www.bitik.az tərəfindən yazılmış bütün yazılar

25 iyun Xanlar Həmidin doğum günüdür – Təbrik!

“YAZARLAR”  cameəsi adından tanınmış yazar XANLAR HƏMİDi doğum günü münasibətilə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!

Hörmətlə: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əsəd Cahangirin doğum gününə

25 iyun Əsəd CAHANGİRİN doğum günüdür! Təbiətin qanunauyğunluqlarına əsaslansaq, həm də söz səltənətində yeni istiqamətin – SÖZ MÜLKÜMÜZÜN CƏNUB QÜTBÜNÜN – yarandığı gündür! Mövludun mübarək olsun, əziz və dəyərli Əsəd bəy!!! Təbrik edirik!!!

Hörmətlə: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏSƏD CAHANGİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ҚӘЛБИМДЕГИ СӨЗДИ АЙТА АЛМАДЫМ

ҚӘЛБИМДЕГИ СӨЗДИ АЙТА АЛМАДЫМ

Қанша жыллар өтти ескен самалдай,
Еле сол пикирден қайта алмадым.
Ишимде бир дәрт бар қалған қамалдай,
Неге сол бир сөзди айта алмадым…

Бир өмир өртенер жалыны лаўлап,
Қәлбимнен шығарып жойта алмадым.
Енди жыллар өтип жанымды жаўлап,
Маған әрман болды айта алмадым…

Жандым муҳаббаттың ҳижиранларында,
Баяғы күнлердей сирә болмадым.
Еле егеўлейди қандайдур азап,
Неге сол бир сөзди айта алмадым…

Жаным жақсы көрер сыр шашалмайман,
Өзим айтқанымнан қайта алмадым.
Өзим жаққан оттан қашалмайман,
Сонда сүйдим деп не айта алмадым…

Бир өмир азабын шегип тәғдийирдиң,
Байлық әмел деген жолды таңладым.
Жолына түсиппен таяқсыз көрдиң,
Жыллар өткеннен соң енди аңладым…

(Бир жаўан налышы)

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Müharibədə qalib gəlmək kifayət deyil, sülhü təşkil etmək daha vacibdir.”

“Müharibədə qalib gəlmək kifayət deyil, sülhü təşkil etmək daha vacibdir.”
Bu Aristoteldən dərin sitatdır.O, mühüm bir həqiqətə toxunur – müharibədə qalib gəlmək hekayənin sonu deyil, davamlı və sabit sülhü təmin etmək üçün yeni çağırışın başlanğıcıdır. Aristotel başa düşürdü ki, əsl qələbə təkcə hərbi fəth deyil, döyüş bitdikdən sonra uzunmüddətli sabitlik və əməkdaşlıq üçün şərait yaratmaq üçün gərgin işdir.İlk növbədə müharibəyə səbəb olan əsas gərginlik və münaqişələr aradan qaldırılmasa, sadəcə olaraq düşməni məğlub etmək kifayət deyil.
Sitatda vurğulanır ki, əsl sınaq müharibədən sonra baş verir, o zaman liderlər və cəmiyyətlər öz diqqətlərini döyüş meydanı taktikasından yenidənqurma və barışıq kimi diplomatik, iqtisadi və sosial problemlərə çevirməlidirlər.Müvəffəqiyyətli sülh quruculuğu uzaqgörənlik, səbr və münaqişənin ilkin əlamətlərini deyil, əsas səbəblərini həll etmək öhdəliyini tələb edir.Aristotelin buradakı fikirləri qədim Yunanıstanda olduğu kimi bu gün də aktualdır. Davamlı sülh düşünülmüş dövlətçiliyi, kompromis və çətin məsələləri birbaşa həll etmək istəyini tələb edir. Sitat təkcə hərbi qələbənin əsl uğurun natamam ölçüsü olduğunu xatırladır.Dövlət xadimliyinin əsl nişanəsi müharibədən ədalətli və davamlı sülhə keçid qabiliyyətidir.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuz Mustafa – Səyahət

Amerikada Məhəmməd Əfşarla söhbət

…və nəhayət, bunu da deyim. Çörək alırdıq. Söhbətimizə diqqət kəsilən gənc satıcı gözləmədiyim halda dedi ki, zənnimcə siz Azerbaycan türküsüz.. Tanış olduq. Sən demə, Məhəmməd, Əfqanıstandan gəlibmiş Amerikaya. Dedi ki, bizə Əfşarlar deyirlər, bilirəm ki, kökümüz Azərbaycandandır.
Məhəmməd iki Univerditet bitirib. Əvvəlki hakimiyyət dövründə Əfqanıstan prezidentinin köməkçisi olub. Son çevrilişdən, dini radikallar hakimiyyəti ələ alandan sonra ölkəni tərk etməli olub. Dükanda müvəqqəti çalışır. Ona burada başqa iş vəd ediblər.
Məhəmməd Qarabağda əldə edilən qələbədən sevindiyini bildirdi. O, Əfqanıstanda da Qarabağ bölgəsinin mövcudlugunu vurğuladı.
…Əfqan, yəni “əfşar çörəyi” dadlı idi, lap bizim çörəklər kimi…

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ömürdü başından düman da keçər…

Ömürdü başından düman da keçər,
Ürəyi gözünün suyunu içər,
İnsan var yüz yaşda dünyadan köçər,
Adam var yüz ildir doğula bilmir.

Bəzən ağır olur qəlbinin yükü,
Ağrını yaş edib gözündən tökür,
Zaman namərd olur belini bükür,
Adam var yüz ildir doğrula bilmir.

Toxunar ruhuna fələyin sözü,
Yandırar könlünü məhəbbət közü,
İnsan var ölməyə gəlmir ki,üzü,
Adam var yüz ildir doğula bilmir.

Yaxşılar doğulur yüz ildə tək-tək,
Yaxşının qədrini biləsən gərək.
İnsan var libasın dəyişən mələk,
Adam var yüz ildi doğula bilmir.

Ümidim ayrılmır hələ xülyadan,
Bəlkə də görməyib dünya hələ dan,
Təvəkgül doğuldu getdi dünyadan,
Yadigar hələ də doğula bilmir.

Müəllif: Yadigar TƏVƏKGÜL


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanlar Həmid -70

Xanlar Həmid -70
Xanlar müəllim düz 70 il bundan əvvəl uzunömürlülər diyarı Lerikin ziyalılar kəndi Çayrud kəndində dünyaya göz açmışdır.Bu günə qədər də dağlara söykənərək,öz doğma kəndində yaşamaqda davam edir.Öz poetik ruhunu,ilhamını söykəndiyi dağlardan,onun təmiz havasından və səffaf sularından almışdır.Orta məktəbi doğma kəndində,ali məktəbi isə doğma paytaxtımız Bakıda bitirmişdir.O vaxtdan ömrünü doğma kəndinə bağlamış,bütün həyat fəaliyyətini,yaradıcılığını bu kənddə davam etmişdir.Ədəbi yaradıcılığı da elə vaxtdan başlamışdır.Ədəbi mühitdə Xanlar Həmid imzası tez bir zamanda məşhurlaşmlşdır.Onun yazdığı qoşmaları,gəraylıları və qəzəlləri özünəməxsusluğu,dərin fəlsəfi mənaya malik olduğu,maraqlı və məntiqliliyi ilə seçilmişdir.Şeirlırində daim torpaq halallığı,dağ çiçəklərinin qoxusu və Vətəninə,doğma torpaqlarına bağlılıq hiss olunmuşdur.Vətənpərvərlik mövzusunda yazdığı şeirləri həmişə diqqət çəkmişdir.”Ana yurdum Azərbaycan”,Lerikimdədir”,”Bizim cənub böldəsində”,”Çayrud”,”Lənkəran” və s.kimi şeirləri dillər əzbəri olmuşdur.Xanlar Həmid Əruz vəznində də özünü sınamış və neçə lirik qəzəllər yazmışdır.Həmin qəzəllər xanəndə və müğənnilərin repertuarında böyük məharətlə və ustalıqla səslənmişdir.Elə bu sətirlərin müəllifi Tarix Vüsallı onun 15 şeirini səsləndirmiş və oxucular tərəfindən böyük rəğbətlə qarşılanmış,minlərlə baxış sayı ilə diqqət çəkmişdir.
Xanlar Həmid həm də avestaşünasdır.25 ilə yaxın Avestanın tərcüməsilə məşğul olmuş,1000 səhifəyə yaxın 3 cilddə kutab çap etdirmişdir.Hər kitabın təqdimatı Yazıçılar Birliyinin Natəvan zalında böyük təntənə və maraqla keçmişdir.Mən şəxsən həmin təqdimatların canlı şahidi olmuşam.
Xanlar Həmid həm də eşq,məhəbbət şairidir.Onda olan eşq,məhəbbət,sevgi Tanrının ona verdiyi ən böyük əlçatmaz möcüzəsidir.O,romantik bir şair kimi Tanrının ona bəxş etdiyi eşqdən qidalanaraq,oxucuları üçün çox gözəl lirik şeirlər yaratmışdır.Xanlar müəllimin məhz xoşbəxtliyi bundadır ki,öz sevgilərini,bu sevgidən doğan vüsal,həsrət duyğularını poeziyaya və nəğməyə çevirə bilmişdir.Xanlar Həmid yaradıcılığından günlərlə danışmaq olar.Ancaq mən burda fikirlərimi sona çatdırıram.Xanlar müəllimi bir daha ürəkdən təbrik edirəm.Ona həyatda uzun ömür,can sağlığı və saflığı,yaradıcılığında daha böyük uğurlar arzu edirəm.
Hörmətlə:Tarix Vüsallı.

XANLAR HƏMİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VƏTƏN, HARAN AĞRIYIR?

VƏTƏN, HARAN AĞRIYIR?

Qəlbin istəyən yerdə
Gəzmək olmur, bilirsən.
Bu qədər haqsızlığa
Dözmək olmur, bilirsən.
Sən sükuta dalmısan
nədən, haran ağrıyır?
Vətən, haran ağrıyır?

Daha gözlərim görmür
Salvartı yaylağını,
Məkan seçib qarğalar
Tərlanlar oylağını.
Dağı dumanlı görüb,
Düşkün Aran ağrıyır,
Vətən, haran ağrıyır?

Dərman tapa bilmirəm
Dərdinin əlacına.
Niyə gedə bilmirik
Qubadlıya, Laçına?
Neçə kəndlər, şəhərlər
Qalıb viran ağrıyır,
Vətən, haran ağrıyır?

Cıdır düzü göynəyir,
Elə bil gedib huşa.
Yolumuzu gözləyir
Dağlar qoynunda Şuşa.
Düşmən tapdağı altda
Yəqin yaran ağrıyır,
Vətən, haran ağrıyır?

Bağlanıb Füzulinin
Cəbrayılın yolları.
Zəngilanın, Ağdamın
Qandallıdı qolları.
Hasar çəkən görəndə
Sərhəd yaran ağrıyır,
Vətən haran ağrıyır?

Övladın var köksüylə
gülləyə sipər çəkir,
Övladın var dənizə,
meşəyə çəpər çəkir.
Nadanları görəndə
ürək hər an ağrıyır,
Vətən, haran ağrıyır?
Vətən, haran ağrıyır?
26.04.2016

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aqillər yurdunun pir övladıyam!

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hikmət ZIYA – GƏNCLİK NƏĞMƏLƏRİ


Hikmət Ziyanın RAFİQ YUSİFOĞLUNUN “Ocaq yeri” kitabı haqda 1990-cı ildə yazıb “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi məqaləni təqdim edirik:

GƏNCLİK NƏĞMƏLƏRİ

Rafiq Yusifoğlunun uşaqlar üçün yazıb çap etdirdiyi şeirlər həmişə diqqətimi səlb etmişdir. O, hər şeydən əvvəl, uşaq aləmini həssaslıqla müşahidə edir və hər bir şeirində ürəyəyatımlı müxtəlif poetik kəşflər edir. Uşağın yarasını sarıyan ana ufum-ufum ufuldayır. Təəccüblənən uşaq anasından soruşur:

Mənim yaram ağrıyır,
Sənin haran ağrıyır?

Şeir bitdi. Övlada qarşı ana məhəbbətinin misilsizliyini bundan gözəl demək olarmı? Rafiqin belə uşaq şeirləri yüzlərlədir…
Bəs görəsən böyüklər üçün yazdığı şeirlərdə Rafiq Yusifoğlu öz sözünü yeni poetik vüsətlə deyə bilirmi? Özlüyümdə bu sualla «Yazıçı» nəşriyyatının nəşr etdiyi «Ocaq yeri» (1989) kitabını vərəqlədim. Axırıncı şeiri oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, bəli, Rafiq böyüklər üçün olan yazılarında da özünə sadiqdir.
Şeirlərində ulu xalqımıza, doğma torpağımıza övlad məhəbbəti ilə çıxış edən şair, söz tutumuna, yeni ifadə tərzinə xüsusi fikir verir. «Azərbaycan torpağı» şeirindəki bu misralara nəzər salaq:

Güneyində qışda günəş qar əridir, buz yeyir,
Əskik olmaz qar tığından yayda belə quzeyi.
Dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi,
Ürək doymur bu yerlərin baharından, qışından.

Qalx zirvəyə, öyünmə ki, sən hamıdan hündürsən,
Ürəyincə cavab verər burda kimi dindirsən,
İgidlər var, yumruğunu qayalara endirsə,
Parçalanar ovum-ovum, seçilərmi daş undan?!

İnsanları taleyini işə, gücə bağlayıb,
Kəmənd atıb gur çayları axarından saxlayıb.
Qocalar var bu torpaqda, yaşı yüzü haqlayıb,
Təpəri var ürəyində, gileylənməz yaşından.

Təslim oldun qüdrətimə, iradəmə çar-naçar,
Qobustanım heykəlləşən tariximdən söz açar,
Pis niyyətlə toxundumu, ayaq altdan yer qaçar,
Haray qopar bu yerlərin torpağından, daşından…

Əvvəla, xəritədə qartal qiyafəli Azərbaycan haqqında vəznin seçiminə diqqət yetirdim, yurdumuzun qürurlu vüqarına yaraşan təmkin, sanballı on beş hecanın seçilməsi məni çox məmnun etdi. Eləcə də «dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi» deyən şairin sonrakı «Mənim imzam» şeirində fitnəkar bədxaşlarımızın hər cür canfəşanlıqla təkzibinə qarşı xalqımızın ulu tarixinin pozulmaz imzasına inamını gördüm:

Mənim imzam – Təbriz, Qarabağ, Gəncə…
Mənim imzam tarixin yaddaşında.
Mənim imzam – Qız qalası, Əlincə,
Mənim imzam – Qobustanın daşında.

Şair həmin şeirinin sonrakı misralarında xalqının, vətəninin azadlığı yolunda dil-dodağı əsən, vulkan qəlbli, sinədağ, böyük şairimizə, «İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində» deyən ölməz Məhəmməd Hadiyə ruhən ümid verir:

Bir gün tarix yapışacaq yaxamdan,
Kim salacaq bu işləri nizama?
Övladımın damarında axan qan
Təmizdisə, zaval yoxdu imzama.

«Ocaq yeri» kitabında «Doğulduğum torpaq, güvəndiyim xalq», «Sevincim, kədərim», «Sənin pəncərəndən süzülən işıq» adlı bölmələrdə şairin yüzdən artıq şeiri verilmişdir… Başı bəlalar çəkmiş vətən torpağının hər bir doğma övladına müqəddəsliyi, ədalətin ölməzliyini, əqidəsindən dönməyən insanın mənəvi yüksəkliyi, qaynar bulaqlar kimi ləkə götürməz təmizliyi, dünyanı xaosdan qoruyan yaxşıların pisdən qat-qat üstünlüyü, təbiət gözəlliklərinin şəfaverici esazkarlığı kitabdakı əksər şeirlərin mayasını təşkil edir. Yurdumuzun adi çınqılına, koluna, qaya parçasına, çayına, meşəsinə, gölünə, dağına, düzünə, dənizinə vurğun şair bunları yanğı qarışıq bir qürurla, təşbehli, aforizmli sənət dili ilə təsvirə çalışır və çox yerdə buna müvəffəqiyyətlə nail olur. Bu təsvirlərdə o, öz oxucularına da demək istəyir ki, torpağın ətrini məhz belə duyub onun qədrini bilməliyik. Bu, hər şeydən əvvəl, hər kəsin müqəddəs vətəndaşlıq borcudur.
«Bayatı yağışı», «Doğulduğum kənd», «Arazın cavabı», «Qara zurna, dönüm sənin gözünə», «Laylay, Qəbələm, laylay», «Kənd toyunda», «Qaboy çalınanda», «Lənkəranda yağış», «Kəpəz», «Zirvədə», «Düz-əyri», «Bahar duyğuları», «Yallı» və s. bir-birini əvəz edən şeirlərində şairin həssas müşahidəsinə sevinir və onun poeziyamızda sözünü yeni tərzdə deməsinə sevinirsən.
Iki misal:
Qalxana çevrilir onun təpəsi,
Azğın şimşəkləri qoymur yaxına.
Təbiət dumana bükür Kəpəzi –
Qorxur ki, göz dəyə o boy-buxuna.
(«Kəpəz»)

Könlümə ruh verən onun səsidir,
Mən qərib saymıram özümü orda.
Zirvələr qartalın söz kürsüsüdür,
Qarğa deyə bilməz sözünü ordan.
(«Zirvədə»)

Misalların sayını çoxaltmaq da olardı. Qoy onları oxucu kitabdan özü oxusun. Şairin ifadə tərzinin ürəyə yatımlı, poetik cəhətdən bitkin olduğunu bu kiçik nümunələrdən də hiss etmək çətin deyildir.
«Sənin pənsərəndən süzülən işıq» bölməsindəki bütün şeirlər müəllifin lirik hisslərinin ifadəsidir. Bunları toplu halında gənclik nəğmələri adlandırmaq olar. Gəncliyi saf məhəbbətə, «ömrün sevgi fəsli»ndə cılız, ötəri hisslərdən uzaq Leyli, Şirin, Qeys, Fərhad dünyalı insanı durulaşdırıb paklaşdıran, ürəkdə heç bir xəbisliyə yer qoymayan təmiz, ülvi eşqə səsləyən şair sanki bu bəndi sevgi şeirlərinə leytmotiv seçmişdir:

Dünya yaranışdan xeyirdi, şərdi,
Sevib əzab çəkən əhli-bəşərdi,
Bu həyat necə də adiləşərdi,
Ürək olmasaydı əsir sevgiyə.

Arzum budur ki, müəllifin gələcək kitablarında bircə kəsirli misra olmasın. «Ocaq yeri» kitabının müəllifi Rafiq Yusifoğluna ən böyük arzum isə budur ki, o, yaradıcılıq meydanını daha da genişləndirsin. Xalqımızı, xüsusilə gəncliyimizi düşündürən məsələlərə öz münasibətini bildirsin, milli-demokratik dirçəlişimizin, suverenliyimizin fəal şair vətəndaş tərənnümçüsü kimi qələm çalsın. «Ocaq yeri» kitabındakı şeirlər göstərir ki, həssas şairimizdən bunu ummağa bizim tam haqqımız var. Bu yolda ona yaradıcılıq uğurları arzulayıram.

Hikmət ZIYA
«Azərbaycan gəncləri» qəzeti, 25 iyun 1990-cı il.

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru