı Həsən, indi kəndimizdə traktorçudur. 1966-cı ildən 1976-cı ilə kimi bir partada oturmuşuq, özü də arxada. Yarlı -yaraşıqlı bir traktoru var, arxasında lapeti. Nömrəsi də zerkanlıdır: 30 T 400. Hələ biz orta məktəbdə oxuyanda, bu troktor vardı, gərək ki, Həsənin atası sürürdü, Arif dayı. Məktəbə gedəndə lapetin arxasından sallaşardıq. Bax, operatora deyərdim ki, o traktoru, arxasında sallaşan uşaqları çəksin, o uşağın biri mənə oxşasın. İndi həmin traktoru Həsən sürür. Baxsan, gülməkdən ölərsən, Həsən traktoru elə bil güclə yaşadıb, harası qırılıbsa, ora daha qalın bir dəmiri qaynaqedib, ölməyə qoymayıb. Traktorun qabaq təkərləri mənim Cip maşınımın köhnə təkərləridi, vermişəm Həsənə. O da vurub traktorun qabaq təkərlərinin yerinə. Elə mazlayıb ki, təkərlər gümüş kimi parıldayır. Gəzsən, şəhərdə belə təkər tapa bilməzsən. Həsən traktorun hər tərəfinə işıqlar düzəldib. Milli Məclisə namizədliyimi verəndə mazutlu köhnə traktorunu mənim rəngli şəkillərimlə bəzəmişdi.

Traktora qoşduğu maqintofonda hey mənim şeirlərim
səslənirdi. Bir növ Həsənin taraktoru mənim səyyari seçki
qərargahım idi.

Bir də görürsən ki, xüsusən günortalar, kəndin ortasında Həsənin traktoru, lapeti də arxasında, didərgin-didərgin, af-ufla gedir. Həsən maqintofonun səsini verir, şeirlər də mənim öz ifamda. Bax, operatora deyərdim ki, bunu çəksin. Tpraktorun əyni başdan-ayağa mazut. Həsənin dırnaqları codlaşıb, bığlarını və barmaqlarını siqaret tüstüsü saraldıb. Köhnə ayaqqabıları qoyun mizinə batıb. Səsi hələ də xırıldayır.

Qoy mənim haqqımda Həsən danışsın. Mən həmişə
riyaziyyatdan məsələ və misalları ondan köçürüdüm, özü
də on beş qəpiyə. Sən demə o da başqa snif yoldaşından 10 qəpiyə aırmış. Ticarətə bax e…

Qoy Həsən bunu haqqımda çəkilən filmdə desin. Mən ona söz vermşdim ki, deputat seçilsəm, ona təzə traktor alacam. Ala bilmədim, yalanşı çıxdım, çünki deputat seçilmədim.
Həsən hələ də köhnə traktorunda mənim şeirlərimi oxudur, şüşələrində mənim şəkillərimi gəzdirir. Operatora deyəcəm ki, bax, o traktoru çəksin. O traktor mənim haqqımda ən maraqlı filimdir.

Müəllif: Qəşəm Nəcəfzadə,

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sergey Yesenin – Qafqaz.

Sergey Yesenin
(1895-1925)

QAFQAZ

Hələ lap qədimdən bizim rus Parnas
Nеçə yad ölkəyə daim atıb can.
Sənsə hamıdan çох, bilirəm, Qafqaz,
Duman arхasında sirli qalmısan.

Puşkin öz qəlbini еdərək məşəl
Burada yazıbdır gözəl şеirini:
«Sən mənim yanımda охuma, gözəl,
Gürcüstanın qəmli nəğmələrini».

Lеrmоntоv qüssədən gələrək təngə
Bizə Əzəmətdən açıbdır söhbət:
Dеmə, bacısını qızılla birgə
Kazbiçin atıyçün vеrib Əzəmət.

Üzündə zamanın qəzəbi, kini,
Ürəyi cоşurdu еşq həvəsiylə.
О bir zabit kimi, bir şair kimi,
Burda sakitləşdi dоst gülləsiylə.

İran dumanında itən хərac tək
Burda Qribоyеdоv itib nə vaхtdır.
Dağın ətəyində indi tənha, tək
Yatır zurna səsi, tar səsi altda.

Gəlmişəm, könlümə sükutdur hakim,
Özüm də bilmirəm səbəb nədir, nə:
Dоğma ölülərə bəlkə baş çəkim,
Bəlkə əcəl özü qоl açdı mənə!

Mənə fərqi yохdur bu оlayların!
Kеçir göz önündən dahilər bir-bir.
Vəhşi vadilərin, vəhşi çayların
Gur səsi оnlara şəfa vеribdir.

Оnlar düşmənlərdən qaçmışdı dağa,
Həm də dоstlarından qaçmışdı оnlar.
Addım səslərinə qulaq asmağa
Vadini, dağları sеçmişdi оnlar.

Sərsəri dоstlardan qaçıram mən də
Hikkədən, qəzəbdən əsirəm tir-tir.
Еlə bilirəm ki, mənim içimdə
Nəhəng еpik mövzu yеtişməkdədir.

Mənə çох əzizdir Rusiya şеiri,
Burda Mayakоvski nələr еyləyir.
Qərargah rəngsazı çıхıb irəli
«Mоssеlprоm» haqda şеir söyləyir.

Ladоqa yazarı Klyuyеvinsə
Pambıq gödəkçəyə bənzəyir şеiri;
Оnları охudum dünən həvəslə,
Qəfəsdə bоğuldu bülbülün biri.

Çəkmək istəmirəm başqa adları,
Sоyuq günəş altda yеtişir оnlar.
Qоyub lap qənşərə ağ varaqları
Hətta, pоzmağı da bacarmayırlar.

Bağışla, еy Qafqaz, qəsdsiz-qərəzsiz
Başqaları haqda gоp еtdiyimçün.
Mənimsə rus şеirim ətirli, ləziz
Zоğal şirəsi tək qоy aхsın bu gün.

Bəlkə də çох gözəl bir pоеmayla
Təzədən dönməkçün Mоskvaya mən,
Əbədi ayrılıb qəmlə-qüssəylə
Qaçaram sərsəri dоst məclisindən.

Öz dоğma ölkəmdə gələrək gözə
Vida saatının sıхsam əlini:
«Sən mənim yaqnımda охuma, gözəl,
Gürcüstanın gözəl nəğmələrini».
Sеntyabr, 1924.
Tiflis

Tərcümə edəni: F.Mustafa

publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ukrayna Milli Yazıçılar Birliyinin sədri Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayevə məktub ünvanlayıb.

Ukrayna Milli Yazıçılar Birliyinin sədri Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayevə məktub ünvanlayıb. Məktubu olduğu kimi sizə təqdim edirik.

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Tərxan Paşazadənin doğum günüdür!

Bu gün dostumuz, vətənpərvər, dəyərli ziyalı Tərxan Paşazadənin doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!!!

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Фируз Мустафа. Четверостишия.

Четверостишия
1
Никогда с огнем-кострищем не шути,
Презирай неправду, истине служи.
Ты от тех, кто действует, ничего не жди,
Опасайся праздных лишь на своем пути.

2
Другу – друг, врагу – мучитель мир,
Любовь моя, печаль моя, сей мир.
Коль слаб ты – мир командует тобой,
Коль ты силен – мир под твоей пятой!

3
Хоть слывет он и ученым – ни единого творенья!
Нет значения в словах, невесомы предложенья,
По заполненным анкетам пола он везде мужского,
Но крупицы нет мужского признака в нем, к сожаленью.

4
Правда – извечный оценочный камень;
Страдает ложь краткостью жизни своей.
Мир – вернисаж, где со временем с нами,
Всё больше знакомых, всё меньше друзей.

5
Вот ты: в чадре и лицо за вуалью
Извечно безвестна, таинственна вся,
Открыты все двери мне здесь и за далью,
Закрыты лишь двери твои для меня.

6.
Не прошу тебя спасти меня от мук,
Лишь сердца моего не рань, прошу тебя.
Я скрыт от глаз твоих в объятиях огня,
Умру – тогда по пеплу опознаешь вдруг.

7.
Я – факел горящий и я же – вода,
Кто б ни был, чем ни был – со мною беда:
Сумел бы спасти я от плена весь мир,
Но узник любви своей я навсегда.

8.
Остров мой, где я живу, тебе принадлежит,
Всё, что там своим зову – тебе принадлежит.
Что дороже жизни есть, мне скажи на милость?
У меня одна жизнь есть – тебе принадлежит.


Перевод с азербайджанского

Оригиналы: – Dördlîlüklər.
1.
Hech zaman oynama odla-kozle sen,
Nahaqqa baş eyme, haqqi sesle sen.
Bir şey eleyenden heç şey gozleme,
Heç şey etmeyenden her şey gozle sen.

2.
Dosta-dost, duşmene qenimdi dunya,
Sevincim, hem de ki, qemimdi dunya.
Eger zeifsense sen dunyanınsan,
Eger guclusense, senindi dunya.

3.
Alimse de ortada bir dene eseri yox,
Cumlesinin tutumu, sozunun keseri yox.
O, anket dolduranda cinsini “kishi” yazir,
Di gel ki, kişilikden zerrece eseri yox.

4.
Heqiqet ebedi mehek dashidir,
Feqet yalanlarin omru az olur.
Dunya omrumuzun vernisajıdır,
Tanışlar çoxalir, dostlar azalir.

5.
Bu, sensen: çadrali, uzu duvaqli.
Ezelden belesen sirli-soraqli.
Dunyanin qapisi uzume açıq,
Qelbinin qapisi uzume baqli.

6.
Demedim gel qurtar zulmden meni,
Dedim, yaralama konlumden meni,
İndi tanimirsan meni odumdan,
Olsem taniyarsan kulumden meni.

7.
Hem yanar ateşem, hem de suyam men,
Her neyem, her kesem, ele buyam men.
Dunyani mehbesden azad emişem,
Feqet oz eşqimin mehbusuyam men.

8.
Menim yaşadiqim ada senindir,
Orda qurduqum oda senindir.
Soyle, candan eziz dunyada ne var?
Menim bir canim var, o da senindir.

Tərcümə edəni: Eldar Piri (Эльдар Пири)

Dördlîlüklərin müəllifi: Firuz MUSTAFA

Respublikanın Əməkdar incəsənət xadimi

Mənbə: Firuz Mustafa

FİRUZ MUSTAFANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru