Təranə Dəmir – Şair Əlisəmid Kürə

Şair Əlisəmid Kürə

Üzünün qırışlarında min ilin ağrıları,
Baxışlarında min ilin təəssüfü var.
Arada gülümsəyirsən əzabların üzünə,
Ancaq mən gülüşünün altından axan göz yaşlarını yaxşı görürəm, şair.
həsrətə təşnəsən deyə gülümsədikcə bir az da susuzlayırsan,
Ciyərin yanır ayrılıqdan sarı.
Sən susadıqca təptəzə Söz doğulur ayrılıq rəngdə.
Danışdıqca bir az da böyüyürsən həqiqətin gözündə,
Susduqca bir az da …
Bilirəm, nigaransan dünyadan,adamlardan, ağaclardan, ağaclara daş atan uşaqlardan,
Qar altında dən axtaran quşlardan, qarışqalardan –
Hər şeydən, hər kəsdən nigaransan,
Elə özündən də
Əllərin cibindən, cibin sərçələrdən utananda göy üzünə yağış ismarlayırsan arada,
Bilirsən ki, səmada bizə ən yaxın buludlardı, buludlar.
Sən kədəri qədəh-qədəh başına çəkdikcə hardasa bir ümidin üstünə qapqara kölgə düşür,
Hər gün bir qədəh ümidsizləşirsən beləcə.
Hələ əzablara, həsrətə, tənhalığa qədəh-qədəh meydan oxumağını demirəm,
Mən çox şeyi gizlədirəm səndən,
Çox şeyi demirəm, şair.
Eh, nöqtələr, suallar, nidalar!!

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir