
“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin (təsisçisi Rəfail Tağızadə, baş redaktoru Vaqif Osmanlı, rəssamı Sehran Allahverdi) növbəti – 17-ci sayı oxucularının görüşünə gəlib.
Bu sayda Bəxtiyar Vahabzadənin, Barat Vüsalın, Əkbər Qoşalının, Sevinc Qəribin, Müşfiqə Baləddinin, Banu Muharremin, Aysel Kərimin, Səadət Qəribin, Almaz Alıqızının, İbrahim Şaşmanın şeirləri, Arif Ərşadın “Babamın xalçası”, Hümbət Həsənoğlunun “Dua”, “Son arzu”, Vüsal Nurunun “Diş qatili”, Könül Nuriyevanın “Ağıllı çərənləmə”, “Əhmədli Ayna Asim qızının “Ulu məhkəmə”, Qızlarxan İbrahimovanın “Güvən”, Qoşqar İsmayılzadənin “Məsləhətli adam axtarılır”, “CV əhvalatı” nəsr nümünələri çap edilib.
“Təhlil” bölməsində Lütviyyə Əsgərzadənin “Yada düşər xatirələr – Cəlal Bərgüşad”, Mərdan Baltayevin “Vətənpərvər və görkəmli ədəbiyyatşünas alim”, Xəyalə Ağayevanın “Səbəbkar bəduğur quşdur, yoxsa insan” (İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi haqqında), Əlabbasın “Bizim Eyvaz” (Eyvaz Zeynalovin “Nadir çah” romanı haqqında), Vaqif Osmanlının “Milli ruh candan ayrılmaz” (Mikayıl Bozalın lirik duyğularına essevari baxış bucağı) yazıları nəşr olunub.
Rəfail Tağızadə “Şuşanın gecələri” essesi Qala şəhərimizin bu gününün lirik təqdimidir.
“Bütün həyatım “fədakarlıq” deyiminə ekvivalentdir” Firuzə Məmmədli ilə maraqlı müsahibədir.
Bu sayda “Çeçen ədəbiyyatından nümunələr” bölməsində Səidbəy Arsanovun “Tapıntı”, İsa Sakriyevin “Evimin ruhu” və “Sal” hekayələrini oxuya bilərsiniz. PDF>>>ƏDƏBİ OVQAT – 17
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru