ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Шоир бўлай дедим – сиз учун ёниб, Китоб -дафтарларга — буткул инониб, Юракда иштиёқ, муҳаббат униб, Ногаҳон сўзларга, ўрганиб қолдим, Мен ҳам шеъриятга, ўраниб қолдим.
Шоирлик юмуши оғир иш экан, Гоҳ юрак, гоҳ руҳинг оғрир иш экан, Тажриба, саботга таяниш экан, Куну тун изларга ўрганиб қолдим, Мен ҳам шеъриятга ўраниб қолдим.
Олиму фозиллар- мавқеи зўрдек, Тўрт сатр битганча- ҳаллослаб зирдек, Матбуот; рўзнома- нашри ҳузурдек, Турли хил ёзларга ўрганиб қолдим, Мен ҳам шеъриятга ўраниб қолдим.
Ҳаракат этмаса- қаламин чуҳлаб, Ижод ҳам тухтаркан- шу заҳот суфлаб, Бир шоир чиқар лаб – ўзни кавловлаб, Шон – шуҳрат кўзларга ўрганиб қолдим, Мен ҳам шеъриятга ўраниб қолдим.
Истеъдод қайдадур – иқтидор қайда, Ортингиздан чопганча- қаламни ҳайдаб, Халлоқим берганча- калому этаб, Адабий кезларга ўрганиб қолдим, Мен ҳам шеъриятга ўраниб қолдим.
Etibar Həsənzadənin Zəfərlərə Doğru’ kitabı haqqında Prof Zakir Kayanın düşüncələri
“Zəfərlərə Doğru” yalnız bir kitab deyil; bu, bir millətin dirçəlişini, bir coğrafiyanın yaddaşını və bir ruhun yenidən doğuşunu sənədləşdirən canlı bir tarix salnaməsidir. Bu dəyərli əsərin müəllifi Etibar Həsənzadə, qələmilə yalnız söz yazmayıb — tarixin vicdanına iz salmış, millət sevgisini, vətən fəxrini və Türk birliyini poeziyanın və elmin zirvəsinə daşıyıb.
Kitabın hər səhifəsi 44 günlük Vətən müharibəsinin səsinə, Tovuz döyüşlərinin alovuna və Şuşa zəfərinin ucalığına şahidlik edir. Hər misra yalnız müharibəni deyil, həm də sülhü, birliyi və Türk dünyasının əbədi qardaşlığını təcəssüm etdirir. Yazar Etibarın qələmi, həm tarixə, həm də gələcək nəsillərə yönəlmiş mənəvi bir manifestdir. İlk oxuduğum andan etibarən, bu əsər məndə dərin təsir oyatdı. Akademik baxışla gördüm ki, bu kitab klassik tarix yazımının sərhədlərini aşır; sözün elm, əxlaq və estetik gücünü birləşdirir. Hər şeir, hər poema, hər fakt səhifəsi yalnız Azərbaycan deyil, bütün Türk dünyasının ortaq destanını toxuyur. Əsərin mərkəzindəki qəhrəmanlar — şəhidlər, qazilər, analar, müəllimlər və səssiz fədakarlar — yalnız xatırlanmır, həm də yaşadılır. Hər səhifədə onların cəsarəti, fədakarlığı və vətən sevgisi hiss olunur. Bu kitab oxucunu yalnız düşündürmür, həm də hiss etdirməyi bacarır. Kitabın elmi və ədəbi dəyərləri bir-birini tamamlayır: tarix bilikləri ilə sənət, faktla duyğu və qələmlə qürur vəhdət təşkil edir. Qarabağın azadlığı uğrunda verilən mübarizənin yalnız bir savaş deyil, həm də bir mədəniyyət və milli şüur mücadiləsi olduğunu hər bölüm xatırladır. Müharibənin müxtəlif mərhələləri, qəhrəmanların rolu və Türk dünyasının dəstəyi kitabda incə, lakin təsirli şəkildə təqdim olunur. Polad Həşimov və digər qəhrəmanların adları, onların fədakarlığı və qəhrəmanlığı həm tarixi bir sənəd, həm də gələcək nəsillər üçün dərs kimi təqdim edilir. Hər hadisə, hər qəhrəmanlıq hekayəsi oxucunu həm düşündürür, həm də qürurlandırır. Etibar Həsənzadə, “Qarabağ Azərbaycandır” layihəsi ilə Türk dünyasında mədəni bağı yenidən bərpa edən mənəvi bir hərəkatın daşıyıcısıdır. Onun bu çalışması gələcək nəsillərə yalnız tarix dərsi deyil, həm də mənəvi bir miras təqdim edir. Əsərin hər səhifəsi oxucuya vətən sevgisini, birliyin vacibliyini və milli şüurun əhəmiyyətini xatırladır. Yaxın zamanda işıq üzü görəcək bu dəyərli kitab, yalnız oxucular üçün deyil, gələcək nəsillər üçün də fikir və mənəviyyat mirası olacaqdır. Bu fikirlər həmin böyük zəhmətə və dərin səmimiyyətə bir hörmət və salamdır. Etibar Həsənzadə’ni içdənliklə təbrik edir, bu əsərin bütün Türk dünyasında yayılacağına və gələcək nəsillər tərəfindən fəxrlə qarşılanacağına ürəkdən inanıram. Bu kitab tarixə yazılmayıb — tarix bu kitaba yazılıb. Bu zəfər qələmlə deyil — ürəklə qazanılıb.
Prof. Dr. Zakir Kaya Araşdırmacı – Gazeteci – Yazar – Şair İzmir / Türkiya
İKİ EŞŞƏYİN ARPASI Beş-on eşşəyə baxan Danabaş bir avara. Arpa-samanı qoydu Bir axurda onlara… Eşşəklər gəmirişib, Əl-ayağa qalxdılar. Fınxırıb, şıllaqlayıb Bir-birini qapdılar Boz qəfil bir təpiklə Çalın dişini qırdı. Tayqulaqsa hayqırıb, Çəpin gözündən vurdu… Danabaş baxdı ki, yox, Ara yaman qarışıb… Tez qaçdı idarəyə: Eşşəklərim qapışıb… Dedilər: Çərənləmə! Sən iş bilən deyilsən, Heç iki eşşəyə də Arpa bölən deyilsən… Danabaşın yerinə Şişmanı götürdülər. Elə bil ki, ac qurdu Sürüyə ötürdülər.
DAMĞA Naxırda çopur dana Dolmuşdu ətə-qana. Hər yanından ötənə O bir kəllə atırdı. Ürkək, xam düyələri Bir-birinə qatırdı. Döllük buğayam deyib Burnu yelli gəzirdi. Körpə buzovları da Dırnaqlayıb əzirdi. Nə örüşdə dayanır, Nə tövlədə dururdu Sağmal inəklərə də Hərdən kəllə vururdu. “Döllük buğa” axırda Həddini yaman aşdı. Bir gün boğaz inəyin – Ombasına dırmaşdı… Həmin gün boz dananı Çataqlayıb burdular. Sonra donqar alnına Qızmar damğa vurdular!
TƏHLÜKƏ Yer Kürəsi çatılmış ocaq! Hər çınqılı – atom, neytron… qalaq-qalaq. Səmasında qatar-qatar ağ qanadlı göyərçin. Dolmuş gözlərində vahimə çin-çin… Keşik çəkir: – Durnalar, a durnalar… Lələk salmayın, qığılcım qopar! Qanad çalmayın, təhlükə var!
DAĞ DA QOPDU YERİNDƏN Asta-asta gəzirdi Çay kənarında bağa. Balaca cüssəsini Bənzədirdi bir dağa… Əsdi soyuq bir külək, Yağış gücləndi birdən. Üzüldü əı-ayağı, Külək bağanı yerdən Yuvarladı yarğana. Ah çəkib yana-yana, Köks ötürüb dərindən. Dedi: sən bir işə bax, “Dağ da qopur yerindən!”.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Bu il at üstündə təhvil oldu. At mədəniyyətdə sürətin, məsafənin və məsuliyyətin başlanğıcı oldu. Ata qədərki mədəniyyətlə atdan sonrakı mədəniyyət arasında kəsilən xətt də məhz buradan keçir. Tarixə nəzər salsaq görərik ki, ata qədərki dövr daha yavaşdır. İnsan torpağa yaxın, səbrlə yaşamağa alışıq, məsafəni ayaqları ilə ölçən varlıq idi. Əslində o vaxt insanın düşüncəsi də yol kimi idi: uzun, dolama, tələsməyən.
Nəzərə alsaq ki, yol yalnız gedilən məkan deyil, həm də zaman ölçüsüdür, bunu daha aydın görürük. Atdan istifadə fikri, xəbəri, o xəbərə verilən reaksiyanı sürətləndirdi. Dövlət qurmaq, hökm vermək, müharibəyə başlamaq… bunların hamısı düşüncənin sürəti ilə bağlı idi. Ata qədər insan “yerə bağlı” düşünürdü. Torpaq kimi ağır, dərin, səbrli idi. Xəbər gec çatırdı, qərar gec verilirdi, müharibə də, sülh də insan öz nəfəsinin – öz hərəkətinin sürətində baş verirdi. Ata qədərki mədəniyyət gözləməyi bacarırdı, vaxtla mübahisə etmirdi. At isə hər şeyi dəyişdi. İnsan ilk dəfə məsafəni ram etdi. Zaman qısaldı, dünya böyüdü. Atla birlikdə sürət düşüncəyə keçdi. Fatehlər, elçilər, şairlər, xəbərlər – hamısı at belində yayıldı. Dövlət anlayışı atın yerişi ilə ölçüldü, imperiyalar nal səsinin ritmində quruldu. At mədəniyyəti güc metaforasıdır, eyni zamanda azadlıq idi. Çünki at üstündə olan insan həm yerdən yuxarıdadır, həm də artıq yolun içindədir. Atdan sonrakı mədəniyyət isə paradoksaldır. Sürət daha da artdıqca insan yerə endi. Çünki maşın, qatar, təyyarə və s. atın davamı kimi görünsə də, onun ruhunu daşımır. İnsan artıq özü hərəkət etmir, daşınır. Yəni, o dayanır, onu aparırlar. Yol təcrübə olmur, aralıq olur. Məsafə qısaldıqca yaddaş seyrəlir. Atın insana keçən canlılığı, nəfəsi, qorxusu, tərbiyəsi itir. Mexanika gəlir, münasibət, təmas gedir. At metaforası burada daha da dərinləşir. At instinktlə ağlın ortaq nöqtəsidir. Atı ram etmək onun üzərində hökmranlıq etmək deyil, onunla anlaşmaqdır. At sahibini tanıyır, qorxusunu hiss edir, tərəddüdü ona bağışlamır. Buna görə at mədəniyyəti məsuliyyət mədəniyyətidir. Deyirlər, at üstündə yalan danışmaq çətindir, at səni ya sona aparar, ya da üstündən atar. Bu il at üstündə təhvil oldu deyəndə, insanın özünə qayıdışı nəzərdə tutulur. Texnologiyanın, süni sürətin içində itirilmiş tarazlıq yenidən xatırlanır. At nə keçmişdir, nə də nostaljidir, o, bizim mədəni yaddaşımızdır. O, insanın sürətə minməzdən əvvəl özünü tanıdığı andır. At insana xatırladır ki, hər sürət tərəqqi olmadığı kimi, hər yavaşlıq da gerilik sayılmır. Yavaşlıq bir az da özünədönməkdir, özündəqalmaqdır. At bunu bilirdi. İnsan isə sürət əsrində bunu unutmuşdu. İndi yenidən öyrənməyə başlayıb. Arzu edək ki, bu il – “alov rəngli at” bizi daha tez aparmasın, səbrlə, sevgi ilə daha doğru, daha düzgün hədəfə aparsın. Amin.
01.01.2026
Müəllif: Ailə NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
NƏRGİZƏ HEYDƏROVA (Наргиза Ҳайдарова) Daim yaradıcılıq axtarışlarında olan Nərgizə Heydərova 1978-ci il 22 dekabr tarixində Uçqurqan rayonunun Qurama kəndində, kəndli ailəsində anadan olmuşdur. O, kənddəki 17 nömrəli məktəbdə təhsil almışdır. Məktəb illərindən etibarən yaradıcılığa böyük maraq göstərmişdir. İlk şeiri “Parlaq həyat” qəzetində dərc olunmuşdur. Nərgizə Heydərova Namangan Dövlət Pedaqoji Təhsil müəssisəsini bitirmişdir. Məktəbəqədər təhsil müəssisəsində fəaliyyət göstərmişdir. Onun ilk şeirlər kitabı “Yanan ürəklər” 2023-cü ildə nəşr olunmuşdur. Yaradıcılıq nümunələri rayon, vilayət və respublika mətbuatında işıqlandırılmış, həmçinin “Vadi nəğmələri”, “Şükür”, “Könül telləri”, “Nihol”, “XXI əsr Namangan ədəbi bağçası” (III) toplularına daxil edilmişdir. Nərgizə Heydərova Qazaxıstan Respublikasında keçirilən müsabiqədə “Möhtərəm ana” döş nişanı ilə, Qırğızıstan Respublikasında təşkil olunan “Dünya – dostluq körpüsü” müsabiqəsində isə “Qızıl qələm” diplomu ilə təltif olunmuşdur. Şairə hazırda Sankt-Peterburq şəhərində yaşayır və çalışır. Hal-hazırda məhsuldar yaradıcılıqla məşğuldur. O, iki övladın anasıdır.