
34 il birlikdə
GÜLÜM MƏNİM…
Bir zamanlar qönçə idin,
gördüm səni gülüstanda…
Seçdim səni,
min çiçəyin arasından,
yüz gözəlin sırasından,
Gülüm mənim…
Aşiq oldum,
“Bir könüldən min könülə”.
Uçdum eşqin havasında,
“Dəli” kimi sevdim səni,
Gülüm mənim…
Qoxladım o, gül ətrini,
Duydum sevdanın sehrini.
Söz verdik ki, biləcəyik
Anımızın,
günümüzün,
sevgimizin,
özümüzün biz qədrini…
Əzizləyib dərdim səni,
Gülüm mənim…
Əkdim səni öz bağçamda,
Özüm üçün əkdim səni.
Gülüm mənim…
Çiçək açdın, qəşənğləşdin, ətirləşdin,
Sən daha da gözəlləşdin.
Gülüm mənim…
Demə ətrin azalıbdı,
Yarpaqların qırışıbdı…
Bütün güllər yarışıbdı.
Sən,..
Bağçamın şah gülüsən!
Əvvəlkitək ətirlisən,
Vəfalı dost, sevgilisən,
Gülüm mənim…
09.11.2016 – Truskovets
Müəllif: QABİL NƏBİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında