
Fədakar müəllim, qüdrətli ana
Siz də tanıyın
Müasir dövrdə inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Bir sözlə, təhsilə göstərilən xidmət təqdirəlayiqdir.Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi müəllim əməyinin nəticəsində mümkündür.

Ömrü boyu yol gedirık.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Asiman Ümmü İsmayıl qızı Süleymanovanın fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı ,xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir.Sadə, mehriban, qətiyyətli, ürəyində, fəaliyyətində Türk dünyasının dəyərlərinə, İnsana, Vətənə sevgisi zəngin bir şəxsiyyətdir Asiman Ümmü İsmayıl qız Süleymanova. 1965 – ci il aprel ayının 1- də Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olub. Atası Ədilov İsmayıl riyaziyyat müəllimi olmaqla uzun müddət məktəb direktoru işləyib.

Ümmü Şəki rayonu Baş Göynük kənd 1 nömrəli tam orta məktəbini 1982 – ci ildə bitirirək , Azərbaycan Dövlət Pedaqoji İnstititunun riyaziyyat fakültəsinə daxil olub, 1988- ci ildə həmin fakültəni bitirib. 1984- ci ildə Aydəmir Həsən oğlu ailə həyatı quraraq təhsillini qiyabi davam etdirməli olub. 1987 – ci ilin sentyabr ayından pedaqoji fəaliyyətə başlayıb. 1993 – cü ildə yaşayış yerini dəyişməklə əlaqədar olaraq, Şəki şəhəri 2 nömrəli tam orta məktəbdə , 1994 – cü ildə isə Şəki şəhər 9 nömrəli tam orta məktəbdə , 1995- ci ildə isə Şəki şəhər 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Pedaqoji fəaliyyətində həmişə çalışıb ki, dərs dediyi şagirdləri savadlı, vətənpərvər, xalqına və vətəninə layiqli vətəndaş kimi yetişsin. Yetişdirmələrim arasında, alimlər, həkimlər, iş adamları, müəllimlər və vətənin keşiyində duran hərbçilər var. 44 günlük müharibədə qəhrəmanlıq göstərən qazilər, ölümü ilə ölməzliyə qovuşan şəhidi var .
Ümmü müəllimə 4 oğul anasıdır:
-böyük oğlu Zaur Azərbaycan İqtisad Universtitetiqırmızı diplomla bitirərək magistr təhsili alıb. Hal- hzırda maliyyəçi- direktor işləyir;
-ikinci oğlu Süleymanov Elvin Azərbaycan İqtisad Universtiteti,yüksək balla daxil olub, həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. Hal- hazırda Şəki rayonunda Məcburu Köçkünlərlə iş üzrə şöbə müdiri;
3- cü oğlum Süleymanov Elnur Azərbaycan Tibb Universtitetinin Hərbi həkim fakültəsinə daxil olub,həmin univertuteti bitirərək, hərbi hissələrdə əsgərlərin sağlamlığını qorumuşdur. Sülh məramlı qüvvələrlə 6 ay Əfqanıstanda misiyasını yerinə yetirən , aprel döyüşlərində işturak etmişdir. Sağlamlığı ilə əlaqəli mülki həkim işləyən Elnur, Şəki rayonu xəstəxanasının Acil şöbəsində həkim işləyir, Hər 3 oğlu evlidir.
SƏN MƏNİM DƏRDİMİN TƏBƏSSÜMÜ SƏN,
SƏNKİ DƏRDLRİMİM SARI SİMİ SƏN!
Valideyn üçün ən ağır sınaq övladının sağlamlıq problemi ilə başbaşa qalması təsəvvürə gəlməz ağri,acıdır. Bu ağrını Ümmü müəllimə oğlu Asimanla yaşayır illərdir. Anadan gəlmə yataq xəstəsi olan Asiman serebral ifliç xəstəsidir.
Hər anına şükran olan ana mən dərdimi sevərək yaşayıram deyir. Bu mənim sınağımdır. Bütün çətinliklərə rəğmən səbr ,dözüm göstərən ana yazır:
ASİMAN!!!!….
İzin ver köksünə baş qoyum, yatım,
Yaralı ürəyim, sınıq qanadım.
Söylə, nə vaxt bitər bəxtsiz həyatım?
Sənin varlığınla varam, Asiman!
Axır gözlərimdən dərd gilə-gilə.
Bu dərdə dözməyib gəlirəm dilə,
Qəlbimdə ən dərin yaram Asiman!
Səninlə ağlayıb gülürəm, oğul,
Ömrümü səninlə bölürəm, oğul,
Min dəfə dirilib ölürəm oğul!
Sənsiz həyat mənə haram, Asiman!
Sənin bu halına dözmədi Atan!,
Anan öz canından səni çox sevir,
Sən varsansa, mən də varam Asiman (A.Ü.S)
A- llah Sənin Əlindədir!
S- əndə dərdlərin dəvası vardır!
İ- nşallah sınağının müddəti vardır!
M- öcüzən vardır!
A- simanın sağağalmasına İnam vardır!
H- aqq özü kömək olacaq! (Z.V)
Ata övladın dərdinə dözə bilməyərək dünyasını dəyişdi.
Sınağa dözən şükran bəndə dözümlü olacaq!
Nankor deyiləm ,şükür Allahıma, dünənə, bu günə, açılan sabahıma.Tanrı kömək olsun balalarıma! Həyat çox gözəldir, hər şeyə rəğmən! Yaxşı ki, ləyaqətli, şərəfli peşəm var deyir Asiman Ümmü müəllimə!
Ümmü müəllimənin müəllimlik fəaliyyəti ilə paralel olaraq, yaradıcılıq fəalliyyəti də var. Vaxtaşırı mətbuatda yazıları dərc olunan Ümmü müəllimə “Qızıl qələm” mükafatçısıdır . 2020- ci ildən AJB- nin üzvüdür. Şeir və hekayələri,elmi məqalələrim müxtəlif sayt və qəzetlərdə,jurnallarda çap olunur. Üç ildir ki, ardıcıl olaraq Türkiyədə keçirilən Beynəlxalq Müəllimlər konfransında fərqli və maraqlı məqalələri iştirak edərək , Azərbaycan təhsilini layiqincə təmsil edir. Bi il sözügedən konfransa iki məqalə aparan Ümmü müəllimənin çıxışı qardaş ölkənin müəllimlərində böyük maraq doğurmuşdur.
Hər il olduğu kimi bu il də türk həmkarlarından ortaq layihəyələrə təklifi alan Ümmü müəllimə iki layihə üzərində dayanıb . İki ildir ki, Beynəlxalq layihələrə qoşulan Ümmü müəllimə eTwinning ( Avropa məktəblər birliyinin) üzvüdür..
Avropa ölkələrinin müəllimləri ilə çalışdığı iki layihənin qurucudur.
eTwinning platforması üzrə Avropa müəllimlərinin birgə fəaliyyəti Elm və Təhsil nazirliyi tərəfindən dəstəklənərək yüksək qiymətləndirilir. 4 ildir ki, Elm və Təhsil nazirliyinin təşkil etdiyi , “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə Ümmü müəllimə VI Qrant müsabiqənin qalibidir. “Məntiq səfərbərliyi” intellektual müsabiqəsi-adlı layihəsi uğurla başa çatdırmışdır.
Layihənin yuksək səviyyədə, uğurla başa çatmasından məmnun qalan valideynlərin Elm və Təhsil nazirinin adına təşəkkür məktubunu nəzərə alaraq layihələrin davamlılığı qərara alınmışdır. Təkrar olaraq VII Qrant müsabiqə qalibi olan Ümmü müəllimə“İstedadların hazırlığı laboratoriyası Mərkəzi” layihəsinin müvəffqiyyətlə həyata keçirir.
Ümmü müəllimənin ana kimi , müəllim kimi uğurları göz qabağındadır.
Həyatındakı enişlərə rəğmən , çətinliklərə baxmayaraq savadlı , ölkəyə, xalqa gərəkli övladlar yetişdirən Ümmü müəllimə dain öz üzərində işləyir. Çətin həyat insanın iradə və əzmini mükəmməlləşdirir deyir Ümmü müəllimə!. Ümmü müəlliməni yaxından tanıyanlar onun güclü şəxsiyyət, bacarıqlı müəllim, əzmkar insan, kövrək qəlbli Ana, vətənini, millətini sevən, şagirdlərinin yolunda şam kimi gilə-gilə əriyib onların yoluna işıq tutan bələdçi, haqsızlığa, ədalətsizliyə bütün qəlbi ilə üsyan edən, daim əzilənin, məzlumun tərəfində olan, onların haqqını müdafiə edən fədakar, kimsəni zərrə qədər incitməkdən uzaq olan, rəhimli, mərhəmətli insan, dəyərli pedaqoqdur deyirlər!.
Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Bax, belə bir məhəbbət və mərhəmət payından şükürlü olan, Allahına sığınan bəndəyə düşən pay:- Elm öyrənib öyrədən,4 övladı böyüdüb ərsəyə yetirən Ana!
Dəyərli,fədakar müəllim,qüdrətli ana,həyat eşqi güclü Qadın Asiman sevdalı Ümmü xanım!Allah siz sağlıqlı ömür,güc və qüvvət versin!!!
Ümmü müəlliməyə möhkəm can sağlığı, səmərəli fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Zülfiyyə Vəliyeva
ADPU ETM-nin elmi işçisi
Respublikanın Əməkdar müəllimi
Respublika Jurnalistlər Birliyinin üzvü
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Salam. Çox əziz Zülfiyyə Vəliyevaya mənə belə yüksək dəyər verdiyinə görə dərindən təşəkkür edirəm. Zülfiyyə müəlliməni Allah ziyalı ordusundan əskik etməsin. Amin!