
Əvvəldən mən ağlı çaş yaşamışam
Həyatdır, enişi yoxuşu vardır
Demirəm bir ömür xoş yaşamışam
Bəzən bahar kimi parlaq, günəşli
Bəzən ürəyimdə qış yaşamışam
Kürküm bildim zəhmətimi, büründüm
Bəzən abad, bəzən uçuq göründüm
Üzü gülər, eyni açıq göründüm
Xəlvət gözlərimdə yaş yaşamışam
İl artdıqca azaldı dost dağlarım
Söndü qohum adlı şux çırağlarım
Qurudu qayğılar adlı tağlarım
Mən indi bildim ki boş yaşamışam
Eloğlu, kimlərin çıxdı paxırı?
Gör kimlər unutdu axır-naxırı
Düz oldum düzlərdə qaldım axırı
Əvvəldən mən ağlı çaş yaşamışam
11.04.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var