Patimat Ştançayeva

Patimat Ştançayeva

Rusiya Yazıçılar Birliyinin üzvü – Patimat Ştançayeva (Патимат Штанчаева)
Dağıstandа anadan olub.
Ailə qurduqdan sonra Azərbaycana köçmüş və Bakı şəhərində yaşyaır. Şeir yazmağa gənc yaşlarından başlamışdır.
Şeirlərini əsasən öz doğma dilində – lak dilində qələmə alır. Əsərləri Dağıstanın “İlçi” qəzetində, “Dağıstan qadını” (“Женщина Дагестана”), “Yeni ay” (Новолуние) jurnallarında mütəmadi olaraq çap olunub.
Lak dilində iki böyük şeir toplusu “Unçukatl nəğmələri” (Унчукатлинские напевы) və “Ömrün anları” (Мгновения жизни) işıq üzü görüb.
Azərbaycanın ədəbi mühiti ilə də sıx əlaqələri vardır.
Şeirləri Azərbaycan dilinə çevrilərək yerli ədəbi portallarda (“Ədəbiyyat və incəsənət”, “Yazarlar”, “Вышка”) jurnal və qəzetlərdə dərc edilib.
Onun yaradıcılığı əsasən doğma vətənə sevgi, təbiət, məhəbbət və ömür yolunun fəlsəfi anları üzərində qurulmuşdur.
Şeirlərində doğma yurdu Dağıstana bağlılıq motivləri üstünlük təşkil edir.
Dağıstanın vətənpərvərlik ruhunu tərənnüm edən “Bir ananın övladları” kimi əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Lak dilində yazan Patimat Ştançayevanın şeirlərini lak dilindən rus dilinə görkəmli lak şairi, Rusiya Yazıçılar birliyinin üzvü Miyasat Müslimova tərcümə edib.
Təqdim etdi: Zeynəb Cəmaləddin

Patimat Ştançayevanın yazıları

Zeynəb Cəmaləddinin yazıları

Mustafa Müseyiboğlunun irsi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir