Mahir Həmzəyev “Ziyadar” mükafatı ilə təltif olunub

5 iyun 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyində Litvanın Azərbaycandakı səfirliyi ilə birlikdə görkəmli Litva yazıçısı Balis Sruoganın “Tanrılar meşəsi” adlı kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qonaqları salamlayıb və Qurban bayramı münasibətilə təbrik edib.

Şair Səlim Babullaoğlu bildirib ki, kitabı həmyerlimiz Mahir Həmzəyev tərcümə edib.

“Kitab Mahir Həmzəyevin çox böyük ustalıqla tərcümə etdiyi versiya – Litva Ədəbiyyatı və Folkloru İnstitutunun çoxillik fəaliyyətindən sonra bilavasitə əlyazma və makina yazıları əsasında “bərpa edilmiş” həqiqi nüsxədir. Roman ilk dəfə məhz Azərbaycan dilində bütöv halda tərcümə edilərək nəşr edilib.

Litva Əhalisinin Soyqırımı və Müqavimət Hərəkatını Araşdırmalar Mərkəzinin baş direktoru, tarix elmləri doktoru Arunas Bubnis kitabın türk dilləri arasından ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcüməsini və Bakı nəşrini böyük mədəniyyət hadisəsi sayır, həm litvaşünaslığa, həm azərbaycanşünaslığa verilən ciddi töhfə hesab edir.

Romanın məziyyətləri çoxdur, sənədli nəsrlə bədii üslubun qovşağında yazılmış memuardır. Dilçilər Sruoganın romanda Litva dilinə xeyli yeni leksik vahidlər, təzə sözlər, söz birləşmələri, linqvistik qısaltmalar qazandırdığını deyir”,- S.Babullaoğlu deyib.

Litvanın Azərbaycandakı səfiri cənab Kestutis Vaskeləviçüs tədbirə gələn qonaqlara təşəkkürünü bildirib:

“Litva ədəbiyyatının bu gün buraya toplaşan bilicilərini və dostlarını görmək çox xoşdur. Bugünkü tədbirin təşkilinə görə mən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə, şair və esseist Səlim Babullaoğluya və Yazıçılar Birliyinin bütün idarə heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu həftə Şimal və Baltik ölkələri Xarici İşlər Nazirliklərinin siyasi direktorları Bakıda səfərdədir və mən çox şadam ki, Litva XİN-nin siyasi direktoru, səfir Laymonas Talat-Kyalpşa və Nazirliyin ikitərəfli münasibətlər departamentinin ditektoru Mantas Yakimaviçyus bu gün bizimlədir. Ədəbiyyat və mədəniyyət sahəsindəki mübadilə Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin mühüm hissəsini təşkil edir.

Ədəbi əsərlərin mübadiləsi sayəsində xalqlarımız qarşılıqlı anlaşma və hörmət şəraitində bir-birinin tarixi, dəyərləri və arzuları haqqında daha çox öyrənir. Bu mübadilə bizim ədəbi dünyagörüşümüzü, zənginləşdirir, oxucuları müxtəlif ədəbiyyat üslubları ilə tanış edir və xalqımızı bir-birinə yaxınlaşdırır”,- Kestutis Vaskeləviçüs bildirib.

Tədbirdə çıxış edən Seyfəddin Hüseynli, Kənan Hacı, İbrahim Rüstəmli, Esmira Fuad və digərləri kitabın konkret məziyyətləri barədə öz fikirlərini bölüşüblər.

Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Balis Sruoganın “Tanrılar meşəsi” kitabının tərcüməçisi və demək olar ki naşiri – bir çox vəzifə və titulların sahibi olmaqla yanaşı eyni zamanda uzun illərdir Vilnüs Kitabsevərlər Cəmiyyətinə rəhbərlik edən həmyerlimiz Mahir Həmzəyevə belə gözəl və faydalı əməlinə görə yazarlar, oxucular, bütün kitabsevərlər adından “Ziyadar” mükafatını təqdim edib. Tədbirdən fotolar:

YAZARLAR olaraq, Balis Sruoganı ehtiramla anır, Mahir Həmzəyevə, Səlim müəllimə Azərbaycan və dünya ədəbiyyatına göstərdikləri misilsiz xidmətlərə görə təşəkkür, uğurları münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Günnur Ağayeva

Mənbə: Salim Babullaoglu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Ustacam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Litva yazıçısı Balis Sruoganın “Tanrılar meşəsi” adlı kitabının təqdimat mərasimi keçirilib

Tur Heyerdal – Azərbaycan

“Azərbaycanlılar gərək öz qədim mədəniyyətləri ilə qürur duysunlar. Mən demək olar ki, dünyanın yarıdan çoxunu gəzib tədqiqatlar aparmışam, ancaq Qobustanda olandan sonra əmin oldum ki, bura qədim sivilizasiyanın beşiyidir. Dünyada qayıq təsvirlərinin yaşı 3500 ildən çox deyil, amma Azərbaycandakı bu təsvirlərin yaşı 8 min ildən çoxdur. Mən təslim oluram: Qobustan rəsmləri dünya mədəniyyətinin beşiyi hesab olunan Mesapotomiyadan daha qədimdir. Bu bir daha sübut edir ki, Azərbaycan dünyada daha qədim yerdir”.

Tur Heyerdal, dünya şöhrətli etnoqraf, Norveçli alim.

Azərbaycan şairləri

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RƏNGLƏR ELƏ KAINATDIR KI, RƏSSAM HƏR RƏNGDƏ YAŞAYIR

RƏNGLƏR ELƏ KAINATDIR KI, RƏSSAM HƏR RƏNGDƏ YAŞAYIR

Bu dəfəki həmsöhbətimiz Özbəkistanın xalq artisti, Özbəkistan Respublikasının rəssamı, professor Ortiqali Qazokovdur.
Söhbətimiz təsviri sənətin əsrarəngiz və sehrli dünyasından, rəssamla təbiətin münasibətindən, rənglərdəki həyatdan, onların yaradıcılığı və uşaqlıq illərindən gedirdi.

— Şair və yazıçılar dünyanı sözlərin parlaqlığı ilə ifadə edirlərsə, fırça ustaları onu rənglərlə təsvir edirlər.
Həyatı hansı rənglərdə təsəvvür edirsiniz?

—Təbii ki, rənglər fırça ustalarının alətləridir.
Bu baxımdan dünyadakı rəngləri hiss etmək, onların təkrarolunmaz mahiyyətini dərk etmək əsl möcüzədir.
Çünki rəngləri sözlə və ya başqa bir şeylə təsvir etmək olmaz.
Onun bənzərsiz keyfiyyətləri ürək və ruh vasitəsilə həyata keçirilir.
Sənətkarın həyatında rənglər müəyyən müddətə öz həyatını yaşayır desəm, yanılmarıq. 
Yaradıcılıq aləminə ilk dəfə qədəm qoyanda: yaşıl və mavi rənglərdən əsərlər yaratdım, sonralar onların yerini qırmızı, bənövşəyi, sarı rənglər aldı.
Bu gün həyatı parlaq rənglərdə görməyə çalışıram.
Bir çox ölkələrdə olduğum üçün şahidi ola bilərəm ki, hər ölkənin öz rəngləri var.
Əsas rənglərim ağ və sarı qızıldır, həyatımı və real təsəvvürümü təmsil edir.

—Sizcə, əsl sənətkar necə olmalıdır?

Öz üzərində işləyən, axtaran, varlığı daim müşahidə edən, dərin fəlsəfə, yaradıcılıq hissi, oyanıq gözlə, oyaq qəlbli insan yeni bir şey yaratmaq həvəsi və həzzi ilə məşğul olmalıdır! 

—Sizcə, rəssam üçün ən vacib amillər hansılardır?

—Təkcə rəssam üçün deyil, hər bir insan üçün hər andan səmərəli istifadə etmək, onun qədrini bilmək, yaradıcılıq üçün ayrılmış məqamlarda yeni əsərlər yaratmaq, daim çalışmaq lazımdır.
Konkret məqsəd və prinsiplərə bağlılıq da onun əsas amillərindəndir…

— Ən çox vaxt aparan sənət əsəriniz hansıdır və bu nə qədər vaxt aparıb?

— Bədii əsərin yaradılması müxtəlif zamanlar tələb edir.
Bəziləri illər alır, bəziləri isə anlarda olur.
Bu baxımdan 1990-cı ildə anadan olan “Külfət Xıkırğı” əsərimi ərsəyə gətirmək üçün 4 il vaxt lazım olub…
Düşünürəm ki, bəzi sənət əsərləri uzunmüddətli perspektivdə işləyir.
Həllini son dəqiqəyə çatanda tapır.

— İlk çəkdiyiniz şəkli xatırlayırsınız?

—  İlk rəsmlərimi çox yaxşı xatırlayıram.
Mən 6-7-ci siniflərdə oxuyanda güllər, təbiət mənzərələri, kəndimizin akvarellə çəkilmiş küçələri, anamın portretləri vardı.
1978-ci ildə “Gülxan” jurnalına şəkillərimi göndərəndə bir il xəbər almadan çox depressiyaya düşdüm, çəkə bilmədim. O vaxt jurnalda Özbəkistanın xalq artisti Çingiz Axmarovun “ağ yol”u ilə dərc olunan şəkillərim həyatımda böyük dönüş yaratdı.
Uşaqlıq insanı əsl yaradıcılıq aləminə gətirən, həyatını gələcəklə bağlayan qızıl dövrdür.

—Hər bir uğurun arxasında zəhmət, təhsil və təbii ki, valideyn qayğısı dayanır.
Bugünkü nəticələrin əldə edilməsində valideynlərinizin rolu nədir?

— Sənət aləminə qədəm qoyanda mənə hər tərəfdən dəstək olan, rəsm çəkməyə həvəsləndirən insan atam olub.
Hər dəfə Pop rayonunun mərkəzi bazarındakı məktəb dərslikləri mağazasından mənə məşhur rəssamların əsərlərinin plakatlarını gətirəndə onlara baxır, şəkillərə heyran qalırdım. 
Gözəlliyinə görə bunun rəsm olmadığını düşündüm (gülür).
Rəssamlığa marağımı görən atam rəngli karandaşlar, akvarellər, boyalar, kağızlar gətirib hər cür şərait yaratdı.
Qardaşımın və əmimin evlərindəki divarlara naxışlar, çiçəklər çəkdiyimi dünənki kimi xatırlayıram…
Yaradarkən, təbii ki, həvəsə və diqqətə ehtiyacınız var!
Əgər sizin yaradıcılığınızla heç kim maraqlanmasa, onlara məhəl qoyulmasa, artım olmayacaq.
Diqqət, etiraflar yaradıcının özünə inamını və yaradıcılıq sevincini oyadır.
Sənətkar ilk növbədə öz ölkəsində tanınmalı, qiymətləndirilməlidir. .
Beynəlxalq yarışlarda mükafatlarınız titullarınızla deyil, yaradıcılığınızla qiymətləndirilir.

—  Sizin üçün təsviri incəsənət, rəssamlıq, nədir?

— Bu mənim üçün həyatdır! İnsan dünyanı rənglərlə görmürsə, müşahidə etmirsə, dünya sönük və rəngsizdir.

— Özbək sənətinin nailiyyətlərindən danışsanız…

— Bu gün Özbəkistan incəsənəti çoxlu uğurlar qazanır.
Bütün dünyada rəssamlarımızın yaratdığı əsərlərə böyük maraq var.
Rəssamlar üçün kifayət qədər şəraitin yaradılması sənətimizin yüksəlişindən xəbər verir.

— Hansı janrı yaratmaqdan zövq alırsınız?

— Əsasən avanqard istiqamətdə yaratsam da, yaz fəslində təbiətin qoynunda mənzərələr çəkirəm, realist dünya ilə özünəməxsus təxəyyül dünyamı genişləndirirəm.
Özüm üçün maraqlı rənglər, formalar və tapıntılar düzəltməyə çalışıram.

— Hər kəsin həyatında simvolik olaraq sevimli rəngləri olur. 
Rəssam üçün həyat hər rəngdə yaşayır.
Buna münasibətiniz necədir?

—Rənglər elə bir kainatdır ki, rəssam hər rəngdə yaşayır.
Hər rəngin öz simvolizmi və simvolları var.
Həzrət Nəvainin qocalığı ağ rənglə, gəncliyi mavi rənglərlə müqayisə etməsində böyük hikmət gizlənir.
Məşhur ingilis rəssamı Törner ömrünün sonunda demişdir: “İşıq möcüzədir”.

—Uşaqlığınızın ən parlaq günlərini bölüşsəniz…

Uşaqlığımla bağlı çoxlu parlaq xatirələrim var…
Mən həmişə şəkil çəkməklə məşğul olmuşam. Buna bir misaldır ki, şəkillərim ilk dəfə “Gülxan” jurnalında çıxanda sevindim və hamıya göstərdim.
Sinif yoldaşlarımın şəkillərini çəkib hədiyyə edərdim, çox sevinərdilər.

—Uğurlarınızın arxasında nə dayanır?

— Çətin iş, böyük yaradıcılıq yolu yatır.
Ancaq eyni zamanda, şans və xoşbəxtlik harmoniyada olacaq.

—Mənalı söhbətinizə görə təşəkkür edirik!

Söhbətləşdi: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.