www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Uilyam Şekspir – 71-ci sonet

71-ci sonet

Bir gün kilsə zəngləri şairin ölümünü

Xəbər versə, əzizim, sən də o an bat qəmə:

Bil, dəyişmişəm… alçaq insanlar aləmini

Qurd, soxulcan qaynaşan o yeraltı aləmə.

***

Bu soneti oxuyub, qəmlənmə dərin-dərin,

“Bunu yazan kəs ölüb” söyləmə dönə-dönə.

Heç vaxt istəmərəm ki, sevdiyim o gözlərin

Şux rəngi zərrə qədər sola, ya kölgələnə.

***

Niyə sarsıtsın səni misralarda donan səs?!

Niyə məni anasan, qəlbin çarpsın, döyünsün?!

Bu köksümdən sevginlə çıxan sonuncu nəfəs

Yetər ki, bir rüzgarla qəfil qaralıb, sönsün.

***

Necə rəva görərəm öz qüssənlə düşəsən

Qara camaat içrə bir gün dildən-dişə sən?!

Müəllif:Uilyam Şekspir

Tərcümə: Azad Yaşar


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlunun yeni şeirləri

GÖRÜNÜR

Bir mənzil boydadır insanın ömrü,
Bələkdən kəfənə yollar görünür…
Bir tabut qədərdi çarpayısı da
Boynuma dolanmış qollar görünür…

Görəsən arxamca kimlər ağlayar?
Neçəsi başına qara bağlayar?
Neçəsi bulaq tək coşub çağlayar?
Fələkdən payıma qürbət görünür…

Axı o sevdiyim dağların qarı
Bu qoca dünyanın neməti, varı
Qışdan sonra qəfil gələn baharı
Mənə şirin nağıl, yalan görünür…

Sən də səhər çağı duman kimisən
Düşmənin kəsdiyi aman kimisən
Bugündən sabaha güman kimisən
Bu yolun sonunda həsrət görünür…

Nəyimə lazımdı ömrün xəzanı
Mən harda axtarım qismət yazanı
Yazısı əyridir, yoxmu pozanı?
Köksümdə kül olmuş yarpaq görünür…

Hardadır ədalət carçısı Musa?!
Harda gizlənibdi sehrli əsa?!
Biçarə, çarmıxa çəkilən İsa…
Gözünü yumanda Məryəm görünür?

Bu da son pərdənin son səhnəsidi…
Seyirci dostların ən köhnəsidi
Bəlkə də şeytanın son fitnəsidir,
Əlində bir ovuc torpaq görünür…

BALACA QIZ KİMİ

Mən necə gəlmişdim Yer kürəsinə?
Balaca qız kimi…
Anam deyirdi ki,
Mən gecə gəlmişdim Yer kürəsinə…
Sabahlardan, gümanlardan xəbərsiz,
Yalanlardan, yamanlardan xəbərsiz…
Bəlkə elə ona görədir ki,
Çox sevirəm gecələri…
Unutdurur dərd- sərimi
Unutdurur nə edimi, necələri.
Mən necə gəlmişəm Yer kürəsinə?
Balaca qız kimi…
Nə kini bilirdim, nə də nifrəti
Nə də ancaq söz qadından düşəndə
O dildən düşməyən arı, qeyrəti…
Nə fala baxdıran namazqılanlar
Nə də insan cildindəki
Aranqutanlar yoluma çıxmamışdı
Onda hələ inandığım nağıllar
Evimi yıxmamışdı…
Mən necə gedəcəm Göyün üzünə?
Qəlbi qardan, buluddan
Qaracaqız kimi…
Bəs necə inanacam
Bu dünyanın düzünə?
Elə o həmin mehriban
Balaca qız kimi…

YOLLAR

Yollar sağaldır axı
Təyyarəni qucaqlayan
buludlar
Yaralarıma sığal çəkən
pambıq olur…
Göy üzü kədərimə
Boxça olur, sandıq olur
Hər dəfə səmadan yerə enəndə
Adam yenidən doğulur,
Tanrıya təşəkkürlə, sevgiylə…
Yollar sağaldır axı
Məsələn, Sən
ən uzağımda qalırsan
Ayın üzündəki ləkə kimi…
Qürub vaxtı ağacdan sıyrılıb
torpağa söykənən kölgə kimi.
Yollar sağaldır axı
Elə qəşəng
unuduram ki, səni…
Yolda gördüyüm
evə çatanda
yadımdan çıxan
Yuxu kimi…
Ehhh neyləyim,
Heç sən də
bir adam olmadın
Çoxu kimi…

BAHARDI EŞQİN

Mən elə bilirdim bahardı eşqin,
Saçımdan payızın qoxusu gəlir…
Sənin söylədiyin qış nağılına
Bu yorğun könlümün yuxusu gəlir…

Mən elə bilirdim qəlbinin səsi
Buludlu ruhumun şirin nəğməsi…
Eşq andı verdiyin sevgi naməsi
Ən qəddar, ən acı yalan görünür…

Mən elə bilirdim incə baxışsan
Sevda çiçəyimə narın yağışsan
Bu saya ömrümə zərli naxışsan
Bülbül yuvasında ilan görünür…

MÜƏLLİF: TURAN NOVRUZLU


MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                     

BEYNALXALQ ANA DİLİ GÜNÜ

BEYNALXALQ ANA DİLİ GÜNÜ
münasibətilə İsveçdə fəaliyyət göstərən
”QOBUSTAN” AZƏRBAYCAN AYDINLAR OCAĞININ
təşkilatçılığı ilə keçirilən 21 fevral 2025 tarixli konfrans iştirakçılarının
güney azərbaycanlı soydaşlarımıza
MÜRACİƏTİ
” Yaşasın xalqımızın dili, tarixi və milli xüsusiyyətləri!”
S. C. PİŞƏVƏRİ
Əziz azərbaycanlılar, əziz güneylilər,
Bəyanatımızı 80 il bundan öncəgüneyli şairimiz Mirmehdi Çavuşinin ana dilimiz Azərbaycan Türkcəsi haqqında yazdığı şeirin bir neçə misrası ilə başlayırıq:
“Şahe İsmailə xalqım nə üçün hörmət edir?
Çün rəvac vermiş idi əsrə o sultan dilimi.
Gərçe illər boyu dövran biz ilə kəc getdi,
Qanə döndərdi mənim atəşe hicran dilimi …
Qoy gül açsın ana yurdum, ona gülsün bu elim,
Eyləsin eşq ilə qoy indi gülüstan dilimi.“
Əziz həmvətənlər, 1501-ci ildə rəsmiləşən dilimiz bugün hələ də Güney Azərbaycanda yasaqdır. Güney Azərbaycanda ana dilimizin, şair demişkən “gül açmasına”, İran İslam rejimi imkan vermir. 80 il bundan əvvəl, Güney Azərbaycan Milli Hökümətinin (1945- 1946) qərarı ilə azadlığa çıxan dilimizə də Şah rejimi qadağa qoydu və bu qadağalar bu günədək davam edir. Halbuki, UNESCO və BMT tərəfindən, Ana Dilinin rəsmiləşdirilməsi təsdiq edilmişdir.
Ana dili insanın mənəviyyatıdır, təfəkkür tərzidir, kimliyini formalaşdırır, mahiyyətini təyyin edir və onun tarix və mədəniyyətini yaşadır. Bir millətin torpağını işğal etməklə onu hələ məhv etmək olmaz, amma onun dilini almaqla onu aradan aparmaq olar. Elə şah rejimi və indiki islami rejimi də ölkəmizin güneyində əsarətdə olan Azərbaycan türklərini əritmək üçün onların ana dilində yazıb-oxumaq, təhsil almaq, mədrəsələr açmaq, mədəniyyət ocaqları yaratmağı qadağan etmiş və bununla, Azərbaycanın güney hissəsində xalqın inkişaf yolunun qarşısını almışdır. Baxmayaraq ki, bu haqqı almaq üçün xalqımız Məşrutə İnqilabından bu günədək, yəni 118 il ərzində, mübarizə etmişdir və hətta 1324-cü ildə (1945-ci ildə) Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Höküməti dövründə, ana dilimiz, Azərbaycanın rəsmi dövlət dili qəbul olunub və bu dildə fərmanlar və qayda-qanunlar qoyulmuşdu. İstemarçı qüvvələrin əlaltısı olan şah rejimi və pan-farsizmə xidmət edən indiki iranşəhri şüubi rejim, Güney Azərbaycan türklərini həmin hüquqdan məhrum etmişlər və bu haqqı istəyən 21 Azər Hərəkatının fəallarını, və bütün sonrakı milli fəalları həbsə, zindana, sürgünə, cəza və cəriməyə, şallaq və işkəncəyə məhkum etmişlərdir. Təəssüf yeri buradadır ki, bu kimi haqsızlıqlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və hətta islam rejimi ilə mübarizə iddiasında olan super-dövlətlər göz yumurlar və onların bu yolda mübarizələrini görməzdən gəlirlər. Lakin xalqımız, öz əzm və iradəsini ardıcıl olaraq keçmişdəki kimi gündən-günə ortaya qoymaqdadır və Azərbaycan Milli Hökümətinin Ana Dili Haqqında Qərarını həyata keçirmək gündən-günə xalqımızın zərurətinə çevrilir! Azərbaycan Milli Hökümətinin Ana Dili Haqqında Qərarı aşağıdakından ibarətdir:
Azərbaycan Milli Hökümətinin dil haqqında qərarı
“Xalqımızı, dövlət dəsqahına yaxınlaşdırmaq və ümumun ehtiyacatını sadə bir surətdə anlamaq və həmçinin milli dil və milli mədəniyətimizin tərəqqi və təkamül yollarını təmizləmək üçün Azərbaycan Milli Höküməti, özünün 16 dey tarixi cələsəsində aşağıdakı qərarı qəbul etmişdir:
Bu gündən etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanları, həmçinin xalq qoşunları hissələrinə verilən fərmanlar və qanun layihələri mütləqən Azərbaycan dilində yazılmalıdır;
Bütün idarələr (dövləti, milli ticarəti və ictimai) öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar. Bu dildə yazılmayan dəftər və mədarik, rəsmi hesab olunmayacaqdır!
Məhkəmələrdə işlərin cərəyanı tamamilə Azərbaycan dilində aparılmalı və bu dili bilməyənlər üçün mütərcim təyin olunmalıdır;
Azərbaycanın bütün idarə, müəssisə və ticarətxanalarının tabloları mütləqən Azərbaycan dilində yazılmalıdır;
Rəsmi iclaslar və yığıncaqlarda suxənranlıq və müzakirə Azərbaycan dilində olmalıdır;
Azərbaycanlı olmayıb [başqa milli mənsubiyyəti olan- S.K.], başqa dildə danışanlar və ümumi dövləti idarələrdə xidmət edənlər Azərbaycan dilində yazıb-oxumağı və danışmağı öyrənməlidirlər! Maarif vizarəti, idarə məmurlarını Azərbaycan dili ilə aşina etmək məqsədi ilə ayrı dillərdən savayı, onlar üçün idarələrin cənbində böyüklər üçün məxsus klaslar açılmalıdır. Bu klaslarda dərs alanların iş müddəti bir saat azaldılmalıdır; Azərbaycanda yaşayan və başqa milli mənsubiyyəti olan şəxslərin öz işlərini öz ana dillərində aparmağa haqqı vardır. Lakin, onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə bərabər Azərbaycan dilini rəsmi dövlət dil olaraq işlətməlidirlər; Azərbaycanda yaşayan xırda millətlərin [milli azınlıqlar -S.K.] xüsusi milli məktəblərindəki təlim, öz ana dillərində olduğu halda, Azərbaycan dilinin də tədrisi məcburidir;
Azərbaycan Milli Höküməti maarif vəzirinin məktəblərdə dərslərin Azərbaycan dilində olması haqqındakı qərarını təsvib və təyid edib, mədrəsələrin milli dilə keçməsini bütün müəllim heyətinə bir milli vəzifə kimi tapşırır.
Azərbaycan Milli Hökümətinin baş vəziri Seyyid Cəfər Pişəvəri”
Əziz azərbaycanlılar!
Gəlin bütün imkanlarımızla Güney Azərbaycanın kənd, şəhər, məktəb və idarələrində yuxarıdakı qanunların icrasının həyata keçirilməsi uğrunda israrlı olaraq, ardıcıl mübarizə və tələb etməklə onları əmələ keçirməyə nail olaq! Bununla, mənəviyyatımızı birgə qoruyaq, dilimizi əridib aradan qaldırmaq qəsdində olan düşmənin arzusunu ürəyində qoyaq!
Dərin sayğılarla,
Dr. Səadət Kərimi, İsveçdə “Qobustan” Azərbaycan Aydınlar Ocağının sədri
təşkilatın üzvləri:
Eluca Atalı (yazar)
Duman Radmehr
Güşvar Pənahi
Ayda Əmir Haşimi
Azər Baxşəliyev
Elşən Nəzərov
Rəşadə Moen
Aynur Məlikova
Ülviyyə Nəcəfova
Rahim Telman Sadiqbəyli
Turan Əliyev
Dilarə Ələkbərova
Hüseyn Nəsirli

Konfrans iştirakçıları :
Abdulla Əmir Haşimi Cavanşir ( İsveç )
Prof. Mehman Dəmirli (Kipr)
Babək Azad (İsveç)
Dos. Dr. Tünzalə Seyfullayeva
Jalə Cəfərova
İradə Məmmədova (Rusiya)
Əzim Həsənzadə
Aygül Yusubova (İsveç)
Əlirza Ərdəbili (İsveç)
İlhamə Quliyeva
Xatirə Qəmbərova (Rusiya)
Prof. Rafail Qəribli (Rusiya)
Umay
Əli Reza
Aida Aminzadə
Həmid Dadpur
Bəyim Rəhimova (İsveç)
Rəhim Şahbazi
Taymaz Təbrizi (İsveç)
Gültəkin Mürsəlyeva
Dr. Çinarə Qəbulova
Dos. Dr. Pərvanə Məmmədli
Ülviyyə Abbasova (Rusiya)
Və digər imza atanlar:
Prof. Məsud Əfəndiyev (Almaniya)
Prof. Solmaz Rüstəmova Tohidi
Prof. Qulu Məhərrəmli
Dos. Dr. Faiq Ələkbərli
Prof. Reza Moridi (Kanada)
Dr. Xəlil Kələntar (Yaponiya)
Möhsün Ərdəbilçi (İsveç)
Səttar Sayınqala Sevigin (İsveç)
Cemal Mehmethanoğlu (Türkiyə)
Dos. Dr. Firdovsiyyə Əhmədova
Prof. Sebahattin Şimşir (Türkiyə)
Prof. Sevda Suleymanova
Dos. Dr. Nigar Gözəlova
Dosş Dr. Şəlalə Bağırova
Honor Əli
Hasan Barın (Türkiyə)
Rüfət Muradlı
Zaur Ustac
Bünyamin Qədimli
Rəhim Hüseynzadə (İranlı Mühacirlər Cəmiyyəti)
Firidun İbrahimi (İranlı Mühacirlər Cəmiyyəti)
İsmayıl Abdullahi (İranlı Mühacirlər Cəmiyyəti)
Cahani Sədaqət (İranlı Mühacirlər Cəmiyyəti)
Yadulla Kənani (İranlı Mühacirlər Cəmiyyəti)
Pərviz Kazımi
Səriyə Ərdəbili Hekmat
Nadir Ajənnejat
Əkbər Dabbağ Dilmağani
Dos. Dr. Yusif Dirili Mahmudov
Dr. Turan İbrahim
Dr. Əlövsət Əmirbəyli (Xəzər Universiteti)
Dr.dos. İradə Bağırova
Dr. dos. Gülarə Yenisey (Türkiyə)
Dos. Dr. İlkin Qulusoy (Türkiyə)
Dr. Əli Şamil
Dr. Toğrul Kərimov (Almaniya)
Güllü Əhmədova (İsveç)
Natiqə Zeynalova (Axsu)
Sevda Dadaşova (SAF dərnəyi başqanı, İsveç)
Rafail Məmmədov (Rusiya)
Elsevər Məmmədov (Göyçay)
Əzimə Ağalarova (yazar, Almaniya)
Südabə Sərvi (yazar)
Dr. Dilqəm Əhməd (Türkiyə)
Serpil Devrim (şair, yazar, Türkiyə)
Əbil Həsənov (yazar, Almaniya)
Samirə Məmmədova (İsveç)
Arzu Rzayeva (Norveç)
Günel Quliyeva
Düzgün Atalı
Dos. Dr. Nurlanə Ağayeva
Rəna Məmmədova
Mürsəl Zamanov (Göyçay)
Əlif Cahangir (İsveç)
Rəna Cəfər qızı Əliyeva
Sevinc Məmməd qızı Məmmədova
Elşad Məmməd oğlu Soltanov
Şahin Məmməd oğlu Soltanov
Zəhra Abdullayeva
Kəmalə Nəbiyeva (İsveç)
Pərvanə Mehmanqızı (yazar)
Təbrizli Məmmədrza (Norveç)
Tubu Ələkbərova (Malmö, İsveç)
Elyaz Yelkənli
Xuraman Cəfərova (İsveç)
Həsən Təmcidi (İsveç)
Yeganə Cəfərova (Kanada)
Türkay Arif qızı Rəhimova (İsveç)
Səfərəli Qulizadə (İsveç)
Günay Əliyeva
İbrahim İbrahimov
Ana Kərimi (İsveç)
Ələsgər Quliyev
Yeganə Hüseynova (İsveç)
Sevinc Abdullayeva (İsveç)
Nuriyə Nuriyeva

Turan Novruzlu – Balaca qız kimi…

Balaca qız kimi…

Mən necə gəlmişdim Yer kürəsinə?
Balaca qız kimi…
Anam deyirdi ki,
Mən gecə gəlmişdim Yer kürəsinə…
Sabahlardan, gümanlardan xəbərsiz,
Yalanlardan, yamanlardan xəbərsiz…
Bəlkə elə ona görədir ki,
Çox sevirəm gecələri…
Unutdurur dərd- sərimi
Unutdurur nə edimi, necələri.
Mən necə gəlmişəm Yer kürəsinə?
Balaca qız kimi…
Nə kini bilirdim, nə də nifrəti
Nə də ancaq söz qadından düşəndə
O dildən düşməyən arı, qeyrəti…
Nə fala baxdıran namazqılanlar
Nə də insan cildindəki
Aranqutanlar yoluma çıxmamışdı
Onda hələ inandığım nağıllar
Evimi yıxmamışdı…
Mən necə gedəcəm Göyün üzünə?
Qəlbi qardan, buluddan
Qaracaqız kimi…
Bəs necə inanacam
Bu dünyanın düzünə?
Elə o həmin mehriban
Balaca qız kimi…

A new book titled “The Poetic World of Zaur Ustaj” has been published

A new book titled “The Poetic World of Zaur Ustaj” has been published

A new book titled “The Poetic World of Zaur Ustaj,” dedicated to the work of the well-known poet and editor-in-chief of the magazine “Yazarlar,” has been published.

VAQİF İSAQOĞLU – “ZAUR USTACIN POETİK DÜNYASI” – PDF

The author of the next book published in the “Zaur Ustaj 50 series” is Vagif Isagoglu, one of the first professional military journalists in Azerbaijan and a poet-publicist.

In the introduction to the book, the author himself provides the following information: “I present this monograph on the 50th birthday of Zaur Ustaj, a writer, poet, translator, and publicist, a valuable intellectual who is loved by readers as one of the well-known representatives of modern Azerbaijani literature, who captivates hearts with his poems.”

The book, which consists of a systematic and broad analysis of all of Zaur Ustaj’s works, starting from the first examples written by him and ending with the most recently published ones, is intended for a large audience – philologists, journalists, teachers of higher and secondary educational institutions, students, doctoral candidates, independent researchers, and anyone interested in Azerbaijani literature and culture.

The book is edited by Tural Jafarli, designed by Sabina Huseynzade, published by Sabuhi Aslan. The cover design is by Rahila Garalova.

In his monographic analyses, Vagif Isagoglu refers to authoritative sources and well-known Azerbaijani philologists, publishers, and literary critics such as Gurban Bayramov, Vagif Yusifli, Ali Rza Khalafli, and Ulviyya Huseynli.

Автор: Амина (Amina)


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəhra Həşimova yazır

Masamdakı xoş ətirli çiçəyimin yanında iki kitab yanaşı dayanıb…. sanki dünənləri bu günə qovuşdurduqlarını bilirlərmiş kimi….

Sabirin dövründə olduğu kimi, bəzən biz də cəmiyyətin bəzi təbəqələrində riyakarlıq və əxlaqi boşluqların olduğunu görürük. İnsanların tənbəlliyi və saxtakarlığı bəzən o qədər açıq olur ki, bu məsələlərə daha diqqətli yanaşmaq vacibliyi doğur. Ağaoğlunun təklif etdiyi dəyişikliklər və hüquq mübarizəsi bu gün də aktuallıq kəsb edir. Bu gün də insanlar bərabərlik və azadlıq uğrunda mübarizə aparır, lakin bəzən ənənəvi strukturlar, siyasi və hüquqi maneələr bu mübarizəni çətinləşdirir. Sabir və Ağaoğlu bizə yalnız keçmişin sosial problemlərini göstərməkdə qalmır, həm də bizə bugünkü dövrümüzdəki sosial və hüquqi mövzuları daha dərindən düşünmək imkanı verir. Belə əsərlər cəmiyyətə qarşı daha məsuliyyətli və ədalətli yanaşma tərzi inkişaf etdirməyimizə kömək edə bilər. Sabirin əsərindəki sosial riyakarlıq və insanın zahiri görünüşə çox önəm verməsi, müasir dövrümüzdə sosial media ilə çox uyğun gəlir. Bugün insanların sosial statuslarını göstərmək, başqalarının gözündə mükəmməl olmaq istəyi sosial medianın təkan verdiyi bir xüsusiyyətdir. Sabirin əsərindəki obrazlar da çox vaxt özlərini başqalarına göstərmək üçün fərqli davranışlar sərgiləyirlər. Sosial media və bu platformalarda yaranan saxta “görünüşlər”, insanları daxili mənəviyyatdan çox, xarici “göstərişlərə” fokuslanmağa məcbur edir. Bu mövzu, Sabirin əsərindəki əsas mesajlardan biri olan “görünüş” və “gerçək mənlik” arasındakı ziddiyyətlərlə bağlıdır.

Bu iki əsəri oxuyarkən, cəmiyyətin dəyişməsini və daha ədalətli bir yerə çevrilməsini təmin etmək üçün həm əxlaqi dəyərlər, həm də hüquqi islahatların vacibliyini anlamaq olur. “Hophopnamə” həm də ədəbi satira kimi, təbii ki, xalqın təhsil və maarifləndirilməsini əsas götürərək, bir çox yanlışları və boşluqları ifşa edir. Hər iki əsərdə cəmiyyətdəki təbəqə fərqləri və sosial ədalətsizliklər mövzusu işlənir. Həm Ağaoğlu, həm də Sabir öz dövrlərinin sosial strukturlarını tənqid edir və bu strukturlarda cəmiyyətin inkişafını əngəlləyən çətinlikləri göstərirlər. “Sərbəst Insanlar Ölkəsində” əsərində müxtəlif təbəqələrdən olan bir çox personaj yer alır. Personajların arasında bir çox “sərbəst insan” arzusunda olan şəxslər var, amma onları əhatə edən sosial şərtlər və normalar onların bu arzularını həyata keçirməyə mane olur. Bu da əsərin mərkəzi ideyasını – cəmiyyətin inkişafı və fərdi azadlığın qarşısındakı maneələri – daha da aydınlaşdırır. Ağaoğlu, insanların yalnız fiziki sərbəstliyinə deyil, həm də mənəvi və intellektual sərbəstliyinə də diqqət yetirir. “Sərbəst Insanlar Ölkəsində” əsərində Rəşid bəy, əsərdə mütəfəkkir obraz kimi, cəmiyyətin islahatına və insan hüquqlarının tanınmasına önəm verir. Onun fikirləri, daha müasir və inqilabi yanaşmalarla cəmiyyətin inkişafını təklif edir. Rəşid bəy, fərdi azadlığın əldə edilməsi üçün təhsilin və intellektual inkişafın vacibliyini vurğulayır. Bu, onun özündən çox cəmiyyətin inkişafını hədəfləyən bir xarakter olduğunu göstərir.

Ağaoğlu, hüququn yalnız dövlətin tətbiq etdiyi qanunlardan ibarət olmadığını, eyni zamanda cəmiyyətdəki şəxsi əxlaq və ədalət anlayışları ilə də bağlı olduğunu vurğulayır. Əsərdəki bir çox obraz, hüququn və ədalətin yalnız rəsmi və bürokratik qurumlarla tənzimlənə bilməyəcəyini, həm də cəmiyyətin mənəvi dəyərləri ilə uyğun olmalı olduğunu irəli sürürlər. Məhəmməd Əli, idealist və azadlıqsevər bir obrazdır, lakin əsərdə onun düşüncələrinin və arzularının həyata keçməsi, cəmiyyətin mövcud sosial quruluşu ilə qarşı-qarşıya qalır. Onun xarakterindəki ən mühüm xüsusiyyətlərdən biri, cəmiyyətin mövcud təbəqələşməsinə qarşı çıxaraq, sərbəst insan olmağı hədəfləməsidir. Ədalət, əsərdə yalnız hüquqi çərçivədə deyil, həm də etik və mənəvi səviyyədə nəzərdən keçirilir. Hüquq və ədalət arasındakı bu əlaqə, əsərin personajlarının davranışları və düşüncələri ilə də paralellik təşkil edir. Həsən bəy isə cəmiyyətdəki mövcud nizamın qorunmasını istəyir və sərbəst düşüncəyə qarşıdır. O, ənənəvi dəyərləri təmsil edir və dəyişiklikləri təhlükə olaraq görür. Bu, onun fəlsəfi cəhətdən qorxulu və mühafizəkar düşüncəsini göstərir. Hər bir obrazın öz hüquqlarını qorumağa çalışması, amma eyni zamanda cəmiyyətdəki digər insanların hüquqlarını da nəzərə alması lazım olduğu fikri önə çıxır. Məmməd bəy və Səid bəy də əsərdəki tipik aristokrat bir obrazlardır. O, var-dövlət və mövqe sahibi olsa da, cəmiyyətin azadlıq, ədalət və hüquq məsələlərinə münasibətində dar bir baxış açısına sahibdir. Məmməd bəyin xarakteri, cəmiyyətdəki mövcud sosial sistemin qorunmasına meylli bir təbəqəni təmsil edir və fərdi azadlıq və bərabərlik kimi məsələlərə qarşı ümumilikdə skeptikdir. Səid bəy də dövrümüzdəki bir çox insan kimi öz sosial mövqeyini və təsirini qorumağa çalışır. O, dəyişiklikləri təhlükəli və qeyri-sabit hesab edir, buna görə də cəmiyyətdəki azadlıq tələblərinə qarşı çıxır.

Sabirin “Hophopnamə” və Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsi” əsərləri müasir dövrə çox yaxın və aktual məsələləri təhlil edir. Bu əsərlərin hər biri, dövrün sosial, əxlaqi və hüquqi problemlərinə işıq salmaqla yanaşı, bu gün də bizə bir çox dərslər verir və gələcəyə dair çağırışlar edir. Müasir dövrümüzdə bir çox oxşar məsələlər hələ də mövcuddur, yalnız onların forması dəyişib.

IIPL Dr. Hasan Orooju Səhiyyə Sektorunda Görkəmli Xidmətlərə görə Sülh Mükafatı ilə təltif edir

IIPL Dr. Hasan Orooju Səhiyyə Sektorunda Görkəmli Xidmətlərə görə Sülh Mükafatı ilə təltif edir

Beynəlxalq Sülh Liderləri İnstitutu (IIPL) keçmiş Baş Səhiyyə Direktoru və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Milli Məsləhətçisi, hörmətli Dr. Hasan Orooj-u nüfuzlu IIPL Sülh Mükafatı ilə təltif etdi və hazırda IIPL səhiyyə sektoruna25 il ərzində göstərdiyi diqqətəlayiq töhfələrə görə ona Sağlamlıq və İqlim Dəyişikliyi Diplomatiyası üzrə Direktorun məsuliyyətini həvalə edib.

Dr. Hasan Orooj əvvəllər Pakistan hökumətində Dy vəzifəsində çalışıb. Səhiyyə Baş Direktoru və DG Capital Development Authority (CDA) İslamabad olaraq, ictimai səhiyyə təşəbbüslərinin irəliləyişində mühüm rol oynayan, bərabərlik və şəhər inkişafı.

Beynəlxalq Sülh Liderləri İnstitutunun sədri Muhammad Atta Ur Rehman İslamabadda yerli oteldə keçirilən kiçik mərasimdə mükafatı doktor Həsən Orooca təqdim edib. Tədbirdə Dr. Oroojun davamlı inkişafı və sülhü təşviq etmək missiyasına uyğunlaşaraq, sağlamlıq bərabərliyi və iqlim diplomatiyasına olan bağlılığı vurğulandı.

İlhamə Dağlı – Sirli dünya

Sirli dünya

        I

Dünya elə kirlənmişdi,
Heç nə qalmamışdı təmiz.
Hər gün tufan qoparırdı,
Axan çaylar, mavi dəniz.

Dünya elə kirlənmişdi,
Kir tutmuşdu üzü- gözü.
Yalan ayaq tutub gedir,
Tapdayırdı doğru sözü.

Dünya elə kirlənmişdi,
Yağan yağış yalançıydı.
İlk dəfəydi, bu nə işdi,
Yağış yerə yabançıydı…

Dünya elə kirlənmişdi
Tərtəmiz qar riyakardı,
Qış cildini dəyişmişdi,
Bilmirsən kim günahkardı

Dünya elə kirlənmişdi
Külək əsir veyil-veyil.
Aydan xəbər-ətər yoxdu.
Günəş həmin Günəş deyil.

Tökür leysan, yutulmayıb,
Bu dünyanın kirli üzü
Daha Günəş aydınlatmır ,
Daxildəki doğru-düzü.
Il

Külək əsir, bu dünyanı
Lap qoparır məhvərindən,
Kaş dünyanı azad etsin,
Yalan, riya zəhərindən.

Yer titrəyir, çaxır şimşək,
Dolu tökür, tufan qopur.
Təbiət də təngə gəlib,
Bu dünyanın kirin tökür.

Artıq nəfəs alır dünya,
Təmizlənir Yer kürəsi.
Sakit- sakit qar da yağır,
Paklanıbdlr dağ-dərəsi.

Hər şey yenidən başlayır,
Açılır təzə səhifə.
Dünyanın başında günəş,
Nur saçır hər bir tərəfə.

21.02.2025.

Şəlalə Camalın şeiri

“Həyat necə xoşdu” – dedim,
“Bu nə cavan yaşdı” – dedim,
Sənə “qəlbim boşdu” – dedim,
Demədim ki, gir ürəyimə,
Demədim ki, qır ürəyimi.

Baxışımda şimşək çaxdı,
Gözlərimdən yağış axdı,
Bu ürəyimdə darıxdı,
Demədim “darıx ürəyimə”.
Demədim ki, vur ürəyimi.

Hər gün səssiz üşüdüm,
Hər gün həsrət düşündüm.
Bu dünya da beş gündü,
Demədim ki, gəl ürəyimə,
Demədim ki, yar ürəyimi.

KƏRİM ŞÜKÜRLÜNÜN HEKAYƏSİ

İNTİHAR
(hekayə)

Yenə gözünə yuxu getmirdi. Beləcə, neçə gün idi ki, yata bilmirdi. Gecəni sübhə kimi o tərəf-bu tərəfə aşır, səhəri dirigözlü açırdı. Neçə vaxt idi ki, fikirləşməkdən üzülüb əldən düşmüşdü. Sevgisinə, sevdiyi qızdan – Səriyyədən müsbət cavab ala bilmirdi. Küçələrin xəlvəti yerində, Kürün sahilində, qız səhənglə su gətirməyə gedərkən saxlayır, dil tökür, eşqini min bir dillə izhar edir, qız isə daş atıb başını tutur, israrla onu sevmədiyini, sevə bilmədiyini, sevməyəcəyini açıqca bəyan edirdi.
Bütün bunlar xəyalında dolaşdıqca, Səriyyənin siması, ideallarında axtardığı qız obrazı canlandıqca başına sanki hava gəlir, gözlərinə mil çəkilir, yata bilmirdi.
Qəfil qorxunc bir fikir Yadigarın fikrini çulğadı: intihar etmək. Gedib özünü Kürə atıb bu sevdadan canını qurtarmaq qərarını verdi. Kəndləri çayın kənarında olduğundan uzun yol getməyəcəkdi.
Yerindən səssizcə durdu, geyinib otaqdan astaca çıxdı.
Ata-anasının, bacı-qardaşının eşitməməsi (kiçik qardaşı onunla bir otaqda yatırdı) üçün barmaqlarının ucu ilə yeriyirdi. Ayaqqabılarını geyinib səssizcə həyətə düşdü, taxta darvazanı açıb küçəyə çıxdı. Evlərindən sağa dönən kimi dar küçə düz Kürün sahilindəki bəndə sarı uzanırdı. Sağ və solda geniş həyətlər (aran rayonlarında həyətlər böyük olur) yerləşirdi. Gecə yarı olduğundan hamı yatmış, səs-səmir gəlmirdi. Arabir həyətlərdə itlər hürür, onlar da Yadigar səsini çıxarmadığı üçün səslərini tez kəsirdilər. İtlər səssiz rəqibdən (ələlxüsus gecə) qorxurlar. İtlərinin səsini arabir, yataqlarında da olsa eşidən sahibləri gecənin bu vədəsində çaqqala, tülküyə hürdüklərini zənn edib narahat olmurdular.
Həyətlərin yanından keçib kəndin kənarı ilə axan arxa (kanala) çatdı. Kiçik körpünün üstündən keçən kimi yol bəndin üstünə çıxırdı. Bu bəndi vaxtilə ata-babaları, nənələri-anaları min bir əziyyətlə kürəklərində torpaq daşıyıb qurmuşdular ki, çay daşanda kəndi yuyub aparmasın.
Yadigar körpünü keçib bəndin üstünə çıxdı. Ordan Kürün sahilindəki qayanın üstünə otuz-qırx addımlıq yol idi. Bənddən aşağı düşüb yulğun ağaclarının arası ilə gedən cığırla qayalığa yaxınlaşdı. Özünü bu qayalıqdan Kürə atacağına qərar vermişdi.
Gecə doğmuş ayın şüası Kürün lacivərd sularına düşüb qırçın ləpələrin üzərində bərq vururdu. Çayın o biri tayında uzanıb gedən Tuğay meşələrində oxuyan quşların səsi bu gözəlliyə gözəllik qatırdı. Arabir ulaşan canavarın, çaqqalın, tülkünün səsi insanda yaşamaq hissini qaynadırdı. Yay fəsli olduğundan suyun üstünə tullanıb ordan şappıltı ilə suya düşən balıqlar intihar etmək üçün qayanın kənarına yaxınlaşıb ordan suya tullanmaq qərarına gələn Yadigarın həyat eşqini bir daha artırdı. Bir anlıq dayanıb fikirləşməyə məcbur oldu. Axı, özünə qəsd etsə bir gözəl qızın, sevdiyinin naminə bütün bu gözəlliklərdən məhrum olacaqdı?! Bir də ki, Səriyyə onu sevmir, indi Yadigar burda intihar həddində olarkən o yatağında mışıl-mışıl yatır. Axı, bütün sevənlər qoşa yaranıb? Leyli və Məcnun, Əsli və Kərəm, Fərhad və Şirin, Bahadur və Sona, Romeo və Cülyetta və həyatda gördüyü, tanıdığı, görüb-tanımadığı milyonlarla sevənlər…
“Məni sevməyənin sevgisini mən ürəyimdə “qətlə” yetirməliyəm. Özünəqəsd Allah tərəfindən də qəbul olunmur” – düşündü.
Bütün bunları fikirləşən Yadigarın qəlbində, sanki bir təbəddülat baş verdi, ürəyində bir yüngüllük yarandı. Qayadan geri çəkildi. Ordan cüma-cuma çayın qumlarla dolu yastı sahilinə endi. Paltarını qumların üstündə soyunub ayın parlaq işığında insanda yaşamaq, bu həyatdan zövq almaq eşqini gücləndirən suya baş vurdu. Bir xeyli o tərəf-bu tərəfə üzdü. Canına yayılan sərinlik düşüncələrini bir qədər də aydınlaşdırdı, onu sadəlövh düşüncələrdən, mənasız yerə bu gözəl dünyadan ayrılmaq fikrindən tamamilə daşındırdı.
Mənası olmayan sevgini bu sulara qərq etdiyi qərarına gəldi.
Sudan çıxıb paltarını geyindi, endiyi cığırla qayanın üstünə qalxdı.
Yadigar gəldiyi yolla evlərinə qayıtdı. İndi daha ehtiyat etmədən gedirdi. Evdəkilər duyuq düşüb hardan gəldiyini soruşsaydılar havasını dəyişmək üçün bəndin üstünə çıxdığını deyəcəkdi.
Yataq otağına girdi. Ağ mələfəni üstünə çəkdi. Mənəvi cəhətdən çox rahatlandığından və neçə gündür yata bilmədiyindən dərhal dərin yuxuya getdi.