Mahirə Nağıqızının bayatıları

Mahirə Nağıqızı – 65

Əvvəli burada: >>> Mahirə Nağıqızının 65 illiyinə

İNSAN, YURD VƏ ANA DİLİ

(ikinci yazı – bayatılar)

Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığı yerdən davam etdirək.

Azərbaycan xalq poeziyasının ən möhtəşəm incilərindən biri bayatıdır. Dörd misralıq, lakonik formaya malik olsa da, bayatı minilliklərin yaddaşını, xalqın dərdini, sevincini, amalını özündə cəmləyən zəngin bir xəzinədir. Bu poeziya janrında hər sözün çəkisi var, hər misranın arxasında bir dünya dayanır. Məhz bu səbəbdəndir ki, bayatı xalqın ruhunu, milli varlığını qoruyub saxlayan müqəddəs söz yadigarı kimi yaşayır və bu gün də çağdaş şairlərin yaradıcılığında öz bədii-estetik gücünü qorumaqdadır.

Azərbaycan ədəbiyyatının zəngin folklor xəzinəsində xüsusi yer tutan bayatılar əsrlər boyu xalqın ruhunu, ağrısını, sevincini, hikmətini özündə yaşadıb. Bu qədim janr həm xalqın yaddaşını qoruyur, həm də bədii təfəkkürün saf forması kimi nəsillər arasında körpü yaradır. Müasir poeziyada da bu milli irsin davamçıları var. Onlardan biri də istedadlı şairə Mahirə Nağıqızıdır — onun bayatıları həm milli ruhu yaşadır, həm də müasir insanın düşüncə və duyğularını ifadə edir.

Mahirə Nağıqızının bayatı yaradıcılığı, ilk növbədə, xalqın səsinə, təfəkkür tərzinə söykənir. O, bayatılarda xalqın dilini, onun metaforik düşüncə tərzini, ruhunun incə titrəyişlərini duymağı bacarır. Onun bayatıları el dili ilə yazılsa da, orada dərin mənəvi qatlar, fəlsəfi duyğular, vətən sevgisi və insan təbiətinə xas saf hisslər gizlənib.

Mahirə Nağıqızının bayatıları ilk növbədə xalq ruhunun daşıyıcısıdır. Onun bayatılarını oxuyanda elə bil qədim ozan nəfəsi, aşıq səsi duyulur. Hər misrada səmimiyyət, hər ifadədə təbiilik özünü göstərir. Bu bayatılarda sevgi də var, həsrət də, qəhrəmanlıq da, ana torpağa – dilə  bağlılıq da. Şairə xalqın yaratdığı bu miniatür formanın imkanlarından məharətlə istifadə edir, az sözlə dərin mənanı çatdırmağı bacarır:

Sordum yaşını, dünya,
Çatma qaşını, dünya.
Kimi kəsdi göbəyin,
Kimi başını, dünya.

Bu kimi bayatılar sadə görünür, amma arxasında bir xalqın sevgi fəlsəfəsi, gözlənti mədəniyyəti və təbiətlə vəhdəti dayanır. Şairə xalq danışığının ruhunu qoruyur, lakin onu müasir bədii düşüncə ilə birləşdirir.

Mahirə Nağıqızı bayatı formasına yeni nəfəs gətirən sənətkarlardandır. O, ənənəvi poetik ölçüləri saxlayaraq müasir insanın duyğularını, qadın qəlbinin sükutlarını və dövrün ağrılarını ifadə edir. Onun bayatıları sanki həm keçmişin səsi, həm də bu günün nidasıdır.

Bu yaradıcılıqda ana, dil, yurd və sevgi motivləri əsas yer tutur. Bayatılarda ana obrazı müqəddəslik rəmzidir, dil və yurd isə kimliyin təməlidir. O, hər bir sözündə milli ruhun daşıyıcısı kimi çıxış edir.

Mahirə Nağıqızının bayatıları oxucuya həm sükunət, həm də mənəvi dərinlik bəxş edir. Onlarda nə süni pafos var, nə də bəzəkli ifadə — hər şey səmimi, təbii və yığcamdır. Bu, həm də şairənin sənətkarlıq ustalığını göstərir: az sözlə çox məna demək bacarığı onun poeziyasının əsas gücüdür. Onun bayatıları yalnız dil-üslub baxımından deyil, mənəvi və fəlsəfi yükünə görə də diqqət çəkir. Bu bayatılarda insan anlayışı — onun daxili aləmi, mənəvi kamilliyi, sevinc və kədəri, vicdanı və taleyi — əsas mövzulardan biri kimi ön plana çıxır.

İNSAN

Mahirə Nağıqızının bayatıları insanın mənəvi bütövlüyünə, onun varlıq anlamına işıq tutur. Şair üçün insan yalnız bioloji varlıq deyil, düşünən, duyan, yaradan bir ruhdur. Onun bayatılarında insanın Tanrıya yaxınlığı, vicdanla yaşamın dəyəri, halallıq və mərhəmət kimi anlayışlar əsas yer tutur.
Məsələn, belə bir bayatıda bu düşüncə aydın duyulur:

Dayanıb marığında
Gülləsi darağında
Fələk, yenə gəzirsən
De kimin sorağında

Bu misralarda insanın təbiətə, həyata və sevgiyə bağlılığı poetik dildə ifadə olunur. Mahirə Nağıqızı üçün insan həm ağrıdan, həm sevgidən doğulur — yəni onun kamilliyi sınaqlardan keçir.

Mahirə Nağıqızı insanı təkcə sevgi və duyğu varlığı kimi deyil, məsuliyyət daşıyan bir varlıq kimi təqdim edir. Onun bayatılarında insan öz əməllərinə, sözünə və davranışına cavabdehdir. Bu, Azərbaycan xalq poeziyasının mənəvi qaynaqları ilə səsləşi:
Fələk, yenə gəzirsən
De kimin sorağında.


Bu bayatıda insanın mənəvi mühakimə mərkəzi kimi vicdan anlayışı ön plana çıxır. Şair insanı içindəki səsə qulaq asmağa, düz yol seçməyə çağırır.

Mahirə Nağıqızının bayatılarında insan təbiətdən ayrı deyil — o, təbiətin bir parçası, onun canlı simasıdır. Dağ, çay, külək, quş, gül, dəniz kimi təbiət obrazları insanın daxili halını ifadə edən poetik vasitələrdir. Bu son iki misranın təsirində qıvrılarkən (sözün əsl mənasında – 06.10. 2025 saat 04:48) lap çoxdan “Bilsin” adlı şeirimin son iki misrasını qeyri – iradi xatırlayıram: Dünyadan nə gəlsə bizə, Arar bizi, bizi bilsin…

Maraqlıdır ki, filologiya elmləri doktoru, professor Zahid Xəlil Mahirə Nağıqızının bayatılarını ayrıca təhlil etdiyi geniş məqaləsində bu bayatı haqqında özünün xüsusi qənaəti olduğunu bildirir: – “Mahirə xanım bəzi bayatılarında sonda deyiləcək fikri əvvəlki misralara gətirməklə diqqəti cəlb edir.
İlk iki misranı oxuyanda gözümüzün qabağına belində patrondaşı, çiynində tüfəngi olan,ovunu izləyən (ovunun marığında dayanan) ovçu canlanır. Son iki misra isə taledən,onun qəzavü qədərindən danışır.Bu bayatılar göstərir ki, şair folklor ənənələrini izləməklə yanaşı ondan korkoranə bəhrələnmir, xalq ədəbiyyatına yaradıcı yanaşır.”

Məncə ümumi qənaət burada insanın təbiətlə eyni taleyi yaşaması, onun hisslərinin təbiət hadisələri ilə səsləşməsi duyulur.

Mahirə Nağıqızının bayatılarında insan həm bəşəri, həm milli dəyərlərin daşıyıcısıdır. O, xalqın vicdanını, sədaqətini, mərhəmətini və azadlıq istəyini öz varlığında cəmləyir. Şairin poetik dünyasında insan Tanrı ilə, təbiətlə, vətənlə və öz vicdanı ilə daim dialoqdadır. Mahirə Nağıqızının bayatıları oxucunu daha saf, daha düşüncəli və daha mərhəmətli insan olmağa səsləyir.

YURD

Azərbaycan poeziyasında bayatı janrı xalqın ruhundan, yaddaşından süzülüb gələn bənzərsiz bir ifadə formasıdır. Hər bir bayatıda həm sevinc, həm nisgil, həm də Vətənə bağlılıq duyğuları öz əksini tapır. Mahirə Nağıqızının yaradıcılığında da bu ənənə müasir tərzdə davam etdirilir. Onun bayatılarında yurd və vətən həsrəti aparıcı xətt kimi keçir və oxucunu dərin duyğular aləminə aparır.

Mahirə Nağıqızı Vətəni təkcə torpaq, dağ, çay kimi deyil, ana yurdmənəvi dəyərlərxalqın ruhu kimi görür. Filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynov Mahirə xanımın bayatıları haqqında yazdığı geniş təhlil məqaləsində bu məqamı xüsusi vurğulayır: –  “Təbiətə, ana yurda tükənməz sevgi Mahirə Nağıqızının bayatı yaradıcılığının əsas leytmotivlərindən biridir.”  Onun bayatılarında doğma yurddan uzaqlıq, itirilmiş kəndlərin, dağların, obaların həsrəti sətirlərin arasından boylanır. Bu həsrət bəzən sakit bir sızı kimi, bəzən isə alovlu bir fəryad kimi duyulur:

Hər yanın çeşmədi, dağlar,

Suların seçmədi, dağlar.

Dünyada çox şeydən keçdim,

Bir səndən keçmədim, dağlar.

Bu kimi bayatılar sadəcə kədər ifadə etmir, həm də Vətən sevgisini qorumaq, onun azadlığına inamı itirməmək kimi bir çağırış daşıyır. Mahirə Nağıqızının söz dünyasında yurd həsrəti ilə yanaşı, dönməz ümidxalqın ruh gücü və torpağın müqəddəsliyi də yer tutur.

Onun bayatıları həm də köklərə bağlılıqdoğma elin unudulmaması ideyası ilə zəngindir. Bu bayatılarda yurdun hər daşı, hər çiçəyi, hər nəfəsi doğmadır, müqəddəsdir:

Qismətim ilmədi, dağlar,

Qəm yazdı, silmədi, dağlar.

Dərdim anamdan savay,

Kimsənə bilmədi, dağlar.

Təkcə bu bayatı haqqında səhifə-səhifə yazılar yazmaq olar. Və ya mənim bu sicilləmə yazımı elə bu dörd misra tam əvəz etmək qüdrətindədir. Bu bayatıda ilk növbədə Tanrı misalı Dağlara xitab (bu barədə “Dağlar” haqqında olan məqaləmdə Dədə Ələsgərin “Dağlar”ı üzərindən geniş yazım var) diqqət çəkir. Bayatının məzmununa gəlincə bu dörd misrada insan da var, yurd da var, dil də.  Bu misralarda təkcə həsrət deyil, həm də dönüş arzusunun poetik inikası görünür. Şairin ruhu doğma yurdsuz tam ola bilmir, sanki onun nəfəsi də Vətən havasına bağlıdır. Bu bayatıda bir fərd –  insan öz şəxsi problemləri ilə barabər Yurdun harayına qalxır və bu nisgili özünəməxsus kəlmələrdən ibarət dili ilə anladır.

Beləliklə, Mahirə Nağıqızının yurd həsrətli bayatıları Azərbaycan xalqının tarixi yaddaşını, torpaq sevgisini, milli ruhunu yaşadan mənəvi xəzinədir. Onun bayatılarında yurd həsrəti – həm bir xalqın ağrısı, həm də ümidi kimi səslənir. Ancaq bütün hallarda böyüklüyündən asılı olmayaraq, istənilən dərdin, nisgilin, bəlanın izharında milli mənsubiyyət, mərdanəlik, qürur özünü bariz şəkildə göstərir:

Eləmə,naşı dillənər
Hər kəlməbaşı dillənər
Deməyə kəlmə tapmaram
Gözümün yaşı dillənər.

Bu barədə giriş məqaləsində qısa bir qeydim var idi. Zahid Xəlil Mahirə Nağıqızının bu bayatısı haqqında belə yazır:

“Bu gün Mahirə xanımın bir bayatısını oxudum. Oxudum və düşündüm.Yadıma saldım ki,bayatı poetikasının başlıca xüsusiyyətlərindən biri geniş və ibrətamiz bir hadisəni cəmi dörd Mahirə Nağıqızı Azərbaycan xalq ədəbiyyatının dərin köklərindən qidalanan, milli ruhu, vətən sevgisini və dilə sədaqəti yaradıcılığının əsas xəttinə çevirən istedadlı şairlərimizdəndir. Onun bayatıları sadəcə poetik nümunələr deyil, həm də xalqın mənəvi dünyasının, milli kimliyinin ifadəsidir.” Xüsusilə ana dili mövzusu Mahirə Nağıqızının bayatılarında həm mənəvi, həm də milli bir amal kimi ön plana çıxır.

Mahirə Nağıqızı üçün ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli mənsubiyyətin, mənəvi varlığın əsas daşıyıcısıdır. Onun bayatılarında dil – ana kimi müqəddəsVətən kimi doğmaxalq kimi əziz bir dəyər kimi təqdim olunur. Şair ana dilini sevgi, qürur və məsuliyyət duyğuları ilə tərənnüm edir.

Məsələn, bu ruhu ifadə edən bir bayatısında belə deyilir (tipik Mahirə Nağıqızı üslubunda):

Bilmədi, naşıdı , qaldı,

Dərdimi daşıdı qaldı.

Bu dərdə kimsə qalmazdı,

Gözümün yaşıdı, qaldı.

Məhərrəm Hüseynov bu barədə yazır: – “ M.Nağıqızın dil lakonikliyi sintaktik qəlblərin obrazlaşdırma üsullarından biridir. Bu üsul daxilində mükəmməl leksik boyalar poetic təfəkkürün gücü ilə şairin daxili məzmununa. Simmetriya və ümumiyyətlə bədii mükəmməlliyinə çökür.”

Bu cür bayatılarda dilin qorunması, saf saxlanılması milli borc kimi göstərilir.

ANA DİLİ

Zahid Xəlil bayatılar haqqında olan məqalıəsində bayatıların dili haqqında yazır:

“Şairin bədii dilində maraqlı bir çeviklik var. Mahirə xanımın bayatılarından biri belədi:
Baxma ki,daşdı yolların
Dərə, düz aşdı yolların
Fikir etmə qurban olum
Hamıdan başdı yolların

İlk iki misra sevimli adamın ünvanına gedən adi yollardır. Bu misralar müstəqim mənada işlənib. Sonrakı iki misra məcazi məna kəsb edir:
Fikir etmə,qurban olum
Hamıdan başdı yolların.

Bu misralarda yoldan yox, sevgidən söhbət gedir. Sənin yolun (gəlişin, təbəssümün, məktubun, ismarıcın və s.) hamınınkından başdı! Evinə gedən yollar daş kəsək olsa da sevgin yüksəkdi.
Beləliklə “Yol”sözü poetik mərtəbəyə yüksəlir.”

Mahirə Nağıqızının poetik düşüncəsində ana dili xalqın tarixi yaddaşı ilə birləşir. O, bayatı forması ilə qədim xalq ruhunu yaşadır, eyni zamanda dilin köklərinə, onun saflığına və qədimliyinə diqqət çəkir. Bayatılarında hər bir söz sanki dilin yaddaşından gəlir, xalqın keçmişini yaşadır:

Görmədim qar, amandı,

Həsrətim qaramandı.

Istanbul yolum üstü.

Gözləyən Qaramandı.

Burada dilin itməsi xalqın ruhunun zədələnməsi kimi təqdim olunur.

Mahirə Nağıqızının bayatılarında ana dili mövzusu çox zaman ana obrazı ilə vəhdətdə verilir. Ana dili — ana südü, ana nəfəsi, ana laylası ilə eyniləşdirilir. Bu, dilə olan sevginin kökündə mənəvi bağlılığın dayanmasından xəbər verir:

Əlinin canı, gəlmişəm,

Vəlinin canı, gəlmişəm.

Ay ana, laylan dərmanım,

Ver dərmanı gəlmişəm.

Mahirə Nağıqızının bayatı yaradıcılığında ana dili mövzusu həm milli ideya, həm də mənəvi təməl kimi çıxış edir. Onun üçün dil — xalqın ruhudur, kimliyidir, yaşamaq haqqıdır. Şair bu mövzu ilə oxucusuna bir mesaj verir: ana dilini sevmək – ana torpağı, ana ruhunu qorumaq deməkdir.

Bu baxımdan, Mahirə Nağıqızının bayatıları həm poetik, həm də publisistik məzmun daşıyır – onlar çağırış, xəbərdarlıq və eyni zamanda sevgi nəğməsidir.

Mahirə Nağıqızının bayatı yaradıcılığı həm folklorun davamı, həm də müasir poeziyanın bədii yüksəlişidir. Onun bayatıları xalq ruhunun bu günə daşınmış şəklidir. Bu əsərlər bir daha sübut edir ki, Azərbaycan bayatıları nə qədər qədim olsa da, müasir insanın qəlbində yaşayır və yenidən doğulur. Mahirə Nağıqızının bayatılarını fərqləndirən əsas cəhətlərdən biri onların qadın ürəyinin səsi olmasıdır. O, qadın duyğularını, qadın zərifliyini, ana yanğısını bayatılara hopdurur. Bu səbəbdən də onun bayatıları həm yumşaq bir lirik duyğu ilə, həm də qətiyyətli bir üsyanla səslənir. Həm sevgi doludur, həm də milli qeyrət hissi ilə yoğrulub:

Bir parça daş Vətəndir,

Hər şeydən baş Vətəndir.

Nənəm, ay Nazlı anam,

Bacıya qardaş Vətəndir.

Şairənin bayatı yaradıcılığında ana,  vətən mövzusu xüsusi yer tutur və qoşa addımlayır. O, bu qədim janr vasitəsilə xalqın keçmişini, azadlıq arzularını, milli kimliyini – mənsubiyyətini  ifadə edir. Onun bayatıları oxucuya sadəcə bir poetik mətn təsiri bağışlamır, həm də milli yaddaşın diriliyini göstərir.

Mahirə Nağıqızının bayatılarına publisistik prizmadan yanaşdıqda, onları milli-mənəvi dəyərlərin təbliği, xalqın mənəvi enerjisinin qorunması baxımından mühüm hadisə kimi qiymətləndirmək olar. Bayatı, sözün ən yığcam, amma ən təsirli formasıdır. Mahirə Nağıqızı bu formadan publisistik güc kimi  xalqı oyatmaq, milli kimliyi qorumaq, gənc nəsli ana dilinə, folklor köklərinə bağlamaq üçün böyük ustalıqla, xüsusi məharətlə istifadə edir.

Mahirə Nağıqızının bayatı yaradıcılığı yalnız bir şairin şəxsi uğuru deyil, həm də xalq poeziyasının davamlılığı və yaşarlığı deməkdir. O, bayatını müasir düşüncə ilə yoğuraraq həm klassik ənənəni yaşadır, həm də bugünkü oxucunun ruhuna yaxınlaşdırır. Bu mənada onun bayatıları milli söz dünyamızın işıqlı səhifələrindən biri kimi dəyərləndirilməlidir.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda üçüncü – şeirlər haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.

Ardı burada:>>>Mahirə Nağıqızının poeziyası: Sözün sehrində insan ruhu

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əlisəmid Kür “Ata” şeiri

Əlisəmid Kür “Ata” şeiri – öz ifasında:

Söz və səs: ƏLİSƏMİD KÜR

MƏTANƏT VAHİDİN YAZILARI

ƏLİSƏMİD KÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ALQIŞNAMƏ

ALQIŞNAMƏ “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Bədii yaradıcılıq sahəsində fərqlənən şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat diplomdan və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur.

Mükafatın ilk laureatı Səma Muğanna olub (№001 21 sentyabr 2025, Bakı ş.).

2025 – Cİ İL:

  1. SƏMA MUĞANNA № 001 21.09.2025. BAKI.
  2. MAHİRƏ NAĞIQIZI № 002 25.10.2025. BAKI.

2026 – CI İL:

  1. Sədulla Şirinov № 003 06.02.2026. BAKI.
  2. Nurboyev Muqimjon № 004 21.03.2026. BAKI.


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xəlil Mirzənin – Xəlil Mirzəmməd oğlu Xəlilovun – şeirləri

Bu dəli küləyin…

…Bu dəli küləyin yalından tutub
Uçuram yoxluqdan sənliyə sarı.
Şirin bir xəyalın əlindən tutub
Uçuram kədərdən şənliyə sarı.

Bu külək taleyin çərpələngidir,
Fırladır zamanın olaylarını.
Telləri tellərin- göydə rəqs edir,
Yaradır səadət halaylarını.

Bu dəli küləyin səsinə qurban!
Necə coşquludur, qəhqəhən kimi.
Eşqinə, nəfsinə, bəhsinə qurban!
Necə də yaraşır sənə sən kimi.

Bu dəli küləyə bir namə verdim,
Aparıb çatdırsın sənə əlbəəl.
Köksümdə nə vardı, mən ona verdim,
Köksünə yerləşdir, sən əvvəl-əvvəl.

Bu dəli küləyin ağlına qurban!
Necə zamanında dadıma yetdi.
Özgəyə getməsin ağlın, a qurban!
Aldı məktubumu, adına getdi.

15.07.2025.

Eşqimizin

Bu son görüş oldu, qərar verən sən,
Bu gündən qoydun sən son eşqimizə.
Parladı Gün kimi, soldu gül kimi,
Can, min kərə can, can eşqimizə.

Bu gündən həsrətin nökəri olduq,
Acı xatirələr şakəri olduq.
Bu gün belimizin bükəri oldu,
Buludlar yağdırdı qan eşqimizə.

Həsədlə baxardı bizə sevənlər,
Bəlkə gətirdilər gözə sevənlər?!
Daha söyləməzlər üzə sevənlər
“Fidan” eşqimizə, “şan” eşqimizə.

Bitdi macəralar, bitdi nağıllar,
O nazlı, o məsum, isti nağıllar.
Sevdalı günlərlə itdi nağıllar,
Ha sızla, ha odlan, yan eşqimizə…

11.07.2025.

Həsrət yağışı

Bu, həsrət yağışı, bu, qəm yağışı,
Bu, əzab yağışı, sitəm yağışı.
Çəkib ürəyimə son damlayatək
Elə gözlərində tutam yağışı.

Təki taleyinə yağmasın sənin,
Təki qəhər olub boğmasın səni.
Təki gözlərini sağmasın sənin-
Özüm dəryasında batam yağışın.

Yolun aşıq olsun, bəxtin bəxtəvər,
Daha çəkməyəsən qüssə, qəm, kədər.
Sənə dua edib ölənə qədər
Ölüb, gözlərində itəm yağışın.
08.07.2525.

Təbrizim

Yenə sinən oldu sipər yadelli həmləsinə,
Düşmən olsan da hərçənd, hər yeni “hərb” kəlməsinə.
Bilirəm, dözəcəksən bu xəyanət cümləsinə,
Ay mənim yaraşıqlı, “Cənnəti-İrəm” Təbrizim!
Yolunda hər cəfaya mən müntəzirəm, Təbrizim!

Nifaq salıb haqqa yenə keçisaqqal mollalar,
İslamı pərdə ediblər özü baqqal mollalar,
Başı boş, nəfsi iti, bu oğru, çaqqal mollalar.
Səninlə bir olanla mən də əlbirəm, Təbrizim!
Azadlıq carçısıyam, azad şairəm, Təbrizim!

Bir ovuc farsa edir xidməti bu qanlı rejim,
Özünü mömin sayır bu erməni yönlü rejim.
Ulu Türkün xofundan hər an gözü qanlı rejim
Çəkəcək cəzasını, hökmən, bilirəm, Təbrizim!
Səni candan sevəni candan sevirəm, Təbrizim!

Sən möhtəşəm bir qalasan, minillik tarixinlə,
Adəmin məskənisən, sən özəllik tarixinlə.
Qovşarsan nəhayət, öz əzəllik tarixinə-
Sən əsir olduqca gər, mən də əsirəm, Təbrizim!
Zülmün zənciri çürük, mən dəxi şirəm, Təbrizim!
17.06.2025.

Nəvəm nağıl söyləyir

Səhər, axşam- hər zaman,
Dayanmadan, durmadan
Nağıl istəyən nəvəm
Daha məni dinləmir.
Özü nağıl uydurur,
Özü qəhrəman seçir,
Özü nağıl söyləyir.

Daha divin yolunu
Məlikməmməd kəsməyir.
Cırtdan hər addımbaşı
Böyüklərdən küsməyir,
Böyükləri aldatmır,
Böyükləri pusmayır.
Yeddibaşlı əydaha
Daha od püskürməyir.

Onun qəhrəmaları
Ya “Hörümçək adam”dır,
Ya da “Betman”dır, nədir.
O qəhrəman adları
Heç yadımda qalmayır.
Onun uydurmaları
Tükənməyir, bitməyir.
Məndən nağıl istəyən
Mənə nağıl söyləyir.

Yaxşımı bu, pismi bu,
Qərar verə bilmirəm.
Bir onu bilirəm ki,
Mən nağıl söyləmirəm,
Nəvəm nağıl söyləyir.
Nəvəm nağıl uydurur,
Mən də ki… dinləyirəm…
09.06.2025.


Çıxdım yollara…

…Yenə xəyallanıb çıxdım yollara,
Axıb xatirələr gölünə düşdüm.
Zindan ağırlığım məndən boşalıb,
Yenə kəndimizin yoluna düşdü.

Yenə də bu yolda düşdüm izimə,
Məni neçə kərə kəndə yetirib.
Neçə pərvazlanan arzu daşıyıb,
Ümidə, ünvana, bəndə yetirib.

Çılğın arzuların ilk ünvanıdır,
Qoynunda min sevgi yaşadır kəndim.
Çiyninin qayğısı ulduz sanıdır,
Ülvi adətlərin yaşıdır kəndim.

Kəndimin min şəhər sevgisi vardır,
Şəhərin bir kəndlik sevgisi yoxdur.
Hər kəndin şəhərdə güzgüsü vardır,
Şəhərdə bir sevgi güzgüsü yoxdur.

Şəhərin kəndimə can borcu, qucaq-
Taleyin ən gerçək oyunu budur.
Şəhərin dərdlərin kəndim udacaq,
Şəhər yaranandan pis oynçudur.

…Yenə xəyallanıb çıxdım yollara,
Ruhum hara uçur, səfərim ora…
03.05.2025.

Uduzdum

Yenə bir yuxu gördüm,
şirin, aydın, dumansız.
Bunu fikirləşməmişdim,
O biri yuxularım kimi
ssenarisini yazmamışdım,
mövzusunu seçməmişdim.
Plansız, filansız
gəldi yuxuma o qız.

Yerə, göyə,
Yerdə, göydə nə varsa
and içmişdim hər şeyə-
Onu unudacaqdım,
ondan qisas alacaqdım.
Hər fitnəyə əl atacaq,
lazım gəlsə,
əzrayılın özü ilə
ittifaq da quracaqdım…
Yəqin o, daha müqəddəs
nərələsə and içib,
daha güclü sirrlərlə
sövdələşə bilib.
Uduzdum…
01.05.25.

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc – Ben

Asi Nehrin Kayıp Kızı!

Sana çok şey anlatmak isterdim ama ağzımı açacak ne isteğim ne de gücüm var.

Sonra düşündüm: Sana ne söyleyebilirim?

Söylesem de söylemesem de senin için bir fark yaratmayacağını biliyorum.

Bu yalancı baharda hor görüleceğimi biliyorum.

Sana neler yaşadığımı, her asrın israfıyla nasıl yaşadığımı nasıl anlatabilirim?

Dilimdeki her kelime bal yerine zehre dönüştü.

Yas tuttuğum her haksızlığın acı tadı ağzıma yerleşti.

Ağlasam mı, gülsem mi, yoksa ölsem mi bilmiyorum.

Acımı paylaşacak kimsenin olmadığı bu dünyada ne diyeceğimi bilmiyorum.

Üzüntü, nankörlük, umutsuzluk ve pişmanlıkla çok iyi arkadaş olduk.

Bu çiçekli dünyada kapana kısılmışım.

Sanki erken doğmuşum ya da boşuna doğmuşum gibi hissediyorum.

Ah, kalbim, ağzımın ne kadar mühürlü olduğunu bir bilsen.

Benim için çok savaştığını biliyorum, umutla dolu olduğunu biliyorum, ama bahar, biliyorum ki zaman geçti ve sevinç de geçti.

Kuşların bile zar zor uçabildiği bu derin mavi gökyüzünde nasıl uçabilirim?

Bu kırık kalbe nasıl kanat takıp uçmasını söyleyebilirim?

Asi Nehri’nin suları kan kırmızısına döndü, dağlardaki kayalar kızıl kıvılcımlar saçıyor,

Ama biliyorum ki bir gün ansızın, göğün efendisi ay bütün karanlıkları aydınlatacak.

Biliyorum ki dünya cesaretini uyandıracak, kuşlar gökyüzünde özgürce uçacak, ağaçlardaki yapraklar yeşerecek.

Uzun zamandır sessiz olsam da unutmadım.
Nasıl gülümseneceğini, nasıl şarkı söyleneceğini ve nasıl neşeyle dans edileceğini.

Çünkü şarkılarım hala kalbimin yalnızlığında bana fısıldıyor.

İnan bana kalbim, bir gün bu kafesi kıracağım, bir gün onu korkunç ıssızlığına gömeceğim.

O zaman seninle sevinç şarabını içeceğim,

Çiçekler gibi şarkı söyleyip açacağım,

Baharda bir kuş gibi.

Vücudum ince ve narin olsa da,
Rüzgarda titremeyeceğim.

Eski çağlarda İpek Yolu’nun geçtiği, yerle gök arasındaki bağların örüldüğü ANTAKYA’nın kızıyım.

Hiçbir acı, hiçbir kayıp hissi beni yolumdan alıkoyamaz.

İşığın Şairi

20/09/2025-Paris

Müəllif: Caroline Laurent Turunc

P.S. Gel sevgili, …

Aşkı özlemle arayan birinin feryadı olduğu düşünülse de aslında bu çağın evreninin çöküşünü anlatan bir şiirdir.

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Araz Yaquboğlu – Məşhəd səfərinin gündəliyi

Araz Yaquboğlu:

Anamın doğum günüdür. Onu səmimi qəlbdən təbrik edir, cansağlığı arzulayıram. Hər zaman başımız üzərində olsun. Və sizlərə Anamın Məşhəd səfəri zamanı yazdığı gündəliyi təqdim edirəm:

Anamın Məşhəd səfəri

Müqəddəs yerləri ziyarət etmək hər bir insanın arzu-istəyi, Kəbəni ziyarət etmək isə hər bir müsəlmanın borcudur. Əmim oğlu Hacı Ədalətin qızını və nəvəsini Təbrizə həkimə aparmaq, oradan isə Məşhəd şəhərinə gedərək oranı ziyarət etmək istəyinə anam Əsmətel xanım da qoşuldu. Bizimlə məsləhətləşəndən sonra onun da həm həkimə yoxlanılmaq, həm də çoxdandır arzusunda olduğu Məşhəd şəhərini ziyarət etmək imkanı yaranmışdı. Açığı neçə il idi ki, anam Bakıda müalicə olunsa da, müəyyən ağrıları qalmaqda idi.

Bu yazını yazmağa bəlkə də heç lüzum yox idi. Lakin anamın səfər zamanı düşünülmüş şəkildə özü ilə qeyd dəftərçəsi götürməsi, hər gün axşam oturub gündəlik yazması məni bu yazını yazmağa həvəsləndirdi.

2014-cü ilin sentyabrında anam yaxın qohumlarımız Hacı Ədalət, Rafiq, Samir, Fatma (Fema), İlhamə, Nuranə və İsmayıl ilə birlikdə İrana yola düşüblər. Səfər barədə əlavə heç nə yazmadan elə sözügedən gündəliyi təqdim etməyim kifayətdir.

23 sentyabr. Səhər saat 5-də evdən çıxdıq. Saat 9:30-da Biləsuvara çatdıq. Yemək yedik. Qızım Rəfiqə ilə danışdım. Günorta saat 1-ə kimi gömrükdən keçdik. Ən azı 10 yerdə pasport yoxladılar. Hər yerdə “başını bağla” deyirlər. Saat 13:00-da taksi ilə Təbrizə yola düşdük. Saat 15:30-da Savalan dağının ətəyində yemək yedik (əgər yemək demək mümkünsə). Buradan başı qarlı Savalan dağı çox gözəl görünür. Axşam saat 6-da Təbrizə çatdıq. İki saat sonra otelə yerləşdik. Biləsuvardan Təbrizə 400 km yol getdik. Yolların kənarı bizim Göyçəni xatırladır. Amma dağlar bombozdur. Axşam saat 23:00-da yatdıq.

24 sentyabr. Səhər saat 7-də oyandıq, səhər yeməyi yedik. Saat 10-da yoldaşlarımdan bir neçəsi getdi gəzməyə. Mən aşağı düşdüm, başım hərləndi, qayıtdım otelə. Nuranə, İlhamə və mən oteldə oturduq. Axşam saat 22:00-da həkimə getdim. Saat 24:00-da otele gəldim və yatdıq.

25 sentyabr. Səhər saat 8-də yuxudan durub səhər yeməyi yedik. Dərmanlarımızı alıb sonra “Lalə park”a getdik. Bu park Bakıdakı “28 Mall” kimidir, onu xatırladır. Bir az gəzdikdən sonra nahar yeməyi yedik. Bu gün Məşhədə bilet olmadı. Sabah saat 5:00-a bilet aldıq. Təbrizdən Məşhədə 1600 km-dir.

26 sentyabr. Səhər durduq. Yemək yeyəndən sonra getdik şəhərə gəzməyə, xalçalara baxdıq. Həqiqətən də Təbriz xalçaları gözəlliyi ilə göz oxşayır. Mən konfet və bir-iki xırda-xuruş şey aldım. Saat 5:00-da avtovağzaldan Məşhəd şəhərinə yola düşdük. 23:30-da Zəncan şəhərinə çatdıq.

27 sentyabr. Saat 3:00-da – 22 saatdan sonra Məşhədə çatdıq. Otelə getdik. Çay içib saat 5:00-da ziyarətə getdik. Məşhəd biz şiələrin müqəddəs şəhəridir. Çoxlu tarixi binalar, məscidlər adamı heyran edir. İmam Rzanı ziyarət etdik. Ziyarət zamanı özümü çox yaxşı hiss etdim. Ziyarətdən sonra gəldik bazara. Bir az şəhəri gəzib gəldik otelə. Ərdəbilə sabah üçün bilet aldıq. Bu gün Məşhəd şəhərində mənim 63 yaşım tamam oldu.

28 sentyabr. Səhər yenə ziyarətə getdik. Sonra yenə bazara getdik. Saat 2-də taksi ilə avtovağzala gedib, Ərdəbilə yola düşdük. 24 saat yol getməliyik.

29 sentyabr. Yolumuz bir az uzandı deyə Ərdəbilə çatmadıq. Getsəydik onda gömrük yoxlanışına çatmırdıq. Saat 2-də çatdıq İran Astarasına. Astarada düşdük. Oradan Astara gömrüyünə 20 dəqiqəlik yoldur. Gəldik ora, gömrükdən çox çətin keçdik. Adam çox idi. Birtəhər saat 5:00-da keçid məntəqəsindən keçdik. Gecə saat 2:00-da evə çatdıq. Vəssalam. Bu da bizim 7 günlük İran səfərimiz…

Müəllif: Araz  YAQUBOĞLU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızının 65 illiyinə

Mahirə Nağıqızı – 65

İNSAN, YURD VƏ ANA DİLİ

(birinci yazı – giriş)

Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizin mövzusu tanınmış Azərbaycan şairi, ədəbiyyatçı alim, xanım-xatın ana, yurdsevər ziyalı, ictimai xadim (ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, AYB-nin üzvü) Mahirə Nağıqızı (Hüseynova) yaradıcılığında “insan”, “yurd” və “ana dili” anlayışlarının cuğlaşması nəticəsində ortaya çıxan özünəməxsus ifadə tərzinin – yurdsevərliyin təcəssümnün araşdırılması və təbliği olacaq. Bu mövzuya həsr etdiyim birinci – giriş yazımda gələcəkdə davam edəcək silsilə yazılarım  üçün struktur sxem – növbəti monoqrafiyamın möhtəviyyatını təqdim etməyə çalışacağam.

Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatının diqqət çəkən, eşidilən və oxunan səsi, qəbul edilən avazıdır. Dədə Qorqud öyüdü, ulu ozanların nəsihətləri, qədim tariximizin ən dərin qatlarından (min illərin ötəsindən – bəlkədə milyon illərin) süzülüb gələn ana hökmü, xanım zərifliyi onun yaradıcılığının (nitqinin, bayatılarının, şeirlərinin, hekayələrinin, publisistikasının, metodikasının) əsas məziyyətlərindənidir. Onun şeirləri ənənə ilə çağdaş duyğular arasında körpü qurur, sadə və eyni zamanda qatmanlı dil ilə oxucunu daxili səyahətə çıxarır:

İbadətdir şeirlərim,
Hər sətrində sənin yerin.
Kağız üstə düşən tərim,
Bir cəhlil-cəlal, yığıram. (“Yığıram”)

Bu məqalədə (silsilə yazımda) Mahirə Nağıqızının yaradıcılığını — bədii-estetik xüsusiyyətlərini, əsas mövzularını, poetik üslubunu, ictimai və mədəni təsirini, həmçinin oxucu ilə münasibətini geniş şəkildə araşdırmaq istəyirəm.

Mahirə Nağıqızı həm fərdi, həm də kollektiv yaddaşın şeir dili ilə təcəssümü olan şairdir. Onun şeirlərində şəxsi xatirələr, qadın təcrübəsi, ailə və məişət, vətən (yurd)  və tarixi yaddaş elə bir ahənglə verilir ki, oxucu onları həm öz həyatında tapa bilir, həm də ümumbəşəri səviyyədə qəbul edir. Mahirə xanımın poeziyası həm incə duyğuya, həm də prinsipial ictimai mövqeyə malikdir; o, kiçik insan hekayələrindən böyük mənalar çıxarmağı bacarır. İstənilən məzmunlu (janrda)  və həcmli yazılarında (dördlükləri, bayatılar da daxil olmaqla) insan, onun yaşayışı, yurd yeri, dili əsas mövzu predmeti kimi ortaya çıxır:

Bu səhra dünyamın yuxularının
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən. (“Sənsən”)

Mahirə Nağıqızının yaradıcılığında bir neçə dominant mövzu aydın görünür:

Ailə və ana: Şairənin anaya, analığa həsr olunmuş nüanslı şeirləri onun yaradıcılığında xüsusi yer tutur. Bu şeirlərdə həm təşəkkür, həm də qürur, həm də itki və həsrət duyğuları paralel şəkildə işlənir:

Doğulandan ruhun oldu beşiyim,
Abrın oldu, həyan oldu keşiyim.
Halallığa ocaq, evim-eşiyim,
Sabahıma inam oldun, Nazlı, sən. (“Nazlı, sən”)

Qadın təcrübəsi və önəri: Mahirə xanımın şeirləri qadınların gündəlik məişəti, daxili dünyası, arzuları və məhdudiyyətləri üzərində düşünməyə sövq edir. O, qadın obrazını stereotiplərdən azad etməyə çalışır, onun gücünü və incəliyini eyni zamanda təqdim edir.

Yurd və tarix: Şair həm yerli-landşaftın, həm də tarixi yaddaşın şeir dilində canlandırılmasına meyllidir. Vətənə bağlılıq onun poetikasında nostalji və ümid qatları ilə verilir. Mahirə Nağıqızının bu mövzuda olan şeirlərindən əlavə maraqlı nəsr nümunələri də var. Yazarın  “Mənim çəkmələrim” hekayəsi yurd – vətən həsrətini təcəssüm etdirən çox qiymətli əsərlərdən biridir.

Ana dili və milli mənsubiyyət məsələsi: Mahirə Nagıqızına görə Azərbaycan xalqının milli mənsubiyyətinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Ana dilimiz təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısı, min (bəlkə də milyon) illərin ötəsindən günümüzədək gəlib çatan ən müqəddəs əmanət – genetik yaddaşımızdır. Onu qorumaq və gələcək nəsillərə ötürmək borcumuzdur.

Mühacirət və qayıdış: Modern dünyanın köçərilik, tənhaqalmışlıq və yeni məkanlarda özünü yenidən kəşf etmə kimi problemləri Mahirə xanımın müasir şeirlərində rast gəlinir:

Kimə doğma dedin, kimə yad dedin,
Nə haray istədin, nə imdad-dedin?
Qürbətin havası verməz dad-dedin,
Adının hər adı-sanı vətəndir. (“Vətəndir”)

Günlük həyatın poetikləşdirilməsi: O, adi məişət səhnələrindən, gündəlik məsələ və münasibətlərdən, yaşlı və cavanlardan, övladlardan (nəvələrdən), əşya və hadisələrdən nümunələr götürərək universalla çevirir. Fərdi məziyyətləri poetik dillə ümumiləşdirir:

Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir. (“Vətəndir”)

Əsərlərin dili və üslubu: Mahirə Nağıqızının dili həm sadə, həm də mürəkkəbdir. O, gündəlik danışıq intonasiyasını şeir formasına gətirir, amma dilin sadəliyinin arxasında dərin metaforik qatlar gizlənir.Doğma ana dilimizin zənginliyini, ecazkarlığını hər sözündə, hər misrasında vurğulayır. Milli mənsubiyyətimizin əsas daşıyıcı və qoruyucusu məhz sərhəd tanımayan hakim ana dilimizin olduğunu göstərir.Biz bu yanaşmanın nə qədər doğru olduğunu son illərdə bird aha şahidi olduq (uzun illər özünü düşmən kimi təqdim edən mənfur – rəzil qonşularımız belə əslində dilimizdə necə bülbül kimi cəh-cəh vurduqlarının şahidi olduq.)

HAŞİYƏ: Son günlərdə minaya düşərək şəhid olan Xanı ləqəbli döyüşçünün yayılmış videoların birində belə bir epizod var; ərazinin tərk edən qonşu millətin nümayəndəsi ona  “Qardaş” deyir…. Və ya digər məşhur bir videoda isə: – “ə vallah e….i..r adam döylü” – yaşlı kişi elə yaxşı danışır ki,.. bütün bunlar onu göstərir ki, bu regionun, coğrafiyanın bir  hakim – əsas dili var, o da mənim ana dilimdir. Məgər biz  onları bizim dildə danışmağa məcbur etmişik? Yoxsa, biz onlara dil öyrətmişik?

  Üslubu isə janrından asılı olmayaraq bütün mətnlərində fərdi xüsusiyyətlərilə seçilir. O müasir ədəbiyyatımızın öz fərdi üslubu olan qələm sahiblərindən biridir.

Təsvir və detalların gücü: Mahirə xanım kiçik detalı böyük bir simvola çevirə bilir — adı bir yarpaq, saz, yol, karvan kimi elementlər şeirə geniş mənalar gətirir.

Səmimiyyət və açıq nitq: Onun şeir dili danışıq tonuna yaxın olduğundan, oxucu ilə birbaşa dialoqa girirmiş kimi təsir bağışlayır.

Mahirə Nağıqızının şeirlərinin əksəriyyəti insanın yaddaşına həkk olunur (düşündürür) — çox vaxt bir misra, bir mənzərə (təsvir) uzun müddət qalan təsir yaradır: “Təkcə bizim deyil, el anasıydın…” və ya “Ürəyə can verən qanı vətəndir.” Bu cür cümlələr oxucuda həm vizual, həm də emosional reaksiya doğurur.

Mahirə Nağıqızının şeirləri yalnız ədəbiyyat güzgüsündə deyil, həm də cəmiyyətin dilində səslənir. Onun yaradıcılığı gənc şairlər üçün nümunədir, ədəbi müzakirələrdə tez-tez istinad edilir və mətbuat-ictimai platformalarda oxucular arasında müzakirə mövzusu olur. Xüsusilə qadın təcrübəsinin ədəbiyyatda görünməsi və bu təcrübənin ehtiramla ifadəsi Mahirə xanımın yaradıcılığını sosial məna daşıyan bir sənət növünə çevirir.

Ayrı-ayrı (fərqli təbəqələrdən olan) oxucuların və müxtəlif nəsillərdən olan ədəbiyyat tənqidçilərinin Mahirə Nağıqızının şeirləri barədə olan qənaətləri müxtəlifdir. Bəzi tənqidçilər onun dilinin bəzən həddindən artıq emosional olması və ya çox şəxsi motivləri poetik ümumiyyətə çevirməyə çalışmasının mübahisəli tərəflərini vurğulayırlar. Lakin əksər oxucular və tənqidçilər onun duyğulara sədaqətli qalmasını, saf və kəskin hisslərini, gələcəyə inamını qiymətləndirirlər:

Kəsik duaları sığışmaz yerə,
Ün salmaz, sakitcə hopar göylərə.
Dur ayaq üstündə, yeri, Mahirə,
Qış çıxıb gedəcək, bahar gələcək. (“Gələcək”)

Ədəbiyyatsevərlər Mahirə Nağıqızının səmimiyyətini, emosional dürüstlüyünü və insan təcrübəsini incəliklə göstərməsini əsas müsbət cəhət hesab edir.

Gələcəkdə Mahirə xanımın yaradıcılığının (fikirlərinin, ideyalarının) daha geniş oxucu (tamaşaçı – izləyici) auditoriyasına çatması üçün, fərqli ədəbi janrlara — məsələn dramaturgiya müraciət etməsi faydalı ola bilər. Onun səsi çağdaş ədəbiyyatda bir nəsil üçün referans nöqtəsinə çevrilə bilər: həm dil, həm dəyər, həm də mövzu baxımından. Əgər o, poeziya məclislərində (tədbirlərdə), ədəbi festivallarda və tərcümə layihələrində daha aktiv iştirak edərsə, onun təsiri region sərhədlərini asanlıqla aşaraq ümumbəşəri dəyər qazana, genişlənə bilər.

Bütün bu yuxarıda sadalanan amillərə əsaslanaraq bu silsilə yazılarımda (gələcək məqalələrimdə) Mahirə Nağıqızının yaradıcılığını dörd əsas istiqamətdə; bayatılar, şeirlər, hekayələr və publisistika olmaq üzrə araşdıracağıq. Janrından asılı olmayaraq təhqiqat mövzusu olacaq əsərlərdə insan, yurd, ana dili, həsrət, inam kimi anlayışlar araşdırılacaq. Bu yazılarda yurd həsrətli yazarın (şairin, yazıçının, publisistin, … Mahirə Nağıqızının) yazdıqlarını digər bir yurd həsrətli yazarın (bəndənizin – Zaur Ustacın) gözü ilə seyr etmək, qəlbi ilə duymaq imkanı əldə edəcəksiniz.

Bayatılar

Mahirə Nağıqızının bayatıları ilk növbədə xalq ruhunun daşıyıcısıdır. Onun bayatılarını oxuyanda elə bil qədim ozan nəfəsi, aşıq səsi duyulur. Hər misrada səmimiyyət, hər ifadədə təbiilik özünü göstərir. Bu bayatılarda sevgi də var, həsrət də, qəhrəmanlıq da, ana torpağa bağlılıq da. Şairə xalqın yaratdığı bu miniatür formanın imkanlarından məharətlə istifadə edir, az sözlə dərin mənanı çatdırmağı bacarır:

Eləmə,naşı dillənər
Hər kəlməbaşı dillənər
Deməyə kəlmə tapmaram
Gözümün yaşı dillənər.

Filologiya elmləri doktoru, professor Zahid Xəlil bu dörd misra haqqında belə yazır: -“Oxudum və düşündüm.Yadıma saldım ki,bayatı poetikasının başlıca xüsusiyyətlərindən biri geniş və ibrətamiz bir hadisəni cəmi dörd misraya yerləşdirmək bacarığıdır.” – Zahid müəllimin fikirləri ilə daha geniş formada bayatılar haqqında olan ikinci yazımda ətraflı tanış olacaqsınız.

Şeirlər

Mahirə Nağıqızı poeziyasında insanın taleyi, zamanın axarı, qadın qəlbinin çırpıntıları, Vətən sevgisi, ana obrazı və sevgi motivləri ön plandadır. O, adi hadisələrə belə fərqli poetik baxışla yanaşır, gündəlik həyatın ən sadə məqamlarında belə bədii məna tapır. Şairin misralarında səmimiyyət, doğmalıq və ruhun saf çırpıntıları üstünlük təşkil edir:

…Bu ayları onsuz gördük deyilməz,
Üzbəüzdə Həsən Mirzə yaşayır.
O nə sirdir, nə hikmətdir, bilinməz,
Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

…Gedib çıxıb haralara sədası,
Azərbaycan – ora, bura obası.
Cild-cild kitablarda yuvası,
Qalıb sözdə Həsən Mirzə yaşayır.

Tanınmış ədəbiyyatşünas (vurğunşünas) – tənqidçi Qurban Bayramov Mahirə Nağıqızının “Həsən Mirzə yaşayır” şeirindən olan bu parça haqqında yazır: – “Mahirə Nağıqızının şeir yaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onun yaradıcılığının əsas leytmotivinin birini də xalqın milli-mənəvi tərəqqisində, ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqın taleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur.” – Qurban Bayramovun və digər ədəbiyyatçıların fikirləri ilə daha geniş formada şeirlər – Mahirə xanım haqqında olan bu silsilə yazımın poeziyaya həsr olunmuş bölümündə ətraflı məlumat veriləcək.

Mahirə xanımın şeirləri haqqında ayrıca bir neçə bölmədə söhbət açmaq olar. Ancaq bu birinci – giriş yazımın təyinatına uyğun ümumi məlumatla kifayətlənməli olacağıq.

Hekayələr

Mahirə Nağıqızının hekayələrində (hekayətlərində)  diqqəti çəkən əsas xüsusiyyət mövzuların həyatın özündən götürülməsidir. Onun qəhrəmanları sadə insanlar – kənd qadınları, ziyalı xanımlarımız,  ailəsinin yükünü çiyinlərində daşıyan analar, həyatın keşməkeşləri ilə mübarizə aparan övladlar, vətən həsrəti ilə yaşayan insanlar və gündəlik qayğıların arasında yaşamağa çalışan sadə insanlardır. Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi ilə bədii mətn arasında körpü yaradır: “Hamı nənəyə təskinlik verməklə bərabər, hökmən qurban kəsməli olduğumuzu xatırladırdı və mən təəccüblənirdim ki, nəyə görə qurban kəsilməlidir idi. Ağamdan bir az sonra Şərəf arvad gəldi. Ucaboy, qadınlarda nadir hallarda rast gəlinən qartalburunlu Şərəf arvad, görünür, yol boyu Validədən lazım olan məlumatları almışdı deyə, kiməsə əlavə sual vermədən ərik ağacının altında, xırda kilimin üstündə uzadılmış Vəliyə yaxınlaşdı.  …” (“Sandal”)

Mahirə xanımın “İpək köynək”, “Saz havası”, “Sandal”, “Mənim çəkmələrim” və digər bu qəbildən olan hekayətləri necə deyərlər, “adamın iliyinə işləyir.”

Hekayələr (hekayətlər) haqqında olan yazıda bu barədə daha ətraflı söhbət edəcəyik.

Məqalələr

Mahirə Nağıqızının publisistik məqalələrinin əsas məziyyəti onların oxucu ilə canlı ünsiyyət qurmasıdır. Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı mənalar, insan taleləri, milli yaddaşın izləri ön plana çəkilir. Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı kimi görür.

Xüsusilə son dövrlərdə Qərbi Azərbaycan mövzusunda yazdığı publisistik məqalələri (çıxışları) soydaşlarımızın maarifləndirməsi və gələcəyə ümidlə baxması yolunda atılan uğurlu addımlardan biri kimi qəbul olunmalıdır. Milli mənsubiyyət məsələsi, yurd həsrəti və qayıdışa inam, dil problemləri (ana dilimizin qayğıları) onun yazılarının (çıxışlarının) özəyini təşkil edir:

“Hər bir xalqın milli kimliyini, tarixi keçmişini, mədəniyyət və adət-ənənəsini nəsildən-nəsilə ötürən ən vacib vasitə onun ana dlidir. Azərbaycan xalqının da milli kimliyinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Azərbaycan dili təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısıdır.” (25  aprel 2025, adpu.edu.az)

Məqalələrdən bəhs edən bölümdə bu barədə daha detallı şəkildə məlumat verməyə çalışacağam.

Mahirə Nağıqızı oxucunu həm sakitləşdirən, həm də düşündürən şairdir (yazardır). Onun yaradıcılığı müasir əhvalatları, şəxsiyyətin incə məqamlarını və cəmiyyətin dəyişən üzünü poetik bir dillə, rəvan təhkiyə ilə səlis şəkildə ifadə edir. Mahirə xanımın şeirləri və hekayələri adi həyat fraqmentlərindən başlayıb özündə böyük mənalar ehtiva edən dəyərli əsərlərə çevirilə bilir. Oxucu hər dəfə o əsərə müraciət edəndə yeni qatlar kəşf edir. Bu səbəbdən də onun yazdıqları sadəcə oxunmamalı — hiss edilməli, danışılmalı və nəsillər arasında ötürülməlidir.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda ikinci – bayatılar haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.

Ardı burada: Mahirə Nağıqızının bayatıları

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Бийбимәрьям – КЕЎИЛ ЖАЗЫП БИР АЙЛАНЫП ҚАЙТПАСАМ

КЕЎИЛ ЖАЗЫП БИР АЙЛАНЫП ҚАЙТПАСАМ

Тәшиўиши таўсылмас өткинши күнниң,
Дәртлериңди ақ қағазға айтпасаң.
Өзиң ойламасаң, ойлайды кимиң ?
Кеўил жазып бир айланып қайтпасам.

Әрманлар жүрекке толып баратыр,
Денлериң саў болып тыныш уйықласаң.
Наўқаслық асықпа дейди ,,тура – тур”,
Кеўил жазып бир айланып қайтпасам.

Неше жыллар шықпай үйден сарсылып,
Ана деген қәдиримди жойтпасам.
Наўқаспан деп айтыўғада арсынып,
Ҳаўа өзгертип бир айланып қайтпасам.

Таярланып бүгин жолды гөзледим,
Көрейин басқа жер
ҳаўаларынан.
Дениме саўлық ҳәм шыпа изледим,
Ақтөбе тәрептиң қалаларынан.

Ыңылдап ишимнен нәжатлар тилеп,
Тиленип Аллаға зикир айтайын.
Солай деп мендеги соғып тур жүрек,
Кеўил жазып бир айланып қайтайын.

19 – сентябрь 2025 жыл.

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.

Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.

Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.

Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

Dövlətimiz qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini təmin etdi.

2023-cü il sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Antiterror əməliyyatı cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək peşəkarlıqla yerinə yetirilən əməliyyat nəticəsində erməni təcavüzkarları müzəffər Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi. Qəhrəman Azərbaycan oğullarının inamını, cəngavərliyini, qorxmazlığını görərək özləri, orduları haqqında mif uyduran vandallar silah-sursatı atıb qaçdılar. Beləcə, müharibənin əvvəlindən Ermənistan ordusunun 11 min əsgəri fərarilik edərək, qorxaqcasına silahını qoyub qaçmışdı.

Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.

Bəli, Dövlət Suverenliyimiz bərpa olundu. Artıq hər il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-də qeyd olunacaq Dövlət Suverenliyi Günü təsis edilib. “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarış.

Sahibə Musayeva,
Şəhid Sahib Musayevin qızı, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi