Kateqoriya arxivləri: ALİK DƏNİZSEVƏR

Nəzakət Kərimova – Əhmədova ilə müsahibə

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

1. Nəzakət Kərimova – Əhmədova, nədən həm Kərimova həm Əhmədova ?

56 ildir ki, mətbuatda mənim imzam Kərimova olub ata imzam ailə quranda Əhmədova olub şəxsiyyət vəsiqəmi dəyişəndə dedim ki, imzam qalsın dedilər olmaz Əhmədova yazmalıyıq mən “fb” da gördüm ki, həm Kərimova həm də Əhmədova Nəzakət var dolaşıqlıq olmasın deyə belə yazıram.

2. Mətbuat imzanız Kərimova ata imzanız Əhmədova sonradan yaradıcılığınıza bir təsiri olub Kərimova Əhmədova yazmaq necə bir hissdir?

Kərimova mənə atamı “hmədova isə həyat yoldaşımı xatırladır
Nəzakət Kərimova “hmədova: Prezidentimizin sərəncamı ilə “İlin müəllimi” müsabiqəsində qalib olarkən Kərimova, ikinci sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldükdə isə Əhmədova imzası ilə təltif olunmuşam.
Nəzakət Kərimova Əhmədova: Və bu imza ilə yazmağımla qürur duyuram.

3. “Tərəqqi” medalına layiq görülmək,,ilin müəllimi, müsabiqəsində qalib olmaq mətubatda 56 ilinizin ən gözəl dəyəridir necə bir duyğudur nəzakət xanım?

İstər “İlin Müəllimi”,istərsə də “Tərəqqi “medalını alarkən sevincimi təsəvvür edə bilməzsiniz . çox müsabiqələrin qalibi olmuşam ,pul mükafatları və diplomlar almışam. həmişə əvvəl həyəcan , sonra isə sevinc göz yaşları….bilirsiz müsabiqələrə gedəndə məni maddiyyat yox, mənəviyyat daha çox maraqlandırır..yüzlərlə pedaqoqların içində qalib olmağın sevincini təsəvvür edə bilməzsiz!!!” İlin müəllimi ” müsabiqəsində nəticəni gözləməyin həyacanı ağıla gəlməzdir! O vaxt qaliblərin adını televiziyada bir bir oxuyurdular ..biz ailəlikcə oturub baxırdıq ki görəsən müsabiqədən keçə bildimmi? növbə çatanda Kərimova Nəzakət Emin qızı adımı eşidəndə qonşuluqda yaşayan qızımın necə həyəcanla sevinc göz yaşları ilə gəlib məni qucaqlaması hələ də gözümün önünə gəldi! Çünki nəticəni bütün rayon pedaqoqları və bölgələrdəki dostlarım da gözləyirdi İndi təsəvvür edin zənglərə cavab verib qurtara bilmirdim….bu hissləri keçirənlər bilər..
“Tərəqqi “medalı ilə təltif olunmağımı da bilmirdim səhər tezdən təhsil şöbəsinin müdiri bu xoş xəbəri verəndə dərsə gedirdim …Məktəbə çatanda gördüm ki artıq televiziyadan müxbirlər həyətdə məni gözləyirlər…Əlbəttə zəhmətinə ,uzun illərin əziyyətinə dəyər verib qiymətləndirmək unudulmaz gözəl və kövrək hisslərdir…

4. Müəllimlik ali peşədir şagirdlər necə nəzakət müəlliməsindən razıdırlarmı?

Razı olmaya bilərlərmi?! Onları sevərək vətənpərvər, cəmiyyətə faydalı şəxsiyyət kimi təqdim etmişəmsə…

5. Ailənizdə necə narazılıq edən olub ədəbiyyaçı olmağınıza görə narazılıq olsun istəməsinlər?

Əksinə bütün fəaliyyətimin arxasında uğurlarımın sevincinə ilk sevinib məni ruhlandıran həyat yoldaşım oğlum qızım, sağlığında isə atam, anam bacılarım
elə bu gün də uğurlarıma yaxın bildiyim həmkarlarım ,keçmiş iş yoldaşlarım sevinclərimə şərik olur,mənə mənəvi dəstək verirlər. Bu sahədə özümü qismən xoşbəxt hesab edirəm Atam dünyasını dəyişəndə depresiyaya düşdüm uzun müddət Respublika xəstəxanasında müalicə aldım həkimlər mənim müalicəmi yalnız diqqətimi nəyəsə cəlb etməyi lazım bildilər..Və mən o zamandan elmi işlə məşgul oldum…sonra nəvəmin vaxtsız ölümü məni çox sarsıtdı və fikirdən onkoloji xəstəliyə düşdüm..uzun müddət marağım həyata söndü…

6. Ailə də neçə uşaq idiniz Allah rəhmət eləsin atanız necə biri idi övladlarına qarşı sərt adam idi atanızda müəllim idi?

Allah razı olsun ailədə 8 uşaq olmuşuq. hamımız təhsil almışıq. Atam təhsilimizə qarşı çox diqqətli idi. BVM veteranı idi (jurnalda qeyd etmişəm) Sərtliyi təhsilimizlə bağlı olub.

7. Nəvənizin neçə yaşı var idi ruhu şad olsun xəstə idi yoxsa adı nə idi nəzakət xanım nəvənizə həsr ediyiniz yazılar var?

Nəvəm sağ qalsaydı 21 yaşı olacaqdı gözəl şeirləri, rəsmləri mətbuatda jurnalda dərc olunmuşdu..onu anadan olandan (2000 ci il 4 oktyabr)özüm saxlamışdım. 5 yaşında uziyə salanda (OMD də) bildik ki böyrəyi multikistoz imiş.. Cavadzadə dedi ki, bu ilin sonuna kimi qala bilər .((Amma mən onun müalicəsi ilə daha ciddi məşgul oldum havalanırdım ki belə zəkalı dünya görüşlü uşagı necə itirə bilərik!!
Yaxşi həkim tapmaq üçün hacı nurana müraciət etdim. Allah ona kömək olsun rayona gəlib evimizdə çəkiliş apardı və çəkilişdən sonra bir səxavətli mərhəmətli oğul nəvəmin Türkiyədə böyrəyini dəyişmək üçün yardım edəcəyini deyib uşağı gətirməyi xahiş etdi..İrandan böyrək də köçürmək üçün razılıq aldı və Gülhanədə(45 min ə) əməliyyata gedərkən həkimdən göndəriş almağa getdik. həkim dedi ki, yaşla çəki düz gəlmir narkozdan çıxa bilməz!!təsəvvür edin !!!Nə hala düşdüm. qalan illərinə görə fəaliyyətimi kənara qoyub yalnız onunla oldum …Çoox duyğusal uşaq idi..birdən nəsə demək istəyirdi ama susurdu..yalvarıb soruşurdum deyirdi Bakıya bulvara gedərdim ..həmən taksi tutub gətirir gəzdirib aparırdım…onun bütün arzularını yerinə yetirmişəm deyə özümdə rahatlıq tapıram(((…mayın 20 sində dedi ki, nənə həkimlərimin yanına apar…biz Bakıya urologija xəstəxanasına gəldik analizləri verdik kreatinin cavabını görəndə dəli oldum 676!!!!dedim cavab səhv olar..həkim dedi olduğudur!mən hər dəfə müayinəyə gətirəndə onun kreatinini aşağı salmaq üçün müalicə alırdıq 300 lə 400ə yaxın olurdu həkimdən soruşdum ki neçə olanda insan ölə bilər demişdi 400..Birdən görürəm ki hansı həkimə gedirik hamısına üzrxahlıq edir, halallıq alır!!!((((sən demə Bakiya halallıq almaq üçün gətirdib. rayona qayıtdıq 21 ində rayona təhsil naziri gəlmişdi konfransa məni dəvət etdilər getmək istəmirdim…asimanım dedi ki, nənə get mən yaxşıyam…getdim konfrans qurtarıb yola çıxırdım qızım zəng etdi ki, tez gəl asimanın vəziyyəti pis oldu. 22 si söhbət edə edə gülə gülə dünyasını dəyişdi. 13 yaşında. yoldaşım da asimanın ölümünə dözə bilmədi ayaqları yığıldı gəzə bilmədi..sonda yatağa düşdü 3 ildir ki , dünyasını dəyişdi. qızım da oğlundan sonra depresiyaya düşdü.. tam sağlam olduğu halda pis vəziyyətdə idi həkimlər onun mühitini dəyişməyi dedilər ona görə də Bakıda işə qoyduq cəmiyyət içində şəhərin hay küyündə olmaq onu qismən də olsa fikirdən ayıra bildi qızım.

8. Bu dərd qəmin yaradıcılığınıza təsiri olub…

Əlbəttə sevib həyatımla bağlandığım əzizimi itirəcəyimə görə ağır zərbə aldım.

9. Dəstəkçilərinizdən biri də yoldaşımdı dediniz o da yazmağa cəhd edirdi yoxsa işi başqa idi…

O da müəllim idi bir məktəbdə işləyirdik..O yalnız mənim yazılarımı köşkdən birinci alırdı ilk oxucum idi.. çox maraqlı idi ona mənim həvəslə maraqlanıb fəaliyyət göstərdiyim ictimai işlər…heç vaxt mənim hərtərəfli pedaqoji fəaliyyətimə zidd olmayıb əksinə mənə mənəvi dəstək idi həmişə…

10. Yenə o dərd həmişə sizi göynədir ağladır o dərdən sonra sizi güldürən nələrsə oldumu həyatınızda..?

Bəli bu dərd bu gündə mənimlədir…həyat yoldaşım gözəl ömür sürüb nəvə toyu da gördü. amma nakam nəvəmin arzuları çox idi yazıb qoyub ki, həcc ziyarətinə gedəcəyəm.. O zaman teleaparıcı leyla xanımdan çox xoşu gəlirdi zaurla görüşmək arzusu vardı….Mübarizin şəhid olduğu gün sarılıb ağladı və ona şeir yazdı həmin şeir mətbuatda çap olundu, tədbirlərdə söylənib..mən biləsuvarda Şəhid anaları ilə ev muzeyində olarkən həmin şeiri şəhidimizin anası Tamara xanıma təqdim etdim ….ani təbəssüm gülüş olsa da o daim ürəyimdədir. İnanırsız qohumlarım mənim uşaqlara münasibətimin sevgimin soyuq olduğunu hiss edirlər ,çünki ondan sonra uşaqlara sevgim qalmayıb…bəzən xoşladığım uşaqlar olub onda elə bilirəm ki, asiman məni görür …qısqanır…

11. Son günlər nələr yazırsınız mövzularınız nələrdir yeni kitab düşünürsünüz inşallah həccə gedərsiniz Allah niyyətləriniz qəbul olar ?

Son il, son aylar və günlər Şəhidlərimiz Qazilərimiz Müharibə Veteranları ilə keçirdiyimiz tədbirlər, ziyarətlər, Şəhid anaları ilə regionlara olan səfərlərimizdən, kitab təqdimatlarından müxtəlif görüşlərdən və s yazıram. Ümumiyyətlə Respublika qəzetinin baş redaktoru, mərhum Teymur Əhmədov həmişə təkid edirdi ki, Xatirə kitabı yazım… Müharibəyə görə ləngidim..Yəqin nə vaxtsa ömür vəfa etsə kitabı da yazacağam. Pedaqoji fəaliyyətimin 40 ilə yaxın dövrünü N. Nərimanovun Bakıdakı ev muzeyinin filialı kimi yaradıb təşkil etdiyim və rəhbəri olduğum muzey işinə həsr etmişəm.. İctimai işlərə olan marağım, həvəsim mənim həyatda olmağıma stimul verir ömrümü həsr etmişəm bu maraqlı sahəyə. hər hansı bir mövzu məni maraqlandırırsa onu oxucularımla bölüşməyə tələsirəm…
mənim çox yaxın dostum var onunla fikirlərimi bölüşürəm… ədəbi fəaliyyətimdə onun roluna güvənirəm.

12. Qızınızın dövlət qulluçusu olduğunuzu dediniz o da sizin kimi bu işlərin öhdəsindən gələ bilir yəqin ki o da sizin kimi həvəslidir bu işlərə?

Qızımın öz marağı var işi və 2 oğlunun təhsili ilə məşguldur
ev işləri…

13. Bəs bu sahəyə maraq haradan yarandı maraqlıdır bu işlərin öhdəsindən gəlmək çətin deyildi indi geri dönüb baxdığınızda bu sahəyə maraq sizdə təssüf hissi yaradıb yoxsa?

Əksinə belə işlərdən mənəvi rahatlıq duyuram həyatım mənalı və maraqlı keçir sanki ömrümə ömür qatılır…

14. Dostlarınızla aranız necədir? Dostlarınız sizə qarşı vəfalıdır?

Mən özüm dostlara etibarlı və sədaqətliyəm,mehribanam çalışıram ki ,kimin nə problemi olsa köməklik edim…Dostlarımın vəfalı olmasına gələndə bəzən olur da…Amma əksəriyyəti vəfalıdır.

15. Mütailə edirsiniz? Edirsinizsə kimləri mütailə edirsiniz yeni gənclik qane edir sizi təbii ki söhbət yazarlardan gedir?

Günü bu gün də mütaliəsiz qala bilmərəm ..Allahdan arzu edirəm ki ,kitab təqdimatlarından mənə hədiyyə edilən kitabları oxuyub qurtara bilim… Yeni gənclik deyəndə indi hamı şeir yazır. Gənclər öz üzərlərində çox çalışmalı, yaşlı nəsildən çox məsələləri öyrənməlidirlər. Mənim bütün sahələrə marağım var, siyasət,iqtisadiyyat, mədəniyyət və incəsənət, elmin müxtəlif sahələri. Gənclərin ədəbi fəaliyyəti məni qismən qane edir…

16. Sizin kitablarınızın təqdimatı olmuşdumu yoxsa?

Mən hələ kitab yazmağa vaxt tapa bilmirəm başlasam qısa müddətdə yazacağam söz!

17. Son olaraq sizə öz minnətdarlığımı bildirirəm oxucularınıza son sözünüz?

Birinci növbədə sizə təşəkkür edirəm ki ,mənə vaxt ayırdınız və sizə də oxucularıma da can saglığı,xoşbəxtlik ,ailə səadəti,yeni -yeni yaradıcılıq uğurları arzulayıram.

öhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALİK DƏNİZSEVƏR – ŞEİRLƏR

ALİK DƏNİZSEVƏR

Alik Dənizsevər (Alik Mürşüd oğlu Mikayılov) – 1990-cı il oktyabrın 5-də İsmayıllı rayonunun Qalacıq kəndində dünyaya göz açıb.
Tarıyel Xanadanov adına orta məktəbi bitirib.
2011-ci ildən dövrü mətbuatda çap olunur.
Türkiyənin CnnTürkTv və Halk HaberTv-nin xüsusi müxbiri, “Yazarlar” jurnalının redaksiya heyyəti üzvü, İsmayıllı üzrə bölgə təmsilçisidir.
“Solmayan söz dünyası” antologiyasının tərtibçisi və redaktorudur.

ALİK DƏNİZSEVƏRİN ŞEİRLƏRİ

LAÇINSIZLIQ ÖZÜ DƏRDDİ

(Qədir Rüstəmova ithaf)

Zildən,
Bəmdən.
Boğazdandır
Qədir bu səs,
De, hardandır.
Səndə belə,
Ovsunlayır, məni elə,
Həmin səsdi, həmin avaz.
Kimsə bilməz, yox anlamaz
Şuşasızlıq, elə ağır
Laçınsızlıq özü dərddi.
– Kimi dovşan qılığında,
Kimi nankor, kimi mərddir.
Döz deməyə, dilim gəlmir,
Dərmyə ki, əlim gəlmir.
Sonasız o, çiçək-gülü,
Ayrı düşmüş o, bülbülü.
Qaytarmağa, yoxdur gücüm,
Zildən dedi, yenə zildən.
Mən sevdiyim, görən gündən.
Nə qədirsiz, sona gördüm
Nə sonasız, qədir gördüm.

DİLİ LAYLAM

Tapdığım o, yuxuların
Dili laylam.
Uşaqlığı, bir gecəlik,
Səndən alam.
Yox, dediyin qızılgüllər qəribsədi,
Çəkdiklərim, çəkəcəyim indi nədir?
Ömrü artıq,
– Söz üstə mən əritmişəm.
Ana laylam, Ata laylam,
Böyümüşəm.

CƏNNƏTİ ANAM BİLMİŞƏM

Cənnətmi, Anamın ayağı altda,
Gündə min yol öpür əyilirəm mən.
– Saçında ağ gəzib, üzüldüyümdə.
Qayğında bir ölüb, dirilirəm mən.

Nurundan pay aldım, a mehribanım,
Duan da varlığım əzbərə döndü.
Zakirin durnası, uçub gedəndən.
Eşqimin alovu, o gündə söndü.

Başımı sığalla, bir yol sığalla,
Ölüm cənnətində, ölüm qoy Ana.
Nə yazdım, nə bildim hansı sualla,
Dil açım danışım qayıdım Ana.

Bir ağız çağır ki, yüyürüm gəlim,
Mən haqdan yoğrulub, haqdan gəlmişəm.
– Açıldı Allaha, gecələr əlim,
Cənnəti, ay Anam, səni bilmişəm.

