Əli Nəcəfxanlı – Payız


PAYIZ

Ömrümün daha bir baharı keçdi,
Şirin meyvələrdən kəsildi payım.
Daha təzəhəvəs olmaq da gecdi,
Yaman ağlamalı fəsildi payız.

Sərgərdan bir xəzəl qondu çiynimə,
Həsrət sarısını geydim əynimə.
Qəmli “Qaragilə” düşdü beynimə
Yaman ağlamalı fəsildi payız.

İllər bir-birini nə yaman qovdu,
Aylarmı ovçudu, günlərmi ovdu?
Qərib duyğulara könlüm girovdu,
Yaman ağlamalı fəsildi payız.

Zirvələr başına yığar dumanı,
Dərələr köksünə sıxar dumanı.
Mənim otağımda siqar dumanı…
Yaman ağlamalı fəsildi payız.

Yağışdan-yağmurdan dünya nəm çəkir,
Dönüb ada olur hər daş, hər səki.
Bir qız da yollara baxıb qəm çəkir,
Yaman ağlamalı fəsildi payız.

Etdiyim günahlar düşür yadıma,
Peşiman padşahlar düşür yadıma,
Ağlayan timsahlar düşür yadıma,
Yaman ağlamalı fəsildi payız.

Elə sürüşkəndi diklər, yoxuşlar,
Viranə könlümü döyür yağışlar.
Hələ harasıdı, qabaqda qış var,
Yaman ağlamalı fəsildi payız.

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

Elman Eldaroğlu: – Tez sağal, şair!

Tez sağal, şair!

Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Olub keçənlərdən, başına gələn hadisələrdən danışır, sanki həmsöhbətinə özü haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi, illərin dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı…

“O vaxt Ukraynada olarkən qatarda bir nəfəri soyub döymüşdüm. Xarkov məhkəməsi mənə 2 il 6 ay iş verdi. Doğrudur, heç nəyi sübut edə bilmədilər, amma qərar belə oldu. Mən ən yaxşı şeirlərimin çoxunu Ukrayna türməsində yazmışam. O vaxt mən “Qrono” yaradıcılıq birliyinin üzvü idim. Tez-tez yanıma gəlirdilər. Orda yaşayan azərbaycanlılar da məni yaxşı tanıyırdılar. 1986-cı ilin sentyabrında həbsdən çıxanda Xarkovdakı azərbaycanlılar məni təmtəraqla yola saldılar. Onlardan biri də məşhur futbolçumuz Vəli Qasımov idi. O vaxt Xarkovda, “Metallist”də oynayırdı. Bakıda isə məni Nazim Hikmətdən də yaxşı qarşıladılar. Gələn kimi “Ulduz”, “Azərbaycan” jurnallarında çap olunmağa başladım. Mən SSRİ Yazıçılar İttifaqına kitabsız qəbul olunan iki-üç nəfərdən biriyəm.”- söyləyir.

İlk şeirini əsgərlikdə yazıb. Sevdiyi qızın nişanlandığını eşidəndən sonra, bu hadisə ona çox pis təsir edib və ilk şeiri də onda yaranıb. “Xoşqədəmli” adlı şeiri isə ilk dəfə 1979-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. Bildirir ki, şeir yazanda ekstaz vəziyyətində olur. Düşünür ki, poeziya düşüncənin üstünə ürək şəkli çəkməkdir. Onu ütüləməkdir…

Deyir ki:- “Bir neçə il əvvəl Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik, amma təqaüd verə bilmərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var- söylədim…”

Haqqında söhbət açdığım şair Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Bir sıra kitabların müəllifidir. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib…

…Xarizmatik adamdır, öz sözü, mövqeyi olan şəxslərdəndir. Heç bir təzyiq və şiddətlə onu sındırmaq mümkün deyil. Necə deyərlər, yalaq, miyanə adamlara nifrət edir və ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmir. Emosional tərəfi güclüdür. Fəqət üzərində nəzarəti itirmir. Anarxiyanı, xaosu xoşlamır, adət-ənənələrə, qayda-qanumlara bağlı adamdır…

“Həyatda acığım gələn 3 şey var: intihar, aclıq aksiyası, mitinq. Nifrət edirəm üçünə də. Sözün var, söz denən. Həyatın qədir-qiymətini bilmək lazımdır. Gözümüzün qabağında Ukrayna boyda ölkə dağılır. Xocalıdan daha böyük faciənin şahidi oluruq. Mən o ölkəni vaxtı ilə qarış-qarış gəzmişəm. Ağır dərddir.”- söyləyir.

Təvazökar və çox çalışqandır. Yalanı sevmir, alnının təri ilə yaşamağa üstünlük verir. Kifayət qədər dürüst və həqiqətpərəsdir. İnsanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata böyük əhəmiyyət verir. Əylənmək və yüngül həyat tərzi keçirmək onun işi deyil. Həyatda ciddi və özünə qarşı tələbkardır. Şübhəsiz ki, tənhalığı xoşlamır. O, səxavətli, açıqürəklidir və insanlarla səmimidir. Kiməsə yardım edəndə özünü həqiqətən də xoşbəxt hiss edir. Analitik təfəkkürü var. Qərarlarında yaradıcıdır və hər kəsə kömək etməyə hazırdır…

Deyir ki:- “İndi elə bir dövrdür ki, Qənimət Zahidin vaxtı ilə Mirşahinin vaxtı qarışıb. Millət də qalıb ortada. Biz şeirimizi 15 il qabaq yazmışıq. Biz nəyisə vəsf eləmək üçün yaşamırıq axı. Mənim gözümün qarşısında Xocalı faciəsindən daha böyük Mariupol faciəsi yaşanır. Bu faciəni göstərmək lazımdır. Xarı bülbüldən dünyada yüz yerdədir. Polad Bülbüloğlu bantik də vurub cır səslə mahnı oxuyur. Onu efirə çıxarıb Qarabağ səsini unutdurmaq istəyirlər. O vaxt Şuşada bir uşaq olub, deyiblər, çıxırıq, gəl, tez elə. Deyib ki, mən evimi qoruyuram da, niyə çıxım? Bax o uşağa heykəl qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində belə heykəllər var. Adsız uşaq heykəli…”

…Gərginlik keçirmədən yaşamağı xoşlayır. Qaynardır, oturaq həyatı xoşlamır. Qarşılıqlı anlaşma olmayan yerdə özünə qapanır. Bir sözlə, zahirən soyuq görünsə də əslində nəcib, emosional və canlıdır. İnsanları sevəndə həqiqətən ürəkdən sevir. O, müstəqil və azaddır. Çoxlu tanışları olmasına baxmayaraq, əsl dostu çox azdır…

“Dövrü mətbuatı izləyirəm. İldə iki-üç roman yazan yazıçılar peyda olub. Onların heç birini oxumuram. Onların iyini bilirəm çünki. Ümumiyyətlə, mən müsahibə verəndə diqqətlə oxuyurlar, deyirlər, görək, Əlisəmid kimin adını çəkəcək. Keçən dəfə bir neçə nəfərin adını çəkmişdim, sonra hiss elədim ki, adını çəkmədiklərim inciyir bir azca. Həm də kiminsə adını çəkirsən, kimsə yadından çıxır. Sonra özün narahat olursan ki, niyə mən o cür istedadlı adamın adını unutdum, çəkmədim. Yadımdan çıxan uşaqlar bağışlasınlar məni. Mən ad çəkməkdən daha çox kitablara ön söz yazmaqla, özlərinə xoş söz deməklə dəstək oluram gənclərə, şairlərə, yazıçılara…”- söyləyir.

…Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Olub keçənlərdən, başına gələn hadisələrdən danışır, sanki həmsöhbətinə özü haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi, illərin dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı. Bu günlərdə eşitdim ki, sağlamlığında ciddi problemlər yaranıb. Ona Allahdan şəfa arzulayaraq “Qan-tər içində” şeiri ilə söhbətimi başa vurmaq istəyirəm:

“Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.

Zaman dolaşıq nər qovğasında
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda,
Gecəm qan-tər içində, anam,
Günüm qan-tər içində.

Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim,
Sözüm qan-tər içində, anam,
Dilim qan-tər içində.

Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir,
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.

Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hanı, qəbrimə qısıldım,
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində…”

HörmətləElman Eldaroğlu

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yarpaq-yarpaq düşmüsən

Gizlən-qaçın yeriydi?
Etmisən uşaq məni.
İndi hansı küçənin
Tinində gəzim səni?

Nə yaşım həminkidi,
Nə qəlbim səninkidi.
Yoluna gül düzdüyüm
Yoluma tikan əkdi.

Yarpaq-yarpaq düşmüsən,
Gözümdən, əzim səni?
Gizlənmisən, çıxma day,
Görməsin gözüm səni.

Ovuc-ovuc qucmusan,
Əlini açım sənin?
Xəyalımdan uçmusan,
Ağlından qaçım sənin?

Artıq nə oyunum var,
Nə gizlənim, nə qaçım…
Açığı qalmayıb da,
Ümidim və inancım.

****

Sən gedəni bu evin,
İşıqları da yanmır.
Sən gedəni qəlbimə,
Daha sevgi yol almır.

Sən gedəni saat da,
Həminki vaxtda qalıb.
Hava duman, göy qara,
Sanki yağış da yağıb.

Yağışın qoxusu da
Otağıma yayılıb.
Arabir külək belə
Əsir… dəlidir nədir?!

Sən gedəni külək də,
Qapımı döyəcləmir.
Sən gedəni hər sözün,
Qulağımda səslənir.

Narahat olma məndən,
Necə varam — eləyəm.
Bəlkə əsən küləktək,
Ağlım gedib, dəliyəm…

Sən gedəni, büründü,
Zülmətə otağım da…
Buz bağladım hər fəsil,
İsinmədim yayda da.

Sən gedəni yadından
Çıxmışam Allahın da.
Sən gedəni qapım da,
Döyülmür, qadan alım…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ana, sənə məktubu ön cəbhədən yazıram

ANAMA MƏKTUB
(avtoportret)
Ana, sənə məktubu ön cəbhədən yazıram,
Başım çox qarışıqdı, hər gün səngər qazıram…
Bilirəm, göynədikcə əllərimin qabarı,
Səni də çox incidir ürəyinin qübarı…
Gecələr yuxunda da oğlunu gözləyirsən,
Günəşdən erkən çıxıb yolumu gözləyirsən.
Fikrində bir mən varam, bir də geri dönüşüm,
Ana, bitmir savaşım, bitmir mənim döyüşüm!..
Dörd yandan qəvi düşmən elə durub qəsdimə,
Mərmilər dolu kimi yağır hər gün üstümə!..
Ürəyimə tuşlanıb qəlbsizlərin qəlpəsi,
Ana, mənim ömrümün yoxdu arxa cəbhəsi!..
Məni belə doğmusan, bu adda, bu biçimdə,
Ömrüm keçir atəşin, od-alovun içində
əsgər arzularımla səngərdə yaşamaqdan,
yaralı ümidləri çiynimdə daşımaqdan!..
Hər ümid bir təsəlli, hər savaş bir sınaqdı,
Hələ döyüş bitməyib, hələ oğlun da sağdı!
Sağdı! Daşlı-kəsəkli yolum – açdığım cığır,
Elə darısqaldı ki, öz çəkməm ancaq sığır…
Burda ölmək asandı! Burda ölməyə nə var!
Ölüb sənin qapına burdan gəlməyə nə var,
ya çaxan ildırımla, ya da yağan yağışla!..
Ana, məni getdiyim yola-izə bağışla…
Mən özümdən keçirəm, düşmən gülləsi məndən!..
Elə utanıram ki, saçlarındakı dəndən,
Gözlərindəki nəmdən, qurban olum, ağlama!
Geriyə bir qarış da yoxdu yolum, ağlama!..

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızının publisistik məqalələri haqqında

Mahirə Nağıqızı – 65

Əvvəli burada: Mahirə Nağıqızının hekayələri – həyat həqiqətlərinin ədəbi ifadəsi

İNSAN, YURD VƏ ANA DİLİ

(beşinci yazı – məqalələr)

Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr olunmuş silsilə yazımın beşinci bölümü ilə söhbətimizə davam edirik.

Azərbaycan ədəbiyyatında publisistika xüsusi bir mərhələdir. Bu janr həm tarixi yaddaşın qorunmasına, həm ictimai-siyasi hadisələrin işıqlandırılmasına, həm də milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Müasir publisistikamızda bu missiyanı özünəməxsus üslubu, duyğusal səmimiyyəti və eyni zamnada elmi-nəzəri, analitik baxış bucağı ilə davam etdirən qələm sahiblərindən biri də Mahirə Nağıqızıdır.

Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının (Hüseynovanın) elmi məqalələri  belə demək olar ki, onun can-dildən sevə-sevə  həyata keçirdiyi  yurdsevərlik (ana dilimizin qayğıları çərçivəsində) missiyasının tərkib hissəsinə çevrilir. Bu baxımdan Mahirə Nağıqızının qələm təcrübələrinin böyük əksəriyyəti özündə tamam fərqli və yeni çalarlar əks etdirir. Elmlə bədiiliyin çuğlaşmasından yaranan faydalı və  ecaskar belə nümunələri elmi-publisistik üslubda qələmə alınmış ədəbiyyat salnamələri adlandırmaq olar.

Mahirə Nağıqızının publisistik məqalələrinin əsas məziyyəti onların oxucu ilə canlı ünsiyyət qurmasıdır. Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı mənalar, insan taleləri, milli yaddaşın izləri və dil məsələləri ön plana çəkilir. Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı, problemin daşıyıcısı  kimi görür

Mahirə Nağıqızının publisistik yazılarında bir neçə əsas mövzu diqqəti cəlb edir:

-Milli kimlik və vətənpərvərlik – Onun məqalələrində Azərbaycan torpaqlarının tarixi, xalqın mübarizə yolu, şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyatı geniş işıqlandırılır.

-Mədəniyyət və ədəbiyyat – Müəllif Azərbaycan ədəbiyyatının və folklorunun unudulmaz dəyərlərinə, söz sənətinin böyük nümayəndələrinə tez-tez müraciət edir.

-Sosial problemlər və insan taleləri – O, yazılarında sadə insanların həyat hekayələrini, gündəlik problemlərini, ictimai ədalətsizliklərə münasibətini, qürbətçiliyi qələmə alır.

-Qadın mövzusu – Məqalələrində Azərbaycan qadınının (Ana obrazının) cəmiyyətdəki rolu, onun ailə, ictimai və yaradıcı mühitdəki yeri xüsusi vurğulanır.

-Qayğıkeşlik və səmimilik – Mütləq nəzərə almalıyıq ki, Mahirə Nağıqızı elmi-pedaqoji fəaliyyəti (+rəhbərlik) ilə yanaşı bədii yaradıcılıqla, aktiv ədəbi fəaliyyətlə  (heç birini axsatmadan –  necə deyərlər birini o birinin ayağına vermədən) məşğuldur. İndiki vaxt qıtlığı şəraitində bu işin necə çətin olduğunu, hər bir şəxsdən əlavə güc, qüvvət tələb etdiyini hamımız (yaradıcı insanlar) yaxşı bilirik. Hər iki sahəni qoşa qanad kimi söz səmasında məharətlə süzdürən Mahirə Nağıqızının bu sonsuz kəhkəşanda heç bir təbəddülat şahin kimi iti nəzərlərindən yayınmır. Bu məsələdə də o qadın ürəyinin həsaslığına, ana qayğıkeşliyinə və səmimiliyinə arxayın olaraq hərəkət edir.

İNSAN

“Bəli, Faiq Balabəyli haqqında yazmağın məqamıdır, anıdır. “Böyük” sözündən daha böyük ifadə olsaydı Onun haqqında deyərdim, yazardım. Gözəl insan, gözəl ata, gözəl ailə başçısı, öz işinin öhdəsindən məharətlə gələn bacarıqlı bir mütəxəssis, nəhayət, gözəl şair.

Yelkənlər, gəminin bəyaz duvağı

nə bilim, gördüyüm yuxudu, bəlkə

Gecələr yuxuma girən qağayı

Ölən dənizçinin ruhudu, bəlkə.

Müəllif dənizçi olmasaydı belə mən onu dənizi sevən, dənizə vurğun, hər an dənizlə nəfəs alan biri təsəvvür edərdim. İfadənin səmimiliyi, reallığı bunu deyir. Necə də yerndədir: “Yelkənlər, gəminin bəyaz duvağı”. Amma elə “şeir” sözü özü də həyatın gözəlliklərini əks etdirən söz deməkdir. Bir də şeir, yəni söz insan qəlbinin göstəricisi, güzgüzü deyilmi?! də doğruluğu, dürüstlüyü, səmimiliyi, cöqunluğu təbliğ edən insan başqa nə cür ola bilər ki?! Hər bənd və ya bütöv bir şeir onu yazan müəllif haqqında nələr deyir. Qəlbinin təmizliyi, mərdliyi, vətənpərvərliyi, sevgisi qəlbindən süzülüb qələminə, oradan da ağappaq vərəqlərə süzülən şair , məncə, elə özü haqqında danışır. Gah vətənini sevən bir vətəndaş, gah sevgisi aşıb-daşan bir aşiq, gah sənətinə vurğun mütəxəssis-bir dənizçi, gah da nəvələrini oxşayıb-tumarlayan baba olur şeirlərində Faiq Balabəyli. (Olaylar.- 2024.- 16-22 avqust, №29.- S.15.)”

Bu təqdim etdiyim parça “Olaylar” qəzetinin ““Böyük” sözündən daha böyük ifadə olsaydı…” başlığı ilə dərc etdiyi  filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı”  məqaləsindən kiçik bir hissədir. Biz bu kiçik hissədə nələri görürük? Əvvəlki; bayatılar, şeirlər, hekayələr haqqında olan yazılarımda da dəfələrlə qeyd etmişəm ki, Mahirə Nağıqızı böyük məharətlə (ustalıqala), yüksək peşəkarlıqla bir yazıda (janrından asılı olmayaraq) mövzunu bir neçə aspektdən ümumiləşdirərək işləyir. Gələk, yuxarıdakı gözəl insan, gözəl şair, gözəl ailə başçısı Faiq Balabəyli haqqında olan yazıya (Mahirə Nağıqızının baxş bucağına diqqət edək):

-Ön planda şairin (Faiq Balabəylinin) insanlığı gəlir. Ö, səmimi, həsas insan, gözəl ailə başçısıdır. Artıq həyatın keşməkeşlərindən keçmiş yetkin insandır (60 yaşı var).

-O, özü sakit olduğu qədər, təlatümlü dənizin yol yoldaşıdır. O, dənizçidir, dənizin sirdaşıdır.

-O, kövrək, həsas və olduqca duyğusal bir şairdir.

Müasir dövrümüzdə bu qədər yazan-pozanın içində Faiq Balabəylinin  söz sərrafı olan Mahirə Nağıqızının diqqətini cəlb etməsi təbiidir. Və mən bir qələm adamı kimi bu halı təqdir edir, alqışlayıram. Qeyri-iradi ustad Cabir Novruzun (Allah rəhmət eləsin) “Sağlığında qiymət verininsanlara” ifadəsini (şeirini) xatırlayıram.  İnsanlara sağlığında qiymət verməyi bacarmaq üçün ilk növbədə səmimi, həsas, ədalətli insan olmaq lazımdır. Mahirə xanım ən yüksək qiymətə layiq çox dəyərli xanım-xatın ziyalımız, gözəl insan, mahir söz ustası, peşəkar mütəxəsisidir (dilçi).

YURD VƏ DİL (ŞEİR)

“…Hidayətin şair və insan taleyini şərtləndirən tale yazısıdır. Qəlbində ancaq doğmalarına deyil, xalqına və Vətəninə boylanan sərhədsiz sevgi yüküylə qoşulduğu ömür karvanı dünyanın harasından keçir keçsin, onu çəkən bircə ünvan üçün qəribsəyir:

…Sənin Vətənini sevdim ürəkdən,

Sevdim ilk addımdan, ani baxışla.

İndi qucağına çağırır Vətən,

Həsrətim qor olub, məni bağışla!

Onu demək çətindir ki, Hidayətin fikir və həmin fikrin ifadə forması olan söz potensialını ilk dəfə kim görüb və onun şeirlərinin arxasınca kim su atıb. Bunu bilmirik, bildiyimizsə o faktdır ki, ötən əsrin 70-ci illərində o, mürgülü İrəvan ədəbi mühitini silkələyə bilib. Bu, tamam başqa mövzudur, lakin yeri gəlmişkən qeyd etməyi lazım bilirik ki, o ədəbi mühit öz inersiyası hesabına 50-ci illərə qədər qorunub saxlanılıb və bu “saxlanılmaq” Sovet Ermənistanında 1948-53-cü illərə qədər ancaq dözülə bilən siyasi ab-hava ilə sinxronlaşmadan başqa bir şey olmayıb. Həmin ədəbi mühitin solğunlaşması, ilk növbədə, təzədən boy verən daşnak təfəkküründən qidalanan və azərbaycanlı ziyalıları tarixi yurdlarından perik salan gerçəklik idi. Daha pis olansa, əlbəttə, işinin sürünə-sürünə də olsa, keçməsi üçün “erməniyə dayı deyənlərin” sırasının genişlənməsi idi.

Onun “Şahmat taxtası önündə” şeiri yaşadığı emosiyanı bu cür təqdim edir:

Sənin topun da var, zabitin də var,

Mənim ümidimsə piyadalardır.

Şahıma tuşlanan başsız hücumlar,

“Dirsəklər”ə dəyib qayıdacaqdır.

“Şeir nədir” – sualının cavabı da elə beləcə tapılır: “Şeir, nəinki yadında qalan, zaman-zaman içində təkrarlamağa ehtiyac duyduğun misralar və insanın daxili dünyasının ətraf mühitə poetik münasibətidir”. Şair “Şahmat taxtası önündə” dayanarkən həmin münasibətin ifadəsini görürük. Buna görədir ki, Kantın həmyerlisi və fəlsəfi baxışlarının ən görkəmli davamçısı Humboldt poeziyanı “insan təfəkkürünün ən qüsursuz ifadə vasitəsi” olaraq qəbul edirdi. (Ədəbiyyat qəzeti.- 2022.- 16 aprel.- S.12-14.)”

“Ədəbiyyat qəzeti”ndə “Həqiqət pıçıltılarının poeziyası” adı altında Hidayətin (Hidayət Xuduş oğlu Orucov) yaradıcılığı (şeirləri) haqqında dərc olunmuş geniş yazısında Mahirə Nağıqızının bird aha “İnsan”, “Yurd” və “Dil” qavramlarının vəhdətindən necə bəhrələndiyinin şahidi oluruq. Geniş məqalədən təqdim etdiyim bu kiçik parçada yurdsevərlik  haqqında uzun-uzadı danışdığım məqamlardan əlavə gələcəyə olan böyük ümidin işartılarını görürük. Bu işartılar uzaq üfüqdə doğmaqda olan birlik, bütövlük, vəhdət Günəşinin ilk şəfəqləridir.

Mahirə Nağıqızı publisistik məqalələrində həm analitik təhlil, həm də emosional çalarları bacarıqla birləşdirir. Onun yazıları oxucunu düşündürməklə yanaşı, emosional təsir gücü ilə də fərqlənir. Bu onun özünün bəzi məqamlarda, xüsusilə söhbətin mövzusu Vətən, torpa, Ana dili  olanda emosianal davranması ilə bağlıdır (bu barədə birinci–giriş yazımda da qeyd etmişəm). İstər-istəmz o, bu hissləri qələmə aldığı mətnlərlə oxucusuna da ötürür.  Hər bir məqalə həm faktların dəqiqliyi, həm də səmimi üslubu ilə yadda qalır, olduqca əhəmiyyətli və faydalıdır.

Mahirə Nağıqızının publisistik yaradıcılığı bir daha sübut edir ki, publisistika yalnız hadisələri işıqlandırmaq yox, həm də oxucunu düşündürmək, milli mövqeyini möhkəmləndirmək, gələcək üçün məsuliyyət hissini artırmaq missiyası daşıyır. Onun məqalələri milli yaddaşı qorumaq, gənc nəslə ibrət dərsi vermək baxımından xüsusi dəyərə malikdir.

Beləliklə, Mahirə Nağıqızının publisistik məqalələri Azərbaycan publisistikasının çağdaş nümunələri arasında seçilir. Onun qələmi ilə yazılan yazılar həm tarixi faktların salnaməsi, həm də mənəvi gücün ifadəsidir. Bu məqalələr oxucunu təkcə məlumatlandırmır, həm də düşündürür, ruhlandırır, milli mənsubiyyətini xatırladır  və  bu milli kimliyə bağlayarq gələcəyə böyük ümidlər yaradır. Onun bütün yazdıqlarının və fəaliyyətinin yekun sözünü – tezisini belə dəyərləındirmək olar: “Ey uca millətin böyük övladı sənin şərəfli keçmişin olduğu kimi şanlı gələcəyin var (bu həqiqətən belədir –heç çübhəniz olmasın)!”

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzda növbəti altıncı – yekun yazımızı oxumağı unutmayın. Hələlik.

Ardı burada:  İNSAN, YURD VƏ ANA DİLİ

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Alqışnamə – آلقیشنامه

Zaur Ustac – Azərbaycan şairi alqış edərkən

Alqışnamə — Azərbaycan ədəbiyyatında və folklorunda işlənən bir anlayışdır. Sözün kökü “alqış” (алғыс, алхыс, алхыш, alxış, алкыш) dan gəlir. Alqış — xeyir-dua, uğur diləyi, yaxşı söz, bərəkət arzusu deməkdir. Ona görə də alqışnamə (алғыснама, алкышнама) — alqışların toplanmış halda verildiyi mətn, kitab və ya şifahi söyləmələr toplusudur.

Digər türk dillərində:

Алғыснама – Qaraqalpaq (Қарақалпақ) dilində

Алкышнама – Qırğız (Кыргыз) dilində

Əsas xüsusiyyətləri:

  • İnsanlara, təbiətə, əməyə və gözəl işlərə yönələn xeyir-dualar, arzular toplusudur.
  • Əks-mənalı “qarğış”a qarşı qoyulur. Qarğış nifrət və bəd dua kimi qəbul olunursa, alqış isə müqəddəs söz, bərəkət çağırışı sayılır.
  • Folklorumuzda toy mərasimlərində, körpə doğulanda, yola çıxanda, ev tikiləndə, yeni işə başlayanda deyilən alqışlar geniş yayılıb.

Məsələn, ənənəvi alqışlardan bəziləri:

  • “Allah səni xoşbəxt eləsin!”
  • “Yolun açıq olsun!”
  • “Ocağın uca olsun!”
  • “Bərəkətli ömrün olsun!”
  • “Xeyirli olsun!”
  • “Uğurlu olsun!”
  • “Bərəkətli olsun!”
  • “Eviniz abad olsun!”
  • “İşiniz avand olsun!”

Beləliklə, alqışnamə həm folklor nümunəsi, həm də mənəvi-mədəni sərvətimizdir.

Qeyd:

ALQIŞNAMƏ – “Yazarlar” jurnalı tərəfindən ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində fərqlənən şəxslərə təqdim olunan mükafat kimi də bilinir.

Zaur Ustac – “Üzeyir Hacıbəyov – 140” pdf

Məlumatı hazırladı: Günnur AĞAYEVA,

NAMİQ HACIHEYDƏRLİNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızının hekayələri – həyat həqiqətlərinin ədəbi ifadəsi

Mahirə Nağıqızı – 65

Əvvəli burada: Mahirə Nağıqızının poeziyası: Sözün sehrində insan ruhu

İNSAN, YURD VƏ ANA DİLİ

(dördüncü yazı – hekayələr)

Salam olsun, çox dəyərli oxucum! Mahirə Nağıqızının 65 illliyinə həsr etdiyim silsilə yazının dördüncü bölümü – hekayələr haqqında olan hissə ilə söhbətimizə davam edirik.

Azərbaycan ədəbiyyatında qadın müəlliflərin imzası hər zaman xüsusi bir duyğu, zəriflik və həyatın incəliklərinə həssas yanaşma ilə seçilmişdir. Bu baxımdan yazıçı Mahirə Nağıqızının hekayələri də müasir bədii düşüncəmizin qiymətli örnəklərindəndir. Onun hekayələri yalnız bədii təxəyyül məhsulu deyil, həm də həyatın canlı lövhələrinin, insanların taleyindən süzülmüş gerçəklərin ifadəsidir.

Giriş yazısında bu barədə qeyd etmişdim;  Mahirə Nağıqızının hekayələrində diqqəti çəkən əsas xüsusiyyət mövzuların həyatın özündən götürülməsidir. Onun qəhrəmanları sadə insanlar – kənd qadınları, ailəsinin yükünü çiyinlərində daşıyan analar, həyatın keşməkeşləri ilə mübarizə aparan övladlar, vətən həsrəti ilə yaşayan insanlar və gündəlik qayğıların arasında yaşamağa çalışan sadə insanlardır. Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi ilə bədii mətn arasında körpü yaradır. Öz yaratdığı qəhrəmanlarını və onun yazdıqları ilə gələcəyə baxan oxucularını ümidləndirir. Sabaha inamını və yaşamaq-yaratmaq həvəsini artırır.

Mahirə Nağıqızının hekayələrinin dili sadə, anlaşıqlı, eyni zamanda bədii çalarlarla zəngindir. Onun hekayələrində dialoqlar təbii səslənir, təsvirlər oxucunu hadisələrin içinə çəkir. Ən önəmlisi isə yazıçının qələmində səmimiyyət var. O, süni pafosdan uzaq duraraq, insan ruhunun incə qatlarını açmağa çalışır. Bu səbəbdən də hekayələr oxucunu həm düşündürür, həm də duyğulandırır.

Hekayələrdən bəhs edən bu yazımda konkret olaraq Mahirə Nağıqızının “İpək köynək”, “Saz havası”, “Sandal”, “Mənim çəkmələrim” adlı hekayələri haqqında söhbət açacaq, söhbətimizi yenə “İnsan”, “Yudr” və “Ana dili” adlı mövzular üzərindən davam etdirəcəyik.

HAŞİYƏ:

Mahirə Nağıqızının (Hüseynova) İpək köynəkSaz havası Sandal, Mənim Çəkmələrim  və digər ovsunlu hekayələri necə deyərlər, “adamın iliyinə işləyir (yaşıl rəngli hekayə adlarına toxunub oxu).”

Mahirə Nağıqızının hekayələrində yalnız fərdi talelər deyil, bütöv bir cəmiyyətin ruhu əks olunur. Müharibənin acıları, ayrılıqlar, insanın öz doğma torpağına bağlılığı, ailə münasibətləri, qadının ailədəki rolu, həyatın çətinlikləri qarşısında insan ləyaqətini qorumaq kimi dərin mövzular yazıçının yaradıcılığının əsas leytmotivini təşkil edir. Hər bir hekayədə oxucuya mənəvi bir mesaj, həyat həqiqəti ötürülür.

Azərbaycan hekayəçiliyi Cəlil Məmmədquluzadədən başlayaraq uzun bir inkişaf yolu keçib. Mahirə Nağıqızı da bu ənənənin davamçısı olaraq, klassik hekayəçiliyin bədii prinsiplərini qoruyur, amma mövzulara müasir yanaşma gətirir. Onun əsərlərində milli ruhla yanaşı, ümumbəşəri dəyərlər də öz əksini tapır.

Ən yaxşı hallardan biri də odur ki, Mahirə Nağıqızının hekayələri ədəbiyatşünasların, ədəbiyyat tənqidçilərinin, xüsusilə gəncləırin diqqətini cəlb etmiş və təhqiqat mövzusuna çevrilmişdir. Belə nümunələrə söhbətimizin gedişində toxunacaq və yeri gəldikcə misallar gətirəcəm.
Bəli, əvvəlki yazılarımda da dəfələrlə vurğuladığım kimi, Mahirə Nağıqızının yaradıcılığında mövzusundan və janrından asılı olmayaraq, əsas müzakirə obyekti, mərkəzdə dayanan problem, söhbətin predmeti  insandır.

İNSAN

Mahirə Nağıqızının hekayələrində insan anlayışı onun bədii dünyasının mərkəzində dayanır. Yazıçı insanı yalnız bir fərd kimi deyil, həm də xalqın, millətin, zamanın daşıyıcısı kimi təqdim edir. Onun hekayələrində insan (insanlar, obrazlar)  həm daxili aləmi, həm də sosial mühiti ilə birlikdə təsvir olunur.

Mahirə Nağıqızı üçün insanın ən əsas ölçüsü onun ruhu, vicdanı və mənəviyyatıdır. Hekayələrində qəhrəmanlar çox vaxt həyatın sınaqları qarşısında öz insani dəyərlərini qorumağa çalışır. Yazıçı insanı mənəvi təmizlik, mərhəmət, səmimiyyət kimi keyfiyyətlərlə dəyərləndirir. Bəzən müxtəlif bədii fəndlər tətbiq edərək oxucunu düşünməyə vadar edir.

Onun hekayələrində insanın taleyi çox vaxt ictimai dəyişikliklər, həyatın sərt reallıqları ilə sıx bağlı olur. Müəllif kənd həyatından, ailə münasibətlərindən, qadın və kişinin cəmiyyətdəki yerindən bəhs edərkən hər bir obrazın iç dünyasına dərindən nüfuz edir. Mahirə Nağıqızının qəhrəmanları çox vaxt adi, lakin mənəvi baxımdan dərin insanlardır — onlar həyatın çətinlikləri içində öz ləyaqətlərini qorumağa çalışırlar.

Yazıçının hekayələrində insan torpaqla, yurdla, təbiətlə bir bütöv varlıq kimi göstərilir. Qəhrəmanların yurd həsrəti, doğma yerlərə bağlılığı, torpaq sevgisi insan anlayışının ayrılmaz hissəsidir. Burada insan yalnız bioloji və sosial varlıq deyil, həm də milli-mənəvi yaddaşın daşıyıcısıdır.

Mahirə Nağıqızı xüsusilə qadın qəhrəmanları ilə yadda qalır. Onun qadın obrazları zəhmətkeş, dözümlü, mərhəmətli və müdrikdir. Yazıçı qadının taleyi fonunda bütövlükdə insanın mənəvi dirənişini, həyatla mübarizəsini əks etdirir. Bu obrazlar vasitəsilə o, insanın daxili gücünü, mənəvi dayanıqlığını göstərir. Mahirə Mağıqızının “Mənim adım Süsənbərdir – Süsənbər Mahiyyəddinqızı.”cümləsi başlayan “Mənim çəkmələrim” adlı hekayəsi buna ən gözəl misaldır. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Aynur Bədəlovanın bu hekayə haqqında “Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsində vətən həsrətinin təcəssümü” adlı elmi məqaləsi dərc olunub (tall.edu.az – 23.08.2025). “Mənim çəkmələrim” hekayəsinin və onun haqqında olan Aynur Bədəlovanın məqaləsinin bizim söhbətimizin bu məqamında əhəmiyyəti ondan ibarətdir ki, “insan”“yurd” anlayışları hər iki mətndə gün işığına çıxıb, öz barını yetişdirmək üçün böyük bir palıd ağacına dırmaşan meynə misalı görünür. Bu duyğunun bir adı var. O da “yurdsevərlik”dir.

Mahirə Nağıqızının hekayələrində insan keçmişi ilə bu gününü müqayisə edir, zamanın axarında mənəvi dəyərlərin qorunmasının vacibliyini anlayır. Bu mənada yazıçı insanı həm “keçmişin şahidi”, həm də “gələcəyin daşıyıcısı” kimi təsvir edir.


Mahirə Nağıqızının hekayələrində insan — ruhu ilə yaşayan, mənəvi dəyərlərə söykənən, torpağına, ailəsinə, yaddaşına sadiq bir varlıqdır. Onun bədii dünyasında insan həm həyatın mənası, həm də bu mənanı dərk edən əsas qüvvə kimi təqdim olunur.

YURD

Azərbaycan ədəbiyyatında yurd, torpaq və vətən anlayışları hər zaman müqəddəs məfhum kimi yaşayıb. Bu duyğular, xüsusilə də yurd həsrəti, həm poeziyada, həm də nəsrdə millətin yaddaşının, ruhunun ifadəsinə çevrilib. Mahirə Nağıqızının hekayələri də bu ruhun daşıyıcısı, milli yaddaşın səsi kimi çıxış edir. Onun yaradıcılığında yurd itkisi, doğma torpağa sevgi və bu sevginin ağrılı nostaljisi həm bədii, həm də mənəvi dəyər qazanır.

Mahirə Nağıqızının hekayələrində yurd sadəcə coğrafi məkan deyil – insanın kimliyidir, ruhunun dayaq nöqtəsidir. Yazıçı qəhrəmanlarını tez-tez uzaqlarda, yad ellərdə yaşadan, lakin ruhən doğma torpağa bağlı saxlayan hadisələr fonunda təqdim edir. Onun qəhrəmanları üçün yurd itirmək – özünü itirməkdir. Bu baxımdan, Mahirə xanımın hekayələrində yurd həsrəti həm fərdi, həm də ümummilli bir ağrı kimi səslənir.

Hekayələrində kənd həyatı, uşaqlıq xatirələri, dağların, bulaqların, torpağın qoxusu bir növ müqəddəs rəmz kimi təqdim olunur. O yerlərə qayıdış arzusu – bəzən real, bəzən xəyali səfər şəklində oxucuya ötürülür. Yazıçı bu arzunu poetik dillə, səmimi ifadələrlə, dərin nostalji ilə təsvir edir.

Mahirə Nağıqızı üçün “yurd həsrəti” yalnız keçmişin xatirəsi deyil – bu, gələcəyə ümidin də ifadəsidir. Onun hekayələrində qəhrəmanlar bəzən o torpaqlara fiziki olaraq qayıda bilmir, amma yaddaşlarında, xəyallarında, dualarında o yerləri yaşadırlar. Hekayələrin dili sadə olsa da, içindəki duyğu qatları çox dərin və təsirlidir.

Bu hekayələrdə yurd itkisi yalnız bir ailənin və ya fərdin dərdi deyil – bütöv millətin ağrısı kimi qavranılır. Yazıçı bu ağrını nə faciəvi, nə də pafoslu şəkildə deyil, incə, səmimi və insanı düşündürən tonla çatdırır.

Mahirə Nağıqızının hekayələrində qadın obrazları xüsusilə diqqət çəkir. Onlar həm ana, həm gözləyən, həm qoruyan, həm də xatırlayan fiqurlardır. Ana və yurd obrazı bir-birinə bənzər şəkildə işlənir – hər ikisi müqəddəs, hər ikisi həyatın mənasıdır. Ana öz balasından, yurd isə öz övladlarından ayrı düşüb. Yazıçı bu paralelliyi hekayələrinin ruhuna o qədər təbii hopdurur ki, oxucu həm ana ağrısını, həm də yurd həsrətini bir ürək döyüntüsü kimi hiss edir.

Yazıçının əsərləri oxucunu həm düşündürür, həm də ruhlandırır. Hər bir hekayə – bir xalqın torpaq sevgisinin, öz kimliyinə bağlılığının, kökdən gələn gücün bədii ifadəsidir.

Mahirə Nağıqızının hekayələrində yurd həsrəti milli yaddaşın canlı forması kimi təqdim olunur. Onun söz dünyasında torpaq sevgisi, doğmalıq duyğusu və yurdun itkisinin acısı birləşərək bədii gücə çevrilir. Bu hekayələr oxucunu həm duyğulandırır, həm də düşündürür – çünki hər bir azərbaycanlının qəlbində bir parça yurd həsrəti var.

İnsan – Ana, insanın düşünməyə vadar edən, daim intizarda saxlayan həsrət – Yurd həsrəti, bütün bunların təzahür vasitəsi- inikası dil – Ana dili.

ANA DİLİ

Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatında özünəməxsus bədii üslubu, duyğusal təhkiyəsi və mənəvi dəyərlərə sədaqəti ilə seçilən yazıçılardandır. Onun hekayələrinin əsas ideya xəttində insanın mənəvi bütövlüyü, yurd sevgisi, milli kimlik və ana dilinə bağlılıq kimi mövzular xüsusi yer tutur. Mahirə Nağıqızının yaradıcılığında ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın, mənəvi yaddaşın və xalqın ruhunun daşıyıcısı kimi təqdim olunur.

Yazıçının hekayələrində qəhrəmanların dili, danışıq tərzi, ifadə üslubu onların kimliyini müəyyənləşdirir. Mahirə Nağıqızının qəhrəmanları doğma dildə düşünür, sevir, ağrıyır və öz varlığını ana dilində ifadə edir. Onun bədii təhkiyəsində dil – xalqın gen yaddaşı, tarixi və mənəvi dayağı kimi görünür. Ana dilinə sədaqət yazıçı üçün milli mənəviyyatın əsas sütunlarından biridir. “İpək köynək” hekayəsi bu baxımdan xüsusilə diqqətəlayiqdir. Onu əhəmiyyətli edən insanın–Ananın hisləri, onun bayatılı dili və ipək – baramaqurdu (“yurd”)  haqqında ötürdüyü faydalı məlumatların əmsalıdır: Sultan üçün söz verdiyim ipək köynəyi almaq istəyirdim. Hesab edirdim ki, bu dəfə Sultanı görəndə “yenə vaxt darlığı imkan vermədi”- deyib, özümü danlamayacaq əvəzində hər dəfə yoldan gələndə özünü üstümə atan balamı ürəklə qucaqlayacaq və az qala, ovcuma yerləşən zeytunrəngli köynəyi təntənə ilə ona təqdim edəcək, ürəyimdəsə nə vaxtsa yazdığım bayatını özüm eşidəcəyim səslə oxuyacam:
Köynəyin kətandımı,
Canına yatandımı…
Mən sənə qurban olsam,
Bu dünya batandımı…”

və ya “Saz havası”na baxaq:

Anamın yanıqlı bayatıları adamın iliklərinə işləyərdi:
Tökmə, surahı tutmaz,
Daşar, günahı tutmaz.
Haqqı olan kəsləri,
Haqsızın ahı tutmaz.
Hər dəfə özünə qapanıb fikirli -fikirli gözləri yol çəkəndə bilirdik ki, yenə xəyallar doğma yurddadır…
1971-ci il idi. Yenə sazaqlı payız qapını kəsdirmişdi. Payız da tələsirdi, anam da.” 

Bu mətndə konkret zaman göstəricisinin olması nümunənin əhəmiyyətini birə on artır. Və yenə bu kiçicik parçada “insan”, “yurd” və “ana dili” anlayışlarının birlikdə gücünü görür və damarlarımızda hiss edirik.

Adət-ənənələrin milli dəyər kimi ortaya qoyulduğu “Sandal” hekayəsindən giriş məqaləsində bir parça təqdim etmişdim. Ümumilikdə Mahirə Nağıqızının bir çox hekayələrində ana dilinə hörmət təkcə obrazların nitqində deyil, müəllifin bədii təsvirində də hiss olunur. O, xalq danışıq üslubunun incəliklərindən, deyimlərdən, atalar sözlərindən, folklor motivlərindən məharətlə istifadə edir. Bu, həm dilin saflığını qorumağa xidmət edir, həm də oxucuda doğmalıq hissi yaradır. Yazıçının fikrincə, dilini sevən insan köklərinə, xalqına və vətəninə sahib çıxmış olur.

Hekayələrində müəllif tez-tez unudulan sözlərə, saf ifadələrə, dilin poetik gücünə qayıdışa çağırır. Mahirə Nağıqızının qəhrəmanları çox vaxt müasir dünyanın yad təsirlərinə qarşı ana dilinə sığınmaqla mənəvi təmizlik tapırlar. Bu mənada, onun yaradıcılığında dil — mənəvi dirçəlişin simvoludur.

Mahirə Nağıqızı ana dilində yazmağı sadəcə ədəbi seçim kimi deyil, milli borc kimi qəbul edir. Onun bədii üslubundakı təmizlik, xalq danışığının canlılığı və dilin obrazlı gücü Azərbaycan dilinin gözəlliyini və dərinliyini nümayiş etdirir. O, hər bir hekayəsi ilə ana dilinə məhəbbəti tərənnüm edir, oxucunu dilinə və milli kimliyinə sahib çıxmağa səsləyir.

Mahirə Nağıqızının hekayələrində ana dili milli ruhun aynası, xalqın yaddaşı və mənəvi varlığın əsası kimi təqdim olunur. Yazıçı oxucuya göstərir ki, ana dilinə məhəbbət – vətənə, xalqa və insana olan sevginin ən saf formasıdır. Onun yaradıcılığı bir daha sübut edir ki, dilini yaşadan xalq heç vaxt unudulmaz, dilini sevən insan isə heç vaxt köksüz qalmaz.

Mahirə Nağıqızının hekayələri müasir Azərbaycan nəsrində sadəliyi, səmimiyyəti və həyat gerçəklərini əks etdirməsi ilə seçilir. Onun hekayələri oxucunu düşündürür, emosional təsir gücü ilə yadda qalır, insanları öz həyatına, dəyərlərinə bir daha nəzər salmağa vadar edir. Bu yazıçının yaradıcılığı həm ədəbi baxımdan, həm də publisistik-estetik məzmun baxımından ədəbi cameəmiz üçün dəyərli töhfədir.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda beşinci – məqalələri haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.

Ardı burada: Mahirə Nağıqızının publisistik məqalələri haqqında

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycanda ədəbiyyat sahəsində verilən ödül

ALQIŞNAMƏ “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Bədii yaradıcılıq sahəsində fərqlənən şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat diplomdan və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur.

Mükafatın ilk laureatı Səma Muğanna olub (№001 21 sentyabr 2025, Bakı ş.).

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızının poeziyası: Sözün sehrində insan ruhu

Mahirə Nağıqızı – 65

Əvvəli burada: Mahirə Nağıqızının bayatıları

İNSAN, YURD VƏ ANA DİLİ

(üçüncü yazı – şeirlər)

Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.

ŞEİRLƏRİ HAQQINDA

Bilirik ki, Azərbaycan poeziyası tarixən zəngin irs, dərin duyğular və mənəvi dəyərlərin ifadə meydanı olub. Bu poeziyada qadın şairlərin yaratdığı poetik dünya isə öz zərifliyi, səmimiyyəti və insana yaxınlığı ilə seçilir. Onlardan biri də müasir poeziyamızda öz dəst-xətti ilə tanınan Mahirə Nağıqızıdır. Onun şeirləri bir tərəfdən həyatın reallığını, digər tərəfdən isə insan qəlbinin gizli qatlarını işıqlandırır.

Azərbaycan ədəbiyyatında vətən mövzusu hər zaman aparıcı xətt olmuşdur. Xüsusilə XX əsrin sonlarından etibarən milli mübarizə, azadlıq arzusu və torpaq sevgisi poeziyanın ən ali ideyaları sırasında dayanmışdır. Bu mənada çağdaş poeziyanın önəmli simalarından biri olan şair Mahirə Nağıqızının yaradıcılığında da vətən sevgisi mərkəzi mövzudur. Onun şeirlərində bu sevgi yalnız romantik duyğularla məhdudlaşmır, həm də milli kimlik, tarixi yaddaş, mənəvi borc və gələcək nəsillərə nəsihət kimi təqdim olunur:

Eşq ilə dikələn dərd sarayıymış,
Başqa cür deyilən hay- harayıymış.
Sənsiz yaşadığım gün haramıymış,
Ömrümün-günümün hər anı sənsən. (Sənsən)

və ya

Dünyadan nə diləyirsən,
Yetişməz kara dünyadı.
Təzim edib baş əyirsən,
Etmə, bekara dünyadı. (Dünyadı)

Mahirə Nağıqızı üçün vətən anlayışı yalnız coğrafi məkan deyil, həm də müqəddəs bir idealdır. Onun poetik dünyasında vətən torpağın özü qədər müqəddəsdir; dağları, çayları, meşələri, kəndləri həm uşaq yaddaşının işığı, həm də mübarizə meydanının izləri ilə doludur. Şairin poetik düşüncəsində vətən sevgisi insana nəfəs qədər vacibdir:

Dünyanın sirri bir, sualları çox,
Boy verən nə qədər… cavab verən yox.
Oğlunun, qızının gözü-könlü tox,
Bir ümid yerinin canı vətəndir. (Vətəndir)

Nağıqızının poeziyasında Qarabağ və Qərbi Azərbaycan mövzusu xüsusi yer tutur. Onun şeirlərində işğal ağrısı, ata yurdunun həsrəti, doğma elin gözüyaşlı xatirələri tez-tez qələmə alınır. Bu misralarda şairin şəxsi dərdi bütöv bir xalqın dərdi ilə qovuşur. Hər misra həm bir nəsil fəryadı, həm də gələcəyə ümid kimi səslənir. Poeziyada torpaq itkisi yalnız nostalji deyil, həm də haqqın, ədalətin bərpa olunacağına inamla ifadə edilir. Qarabağla bağlı olan arzuların artıq həyata keçdiyi bir vaxtda Qərbi Azərbaycan reallığı gündəmə gəlir və hər gün Yurda qayıdış arzusu, istəyi daha da artır:

O da dağ, bu da dağ, ayrı-ayrıdı,
Çayını aparan dərəsi birdi.
Yalında gözləyə, yan-yörəsində,
Yüz ovçu dayana, bərəsi birdi. (Birdi)

Mahirə Nağıqızı çox vaxt vətəni “ana” obrazında təqdim edir. Onun şeirlərində torpaq analıq rəmzi ilə işıqlanır. Bu yanaşma xalqımızın ən qədim köklərinə dayanır – torpaq ana kimi doğur, bəsləyir, qoruyur. Şairin poetik təxəyyülündə vətən həm də şəhidlərin qanı ilə yoğrulmuş müqəddəs məbəd kimi ucalır. Bu barədə birinci – giriş yazımda qeyd etmişdim:

Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir. (Vətəndir)

Şairin vətən sevgisi yalnız poetik duyğuların ifadəsi deyil, həm də vətəndaşlıq mövqeyidir. Onun misralarında oxucuya səslənən çağırış – torpağı qorumaq, milli dəyərlərə sahib çıxmaq, gələcək nəsillərə vətən sevgisi miras qoymaqdır. Mahirə Nağıqızı poeziyası oxucunu yalnız düşündürmür, həm də vətən uğrunda mübarizəyə ruhlandırır:

Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim! (Ana dilim)

Şair Mahirə Nağıqızının poeziyası milli poeziyamızda vətən mövzusunun canlı davamıdır. Onun əsərlərində vətən sevgisi həm emosional, həm də ideya baxımından zəngin ifadə olunur. Bu poeziya oxucunu həm keçmişin ağrı-acılarını anlamağa, həm də gələcəyə inamla baxmağa çağırır. Nağıqızının misraları xalq yaddaşında vətənə sevgi, torpağa sədaqət, milli varlığa hörmət kimi uca dəyərlərin daşıyıcısı olaraq yaşayır:

Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər. (Şəhidlər)

Mahirə Nağıqızı poeziyasında insanın taleyi, zamanın axarı, qadın qəlbinin çırpıntıları, Vətən sevgisi, ana obrazı və sevgi motivləri ön plandadır. O, adi hadisələrə belə fərqli poetik baxışla yanaşır, gündəlik həyatın ən sadə məqamlarında belə bədii məna tapır. Şairin misralarında səmimiyyət, doğmalıq və ruhun saf çırpıntıları üstünlük təşkil edir:

Qıymadın tək yükü Ağam daşıya,
Dayandın fələknən qarşı-qarşıya.
Qorxmadın istidə bişə, qarsıya,
Ayazda, şaxtada dona əllərin. (Əllərin)

Nağıqızının şeirləri həm də milli dəyərlərə söykənir. Onun poetik dünyasında Azərbaycan qadınının zəhməti, sədaqəti, mərdliyi və incəliyi yaşayır. Bu xüsusiyyətlər həm məişət həyatına, həm də fəlsəfi duyumlara hoparaq poeziyada özünəməxsus bir harmoniya yaradır:

Analar içində başdın, xasıydın,
Sözün də, işin də yerli-yerində
Təkcə bizim deyil, el anasıydın,
O adı yaşatdın əməllərində. (Anam üçün Gün)

Mahirə Nağıqızı yaradıcılığında ən çox rast gəlinən və dərinliklə işlənən obrazlardan biri anadır. O, ananı yalnız ailənin dayağı deyil, həm də bütöv bir dünyanın simvolu kimi təqdim edir. Ananın qolları sığınacaq, sözü hikmət, sevgisi isə əbədiyyət kimi qavranılır. Şairin ana, ana dili mövzularında yazdığı şeirlərdə milli dəyərlər, ailə bağları və müqəddəs duyğular poetik biçimdə ifadə olunur:

Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı. (Onun daş nağılı)

Onun poeziyasında Vətən motivləri xüsusi bir vətənpərvərlik notları ilə ifadə edilir. Mahirə Nağıqızı üçün Vətən yalnız coğrafi məkan deyil, həm də mənəvi dəyər, insanın kökü və ruhun dayağıdır. O, şeirlərində torpağın müqəddəsliyini, şəhidlərin xatirəsini, doğma yurda olan sevgini misralara hopdurur. Bu şeirlərdə pafosdan uzaq, səmimi və ürəkdən gələn bir milli duyğu hiss olunur:

Analar ər doğar,oğul böyüdər,
Hər oğul dünyası- nağıl, böyüdər.
Yurdunu sevərlər analar qədər,
Düşmənin qəddini bükər şəhidlər. (Şəhidlər)

Şair Mahirə Nağıqızının poeziyasında ana diliyurd həsrəti mövzuları mühüm yer tutur. Onun poetik dünyası həm fərdi, həm də milli duyğuların qovşağında formalaşır. Mahirə Nağıqızı üçün ana dili sadəcə ünsiyyət vasitəsi deyil, bir millətin varlığının, kimliyinin qorunması deməkdir. O, ana dilinə məhəbbəti, ona olan sədaqəti bəzən ana obrazı ilə eyniləşdirir. Dilin hər bir kəlməsi şairin qəlbində müqəddəs sayılır, onun poeziyasında ana dilinə hörmətsizlik milli yaddaşa xəyanət kimi qiymətləndirilir:

Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!(Ana dilim)

Yurd həsrəti isə Mahirə Nağıqızının yaradıcılığında daha çox nisgil, ayrılıq və xatirə çalarları ilə verilir. Onun misralarında doğma torpağın daşı, çiçəyi, çəməni, bulağı, dağları və təbiəti yalnız fiziki məkan deyil, həm də ruhun, xatirələrin məbədi kimi təqdim olunur. O, yurdundan ayrı düşən insanın halını, qürbətdə çəkilən nisgili poeziyasında canlı obrazlarla təsvir edir:

Yurd yaratdın, xalqıma ev-eşik oldun,
Laylalarla ruhumuza beşik oldun.
Dünyamızın sərhədinə keşik oldun,
Millət etdin el-elatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim! (Ana dilim)

Mahirə Nağıqızının şeirlərində ana dili – yurd – vətən anlayışları bir-birini tamamlayan vahid poetik sistem kimi çıxış edir. Ana dilini qorumaq yurdu qorumaqla eyni dərəcədə müqəddəsdir; yurd həsrəti isə dilin yaşadılması ilə azaldıla biləcək bir nisgildir.

Beləliklə, şairin poeziyasında:

Ana dili millətin varlıq simvolu kimi ucaldılır.

Yurd həsrəti poetik duyğuların aparıcı xəttinə çevrilir.

Hər iki mövzu vəhdət təşkil edərək, oxucuda həm milli kimlik, həm də vətən sevgisi hissini gücləndirir.

Nağıqızının şeirləri həm də insan qəlbinin incə duyğularına toxunur. Eşq onun poeziyasında yalnız sevgi münasibəti deyil, həm də insanı saflaşdıran, ülviləşdirən böyük bir hiss kimi təqdim edilir. O, məhəbbəti bəzən sevinc, bəzən kədər, bəzən də ümidlərlə yanaşı göstərir:

Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan- başa göz yaşıdı “Kərəmi”. (Göz yaşıdı “Kərəmi”)

Mahirə Nağıqızının poeziyasının mühüm özəlliklərindən biri də folklorla bağlılığıdır. Onun şeirlərində bayatı üslubu, xalq deyimlərinin səmimiyyəti və sadəliyi tez-tez görünür (bu barədə əvvəlki yazıda ətraflı söhbət etmişik). Bu da onun poeziyasını oxucuya daha doğma edir. Sadə sözlərin arxasında böyük mənalar gizlənir və oxucu həmin mənaları özü kəşf edir.

Şairin şeirlərində süni pafos, bədii təmtəraqdan çox, həyatın özü var. Onun poeziyası oxucu ilə ünsiyyət qurur, oxucunu düşünməyə, hiss etməyə, öz mənəvi aləminə qayıtmağa sövq edir. Mahirə Nağıqızı sözün gücünə inanır və bu gücü ilə oxucuya təsir etməyi bacarır. Biz bunu onun qələbə münasibətilə qələmə aldığı şeirlərində daha aydın görürük:

Türkə qurban, nə cür aldır bayrağı?!
Bədirlənmiş tək hilaldır bayrağı.
Xankəndində özün qaldır bayrağı,
Bayraq Sənə, Baş Komandan, yaraşır! (Yaraşır)

Mahirə Nağıqızı yaradıcılığı Azərbaycan poeziyasına səmimiyyət, incə duyum və qadın sözünün təmiz işığını gətirir. Onun şeirləri insan ruhunu oxşayır, milli dəyərləri yaşadır və oxucunu öz dərinliklərinə çəkir. Mahirə Nağıqızının poeziyası yalnız bu günün deyil, gələcəyin də poeziyasıdır. Çünki sözün əsl gücü zamana qarşı dayana bilməkdədir.

HAŞİYƏ:

Mahirə Nağıqızının yaradıcılığı, xüsusilə dilinin şirinliyi və  axıcılığı  ilə seçilən şeirləri həmişə diqqət mərkəzində olub. İstər ədəbiyyat tənqidçiləri, istərsə də öz qələm yoldaşları, alim həmkarları zaman-zaman onu yazdıqlarına münasibət bildiriblər və bu proses davam edir. Giriş məqaləsində şeirlərdən söhbət açarkən görkəmli vurğunşünas ədəbiyyatçı alim, tənqidçi Qurban Bayramovun adını şəkmişdim. Onu qeyd edim ki, Qurban Bayramovun Mahirə Nağıqızının yaradıcılığına həsr olunmuş “Söz hikmətindən, ana sevgisindən doğan nəğmələrə…” adlı bir neçə məqalədən ibarət silsilə yazıları (adalet.az – 19.08.2019) dərc olunub.  Bundan əlavə ədəbiyyatçı alimlər; Vüqar Əhməd və Gülbəniz Babayevanın birlikdə yazdılqarı “Poeziya zəfərin təntənəsi kimi” (“Ədəbiyyat qəzeti”.-2022.-12 fevral.S.19.) adlı  məqalə, Ramiz Qasımov və Zülfiyyə İsmayılın birlikdə yazdıqları “Sözün daş nağılı və daş ağırlığı” (“İki sahil”.-2022. – 5 noyabr.-S.6.)  adlı məqalə, Leyla Səfərovanın “Mahirə Nağıqızı yaradıcılığında Qərbi Azərbaycan motivləri” (ikisahil.az – 20 noyabr 2023) adlı məqalə,  Elxan Yurdoğlunun “Çağdaş poeziyamızda zərif meh səsi” (525.az -17.10.24) adlı məqalə, Aynur Qafarlının “Sözün mahir xanımı” (edebiyyatveincesenet.az -31.10.24) adlı məqalə, yenə Ramiz Qasımovun “Şairə Mahirə Nağıqızının bədii söz ustalığı” (olaylar.az – 29 noyabr 2024) adlı məqalə və digər yazılar müxtəlif vaxtlarda dövri mətbuatda dərc olunb. Bütün bu yuxarıda sadaladığım müəlliflərin yazılarında və adlarını çəkmədiyim müəlliflər də həmçinin öz yazılarında ya ayrı-ayrılıqda Mahirə Nağıqızının yaradıcılığında “İnsan”, “Yurd”, Ana dili”, “Vətən həsrəti”  haqqında söhbət açır, ya da məsələyə ümumilikdə münasibət bildirirlər. Mövzu nə olsa da mətləb dəyişmir.

Mahirə Nağıqızının şeirlərinə “İnsan, yurd və ana dili” mövzusuna uyğn müxtəlif səpkili nümunələr əsasında nəzər saldıqdan sonra fikirlərimi kontekstə uyğun yekunlaşdırmaq istəyirəm:

İNSAN, YURD VƏ ANA DİLİ – MAHİRƏ NAĞIQIZININ YARADICILIĞINDA MƏNƏVİ BÜTÖVLÜYÜN ÜÇ SÜTUNU

Mən  “yurdsevərlik” anlayışını məhz bu kontekstdə duyğularla əməllərin çuğlaşması kimi qəbul edirəm. Azərbaycan ədəbiyyatının müasir dövründə öz poetik nəfəsi, milli duyğuları və ruhani dərinliyi ilə seçilən imzalardan biri, deyərdim ki, ən öncüllərindən olan  şair Mahirə Nağıqızının poeziyası yalnız söz zövqünün məhsulu deyil, həm də mənəvi kimliyimizin, milli yaddaşımızın, xalqın ruh aynasının ifadəsidir. Şairin yaradıcılığında insanyurd və ana dili bir-biri ilə sıx bağlı, bir-birini tamamlayan ideya və duyğu mənbələridir. Bu üç mövzu Mahirə Nağıqızının poetik dünyasının əsas fəlsəfi dayaqlarını təşkil edir. Həmişə mərkəzdə insan dayanır:

Doğman zalım olar, içər qanını,
Fələk də eşitməz and-amanını.
Qəlbində əkdiyin eşq fidanını,
Suvar göz yaşınla, nübar gələcək. (Gələcək)

Altı bənddən ibarət olan “Gələcək” şeirinin möhürbənddən əvvəlki (beşinci) bəndinə diqqətlə nəzər saldıqda insanın fitrəti, həyatı, duyğuları, ümumilikdə insanlıq, onun asılılıqları – yaşam fəlsəfəsi  bütün çılpaqlığı ilə gözlər önündə canlanır. Bu canlı visual təsvirləri biz Mahirə Nağıqızının ecaskar dili ilə qəbul edib, görə bilirik.

Nümunələr üzərindən fikrimizi daha da konkretləşdirməyə çalışaq.

İnsan – Yaradıcılığın mərkəzində duran varlıq

Mahirə Nağıqızının poeziyasında insan sadəcə bioloji varlıq deyil, mənəviyyatın daşıyıcısıdüşünən və hiss edən ruh kimi təqdim olunur. O, insanı həm yaradıcı qüvvə, həm də ilahi sevginin təcəssümü kimi dəyərləndirir. Şairin misralarında insanın borcu yalnız yaşamaq deyil, insan kimi yaşamaq, vicdanla, ədalətlə, mərhəmətlə davranmaqdır. İstənilən mövzu üzrə söhbət açan şair insanı əsas obyekt kimi təqdim edir. Bu onun doğmaları (anası, qızı, qardaşı) timsalında, onlara xitabən yazılmış şeirlərindən tutmuş, əsgərə, şəhidə, Ali Baş Komandana müraciətlə yazılmış şeirlərinin hamısında belədir. O hətta quru yarpağı, təravətli çiçəkləri də insan misalında danışdırır, onları dilə tutur, tərənüm edir. İnsan, insan, insan:

Kimdi ox olanı, kimdi yay çəkir,
Kimdi qazan asan, kimdi pay çəkir.
Neçə min ildir ki, ərlər hay çəkir,
Dərdləri cürbəcür, nərəsi birdi. (Birdi)

Və ya

Yay da bitir, indi payız,
Bilinəcək yarpaq-yarpaq.
Xəyallarımız xəzana,
Bürünəcək yarpaq-yarpaq. (Yarpaq-yarpaq)

Bu qədər təbii və səmimi təsvir:

Hər bacıya qismət olmaz neməti,
O, bacının adı-sanı, qiyməti,
Anamızın dizlərinin taqəti,
Dünyasının boyağıdır qardaşım . (Qardaşım)

“Qardaşım” adl bu şeirində Mahirə Nağıqızı ailə; ana, bacı yanında ümumiləşdirilmiş qardaş obrazını böyük ustalıqla yaratmışdır. Dörd misralıq bu bir bənddə üç insan və onların vəhdətindən yaranan Azərbaycan ailəsi, milli dəyərlər, milli kimlik sərgilənir. Və bütün bunların hamısı axıcı, şipşirin bir dillə təsvir olunur.

Və ya şəhidlərlə özü arasında dərin anlamlı səsiz dialoq:

Vətən,qurbanınam- üzdə demədi,
Əməldə göstərdi,sözdə demədi
.
Mahirə,ağlamaq,sızlamaq nədi,
Sənin göz yaşından küsər şəhidlər. (Şəhidlər)


Ümumiyyətlə, onun şeirlərində insanın ağrısı, ümidi, qorxusu və sevgisi bir-birinə qarışır, bəşəri dəyərlərlə milli duyğular birləşir. Mahirə Nağıqızı üçün insan ruhunun kamilliyi — Tanrıya, Vətənə və dilə sadiqliklə ölçülür.

Yurd – kimliyin başlanğıcı və dönüş nöqtəsi

Mahirə Nağıqızının şeirlərində yurd anlayışı sadəcə coğrafi məkan deyil, mənəvi ana beşiyikökün və yaddaşın rəmzi kimi təqdim olunur. O, Vətən sevgisini pafossuz, səmimi və ruhani tonda ifadə edir. Şairin misralarında dağların əzəməti, kəndin sükutu, torpağın qoxusu, elin xatirəsi bir bütöv yurd obrazı yaradır. Lap körpəlikdən yaddaşına həkk olunmuş bayramlar, adətlər, gözünün önündən getməyən milli geyimlər, uşaq vaxtı oynadığı oyunlar, dərdiyi çiçəklər hamısı onun üçün yurdu, qürbətdə qalmış vətəni xatırladır:

Yüz hikməti bir dağında,
Sınmam dağın qabağında.
Tanrı olan tabağında,
Düzdü mənə çiçək-çiçək. (Çiçək-çiçək)

Və ya

Kəsik duaları sığışmaz yerə,
Ün salmaz, sakitcə hopar göylərə.
Dur ayaq üstündə, yeri, Mahirə,
Qış çıxıb gedəcək, bahar gələcək. (Gələcək)

Yurd Mahirə Nağıqızı üçün həm doğmalığın, həm də həsrətin ünvanıdır. O, uzaqda olan, unudulan, dağıdılan yurdlara ağrıyla baxır, amma ümidi və inamı heç vaxt itirmir. Onun poeziyasında yurd sevgisi, insanın kimliyinə, dilinə və tarixə bağlılığının göstəricisinə çevrilir.

Ana dili – ruhun səsi, yaddaşın qapısı

Mahirə Nağıqızının yaradıcılığında ana dili mövzusu xüsusi yer tutur. O, dili yalnız ünsiyyət vasitəsi kimi deyil, ruhun, düşüncənin, milli yaddaşın ifadəsi kimi dəyərləndirir. Ana dili onun üçün həm müqəddəs emanət, həm də mənəvi qaladır:

Yurd yaratdın, xalqıma ev-eşik oldun,
Laylalarla ruhumuza beşik oldun.
Dünyamızın sərhədinə keşik oldun,
Millət etdin el-elatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
* * *
Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın,
Füzilinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim. (Ana dilim)

Şairin misralarında dilin gözəlliyi, zənginliyi və qorunmasının vacibliyi vurğulanır. O, sanki oxucuya səslənir: “Dilimizi yaşatmaq – varlığımızı yaşatmaqdır.” Mahirə Nağıqızı üçün dilin saflığı, onun xalqın ruhuna uyğun təmiz saxlanılması mənəvi borcdur.

Üçlükdə bir bütövlük (yurdsevərlik)

Mahirə Nağıqızının poeziyasında insan, yurd və ana dili bir-birindən ayrılmaz mənəvi üçlük təşkil edir. Bu üç dəyər arasında dərin əlaqə vardır: dilsiz insan köksüz ağac kimidir, yurdsuz insan köksüz dağ kimidir. Şairin baxışında insanın mənəvi bütövlüyü yalnız öz dilinə, torpağına və ilahi mənşəyinə sadiq qalmaqla mümkündür.
Ona görə də Mahirə Nağıqızının yaradıcılığı təkcə poetik mətnlərdən ibarət deyil, həm də bir mənəvi vətənçilik – yurdsevərlik  manifestidir.

Mahirə Nağıqızının yaradıcılığı Azərbaycan ruhunun diriliş çağırışıdır. Onun poeziyası bizə insanın mahiyyətini, yurd sevgisinin müqəddəsliyini, ana dilinin ilahi dəyərini xatırladır.
Bu poeziyada söz təkcə ifadə vasitəsi deyil, ruhun nəfəsidir. Hər misrada bir çağırış, hər sətirdə bir dua var:
İnsanı unutma, yurdu qoruyun, dili yaşadın!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda dördüncü – hekayələr haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.

Ardı burada: Mahirə Nağıqızının hekayələri – həyat həqiqətlərinin ədəbi ifadəsi

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Alqışnamə — Azərbaycan ədəbiyyatında və folklorunda işlənən bir anlayışdır

Zaur Ustac – Azərbaycan şairi alqış edərkən

Alqışnamə — Azərbaycan ədəbiyyatında və folklorunda işlənən bir anlayışdır. Sözün kökü “alqış” (алғыс, алхыс, алхыш, alxış, алкыш) dan gəlir. Alqış — xeyir-dua, uğur diləyi, yaxşı söz, bərəkət arzusu deməkdir. Ona görə də alqışnamə (алғыснама, алкышнама) — alqışların toplanmış halda verildiyi mətn, kitab və ya şifahi söyləmələr toplusudur.

Digər türk dillərində:

Алғыснама – Qaraqalpaq (Қарақалпақ) dilində

Алкышнама – Qırğız (Кыргыз) dilində

Əsas xüsusiyyətləri:

  • İnsanlara, təbiətə, əməyə və gözəl işlərə yönələn xeyir-dualar, arzular toplusudur.
  • Əks-mənalı “qarğış”a qarşı qoyulur. Qarğış nifrət və bəd dua kimi qəbul olunursa, alqış isə müqəddəs söz, bərəkət çağırışı sayılır.
  • Folklorumuzda toy mərasimlərində, körpə doğulanda, yola çıxanda, ev tikiləndə, yeni işə başlayanda deyilən alqışlar geniş yayılıb.

Məsələn, ənənəvi alqışlardan bəziləri:

  • “Allah səni xoşbəxt eləsin!”
  • “Yolun açıq olsun!”
  • “Ocağın uca olsun!”
  • “Bərəkətli ömrün olsun!”

Beləliklə, alqışnamə həm folklor nümunəsi, həm də mənəvi-mədəni sərvətimizdir.

Qeyd:

ALQIŞNAMƏ – “Yazarlar” jurnalı tərəfindən ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində fərqlənən şəxslərə təqdim olunan mükafat kimi də bilinir.

Zaur Ustac – “Üzeyir Hacıbəyov – 140” pdf

Məlumatı hazırladı: Günnur AĞAYEVA,

NAMİQ HACIHEYDƏRLİNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru