www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

“HANCARI” ( HƏNCARI, HƏNCƏRİ) ÜMUMİŞLƏK SÖZÜNÜN LÜĞƏTİ MƏNASI.

“HANCARI” (HƏNCARI, HƏNCƏRİ) ÜMUMİŞLƏK SÖZÜNÜN LÜĞƏTİ MƏNASI.

Dilçiliyin leksikasında işlənən sözlər təsnifatca iki hissəyə bölünür:hamı tərəfindən anlaşılan ümumişlək sözlər və yalnız ayrı-ayrı bölgələrdə (dialektlərdə) işlənən sözlər.Dialektdə işlənən azsaylı və ixtisas terminləri ümumişlək olmayan sözlər kimi təsnif olunur.
Bu gün ölkəmizin Qazax, Tovuz, Şəmkir rayonlarında və onlara yaxın ərazilərdə əsasən yaşlı nəsil arasında “HANCARI” sözü işlənməkdədir.İstər elmi, istərsə də xalq etimologiyasında bu söz çox vaxt “necə” kimi mənalanır.Bir çox hallarda “necə” sual cümləsindən fərqli olaraq, hadisənin nə yolla baş verdiyini öyrənməyə yönələn sual kimi də işlənilir.Əsasən düşüncə tərzi kimi adam özü-özünə də bu sualı verir.Bəzən də hal-əhval tutulanda “hancarısan” kimi də işlənilir.
Xalq etimologiyasında da əsassız olaraq “xəncər” sözü kimi məna kəsb etdiyi bildirilir.
Bəs əslində “HANCARI” sözünün etimologiyası haradandır?
“HANCARI” sözü fars dilində olan “həncar” sözündəndir.Mənası: tərz, yol, qayda və s. kimi izah olunur.Demək olarki “üslub” mənasını tamamlayır.”Hancarı” sözünün semantik mənasının “necə” kimi verilməsi aktın yolunu, tərzini öyrənməyə yönəlmiş sual kimi formalaşmışdır.Dilimizdə işlənən çoxsaylı fars mənşəli sözlərdən biridir.”Həncar” sözü dilimizdə ahəng qanununa salınaraq “HANCARI” kimi işlənməkdədir.”Necə və necəsən” sual formaları sözün məntiqi semantikasından dialektləşmiş və müəyyən bölgələrdə işlənməkdədir.
O ki qaldı “həncar” sözünün xalq etimologiyasında “xəncər” kimi mənalanmasına, bu tamamilə doğru olmayan bir etimoloji yanaşmadır.
Əslində “həncər” sözü ərəb dilində “qırtlaq” mənasını bildirir.Ta qədimdən baş kəsilərkən xəncərin qırtlaqdan icra olunması praktik olmuşdur.Qədim slenq kimi də“qırtlatmaq” (başını qırtlaqdan xəncərlə kəsmək) gizli mənada dilimizdə işlənmişdir.Xalq etimologiyasında sözün orfoepik oxşayışı bu mənanın verilməsinə səbəb olmuşdur.Əslində ərəb əlifbasında bu sözlərin orfoqrafik yazılışında “h” hərfinin yazılışı fərqlidir.
Məhz ərəb dilində bu yanaşma sözlərin məna çalarının göstəricisidir.
P.S.Doğrusu “HANCARI” sözü mənim üçün də həmişə sual doğururdu.Bu yazıları yazarkən mən özüm də bu anda öyrənirəm.İnsan ömrü boyu öyrənir.Bəlkə də insan hər şeyi bilsə həyat maraqsız olardı.İnsanı həyata bağlayan tək şey “niyə, necə” sualıdır.Bu sualın cavabı isə elmdədir.Ələlxüsus da dilçilik elmində.Çünki bütün elmlər dilin(nitqin) sayəsində yaranmışdır.
Təşəkkür edirəm.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Brilyant Cahan qızı Qurbanova

Brilyant Cahan qızı Qurbanova – 1958-ci il avqustun 15-də Tovuz rayonunun Aşağı Eyyublu kəndində anadan olub.

ŞAİR
Günəştək nur saçır hər zaman parlaq,
Dünyanı sözüylə bəzəyir şair.
Qəlbinin səsiylə salır səs-soraq,
Nahaqqı haqqıyla tez əyir şair.

Nəmli yanaqları görüb ağlayır,
Hər an ümidini Haqqa bağlayır,
Dərdin qucağında coşub çağlayır,
Qəlbinə – “qəlbləri gəz”, – deyir şair.

Çox zaman dəryatək lal durur, baxır,
Qələmin nuruyla ruhlara axır,
O vaxt ki, “məngənə”ağzında sıxır-
Dilini yüyəntək çeynəyir şair.

Atəş dözüb, dözür dünya dərdinə,
Oduna yandığı həyat verdi nə?
Nə qədər sevinsək, gülsək də yenə-
Qəmsiz bir ömürü neyləyir şair?
06.12.2023.

Müəllif: Brilyant Qurbanova

Brilyant Cahan qızı Qurbanova

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vüqar Əhmədin kiçik bacısı rəhmətə gedib

Yazarlar Jurnalının baş redaktoru Zaur Ustac reaksiya heyəti və üzvləri adından filologiya elmləri doktoru, professor, tanınmış şair Vüqar Əhmədə kiçik bacısı

Zita xanım Mikayıl qızı Əhmədlinin

vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – ZƏHMƏTKEŞ ŞEİR

ZƏHMƏTKEŞ ŞEİR

Qəzadandır qəfil azdıq düz yolu,
Söz soruşaq əyri kimdən bir zəhmət.
Haqqın tək bir, şərin var cüt yüz yolu,
Xeyir keçər sarı simdən bir zəhmət.

Göydə bulud, yerdə susan nə vaxtdır
Adəm oğlu… osan-busan nə vaxtdır…
Bardaş qurub oturmusan nə vaxtdır,
Heç çıxmırsan fikirimdən bir zəhmət.

Ətbaladır qar saçı ağ dən bilən,
Dost evini tost deməyə şən bilən…
Hər eyhamın bir himi var sən bilən,
Baş açmadım mən hər “cim”dən bir zəhmət.

Sulu gözdən, quru yurddan danışdıq,
Çək-çevirdən, vərə-vurddan danışdıq.
Ondan-bundan, itdən-qurddan danışdıq,
“Qulağı ağ qara Bim”dən bir zəhmət.

Lovğaları öyüb sevək ziyada,
Yalan-doğru nə var düşsün ki, yada…
Gəlib çıxdıq buralara piyada,
Ağ “Volqa”dan, qara “Zim”dən bir zəhmət.

Hapı-gopu düzgün əyib qurtulaq,
Kim xətirə niyə dəyib qurtulaq…
Yaxşıları mənimsəyib qurtulaq,
Pis xislətdən, bəq idimdən bir zəhmət.

07.12.2023.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoglu – ŞEİR YOLUMUZDAN ELƏDİ BİZİ

ŞEİR YOLUMUZDAN ELƏDİ BİZİ

”Bir dövrdəyəm ki, nəzm olub xar…”
M.Füzuli

Həyat yollarımız dirəndi dağa,
Dumana büründük, çənə büründük.
Pula, var-dövlətə çevirib arxa,
Şeirin ətəyindən tutub süründük.

Vura bilmədilər iliyimizi,
Şirin əzabların ömrü uzandı.
Soruşan olanda kimliyimizi
Gülüb söylədilər: – Şeir yazandı!…

Ac adam nəğməni vecinə almaz,
Xidmət eləyəsən bu yurda gərək.
Şeirlə kimsənin qarnı tox olmaz,
Millətə ət gərək, yumurta gərək…

Çılğın ilhamımız şahə qalxanda
Məst olduq bir qızın məhəbbətindən.
Biz qərib durnaya gendən baxanda,
Kimsə kabab çəkdi durna ətindən.

Zəngin süfrələrə can atar afət –
Şairə çəkdiyi əzab qalacaq.
Kimindən var-dövlət, gözəl imarət,
Kimindən beş-altı kitab qalacaq.

Bəzəkli evlərə köçə bilərdik,
Ömrümüz keçərdi kef-damaq ilə.
İstəsək, o yolu seçə bilərdik,
Qazan doldurardıq qaz vurmaq ilə.

Həyat yollarında sındıq, əyildik,
Doğma obamızda yersiz olmuşuq.
Biz əvvəl bu qədər aciz deyildik,
Şeir yaza-yaza fərsiz olmuşuq.

Göz açıb dünyadan ilham alınca,
Zaman xəlbirində ələdi bizi.
Hərə çıxıb getdi bir iş dalınca,
Şeir yolumuzdan elədi bizi…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – TORPAQ BİZİ GÖZLƏYİR…

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fədakar müəllim, qüdrətli ana…

Fədakar müəllim, qüdrətli ana

Siz də tanıyın

        Müasir dövrdə inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Bir sözlə, təhsilə göstərilən xidmət təqdirəlayiqdir.Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi  müəllim əməyinin  nəticəsində mümkündür.

   Ömrü boyu yol gedirık.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Asiman Ümmü İsmayıl qızı Süleymanovanın  fəaliyyətinə nəzər salmaq  istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq  istəyirik: mübariz, əməksevər, vicdanlı ,xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan!  İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir.Sadə, mehriban, qətiyyətli, ürəyində, fəaliyyətində Türk dünyasının dəyərlərinə,  İnsana, Vətənə sevgisi zəngin  bir şəxsiyyətdir   Asiman Ümmü İsmayıl qız Süleymanova. 1965 – ci il aprel ayının 1- də Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olub. Atası Ədilov İsmayıl  riyaziyyat müəllimi olmaqla uzun müddət məktəb direktoru işləyib.

      Ümmü Şəki rayonu Baş Göynük kənd 1 nömrəli tam orta məktəbini 1982 – ci ildə bitirirək , Azərbaycan  Dövlət Pedaqoji İnstititunun riyaziyyat fakültəsinə daxil olub, 1988- ci ildə həmin fakültəni bitirib. 1984- ci ildə Aydəmir Həsən oğlu ailə həyatı quraraq təhsillini qiyabi davam etdirməli olub. 1987 – ci ilin sentyabr ayından pedaqoji fəaliyyətə başlayıb. 1993 – cü ildə yaşayış yerini dəyişməklə əlaqədar olaraq, Şəki şəhəri 2 nömrəli tam orta məktəbdə , 1994 – cü ildə isə Şəki şəhər 9 nömrəli tam orta məktəbdə , 1995- ci ildə isə Şəki şəhər 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Pedaqoji fəaliyyətində həmişə  çalışıb ki,  dərs dediyi  şagirdləri savadlı, vətənpərvər, xalqına və vətəninə layiqli vətəndaş kimi yetişsin. Yetişdirmələrim arasında, alimlər, həkimlər, iş adamları, müəllimlər və vətənin keşiyində duran hərbçilər var.  44 günlük müharibədə qəhrəmanlıq göstərən qazilər, ölümü ilə ölməzliyə qovuşan şəhidi var .

      Ümmü müəllimə 4 oğul anasıdır:

-böyük oğlu  Zaur Azərbaycan İqtisad Universtitetiqırmızı diplomla bitirərək magistr təhsili alıb.  Hal- hzırda maliyyəçi- direktor işləyir;

-ikinci oğlu Süleymanov Elvin Azərbaycan İqtisad Universtiteti,yüksək balla daxil olub, həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. Hal- hazırda Şəki rayonunda Məcburu Köçkünlərlə iş üzrə şöbə müdiri;

3- cü oğlum Süleymanov Elnur Azərbaycan Tibb Universtitetinin Hərbi həkim fakültəsinə daxil olub,həmin univertuteti bitirərək, hərbi hissələrdə əsgərlərin sağlamlığını qorumuşdur. Sülh məramlı qüvvələrlə 6 ay Əfqanıstanda misiyasını yerinə yetirən  , aprel döyüşlərində işturak etmişdir. Sağlamlığı ilə əlaqəli mülki həkim işləyən Elnur, Şəki rayonu xəstəxanasının Acil şöbəsində həkim işləyir, Hər 3 oğlu evlidir.

                    SƏN MƏNİM  DƏRDİMİN  TƏBƏSSÜMÜ SƏN,

                           SƏNKİ DƏRDLRİMİM SARI SİMİ  SƏN!

   Valideyn üçün ən ağır sınaq övladının sağlamlıq problemi ilə başbaşa qalması təsəvvürə gəlməz ağri,acıdır. Bu ağrını Ümmü müəllimə oğlu Asimanla yaşayır illərdir. Anadan gəlmə yataq xəstəsi olan Asiman serebral ifliç xəstəsidir.

Hər anına şükran olan ana mən dərdimi sevərək yaşayıram deyir. Bu mənim sınağımdır. Bütün çətinliklərə rəğmən səbr ,dözüm göstərən ana yazır:

ASİMAN!!!!….

İzin ver köksünə baş qoyum, yatım,

Yaralı ürəyim, sınıq qanadım.

Söylə, nə vaxt bitər bəxtsiz həyatım?

Sənin varlığınla varam, Asiman!

Axır gözlərimdən dərd gilə-gilə.

Bu dərdə dözməyib gəlirəm dilə,

Qəlbimdə ən dərin yaram Asiman!

Səninlə ağlayıb gülürəm, oğul,

Ömrümü səninlə bölürəm, oğul,

                                                                                     Min dəfə dirilib ölürəm oğul!

Sənsiz həyat mənə haram, Asiman!

Sənin bu halına dözmədi Atan!,

Anan öz canından səni çox sevir,

Sən varsansa, mən də varam Asiman (A.Ü.S)

A-    llah Sənin Əlindədir!

S-     əndə dərdlərin dəvası vardır!

İ-       nşallah sınağının müddəti vardır!

M-     öcüzən vardır!

A-      simanın sağağalmasına İnam vardır!

H-      aqq özü kömək olacaq! (Z.V)

      Ata övladın dərdinə dözə bilməyərək dünyasını dəyişdi.

Sınağa dözən şükran bəndə dözümlü olacaq!

    Nankor deyiləm ,şükür Allahıma, dünənə, bu günə, açılan sabahıma.Tanrı kömək olsun balalarıma! Həyat çox gözəldir, hər şeyə rəğmən! Yaxşı ki,  ləyaqətli, şərəfli peşəm var deyir Asiman Ümmü müəllimə!

  Ümmü müəllimənin müəllimlik fəaliyyəti ilə paralel olaraq, yaradıcılıq fəalliyyəti də var. Vaxtaşırı mətbuatda yazıları  dərc olunan Ümmü müəllimə “Qızıl qələm” mükafatçısıdır . 2020- ci ildən AJB- nin üzvüdür. Şeir və hekayələri,elmi məqalələrim müxtəlif sayt və qəzetlərdə,jurnallarda çap olunur. Üç ildir ki, ardıcıl olaraq Türkiyədə keçirilən Beynəlxalq Müəllimlər konfransında fərqli və maraqlı məqalələri  iştirak edərək , Azərbaycan təhsilini layiqincə təmsil edir. Bi il sözügedən konfransa iki məqalə aparan Ümmü müəllimənin çıxışı  qardaş ölkənin müəllimlərində böyük maraq doğurmuşdur. 

Hər il olduğu kimi bu il də türk həmkarlarından ortaq layihəyələrə təklifi alan Ümmü müəllimə iki layihə üzərində dayanıb .  İki ildir ki, Beynəlxalq layihələrə qoşulan Ümmü müəllimə eTwinning ( Avropa məktəblər birliyinin) üzvüdür..

Avropa ölkələrinin müəllimləri ilə çalışdığı   iki layihənin qurucudur.

eTwinning platforması üzrə Avropa müəllimlərinin birgə fəaliyyəti Elm və Təhsil nazirliyi tərəfindən dəstəklənərək yüksək qiymətləndirilir.  4 ildir ki, Elm və Təhsil nazirliyinin təşkil etdiyi , “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə  Ümmü müəllimə VI Qrant müsabiqənin qalibidir. “Məntiq səfərbərliyi” intellektual müsabiqəsi-adlı layihəsi uğurla başa çatdırmışdır.

Layihənin yuksək səviyyədə, uğurla başa çatmasından məmnun qalan valideynlərin Elm və Təhsil nazirinin adına təşəkkür məktubunu nəzərə alaraq  layihələrin davamlılığı qərara alınmışdır. Təkrar olaraq  VII Qrant müsabiqə qalibi olan Ümmü müəllimə“İstedadların hazırlığı laboratoriyası Mərkəzi” layihəsinin müvəffqiyyətlə həyata keçirir.

          Ümmü müəllimənin ana kimi , müəllim kimi uğurları göz qabağındadır.

 Həyatındakı enişlərə rəğmən , çətinliklərə baxmayaraq savadlı , ölkəyə, xalqa gərəkli övladlar yetişdirən Ümmü müəllimə dain öz üzərində işləyir. Çətin həyat insanın iradə və əzmini mükəmməlləşdirir deyir Ümmü müəllimə!. Ümmü müəlliməni  yaxından tanıyanlar onun  güclü şəxsiyyət, bacarıqlı müəllim, əzmkar insan, kövrək qəlbli Ana, vətənini, millətini sevən, şagirdlərinin yolunda şam kimi gilə-gilə əriyib onların yoluna işıq tutan bələdçi, haqsızlığa, ədalətsizliyə bütün qəlbi ilə üsyan edən, daim əzilənin, məzlumun tərəfində olan, onların haqqını müdafiə edən fədakar, kimsəni zərrə qədər incitməkdən uzaq olan, rəhimli, mərhəmətli insan, dəyərli pedaqoqdur deyirlər!.

  Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Bax, belə bir məhəbbət və mərhəmət payından şükürlü olan, Allahına  sığınan bəndəyə  düşən pay:- Elm öyrənib öyrədən,4 övladı böyüdüb  ərsəyə yetirən Ana!

Dəyərli,fədakar müəllim,qüdrətli ana,həyat eşqi güclü Qadın Asiman sevdalı Ümmü xanım!Allah siz sağlıqlı ömür,güc və qüvvət versin!!!

Ümmü müəlliməyə möhkəm can sağlığı, səmərəli fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

                                     Zülfiyyə Vəliyeva

                                ADPU ETM-nin elmi işçisi

                                  Respublikanın   Əməkdar müəllimi

                               Respublika Jurnalistlər Birliyinin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Gəl

Gəl
Heç kim sevmədi səni
Mənim qədər
Bilirsən?
Sevə də bilməyəcək…
Saçlarını oxşayan mən olmuşam…
Gəl çıx daha
Darıxmışam…
Kimdən soraqlamadım ki?
Səni bütün eldən, obadan soruşmuşam.
Uçan quşlardan da,
Əsən mehdən də
Sənə salam yollamışam
Hə, bir az dəli olmuşam….
Düzdür…
Nə desən də haqlısan…
İndi belə sevgi nə gəzir?
Amma inan mənə
Səndən heç nə ummamışam…
Gəl bir hələ…
Qoxla məni
Üstüm, başım darıxmaq qoxur…
Gör nə qədər darıxmışam…
Saçlarım da sən gedəni sözə baxmır
Dolam – dolam dolaşıb…
Daramıram.
Sığal çəkdiyin telimə daraq da vurmuram.
Gəl, mən səni bağışladım,
Söz verirəm açmayacam köhnə söhbətləri daha…
Nə də üz vuracam yalanlarına…
Hə, siqaret də çəkərsən,
İstəyirsən içkini də içərsən…
Daha deyinməyəcəm.
Evə də gec gələrsən…
Gəl, xəyanətini də bağışladım…
“Məndən sənə yar olmaz” dedin…
Yara oldun, bağışladım…
İndi tez gəl, yalvarıram,
Mənim yarım sənsən axı…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏSƏVVÜRLƏ REALLIĞIN FƏRQLİ HİSSLƏRİ – VAQİF OSMANOV.

TƏSƏVVÜRLƏ REALLIĞIN FƏRQLİ HİSSLƏRİ

Qazi şair qardaşımız, hələ də nəfəsindən, paltarından səngər qoxusu getməyən  Rəfail Tağızadənin ilahi “Hisslər”inin (“Ədəbiyyat qəzeti” 24 oktyabr 2020-ci il) ovsunundayam. “Hisslər”i Turşsuyun, İsa bulağının, İstisuyun tutiyəsi – müqəddəs suyu kimi içdim, içdim, içimi daha da yandırdl… Doğrudan da, qazi qardaş, “o yerləri, evinizi görəndə hansı hissləri keçirəcəksən?” Düzü, mən də, Rəfail müəllim də belə suala birbaşa cavab verə bilmərik.
Təsəvvürlə reallıq başqa-başqa nəsnələrdir. Tezliklə o yerləri düşmən tapdağından azad edib addım-addım gəzəndə (Rəfail müəllim söz verib ki, o müqəddəs torpaqları ziyarətə birlikdə gedəcəyik) gördüklərimiz hisslərimizin qolu-qanadı olacaq. Qürurlanacağıq, özümüzü daha güclü, dizlərimuz, ürəyimiz daha təpərli olacaq, addımlarımızı o yerlərə basan kumi duyğulanacağıq. O yerlərin otuna, çiçəyinə, dağına, düzünə, dərəsinə, sağ qalmış ağaclarına, başdaşıları barbar gülləsindən yaralanmış məzarlarına baş əyəcəyik.
“Doğulduğun, yaşadığın evi yoxluğun içində axtarmaq çox ağırdı”, qardaş. “Daşına, tozuna tapınmaq, əlini viran edilmiş, vəhşicəsinə dağıdılmış yerə uzadaraq “bu bizim evimizdi” deməyin hissini ifadə etmək olmur. Onu ancaq yaşamaq lazımdır. O hissi sükut yazacaq”.
“Varlıqla yoxluq arasındakı qarışıq hisslərin” sərhəddini, dadını orada biləcəyik. Evin-eşiyin özü yoxsa da, orada uşaqlıq, gənclik xatirələri, atalı-analı qayğısız günlərimiz bizi gözləyir. Həyətdəki doqquz qoz ağacı o vaxtdan bar vermir, bilirəm, doğmalarını, əzizlərini gözləyir (bəlkə də barbarlar o qoz ağaclarından bizim “intiqam”ımızı alıblar, onların gücü ancaq dinc əhaliyə, körpələrə, daşlara, ağaclara çatır).
Hamilə buludlardan “Qarabağa yağan yağış” simsarlarını görəndə qan ağlamayacaq, gözlərindən qan tökməyin sonu çatacaq. Buludlar çoxdan yetim, qısır qalmış torpağa can verəcək, nurlu damcılar göndərəcək. “Təkcə səngər görəndə yüksəkdən uçan quşlar” xoşbəxtliyimizin quşuna dönüb çiynimizə qonacaq, nəmlənmiş gözlərimuzə baxıb bizi ovunduracaq, “mən də qayıtdım!” zümzüməsiylə yaralarımıza sığal çəkəcək. “Kimsəsiz həyətdə açan ətirsiz qızılgüllər bizi görən kimi ətriylə o yerləri yenidən cənnətə döndərəcək…
Bəsdir, qardaş, öz-özümüzlə söhbət eləyib içimizdəki məni bezdirdiyimuz, indi bizim həmsöhvətlərimiz çoxdur – doğmaların, şəhidlik zirvəsinə ucalanların müqəddəs ruhları, elin, obanın, həyətin, evin, Vətənin azadlığa çıxan torpaqlarının hər qarışındakı xatirələr. Biz onları, oraları 30 il əvvəl tək-tənha qoysaq da, biz o xatirələrə, o xatirələr bizə əzizdir…
“Bizi özümüzə qaytaracaq” bu ilahi hisslərin dupduru axarında “içdən ah çəkərək illərin ağır yükündən boşalacağımız, o yerlərin “üzünə təbəssüm qoyub “axır ki, gəldiniz” deyərək bizimlə barışacağı günə lap az qalıb, lap az, Vətən həsrətli Vətən oğlu. “Tozundan, torpağından öpüb, gözümüzə işıq gələcək, yurdumuz yurd olacaq, biz də biz”…
Rəfail müəllim də, mən də bulud kimi dolduq, duyğulandıq, kövrəldik. Amma ağlamadıq, Ramiz Rövşən qoymadı bizi ağlamağa: “Kişilər ağlamaz, atam balası”.
Amma o yerlərin hər qarışı azad olunanda, 30 ildən sonra biz o yerlərlə qucaqlaşanda Ramiz müəllimin sözünə baxmayıb heç olmasa bircə damla sevinc yaşı ərmağan edəcəyik bizi bağışlayacaq o müqəddəs torpaqlara.
Bu bir damla göz yaşı bizim o yerlərdən üzrümüz olacaq. Bu üzr də bir “ayrı xoşbəxtlikdi, bir ayrı hissdi…”
Vətənimizin işğal atında qalan digər ərazilərində də bayrağımızın dalğalanmağına lap az qalıb.
“Gedək, qardaş, birgə çəkək bu Vətənin sərhəddini. Gedək, gedək, qardaş! Gedək!”…
29.10.2020.

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI

“Ədəbi ovqat” jurnalının bütün sayları (PDF)

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

VAQİF OSMANOVUN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru