PAYIZ ÇİÇƏYİ
Qısılma çəməndə-çöldə küncə sən,
Yazdan nişanəsən indi, məncə sən.
Hələ al yanaqlı, qönçə-qönçəsən,
Rəngin qaralmamış aç, görüm səni.
Yağışa-çiskinə düşsən də nə qəm,
Təki bəxtin sənə etməsin sitəm.
Axtarıb yerini tapa bilməsəm,
Xallı kəpənəktək uç, görüm səni.
Yaz səni payıza verib beh kimi,
Dilsiz doğulmusan sərin meh kimi.
Sübh çağı üstünə düşən şeh kimi
Gözümdə tez şölə saç, görüm səni.
Durna harayından başlayanda köç,
Özün öz hökmünlə öz səmtini seç.
Üzünə açıqdır qapım… tez ya gec
Üşüsən yanıma qaç, görüm səni…
10.09.2023.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru