“Xalq TV”: Əməkdaşımız Rizvan Fikrətoğlunun kitabının təqdimatı keçirilib

Fevralın 2-də Milli Kitabxanada gənc yazıçı Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimatı keçirilib. Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov gənc yazarı təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb. Tədbirdə Əməkdar jurnalist, kitabın redaktoru Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin Multimediya şöbəsinin müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış ediblər. Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının ön sözünün müəllifi və redaktoru Əməkdar jurnalist Əli Nəcəfxanlı kitab haqqında geniş məlumat verərək müəllifə uğurlar arzu edib. Yazıçı Zaur Ustac bu ələmatdar gün münasibəti ilə gəncləri təbrik edib. Gənc yazar Rizvan Fikrətoğluna “İsa Muğanna” mükafatını təqdib edib. Tədbirin davamında “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər. Gənc yazıçı Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib. Gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Sonda gənc yazarlara və tədbirdə iştirak edən iştirakçılara Milli Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib. Gənc yazar Rizvan Fikrətoğlunun imza törəni təşkil edilib.

Mənbə: “Xalq TV”

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on ““Xalq TV”: Əməkdaşımız Rizvan Fikrətoğlunun kitabının təqdimatı keçirilib”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir