Natella Nur: – Doğum günüm xoş gəldin!

“YAZARLAR” cameəsi adından NATELLA xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq:

AD GÜNÜ
Doğum günüm xoş gəldin,
Məni yenə kövrəltdin.
Yaşıma inanmıram,
Vaxta təəccüb qalıram.
İllər sürətlə gedir,
Zaman hara tələsir?
O da öz sözün deyir.

Bu gün hey zənglər gəlir,
Dostlar təbrik eyləyir,
Gözəl sözlər söyləyir.
Ürəyim fərəhlənir,
Minnətdarlıq bildirir.
Evdə əzizləyirlər,
Süfrəni bəzəyirlər,
Gül- çiçəklər düzürlər.

Əzizlərim, şənlənək,
Ürəkdən deyək, gülək,
Şən zarafat söyləyək,
Yeyək, içək, rəqs edək,
Əziz günü qeyd edək.
Yaş üstünə yaş gəlir,
Yeni ahəng gətirir.
Qədəmləri mübarək,
Ona xoş gəldin- deyək.
Yansın rəngarəng şamlar,
Çiçəklənsin arzular.
Yeni yaşa alqışlar,
Qoy gətirsin uğurlar!
15.06.2025

Şeirin müəllifi: NATELLA NUR

NATELLA NURUN YAZILARI

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac xarici mətbuatda

Zaur Ustac xarici mətbuatda – PDF – dərgi: >>> classico-opine-june-2025

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist  Zaur Ustacı “YAZARLAR” cameəsi adından təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Zaur müəllim!

ZAUR USTACIN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur yazır

“Fədailərimizi tanıyaq!” rubrikası

Turan Uğur: – “Müəllifi olduğum “Fədailərimizi tanıyaq!” rubrikasının 13-cü hissəsi nəcib insanlar, fədailərimiz, şair Balaş Azəroğlu və onun ömür-gün yoldaşı, şair Mədinə Gülgünə həsr olunur.
Esse-hekayə şəklində çox böyük sevgi və şövqlə yazdığım bu yazı “Mənim bir gözəl nənəm vardı…” adlanır.
Xoş mütaliələr!”

Fədailərimizi tanıyaq!”
13-cü hissə
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün fədailərimizə həsr edirəm)
BALAŞ AZƏROĞLU
&
MƏDİNƏ GÜLGÜN

“Mənim bir gözəl nənəm vardı…”
Güneyli-quzeyli yurddaşlarımızın el-oba həsrəti “Heydərbabaya salam” – ın yanğılı misraları fonunda, Rübabənin səsində necə eşidilir?
Səhər hər kəsdən tez oyanan, uca boylu, uzun hörüklü nənəm qulac-qulac qollarını gərəndə bir əli çaydana çatırdısa, o biri əli təndirə yetirdi.Saçları çoxdan bəyazımışdı , daha çox qızılıya çalırdı.Namazını oturub qılardı, “qılçalarım, dizim ağrıyır” deyə-deyə adda-budda giley-güzar da edərdi, lakin gileyini bir özü bilirdi, bir də Tanrısı, çünki biz çağaların, nəvələrin yeməyinə əl uzadanda elə qıvraq, elə yüyrək olurdu ki, gərək ağ çalmalı qara bulud olaydın ki, nənəmə yetişə biləydin, yoxsa işin fəna olardı.

Buludlar
Yenə ağ çalmalı Kəpəzin üstdə
Çətirtək durmusuz, qara buludlar.
Deyin, külək qovmuş, günəş dağıtmış,
Sizi kim gətirmiş bura, buludlar?

Niyə qaraldınız bu bahar çağı?
Sizdəmi gördünüz ayrılıq dağı?
Görünsə günəşin qızıl saçağı,
Hara gedəcəksiz, hara, buludlar?

Cənub ellərinə siz gedən zaman,
Bir sözüm çıxmasın qoy yadınızdan.
Məni xəbər alsa gülüzlü canan,
Salam deyərsiniz yara, buludlar.

Deyin, qəm çəkməsin siz ona, dözsün,
Dərdə, işgəncəyə, zindana dözsün.
Axı söz veribdir, hicrana dözsün,
Tapaq bu dərdlərə çara, buludlar.

Gözünüzdən axan qəlb sevincidir,
Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
Yəqin, bu ayrılıq sizi incidir,
Edir könlünüzü para, buludlar?

Yetər, ağlamayın bu gölün üstə,
Bu dağın, çəmənin, bu çölün üstə.
Günəş bayraq açıb bu elin üstə,
Bu torpaq bürünmüş nura, buludlar.

Gedin, o sahillər gözləyir sizi,
Yuyun göz yaşıyla, yuyun Təbrizi.
Nə düşmən ləpiri, nə də qan izi
Düşməsin bir daha ora, buludlar.
B.Azəroğlu
Bu gözəl dünyada mənim bir gözəl nənəm vardı…
Yox, dünyanın gözəl olduğunu dürüst bilmirəm, amma nənəm gözəl idi, gözəlliyi də nurunda idi.
Azərbaycan nənəsi, hamısı bir-birinə oxşayar,
ağır tərpənişi, titrək əllərinin nəvazişi, bir tabaq yoğurduğu xəmiri ilə bizim nənəmizdi hamısı.Nənələrimizə qurban olum.
-Dan söküləndə, yola salmağa kimi vardı nənəmin?
-Oğlumu?
-Xeyr!
Artıq oğlu ailəsi ilə güneydən üz tutmuşdu Bakıya.Əvəzində yola salmağa karvarqıran vardı.Hamıdan tez oyanan, fətir bişirən, çay qoyan nənəm. Bir əli çörəkdə, bir əli suda olan nənəm deyərdi ki:
-“Ay tənbəllər, durun ayağa”
-Bəs oyananlar kim idi?
-Neçə-neçə balalar.Balaların sırasında mən də varam.
Narın yağış-B.Azəroğlu
Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit,aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram
Gözüm gözündən doymaz
Qulağım səsindən…
Sinəm nəfəsindən…
Deyirlər bu dünyada ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir…
Axı dilə-ağıza salmaz sevən-sevəni.
Mənə də sənin eşqin kifayətdir.
Nəyə lazım hamı bilə, sevirəm səni.
İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən…
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…
Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti…
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəklərə hopmuya,
Hər yanda sözü qala.
Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram…
1921-ci il, 104 il öncə…
Abizadə Balaş Allahbaxış oğlu – Azəroğlu Balaş doğulur, yəni ki, yuxudan oyanır, nənəsinin onu haylamasına səs verir.Amma Bakıda artıq nənə yoxdu.Ata var, ana var, neft buruqları var, yeni hökumət var, “Şurəvidə krandan da süd gəlir”- deyib bura pənah gətirən həmşərilərimiz daha da çox olacaqdı.
Əvvəl-əvvəl Bakı əhli ilə düz gəlməyən həmşərilər Həmşəri palanında cəm olunana, yurdçu olana qədər döyüləcəkdilər, söyüləcəkdilər. Bakı oğruları erməni ilə birləşib ev yarmağa gedəndə bir həmşəri seçib ona gözətçi “vəzifəsi” də verəcəkdilər ki, “gör, gələn-gedən yoxdu ki?”
Bir hüzür yerində eşitmişdim bu söhbəti, həmşəri olduğumu bilməyən bu yad insan, keçmişində məhbusluq həyatı dadmış bu köklü Bakılı yalan-palansız, bəzək-düzəksiz, düz gözümün içinə baxaraq nəql edirdi. Yanımda əyləşən ondan soruşanda ki,

– “Həmşərini niyə gözətçi kimi qoyurdunuz?” sualına, qəribə cavab da eşitdim.

– “Alə, yiyəsi yox idi da həmşərilərin, ona görə”

Təəccüblü gəldi bu yiyəsizlik mənə.
Bəlkə Allah cahan qədər böyük bu gerçəkliyi bu sadə Bakılının dili ilə bizə dedizdirirdi?!
Bəlkə elə doğrudan da yiyəmiz yox imiş?
Necə yəni – ermənisi, yəhudisi, bəd ayaqda rusu Bakının ən gözəl yerlərində yaşayacaqdılar, ən nüfuzlu işlərində təmsil olunacaqdılar, ən mərkəzi küçələrində elədən-beləyə, belədən-eləyə səkəcəkdilər, onların yiyələri olacaqdı, ancaq biz həmşərilərin yox!
Bu tikanlı sözlər həqiqətə yamanca bənzəyirdi.Bəlkə də elə ona görə ildırım sürəti ilə qəlbimə toxundu. Bəs harada olmuşdu, harada ölmüşdü bizim “yiyələrimiz”.Bəlkə güneydəki “yiyələrimiz” Dövləti buna görə qurmaq istədilər ki, bir gün də biz yiyəli olaq? Ancaq 1 gün yox, 1 il sürdü yiyəliyimiz.
Gözü çıxsın gözündə bədnəzəri olanın, özü də ikisi bir deşikdən.
O yiyəsizlərdən biri də Balaşın ailəsi idi.1920 ci ildə Ərdəbilin Qışlaq kəndindən quzeyə üz tutan valideynlər vardı. Ta 1938-ci ilə kimi, güneyə qovulana qədər.”Pioner” qəzetində adda-budda çap olunan yeniyetmə Balaş şeiriyyatda hələ pioner idi, fəqət buna baxmayaraq Abdulla Şaiq çox bəyənirdi yeniyetmənin yazı-pozularını.Onu da deyim ki, Mədinə də doğulmuşdu artıq.O da Bakıda anadan olub.Bəd ayaqda lap qohum idilər Balaşla.Yəni ki, əminəvəsi idilər.
Vətən ola bilmirəm.M.Gülgün
Bir nəğməli bulağam,
Uca dağlardır arxam.
Hər an çağlayacağam
Səninçin.

Sevgim gəlməz hesaba,
Sevgim sığmaz kitaba
Ötərəm oba-oba
Səninçin.

Göytək halbahal ollam
Bir şirin xəyal ollam.
Dağlarda tonqal ollam
Səninçin.

Fəqət ola bilmirəm,
Könlün ala bilmirəm.
Vətən ola bilmirəm
Səninçin
Səninçin.

Mənim bir gözəl nənəm vardı…
Mədinəni də nənəsi oxutdururdu.Güneyə qayıtdıqdan sonra Balaşa olan ülfəti məhəbbətə dönəcəkdi.İnqilab vaxtı tez-tez nəşr olunan gənc Balaş Azəroğludan müsahibə götürməyə gəlir. Xeyir-duanı isə Ağayi Pişəvəri özü onlara verir. Hər iksinin könlü xoş olur. Xoş olmazmı?!

Acılı, iftixarlı, nisgilli, təlatümlü illəri məgər hər ikisi eyni dadmırdımı?
Təbriz Radiosunun sədr müavini olanda da Balaş Azəroğlu inqilabi şeirləri ilə “Vətən yolu” qəzetində tez-tez nəşr olunardı.Xalq, çox sevirdi Balaşı.Doğma türk dilində oxuduğu şeirləri 21 Azərin nəğmələrinə çevrilirdi.Kənddən-kəsəkdən gələnlər Balaşa üz tuturdular, Balaş isə Mədinəyə.
Mən inqilab şairiyəm-B.Azəroğlu
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Nə qədim əsrləri yada salıb ağlayan,
Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
Nə dövrün hakiminə şeir yazıb pul alan,
Nə cəlladlar önündə həyat üçün alçalan,
Nə peymanə, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni.
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana,
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Bir dəstə gül, qohum-əqrəba ilə tanışlıq, arxası ilə gözüyaşlı qalan Balaşın ilk izdivacdan olan kiçicik qızı.Sonra Arazın bu tayı, sonra xudmani, dostyana toy məclisi, sonra ilk güzarları Araz, 2 il sonra doğulacaq Etibar, sonra etibarsız, güneysiz illər.
Baxın, buna bilirsiz nə deyirlər?
Balaş Azəroğlu olsaydı: “O işıq haqqı Tale deyərdi” axı onun üçün ikidəbir işığa and içmək su içmək kimi bir şey idi.
Mənim bir gözəl nənəm vardı…
Mədinə isə artıq iki övlad böyüdən ana idi.İstiqanlı, güləş, yeri gələndə Balaşı cırnatmağı bacaran Mədinə.Balaşın dəftərini götürüb, ora öz şeirlərini yazan Mədinə, “dəftərimi korladın”- deyə bundan uşaq kimi küsən Balaş, yaxşı düşbərə, qutab bişirib hamını bir araya yığan Mədinə, sonra yenə barışıq.

Bilər-M.Gülgün
Həsrət ağrısını, vüsal qəmini
Ayrılıq oduna yananlar bilər
Dənizdə qərq olan tənha gəminin
Tənha fəryadını ümmanlar bilər.

Mənə söyləməyin az alışıb-yan,
İnanın, daşı da ağladar hicran,
Dağların ahıdır o çən, o duman,
Dağların dərdini dumanlar bilər.

Məni sorğulara tutma sən əbəs,
Arzumu qəlbimdə, baxışımda gəz,
Könlümü hər naşı oxuya bilməz
Onu dünya görmüş insanlar bilər.

İlk qazanclarına aldıqları yazı makinası var. Əllə yazmağı xoşlayan Balaş, ürəyini makinaya köçürməyi sevən Mədinə.Yay tətillərində Qubaya gedən gənc ailə.Axı Mədinənin rəfiqələri yaşayırdı orada, asudə vaxtlarda elə Mərdəkana da toplaşmaq olardı, dostanə məclislər nə çox idi.Nə çox idi Güneyin, Ərdəbilin, Təbrizin qoxusunu onlardan alanlar, nə çox idi!!! Nə çox idi Hökümə Billuridən, Həmzə Fəthi Xoşginabidən, Rübabə İşraqidən, Söhrab Tahirdən, Balaş Azəroğludan, Mədinə Gülgündən, Qulamhüseyn Beqdelidən, Qafar Kəndlidən Güneyin qoxusunu alanlar!!! Nə çox idi könül rübabını Rübabə ifasına kökləyənlər, qara gilənin eşqinə gözlərindən puçur-puçur, gilə-gilə yaş axıdanlar.
Hələ Rəsul müəllim və Nigar xanım da çox istəyərdilər bu ailəni.Elə R.Rza təsiri ilə sərbəst şeirə meyil göstərmişdi Balaş Azəroğlu.Gərək Nazim Hikmətin də bu işdə payını qeyd edək, ondan xeyli təsirlənmişdi gənc şair.Rəsul müəllimdən öyrənən Balaş, ona şeir hədiyyə edən Mədinə.
Təbrizim mənim
(R.Rza: Təbrizim-mənsizim)

Söylədin yuxuma girir arabir,
Sənin Təbrizinlə,Təbrizim mənim
Dərdini ahəstə danışır, deyir
Sənsizim, sənsizim, sənsizim mənim

Gəldi xatirimə “Didərginlər” in
Həsrətim də dərin, yaram da dərin
Oxşadı könlümü o həzin şeirin
Bildim sənsən doğmam, əzizim mənim.

Yandıqca olmusan elin ozanı,
Kədərin, sevincin, ulduzlar sanı
Unudan deyildir Rəsul Rzanı
Gözəlim, göyçəyim, gül üzüm mənim
Təbrizim, Təbrizim, Təbrizim mənim.

Mədinə yazdığı şeiri birinci Balaşa oxuyardı, Mədinə Təbrizim deyəndə, Balaş Ərdəbilim deyirdi, sonra əksinə, bir yerdə “Bütöv Azərbaycan” eşidilirdi həmin dodaqlardan.
Hər iksi Ərdəbildəki doğmalarını görmək istəyində alışıb-yanırdılar.Mədinə Gülgünə nəsib olmadı, “gənclik vəfasızdır, qocalıq isə vəfalı”- deyən Mədinəyə qocalıq da vəfasız çıxdı.Sərhədlər açıldı, Balaş Azəroğlu doğmalarını görməyə tək getdi.
Şair Balaş Azəroğlunun qəlbində bir muradı da vardı.
-“Bir kitabımız çıxaydı kaş, bir tərəfində mənim şeirlərim, o üzünü çevirəndə Mədinənin şeirləri olaydı, kaş ortada gəlib qovuşaydı misralarımız”
Balaş Azəroğlu, ilk bəşarətçiniz mən olum, arzunuza çatdınız.Bugünkü essemdə Balaş müəllim və Mədinə xanım, həmahəng, qoşa qanadsınız. Həyatda olduğunuz kimi. Şeirlərinizin qovuşduğu yer yazımdır, ruhunuzun birləşdiyi məkanı isə ulumuz Məhəmmədhüseyn Şəhriyar deyib:
-“Nisgillik var, ayrılıq var, ölüm var”…
Sonra yenə nənələrin dünyasına qayıdış olacaq.Yenə obaşdan karvanqıran yola salınacaq , yenə təndir bir yanda, yenə çaydan bir tərəfdə, yenə nənə nəvazişi, yenə nəvə ərköyünlüyü, yenə nənələr dağarcıqlardan çörək, qoz-fındıq çıxarıb verəcəklər nəvələrə, yenə nəvələr böyüyəcəklər, mühəndisi, müəllimi, xarratı, həkimi olacaq bu məmləkətin.Aralarında şairləri də tapılacaq.
Lap Balaş Azəroğlu təki, lap Mədinə Gülgün kimi.
Vaxt yetəcək, vədə çatacaq, onda hər kəs deyəcək ki:
“Mənim bu dünyada bir gözəl nənəm vardı…”

10 iyun 2025-ci il,
Bakı.
Turan Uğur
AYB-nin üzvü

“Fədailərimizi tanıyaq!” rubrikası

TURAN UĞURUN YAZILARI

Müzəffər ordunun şanlı əsgəri – Zaur Ustac

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – 15 iyun 1993

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas məqamlarını təqdim edirik.

Böyük xilaskarlıq qayıdışı

Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi.

İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi.

İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Heydər Əliyevin görmək istədiyi Azərbaycan

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

İlkin mənbə: Milli Qurtuluş Günü

Valeh Heydər – Sonet

BƏŞƏR ÖVLADININ İSTƏDİYİ NƏ?!
(Sonet-İngilis variantı)

Dünyanı davalar bürüyüb yenə,
Sızladır torpağı insan əməli.
Bəşər övladının istədiyi nə?!
Kökündən dağıdır mövcud təməli.

Şər artıq sevincin gizlədə bilmir,
Özgə kədərinə şadlanır yaman.
Xeyir qəm içində, heç üzü gülmür,
Onun əleyhinə işləyir zaman.

Ey doğru yolunu tamam azanlar!
Rəbbin də səsinə siz qulaq verin.
Dövrün tarixini qanla yazanlar,
Bilin, intiqamı sərt göyün, yerin!

Savaşla çoxaldan varın, sərvətin,
Azacıq anlamaz həyat hikmətin.


Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məcnun MƏMIŞOV (2003)

SÖZ ÜRƏKDƏN ÇIXMASA, ÜRƏYƏ TOXUNMAZ

Söz insanın qəlbinin səsi, şeir isə şair ruhunun çağırışıdır. “Sözdə sehr, şeirdə hikmət var” deyiblər, boşa deyil.
Söz düşüncədən və ürəkdən çıxar, şeir isə duyğu, həyəcan və təəccüblərdən doğar.

Şeir — bi qəlbin yaşadığı hissləri, sevinc və iztirabları, arzu-ümidləri sözlə ifadə etmək sənətidir. Bugünkü gənclər arasında şeirə həssaslıqla yanaşan, sözə məsuliyyətlə mədəni münasibət bəsləyən istedadlı şairlərin olması nə qədər sevindiricidir.

Mecnun Memişov da şeir bağlarına saf ürəklə daxil olan istedadlı şairlərdən biridir. Onun şeirlərində söz incə duyğu kimi axır — səmimiyyət, dürüstlük, həyati dərinliklə boyanmış misralar oxucunun ruhuna həzz verir. Şeirlərində sadəcə poetik ifadə yox, həm də ürəyin əsl yanğıları, təmiz hisslərin istilyi, həyəcanın təravəti vardır.

“Söz ürəkdən çıxmasa, ürəyə toxunmaz.” Mecnunun misraları isə ürəklərə nur kimi daxil olur. Çünki O, ürəyi, bütöv qəlbi və duyğularıyla yazır. Onun təsvirlərində həm qəm, həm sevinc var — amma bunlar süni deyil, yaşanmış və keçilmiş hisslərin özüdür. Onun şeirləri səhər şehi kimi şəffaf, həyat verən günəş işığı kimi ilıq və rahatdır. Hər bir misrada söz sənətinin gücü və qəlbin oyandığı ahəng vardır.

Bu mətndə yalnız istedad yox, eyni zamanda düşüncəli müşahidəcilik, araşdırma, arzu və bədii detallara diqqət də var. Şairin poetik mühitində sevgi — ürək tonudur, gənclik — qürur ruhu, vətənpərvərlik hissləri isə ilham mənbəyidir. O — sözə sevgi ilə, məsuliyyətlə yanaşan, duyğularını yüksək bədii səviyyədə təsvir edən şairdir.

Təşbeh və metaforalarındakı incə zövq, obrazların zənginliyi və estetik harmoniyası onu müasir ədəbiyyatda diqqətə layiq simalardan birinə çevirir. Əslində şeir yazılmaz, o baş verir. Hər misrada ayıq və oyanmış qəlbin nəfəsi, ruhun varlığı aydın görünür.

Mecnun Memişov — parlaq gələcəyi söz və qəlblə inşa edən gənc, istedadlı şairdir. Ona uğurlar və yolunda nur yağmağı arzulayırıq!

Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Məcnun Məmişov, 2003-cű ildə Şəmkir rayonunda anadan olmuşdur, əslən Azərbaycanın dilbər guşəsi olan Qarabağdan– Kəlbəcərdəndir. Íşğal dővrű ilə bağlı 1-ci sinifdən 9-cu sinifə qədər Şəmkir rayonun aşağı Çaykənd məktəbində təhsil almışdır. Məktəb 9 illik olduğundan 2020- ci ildə Gəncə şəhəri “1” Saylı Kəlbəcər tam orta məktəbini bitirib, Gəncə Dővlət Universitetinin filologiya fakűltəsinin Azərbaycan dili və Ədəbiyyatı műəllimliyi ixtisasına daxil olmuşdur. 2024-cű ildə bu ixtisası fərqlənmə ilə bitirib, magistr adını qazanmışdır. Hal-hazırda Mingəçevir Dövlət Universitetinin 1-ci kurs magistridir. Şeirləri Gəncə Dövlət Universitetində təhsil dővrűndə “Yűksəliş” “Səba yeli” daha sonra “Ədəbiyyat və İncəsənət” , “Manera.az”, “Manevr.az” və s, digər dərgi və qəzetlərdə çap olunub. “Gəncliyin səsi” adlı almanaxda çap olunan 2025 -ci il kitabında bir neçə şeiri və őzű haqqında məlumat yer alır. Gələcək fəaliyyətini ədəbiyyat və Dővlət qulluğu űzrə davam etdirmək niyyətindədir. “DQ” imtahanından 09.03.2025 tarixində uğurlu nəticə əldə etmişdir.

AYRILIQ!

Ayrılıq…
–Dűnyanın ən acı sőzű.
“ŞAHMAR” ın,
Bir damla zəhəri kimi…
–Ya da,
Bir yetimin,
Qatar yolunda…
–Gőzűnű açdığı səhəri kimi…
Bőlűnűr:
–Birinin sevinci, yolu,
Hardasa əlçatmaz,
Parası qalır…
Gőylərin qoynunda topa buludlar,
Ínsanın qəlbində,
-Yarası qalır…

Ayrılıq,

Dűnyanın ən acı sőzű,
Ona təsəllidir,
-Hava da,
-Su da…
Dűzəlmir, əzizim, vallah dűzəlmir,
Yenidən nə isə,
YAXŞI OLSA DA!! KEÇÍB!

Axtarma gőzlərim, őtən sevgini,
Doğru deyiblər ki, “iş-işdən keçib”….
Nəyinə gərəkdi baxasan bir də,
–Yolunda, gəlişdən-gedişdən keçib…

Daha isitməyir qəlbimi odu,
Qaçıbdı sevginin şirincə dadı.
Yad olub dilimdə O qızın adı,
Yenidən gűlűşdən- barışdan keçib…

Çırpındı gőlűndə, gőlűn sonası,
Atəş, su űstűndə oldu yanası.
O da izdivaclı kőrpə anası,
DUR GEDƏK AY MƏCNUN,
–GŐRŰŞDƏN KEÇÍB!!

SALAM, GƏNCƏ

Salam, GƏNCƏ şəhəri,
Necəsən, danış gőrűm?…
Səndən inciyib gedən,
Bu gənclə barış gőrűm…

Salam, dolu kűçələr,
Gőrdűm yerim boş qalıb…
Nəfəsində yaz ətri,
Gőrkəmində qış qalıb…

Salam keşiş qızına,
Oğlunu qıyan şəhər…
Neçə ildi gőzləyir–
–Ziyad xan, oyan, Şəhər…

Salam, Xanın bağında,
Daşlaşıb duran gőzəl…
“Kűrt qızına” şe(i)rini,
Duyubdu Turan, gőzəl…

Salam, bulaq başında,
Kuzəsi sınan xanım…
Zaman indi dəyişib,
Şah, matdı, inan, xanım…
Salam, eşqimin piri,
Hanı səndə olan qız?…
Kəramətin budurmu,
Gəlmişəm indi yalqız…

Salam, Nizami babam,
Leylinin yarı gəlib…
Dur qarşıla sevinclə,
“Xəmsə”nin varı gəlib…

TƏNHA AĞAC”a

Kűrűn sahilində tanha olmağın,
Söylə yaraşırmı yaşına sənin?
Xırda balıqlara kőlgə olmusan,
Yığılıb dövrəndə başına sənin!

Deyirlər çayların şirindi suyu,
Gözləyim bir az da sirrini duyum.
Ístədim yanında xatirə qoyum,
Yazmışam bir adı daşına sənin!

Mən də ötərgiyəm, uzaqdı yolum,
Həyatdı, incimə qurbanın olum.
Tələsmə vidaya bir saat qalım,
Sonra qarışmayım işinə sənin!

BU ŞƏHƏRDƏ AYRILQ DA QOŞADIR!!

Bu şəhərdə ayrılıq da qoşadır,
Soyuq əlin, űrəyinin daş adı…
Səni, hansı arzuların yaşadır?
Deyirlər ki, bu şəhərdə deyilsən…

Bir baxışla qızınası bu yerlər,
Ayna olsa, bax!! Sınası bu yerlər…
Daha bizdən usanası bu yerlər,
Mən də, gərək sənin kimi gəlməyəm…

BU ŞƏHƏRDƏ AYRILIQ DA QOŞADIR,
— Yollar ayrılığı, sőz ayrılığı….
Təklənib bu oğlan, inanma, GŰLŰM,
DEYÍRLƏR ÇƏTÍNDÍ, ŰZ AYRILIĞI!

Bu gűnűn ən yaxın arzusu olum,

Sarılım sabaha gűllərin űstə!
Bilirəm dűnəndə nələr yaşanıb…
Yazılıb olan”lar əllərin űstə!

Gőzləyim sən olan o yerdə yenə..
Qarışım yollara, yolların kimi!
Bilirsən, uzağı sevən deyiləm…
Yaxından-yaxınam qolların kimi!

Gűn çıxıb ♤əriyib♤ yoldakı qar da…
Sonra yağacaqsavfg‘c .Ссти, indi az olsun!
Deyirsən gedirəm… ♤yolum uzaqdı♤…
Mən, indi gəlmişəm… qoy biraz olsun!!

Məcnun MƏMIŞOV

Müsahibimiz Pakistanın “Sindh Courier” ədəbi saytının redaktoru, tanınmış şair və jurnalist, beynəlxalq mükafatlar laureatı, ondan çox kitabın müəllifi Nasir Aijazdır

“MƏRHƏMƏT VƏ DÜRÜSTLÜK YALNIZ IŞIMDƏ DEYIL, BÜTÜN HƏYATIMDA ƏSAS PRINSIPIMDIR”

  • Nasir Aijaz

Müsahibimiz Pakistanın “Sindh Courier” ədəbi saytının redaktoru, tanınmış şair və jurnalist, beynəlxalq mükafatlar laureatı, ondan çox kitabın müəllifi Nasir Aijazdır.

– Jurnalistika və ədəbiyyat sizin üçün bir-birini necə tamamlayır?

– Mənim üçün jurnalistika və ədəbiyyat bir sikkənin iki üzü kimidir — hər ikisi insan həqiqətlərini anlamaq və ifadə etmək istəyindən doğur.
Jurnalistika məni faktlara, aydınlığa və real problemlərin təcili mahiyyətinə bağlayır.
Bu sahə mənə hekayə anlatmaqda dəqiq, obyektiv və məsuliyyətli olmağı öyrədir.
Ədəbiyyat isə mənə insan duyğuları, şüuru və təxəyyülünün dərinliklərini araşdırmaq azadlığını verir.
Bu, bəzən faktlara əsaslanan yazılarda ifadə edilə bilməyən düşüncə, gözəllik və incəlik üçün bir məkan yaradır.
İllər ərzində gördüm ki, jurnalistika hekayələrimin həqiqiliyini təmin edir, ədəbiyyat isə empatiya, yaradıcılıq və estetik sənətkarlıq hissini öyrədir. Hər iki sahə mənə həm həqiqətə, həm də sənətə xidmət etməyə imkan verir — analizi estetika və emosional dərinliklə tarazlayır.

– “Həqiqət” sizin üçün nə deməkdir və ədəbiyyatda bu necə ifadə olunmalıdır?

– Mənim üçün həqiqət ilk növbədə səmimiyyətdir — həyatın təzadları, qeyri-müəyyənlikləri və natamamlıqları ilə olduğu kimi dürüst şəkildə əks etdirilməsidir.
Bu, sadəcə faktların düzgünlüyü deyil, insan təcrübəsinin mahiyyətini tutmaq deməkdir.
Ədəbiyyatda həqiqət səsin səmimiyyətində, müşahidənin dərinliyində və duyğulara sadiqlikdə təzahür edir.
Böyük ədəbiyyat narahat gerçəklərdən qaçmır; əksinə, onları cəsarətlə araşdırır və oxucunun qəlbində iz buraxır.
Əsl ifadə müşahidə, empatiya və dürüstlük tələb edir — həyatın çoxqatlı təbiətini, yoxsa idealizə olunmuş versiyasını deyil, gerçəkliyini göstərmək. Mən inanıram ki, dürüst hekayələr insanları bir-birinə yaxınlaşdırır, anlayış yaradır və dəyişikliklərə təkan verir.

– Fəlsəfə və mənəviyyat sizin ədəbi və jurnalist üslubunuzda hansı rol oynayır?

– Fəlsəfə və mənəviyyat mənim işimin mənəvi istiqamətvericisi və ruhudur.
Fəlsəfə məni mövcud qənaətləri sorğulamağa, gerçəkliyə fərqli rakurslardan baxmağa sövq edir və dərin düşünməyə vadar edir.
Bu, məni səthi cavablarla kifayətlənməyib, daha dərinə getməyə çağırır.
Mənəviyyat isə mərhəmətimi və insanlarla bağlılığımı göstərir.
Bu, mənə xatırladır ki, siyasi, sosial və mədəni təbəqələrin arxasında ortaq bir insanlıq var – mənaya, ümidə və bağa ehtiyac.
Hər iki sahə yazılarımı daha humanist və düşüncəli edir.
Onlar məni hekayələrin mənəvi qatlarını axtarmağa, insanlara daha diqqətlə qulaq asmağa və onların rifahına qarşı həssaslıqla yanaşmağa ruhlandırır.

– Şeirdə və ya məqalədə həqiqət necə başa düşülməli və ifadə olunmalıdır?

– Şeirdə həqiqət bəzən metafor, ritm və duyğu ilə, sözlərin fövqündə rezonans doğuran intuisiyayla çatdırılır.
Şeir çoxqatlı mənalar, gözəllik və emosional həqiqət üzərindən təsir yaradır.
Bu, bir anın və ya fikrin mahiyyətini oxucunun qəlbinə toxunacaq şəkildə ifadə etməkdir.
Məqalədə isə həqiqət dəqiqlik, aydınlıq və ədalət tələb edir.
Bu, araşdırma aparmaq, çoxsaylı baxış bucaqlarını təqdim etmək və qərəzdən uzaq olmaq deməkdir.
Jurnalistika obyektivlik axtarır, lakin eyni zamanda bilinməyən və qeyri-müəyyən olanı da qəbul etməyi tələb edir.
Hər iki forma – şeirin lirizmi və jurnalistikanın analitikliyi – həqiqəti işıqlandırmağa xidmət edir və hər ikisi gerçəkliklə bağlı anlayış və fərqindəlik yaratmağı hədəfləyir.

– Sizi ruhlandıran həyat fəlsəfəsi varmı?

– Bəli, mənim üçün ilhamverici həyat fəlsəfəsi – təvazökarlıqdır.
Nə qədər bilsək də, həmişə öyrənməli olduğumuz çox şeyin olduğunu düşünürəm.
Həyat mənim üçün daimi inkişaf, təfəkkür və xidmət yoludur.
Hər bir hekayəni yeni bir bilik fürsəti, hər bir qarşılaşmanı isə səmimi bağ qurmaq fürsəti kimi görürəm.
Mərhəmət və dürüstlük yalnız işimdə deyil, bütün həyatımda əsas prinsipimdir.
İnanıram ki, insan başqalarını mühakimə etmədən əvvəl başa düşməyə çalışmalı, daha çox dinləməli və təvazökarlıqla yanaşmalıdır – çünki təvazökarlıq empatiya və hikmətin qapısını açır.

— Bu gün gənc nəsilin mütaliəsini, oxuma mədəniyyətini necə qiymətləndirirsiniz?

— Gənc nəsildə oxuma mədəniyyəti mürəkkəbdir.
Bir tərəfdən, rəqəmsal media diqqət müddətini qısaldıb, çoxları asan və tez mənimsənilən məzmuna yönəlir. Bu, bəzən dərin oxuma vərdişlərinin azalmasına səbəb olur.
Ancaq mən həm də mənalı bilik və hekayələrə həvəsli, ruhən açıq bir qrup gənci görürəm — çoxları onları ruhlandıran, düşüncələrini genişləndirən kitablar axtarır. Onlayn icmalar, kitab klubları və ədəbiyyat festivalları rəqəmsal məkanda belə oxumağı təşviq edir.
Əsas məsələ bu marağı düzgün istiqamətləndirib, onların dünyagörüşünə müsbət təsir edəcək ciddi ədəbiyyata yönəltməkdir. Tənqidi düşüncənin inkişaf etdirilməsi, müxtəlif səs və fikirlərə çıxışın təmin edilməsi və oxumağı maraqlı və aktual etmək vacibdir.

— Tərcümə “yaradıcılığın ikinci doğuşu” adlana bilərmi?

— Əlbəttə!
Mən tərcüməni bir növ yenidən doğuş kimi görürəm — yaradıcı dirilmə aktı ki, ideyaların, hekayələrin və mədəniyyətlərin yenidən yaşamasını təmin edir.
Tərcümə edərkən həm qoruyucu, həm də yaradıcı oluram — orijinal mətni dərindən anlamalı və onu yeni dil və kontekstdə yenidən təsəvvür etməliyəm.
Bu, sənətkar həssaslığı və mədəni anlayış tələb edən incə bir tarazlıqdır.
Tərcümə vasitəsilə yeni baxışlar qazanır, fərqli nəsr üslublarını öyrənir və dili canlı, inkişaf edən sənət kimi yaşayıram.
Hər tərcümə mövcud sözlərə yeni həyat verir, beynimi yeni imkanlara açır və öz yaradıcılıq səsimi zənginləşdirir.

— Pakistanın indiki ədəbi mühitini necə dəyərləndirirsiniz?

— Pakistan ədəbi səhnəsi rəngarəng və dayanıqlıdır, şeir, nəsr, esselər və mədəni tənqid daxil olmaqla müxtəlif səslərlə zəngindir.
İqtisadi çətinliklərə, siyasi problemlərə və məhdud infrastruktur dəstəyinə baxmayaraq, yazıçılar cəmiyyətimizin mürəkkəbliyini əks etdirən güclü və təhrikedici əsərlər yaradırlar.
Zülmə qarşı çıxan, kimliyi araşdıran və mədəni kökləri qeyd edən hekayələrə böyük tələbat var.
Lakin senzura, nəşr imkanlarının məhdud olması və yeni istedadlar üçün geniş platformaların olmaması kimi problemlər də mövcuddur.
Buna baxmayaraq, yaradıcı və müqavimət ruhunun güclü olduğunu görürəm.
Biz yeni bir nəsil yazıçını müşahidə edirik ki, onlar səsi ilə Pakistanın zəngin mədəni mozaikasını dünyaya tanıdır.

— Beynəlxalq ədəbi layihələr sizin üçün hansı üfüqləri açdı?

— Beynəlxalq layihələrdə iştirak mənim üçün çox dərin təcrübə oldu — qlobal məsələlərə baxışımı genişləndirdi və müxtəlif ədəbi ənənə və üslublarla tanış etdi.
Bu təcrübələr mədəniyyətlərarası dialoqu inkişaf etdirdi, stereotipləri sındırdı və sərhədlərarası dostluqları böyütdü.
Hekayələrin ümumbəşəriyyətini və fərqli mədəniyyətlərin həqiqətləri ifadə etmə yollarının unikal olduğunu göstərdi.
Bu dəyişmələr mənim yazılarımı daha incə, sosial məsuliyyətli və beynəlxalq əlaqəli etdi.
Ədəbi əsərlərin sülh, anlaşma və həmrəylik körpüsü ola biləcəyini də sübut etdi.

— Hansı mükafat və ya tanınmanı ən çox qiymətləndirirsiniz?

— Bütün mükafatlar mənim üçün şəxsi əhəmiyyət daşıyır, amma ən çox mədəni anlayışın təşviqi və marginal səslərin gücləndirilməsinə verdiyim töhfəni tanıyan mükafatlar mənə daha yaxın və dəyərlidir.
Bu mükafatlar hekayə anlatmağın müsbət dəyişiklik üçün güc ola biləcəyini təsdiqləyir — fərqliliklər arasında empatiya qurmağa kömək edir.
Mənə xatırladır ki, işim sözlərlə dinləmək, gücləndirmək və müdafiə etmək kimi böyük məsuliyyət daşıyır.

— Hələ həyata keçməmiş yaradıcılıq planlarınız və ya arzularınız varmı?

— Bəli, şəxsi yolumu və şahid olduğum geniş sosial-mədəni hadisələri əks etdirən bir xatirə kitabı yazmaq arzusundayam.
Jurnalistika, ədəbiyyat və mədəni mübadilə təcrübələrimi araşdırıb, bu sahədə öyrəndiklərimi bölüşmək istəyirəm.
Həmçinin tarix əsasında romanlar yazmaq istəyirəm — tarix və fantastikanın qarışığı olacaq. Bundan əlavə, xüsusilə az təmsil olunan təbəqələrdən olan gənc yazıçılara mentorluq etməyi arzulayıram ki, onlar öz səslərini tapsın və ədəbi dünyada irəliləsinlər. Hekayə anlatmağın ömürlük bir məşğuliyyət olduğuna inanıram və yeni əsərlərlə cəmiyyətə töhfə verməyi səbirsizliklə gözləyirəm.

— Bugünkü qlobal ədəbi sahədə hansı istiqamətlər və məktəblər ən önəmlidir?

— Gələcək səmimi və müxtəlif səslərə əsaslanan hekayələrindir. Mən yerli xalq nağıllarını, postkolonial baxışları və ənənəvi sərhədləri aşan eksperimental ədəbi formaları dəstəkləməyin vacibliyini görürəm. Xüsusi bir ölkə adını çəkmədən deyə bilərəm ki, bir neçə ölkə dominant paradigmaları çağıran və insan təcrübəsini genişləndirən enerjili işlər yaradır. Mən inanıram ki, mədəniyyətlərarası mübadilələr və əməkdaşlıqlar daha inklüziv, yenilikçi ədəbi mənzərə yaratmaq üçün əsas olacaq — yerli səslərə dəyər verən, amma qlobal məsələlərə toxunan.

Söhbətləşdi: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.