Kateqoriya arxivləri: 20 YANVARA AİD ŞEİRLƏR

ZAUR USTAC – YENİ ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

MƏN BABƏKƏM
(“Uşaq boğçası”ndan bir şeir)
Babəkdir mənim adım,
Sırğa et qulağında!
Bir ömür xərcləmişəm,
Hürriyyət sorağında.
***
Bu yurd sənə əmanət,
Bəzz yanan ocağımdır.
Mayası qan lalələr,
İstiqlal sancağımdır!

AZƏRBAYCAN
(“Uşaq boğçası”ndan bir şeir)
Odlar yurdu deyir hamı,
Azərbaycan mənim adım!
Sağım, solum, dörd bir yanım,
Öz canımdan,  qol-qanadım!
***
Nazlı Araz kəmərimdir,
Xudafərin onun qaşı!
Birləşdirir ayrı düşmüş,
Dost-tanış, bacı-qardaşı!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OSLODA “AĞLA, QƏRƏNFİL, AĞLA” ADLI VİDEO GÖRÜŞ KEÇİRİLİB

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32 – ci  ildönümünə  həsr olunmuş  “Ağla, qərənfil, ağla” adlı  video görüş keçirilib. Görüşdə “Yazarlar “ jurnalının  baş   redaktoru   şair və pedaqoq  Zaur Ustac,  Estoniyadan  kitabxanaçı və  bu qanlı faciənin şahidi Təranə Mirzağayeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai  sinif müəlliməsi İnarə Musayeva, həftəsonu  məktəbinin müəlliməsi Arzu Rzayeva və məktəbin şagirdləri iştirak ediblər. Qonaqlar Qanlı Yanvar hadisələri haqqında danışıblar və bu hadisənin tariximizdə mühüm rolu olduğunu  bildiriblər. Görüşün  davamında  məktəbin şagirdi Səlim Abbaszadə  çəkdiyi qərənfil və qızılgül rəsmlərini  görüş iştirakçılarına təqdib  edib. Məktəbin şagirdləri Ənvər  Ramberq  Məmməd  Aslanın  “Ağla,  qərənfil,  ağla”, Aida Ramberq Baba Vəziroğlunun “Vətən”,  Səlim Abbaszadə Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Həmid Əli  isə  Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm  zərrə-zərrə, qram- qram!” şeirlərini döyləyiblər. Tədbirin  sonunda Zaur   Ustac   müəllifi  olduğu “İnci qərənfil” şeirini söyləyib.

 Günay ƏLİYEVA

Tədbirdən sonra şagirdlər Norveçin qarla örtülmüş Nöklevann  gölü üzərində qərənfilləri və çəkdikləri rəsmləri sərgiləyiblər.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI – ŞƏHİDLƏR

20 YANVARA AİD ŞEİRLƏR

ŞƏHİDLƏR
Millətim yol gəlir neçə min ildir,
Yolunu-izini çəkər şəhidlər.
Yerdə aslan kimi durar marıqda,
Göydə şahin kimi səkər şəhidlər.
* * *
Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.
* * *
Analar ər doğar,oğul böyüdər,
Hər oğul dünyası- nağıl, böyüdər.
Yurdunu sevərlər analar qədər,
Düşmənin qəddini bükər şəhidlər.
* * *
Səngəri ev bilib ağ ban eyləyər,
Bağ qurar,ömrünü bağban eyləyər.
Canını xalqına qurban eyləyər,
Qanını yurd üçün tökər şəhidlər.
* * *
Özü qocalmaz ki,əsri qocaldar,
Gələcək,gedəcək nəsli qocaldar.
Qəlblərdə vətənə heykəl ucaldar,
Azadlıq ağacı əkər şəhidlər.
* * *
Bayraqtək ucadır adı onların,
Adları titrədir yadı onların
Qanında doğmaqçün qəhrəmanların,
Millətin ruhuna çökər şəhidlər.
* * *
Vətən,qurbanınam- üzdə demədi,
Əməldə göstərdi,sözdə demədi.
Mahirə,ağlamaq,sızlamaq nədi,
Sənin göz yaşından küsər şəhidlər.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD – ŞƏHİDLƏRİN RUHUNA

20 YANVARA AİD ŞEİRLƏR

QƏRƏNFİL
Ağladın Azadlıq şəhidlərinə,
Bir az da dənizə ağla,qərənfil.
Ağla ölənlərin itmiş ruhuna,
Bir az da kükrəyib çağla,qərənfil.
* * *
Bizdən yan keçmədi ölüm,fəlakət,
Günah işlətmişik,yoxsa qəbahət?
Baxışlar nigaran, ürək narahat…
Bir az da sinələr dağla,qərənfil.
* * *
Bu nə intizardı,bu nə sualdı,
Dəniz susub,dinmir,elə bil laldı,
Son ümid şöləsi közərə qaldı,
Bir az da yaramı bağla,qərənfil.

DEYİRLƏR, KİŞİ AĞLAMAZ…
(20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…)
Deyirlər,kişi ağlamaz,
Ancaq hamı ağladı o gün,
Anam ağladı,
bacım ağladı…
Göz yaşları gildir-gildir,
elə bil ki,
seldir…
O vaxt atam da ağladı-
1990-da…
Onda ərşə qalxdı,
sinə dağladı atamın
anamın,bacımın naləsinə
qarışan yanıqlı
fəryadı…
O ağladı,sızladı,mən düşündüm,
Sakit,təbiətən mülayim
atam niyə ağlayır?
Üşüdüm…
Mənə elə gəldi ki,o ayazlı,
şaxtalı gecədə
küçədə əliyalın,sinəsini düşmən gülləsinə
Sipər edən mən idim…
Atam mənə görə ağlayırdı,
Sən demə,
Vətən oğulları üçün
sızlayırdı.
Deyirlər,kişilər ağlamaz,ancaq
ağladı atam o şənbə gecəsinin
dəhşətinə,vəhşətinə…
İlham üçün özünü qurban
verən Fərizənin həsrətinə.
Yandı şair təbiətli Ülvinin
gəncliyinə,nakam ömrünə
O gecə şəhidlik zirvəsinə ucalan
oğullar üçün ağladı atam…
Deyirlər,kişi ağlamaz,ancaq
atam ağladı,mənə görə yox-
Şəhid olmuş qardaşıma,bacıma…
5.05.2014. Quba-Zərdabi.

ŞƏHİDLƏRİN RUHUNA
Güllər buta bağlayanda,
Çaylar daşıb çağlayanda,
Qərənfillər ağlayanda
Ağla şəhid ruhlarına
Bir dəstə gül bağla
şəhid ruhlarına.
* * *
Gəncdi Ülvi Bünyadzadə,
Nakam ömrü getdi bada,
Gətirib sən onu yada
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına.
* * *
Leyli-Məcnun əfsanədir,
Sədaqətə nümunədir–
Onlar İlham-Fərizədir.
Ağla şəhid ruhlarına
Bir dəstə gül
bağla şəhid ruhlarına.
* * *
Bir olmuşuq həmişə biz
Azad olsun Vətənimiz.
Mövlud,çatar zəfərimiz…
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına….
13.12.2014. Quba-Zərdabi.

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GECƏNİN NAĞILI – NAİBƏ YUSİF

20 YANVARA AİD ŞEİRLƏR

GECƏNİN NAĞILI

Hava sakit idi o gecə…
Ulduzlar sayrışır,
Ay gecəylə yarışır,
yorğun bulud sərin mehlə barışır,

topa-topa üzürdü dənizə sarı.
Çəkilmişdi qınına Xəzərin dalğaları…

Xəzri daradıqca çal tellərini
köpüklər öpürdü sahillərini…

Qayalar dərd-səri başdan atmışdı,
Suların qoynunda rahat yatmışdı…

Qağayı qoşurdu sevgidən bəstə,
Zümzümə edirdi həzin, ahəstə…

Hava sakit idi… Şəhər nigaran…
Meydanlar qaynayır, gecikir fərman…

“Azadlıq!” sədası dəlir səmanı,
Gətirir salama bütün dünyanı.

Birləşən əllərim deyir:”Azadlıq!”
Oyanan ellərim deyir:”Azadlıq!”
Nəğməkar dillərim deyir:”Azadlıq!”

Sədalar ucalır, sərhədlər aşır,
Mavi səmaların üstə dolaşır…

Hava sakit idi… Gecə yarısı
Gizləndi buludda Ayın yarısı…

Ulzdular sönərək yumdu gözünü,
Çəkdi kül altına odlu közünü.

Gurultu bürüdü bütün şəhəri,
Başladı güllənin “ölüm” səfəri.

Kinin, xəyanətin, məkrin qarısı,
Süründü şəhərə gecə yarısı…

Yarışdı güllələr biri-biriylə,
Yedi cavanları odlu diliylə…

Birləşən yumruqlar kövrəlmədilər,
Ölüm qorxusundan seyrəlmədilər.

Yeridi ölümün üstə şəhərim,
Zülməti qanında boğdu səhərim.

Qeyrətlər çevrildi odlu silaha,
Çiləndi al qanı gələn sabaha…

Hər damla çevrildi al qərənfilə,
Döndü sinəmizdə ötən bülbülə…

Dolandı həftələr, döndü fəsillər,
İllərin üstünə qalandı illər.

Sönmədi qəlblərin arzu-diləyi,
Çökdü önümüzdə ölüm mələyi.

Üçrəngli bayrağım səmanı yardı,
Qüdrəti düşməni lərzəyə saldı.

İmzalar içində anıldı adım,
Kimliyim, mənliyim – türklük soyadım.

Doğuldu şəhidim hər doğan günlə,
Uyudu qəlblərdə imanla, dinlə.

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏLİM ABBASZADƏ – 20 YANVAR

SƏLİM ABBASZADƏ
Səlim ABBASZADƏ

NORVEÇDƏ YAŞAYAN SƏLİM ABBASZADƏ – 20 YANVAR

SƏLİM ABBASZADƏ

Müəllif: Səlim ABBASZADƏ

SƏLİM ABBASZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

20 YANVARA AİD ŞEİRLƏR

 “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİNİN KİTABI

KÜLÜM GÖZLƏYİR
(20 Yanvar 2019)
İgidlərim şir olacaq,
Vətən bütöv, bir olacaq,
Yurdlar əziz pir olacaq,
Gələcək o ilim mənim.


Bülbül havalanıb uçmur,
İnciyibdi, qönçəm açmır,
Daha qızlar dərib qaçmır,
Qəribsəyib gülüm mənim.


Yurd sarıdan üzüm qara,
Qisas hara, söhbət hara?
Düşmənə vuracam yara,
Uzanacaq dilim mənim.


Qürurum, vüqarım enməz,
Hərarətim, odum sönməz,
Qarabağdan üzüm dönməz,
Yol gözləyir külüm mənim.

Müəllif: Mayil Dostu

<<<20 YANVAR – YAZARLAR.AZ>>>

20 YANVAR
Bu gün arzumuzun azadlıq günü,
Bu gün azadlığın zurvə günüdür.
Ulu babaların səpdiyi dəni,
Göyərdən millətin zərbə günüdür.


Bu gün min illərlə gələn yollarıın,
Sabaha açılan hür qapısıdır.
Haqqını istəyən mərd oğulların,
Şərəflə keşdiyi nur qapısıdır.


Bu gün yer üzündə ən qədim xalqın,
Özünə yenidən dönüm anıdır.
Vətəni canından çox sevənlərin,
Vətən qarşısında imtahanıdır.


Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.


Bu gün öz qanıyla yazdı bu millət,
Ən yeni tarixin salnaməsini.
Ucaldı müqəddəs şəhidləriylə,
Çatdırdı dünyaya haqqın səsini.


Bu gün azadlığın, müstəqilliyin,
Qan ilə yazılmış təməl günüdür.
Ölümün üzünə dik baxa-baxa,
Özgür yaşamağın bədəl günüdür.


Bu gün ürəklərdən qorxunun, xofun,
Ölümün əliylə çıxan günüdür.
Millətin divləri, əjdahaları,
Birliyin gücüylə yıxan günüdür.

Müəllif: Müzəffər Məzahim

<<<20 YANVAR – YAZARLAR.AZ>>>

QİSAS DADIR
Yavaş yeri, asta dolan,
Bu torpaqda şəhid yatır!
Çiçək deyil burada solan,
Qərənfildi qanda batır!


Salam söylə, endir başın,
Şəhid ruhu inciməsin!
Nalə çəksin, öpsün daşın,
Zəminxarə səngiməsin!


Güllə səsi gəlir burdan,
Burda səssiz ruh ağlayır!
Can alışır burda qordan,
Burda ələm, qəm çağlayır!


Müqəddəsdi o qara daş,
Müstəqillik, İstiqlaldı!
Əli yalın gedən savaş,
Özgürlüyə çığır saldı!


Bu torpağı Vətən etdi,
Cərgə – cərgə gömülən can!
Bayraqları bayraq etdi,
Köynək – köynək tökülən qan!


Asta yeri, təzimlə dur ,
Bu torpaqda şəhid yatır!
Qaytar yurdu, əzmlə dur,
Şəhid qanı qisas dadır!

Müəllif: Təvəkkül Goruslu

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zülfiyyə Vəliyeva – 20-YANVAR UMUMXALQ  HÜZÜN  GÜNÜ – QAYSAQ TUTMAYAN YARAMIZ…

20 YANVARA AİD ŞEİRLƏR

20-YANVAR UMUMXALQ  HÜZÜN  GÜNÜ

QAYSAQ TUTMAYAN YARAMIZ

  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq  32  il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi  ümumxalq hüzn günü!  Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından  Qarabağımızın xilası,  Qələıbə müjdəsi ilə gedirik!

20 YANVARA AİD ŞEİRLƏR

Gözün aydın Azərbaycan Dünyası!

Qələbə müjdəsini verən oğullar!!!

Sizlərlə Qururludu Vətən Oğullar!!!

Tarixinə sahib çıxmaq zamanıdır!!!

Bunun üçün şəhid olub oğullar!!!

Mənfur düşmənin belini qıran,

Düşməni diz çökdürüb,qan uduran,

Qələbə çalalan  Oğullar!!!

Qanınızı  aldılar,  ŞƏHİDLƏR!!!

Qarşınızda baş əyirik!!!

Haqqınız boynumuzadadır!!!

Sizlərə rəhmət deyirik!!!

Sizləri unutmayağa haqqımız yox!!!

Dəmir Yumruquq tək birləşib!

Əldə Qılınç Ali məqsədə çatmaq!!!

Tarıxi torpaqlarımıza sahib olmaq!!!

Qətiyyətıli Ali Baş Komandanın!!!

Var gücü ilə hayqiran Körpələrin!!!

Vətən sevdalı müəllimlərin var!!!

Yetirmələri ilə qürür duyurlar!!!

Yeni Əsr, Yeni Era Türk Erası!

Sınanır Türk Dünyası!!!

YARANIR TURAN DÜNYASI!!!

GÖZÜN AYDIN TÜRK DÜNYASI!!!

Dünya nizamına atılan İmza!

Azərbaycan- Türkiyə İmzası!!!

UNUDULMAZ  “QARAYANVAR”

BAŞINSAĞOLSUNVƏTƏN!

Yer yiyəsiz olanda, millət başsız olanda,

Düşmən qansız olanda necə müsibətolar?

Beləqiyamətolar:

– İnsan oğlu şəhid olar, torpaq qanla suvarılar.

Millət oyansın  deyə, ayağaqalxsın deyə,

Şəhid olub oğullar!

İnsanların qəlbində daim sağdır şəhid olan oğullar.

Tarixüçün abidədir daşlaşan, heykəlləşən oğullar,

Vətənüçün qurban  gedən oğullar!

Yerdə qalmaz şəhid qanı.

Bu qan mütləq alınacaq, yatmışlarda oyanacaq!

Unutmayacaq: – yatmır şəhid anaları,

Odsuz-ocaqsız yanır, bacılar qara bağlayır,

Sızıldayır, ağlayır.!

Bəy otağı bağlı qalıb,  gəlininsə bax, əlləri xınalı!

Ataların əlləri göydə qalıb.

Qurban deyib bircə qola analar,

Bala deyə zar-zar ağlarlar.

Uşağın nə günahı var, qocanın nə günah?

Şəhid olan alimin nə günahı?

Yerdə qalmaz vallah ahı bu günahsız millətin!

Öz haqqını alacaqdır millətim!

Şəhidlərin qarşısında öz borcunu verəcək,

Yada şəhid olacaqdır millətim!

Yaşamağa layiq olan millətim!

Yaşayacaq, yaşadacaq millətim!

Yumruq tək birləşəcək, əzəcəkdir

O, düşmənin başını!

Şəhid olan torpağının o, yiyəsi olacaqdır!

Azad olan Qarabağda nakam ölən oğullarçün

O, toybüsat quracaqdır!

Şərq ilə  Qərbarasında Qapı olan,

Dünya üçün Böyük İpək yolu olan,

Sinəsində şəhidlərin qanı olan,

Məmləkətdir Azərbaycan, müstəqildirAzərbaycan!

Gələcəyi daha parlaq, daha uca Azərbaycan!

Dünya böyük mərkəzində Azərbaycan!

İgidlərin can verib, can!

Azərbaycan, Azərbaycan!

Qoca Şərqin  Qapısısan!

Başını  dik tut Vətən!

Başın sağ olsunVətən!

Qurbanı vardan vermisən,

Sonsuz deyilsən Vətən!

Bilki, haqla qorunmusan, yenə haqla qorunarsan.

Zaman-zaman sınanmısan,

Sınaqlardan sən üzü ağ çıxmısan!

Bu gündə sınaqdasan!

Bu sınaqdan  çıxacaqsanintiqamın alacaqsan!

Torpağının  sən yiyəsi olacaqsan!

Övladına arxadayaq,

Sən dünənsən, həmdə sabah.

Daha nurlu gələcək sənin sabahın!

Odlar yurdu diyarım mənim, Azərbaycanım!

Nə yaxşı ki, günahsız olan xalqın

Ahı yerdə qalmadı.         

Dağıldı, tarimar oldu, SSRİ qalmadı!

Şəhidlərin arzuları gözlərində qalmadı!

Bir zaman endirilmiş bayraq yerdə qalmadı!

Müstəqil olsun Vətən, bu əsrin əvvəlində,

Müstəqi lolan Vətən,  buna imkan yarandı!

Şəhid oldu bunun üçün oğullar!

Qurban getdi oğullar!

Bakının mərkəzində onların xatirəsinə

Bir abidə yaradımış, “ŞəhidlərXiyabanı”adlanmış!

Qanlı cinayətlərə ŞahidlərXiyabanı!

Millətin yaddaş yeri, insan üçün and yeri!

Şəhidlərin gor yeri, müqəddəs ruhlar yeri

Şəhidlər Xiyabanı, ŞahidlərXiyabanı!

          VƏTƏN ŞƏHİDLƏR ÜÇÜN

Şəhidlərsırasındasinda İlhamla  Fərizə var.

İlqar ilə Larisa, Mehman da, Rauf da var.

Ölənlərin içində üç görkəmli alim var!

Meydanda olanda var, evində olanda var,

Lənkəranda,  Neftçalada olan var!

Gələn qoşun içində xüsusi qrupda var.!

İntiqamın alırdı!

Günahsız olanları, silahsız olanları,

Rastına çıxanları qırırdı, intiqamın alırdı!

Buna imkan yaradanlar varidi!

Düşməndən də alçaq olanlar varidi!

Bu millətdən bilin, deyillər onlar,

Ermənidi,  yada ondan dönmədi!

Bax,  görürsünüz heç birisi ölmədi!

Onlar yoxdu  Vətən wçün!

Şəhidlər var Vətən wçün!

Vətən var Şəhidlər üçün!

Gülərsən, güləbilsən, gözyaşın siləbilsən.

Başını dik tutarsan intiqamın alabilsən.

Bilin, günahkar olarıq,

Günahlara biz batarı qnəticəçıxarmasaq!

Olanları yaddaşlarda yaşatmasaq!

Torpaqları   qaytarmasaq!

Şəhidlər  üçün Qarabağın mərkəzində

Biz abid  əyaratmasaq!

Odsuz-ocaqsız yanar şəhidlərin yataqları.

Heç zaman bağışlamaz bizi şəhid ruhları.

Biz Yumruq tək düyünlənib,

Bir məqsəd üçün birləşək!

Namussuzluq ləkəsini üstümüzdən biz silək!

Bir olmaq üçün gəlin, bu gün and içək.

Daha nurlu sabahlara

Alnıaçıq,  gəlin üzü ağ gedək!!!

AĞILAR

Əziziyəm laylalar,

Bayatılar, laylalar.

Ağı üstə deyiləcək

Bu gün burda laylalar.

Zülümlə böyütdüyüm,

Ərsəyə yetirdiyim,

Toyunu görmədiyim

Balamlaylay, alaylay.

Gəl, ağlamasənhələ,

Qoyağlayımmənbelə,

Təzəcə toy etmişdim,

İli olmayı hələ.

Demə üzü bərk mənə,

Ürəyi kövrək mənə.

Dözümümə heyrət et –

Qəbri qoşa qazıram,

Sən gücünə heyrətet.

Bu oğlan nə gözəldi,

Baxan İİham alardı.

Xiyabanda siz bilin,

İlham,  ilk sırada yatandı.

Əzizimiz belə olmaz,

Qan olmaz, qadaolmaz.

Görüşə çağırdın məni,

Görüş yeri beləolmaz.

Ah-nalə belə olmaz,

Bəy evi belə olmaz.

Gəlinin yatan yeri

Daş olmaz, torpaq olmaz.

Əziziyəm anası,

Şəhid bəyin anası.

Odsuz-ocaqsız yanır,

Göyə qalxır naləsi.

Əzizim baxmaq olmaz,

Yaşı saxlama qolmaz.

Şəhidin balasının

Üzünə baxma qolmaz.

Daşdı, daş.

Torpaqdakı yaşdı, yaş.

Gözəl, cavan  oğlanlar,

Torpağa yaraşdı bax.

Gül dənizi, olardı gül dənizi.

Toylar üçün gül dənizi,

Küçələrdə gü ldənizi.

Yollar boyu gül düzülür,

Düşmən heyrətə gəlir.

Gəlin necə incədir,

Bəyin  ürəyincədir.

Xiyaband aİlhamla

Qoşa olan Fərizədir.

Körpədir balam mənim,

Körpə İlqarımm ənim.

Fələk gözümdəq oydu

Allah, muradım mənim.

Gözün aydına ay ana

Muştuluğun ver s ənə.

Bircə qolu tapılıb,

Yusifinin ay ana.

Laylasını asta çalaq,

Gəlin, muğam üstə çalaq,

Yanıq Kərəm üstə çalaq,

Yanıqlı layla çalaq.

Bəy bacısı,

Qardaşa qurban bacısı.

Bağlı qalıb bəyqapısı,

Yaşiçində bəy bacısı.

Gəlin, gəlin, aygəlin,

Nə xoşbəxtsən ay gəlin.

Bəylə qoşaya tırsan

Xiyabanda sən gəlin.

Hər tərəf gülə bələnir,

Güllərdə  ağıdeyilir

Bu cansız cavanlara,

Bu günahsız olanlara.

Ağlar gördük gülləri, əyilmişdi qəddləri.

Güllələnmiş qəddləri, didilmiş cəsədləri

Gəlib görən ağladı:

Göydə quşlar, yerdə güllər ağldı.

Allahın dərgahındahamı birdi deyirlər,

Yoxdur  millət, din fərqi söyləyirlər.

Xiyabanda birgə yatır Sahidlər,Şəhidlər!!!

Yoxdur burda din fərqi,

İnsanlar bunu görürlər.

ŞƏHİD OĞULLAR DOĞULUR

Baş verən necə müdhiş, necə ağır cinayət.

Cinayətdən çıxış yolu xəyanətdir, xəyanət!

Necə  olsun, partladılsın!

Dağıdılsın televiziya, qoy efir də susdurulsun!

Bilinməsin bu cinayət.

Həmin günlər bircə ümid Tanrıya,

Bir də, bir də Mirzə Xəzərə qaldı.

Mirzə Xəzər eşidirsən?

Eşitdir sən, bütün dünya gərək bilsin;

Tökülür qan, didilir can,

Dinc əhali olur güllə-baran.

Şəhid oğullar doğulur!!!

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru