Mərhum alimimiz Bəkir Nəbiyev mənə bir elmi mövzu vermişdi, təxminən belə yadımda qalıb: “Azərbaycan bədii təhkiyəsinin təşəkkülü”. Bunu üçillik plan işi kimi verdi və söylədi:
İşlə, sonra bu mövzunu bir az genişləndirib sənin üçün doktorluq mövzusu kimi təsdiqləyərik. İşləməyə başladım, amma mənim bir xasiyyətim var: heç vaxt ada, vəzifəyə hədəflənmədim, elmi mövzu ki məni çəkib hara apardı, ora getdim. Mövzunu işləyirdim ki, Abbasqaulu ağa Bakıxanıvun “Kitabi-Əsgəriyyə”sinin tilsiminə düşdüm. Mövzumu atdım bir kənara düşdüm bu əsərin içinə. Əsərin poetikasına, fəlsəfəsinə uyub getdim. Gəlib çıxdım elmi kəşfə. Bir əsər yazıb qoydum ortaya: “Abbasqaulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi”. Azərbaycan ədəbiyyatşünaslığında bir əsr lirik hekayə kimi qiymətləndirilən hekayəni ilk dəfə qətiyyətlə satirik əsər kimi təhlil etmişdim. Niyə “qətiyyətlə” deyirəm? Ona görə ki, mənə qədər də o hekayədə gülüşün səsini eşidən alimlər olmuşdu, amma bunu epizodik məqam kimi görmüşdülər. Halbuku əsər basdan-başa satira idi. Əsəri İnstitutun Elmi Şurasına çıxarmaq istədim. Şöbə müdirim Zaman Əsgərli öncə əsərin əlyazmasını qəbul edib özü oxudu. Gətirib qoydu masanın üstünə və biz üzbəüz əyləşdik. Saatlarla mübahisə etdik. O öz mövqeyindən dönmək istəmirdi: “Lirik hekayədir!”. Mən də arqumentlərimi göstərib öz fikrimdə qətiyyətli idim: “Satirik əsərdir!” Əsəbləşirdi:
Könül, sən deyirsən, qatıq qaradır.
Xeyr, Zaman müəllim, siz qatığa qara deyirsiniz. Mən isbat etmişəm. Zaman müəllim başqa bir təklif etdi: “Şöbədə müzakirəyə çıxaraq”. Razılaşdım. İş verildi iki alimə – oxunmağa. Müzakirə günü ürəyim bərk həyəcanlı daxil oldum otağa. Alimlər müzakirəyə gəlməmişdilər. Biri axşamdan zəng edib gələ bilməyəcəyini söyləmişdi. Onsuz da, kədərli idim. Digər həmkarımız da gəlməmişdi. Qolum-qanadım qırılıb yanıma düşmüşdü. Məruzə etdim. Zaman müəllimdən başqa heç kim oxumamışdı bu tədqiqat işinin əlyazmasını. Nitqimi bitirdim, Zaman müəllim auditoriyaya sual verdi:
Sualı olan var? Hamı susdu, dönüb Elmira Qasımovaya baxdım. Başını salmışdı aşağı. Zaman müəllim son sözünü dedi:
Müzakirəni bitmiş hesab edirəm. Çox sağ olun. İş Elmi Şuraya çıxarılmadı. Bir neçə gün sonra işi oxuyub, amma müzakirəyə gəlməyən həmkarlarımdan biri ilə dəhlizdə üz-üzə gəldik. Dedi:
Könül, sənin bu işin elmi kəşfdir. Bu işə görə sən doktorluğu oxumadan da elmlər doktoru adını almağa layiqsən. Heç nə demədim. Ürəyimdə tikana döndü o söz və indiyə qədər də çıxmadı. Yəqin, ömrümün son günlərində də xatırlayacağım həyat hekayələrimdən biridir bu əhvalat.
Yalnız məşhur romanları ilə deyil, vaxtaşırı apardığı akademik araşdırmaları, elmi- publisitik yazıları ilə də türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə bu və ya digər dərəcədə aydınlıq gətirməyə çalışan (və geniş ictimai maraq doğuran) Yunus Oğuz oxucuların müzakirəsinə (bundan öncə onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”) kitabları nəşr edilmişdir. Bunlardan ikisi Elm və Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi nəzərdə tutulub) məzmun-mündərəcə etibarilə kifayət qədər siqlətli yeni bir əsər vermişdir ki, burada ən azı üç ciddi problem diqqət mərkəzinə çəkilməkdədir. Onlardan birincisi “türk” sözünün etimologiyasıdır. Bu barədə çox yazılmış, çox deyilmiş, dünyanın bütün görkəmli türkoloqları “türk” sözünə öz interpretasiyalarını izhar etməyə ehtiyac duymuşlar. Və nəticə etibarilə, türk”ün a) “igid”, “hünərli”, “cəsarətli”, b) “gözəl”, “ürəyəyatan”, “könülaçan” və c) “törəli”, “qanun- qayda sevən” və “qanun- qaydaya riayət edən” mənalarını bildirdiyi qənaətləri yayılmışdır. O da məlumdur ki, “türk” sözünün tərkibi “t + r” və “k” hissələrindən ibarətdir: “tar”, “tor”, “tur” “tür” və s. kökü ilə “ıq”, “ik”, “uq”, “ük” şəkilçisi. Sözün kökü məna dəyişikliklərinə həddindən artıq həssas olmuş, şəkilçi isə sadəcə mücərrədlik bildirmişdir.
Yunus Oğuz “türk” etnoniminin həm Mahmud Kaşğarinin “Divan”ındakı, həm də “Qədim türk sözlüyü”ndəki izahlarını xatırlatdıqdan sonra, ən yeni dövr türkoloqlarının mülahizələrini nəzərdən keçirir. Və “türk”ün ən qədim dövrlərdən müxtəlif mənbələrdə əks olunmuş “törəmələr”ini göz önünə gətirir: turuk, tarku, turşa, etrusk, turça, turkha, türkü, tursü, turka, türkilinq,turoba (Troya), turçi, trek, turça, Turan və s. və i.
Mənə məlum olduğu miqyasda ilk dəfədir ki, Yunus Oğuz “türk” etnoniminin daxil olduğu etnoqrafik- mədəni sferanın anlayış- konseptlərini də tədqiqata cəlb edir ki, buraya, ilk növbədə, “el”, “oba”, “bil”, “tağ” və s. aiddir.
Heç şübhə yoxdur ki, həmin istiqamətdəki araşdırmalar “türk” etnoniminin ideya- məzmununun daha aydın təsəvvürünə müəyyən imkanlar açacaqdır.
Müəllifin toxunduğu ikinci problem Avrasiyanın Qərb ucqarlarındakı türk toponimləridir ki, bunlar Strabonun “Coğrafiya”sından, yəni son dərəcə mötəbər bir mənbədən gətirilir: Alp, Apatur, Arvak, Asta, Atamon, Evbey, Bardul, Dondar, Etrusk, Kimmer, Kenoba, Onoba, Salar, Salqan, Arat, Bark, Qarpak, Azan, Temen və s.
Həmin mənbədə türkçülüyün ilk baxışdan “zəmanət verən”, ancaq təbii ki, müfəssəl araşdırma tələb edən bir sıra etnonimləri də var: akuti, albiy, albula, ana, araq, asay, atak, bat, duriy, taq, tavr və s. və i.
Yunus Oğuzun türkşünaslıq araşdırma üslubudur ki, faktları bol- bol sadalamaqla öz fikrini, mövqeyini bu və ya digər “nəzəriyyə”yə ehtiyac duymadan bildirir: deyir ki, türklər hər hansı halda Qərbi Avropada olmuşlar!..
Əsərdə diqqət mərkəzinə çəkilən üçüncü problem türklərin Avrasiya boyu Şərqdən Qərbə, yoxsa Qərbdən Şərqə hərəkətidir ki, burada müəllifin məqsədi, əlbəttə, artıq çoxdan başlamış bir ideyaya (konsepsiyaya!) dəstək verməkdir. Belə ki, türklərin “xalqların böyük köçü”ndən – ilk orta əsrlərdən çox- çox əvvəl Qərbdən Şərqə də axınları olmuşdur… Yunus Oğuz tamamilə haqlıdır ki, bu axınlar Qərbi Avrasiyadan (İspaniyadan) da ola bilərdi, Ön Asiyadan (Şumerdən) də… Burada söhbət, Yunus Oğuzun böyük bir ehtiramla həmişə istinad etdiyi L.Qumilyovun sözləri ilə desək, sosiosferin yox, biosferin verdiyi imkanlardan gedir. Yəni xalqların köç hərəkətlərinə (və hərəkatlarına) cəmiyyətdən daha çox təbiət təkan verir. İqlimin dəyişməsi elə güclü bir amildir ki, xalqların ruhundakı “vətən sevgisi”ni çox çəkmədən xoş bir xatirəyə çevirir.
“Türk” sözünün etimologiyasından başlayıb Avrasiyanın Qərb ucqarlarındakı türk izlərinə gələn, oradan da türklərin Şərqdən Qərbə, Qərbdən Şərqə axınlarından hansının onların tarixi taleyində daha böyük rol oynadığı məsələsini bir daha müzakirə meydanına çıxaran Yunus Oğuzun növbəti əsərindəki strateji məqsəd türklüyün (və türkologiyanın) problemlərinə hansısa “məhəlli” yox, yalnız ciddi elmi- metodoloji səviyyədən yanaşmaq imkanlarını bir daha yada salmaqdan ibarətdir. Və türk tarixşünaslığı yaddaşının bu cür təzələnməsinə ehtiyacın həmişə olmasına mən heç vaxt şübhə etməmişəm. Xüsusilə dostum Yunus Oğuz kimi qüdrətli türkçünün (və istedadlı türkoloqun) nümunəsində…
Yunus Oğuz bu kitabda “türk” etnoniminin sanballı izahı ilə yanaşı ilk dəfə olaraq elmi-publisistik ədəbiyyatda islamaqədərki türk törələrindən də bəhs edir. Elmi ədəbiyyatımızda Bilgə xaqan və uyğur törələrini, Dədə Qorqud buyruqlarını qələmə alır.
Yazıçı “Türk törəsi nədir” sualına belə cavab verir: “…törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan” mənasını verir və yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən, bəylikləri, eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir dildə desək, toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən, düzən verən, yazılı olmayan hüquq qaydalarına törə deyilir”. Bu çox vacibdir, çünki əgər islamdan sonra cəmiyyəti və dövləti Qurana əsaslanan şərait idarə edirdisə, islamöncəsi dövrdə türk dünyasının həyat tərzini, əsasən törələr müəyyənləşdirirdi.
Bu da çox vacibdir ki, Yunus Oğuz otuz üç türk törəsini sadalamaqla işini bitmiş hesab etmir, eyni zamanda türk törəsinin özəlliklərindən, törə qaydalarından bəhs edir, cəmiyyətdə, yaxud toplumda qadının tutduğu yerdən yazır, başqa xalqlardakı qadınların oynadığı rolla, türk toplumundakı qadınların müqayisəli analizini verir. Türk həyatında müstəsna rol oynayan qadınların (Tomris xan, Sultan Raziyyə bəyim, Türkan xatun, Möminə xatun və başqalarının) həyat tərzini qələmə alır. Eyni zamanda, o türk fəthlərindən söhbət açarkən törələrə uyğun dövlətin və cəmiyyətin idarə olunmasında türk ədalətini xüsusi vurgulayır.
Bundan başqa Yunus Oğuz çoxdan yaddan çıxmış türk dəfn törənlərindən və toy mərasimlərindən geniş yazır. Yazıçı tapınaqlar və inanclar haqqında formalaşmış fikirlərdən də yan keçmir, onların bəzilərinin hələ də toplumda tətbiq olunduğunu göstərir.
Nəhayət Yunus Oğuz bu qiymətli əsərini Bozqurd kultunun özəllikləri və türklərin yaşadığı coğrafı areal ilə bitirir. O yazır: “Göründüyü kimi dünyanın bir çox yerlərində harada yaşamasından asılı olmayaraq türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (rəmzləri) Bozqurddur.
Bu altı qrup türk dilləri aşağıdakılardır…”
Ən sonda isə o türk duasının tam mətnini verməklə islamöncəsi türk dünyasına işıq salmış olur.
Əminəm ki, bu əsər geniş oxucu kütləsində böyük marağa səbəb olacaq.
Cahangir NAMAZOV, Furqət oğlu 1997-ci ilin 24 yanvarında Nəmənqan vilayətinin Pap rayonunda anadan olub. Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi. “Bütöv Azərbaycan” qəzetinin və “Yazarlar” jurnalının redaksiya həyatı üzvü Özbəkistan üzrə təmsilçisi. Azərbaycan Mədəniyyət Nazirliyi və ədəbiyyat portalının “Ədəbiyyat və incəsənət” saytı üzrə Özbəkistan müxbiri. Azərbaycan Jurnalistlar birliyinin üzvü. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir. Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun Usman Nasir, “Berdak Karagbay oğlu” xatirə nişanları”nın sahibidir. Türkiyənin “Güzel Alanya” mükafatı laureatı. Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib. Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal,Iran,Yunanıstan, Əlcəzair, Iran, İraq, Yunanıstan, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, Koreya, İspaniya,Italya, Kosovo, Misir, Dubay, Kosovo, Pakistan Albaniya, Koreya, Almaniya, Venesuella, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib. Həmmüəllifliktə “Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib. Onun tərcüməsində Türkiyənin “Baygenc” nəşriyyatında Özbək şair və yazıçılarının “Mujde” (2022) və “Gunce Yayinlari” nəşriyyatında “Soze Asik Gonuller” (2024) antologiyaları nəşr olunub. Koreya və Vyetnam “Lotus in the Land of the Calm Morning” antologiyasında bir sıra şeirləri ingilis və koreya dillərində çap olundu.” 2025-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın əziz xatirəsinə həsr olunmuş kitabda da onun məqaləsi dərc olunub. Beynəlxalq mətbuatda mütəmadi olaraq dünyanın müxtəlif ölkələrindən olan şairlər, yazıçılar, jurnalistlər, tərcüməçilər, ədəbiyyatşünaslarla ədəbi-elmi söhbətləri dərc olunur.
ÖZÜMÜ MƏHKƏMƏYƏ ÇƏKDİM
Özümü məhkəməyə çəkdim – Nə şahid var, nə vəkil, nə də ittiham oxuyan qınayıcı. Yalnız bir güzgü… O da sınıq, lal.
Mən cavab verdim, günahsız günahıma – cavablarım uzandıqca uzandı. Ağlamadım – amma içimdə çırpınıb bir şey… sınandı. Dilimdə söz dondu, göz yaşım axdı. Qarşımda özüm – amma yad bir adam kimi dayandım… Heç bir yerdə özüm ola bilmədim. Ancaq özlüyümdə – hər kəsə çevrildim.
Gözümün sual işarələrini yaşlarım sildi apardı. Əlimdə – dəftər, sözlər belə çəkindi, Mən yazmadım – Sözlər yazılmaqdan boyun qaçırdı. Bu – musiqi, məclis deyil – məhkəmə iclasıdır.
Qanımda axan – sükut. Dırnağım altında yığılan həsəd – sükut qədər yumşaq, ağrı qədər iti. Mən özümü bağışladım.
Özümü məhkəməyə çəkdim… Qanun — VİCDAN, Təqsirkar — ÖZÜM. Bütün günahı çiynimə aldım, Öz qarşımda qaraldı üzüm…
ÖZÜMÜ UNUTDUGUM GÜN
Mən özümü unutduğum gün — güzgüm məni xatırladı. Adım — sükut oldu, Nəfəsim — şübhə.
Kölgəm məndən qaçdı, nədən yenə ardımca gəldi? Mən geriyə baxmadan irəli qaçdım, və zaman — məni yarıb keçdi.
Mən həqiqəti yalanlarda tapdım, yalanlarım məni xilas etdi. Çünki bəzən ən doğru söz — deyilməmiş olandır.
Mən ölü fikirləri diriltdim, yeni düşüncələri basdırdım. Yaşamağım — ölümə qarşı üsyan, Ölməyim — həyata hörmət idi.
Mən güldüm — göz yaşlarım gülüşümdən xəcalət çəkdi. Mən ağladım — qəhqəhəm sükuta çevrildi.
Mən yazdım — sözlər ox oldu, mən isə nişan. Mən susdum — və bu ən gurultulu fəryada döndü.
İndi mən yoxam — amma hər yerdə varlığım duyulur. Mən heç kim deyiləm — lakin hər ürəkdə adım anılacaq!
Səni — bağışlamaq üçün sevmişdim, bağışlanmaz bir yerdə tapdım özümü. Əllərim sənin üçün deyil, məhəbbətdə qalmaq üçün duaya açıldı. Gələndə yaralarımı sarıyarsan, — dedim, amma sən qəlbimi açıb böyük bir yaraya çevirdin. Dərman olmağını gözlədim, amma sən xəstəliyimə ad qoydun. “Ayrılıq” dedin. Və o adla daha da çox ağrıtdın…
Mən arzularımı sənin gözlərində gördüm, unutmaq üçün isə dodaqlarına baxdım. İlk öncə sən qəlbimi fəth etdin, axırda isə mən sənin eşqinin əsiri oldum.
Səni ağlayaraq dilədim — hər göz yaşımda bir parça məhəbbət, hər ahımda bir böyük həqiqət. Və indi — “Yaralarımı özüm sarıyaram”, deyə gedərkən ən ağır zərbən — “gecikmiş məhəbbətin” oldu.
SƏNI ELƏ UNUDACAĞAM KI…
Səni elə unudacağam ki, gözlərin külə dönəcək, xatirən qaranlıq bir dənizdə dalğa-dalğa udulacaq.
Unutmayacağın tək şey, mənim səssiz çığırtım olacaq, külümün içində gizlənən alov hər gecə qəlbinə sancılacaq.
Adım — zamana vurulmuş bir yara, dodaqlarında çarəsiz bir heca. Unutmaq yox, unutdurmaq istəyirəm, amma mən elə bir fırtınayam ki, sənin dünyan dağılacaq, özünlə yanıb kül olacaqsan.
Səni unutmaq — bir qiyaməti səssizcə başlatmaq, bir ulduzun gecəni parçalaması kimi; səssiz, amma sonsuz sarsıntılarla…
Unutsan əgər, mənim unuduşumun yükünü daşıyarsan, üzləşərsən kölgəmlə, qaçışın yox, gizlənməyin boş.
Çünki mən — unutmağın ən qaranlıq cəhənnəmiyəm; səni elə unudacağam ki, sən əsla unuda bilməyəcəksən…
Xəyallarımı danışa bilmədim, sükutumun belə dili vardı halbuki. Amma mən — qorxdum suya pıçıldamaqdan, çünki su yalnız şəffaflığı deyil, qaranlığı da daşıyır.
Tutummu özümü, yoxsa buraxıb getsəmmı sularla birgə? Amma içimdə zaten bir ömür axıb duran bir çay var — adı hüsran, adı sükut, adı: “danışa bilmədiklərim.”
Suya demədim, göyə də hayqırmadım… çünki yuxumun yozumu yox idi — bəlkə də taleyi belə yox idi, ya da vardı, amma mən o qapını heç döymədim.
Sular eşitməsin istədim ürəyimin içindəki o qara qorxuları. “Bəsdir” dedim, bir ömür yalnız içimdə axıb getsin göz yaşlarımla bərabər.
Çünki bəzi yuxular yalnız içimizdə böyüyər, yalnız içimizdə ölər və yalnız içimizdə daşar…
AH, SƏNƏ BİR SARILSAM…
“Ah, sənə bir sarılsam indi, qırılsa tənhalığımın sümükləri.”
(Özdemir Asaf)
“Ah, sənə bir sarılsam indi, qırılsa tənhalığımın sümükləri.” * Bir anlıq toxunuşla qırılmadan öncə içimdəki o dərin boşluq yoxa çıxsa, zamanın axışı dayansa və həmişə səninlə qalsam, bir ömür boyu o istiliklə.
De, nə olar, bir an daha ver mənə, içimdəki tənhalıqda boğulmadan, bir sarılmanın gücüylə bütün qaranlıqları yıxım…
Ah, sənə bir sarılsam indi, işıqsız gecələrdə itmiş xəyallarım sənə toxunuşla oyansa və bir daha heç yatmasam.
Bir tək sarılmağınla bütün incikliklər silinsə, içimdə buz tutmuş ürəyim bir azca isinib çözülə bilsə.
Ah, sənə bir sarılsam indi, qırılsa tənhalığımın sümükləri və bir daha yalnız qalmasam…
Bütün dünyaya səni danışardım, bir tək sarılmağınla yenidən doğulsam.
Əməkdar artist Xumar Qədimova mənim mütəmadi dinlədiyim, səsini mahnılarının musiqi notlarında birər-birər duyub hiss etdiyim sənətkardır. Psixologiyada belə bir məqam var: səhəri xoş ovqatla başlamaq lazımdır ki, günün də o cür davam etsin. Mənim aləmimdə açılan sabahların xoş ovqatını tənzimləyən meyardır Xumar Qədimovanın avazı. Necə ki, səhərlər onu dinləyərək işimə başlayıram, həmçinin, günün sonunda onu dinləyib mənən sakitləşirəm.
Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Gümrah bədəni işıqlı ruh formalaşdırır. Sağlam ruhun müalicəsi üçün musiqi dinləmək zəruridir. Hətta məhz musiqi ilə müalicə üsulu, musiqi terapiya mərkəzləri olduğunu bilirik. Xumar Qədimovanın ifa etdiyi onlarla mahnıları – “Qəmərim”, “Mənim gülüm”, “Tanrım”, “Səninçün”, “Ruhunla yaşayacağam”, “Al yaylığım”, “Bir də gəlməyəcək mənim tək qadın” və b. mənim ruhumu qidalandıran, əhvalımı şən-şaqraq edən musiqi ahəngidir.
Müğənni səsinin gücünə, melodiyasına, həzinliyinə əvvəlcə özü inanmalıdır ki, minlərlə dinləyici, tamaşaçı da onun musiqisinin sehrinə düşə bilsin. Sadaladıqlarım Xumar Qədimovanın səsinin sehrində cəmlənir, buna görə də o, tamaşaçıların qəlbini ovsunlaya bilir. Doğrudur ki, “İnsanın mahiyyəti onun arzularında təzahür edir” (Spinoza). Xumar Qədimovanın da müğənnilik mahiyyəti ifa etdiyi mahnılarında onu bəlli edir. Onun səsinin gözəlliyi, yaddaqalan və insanı sakitləşdirən bəstələri, mahnılarına sərraf dəqiqliyi ilə söz seçimi etməsi səhnə şərtlərini ödəyən bütövlük, tamlıq yaradır. Ən vacibi isə, Xumar Qədimova öz üslubunu yaratmağı bacarıb.
Xumar Qədimova bütün mahnılarını zərgər dəqiqliyi ilə seçib oxuyan incə ruha sahibdir. Şərt o deyil ki, hamı filoloq olsun, Azərbaycan ədəbiyyatını əzbər bilsin. Lakin fikrimcə, müğənninin Azərbaycan ədəbiyyatındakı ən gözəl poeziya nümunələrindən məlumatı olmalıdır. Çünki poeziya elə musiqinin özüdür, musiqi isə poeziyanın ahəngidir, sözün notlara köçürülməsidir. Çəkisi ağır, sanballı sözlərlə musiqi birləşəndə, dəyərli bədii misralara mahnı bəstələnəndə mükəmməl sənət əsəri yaranır. Gözəl sözlərlə yaxşı musiqinin ahəngini vəhdətdə dinləmək tamaşaçıların arzusudur, istəyidir. Xumar Qədimova bu istəyi gerçəyə çevirən, tamaşaçının zövqünü tutmağı bacaran sənət tərcümanıdır. O, sanki bir filoloqdur, onun söz seçiminə xüsusi diqqəti Azərbaycan ədəbiyyatına, musiqiyə, tamaşaçı zövqünə etimadın, dinləyici kütləsinə sevgisinin nəticəsidir.
İkinci Qarabağ savaşından sonra, Zəfər münasibətilə yazılmış poeziya nümunələri, nəsr əsərləri mətbuatı fəth etdi. Qarabağ mövzulu şeirlər, əsərlərin bolluğu içində son dövrlərdə məni heyrətləndirən ən mükəmməl sənət əsərlərindən biri Rəşad Məcidin sözlərinə Xumar Qədimovanın bəstələdiyi “Şuşa” mahnısıdır. Bu kompozisiyada da, bir daha Xumar Qədimovanın söz-musiqi vəhdətinə nə qədər diqqət yetirməsini anlamaq olur:
Min şəhər adı var – dillərdə əzbər, Adların ən üstün adıdır Şuşa. Musiqi notudur cüt hecasıyla, Dilimin şəhdidir, dadıdır Şuşa!
Ciyərdə nəfəsdir, damarda qandır, Ruha qanad verən sirli məkandır. Biri beş edəndir, güc artırandır, Qoşundur, əsgərdir, ordudur Şuşa! (“Şuşa”, Rəşad Məcid)
Xumar Qədimova verilişlərdən birində demişdi: “Mən gözəl musiqidən, mahnıdakı gözəl sözlərdən dəli ola bilərəm”. Səmimi fikirdir. Musiqiyə, sənətə, ədəbiyyata, sözə olan sevgisinin gücünü bu cür çılğın, ən kəskin tonda, birbaşa hədəfə vuraraq ifadə edir. Musiqini qüdrətli, əzəmətli, insana qol-qanad verməyi bacaran ilahi qüvvə kimi izah etmək istədiyi cümlədir. Koroğlu dastanında Koroğlunun dəliləri ən cəsarətli igidlər sayılırlar. Elə ki döyüş başladı, meydana atılıb hünər göstərirlər. Gözəl musiqini, yaxşı poeziya nümunələrini dinləyərkən Xumar Qədimovanın “dəli olmağı” həmin cəsarət kimidir. Elə ki söz seçimi etdi, söz onu tərpədib ruhunu oxşadısa, o zaman sözün əsrarəngiz füsunkarlığı Xumar Qədimovaya musiqi bəstələyib mahnı qoşmağa ilham olur. Xumar Qədimovanın səsini dinləmək ən gözəl musiqini eşitdiyimiz zaman ruhun insandan ayrılıb xəyallar aləminə səyahət etməsi kimidir.
Nəsimi yaradıcılığına toxunmaq, onun araşdırmaçısı olmaq nə qədər böyük məharət tələb edirsə, filosof şairin söz dünyasına layiq musiqi ərsəyə gətirmək də həmin məsuliyyətin davamıdır. Xumar Qədimova Nəsimini musiqidə yaradan, canlandıran, ərsəyə gətirən peşəkardır. Nəsiminin “Neylərəm” qəzəlinə bəstələdiyi mahnısında Nəsimi yaradıcılığının ətrini, qoxusunu almaq olur. Bu arada mahnının klip versiyasında Nəsimi obrazının uğurlu alınmasını qeyd etmək, obrazı canlandıran gənc aktyor Səfa Mehdiyə uğurlar arzulamaq yerinə düşər.
Azərbaycan xalqı istedadlı xalqdır. Mayası sözdən, musiqidən yoğrulub. Ona görə də Azərbaycan tamaşaçısı öz işinə peşəkar yanaşan, üzərində çalışan sənət adamlarını ayırd edə bilir. Xumar Qədimova səsləndirəcəyi mahnılarını tamaşaçı auditoriyasına təqdim edənə qədər yüz ölçüb, bir biçən ifaçıdır.
İmadəddin Nəsimi, Yunus Əmrə, Nazim Hikmət, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və başqa dühaların sözlərinə mahnı bəstələyən Xumar Qədimova cazibədar səsə sahib olması ilə bərabər, həm də sənət aləminin, ədəbiyyatın təbliğatçısı sayılır. “Küsmərəm” (söz: Mikayıl Müşfiq), “Niyə getdin, niyə döndün, niyə baxdın?” (söz: Hüseyn Cavid), “Neylərəm”, (söz: İmadəddin Nəsimi), “Rəssam, sevgilimin rəsmini çək” (söz: Mikayıl Müşfiq) və başqa şeirlərə zövqlə musiqi bəstələyib, həmin mahnıları duyaraq ifa edib.
Lirik mahnılar klassik musiqinin bir hissəsidir. Adətən həzin, sakit, durğun səslənir. Bu mahnılara insanlar sakitləşmək üçün qulaq asır. Qeyd etdik ki, Xumar Qədimova lirik mahnılarında söz seçiminə xüsusi həssaslıqla yanaşır. Bu həssasiyyətlik, incəlik, lütfkarlıq, nəzakət, qəmzə təkcə onun musiqi dünyasında yox, həmçinin, xarakterində də özünü göstərir. “Əgər insan dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da kəşf edə bilməz” (Əbu Turxan). Xumar Qədimova gözəlliyi görüb ilhamlanan və bütövlükdə bu harmoniyanı mahnılarına əxz edən insandır.
Doğrudur ki, musiqi ruhun qidasıdır. Onun səsi bizim beşiyin ətrafını, əhatəsini bürüyən ecazkar yuxu nəğməsidir. Bəllidir ki, körpələr ilk günlərdən ana laylası dinləyib musiqi ilə tanış olur, ana laylasını dinlədikcə sakitləşib şirin yuxuya dalırlar. Körpələrimin milli kökənli, sağlam düşüncəli, lütfkar böyüməsi üçün şirin ana laylalarının oxunmasını məlhəm kimi vacib bilib daim səsləndirirəm. Özüm də bilmədən bu laylaların davamına qoşulub zümzümə etdiyim nəğmələr Xumar Qədimovanın lirikasından seçmələr olur. Beləcə, isti yuvamızın ana laylasına çevrilir Xumar Qədimovanın mahnıları.
İçində musiqi duyğusu olmayan, qəlbi səslərlə riqqətə gəlməyən insanın hissləri və dünyası gecə kimi qaranlıqdır (Şekspir). Bu cümlələr mənə sizi xatırladır: məhz sizin ifanızda dinlədiyim “Dilbərim, dilbər” mahnısındakı “Xumar gözlərinlə mənə belə baxma” misrasının musiqi intonasiyasından riqqətə gəlib Xumar adını qızıma verməklə sizə, sizin səsinizə, mahnılarınıza vurğunluğumu bildirmiş oldum. Dörd yaşlı qızım Xumar Xanlarsoyun gələcəyini parlaq görmək arzusundayam:
Xumar gözlərinlə mənə baxırsan, Ulduztək ömrümə işıq saçırsan. Mən dünyalar qədər sevirəm səni, Ay üzlü mələyim, oxu nəğməni, Rəngarəng olsun qoy həyatın sənin!
Sizi sevən dinləyiciləri nura, işığa bürüyən xoş avazınıza, o gözəl səsinizə Allah qüvvət versin, Xumar xanım! Sizə yaradıcılıq uğurları diləyir, səsinizin, adınızın daha ucalarda olmasını arzu edir, sonsuz sevgilərimi bildirirəm!
Azərbaycanda ədəbi-bədii, mədəni-ictimai həyat hər zaman Güney ədəbiyyatına təsir göstərir. İkinci Qarabağ savaşı zamanı (27 sentyabr-9 noyabr 2020-ci il) İranda yaşayan cənublu qardaşlarımız haqqın bərpasını – Qarabağın Azərbaycana birləşdirilməsini ürəkdən dəstəklədilər. 30 il idi ki, Qarabağ dərdi Güneydəki soydaşlarımızın da qəlbinin bir tərəfində yara bağlamışdı. Bu savaşın qələbə sevincindən onlar da şad oldular. Bu müharibədə şəhid, qazi olmuş hər bir qeyrətli Azərbaycan balası üçün onların da ürəyi alışıb yandı. Baş verən bu hadisələrdən təsirlənərək İkinci Qarabağ savaşından sonra İranda yaşayan azərbaycanlı şairlər ana dilimiz – Azərbaycan türkcəmizdə Qarabağa həsr etdikləri şeirləri bir yerə toplayaraq “Araz şaqqıldayır damarlarımda” adlı kitab çap ediblər. Kitab İranın Tehran şəhərinin “Avaz” nəşriyyatında (noyabr, 2021-ci il) işıq üzü görüb. Kitaba Təbriz, Ərdəbil, Urmiya, Sərab, Əhər, Qaradağ və sair şəhərlərdən şairlərin şeirləri toplanıb.
Şükranə Aləmin “Mən Vətənəm”, Cəfər Purrəzəvinin “Canım, canım, Azərbaycan!”, Əbdüləli Ayrumlu Vəfanın “Torpağım”, Əbülfəz Kəriminin “Azərbaycanım”, Əli Cavadpurun “Vətən” və digər şeirlərdə “Qarabağ Azərbaycandır!” ideyasının bədii ifadəsini oxuyuruq:
Hər zaman yadıma düşür Qarabağ, Yarpaqtək qüssədən titrəyir dodaq. (“Ayrılıq zamanı”, Muxtar Sədrməhəmmədi)
Bilirik ki, İkinci Qarabağ müharibəsi başlayan ilk gündən Xarıbülbül Azərbaycan xalqının mübarizə rəmzinə çevrildi. “Xarıbülbül” sözü işləndikdə həmişə mövzunun Qarabağa aid olduğu aydın olur. Kitabın üz qabığında verilmiş dəmir yumruq və həmçinin Xarıbülbül rəmzi səciyyəlidir. Dəmir yumruq – güc, həmrəylik, birlik simvolu, Xarıbülbül – şəhidlərimizə olan hörmət və ehtiram, həmçinin, şeirlərin Qarabağ mövzusunda olması anlamında verilib. Bu seçimi ədəbi duyarlılıq və böyük həssasiyyətin nəticəsi kimi başa düşmək olar.
Məhəmmədrza Şücai (“Şuşa”), Hacıağa Əmcədi (“Qarabağım”), Bayraməli Hüseynzadə (“Qarabağ”), İdris Qəmgin (“Baxdı qayıtdı”), Mustafa Quluzadə Əliyar (“Qarabağ”), Nadir İlahi Meşkinşəhr (“Qarabağ”), Duman Bəxtiyari (“Qarabağım”), Saqib Rəştəbadi “Qarabağım, ağlama”), Əlirza Əmbaz (“Can Qarabağ”), Qiblə Arbatan (“Qarabağ”), Yəqub Nami (“Qarabağ”), Gəştasb Əbbasvənd (“Qarabağlı bayatısı”, “Xarı bülbül”), Vəhid Sultanzadə (“Qarabağ”), Maral Təbrizli (“Ay Qarabağım”), İmamverdi Samani (“Qarabağda röya”), Mehdi Əzimi (“Qarabağ”), Saleh Səccadi (“Qarabağ”) və başqa müəlliflər şeirlərini “Qarabağ şikəstəsi”, “Xarıbülbül”, “İsa bulağı”, “Cıdır düzü” kimi birləşmələrlə bəzəyirlər ki, bunlar həmin şeirləri daha rəngarəng, təbii edir, oxucunun gözləri qarşısında gözəl Qarabağ diyarının mənzərəsini canlandırır:
Kəsəcəyəm düşmən səsin, Sındıracağam qəfəsin. Qarabağın şikəstəsin Çalacağam Qarabağda. (“Qarabağda”, Qızılqələm)
Şeirin yaranma səbəblərindən biri də qəmdir. Xocalı fəryadının böyük kədər hissindən yaranan “Xocalı” şeirində Əyyub Şəhbazi və İşıq Qaradağlı xocalıların ağrı-acısını dilə gətirir, erməni cəlladlarının amansız rəftarlarına qarşı etiraz səslərini ucaldırlar. Həmçinin igid Azərbaycan oğullarının düşmən – ermənidən qisas almasını yazırlar.
“Araz şaqqıldayır damarlarımda” kitabı Şimal və Cənubu ədəbiyyat müstəvisində birləşdirən mənəvi bağ, təqdirəlayiq bir addımdır. Bu kitabın mədəniyyət və incəsənət tarixində öz yeri var. Həmin şeirlər gələcək nəsillərə Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu aşılayan poetik mənbələrdəndir.
Cəbrayıl Cəfərpur (“And ola”), Yəqub Nikzad (“Vətən”), Əbutalin Allahyarı Tutqun (“Bir addım torpağın qalmasın gərək”), Mehdi Nəcəflu (“Qarabağın ürək dağı”), Fatimə Əbdi Könül (“Sual-cavab”), Əli Rəşrbər (“Payız günəşi”), Huşəng Cəfəri (“Oralıyam mən”), Vüqar Nemət (“Qarabağ”), Hüseyn Rəmzi (“Qarabağ kimi”), Səid Muğanlı (“Qarabağ”), Behruz Sədiq (“Qarabağ”), Tohid Namvər, Qulamrza İmaməlizadə (“Qarabağ”), Mirdavud Mirməhəmmədzadə (“Qarabağdadı”), Hüseyn Seyfheris Ağyarlı (“Təbrizdən”), Əmir Daryani (“Qarabağ anadır”), Arif Sasani (“Qarabağ”), Haray Ərkin (“Sən o tayda, mən bu tayda”) və başqa şairlər qeyrətli Azərbaycan oğullarının şücaətindən fəxrlə bəhs edirlər, bənzətmə üçün tarixi keçmişə səyahət edib Koroğlu, Babək, Xətai kimi qəhrəmanları yada salırlar, sevincimizə şərik, kədərimizə həmdərd olurlar:
Qarabağda güllə dəyəndə sənə, Ürəyim dolurdu kədərə, qəmə. Bu cür deyim güllə dəyirdi mənə, And olsun şərəfə, həqqə, vətənə, Dil birdir, din birdir, istəyimiz bir. (“Qarabağ”, Qiblə Ərbatan)
Təbriz şairi Muxtar Sədrməhəmmədi ön sözdə yazır: “Ermənilərin Azərbaycanın tarixi və hüquqi ərazisi olan Qarabağda müsəlman xalqa qarşı törətdiyi cinayətlər İranda olan azərbaycanlı şairlərin ruhunda çox dərin təəssürat yaratdı. O dönəmdə humanitar yardımlar təşkil etmək hədəfi ilə xalqdan pul toplanıb, hətta bir çox insan Qarabağda könüllü əsgər kimi müharibəyə hazır olduğunu açıqladı. Bu arada, əlbəttə ki, şairlər bu vəziyyətə qarşı laqeyd qalmayıb dəyərli şeirləri ilə xalqda yaranan hissiyyatı bədii cilvələrlə əbədiləşdirdilər”.
Doğrudur ki, şairlər ürəyinin nəğmələrini söyləyirlər. Ön sözdən gətirdiyimiz sitat cənublu qardaşların 30 il boyunca nisgilə dönmüş Qarabağı azad görmək istəyinin ifadəsi, bu şeirlər isə onların könül nəğmələridir. Ön sözdə bu da qeyd olunur ki, Qarabağa dair şeirləri müxtəlif ixtisas, peşə sahibləri yazmışlar. Bu, gözləniləndir: Qarabağ sevgisi hər kəsin qələminə güc, ürəyinə qüvvət verə, şair edə bilir.
“Araz şaqqıldayır damarlarımda” kitabındakı şeirlər dil-üslub xüsusiyyətlərinə görə də maraq doğurur. Bu şeirlərdə diqqətə gələn “umud”, “ğəm”, “rahət”, “eyliyib”, “vırax”, “ğəzəl” kimi sözlər Cənub dialektinə məxsusdur. Xalq danışıq dilindən alınmış bu sözlər həmin şeirlərə daha obrazlılıq, canlılıq, təbiilik gətirir. Burada assonans, alliterasiya, təkrir, epitet, təşbeh və s. kimi vasitələrdən istifadə edilmiş, qafiyənin gözəl nümunələri yaradılmışdır.
Cənub ədəbiyyatı, folkloru, dialekti mütəmadi öyrənilən sahədir. AMEA-da hələ Sovet dövründə böyük təşəbbüslə Cənubi Azərbaycan şöbəsi yaradılmışdı. Bu gün də Güneydəki ədəbiyyat, onun araşdırılması, tədqiqatı sahəsində uğurlu işlər həyata keçirilir. Almaz Əliqızı-Məmmədova, Esmira Fuad Şükürova, Pərvanə Məmmədli, Sayman Aruz və başqa tanınmış imzalar Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçılarıdır. Şair və yazıçılarımız Cənub mövzusuna ədəbiyyatda mütəmadi müraciət etmişlər. Həmçinin, Güneydə doğulub-yaşayan şair və yazıçıların Quzey Azərbaycan ədəbiyyatında çox böyük mövqe tutmalarını bilirik. Bu zirvəni fəth edən ustad Şəhriyarın Quzey Azərbaycan ədəbiyyatına əvəzsiz təsiri və yerini xüsusi vurğulayırıq. Şəhriyar ana dilimiz barədə gözəl yazmışdı:
Türkün dili tək sevgili, istəkli dil olmaz. Bir yad dilə qatsan, bu əsil dil, əsil olmaz. (M.Şəhriyar)
Zamanında Şəhriyarın hamımızın adından bu şeirdə və digər şeirlərində ana dilinə verdiyi önəmin davamı olaraq, çağdaş dövrdə Güneydə ana dilimizdə şeirlər, əsərlər yazılması ənənəsini yaşatmaq, həmçinin, “Araz şaqqıldayır damarlarımda” kitabını çap etdirmək vətənpərvər, dilimizi uca tutan bütün şairlərin, söz-sənət, ədəbiyyat adamlarının mənəvi qələbəsidir.
Cənubla Şimal arasındakı bədii-mənəvi körpünü möhkəmləndirən, Qarabağ torpağına sonsuz sevgiləri olan İrandakı azərbaycanlı şair bacı-qardaşlara ədəbi bağlılığı inkişaf etdirmək istiqamətində bu fədakarlıqlarından dolayı Bakıdan ehtiram və salamlarımızı göndəririk. Kitabın ərsəyə gəlməsində xüsusi təşəbbüsü olan Təbriz şairi Muxtar Sədrməhəmmədə bu uğurlu nəticəyə görə təşəkkür edir, kitabı Təbrizdən mənə göndərən Leyla bacıma sonsuz sevgilərimi bildirirəm!
Şair Heo Yunjeong Koreyanın Sançxonq bölgəsində anadan olub. O, 1980-ci ildə “Hyundae Munhak” (“Müasir ədəbiyyat”) jurnalında şeirlərinin dərc olunması ilə ədəbi fəaliyyətinə başlayıb. Sonralar “Mack” adlı poeziya jurnalını təsis edib və 11 il ərzində onun nəşri və redaktəsi ilə məşğul olub. Hazırda o, PEN Koreya Mərkəzinin idarə heyətinin üzvü, Koreya Şairlər Assosiasiyasının Planlaşdırma Komitəsinin üzvü, həmçinin Koreya Yazıçılar Birliyinin Cənub–Şimal Mübadilə Komitəsinin üzvüdür. O, bir çox şeir kitablarının müəllifidir. Onların arasında “Boş səmanın bir küncü”, “Taclı ibisin sirri”, “Xırda çiçəklərin qapısında”, “Ulduzlar ölkəsi”, “İkiqat gavalı çiçəklərinin açdığı ev”, “Sorae kəndinin qadını”, “Yüz bir misralıq şeir” və başqa toplular var. Onun ədəbi yaradıcılığı çoxsaylı mükafatlarla qiymətləndirilib: 1-ci Baekja İncəsənət Mükafatı, 1-ci Sinsaimdang Ədəbiyyat Mükafatı, PEN Koreya Ədəbiyyat Mükafatı (2016) və 20-ci Koreya Yazıçılar Birliyi Mükafatı (2023).
13-cü Gün
Axtarış işığı – üzülmüş ülgüc kimi.
Günəş – konus papaqlı, öldürülmüş piano.
Qan ləkəsi – rəqs edən musiqi.
Dönüş nöqtəsi – tikanla püskürən kəsişmə.
Foto-kağız siqnal kimi ulayır, kameranın nağılı danışılır.
Həyatın ən gözəl mənası sevgidə gizlidir. İnsan sevdikcə yaşayır, sevilmədikcə isə sönür. Hər bir insanın ruhuna güc, qəlbinə işıq verən ən saf hiss – sevməkdir. Sevgi – bəzən bir baxışda gizlənir, bəzən bir sözün səmimiyyətində, bəzən də səssiz bir duada yaşayır.
Bu dünya o qədər dəyərlidir ki, onu gözəlləşdirən insanların varlığıyla daha da mənalı olur. Sevən ürəklər dünyanı dəyişir, sevgisiz qəlblər isə qaranlıqda itib gedir. Ən böyük xoşbəxtlik – səni anlayan, sənə inanan, səni sevən insanların əhatəsində yaşamaqdır.
Sevgi təkcə iki ürəyin bağlanması deyil, həm də insanlıq, mərhəmət və səmimiyyətin rəmzidir. Elə insanlar var ki, onların varlığı belə bir nur kimi ətrafına yayılır. Onlar həyatımıza rəng, sözlərimizə dərinlik, günlərimizə mənalar qatır.
Hər birimiz üçün dualarımız belədir: Sevənləriniz çox, sevdikləriniz daim yanınızda olsun. Sizə dəyər verən insanlar heç vaxt sizdən uzaq düşməsin. Hər səhəriniz ümidlə açılsın, hər axşamınız minnətdarlıqla bitsin.
Unutmayaq ki, hər bir gözəl münasibət, hər bir dəyərli dostluq və hər bir saf sevgi həyatın bizə verdiyi ən böyük nemətdir. Qəlbini sevgi ilə qoruyan insan heç vaxt tək qalmır – çünki sevgi elə bir enerjidir ki, paylaşıldıqca böyüyür, böyüdükcə dünyanı gözəlləşdirir.
Bu gün kimisə sevindirmək, kiməsə bir gülümsəmə bəxş etmək üçün ən doğru gündür. Qəlbinizin işığı heç vaxt sönməsin, sevgidən doğan ümidləriniz daim yaşasın.
Həyat, əslində, sadəcə yaşamaq deyil — hiss etməkdir. Hər gün bir az daha dərin, bir az daha mənalı yaşamaq… İnsanı var edən, ona güc verən — sevmək və sevilməkdir.
Bəzən bir gülümsəmə, bir baxış, bir söz belə insanın içində bir ömürlük iz buraxır. Elə insanlar var ki, varlıqları belə ruhu sakitləşdirir, sevgiləri dua kimi könülə düşür.
Sevənləriniz çox, sevdikləriniz daim yanınızda olsun. Həyat sizi sevincin, işığın, sevginin içində bürüsün. Unutmayın — sevgi Tanrının insana ən gözəl əmanətidir. O əmanəti qoruyun, böyüdün, paylaşın…
Hər kəsin həyatında elə bir nəfər olsun ki, onunla dünya susanda belə ürək danışsın. Və hər bir gününüz, bu gün kimi, sevgi və ümidlə başlasın.
Yeni gün, yeni başlanğıcların, saf arzuların və ürəkdən gələn duaların təzə nəfəsidir. Bu gün də həyatınıza sevgi, işıq və ümid dolsun, əziz və dəyərli xanımlar! Qəlbinizdəki səmimiyyət, ruhunuzdakı güc və zərifliyinizi hər addımınıza qatın.
Unutmayın, hər biriniz bu dünyanın gözəlliklərinə rəng qatan, ailəsinə, dostlarına və cəmiyyətə nur saçan bir işıqsınız. Allah könlünüzə səfa, gününüzə bərəkət, yolunuza uğur bəxş etsin. Hər səhər sizi yeni sevincə, yeni xeyirə aparsın.
Həyatın hər səhəri bir mesaj daşıyır — “yenidən başla, yenidən inan, yenidən sev.” Hər gün bir fürsətdir: kiminsə qəlbinə toxunmaq, kiminsə həyatına işıq salmaq, kiminsə ümidini yeniləmək üçün. Çünki dünyada ən böyük möcüzə, bir insanın başqa bir insana sevgisi ilə dəyişə bilməsidir.
İnsan ruhu sevgi ilə böyüyür, mərhəmətlə saflaşır, ümidlə yaşayır. Bir gülümsəmə, bir səmimi söz, bir dost salamı — bəzən bir ömrü dəyişə bilər. Əsl dəyər, gördüyün qayğını deyil, göstərdiyin sevgini ölçə bilməkdir.
Bəzən həyat səssiz görünür, amma o səssizliyin içində dua kimi sevən qəlblər var. Elə insanlar var ki, uzaqda olsalar belə, adları anıldıqda içimizdə bir istilik yaranır. Onlar qəlbimizin sakit küncündə yaşayan, ruhumuzu isidən varlıqlardır.
Bu həyatın mənası məhz onlardır — sevənlərimiz, sevdiklərimiz, dua etdiklərimiz… Sevgi olmadan heç bir uğur, heç bir zəfər, heç bir həyat dolğun olmaz. Sevgi insanın varlığını ilahi mənaya bağlayan görünməz ipdir.
Allah hər birimizin həyatına elə insanlar gətirsin ki, onların varlığı dua kimi rahatlıq bəxş etsin. Gözünüzdə nur, qəlbinizdə sevgi, yolunuzda bərəkət olsun. Dünyanı gözəlləşdirən hər bir qadına, hər bir ana qəlbli insana salam olsun — siz həyatın rəngisiniz, bu dünyanın mənasısınız.
Hər bir gün, insanın öz iç dünyası ilə danışdığı bir səfərdir. Bəzən bu səfərdə sükut bizə çox şey öyrədir — kim olduğumuzu, kimləri sevdiyimizi, kimlərin həyatımızda iz qoyduğunu anlayırıq. Sevgi elə bir dəyərdir ki, onu nə zaman, nə məsafə, nə də zamanın sərt axışı azalda bilir.
Ruhunu sevgi ilə bəsləyən insan heç vaxt tükənmir. O, hər düşdüyü yerdən yenidən qalxmağı bacarır, çünki onun gücü sevgidən, inamdan, saf niyyətdən doğur. Sevgi – Tanrının insana bəxş etdiyi ən ali enerjidir. O enerji ilə insan həm yaradır, həm sağalır, həm də başqalarına nur verir.
Bu dünyada ən gözəl sərvət, sevildiyini bilməkdir. Sevən qəlblərin səsi dua kimi yüksəlir, sevilən insanın adı isə yaddaşlarda əbədi qalır. Elə insanlar var ki, onlar bu dünyaya sevgi öyrətmək üçün gəlirlər – sözləriylə, baxışlarıyla, davranışlarıyla… Onlar insanlığı yaşadan, mərhəməti oyadan və ümidin rəmzi olan ruh daşıyıcılarıdır.
Ruhun işığıyla yaşayan qadınlara, ana qəlbli insanlara, sevgini həyat fəlsəfəsinə çevirən hər kəsə salam olsun. Sizin varlığınız bu dünyanın ruhudur. Siz ailələrə istilik, övladlara yön, dostluqlara dəyər, cəmiyyətə işıq verirsiniz. Hər biriniz bu həyatın yazılmamış şeirisiniz — səmimiyyətlə, mərhəmətlə, inamla yazılan bir əsər.
Sevənləriniz çox, sevdikləriniz daim yanınızda olsun. Ruhunuzun işığı heç vaxt sönməsin, dua kimi saf sevgilər sizi hər zaman qorumağa davam etsin. Unutmayın, bir qadının, bir insanın içindəki sevgi – dünyanın dəyişə biləcəyi ən böyük qüvvədir.
Sevgi ilə dolu bir ürək dünyanı dəyişdirə bilər. Bəzən bir gülüş, bir baxış, bir səmimi söz – bütün yorğunluqları unutdura, bir qəlbi yenidən həyata qaytara bilər. Həyat, əslində, böyük uğurlardan çox, kiçik, amma dəyərli hisslərdən ibarətdir. O hisslər ki, səmimiyyətlə toxunur, saf niyyətlə böyüyür, dualarla yaşayır.
İnsan sevdikcə gözəlləşir, bağışladıqca yüngülləşir, dua etdikcə saflaşır. Çünki sevgi – hər şeyin başlanğıcıdır. O, həyatın hər mərhələsində insanı qoruyan, yönləndirən və dirçəldən bir qüvvədir.
Hər bir qadın, hər bir ana, hər bir insan öz həyatının bir işıq mənbəyidir. Kiminin səsi, kiminin baxışı, kiminin bir kəlməsi başqa birinə ümid olur. Bu dünyanı yaşadan da, gözəlləşdirən də məhz bu səmimi duyğulardır.
Unutmayaq ki, sevgi nə zaman qarşılıq gözləmədən verilir, o zaman əbədi olur. Ruhun gözəlliyi, insanın niyyətində və sözündə gizlidir. O niyyət saf olanda, həyat da gözəlləşir, dünya da dəyər qazanır.
Müəllif qeydi:
Bu yazı, həyatın mənasını sevgi, mərhəmət və ümid üzərində quran bütün insanlara ithaf olunur. Sevgini qoruyun, paylaşın və yaşadın — çünki sevgi elə bir dəyərdir ki, onu bölüşdükcə artar.
Dünyanı dəyişmək üçün böyük gücə ehtiyac yoxdur; bir yaxşılıq, bir gülümsəmə, bir səmimi salam bəzən bütün qaranlığı işığa çevirə bilər.
Sevənləriniz çox, sevdikləriniz daim yanınızda olsun. Hər gününüz sevgi ilə, dualarınız qəbul, qəlbiniz işıqlı olsun.
Pərvanə Salmanqızı – Sevgidən Doğan Həyat Fəlsəfəsi
Bəzən həyatın sükutu içində bir səs eşidilir – o, ruhun səsidir. Bu səs bizi insan edən, dəyərlərimizi xatırladan, sevməyi öyrədən bir işıqdır. O işıq bəzən bir ana baxışında, bəzən bir dost səmimiyyətində, bəzən də bir dua sükutunda doğulur.
İnsan sevdikcə yaşayır, yaşadıqca dərinləşir. Sevgi sadəcə bir hiss deyil — o, insanın kainatla qurduğu ən ali bağdır. Sevmək həyatın özüdür, bağışlamaq isə ruhun saflığıdır. Hər bir səmimi sevgi, hər bir saf niyyət – dünyaya yönəlmiş bir işıqdır.
Həyatın gözəlliyi onun sadəliyindədir. Qəlbində sevgi olan insan heç vaxt yoxsul deyil, çünki o, hər səhərini minnətdarlıqla, hər axşamını dua ilə qarşılayır. O insan bilir ki, xoşbəxtlik nə sahib olduqlarında, nə də istədiklərindədir — xoşbəxtlik, paylaşdığın sevgidədir.
Bu gün sevdiyiniz insanlara “səni qiymətləndirirəm” demək üçün ən gözəl gündür. Çünki sabahın gələcəyinə ümid edirik, amma bu günün dəyərini bilməyi çox vaxt unuduruq. Həyatın gözəlliyi, məhz bu anlarda gizlidir — səmimi bir gülüşdə, könüldən gələn bir sözün istiliyində.
Ruhun İşığıyla Yaşayan Qadınlara İthaf Olunur
Bu yazı — sevginin, mərhəmətin, ana qəlbinin və qadın zərifliyinin təntənəsidir. Ruhun nuruyla yaşayan qadınlar bu dünyanın səssiz qəhrəmanlarıdır. Onlar həyatın çətinliyini gülümsəməylə yüngülləşdirən, sevdiklərinə dua kimi dayanan, işığı ilə başqalarının yolunu aydınladan varlıqlardır.
Onlara salam olsun – göz yaşını dua, səssizliyini güc, sevgisini həyat edən qadınlara… Bu dünyanın incə ruhlu dirəklərinə, varlığı ilə dünyanı gözəlləşdirən hər bir insana salam olsun.
Müəllif qeydi:
“Sevgi təkcə bir duyğu deyil — o, bir missiyadır. İnsan sevdikcə, dünyanı bir az da dəyişir. Sevmək bir dua, bir yaşamaq forması, bir mənəvi borcdur.”
Sevənləriniz çox, sevdikləriniz yanınızda olsun. Hər gününüz ümidlə, hər gecəniz dua ilə başlasın. Ruhunuzun işığı heç vaxt sönməsin.
Tanınmış publisist-yazar Pərvanə Salmanqızı sevginin ruhani gücündən yazır
Xəbər portalı üçün xüsusi: “Sevənləriniz çox, sevdikləriniz yanınızda olsun” adlı yazısında müəllif həyatın mənasını sevgi, mərhəmət və insanlıq üzərində qurur. Yazı oxuculara yalnız emosional təsir deyil, həm də mənəvi rahatlıq bəxş edir. Pərvanə Salmanqızı oxucularını sevgiyə, saf niyyətə və iç dünyasının işığını qorumağa çağırır.
Hər səhər bir möcüzədir — ruhun yenidən doğuluşu, həyatın bizə verdiyi ikinci şans. Bəzən elə anlar olur ki, bir insanın gülümsəməsi belə bütün günü işıqla doldurur. Həyatın əsl gözəlliyi də elə budur: insan insana nur verir, söz könülə toxunur, sevgi isə hər şeyi dəyişdirir.
Sevgi — Tanrının insana bəxş etdiyi ən böyük imtahan və ən gözəl mükafatdır. Sevmək bir cəsarətdir, bağışlamaq bir mərhəmət, susmaq bəzən ən uca hikmətdir. Ruhun dərinliyində yaşayan sevgi insanı ucaldır, qəlbi yumşaldır, bəşəri bir dəyərlə birləşdirir.
Unutmayaq: sevdiklərimiz yanımızda olduqca, sevənlərimiz dua etdikcə, həyatın hər çətinliyi asanlaşır. Sevgi ilə baxılan bir dünya heç vaxt qaranlıq ola bilməz.
Bu gün birini sevindirmək üçün bir söz, bir salam, bir dua kifayətdir. Sevgidən doğan hər addım, hər niyyət kainata işıq saçır. Ruhun işığı, insanın vicdanında, mərhəmətində və səmimiyyətində gizlidir.
Ruhun İşığıyla Yaşayan Qadınlara İthaf Olunur
Bu yazı – sevginin, şəfqətin və insanlıq dəyərlərinin təntənəsidir. Ruhunun dərinliyindən sevən, ətrafa nur saçan qadınlara, analara, dostlara ithaf olunur. Siz həyatın dayaq nöqtələrisiniz, sevgidən toxunmuş möcüzələrsiniz.
Dünyanı gözəlləşdirən sizin varlığınızdır — bir baxışınızla, bir sözünüzlə, bir dualınızla. Sevginin gücünə inanan hər bir insana salam olsun.
Müəllif qeydi:
“Hər insan bu dünyaya bir işıqla gəlir. O işığı qorumaq, böyütmək və paylaşmaq – həyatın mənasıdır. Sevin, bağışlayın, dua edin – çünki sevgi bəşəriyyətin tək ümidi, ruhun tək yoludur.”
“Sevgi ilə baxılan dünya – Pərvanə Salmanqızının ruhani baxışı”
İnsaf et, gözünü gözümdən çəkmə, Gözlər sevən qəlbin aynası olar. Məni qəm-kədərə bələyib, bükmə, Qəlbim eşq odunda yanası olar.
Hicran atəşinə salıb, yandırma, Eşqin royasından, gəl, oyandırma, Sərt qışı gətirib, məni dondurma, Qəlbim baxışında donası olar.
Səninlə bağlıydı, arzu-diləyim, Xəzana tuş gəlib, açmaz çiçəyim, Hərdən şirin sözlər söylə, dinləyim, Ürəyim şüşətək sınası olar.
Dağtək əzəmətli, əzmin, vüqarın, Pozulmasın heç vaxt əhdin-ilqarın, Əstirmə ömrümə həsrət rüzgarın, Ömrüm çiçək kimi solası olar.
Mehrini azaltma, ay ömrüm- günüm, Dərdimi-sərimi səninlə bölüm, Səninlə ağlayım, səninlə gülüm, Gedərsən, üzülən Sonası olar. Sevgin dünyamızın qalası olar.