BİR QRUP MÜƏLLİM “VİNTSAS” MÜKAFATI İLƏ TƏLTİF OLUNUB

Bakı şəhəri, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bir qrup müəllimi 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Vintsas” mükafatı ilə təltif olunub. Siyahı:

  1. İRADƏ İSAYEVA N 050  05.03.2023. BAKI
  2. BƏYİM KƏRİMOVA N 051  05.03.2023. BAKI
  3. AYTƏN MƏCİDOVA N 052  05.03.2023. BAKI
  4. XATİRƏ ABDULLAYEVA N 053  05.03.2023. BAKI
  5. TƏRANƏ ƏLİYEVA N 054  05.03.2023. BAKI
  6. PƏRVANƏ TAĞIYEVA N 055  05.03.2023. BAKI
  7. ŞƏRQİYƏ MƏMMƏDOVA N 056  05.03.2023. BAKI
  8. NURANƏ PAŞAYEVA N 057  05.03.2023. BAKI
  9. NAİLƏ MƏMMƏDOVA N 058  05.03.2023. BAKI
  10. NƏZAKƏT ƏHMƏDBƏDƏYLİ N 059  05.03.2023. BAKI
  11. MAHİRƏ OSMANOVA N 060  05.03.2023. BAKI
  12. MEHRİBAN HƏSƏNOVA N 061  05.03.2023. BAKI
  13. MAHUR HACIYEVA N 062  05.03.2023. BAKI
  14. KÖNÜL ŞİRİYEVA N 063  05.03.2023. BAKI
  15. FİDAN ƏFƏNDİYEVA N 064  05.03.2023. BAKI.
  16. AYSEL FƏTƏLİYEVA N 065  05.03.2023. BAKI
  17. AYGÜN QASIMOVA N 066  05.03.2023. BAKI
  18. ÇİNARƏ KAZIMOVA N 067  05.03.2023. BAKI
  19. HÖKÜMƏ QURBANOVA N 068  05.03.2023. BAKI

Qeyd:

“VİNTSAS” MÜKAFATI XX əsr Litva ədəbiyyatının ən məşhur klassiklərindən biri olan eyni zamnda Azərbaycanda bizim üçün tarixin ən vacib, lazımlı dönəmində müəllimlik fəaliyyəti ilə məşğul olmuş indi fəxr və qürur hissi ilə bir çox ilklərin banisi hesab etiyimiz müəllimlərimizin, həkimlərimizin, mühəndislərimizin, iqtisadçılarımızın, yazıçılarımızın, ədib və mütəfəkkirlərimizin ilk müəllimi olmuş, azərbaycanlı şagirdlərin və tələbələrin mütərəqqi dünya görüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxışlarının düzgün istiqamətdə təşəkkül tapmasında böyük rol oynamış, Azərbaycan xalqının, onun mədəniyyətinin böyük və səmimi dostu Vintsas Kreve – Mitskəviçyus (Vincas Kreve-Mickevicius) -nin şərəfinə “Yazarlar” jurnalı və “Ustac.az” sayıtları tərəfindən təsis olunmuşdur. Bu mükafat əsasən müəllimlərə və pedoqoji əhəmiyyətli işlər görmüş şəxslərə təqdim olunur. Bir şəxsə yalnız bir dəfə verilə bilər.

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. İntellektual detektiv janrı.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

İntellektual detektiv janrı

Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka,idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir,məlumatlandırır, əsərlərdə müxtəlif rəsm əsərlərinə, bədii əsərlərə, film adlarına rast gəlmək mümkündür.

İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”,”Rəqəmsal qala”,”Mələklər və iblislər”, ”Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. “Cəhənnəm” əsəri mistik-triller janrındadır. Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir, insan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır.ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq.Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir,bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər,yatırlar və çoxalırlar”.

Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı,alqı-satqısı,pedofillik,zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı)  dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır.Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini hesab edirlər. Necə ki, tarixdən bunu görmüşük. Napoleon, İskəndər, Çingiz xan, Hitler və s.kimi tarixi şəxsiyyətlər. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.

Ekzistensialist,norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir.“Şeytanın ulduzu”(“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür.Pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş,açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.

İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, illərlə səssiz alır və terapevtlə qarşılaşır.  Qadının daxili sarsıntıları təsvir olunur.

İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.

Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.

İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də  intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə  kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya “Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?” deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.

Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük,əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.

Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız rəsm əsərləri,muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

VAQİF OSMANOVUN YAZILARI

KİŞİLƏRƏ “DƏRS”

(Təranə Məmmədin “Gül səbəti” hekayəsi haqqında)

M. Qorki deyirdi ki, insanın qazandığı ən böyük nemət qadını sevməyi, ona səcdə etməyi bacarmaqdır. Yer üzündə gözəl nə varsa, hamısı qadına məhəbbətdən doğmuşdur.

Təranə xanım Məmmədin “Gül səbəti” hekayəsinin qəhrəmanı ömrünü sevgisinə, sevdiyinə, sevgidən doğulan oğluna qurban verməyə hazır olan, ancaq sevgi və sayğı uman ömür-gün yoldaşı, anadır. Evin kişisi isə əksəriyyətimiz kimi, qadının istəklərinə, duyğularına biganə Azərbaycanlı ailə başçısıdır.

Rafiq Tağı yazırdı ki, biz azad qadın heykəli ucaltmaqla Sovet dövlətinə kəf gəlmişik. Elə müstəqil ölkəmizə də…

Yaşadığı ailə həyatı boyu ərindən bir gül hədiyyəsi almayan qadının gülü çox sevdiyini əri də yaxşı bilir. Amma onun həyat yoldaşının istəyini, arzusunu qiymətləndirəcək diqqəti, qayğısı çatışmır.

8 mart Qadınlar bayramı günündə qapının zəngi çalınır:

“Bayram əhval-ruhiyyəsi ilə qapını açdım. Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:

-Xanım, bu güllər sizə çatacaq! – dedi.

Sevincimi boğa bilməyib –

-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq? – deyə soruşdum.

-Bəli, buyurun.”

Gül səbətinin içindəki zərfdə yazılanlar – “sevgilim, səni çox sevirəm! Bayramın mübarək!” sözləri sevincdənmi, həyəcandanmı gözlərinin gördüyünə inanmayan qadını çaşdırdı, ərini isə “coşdurdu”.

Təranə xanım ən yığcam hekayəsində də xarakter yarada bilir. Qısqanclıq məhəbbətin güzgüsüdür, – deyirlər. Belə nəticə çıxarmaq olar ki, qısqanc ər ən sadiq sevgilidir. Buna inanıram deyə də bilmirəm. İnanıram desəm, məni kişi həmrəyliyinə görə qınayanlar da olacaq. Bax belə özümü sığortalayiram: Qısqanc ərlərin sevgiyə əyləncə kimi baxanları da az deyil.

Mənəvi dəyərlərin itməkdə olduğu bu günümüzdə “coşmuş” qısqanc ərin ömür-gün yoldaşına “hücum”unu da təbii qarşılayaq. Şərq xislətimiz genimizdədir. “De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?” bağıran kişini də başa düşək.

Təranə xanım incə bir eyhamla “adını yazmayıb” deyən qadına ərinin “əlbəttə yazmaz. Ancaq sən sevdiyin qızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir” vurğulayanda məni sevindirdi. Bu cümlələrin işığında “evin içi”inin xoş aurasını gördüm. Bu cümlələr çətin suallara cavab verə bilməyən qadının xilasına ümid yaratdı məndə. Nə yaxşı ki, yanılmadım. Qəlbi qırılmış qadının gücünün göz yaşlarına çatması qadın qəlbini əla duyan Təranə xanımın qəhrəmanına mərhəmətidir. Bu, Təranə xanımın qadın həmrəyliyidir. Alqışa layiqdir.

Ananı bu çıxılmazlığa salan və ordan xilas edən oğulun “sürpriz”inə haqq qazandırmaq olarmı? Ata ilə oğulun ananın tarıma çəkilmiş kövrək hissləri ilə oynamağına, sonra da heç nə olmayıbmış kimi deyib-gülməyinə dəyərdimi?

Oğulun anasına və atasına “sürpriz”i bayramı yaddaqalan etsə də, Təranə xanım və eləcə də mən günahsız ananın göz yaşlarına səbəb olan zarafatı təqdir etmirəm. Bu da oxucu ilə yazıçının həmrəyliyidir.

Ana qəlbinin böyüklüyü qarşısında baş əydim:

– Mən də o günü ömürlük yadda saxladım. O gün dərk etdim ki, səni anlamayan, sənə etibar etməyən, sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz.

Sevdiklərimizin qəlbini qırmayaq, sayğımızı əsirgəməyək. Onda sevgi tellərimiz də, ailə bağlarımız da qırılmaz.

Təranə xanım məni tam inandırdı ki, o kişi o qadını sevib, sevir və həmişə sevəcək…

“Sevgi hər şeyə qalib gəlir, elə isə gəlin biz də onun hökmünə tabe olaq” – deyib V.Rubliy.

Təranə xanım və onun “Gül səbəti” mənə də əməlli-başlı “dərs” keçdi. Axı mən də ömrümdə uşaqların anasına gül səbəti hədiyyə etməyənlərdənəm…

04. 03. 2021.

MÜƏLLİF: VAQİF OSMANOV

VAQİF OSMANOVUN YAZILARI
TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏD. GÜL SƏBƏTİ.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

GÜL SƏBƏTİ

(hekayə)

O gün çox gözəl görünürdüm. Gözlərim işıq saçırdı. Ev işlərini görə-görə zümzümə edirdim. Səhər tezdən oyanıb ev-eşiyi təmizləyib özümə də sığal çəkmişdim. O gün mənim günüm idi axı. Qadınlar günü.

Gülləri çox sevdiyimi evdə hamı bilir. Qızım da, institutda oxuyan iki oğlum da. Yoldaşım da bilir, ancaq buna baxmayaraq o, mənə heç vaxt gül almır. Səbəbini bilmirəm. Başqa nəsə ala bilər, amma gül almır.

Elə işlərimi bitirib oturmuşdum ki,qapının zəngi basıldı.

Bayram əhvalı- ruhiyyəsiylə qapını açdım.

Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:

– Xanım, bu güllər sizə çatacaq!- dedi.

Sevincimi boğa bilməyib

-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq?- deyə soruşdum.

-Bəli. Buyurun!-deyib gülləri mənə verdi oğlan.

Mən gül səbətini alıb qapını bağladım.

Otaqda gülün üstündəki kiçik zərfi acdım və

“Sevgilim,səni çox sevirəm! Bayramın mübarək!” sözlərini oxuyurdum ki,yoldaşım yaxınlaşıb kağızı məndən aldı, bir mənə, bir güllərə baxıb yazını oxudu və:

– Kimdəndi bu?

– Bilmirəm,- dedim

-Bəs kim bilir?

– Mən elə bildim ki…

İstədim deyim ki, elə bildim sən mənə sürpriz etmisən ,ancaq yoldaşım sözümü bitirməyə imkan vermədi.

– De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?-deyə bağırdı.

– Bilmirəm, dedim. Mən bilmirəm. Adını yazmayıb! – dedim.

– Əlbəttə yazmaz. Ancaq sən sevdiyin gızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir.

Kişi özündən çıxdı. Yersiz ittihamlar, olmayan sözlər, cavanlıqda etdiyimiz səhvlər- hamısı yada düşdü.

Mən günahsız olaraq təhqir edildim, ünvanıma yaraşmayan sözlər deyildi.

Əlacsız qalıb ağladım. Elə ürəkdən ağladım ki, özümün özümə yazığım gəldi.

Düşündüm ki, kaş həqiqətən məni bu qədər sevən bir kəs olaydı və bu gülləri mənə o göndərəydi! Kaş ki… Onda bəlkə bu qədər yandırmazdı məni bu haqsızlıq.

O bayram günü məni sakitləşdirmək də keçmədi ağlından yoldaşımın.

Qapının zəngi yenə basıldı. Əllərində bir dəstə qızılgül böyük oğlum gəldi. Mənim o üzümdən bu üzümdən öpüp təbrik etdikdə daha da kövrəldim.

– Atamın hədiyyəsi mənimkindən gözəldir təbii ki, deyə səbətdəki, güllərə işarə etdi.

Yoldaşım özünü itirmişdi. Nə sual verə bilir, nə də bayaqdan ünvanıma dedikləri üçün üzr istəyə bilirdi.

Oğlum mənə xoş gəlsin deyə atasının adından zərfə qoyulan kiçik məktubu və bir səbət qızılgülü evə yollayıbl ki, güya bunu atası sifariş edib. Atasını xəbərdar etməyi isə unudub.

Bir neçə dəqiqədən sonra onlar, sanki heç nə baş verməmiş kimi, bu əhvalatı danışıb gülürdülər.

Mən də o günü ömürlük yadımda saxladım. O gün dərk etdim ki, səni anlamayan,sənə etibar etməyən,sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz…

Müəllif: Təranə MƏMMƏD

yazıçı, şair, tərcüməçi. AYB üzvü.

VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru