Ağdam rayonu Yusifcanlı kənd orta məktəbinin ilk məzunlarının 45 il sonra görüşü

Ağdam rayonu Yusifcanlı kənd orta məktəbinin ilk məzunlarının 45 il sonra görüşü. 09.06.2025.

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas – “Mahirin sükutuna səs verən şair

“Mahirin sükutuna səs verən şair: Əlisafa Quliyevin “Məzarsız şəhidin sükutu” şeiri haqqında”
Şair Əlisafa Quliyevin “Məzarsız şəhidin sükutu” şeiri qəhrəmanlıq, şəhidlik, itki və həsrət motivləri kontekstində yazılıb, post-müharibə ədəbiyyatının dəyərli nümunələrindən biridir. Şeir 1968-ci il iyunun 11-i Cəbrayıl rayonunun Xanağabulaq kəndində dünyaya gəlmiş və 1993-cü il avqustun 23-ü Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində gedən döyüşlərdə (“İnçə” körpüsündə) qəhrəmancasına həlak olmuş məzarsız şəhidimiz Allahquliyev Mahir Məhəmməd oğlunun əziz xatirəsinə həsr olunur. Mahir Allahquliyev yaşasaydı, 57 yaşı tamam olacaqdı.
“Məzarsız şəhidin sükutu” şeirində Dağtumas kəndində kəsilən həyat ipinin səsi və bir ailənin parçalanması təsirli dillə ifadə olunub. Şeiri ilk dəfə şair-publisist və qiraətçi Arzu Heydərova Balsəs səsləndirib.
Əlisafa Quliyev “Məzarsız şəhidin sükutu”
(Cəbrayıl şəhidi Allahquliyev Mahir Məhəmməd oğlunun əziz xatirəsinə həsr olunur)
I bənd
Dağtumas uğrunda gedən döyüşdə,
Altı igidimiz canından keçib.
Mahirlə birlikdə altı silahdaş,
Şəhidlik zirvəsin, haqq yolun seçib.

II bənd
Yenicə olmuşdu toyu Mahirin…
Bu yerdə tükənər sözü şairin.
“Vətən” dedi, sındırmadı sözünü,
Yolda qoydu anasının gözünü.

III bənd
Bətnində körpəsi – nazlı nigarı,
Nigaran baxırdı dağlara sarı.
Altı qəhrəmandan yox idi xəbər,
Hər biri vətənə sadiq, mötəbər.

IV bənd
Neçə ildə bircə xəbər gəlmədi,
Ananın, bacının üzü gülmədi,
Мahir şəhid oldu, Mahir ölmədi,
Onun şəhidliyin ana bilmədi.

V bənd
İnçə körpüsündə döyüşən igid,
İyirmibeş yaşlı məzarsız şəhid,
Xanağabulağa qayıdaydı kaş,
Övladı Sadiqə olaydı sirdaş!

VI bənd
Bəy otağındakı yanmış xalçası,
Adını yazdığı dəmir parçası,
Alnında donubdu şəhid yazısı,
Bitəydi illərin ağrı-acısı.

VII bənd
Həsrət ilə köçdü dünyadan ana,
Rəhmət diləyirəm Allahdan ona,
Davanı zəfərlə yetirdik sona,
Qovuşduq Mahirin səssiz ruhuna…

Müəllif: Sərvanə DAĞTUMAS,

ədəbiyyatşünas

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bizm xalqlarımız sözün əsl mənasında qardaş xalqlardır

1 — 1988-ci ildən ədəbi fəaliyyətə başlamısınız. Həmin dövrün ruhi-siyasi ab-havası və ilham mənbələri Zaur Ustacın qələm ustalığını necə formalaşdırdı? O illərin yükü bugünkü qələm səslənmələrində necə əks olunur?
Doğrudur. “Əməyə məhəbbət” adlı ilk yazım 24 may 1988-ci ildə rəsmi mətbu orqanda dərc olunub. O dövrün mövzuları əsasən əməyi və bayramları tərənnüm etmək idi. Real gündəlik həyatımızı əks etdirən yazılar yazırdıq. Necə deyərlər, – “düzü-düz, əyrini-əyri”. Məncə o illərdən bu günə daşıdığım ən faydalı vərdişlərim elə budur – realist olmaq, hər şeyə açıq gözlə baxmaq, yaxşıları tərənnüm etmək, əhmiyyətli əməllərdən söhbət açmaq, xalqın içində – gündəlik həyatda olmaq. Zəhmətkeş olmaq. Yorulmadan, usanmadan çalışmaq. Bax belə.

2 — Siz tez-tez “qələm saflığı” anlayışını vurğulayırsınız. Bu ifadə sizin üçün şəxsi inancdır, yoxsa ədəbi bir manifest?

Əvvəlki sualınızın cavabında qeyd etdiyim kimi, biz belə öyrənmişik. Bu bir normadır. Faydalı, əhəmiyyətli uzun illərin sınağından çıxmış ədəbi norma – manifest də deyə bilərsiniz. Kəsədən bu bizim iş qaydamızdır. Məncə xeyir, fayda bu yoldadır. Ümumi işimizin xeyirinədir.

3 — Yazıçılar bu gün xalqın qəlbi və vicdanı olaraq necə bir rol oynamalıdır, sizcə?

Cahangir qardaş, sualları elə seçmisiniz ki, söhbətimiz tam bir yazı kimi – nəzm kimi axır. Maşallah olsun. Bu sualın cavabı elə bayaq söylədiklərimdir. Yazıçı da, şair də, alim də xalqın içində olmalıdır. Onların nə düşündüyünü, gündə neçə dəfə, nə yeyib, nə içdiyindən xəbərdar olmalıdır. Məsələn götürək elə mənim ilk qələm təcrübələrimin dərc olunduğu vaxtları… Bəxtiyar Vahbzadə, Xəlil Rza, Xudu Məmmədov, Anar, Elçin… Keçənlərə rəhmət, qalanlara can sağlığı. Yaradıcılıq məhsulu, yazar sözü səmimi və içdən olanda həm də faydalı olur. Deyən üçün də, eşidən üçün də. Xalqın vəziyyətindən xəbərdar olmalı, real həyatdan yazmalı, xalq üçün faydalı, gələcək nəsillər üçün tarix yazmalıdırlar. Bu qədər.

4 — Qarabağ müharibəsi həyatınızda və yaradıcılığınızda necə iz buraxdı?

Bir gündə dünyada mövcud olan maraqların çoxu yoxa çıxdı. Çox məsələlər adilişdi. İnsan olmağın, insanlığın, sağlamlığın, sağ qala bilməyin dəyəri, vacibliyi artdı. Zamanın ən dəyərli nemət olduğunu anladım. Salamat olduğum hər an üçün daha çox şükür etməyə başladım. Daha çox işləməyə və yaxşılıqlar, təmənnasız yaxşılıqlar etməyə başladım. Və biz nə etsək də Böyük Allahın bizə olan lütfünün qarşısında çox cüzi – dəryada bir zərrə misalı – nəsə edə biliriksə, nə xoş halımıza.

5 — “Ustac.az” mərkəzi vasitəsilə siz elm, yaradıcılıq və şəxsi inkişafı bir araya gətirmisiniz. Sizcə, bu mərkəz gələcəkdə hansı istiqamətlərə xidmət etməlidir?

Bizim fəaliyyətimiz elə bu istiqamətdə də davam edəcək. Yaşından, mənsəbindən, cinsindən asılı olmayaraq bizə ehtiyacı olanların yanında olacağıq. Bu bizim məqsədimiz, məramımız, işimizin qayəsidir.

6 — Həyatın ən ağır dərslərindən biri — itkilərdir. Siz bir yaradıcı şəxs olaraq itkilərdən nələri öyrəndiniz?

Həyatda olduğum hər an üçün şükr etməyi və ələimdə olana dəyər verməyi öyrəndim. Paylaşmağı və bundan zövq almağı öyrəndim. Sözün əsl mənasında həyat paylaşdıqca daha gözəl olur. Belə ibrətamiz suala görə sizə xüsusi təşəkkürlər.

7 — İnsan üçün iki böyük vətən var: biri doğma torpağı, digəri — qəlbidir. Siz bu iki vətən arasında ədəbiyyat vasitəsilə necə bir körpü qurmusunuz?

Mən onları birləşdirmişəm. Divin canı şüşədə olan kimi, mənim də qəlbim elə öz torpağımda rahatlıq tapır, asudə döyünür, ritmini bu Yurdun bulaqlarının, şəlalərinin səsinə uyğunlaşdırır. Mən bununla xoşbəxtlik tapıram. Yurdumun çiçəkləndiyin gördükcə fəxarət hissi köksümü qabardır. GƏNCLİYİMİN HƏDƏR GETMƏDİYİNİ ANLAYIRAM. Bu bir başqa hissdir.

8 — Həyatın çətinliklərindən yorulan zaman insanlar ya səssizliyə, ya da dua və ibadətə yönəlir. Siz yorğunluqdan ruhən necə xilas olursunuz — şeir yazaraqmı, təbiətə baxaraqmı, yoxsa dinclik içində susaraqmı?

Mən bu barədə bir neçə dəfə demişəm. Mənim bu günə kimi heç bir çətinliyim olmayıb. Ürəyimdən nə keçib, Böyük Allahım hamısını mənə nəsib edib. Sadəcə Yurdumu gəzməkdən, şeir yazmaqdan, şeir söyləməkdən zövq alıram. Yazılması vacib bildiyim mətləbləri əsasən gələcək nəsillər üçün qələmə alıram. Bu qədər.

9 — Bu günkü nəslin elmi və intellektual potensialı sizi ruhlandırır, yoxsa narahat edir?

Bütün hallarda sevinirəm. Ruhlandırır.

10 — Özbəkistan və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələri necə qiymətləndirirsiniz? Bu münasibətləri hansı yeni mərhələyə çıxarmaq olar?

Bizm xalqlarımız sözün əsl mənasında qardaş xalqlardır. Dilimiz bir, adətlərimiz birdir. Tarix boyu daim bizi ayırmağa, yad kimi təqdim etməyə çalışsalar da, bax bu gün bizim aramızda olan söhbət sübut edir ki, heç kim, heç nəyə nail ola bilməyib. Şübhəsiz ki, gələcək daha gözəl olacaq. Bütün sahələrdə daha da sıx əlaqələr qurulacaq.

11 — Şair daim içində nəyisə itirmiş, axtaran, kövrəlmiş bir haldadır… İtkilər sizdə hansı şeirlərə çevrilib?

Maraqlı və ibrətamiz sualdır. Ələxsus torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda Həmdəm Ağayev, Vüqar Ağayev, Şükür Həmidov, İlqar Mirzəyev kimi qardaşlarımızı itirməyimiz mənə çox pis təsir etdi. İlqara ithaf etdiyim silsilə şeirlər var. Lap bu yaxında “40 gün – 40 şeir” adlı şəhidlərimizə həsr etdiyim şeir kitabı nəşr olunub.

12 — Zaur Ustac öz qəlbini necə eşidir? Özünüzlə daxili dialoqu necə aparırsınız?

Çox həssas insanam. Bəzən bu mənə əziyyət verir. Əzab çəkirəm. Sakit olduğum qədər də çılğınam. Demək olar ki, bu günə qədər ancaq ürəyimin səsi – diqtəsi ilə yaşamışam. Beynimə ancaq riyazı hesablamalar aparan zaman müraciət edirəm. Ruhumla dialoqum həmişə uğurlu alınır. Özüm özümü yaxşı tanıyıram.

Söhbətləşdi, Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.

Yeni ədəbi qrup yaradılır

“Yeni ədəbi qrup yaradıram!”- bu barədə tanınmış yazar öz sosial şəbəkə hesabında paylaşım edib:

“Ötən əsrin əvvəllərində Londonun Blumsböri səmtində toplaşan sənətçilər sonradan “Blumsböri qrupu” olaraq məşhurlaşdılar. Onların sırasında yazıçı Virciniya Vulf və siyasətçi əri Leonard Vulf, məşhur “Romanın aspektləri” kitabının müəllifi, yazıçı və tənqidçi E.M. Forster, dünyaca tanınan iqtisadçı Con Keynes, Virciniya Vulfun rəssam bacısı Vanessa Bell və başqaları vardı. Söhbətləri tuturdu, dünyagörüşləri bir-birinə bab idi. Hətta Virciniya Vulf və əri Leonard “Hogart press” adlı butik bir nəşriyyat da açmışdılar, ancaq yüksək estetik meyarlarla ölçüb bəyəndiklərini çap edirdilər.

Ədəbiyyat tarixində onları hədsiz fərdiyyətçiliyə görə tənqid edənlər də olub, ancaq heç kim onları qrupbazlıqda ittiham etməyib, çünki bu, ümumiyyətlə gülməlidir. Çünki bütün dünyada estetik hərəkatlar qrupların ətrafında baş verib, manifestli, yaxud manifestsiz. Qrupların bəziləri konkret məkanda yığışıblar, tutalım, Parisdəki bir kafedə, bəziləri məsafədən, virtual olub, məsələn, hansısa jurnal ətrafında. İndiki açıq dünyada bu işlər daha asan baş tutur, metamodernistlər bir neçə sayt ətrafında sürətlə birləşdilər və s.

Madam ki, ortada qrup olmasa da, hər kitabın 5-ci səhifəsində yuxulayan xeyli adam qrupdan danışır, onda qrup yaratmağın vaxtıdır. Avqustda “Yasamal qrupu”nu elan olunacaq, hətta bəlkə manifestini də yazdım. İndidən deyim, açıq qapı olmayacaq, seçimi və dəvəti qrup özü edəcək.”

Müəllif: QİSMƏT

QİSMƏTİN DİGƏR YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuzə Quliyeva – Anam

ANAM

Saçına bir buket qızılgüllər düşüb, Anam!
“Can balam” sözün ruhumda diyar olub.
Əllərində təndir çörəyinin qoxusu
Ruhuna illərin yorğunluğu köçür.
Gözlərin sisli baxışların ağuşunda
Planetimdə qayğısız hökm sürdürür.
Türküm, andım, fədəkar qadınım!
İllər dodağımda quru daş parçası,
Qüssən sinəmdə məbəd daşı.
Yüklə!Dərdlər topasını mənə
“Yeganə” varlığım, ömrümün anası!
31.05.2025.

Müəllif: Firuzə Quliyeva

Firuzə Quliyevanın yazıları

ZAKİRƏ XANIM – XEYİRXAHLIQ RƏMZİ

ZAKİRƏ XANIM – XEYİRXAHLIQ RƏMZİ

Zakirə xanım Allahverdiyeva… Bu imzanı eşidəndə “Tut ağacı” mahnısı düşür yadımıza. Zakirə xanımın sözlərinə 20-dən artıq mahnı bəstələnib. Amma müəllifə əbədiyaşarlıq gətirən “Tut ağacı”dır.
75 yaşını qeyd edən Zakirə xanımla 45 ilin dostu, rəfiqəsiyik. ADU-nun (BDU) Jurnalistika fakültəsinin qiyabi şöbəsində birgə təhsil almışıq. Yaş etibarilə qrupumuzda hamımızdan böyük idi. Yəqin ki, dekanlıq-da xanımın yaşını nəzərə alaraq, bizə qrup nümayəndəsi seçdilər. “Mamaşa” deyib müraciət etdiyimiz Zakirə xanım qrupla ünsiyyətdə bu gün də həmin missiyasın-dadır.

Televiziyada işləmək zövq verirdi insana…

Zakirə xanım I kursdan ana televiziyamız olan AzTV-də “Günün ekranı” xəbərlər proqramında işləyirdi. Sonra ədəbi-dram verilişləri baş redaksiyasına keçdi. Əvvəl incəsənət, sonra ədəbiyyat şöbəsində redaktor oldu. Çox səmimi, orijinal müəllif verilişləri də var idi. Yadımdadır, “Kitab köşkü”nü intizarla gözləyərdim.
O illərlə bağlı yaddaşında o qədər xatirələr var, hərəsi bir kitaba sığmaz. Hər zaman deyir ki, orda işləmək zövq verirdi insana. Mühit özü maraqlı idi. Əlçatmaz saydığın insanlarla görüşmək xoşbəxtlik idi. Dünya şöhrətli bəstəkarlar Niyazi, Fikrət Əmirov, Qara Qarayev… qonağı olub. Xalq yazıçıları İlyas Əfəndiyevin, Mirzə İbrahimovun evində çəkilişlər aparıb. Xalq şairləri Osman Sarıvəlli, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Qasım Qasımzadə… qonağı olan daha neçə ədəbiyyat, incəsənət adamıyla görüşlərini indi də unutmur. Təəssüflənir ki, həmin verilişlərlə bağlı arxivində heç bir lent yazısı qalmayıb. “Qızıl Fond”da nə qalıbsa, odur.
Ziyalı kollektivdə işləməyi xoşbəxtlik sayır. Gəray Fəzli, Nahid Hacızadə, Firudin Ağayev, Cəlal Bərgüşad, Həbibə Məmmədxanlı, Tariyel Vəliyev, Ramiz Həsənoğlu, qardaşı Rauf Süleyman, Qurbanəli Şərif, Elmira Şirməmmədova, Məhərrəm Bədirzadə… neçə-neçə ədəbiyyat adamı, rejissor, operator, diktor… Sonra orijinal dəsti-xəttə malik Sadıq Elcanlı qatılıb kollektivə.
Böyük redaktor Həbibə Məmmədxanlı ilə aralarındakı mehri-məhəbbəti, ehtiramı nostalji hisslərlə xatırlayır. Cavidin yadigarı Turan xanımla teleməkanda tanış olub. Bacı qədər yaxın olduğu Həbibə xanımın yanına gələrmiş. Həbibə xanımın vəfati Zakirə xanımı da doğmaları qədər sarsıdır. Bu ayrılığın nisgilini bölüşmək üçün Turan xanımın görüşünə gedib, dərd ortağı olurmuş. Sonra Turan xanım da dünyasını dəyişir. O günlərdən danışanda Turan xanımın xarakterini də açır: “Repressiya qorxusu o qədər iliyinə işləmişdi, danışığında xəsislik vardı, söhbətcil deyildi”. İfadələrini dediyi kimi işlədirəm. Elə kövrək danışır, sanki o zamanın içindədir. Turan xanım dünyasını dəyişəndən sonra isə könül dünyasında bir boşluq yaranır. Öz itkiləri də az deyil. Ana məclisinə gedə bilmir. Bir dəfə bir yerdə olduq. Nə hala düşdüyünü gözlərimlə gördüm.

Ailədə Azərbaycançılıq ruhu
çox yüksəkdir

Onu işə götürən, müsahibələrində “Televiziya əbədi məhəbbətimdir” deyən Elşad Quliyevi də xoş xatirələrlə anır. Sonra münasibətləri ailəvi dostluğa çevrilib.
Teleməkan təkcə Zakirə xanıma yox, övladları Arzuya, Xanəliyə də doğmalaşıb. Oqtay Zülfüqarovun yaratdığı ansamblda mahnı da oxuyublar. Arzunu filmlərdə uşaq rollarına çəkmək istəyiblər. Nədənsə ana razılaşmayıb. Arzu BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirib, akademik Gövhər xanım Baxşəliyevanın rəhbərliyi altinda ərəb filologiyasından müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur. Təhsil sahəsində fəaliyyət göstərir. Eyni fakültənin yuxarı kursunda təhsil alan Azad Cəbrayılovla ailə qurub. Bu il Arzu xanımla birgə ömürlərinin 35 ilini başa vuran Azad Cəbrayılov sonra Qərb Universitetini də bitirib, başqa ixtisasa yiyələnib. Oğlu Nəriman İsveçrədə təhsil alıb, orada fəaliyyət göstərir. Qızı Təhminə anasının arzularını reallaşdırır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçəri Şəhər” filmi qısa müddətdə dünyanı dolaşdı. İdeya rəhbəri və ssenari müəllifi (İlqar Safatla birgə) olduğu filmdə Təhminə Rafaella həm də baş rolun ifaçısıdır. Film gənc qızın Qarabağ müharibəsi veteranı Rafaelə olan sevgisindən bəhs edir. “İçəri Şəhər” “World Hyuston” Beynəlxalq Film Festivalında qadın roluna görə “Ən yaxşı nominant” elan olunub. 5-ci “Van gölü” festivalında da “Ən yaxşı aktrisa” mükafatina layiq görülüb. Film dünyanı gəzib, hər yerdə də mükafata layiq görülüb. Filmdə ən çox nəzərimi cəlb edən Təhminənin rolunu – Arzunu özü səsləndirməsidir. Bütün bağça, orta, ali təhsilini rus və ingilis dillərində alan Təhminə Rafaella rolunu ana dilində mükəmməl səsləndirir. Ümumiyyətlə, ailədə azərbaycançılıq ideyaları, ana dilinə hörmət mühüm məsələlərdəndir, çox güclüdür.
Baş rola çəkildiyi “Banu” və “Məryəm” filmləri də Təhminə xanıma dünya şöhrəti gətirib.
Gənc Təhminə bu yaxınlarda özünü rejissor kimi də sınayıb. “Qadın” adlanan qısametrajlı filmin ssenari müəllifi olmaqla yanaşı, həm də baş rolun ifaçısıdır. Film ekranlara çıxdığı qısa müddətdə məşhur festivallara düşüb və yüksək qiymətləndirilib.
Zakirə xanımın oğlu Xanəli əvvəl Xalq Təsərrüfati İnstitutunu (İqtisadiyyat Universiteti), sonra Qərb Universitetini bitirib. Həyat yoldaşı Rəminə xanım həkimdir. Böyük qızı Sona Amerikada universitet bitirib. Facebook şirkətinin aparıcı simalarındandır. Aişə Kolumbiya Universitetinin tibb fakültəsində oxuyur. Rafail Amerikada universitet təhsili alır.
Zakirə xanımın həyat yoldaşı Rafail Allahverdiyev 16 il əvvəl dünyasını dəyişsə də, ocağı yerindədir, yadigarları ocağa yalnız baş ucalığı gətirirlər.

* * *

Nə tələbəlik illərində, nə də televiziyada işlədiyi dövrdə Zakirə xanımın şeir yazdığını, rəssamlıqla məşğul olduğunu bilmirdim. Sonralar söhbətlərindən öyrəndim ki, uşaqlıq dövründən yazırmış. Abşeronun Fatmayi kənd orta məktəbində sizə ədəbiyyat fənnini tədris edən Mikayıl müəllim onun ilk qələm təcrübələrini oxuyanda şagirdini ruhlandırırmış. Divar qəzetində dərc olunan şeirinin se-vinci bu gün də yadındadır.

* * *

Əvvəldə dediyim kimi, Zakirə xanım qrupumuzda hamımıza əziz, ana və bacıdır. Amma Rəhilə Səfərəliyeva ilə daha yaxındır. Bəlkə də uzun illər ana televiziyada birgə işləmələri yaxınlaşdırıb onları. Bu gün minnətdarlıqla bildirir ki, kitablarının çapına onu Rəhilə xanım təhrik edib. Bu təhrikdən sonra şeirləri beş kitabda işıq üzü gördü – “Duman, al apar məni”, “Bihuşam dən düşən telin ətrindən”, “Açıl səhər”, “Bir zəng gözləyirəm”, “Duman, al götür beni”. Hələ çapını gözləyən neçə kitablıq şeirlər var və yaranmaqdadır.

“Tut ağacı”.
Səni bu nəğmə ilə soraq verirlər

Elə ilk kitabının çapından sonra şeirlərinin taleyinə gün doğur. Yeni əsrin əvvəllərində bi nəğmə “Tut ağacı” səyyah kimi dünyanı dolandı. Abşeron bağlarının, Bakı kəndlərinin əzəli və əbədi rəmzi “Tut ağacı”.

Tut ağacı, tut ağacı,
Aman yerim, güman yerim,
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.

Qumlu sahil, şıltaq Xəzərin lacivərd suları, aydın üfüqlər, ulduzlu sərin axşamlar, meynəliklərin, tut bağlarının bənzərsiz ətri, tut ağacından asılmış yelləncəklərdən quma sallanan yalın ayaqlar…
Sözlə çəkilmiş nə gözəl mənzərə!
Üç abşeronlu xanımın ürəyinin hərarətiylə ərsəyə gəlib ürəkləri riqqətə gətirən “Tut ağacı”! Xanımlığı və incə qəlbiylə hamımıza örnək olan Zakirə xanımın könül rübabından qələminə süzülən misralar Aygün Səmədzadənin bəstəsiylə Aygün Bəylərin səsiylə süslənib ürəyimizə axır.
Təsadüfi deyil ki, yaradıcılığının zirvəsi olan “Tut ağacı” “Nəğmələrin nəğməsi-2002” müsabiqəsində mahnı nominasiyasında I dərəcəli diploma layiq görüldü. İndi Səni bu mahnıyla soraq verirlər. “Tut ağacı” bu gün də yaradıcılığının zirvəsidir.

Çadır şəhərciklərində uşaqların sevincini
bu gün də unutmur

Zakirə xanımın elə işləri, xeyirxah xidmətləri var ki, onları yazmasam, günah olar. Və bunları mənə söylədiyinə görə Rəhilə Səfərəliyevaya minnətdarlıq düşür. Çadır şəhərciklərində yaşayan qaçqınlara mütəmadi yardımı müxtəlif qadın cəmiyyətlərindən göndərib. Çox zaman Rəhilə də onlarla gedirmiş. Yardımdan bəhrələnən qaçqınlar hər dəfə Zakirə xanımı görmək arzusunda olduqlarını bildirirlər. Rəhilə bu arzunu ona çatdıranda təvazökarlıq edir. Nəhayət, bir gün yardım aparanlara qoşulub Saatlıya gedir. Qaçqınlarla səmimi görüşləri qəlbində bir rahatlıq yaradıb. Saatlı rayonunda çadır şəhərciyinin rəhbərliyi “Saatlının fəxri vətəndaşı” vəsiqəsini xeyriyyəçi xanıma təqdim etməklə məsuliyyət hissini daha da artırıb. Yaxın illərə kimi himayədarlığını qaçqınlardan əsirgəməyib.
Salyan şəhərində isə uşaqların sevincini bu gün də unutmur. Uşaq evindəki oğlan uşaqlarının sünnət mərasimini keçirir. Bakıdan apardığı həkimlərə rayonun əlaqədar təşkilatlarının kollekivi də qoşulub. Sonra qazanlar asılıb, samovarlar qaynadılıb. Zəngin süfrə arxasında uşaqlara unudulmaz bir gün yaşadıb. Bakıdan apardığı pal-paltarı elə paylayıb, uşaqlar hədiyyənin kim tərəfindən verildiyini bilməyiblər.
“Sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamı xarakterinin bu gün də dəyişməz cizgilərindəndir.

* * *

Zakirə xanımdan yazı yazmaq istəyəndə rəssamlığın-dan söz açmaq fikrindən uzaq idim. Düşünürdüm ki, qüdrətim çatmaz. Zakirə xanım Qarabağın qara günlərində fikirlərini hüznlü səslə bildirirdi: “Qarabağın şah tacı Şuşamızın ağrılı günündə mən də ağrı-acımı, kədərimi kağızlarla bölüşürdüm. Boş qalmış evlər, üzü Kəbəyə dayanmış başdaşları. İçimdəki kədəri rəngsiz tonlarla ifadə etdim. Şuşanın, Qarabağın qələbə xəbərindən sonra əlvan rənglərdən  istifadə edəcəyəm”.
– İnşallah, əlvan rəngli tabloların Qarabağda, Şuşada sərgilənsin, – demişdik.
Şükür ki, Ali Baş Komandanın rəhbərliyi, cəngavər igidlərimizin şücaəti sayəsində Qarabağ torpaqları işğaldan azad edildi. Zakirə xanımın da fırçası al-əlvan rəngə boyandı, indi al-qırmızı lalələr, çəhrayı güllər çəkir…

* * *
Zakirə xanım növbəti yubiley yaşını da təmtəraqdan uzaq qeyd edir – oğul, uşaqlarıyla, sevdikləriylə…
Nə xoş ki, qələmi hələ əlindədir. Sevgiylə, həsrətlə, ağrı-acılarla, intizarla dolu hisslərini duyğulara çevirib yazıb-yaradır.

Fırçası əlvan rəngə boyanıb, gözəllikləri ürəyincə əks elətdirə bilir, ruhumuzu oxşayır.
Yubiley yaşında özündən özünə ən gözəl hədiyyə — son illərin şeirləri və boyakarlıq işləri toplanmış “Tut ağacım” kitabı.
Təbrik edirik, Zakirə xanım, axarlı olsun.

Müəllif: Sevda ƏLİBƏYLİ,

“SÖZ” Jurnalının baş redaktoru.

SEVDA ƏLİBƏYLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Faruk HABİBOĞLU – HOŞÇA KAL

HOŞÇA KAL

I
med – cezirlerimin kıyısı hoşça kal
ey gecenin rengi
ey hazanımın son demi
ey sevincim
sancım
usancım
hoşça kal

sokakların çığlık sendromunda
fersiz ve perdesiz pencerelerde
yitiyor adım
bitiyor
senin gölgenin saklandığı her köşede
senin saçlarının yandığı
ve gözlerinin kapandığı
illa avuçlarımın kanadığı
muğlak rüyalarımın
bu eski ve eksik kentinde
yitiyor adım
hoşça kal

uzaklarda ölen bir kuşun
bakışlarında asıldım
bir zamansız hicretin
yürek yarasıdır
yürek sarasıdır
işte senin karşındaki halim.

bir çocuğun ağlamasıyla
bir ceylanın vurulmasıyla
bir yıldızın kaymasıyla
ahh umarsız duruşunla
bir daha bir daha kırılan kalbim
ahım
ve günahımla
git demeden sen
göz yaşlarımı ben dermeden
hoşça kal

kırkikindiler kuşanıp geldiğim gün kapına
ve menekşelerde yıkadığım sevdakâr bakışlarımla
kölen olayım diye
uğrunda ölen olayım diye
nice dil döktüm
gül döktüm
kül döktüm sonra
başıma
alev gözlüm
hoşça kal

II
sana doymadan senden geçeceğim
deniz gözlerini alıp göçeceğim

güller solarken yanaklarında
bir derin sükût dudaklarında

ve son defa ellerini sarmadan
sormadan daha fazla seni yormadan
hoşça kal gözü yaşlım
hoşça kal.

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TUT AĞACI”na HƏKK OLUNANHƏZİN-KÖVRƏK XATİRƏLƏR

“TUT AĞACI”na HƏKK OLUNAN
HƏZİN-KÖVRƏK XATİRƏLƏR

Bu günlərdə eşidəndə ki, Zakirə xanımın yubileyidir, xəyalım illər öncəyə – Zakirə xanımın redaksiyamıza ilk dəfə gəldiyi günlərə qayıtdı. Onda hər şey gözəl idi. Ata-analı günlərim idi. İnsanlar daha mehriban, saf, qayğıkeş idi. Zəmanə bu qədər korlanmamışdı hələ… Böyüyə-kiçiyə hörmət vardı… Kövrəldim nədənsə…
Çox az adam olar ki, Zakirə xanımın şah əsəri olan “Tut ağacım” mahnısını eşitməsin, tez-tez zümzümə etməsin. Yəqin içinizdə gənclik illərində gizli-aşkar sevdiyinin adını, baş hərfini və ya nakam sonluqla bitən sevgisinin işarəsi kimi oxlanmış ürək rəsmini tut ağacının köksünə çalın-çarpaz həkk edənlər də az deyil. Ağacların köksü insanların təsəlli yeri olmuşdu sanki. Bu da saflığın bir nümunəsi idi…
Bu qədər insanların sevincini, kədərini sinəsində gəzdirən bu ağacın nə zamansa həssas bir ürək sahibinin qələmi ilə əbədilik qazanacağını isə heç ağlımıza da gətirməmişdik, deyilmi?
Nə qədər həssas duyumlu ürək sahibi olmalısan ki, belə bir əsər yaradasan.
Sevda Əlibəylinin sözləriylə desəm, üç abşeronlu xanımın – Zakirə Allahverdiyevanın, Aygün Səmədzadənin, Aygün Bəylərin (ruhu şad olsun!) birgə layihəsi olan bu əsəri kövrəlmədən dinləmək mümkün deyil…
Zakirə xanım sanki hamımızın yerinə üzrxahlıq edir gənclikdə yaraladığımız o ağaca… Könlünü almaq istəyir…
İllər keçəcək… Bu əsər daha çox insanın qəlbinə yol tapacaq… Ülvi hisslərin getdikcə cılızlaşdığı dövrə gəldikcə, bu cür əsərlərə daha çox təşnə olacaq insanlar…
Mən Zakirə xanım haqda çox yaza bilərdim. “Söz” jurnalının bir sayı onun həyatından, yaradıcılığından, Qarabağın, qarabağlıların ən ağır günlərində məcburi köçkünlərə göstərdiyi maddi-mənəvi dəstəkdən bəhs edir.
Mən sadəcə onun xarakterindən bəzi vacib cizgiləri qabartmaq istərdim.
Zakirə Allahverdiyeva çox tanınmış vəzifəli bir şəxsin həyat yoldaşı idi nəşriyyatımıza gələndə (Ruhu şad olsun Rəfail Allahverdiyevin). Çox darısqal kompyuter otağımızın, son dərəcə məhdud imkanlı texniki avadanlıqlarımızın olmasına baxmayaraq, o bir dəfə də bunu büruzə vermədi. Gülər üzlə, mehribanlıqla gəlib-gedirdi. Bir kitabını çap elətdirdik. Razılıqla getdi. Düşündüm ki, ona bütün qapılar açıqdı, yəqin bir də gəlməz. Amma o, yenə gəldi. İkinci kitabını da işlədim. Artıqlaması ilə ödəniş etdi.
Son dərəcə sadə, mehriban, ürəyəyatımlı bir Azərbaycan xanımı kimi qəlbimdə özünə yer qazandı Zakirə xanım. Biləndə ki, sıradan biri deyil, digər tanıdıqlarımla müqayisədə təəccübləndim də hətta, hörmətim daha da artdı. Zərrə qədər təkəbbür yoxdu bu xanımda.
2016-cı ilin may ayında Sevda Əlibəyli məni BDU-nun qiyabi şöbəsini bitirməklərinin ildönümünə dəvət etdi. Onlardan 10 yaş böyük olan, “mamaşa” adlandırdıqları bu xanımın “övladları” tərəfindən necə sevildiyinin də şahidi oldum. Elə yenə də “mamaşalıq” missiyasından qalmırdı. Baba-nənə olmalarına baxmayaraq, hamısı yenə də problemlərini ona danışır, o isə təmkinlə onları dinləyir, məsləhətlərini əsirgəmirdi.
Bir rahatlıq, əminamanlıq tapır insan bu xanımın səsindən, qarşısındakına münasibətindən…
Nə yaxşı ki, həyatımızda az da olsa yaxşı insanlar var. Onların varlığı uzaqdan-uzağa da olsa, bizə stimul verir…
Həmişə var olun, Zakirə xanım! Yaradıcılığınız bitib-tükənməsin…

Mənim sizə bir minnətdarlıq borcum da var… Qəbul edin! Sizi Qarabağa – Qubadlıma dəvət edəcəyəm. Növbəti yubileyinizi orada qeyd edərik… Axı Siz də Qarabağ sevdalısısınız, bilirəm!
Nə xoş bu günümüzə, yubileyinizi azad Qara-bağlı Vətənimizdə qeyd edirsiniz…
Bu da taleyin töhfəsidir Sizə…

Hörmətlə,  Aliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının üzvü seçilib

Şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü seçilib

525.az-a  açıqlamasında Babullaoğlu bildirib ki, bu haqda xəbəri səfərdəykən alıb:

“Moldova Respublikasında səfərdəydim. Avropa Elm və Sənət
Akademiyasının prezidenti Klaus Maynzer (Klaus Mainzer) və akademiyanın üzvlərlə əməkdaşlıq şöbəsinin rəhbəri İnqrid Firtalerdən (İngrid Vierthaler) bu haqda rəsmi məktub aldım. Bəzi formallıqlar var, yaxın vaxtlar da həll olar. Məktubda qeyd olunurdu ki, Akademiyanın 35 yaşı, elmin və sənətin müxtəlif sahələrini (humanitar elmlər, tibb, incəsənət, təbiət elmləri, sosial elmlər, hüquq və iqtisadiyyat, texniki və ətraf mühitlə bağlı elmlər, bir də dünya dinləri) təmsil edən dünyadan, xüsusən Avropa ölkələrindən1900 üzvü var, onların sırasında 29 Nobel mükafatçısı var. Belə anladım ki, üzvlük 3 kateqoriyadadır: həqiqi üzvlər, fəxri üzvlər, bir də rəyasət. Məni “incəsənət” kateqoriyası üzrə seçiblər, namizədliyimi Rumıniya tərəfi verib. Dəstəkləyənlər də olub təbii ki. Çünki proses bildiyim qədər seçki ilə baş verir. Akademiyanın mərkəzi ofisi Avstriyada, Zalsburqda yerləşir. Növbəti ilin martında Zalsburqda keçirilən üzvlüyün təqdimatı, yaxud məktubda yazıldığı kimi inaqurasiya mərasimində iştirak
üçün də dəvət almışam. Namizədliyimi irəli sürən və dəstəkləyən hər bir şəxsə, cənab Klaus Maynzerə təşəkkür edirəm. Ümid edirəm, bunun bizim üçün faydası olacaq”.


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Baku pristatytas B. Sruogos romano „Dievų miško“ vertimas į azerbaidžaniečių kalbą

Baku pristatytas B. Sruogos romano „Dievų miško“ vertimas į azerbaidžaniečių kalbą

Birželio 5 d. Azerbaidžano rašytojų sąjungoje įvyko lietuvių rašytojo klasiko Balio Sruogos romano  “Dievų miškas” vertimo į azerbaidžaniečių kalbą pristatymas.

Renginyje kalbėjęs Lietuvos užsienio reikalų ministerijos politikos direktorius Laimonas Talat-Kelpša pabrėžė šio kūrinio ypatingą reikšmę lietuvių literatūrai ir pažymėjo, kad šio romano vertėjas ir publicistas Mahiras Gamzajevas vertimą atliko remdamasis B. Sruogos originaliu metraščiu, o ne sovietų cenzūruotu kūriniu. Tad Azerbaidžano publika viena pirmųjų gali susipažinti su autoriaus originaliu, necenzūruotu tekstu.

Lietuvos ambasadorius Azerbaidžane Kęstutis Vaškelevičius pabrėžė kultūros ir literatūrinių ryšių svarbą stiprinant Lietuvos ir Azerbaidžano draugystę ir didinant tarpusavio supratimą ir pažinimą.

Autobiografiniais išgyvenimais paremtas kūrinys yra aktualus ir šiandien, pažymėjo ambasadorius, nes tai kartu yra ir laiku nesustabdytų totalitarinių režimų pasekmė.

„Nacių koncentracijos stovyklų negalima laikyti paprasčiausiu praeities dalyku. Pasaulyje šiandien daug konfliktų, kuriuose vis dar tęsiasi genocidiniai karai ir konfliktai. Masinės civilių žudynės, kankinimo kameros ir sistemingas žeminimas, kuris šiandien naudojamas prieš Ukrainos karo belaisvius ir Ukrainos civilius gyventojus, skausmingai primena mums, kad blogis vis dar egzistuoja. Ketvirtajame dešimtmetyje pasaulis susidūrė su pasirinkimu – nusileisti agresoriui ar jį sustabdyti. Deja, agresorius nebuvo sustabdytas laiku ir pasaulis sumokėjo dar didesnę kainą. Šiandien susiduriame su panašia dilema“, – kalbėjo K. Vaškelevičius.

Pristatymo metu buvo pabrėžta, kad B. Sruogos romanas primena skaudžias istorijos pamokas – tragedijas, kurios ištinka žmoniją dėl totalitarinių ideologijų ir režimų įsigalėjimo, kurių yra patyrusi tiek Lietuva, tiek Azerbaidžanas. Kalbėta, jog būtina puoselėti istorinę atmintį, siekiant nepamiršti totalitarinių režimų nusikaltimų.

Renginio metu apie kūrinį ir jo vertimą mintimis dalinosi Azerbaidžano Rašytojų sąjungos pirmininkas, rašytojas ir dramaturgas Anaras Rzajevas, rašytojai Sabir Rustamchanli, Elčin Huseinbejli, Sajad Aran, vertėjai Durdana Ibrahimova ir Kenan Hadži, publicistai Sejfadin Safarov ir Ibrahim Rustamli. Renginį, kuriame taip pat dalyvavo kiti žymūs kultūros veikėjai, Azerbaidžano Prezidento administracijos atstovai, diplomatai, vedė Azerbaidžano rašytojų sąjungos sekretorius, poetas ir eseistas Salimas Babullaoglu.

Knygos vertėjas literatūrologas, Lietuvos rašytojų ir Lietuvos literatūros vertėjų sąjungų narys, Lietuvos azerbaidžaniečių draugijos pirmininkas Mahiras Gamzajevas dalinosi įžvalgomis apie vertimo atrankos į azerbaidžaniečių kalbą kriterijus ir šio vertimo aktualumą lemiančius veiksnius, taip pat apie romano meninę vertę, istorinę, nacionalinę, kultūrinę, visuomeninę ir geopolitinę reikšmę.

Knygos „Dievų miškas“ pristatymas buvo nušviestas Azerbaidžano žiniasklaidoje.

Knyga azerbaidžaniečių kalba išleista 2024 m. ir iki šiol dar nebuvo pristatyta azerbaidžaniečių visuomenei.

Lietuvos: https://www.urm.lt


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru