Mələk simalı analar…

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Mələk simalı analar…

Bu günlərdə Dünya Azərbaycanlılarının  Mədəniyyət Mərkəzi  və Sabitlik və İnkişaf Mərkəzi İb-nin İdarə heyətinin  xətti ilə Bərdəli şəhid  Fəxri Qəribzadənin anası  Mehparə  xanım Qəribovanın  dəvəti ilə  Bərdəyə səfərə- Mehparə ananın təşəbbüsü və rəhbərliyi ilə Bərdə  Mədəniyyət Mərkəzində  təşkil etdiyi “Cənnətdən  cənnət mələyinə hədiyyə” adlı tədbirə yola düşdük.

Kürdəmirə çatanda təşkilatımızın direktor  müavini  Ruhiyyə  xanımla Şəhidlər xiyabanını  ziyarət etdik. Bizim buraya  gəlməyimizdən xəbər tutan Simuzər ana da Xiyabana  gəldi. Biz  Kürdəmir şəhidlərini və Simuzər  ananın  şəhid oğlu Cəmil Həşimlinin  də  ziyarət edərək  məzarına  tər qərənfillər qoyduq. 

Bizimlə  Bərdəyə  getməyi lazım bilən  şəhid anası yol boyu oğlundan  elə şirin xatirələr danışırdı ki, tədbir  məkanına  nə vaxt çatdığımızı  hiss etmədik.

Mədəniyyət Mərkəzində ciddi hazırlıq gedirdi. Mehparə ana gəlişimizə  sevindi. Məlum oldu ki, buraya yalnız Bərdənin deyil,  Bakıdan, Kürdəmirdən  digər  qonşu rayonlardan  yüz nəfər şəhid valideynləri, şəhid anaları dəvət olunub. Mərkəzin  səhnəsində yüz şəhidin şəkilləri  və onlara uyğun gül dibçəkləri, tər qızılgüllər, müxtəlif hədiyyələr düzülmüşdü.

Eyni zamanda gənc  rəssam, şəhid analarına, “ana və oğul”  şəkilləri ilə  şəxsən  hazırladığı  foto-kompozisiyaların müəllifi  Ayxan   İsayev  də xüsusi  hədiyyələri ilə  burada  idi. Onu da qeyd etmək yerinə  düşərdi ki, Ayxan  demək olar respublikamızın  rayonlarında və Bakıda keçirilən bir çox  anım və mövlud günlərində fəal iştirak  etdiyinə görə bir çox diplom və döş nişanları ilə təltif olunmuşdu.

Tədbirə başlamazdan əvvəl Qazilərimiz Dövlət  Bayrağımızı  təntənəli  marsın  sədaları altında  zala gətirdilər. Dövlət Himnimiz  bir dəqiqəlik  sükutla  yad edildilər.

Aparıcı Səbinə  Mirzə qızı şəhid analarını və dəvət olunan  digər qonaqları  salamladı. Tədbirdə rayonun İH-nin məsul şəxsləri, millət  vəkili Fatma  Yıldırımı,  Bərdə rayon YAP-nın sədri Fəqət  Şadlinskaya, Mədəniyyət Mərkəzinin  sədri İlyas Hacıyev və başqaları  iştirak edirdi. Söz millət  vəkili Fatma Yıldırıma verildi.

O, 44 günlük müharibədə cəsarətlə döyüşən, vətənimizin  şəhid  igid  oğullarının  analarına can sağlığı və səbr dilədi. Digər çıxışçılar da  şəhidlərimizin  sayəsində  torpaqlarımızın  azad olunmasını təmin etdikləri bir daha  söyləndi. Sonra şəhidlərimizə  həsr olunmuş videoçark və slayd nümayiş olundu.

 Tədbir günü Mehparə ananın  ad günü olduğu da qeyd olundu.

Gözəl təşkilatçı-şəhid anasına təşəkkür edildi ki, Fəxri kimi oğulu vətən üçün tərbiyə edib böyüdüb. Suqovuşan  fatehi, Murov Qartalı Fəxri göstərdiyi  şücaətə  görə üç medalla  təltif olunub.

Tədbirdə Bərdənin Birinci Vətən Müharibəsi və  Aprel  döyüşlərinin şəhidi Ziya Həsənovun  ailə  üzvləri,  Bakıdan şəhid Emin İsmayılovun  anası Məlahət  xanım və digər yüzə yaxın  şəhid anaları da gəlmişdilər.

Rayon uşaq gənclər təşkilatının hazırladığı ədəbi-bədii kompozisiyanı dinləyicilər alqışladılar.

“Qazilər” Vətən müharibəsi  iştirakçılarına  və ailəsinə  sosial  Dəstək İctimai  Birliyinin döş nişanları və  vəsiqələri  təqdim olundu…

Sonda  bir daha  şəhidlərimizə  dualar oxundu…

Ötənləri xatırlayaraq  yolumuza davam etdik.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir