“1-ci Uşaq Teatr Festivalı”nın iştirakçıları regionlara səfər edir

“1-ci Uşaq Teatr Festivalı”nın iştirakçıları regionlara səfər edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı ilə keçirilən “1-ci Uşaq Teatr Festivalı” çərçivəsində festival iştirakçılarının ölkəmizin müxtəlif bölgələrinə səfərləri davam edir.

İlk səfər 16 iyun 1-ci Uşaq Teatr Festivalının 3-cü yerin qalibi, Azərbaycan İncəsənət Məktəbinin “Səhnənin ulduzları” teatr kollektivinin “Tısbağanın yolu” tamaşası ilə Gəncə şəhərinə təşkil olunub. Tamaşa Gəncə Dövlət Kukla Teatrının səhnəsində nümayiş etdirilib.

Tədbirin açılışında Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev çıxış edərək səfər hüququ qazanan iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra layihənin rəhbəri, teatrşünas Dağlar Yusif Əfəndi çıxış edərək festivalın davamlı xarakter daşıyacağından söz açıb və növbəti teatr festivalı haqqında məlumat verib. O, çıxışının sonunda bu cür layihələrin ardıcıl şəkildə keçirilməsinin mədəni inkişaf baxımından önəmini vurğulayıb.

Quruluşçu rejissoru Qasım Nağı olan “Tısbağanın Yolu” tamaşası uğurla təqdim olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Festival proqramına daxil edilən seçilmiş teatr tamaşaları ümumilikdə Azərbaycanın dörd şəhərində – Gəncə (16 iyun), Şəki (17 iyun), Mingəçevir (23 iyun) və Lənkəran (30 iyun) Dövlət Dram Teatrlarının səhnəsində nümayiş olunacaq. Tamaşalarda çıxış edən uşaq aktyorlar minlərlə tamaşaçı qarşısında səhnəyə çıxaraq istedadlarını nümayiş etdirməklə yanaşı, regionlarda yaşayan həmyaşıdlarına da unudulmaz teatr təcrübəsi bəxş edəcəklər.

Layihənin əsas məqsədi teatr sənətinin maarifləndirici və tərbiyəvi imkanlarından istifadə etməklə uşaqların estetik zövqünün, mənəvi dünyasının və yaradıcı potensialının inkişafına dəstək verməkdir. Bu təşəbbüs, Ulu Öndər Heydər Əliyevin “Bizim gələcəyimiz uşaqlardır” prinsipinə uyğun olaraq, gənc nəslin intellektual və mədəni inkişafını təşviq edən mühüm bir platforma rolunu oynayır.

Festival, eyni zamanda, ölkəmizdə uşaq teatrının inkişafına, bu sahəyə marağın artırılmasına və səhnə sənətinə maraq göstərən gənc nəslin yaradıcı fəaliyyətə cəlb edilməsinə xidmət edir. Layihə çərçivəsində uşaqlar səhnə təcrübəsi qazanır, kollektivdə işləmək bacarığını inkişaf etdirir və sənətə olan maraqlarını cəmiyyətlə bölüşmək imkanı əldə edirlər.

Festival iştirakçılarının regionlara qastrol səfərləri mədəni həyatın canlandırılması və uşaqlar arasında teatr sənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər zamanı nümayiş olunacaq tamaşalar, birbaşa uşaqları hədəf alan məzmunları ilə onların estetik və mədəni inkişafına töhfə verməyi hədəfləyir. Fotolar:

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan şairləri – Zaur Ustac

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazaxıstanın Aktau şəhərində Birinci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbini keçililib

Qazaxıstanın Aktau şəhərində Birinci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbini keçililib

13-14 iyul 2025-ci il tarixlərində Qazaxıstanın Aktau şəhərində “Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi” adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi uğurla keçirilib. Bu mühüm tədbiri “Azərbaycan Mərkəzi” İctimai Fondu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Qazaxıstanın Yesenov Universitetinin dəstəyi ilə təşkil edib. Yay məktəbi Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm addım olub.
Azərbaycan, Qazaxıstan və digər Türk dünyası ölkələrindən 40 dinləyici konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq üçün unikal imkan əldə ediblər. Bakı-Qroznı təyyarə qəzasında zərər çəkənlərə yardım göstərən Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşlarının iştirakı iki ölkə arasında həmrəylik və qarşılıqlı yardım rəmzi olub. Məktəbin işində Azərbaycandan alimlər Eldar Cəfərov (Bakı Dövlət Universiteti) və Elvin Talışinski (Azərbaycan Universiteti) də iştirak ediblər.
Yay məktəbinin zəngin proqramına seminarlar, treninqlər, Abiş Kekilbayevin adını daşıyan muzeyə ziyarət və dəniz ekskursiyası daxil olub ki, bu da iştirakçılara iki ölkənin tarixini, mədəniyyətini və ictimai həyatını dərindən anlamağa imkan verib.
İyunun 14-də keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları iştirak ediblər ki, bu da tədbirin yüksək səviyyəsini vurğulayıb.
Yay məktəbinin bağlanışına həsr olunmuş bayram şam yeməyində müxtəlif dövlət qurumlarından rəsmilər çıxış ediblər.
“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov tədbiri açaraq Yay məktəbinin işinin yekunlarını açıqlayıb, onun gənclər əməkdaşlığının inkişafına və Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib. O, ikitərəfli münasibətlərin gələcəyi üçün mədəniyyətlərarası dialoqun və təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulayıb.
Azərbaycanın Aktaudakı Baş Konsulu Ayxan Süleymanlı Yay məktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Yesenov Universitetinin nümayəndəsi Elvira Canqojaeva universitetin bazasında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək, “Azərbaycan Mərkəzi” ilə əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin rolunu vurğulayaraq, Yay məktəbinin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.
“Dostluq” Etno-mədəni Birliyinin nun sədri Şəmsəddin Hüseynov Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafının və bu prosesdə gənclərin rolunun vacibliyi barədə danışıb.
Sertifikatların təqdim olunmasından sonra azərbaycanlı müğənni Rafaelin çıxışı qonaqlar tərəfindən çox yüksək alqışlarla qarşılanıb. Fotolar:

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru