17 iyun 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi və Yazarlar. az saytının iştirakı ilə “Yeni Ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində İlham Əzizin “Şimşəkdən sonra” kitabının müzakirəsini keçirmişdir. (Tədbirdən fotolar)
Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı kitabı çap edilib
Bu günlərdə “Vətən səsi”nin əməkdaşı, AYB-nin üzvü, Prezident mükafatçısı Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı uşaq və gənclər üçün nəzərdə tutulan kitabı çap edilib. Kitab “AVE print” nəşriyyatında işıq üzü görüb. Yazıçı, “Ulduz” jurnalının şöbə redaktoru Hicran Hüseynovanın kitabda yer alan yazısında qeyd edilir ki, nəşrdə sonuncu peyğəmbərimiz olan Muhəmməd (s.a.s) peyğəmbərin həyatından, ümumən İslam dininin gözəlliklərindən, üstünlüklərindən bəhs edilir. Ən başlıcası isə odur ki, müəllif bütün bu bilgiləri həm gözəl, axıcı poeziya dilində, həm də məktəb yaşlı uşaqların başa düşəcəyi qədər sadə, anlaşıqlı bir dildə qələmə alıb. İmanlı, inamlı övlad yetişdirmək istəyən valideynlər, bu kitab gözəl məqsədinizə çatmaq yolunda ən böyük yardımçınız olacaq. İnşəAllah! Qeyd edək ki, kitabın redaktorları tanınmış yazıçılar – Sevinc Nuruqızı, Hicran Hüseynova və Ayişə Nəbidir. Tərtibatçı isə Elşən Şıxlıdır. Onu da əlavə edək ki, bu Mina Rəşidin sayca 9-cu kitabıdır.
Əziz dostlar! Sizi, “Ulduz” dərgisinin oxucularla silsilə şəkli alan görüşləri çərçivəsində, cümə axşamı , 19 iyun, saat 12:00-da AYB-nin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi Mətanət Vahidlə tələbələrin görüşünə dəvət edirik . Bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas qanunlarını dərindən bilən Mətanət Vahidin ədəbi tənqidi daha çox çağdaş ədəbi prosesləri işıqlandırır. O, təhlil etdiyi əsərin uğurlu və qüsurlu cəhətlərini, müəllifin yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yeri, cəmiyyət üçün faydasını və s. ətraflı araşdırmaqla ədəbi tənqidin durğun abu-havasını dəyişir. İyunun 19-u “Natəvan” klubuna gəlin. Ədəbiyyatşünas alimlə görüşü qaçırmayın.
Əziz oxucular! Müəyyən səbəblərdən fasilə verdiyimiz “Kitab tövsiyəsi” rubrikamıza yenidən davam edirik. Bu dəfə sizə tövsiyə edəcəyimiz əsər yazıçı Vüsal Nurunun “Qaraqaşlı” romanıdır.
Romanda ilk diqqətimi çəkən məqam dağdağan ağacına niyyətlə bağlanmış rəngli parçalar oldu. Bu simvolik səhnə insanın inanc və ümidlərini təmsil edir və roman boyunca da öz rəmzi mənasını qoruyur. Ən maraqlısı isə odur ki, müəllif bu əsəri 44 günlük Vətən müharibəsindən əvvəl qələmə almış olsa da, sanki o hadisələri öncədən hiss etmiş və təsvir etmişdir.
Romanın sonunda qəhrəmanın sağ qalması oxucuda sevinc doğurur. Halbuki, İbad özünü ruhən şəhid sayır. Bu daxili mübarizə və ziddiyyət əsərə dərin emosional qatlar bəxş edir.
Əsəri ikinci dəfə oxuyarkən daha fərqli duyğular və düşüncələrlə qarşılaşdım. Sanki hər sətrində xalqımızın yaşadığı faciələri bir daha yaşayır, lakin eyni zamanda ümid və dirəniş ruhunu da hiss edirsiniz. Sonda pöhrə verən dağdağan ağacı isə bizə həyatın davam etdiyini, ümidin heç vaxt ölmədiyini xatırladır. Və bu ümid bizi qələbəyə aparır.
“Qaraqaşlı” romanını hər birinizə səmimiyyətlə tövsiyə edirəm. Yazıçı Vüsal Nuruya isə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
“Xəzan” jurnalının may (2025) sayı çapdan çıxıb. Bu barədə jurnalın nəşr olunduğu mətbəədən məlumat veriblər. Jurnalın may nömrəsi bütövlükdə Özbək ədəbiyyatından nümunələrlə doludur. Azərbaycanda Özbək ədəbiyyatına yüksək maraq olduğu kimi Özbəkistanda da belə bir maraq mövcuddur. Bir qrup Özbək şair və yazıçı əsərlərinin Azərbaycan dilində və Azərbaycanda çap olunması məqsədilə bu addımı atmışlar. Gənc tərcüməçi, şair Rəhmət Babacan onların bu istəyini reallaşdırmaq məqsədilə Azərbaycanda çıxan ədəbi-bədii jurnalları incələmiş və “Xəzan” jurnalını seçmişdir. Yeri gəlmişkən, qeyd edək ki, jurnalın bu sayında AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səmanın “Azərbaycanda özbək ədəbiyyatının tərcüməsi və nəşri” sərlövhəli elmi məqaləsi və bu işdə əməyini əsirgəməyən şair Anar Əhmədovun Özbəkistana həsr olunmuş şeirləri də yer almışdır. Beləliklə, “Xəzan” jurnalının may (2025) nömrəsinə yer almış yazıların DÜZÜMÜ aşağıdakı kimidir:
2.Publisistika -Gülnar SƏMA – “Azərbaycanda özbək ədəbiyyatının tərcüməsi və nəşri” -Əli BƏY AZƏRİ – “Özbək söz sərraflarının əsərləri Azərbaycan dilində” -“Özbək, Azərbaycan və türk dillərini yaxınlaşdıran şair-tərcüməçi Rəhmət Babacan” -Əbdumurat TİLAVOV – “Mətləbə aparan mərifət məskəni”12