Şəlalə Camal – Gəl

Gəl
Heç kim sevmədi səni
Mənim qədər
Bilirsən?
Sevə də bilməyəcək…
Saçlarını oxşayan mən olmuşam…
Gəl çıx daha
Darıxmışam…
Kimdən soraqlamadım ki?
Səni bütün eldən, obadan soruşmuşam.
Uçan quşlardan da,
Əsən mehdən də
Sənə salam yollamışam
Hə, bir az dəli olmuşam….
Düzdür…
Nə desən də haqlısan…
İndi belə sevgi nə gəzir?
Amma inan mənə
Səndən heç nə ummamışam…
Gəl bir hələ…
Qoxla məni
Üstüm, başım darıxmaq qoxur…
Gör nə qədər darıxmışam…
Saçlarım da sən gedəni sözə baxmır
Dolam – dolam dolaşıb…
Daramıram.
Sığal çəkdiyin telimə daraq da vurmuram.
Gəl, mən səni bağışladım,
Söz verirəm açmayacam köhnə söhbətləri daha…
Nə də üz vuracam yalanlarına…
Hə, siqaret də çəkərsən,
İstəyirsən içkini də içərsən…
Daha deyinməyəcəm.
Evə də gec gələrsən…
Gəl, xəyanətini də bağışladım…
“Məndən sənə yar olmaz” dedin…
Yara oldun, bağışladım…
İndi tez gəl, yalvarıram,
Mənim yarım sənsən axı…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir