SONA TEYMURBƏYLİ RƏHİMLİ. SEVGİ ŞEİRLƏRİ.

OLSUN

Axı sən söz verdin öz aramızda,
Saf sevgin sevgimə yaraşıq olsun.
Şad-xürrəm yaşayaq eşq dünyamızda,
Qəlbindən qəlbimə nur işıq dolsun.

Yanımda susmasın qoy şirin dilin,
Heç zaman çıxmasın əlimdən əlin,
Tez getsən, izin ver, arxanca gəlim,
Məzarda ömrümüz qarışıq olsun.

Sevgilim, fələkdən bircə gün çalaq,
Vətən torpağını ayaqdan salaq,
Zülmət gecələrin qoynunu yaraq,
Ay doğsun, yolumuz gur işıq olsun.

Amalam, dostlarla hey deyək, gülək,
Sevinci paylaşaq, kədəri bölək,
Qohumun-qardaşın qədrini bilək,
Küdurət nə lazım, barışıq olsun.
28. 12. 2018.

HƏSRƏTİM

Gözdən də xoş olar, sözün xumarı,
Telimdə ta gəzmir əlin tumarı,
Sağalmır qəlbimin həsrət qubarı,
Həsrətinə açır qucaq həsrətim.

Naxış vurdu ömrə sevgi naxışın,
Payızlaşdı nədən bahar baxışın?
Yağdı taleyimə həsrət yağışın,
Həsrətinə açır qucaq həsrətim.

Ürəyimiz birgə eşqlə çarpdı hey,
Eşq dünyamda həsrət atın çapdı hey,
Sevinc hürkdü, məni kədər tapdı hey,
Həsrətinə açır qucaq həsrətim.

Lal eylədi susqun həsrət dilimi,
Xoşbəxtlikdən üzdüm ta mən əlimi,
Kimdən alım axı, mən təsəllimi,
Həsrətinə açır qucaq həsrətim.

Çəkib getdin, daha mənə yadsan, yad,
Çəkmisən qəlbimə dağı qatbaqat,
Mənasızdır ta Amala bu həyat,
Həsrətinə açır qucaq həsrətim.
26. 12. 2019.

Müəllif: Sona TEYMURBƏYLİ RƏHİMLİ

SONA TEYMURBƏYLİ RƏHİMLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CƏVAHİR TANRIVERDİ. NOVRUZ BAYATILARI.

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

NOVRUZ BAYATILARI
Əzizim od isidə,
Ocağı od isidə.
Körpə diləklərini
Dualı od isidə.
* * *
Əzizim, ocaq çatan,
Köz tutub ocaq çatan.
Dünyanın ürəyində
İgidlər ocaq çata.
* * *
Əzizim bayram olsun,
Ocaqlar yan-yan olsun.
Atlan, qoy, ağırlığın
Ocaqda yanan olsun.
* * *
Əzizim xonça gəlsin,
Çiçəklər qonça gəlsin.
Bu Novruz bayramında
Toy olsun, xonça gəlsin.
* * *
Əzizim vaxtı gülsün,
Keçəlin bəxti gülsün.
Kədərin odda yansın,
Xoş vaxtın baxtı gülsün.
2 mart, 2021.

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru