
QADIN
Qadın kimdir?
Anadır
Bir mələkdir, sonadır
Dünya aləm bir yana
Analar bir yanadır.
Qadın kimdir?
Bacıdır
Başımızın tacıdır
Könlümüzün həmdəmi
Qəlbin ehtiyacıdır.
Qadın kimdir?
Qızımız
Baharımız, yazımız
Bizdən bezməz, usanmaz
Çox olsa da nazımızı.
Qadın kimdir?
Qadası?
Balamızın anası
Ömrünü fəda verər
Üzülməsin balası.
Qadın kimdir?
Məhəbbət
Abır, həya, ar, ismət
Qadınlar olmasaydı
Bəşər olmazdı əlbət.
Qadın kimdir?
Eloğlu
Bir qayğıya marağlı
Qadın olan ev ki var
Olar odlu ocağlı.
07.03.2023.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var