GƏLİB SƏNƏ ÇIXAR…

Sənsiz dinlədiyim musiqilər də,
Mənə xatırladır, ayrılıqları.
Onda gözüm dolur, bu acı keçmir
Mənim həyatımda, gedişlər oldu.
Amma gedişin tək məni çox üzən.
Ağladan, susduran heç olmamışdı,
Adına dəlilik, nə deyirsən de,
Qoydunmu başımda ağıl da olsun,
Deyirlər, Leyli də, Məcnun da oldu.
İndi ki, sevgilər nağılda olsun.
Gedənlər bir kərə qayıtmamışdı,
İndi sən ağılda, olanlar bu gün.
Oyuncaq bildilər ayrılıqları,
Qırılsın, üzülsün vecinə olmaz.
Səbəbsiz, filansız gedərsən heç nə,
Axı yox, yıxılan özü ağlamaz.
Gün-gün o, saydığın payızda bir gün
Bürünər eləcə, ayrılıqlara,
Sən keçən küçəyə gəlsə nə vaxtsa,
Elə əsəbləşmə o, ayaqlara
Yüz yol ölçüb biçər harada getsə,
Gəlib sənə çıxar sənə ayaqlar.

Müəllif:Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dilguşə Gülümcan – Qazaxın şairə övladı

DİLGUŞƏ GÜLÜMCAN

1. Xoş gördük biraz sizi tanıyaq, Dilguşə Gülümcan?

Əslən Qazaxlıyam.
BDU və Moskva meşə təsarrufatı univetsitetini bitirmişəm.
Uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Əlbəttə SSRİ dövründə.

2. Öhdəsindən gələ bilmisiniz o vəzifələrin?

Bəli, həm də çox yaxşı. Öhdəsindən gələ bilməsəydim yəqin ki, o vəzifələrdə qalmazdım.

3. SSRİ ni görmüsünüz indi iyirmi birinci illə ayaqlaşmaq çətin olmadı ki, sizin üçün?

Xeyir, İnsan hansı dövrdə olursa olsun onunla ayaqlaşmağı bacarmalıdır. Mən həmişə mübariz olmuşam. SSRİ dağıldıqdan sonra xalqımın, Vətənimin azadlığı uğrunda mübarizəmi bu günə qədər də davam etdirirəm. Yəqin ki, bunu şeirlərimdə də oxumusunuz.

4. Əslən qazaxlıyam dediniz qazax şairlərlə aşıqlarla tanınır havasından suyundanmı qazaxlısansa ya yazmalısan ya oxumalısan?

Yəqin ki, torpağındandı. İnsan torpaqdan güc alır.

5. Ailə də neçə uşaq idiniz? Dilguşə xanım…

Üç bacıyıq, mən böyük bacıyam.
İki bacım ekizdilər.

6. Evdə bir ədəbiyyaçı sizsiniz yoxsa sizdən başqada var ədəbiyyatla məşğul olan?

Mən ədəbiyyatçı deyiləm, kimyaçıyam, Atam ədəbiyyatçı olub. Uzun müddət məktəb direktoru işləyib. Qaldı ki, şeir yazmağıma, məncə şeir yazmaq üçün ədəbiyyatçı olmaq şərt deyil. Şairlik Allah vergisidir.

7. Səf eləmirəmsə dörd kitab müəllifisiniz necə qarşılandı? Kitablarınız…

Bəli dörd kitab müəllifiyəm. Beşinci kitabımı hazırlayıram.
Oxucularıma sonsuz təşəkkür edirəm. müsbət qarşılanmasaydı, yəqin ki, kitab çap etdirməzdim. yazar üçün ən önəmli olan onun oxucularıdır.

8. Məktəb də necə şagird olmusunuz müəllimlərinizi xatırlayırsınızmı?

20 şagird olmuşuq. doqquz oğlan, on bir qız.
bütün müəllimlərimi xatırlayıram. onların hamsının xatirəsi mənim üçün çox əzizdir. qazandığım bütün uğurlar üçün onlara borcluyam.

9. Atanız həm ədəbiyyatçı həm də məktəb direktoru olduğunu dediniz evdə necə biri idi atanız yazırdı yoxsa?

Atamın da şeirləri var idi. Amma çap etdirməmişdi. Atam rəhmətə gedəndə mən çox gənc idim və onun yazdıqlarının sonralar tapa bilmədim. Ata qayğısından çox tez məhrum olduğum üçün anamı həm ata, həm də ana bildim. Anam atazızlığımızı bizə o qədər də hiss etdirmədi. Çox zəhmətkeş insan idi anam.

10. Ruhu şad olsun indi hal-hazırda sizi ən çox düşündürən mövzular hansılardır?

Məni indi ən çox düşündürən mövzular xalqımın rifah halının yaxşılaşması, Dağlıq Qarabağımızın ruslardan və erməni daşnaqlarından azad olmasıdır. İnanın ki, bu mövzular mənim ən yaralı yerimdir.

11. Bilirsiniz indi nəşiryyatların sayı hesabsızdır özəlliklə işlədiyiniz nəşiryyatlar var qane edir sizi nəşiryyatlar?

Sizinlə tam razıyam.
Mən kitablarımı ayrı ayrı nəşiriyyatlarda çap etdirmişəm. Ona görə bu sualınıza çətinlik çəkirəm cavab verməyə.

12. Gənc yazarlar necə bir şair kimi sizi qane edirmi? Yoxsa sadəcə söz xətrinə yazırlar?

Gənc yazarlar arasında çox istedadlı gənclərimiz var. Sizə deyim ki, bir deyim var deyərlər ki, heç kim anadan doğulanda Molla Pənah doğulmur. İnanıram ki, gənclərimiz söz xətrinə yazmırlar. Qızılı nə qədər palçıqlasan da parıltısını itirməz. Demək istedadlı gənclərimiz kölgədə qalmazlar.

13. Çapa hazırladığınız kitabda şeirlər kitabıdır təqdimat düşünürsünüz yeni kitabınıza?

Mən təqdimatı sevmədiyim üçün heç bir kitabımı təqdimat etməmişəm. Ona görə bir söz deyə bilmərəm.

14. Təxəllüsünüz ,gülüm can , özünüz seçmisiniz?

Soyadım Gülümcanovadır, ona görə Gülümcan təxəllüsnü seçdim.

15. Son olaraq sizə öz minnətdarlığımı bildirirəm darıxdırmadıq sizi oxucularınıza sözünüz nə olardı?

Mənim yaradıcılığımla və həyatımla maraqlandığınız üçün mən də sizə çox təşəkkür edirəm.
Oxucularıma tək bir sözüm var nə qədər ki, mənim şeirlərimi oxuyurlar o qədər də mənim ömrümü uzadırlar. Allah bütün oxuculardan razı olsun. Yazarları oxuduqca onlara yazıb yaratmaq stimulu verirlər.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

DİLGUŞƏ GÜLÜMCANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İtən illərdən” “Gilanara” keçən yol

1. Məhbubə Hidayətqızı, biraz siz tanıyaq?

Məhbubə Hidayət qızı 1965 ci ildə. Qusar rayonunda doğulmuşam. Hal-hazırda Quba rayonunda yaşayıram. 35 ildən artıqdır yazıçılıqla məşğulam. Uşaq şeirləri və hekayələr. Uslubum daha çox ailə-məişət, drammatik formadadır. Uzun illər qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisin üzvü olmuşam. Hal -hazırda məclis fəaliyyət göstərmir. İki kitab müəllifiyəm. “İtən illər” adlı hekayələr və “Gilənar” adlı uşaqlar üçün şeir kitablarım var.

2. Qusar rayonunda dünyaya göz açmısınız ilk laylanız da orada oxunub quba rayonunda yaşamaq necə bir hisdir insanları doğmadır sizə?

Qubaya ailə qurduqdan sonra gəlmişəm bu iki rayon biri-birinə çox yaxındır.

3. Neçə yaşında ailə qurmusunuz yoldaşınız necə yazmağa meyillidir yoxsa ailənizdə sizdən başqa ədəbiyyatla yaxınlığı olan varmı?

Mən 20 yaşımda ailə qurmuşam həyat yoldaşım ziyalı insandır. nəslimizdə məndən başqa da yazan var. Bu ilahi vergi olduğu üçün mane deyil mənə dəstək olub. bunun üçün ona minnətdaram…

4. Yazıçı olmasaydınız nə olardınız özünüzü hansı peşədə görürsünüz həkim müəllim və s ilə?

Mən həm də müəlliməyəm və kiçicik də olsa tibb təhsilim var.

5. Belə düşünürəm hər iki rayon bir birinə yaxındır dediniz onda gediş gəlişiniz var hər iki rayonun insanları doğmadır sizə fərqi nədə görürsüz?

Quba rayonu çox millətlidir. bizim qusar isə əsasən ləzgilərdən ibarətdir. hər iki rayonun təbiəti çox gözəldir. Buralar sanki cənnətdir, sizi yay aylarinda məmnuniyyətlə hər iki rayonu gəzməyə dəvət edirəm.

6. Böyük məmnuniyyətlə qonağınız olaram uşaq şeirləri yazmaq necə çətin deyil uşaqların dilini onda yaxşı bilirsiniz? İlk şeiriniz nə olub?

İlk uşaq şeirimin adı “Ülkər” olub uşaqları çox sevirəm.

7. Həmin o şeiri sonda bizimlə paylaşmağınızı çox istəyirəm nəşiryyatlar necə qane edir sizi?

Azərbaycan nəşriyyatı məni qane etmir. Bu üzdən uzun müddət yazmadım. Amma təəssüf ki, beyində olan enerjini yazmadan atmaq olmur.

8. Nədir sizi qane etməyən keyfiyyət tərtibat yoxsa başqa bir şey maraqlıdır?

İnsanların kitaba marağının olmaması, bunu müəyyən formalarda təşkil etmək olar.

9. Ailə də neçə uşaq idiniz atanız övladlarına qarşı sərt idi yoxsa?

Biz 5 bacı qadaş idik. Atam gözəl insandı (rəhmətə gedib) mən hər ikisini də hələ də çox sevirəm…

10. Ruhu şad olsun ananız necə biri idi evdar qadın yoxsa hər hansısa işin peşənin sahibi idi?

Mənə ədəbiyyat istedadı, anamdan mirasdır. Amma özü heç vaxt çap olunmayıb… Anam evdar xanımdır.

11. Demək ki bu istedad ananızdan sizə mirasdır ananınızın hər hansısa bir yazısını oxumusunuz?

Anam əsasən satirik üslubda deyərdi . O sinədəftərdi.

12. Sizi ən çox düşündürən mövzular hansılardır satira sizi düşündürüb?

Mənim satiradan çoxda anlayışım yoxdur. Əsasən ailə məişət də olan problemlərdən yazıram. İnşəAllah əsərləimi mümkün qədər səhifəmdə paylaşacağam…

13. Gənc yazarlardan oxuyub mütaliə etdiyiniz var? Qane edir sizi gənc yazarlar?

Adlarını yadım da saxlaya bilməsəm də çalışıram gənclərin yazılarını daha çox izləyim. Müasir gənclərin şeirlərini çox bəyənirəm. Buna zəmanə ilə ayaqlaşmaq deyirlər inşəallah bacararıq.

14. Yeni kitaba fikriniz var? Bundan əvvəl çap olunan kitablarınız necə qarşılandı?

Zəmanə gəncləri bizlərə nisbətən daha savadlı və dünyagörüşlüdür. Bəli hazrda həm uşaqlar üçün həm də böyüklər üçün iki kitab üzərində işləyirəm. Kitablarım çox gözəl qarşılanmışdı. Əsasən də gənclər tərəfindən və hələ də əsərlərim maraqla oxunur…

15. Son olaraq incitmədik ki, sizi oxucularınıza sözünüz nə olardı? Mən sizdən son olaraq ,,ülkər,, adlı şeirinizi paylaşmağınızı istəsəm?

Mənim üçün çox xoş oldu. Çox kübar olduğunuzu söyləməyə haqqım var ,,,Ülkər,, adlı şeirimi yazdığımda 9 yaşım vardı. Oxucularıma daha çox həyatı əsərlərlə maraqlanmalarını tövsiyyə etmək istərdim. Çünkü həyatı əsərlər çox vaxt insana həyatda dəstək və ya nəticə çıxarmaq üçün kömək olur. Həyati əsərlər bəzən bizə həyat yolunda yol belə göstərir…

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

MƏHBUBƏ HİDAYƏTQIZININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏNC YAZAR DOSTUMUZ

İsmayıl ÇEŞMƏLİ – yazar, şair.

1. İsmayıl Çeşməli, sizi yaxından tanıyaq?

Mən İsmayıl ÇEŞMƏLİ (İsmayılov) 30.09.1983-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşam.

2. “Çeşməli” nədən çeşməli?

Çeşməli olduğum üçün.

3. Evinizdə varmı şair olan neçənci ildən yazırsınız?

Bəli dayım şair olub oda şeirlər yazıb cavanlıqda.

4. Dtv də o ləqəbi sizə verən kim idi razısınız təxəllüsünüzdən?

Bəli əlbəttə həmdə Dtv də qızıl çevirə velişində veriblər ləqəbi Lətifə Çeşməli verib. Aşıq lətifə çeşməli Çünki mənə doğmadır o, təxəllüs.

5. Oxucularınıza sevdirə bilmisiniz şeirlərinizi?

Bəli sevməsələr bəyənməzlər…

6. Sizi qane edir yazdıqlarınız?

Əlbəttə mən şeirdən qida alıram…

7. yazdığınız şeirlərinizi ilk kimə oxuyursunuz?

Həyat yoldaşıma…

8. Kitab düşünürsünüz yoxsa var kitablarınız?

Düşünürəm amma ona maddi vəsait lazımdır gücüm çatmır kitab çıxartmağa…

9. İlk şeiriniz yadınıza gəlir?

Əlbəttə gəlir, ay mənim qəlbimdə taxt quran gözəl , adlı ilk şeirim olub.

10. Kimləri oxuyursunuz kimlər sizi qane edir gənc yazarlardan?

Mən ancaq Hüseyn Arifin, Aşıq Ələsgərin, şeirlərini oxuyuram.

11. Son olaraq sıxılmadınız ki oxucularınıza nə demək istərdiz bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz?

Oxuculara uzun ömür can sağlığı arzulayıram oxuyan gözləri var olsun…

Ay mənim nazlı gözəlim

İlk baxışdan vurulmuşam,
Alovunda qovrulmuşam.
Sanki, dönüb kül olmuşam
Ay mənim nazlı gözəlim.

Göydən enən mələyimsən,
Mənim vuran ürəyimsən.
Həm arzum, həm diləyimsən
Ay mənim nazlı gözəlim.

Çeşməli, sevibdi səni,
Sənsən bu qəlbimin təni.
Vermə mənə, kədər-qəmi,
Ay mənim nazlı gözəlim.

Bir qız şeir yaz da deyir

Baxır mənə, gülə-gülə,
Bir qız şeir yaz da deyir.
Balda qatıb, şirin dilə
Bir qız şeir yaz da deyir.

Hərdən qımışır gül üzü,
Heç yaxına, gəlmir özü.
Sinəmə salaraq közü
Bir qız şeir yaz da deyir.

Nazda edir, bilə-bilə
Saçı bənzər qızıl gülə.
Dönüb bir şeyda bülbülə
Bir qız şeir yaz da deyir.

Çeşməliyi, çəkib dara
Həsrət qoyub, bir cüt nara.
Ürəyimə vurub yara
Bir qız şeir yaz da deyir.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

İSMAYIL ÇEŞMƏLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ədəbiyyatın yaşayan əfsanəsi (Şirəli Əlyar)

ŞİRƏLİ ƏLYAR – ŞAİR.

1. ( Şirəli Əlyar ) biraz sizi tanıyaq?

Mən Əlyar Ağayev Şirəli oğlu 1958- ci ildə Masallı rayonun Qızılavar kədində dünyaya gəlmişəm. Qızılavar kənd orta məktəbində ilk təhsilimi almışam.Məktəb illərində teatra, mədəniyyətə, ədəbiyyata böyük marağım olub.Tez-tez konsertlərdə həvəskar aktyor kimi çıxış etmişəm. 1975 – ci ildə Bakı kitabxanaçılıq texnikumun aktyorluq və rejissorluq fakultəsini bitirmişəm. 1977- 79 – cu illərdə əskərlik xidmətində olmuşam.1980 ildən Masallı rayon mədəniyyət evində xalq teatrında çalışmışam 1986- cı ildən 1993 ilə kimi rayonun Bədəlan kənd mədəniyyət evinin drektoru vəzifəsində çalışmışam.Bu illər ərzində mədəniyyət evində çoxlu sayda konsert və tamaşalar təşkil etmişəm. Respublika mərkəzi tv də çıxış etmişəm. Rayon və respublika mətbuatlarında yazılarım olub. Tez- tez səhnəciklər, bir pərdəli tamaşalar yazmışam. İlk dəfə talış dilində “Honi” ( Bulaq) ədəbi jurnal çap elətdirmişəm. “Mərəkə” ədəbi məclis təşkil etmişəm . 90 -cı illərin ağır iqtisadi çətinliklərinə görə ( 1995 -2010 illər,) müvəqqəti olaraq Rusiyada yaşamışam. Hal – hazırda Abşeron rayon Saray qəsəbəsində yaşayıram, inşaat işləri ilə məşğul olmaqla ailəmi dolandırıram. Asudə vaxtlarımda Ədəbiyyat və mədəniyyət işləri ilə məşğul oluram. 4 övladım, 6 nəvəm var.

2. Öhdəsindən gələ bilmisiniz? Sizcə Ədəbiyyat teatr kitabxanaçılıq və məktəb direktoru vəzifəsi.

Məktəb drektoru yox, mədəniyyət evinin drektoru. Bəli demək olar öhdəsindən yaxşı gəlmirdim. Hər ay mədəniyyət evində keçirilən tədbirlərdən rayon və respublika mətbuatlarında materiallar dərc olunurdu. Bizim mədəniyyət evində 8 dərnək fəaliyət göstərirdi. Biz rayonun bütün kəndlərində, məktəblərində konsertlər, mədəni tədbirlər təəşkil edirdik. Məndə o illərin çoxlu şəkilkər, qəzet materialları hələdə qalmaqdadır.

3. Çap etdirdiyiniz o jurnalda kimlər çap olundu nüsxəsi qalıb sizdə davamı oldu jurnalın neçə nömrəsi işıq üzü gördü?

Jurnal 1989 ildə, Talış dilində çap olunurdu. 4 nömrə çapdan çıxdı. Orada Talış xalq bayatıları, nağıllar, tapmacalar, yanlltmacalar və Talış dilində yazan şair və yazıçıların yazıları dərc olunurdu. Məndə o jurnalın elektron variantı qalıb, amma eşitmişəm bir çoxlarında bu jurnalın nüsxələri var. Mən Rusiyada olanda, mənim arxivimin çox hissəsi baxımsızlıqdan sıradan çıxmışdı. Amma o vaxtları çəkilən şəkillər qalıb.

4. Mən səifənizi izləyirəm talış dilində yazmaq sizcə oxucular bu dili başa düşür? Səf eləmirəmsə kitabınızda talış dilində işıq üzü görüb hansı nəşiryyat ?

Bəli mənim “Bızanq” ( Arı) adlı ilk hekayər kitabım 1920- ci ildə çapdan çıxdı və çox gözəl qarşılandı. Mən onu təkrar çap elətdirdim. İndi hal- hazırda ikinci kitabım çapdan çıxmalıdır. Və gələn ilin birinci yarısında üçüncü kitabım Azəri türkcə çap olunacaq. Hal -hazırda üçüncü kitabım redaktə olunur. Son zamanlar talış dilində yazılan kitablar çoxalmaqdadır. Mən həm talış və həm də Azərbaycan dilində yazıram. Əlbəttə Azərbayacan dilində oxuyanlar çoxluq təşkil edir. Mənim hekayələrim həm talış dilində çap olunur qəzetlərdə və həm də Azərbaycan dilində çap olunur
“Yurd ” jurnalında çap olunur. Mən adətən satira yazmağı xoşlayıram və özümə yazıçı da demirəm. Necə deyərlər yazmağa həvəs göstərənlərdənəm.

5. Teatra marağınız olduğunu dediniz oynadığınız rollar olub? Olub istədiyiniz bir rol olsun indisində də arzu olaraq qalsın?

Belə, mən çox istəmişəm aktyor olum, mənim Əli Zeynalov, Mikayıl Mirzə kimi müəllimlərim olub. Mən Cəlil Məmmədquluzadənin bütün yazdığı dram əsərlərində oynamaq istəmişəm. Amma bəzi əsərlərində, cavan vaxtlarımda oynadığım rollar olub. Bəzi əsərləri parçalar hazırlamışam, monoloqlar ifa etmişəm.

6. Gənc yazarlardan kimləri oxuyursunuz bir ədəbiyyat adamı kimi sizi qane edir yoxsa heç gənc yazarları oxumursunuz?

Sözün düzü rastıma çıxanı oxuyuram. Ən çox dostluğumda olan şair və yazıçıları oxuyuram. Lerikdən Mahir Dinaye , Teyyub Ağazadə, Bəhrəm Şəhs .. Afiq Umman..və başqaları, yaxş yazanlar var .. Amma mən şeirdə, nəsrdə yenilik, yeni söz, yeni fikir, təzadlar, axtarıram. Mənalı satiranı sevirəm.
Yazar gərək bu günü ilə yaşasın, lap eşqdən də yazsa, gərək bu gün ki həyatın abu-havasını təsvir etsin…

7. İkinci üçüncü kitablarınıza hansı əsərlər daxil edilib yoxsa elə əvvəl yazdıqlarınızdır kitablarınızı hansı nəşiryyata həvalə etmisiniz razısınız nəşiryyatlardan?

Mən hekayələrimi təkrar nəşr etmirəm. İkinci kitabımda yeni hekayələr, felyetonlar, təmsillər çap olunur.
Üçüncü kitabım məhrum şair, qəzəlxan, meyxanəçi Rəhim Saraylıya ithaf etmişəm. Bu kitab dediyim kimi Azərbaycan dilində çap olunacaq. Kitabda Məhrum şairin həyatı haqqında, Saray kəndində baş verən məzəli hekayələr əsas yer tutacaq. Bu kitabda da təmsil və felyetonlar olacaq. Və kitabın müəyyən bir fəsili Rəhim Saraylinin bir neçə satirik şeirləri və qəzəlləri çap ediləcək.

8. “Mərəkə” ədəbi məclisin yaradıcılarından olduğunuzu dediniz məclis fəaliyyətini davam etdirir yoxsa?

“Mərəkə” sözü meydan, məclis mənası verir. O məclis iki il fəaliyət göstərdi və o məclisin iştirakçılarının çoxu indi ədəbi fəaliyyətin davam etdirirlər. Onlardan Xanəli Tolış, Allahverdi Bayrami, Camal Lələzoə, Şərafətdin İlkin, Cabbar Əliyev və başqaları Talış zonasında çox tanınmış şair və yazıçılardan hesab olunur. Hal hazırda RTMM ( Respublika Talış Mədəniyyət Mərkəzi ) nəznində “Amburi soğnədə” ( Dəmirağacı kölgəsində) talış ədəbi məclis fəaliyət göstərir və mən o məclisin sədriyəm. Biz tez- tez görüşlər, ədəbi məcliskər, kitab təqdimatı keçiririk.

9. Son olaraq sizi incitmədik ki oxucularınıza son sözünüz?

Oxucularıma oxumaq arzu edərdim. Demirəm mənim yazdıqlarımı oxuyun, deyirəm dahiləri oxuyun. Bilirəm indi hamı vaxtdan gileylənir, amma kitab oxumağa öyrəşən həmişə vaxt tapa bilər. Heç bir kino kitabı əvəz edə bilməz. Bir var hadisələrə baxasan, bir də var hadisənin içində olasan. Kitab oxumaq, yaxşı şeir oxumaq yaşamaqdır.
Hamıya sağlıq və mənalı ömür arzulayıram.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

ŞİRƏLİ ƏLYARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OXUCULARIN SEVİMLİSİ LEYLA YAŞAR

Leyla YAŞAR – yazar.

LEYLA YAŞARLA MÜSAHİBƏ

1. Leyla Yaşar əslində kimdir?
Leyla Yaşar dünyanı öz daxili dünyası ilə rəngarəng görməyə çalışan kitabxanaçı. Həmçinin hisslərini vərəqlərə həkk edən həvəskar yazar.
2. Neçə ildir kitabxanaçısınız?
8 ildi, ancaq 5 ilə az qalıb analıqdayam.
3. Oxucular razıdırmı sizdən?
Bəzi iradları çıxsaq, fərqlilik gördüklərini deyirlər.
4. İnsanlarla münasibətiniz necədir? Dostlarınız sizi necə biri olaraq tanıyırlar?
İnsanlarla yola getməyə çalışıram. Çox dostum yoxdu. Səmimi, sözün düzünü deyən, etibarlı biri kimi.
5. Bir kitabxanaçı kimi oxuduğunuz kitablar nələrdir?
Hal – hazırda mütaliəyə o qədər vaxtım olmur. Amma işlədiyim dövrdə kitabxanaya gələn yeni kitabları oxuyurdum. Ən çox dedektiv janra üstünlük verirdim.
Əslində janrın heç bir fərqi yoxdu. Əsas maraqlı və oxunaqlı olsun.

6. Dedektif janrda nəsə yazmaq fikriniz olub ürəyinizdən keçib maraqlıdır?
Bəli fikrim var. Hal hazırda yazdıgım yazılarım var ki, orda cinayətdən, cinayətkardan bəhs etmişəm.
7. Yazdıqlarınız haradasa çap olunub yoxsa elə yazmısınız evdə kiməsə oxumusunuzmu?
Yazdıqlarım saytlarda gedir. Qanunla.az, Hüquq.az, Karvan.news, Kulis.az, BİTİK.AZ, USTAC.AZ, YAZARLAR.AZ saytlarında və “Yazarlar” jurnalında müntəzəm çap olunuram.
8. Övladlarınız necə kitablara marağı var yoxsa hələ körpədir?
Balacadılar.( 4 yaş yarım, 2 yaş yarım ) Ancaq maraqları olduğunu hiss edirəm.
9. Allah min budaq eləsin analıq necə bir hissdir söznən ifadə etsəydiniz necə ifadə edərdiniz?
Çox sağ olun Gözəl bir hisdir. Özünü problemlər qarşısında sipər kimi hiss edirsən. Hər şey onlar üçün devizi ilə yaşayırsan.
10. Həyat problemləriylə baş edə bilmisinizmi olub problemlərə qarşı gücünüz tükənsin?
İnanın səmimiliyimə çalışdığım qədər problemlərin üzərinə qılınc çəkmişəm. Gücüm deməzdim tükənib ruhum yorulub sadəcə o da dincin alıb gücləlndirib məni.
11. Son olaraq sizi incitmədik ki oxucularınıza nə demək istərdiz?
Xeyr çox xoş oldu. Mən yazmağa onlar oxumağa davam etsinlər. İnşallah çıxardacağım kitabımla onları sevindirərəm. Dəyərli vaxtlarını ayırıb məni yazıları oxuduqları üçün hər birinə ayrı – ayrılıqda təşəkkür edirəm! Daha doğrusu kitablarımla.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

LEYLA YAŞARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OXUCULARIN BƏSTİSİ

BƏSTİ BƏRDƏLİ

BƏSTİ BƏRDƏLİ İLƏ MÜSAHİBƏ

1. Bəsti Bərdəli biraz sizi tanıyaq nədən “Bərdəli” ?

Bərdədə doğulub, böyümüşəm.

2. Uşağlığınız necə keçib dəcəlliyiniz olub?

Çox sakit olmuşam.

3. Ailədə neçə uşaq olmusunuz evin böyüyü olmusunuz yoxsa kiçiyi?

9 uşaq olmuşuq mən 5-ciyəm.

4. Məktəb illərinizi necə xatırlayırsınız?

Gözəl xatirlayıram məni rəssam kimi, şair kimi tanıyırdı məktəb.

5. Şeirlrinizdə istədiyiniz bir mövzu olubmu ki mövzuya gəlməsin onu fırçanızla şəkillə ifadə etmisiniz?

Yox əsəri şeirlə ifadə etmişəm.

6. Ədəbiyyat sizə nə qazandırdı evinizdə sizdən başqa ədəbiyyatla yaxınlığı olan varmı?

Ailəmizdə istedadlı yazar yoxdur ədəbiyyat mənim həyatımdır, mənim ruhumun qidasıdır. Çox şey verib mənə.
Sevgi, sayqı, alqış, şərəf. Və. s.

7. Maraqlıdır rəssamlığa marağınız nədən irəli gəlir uşaqlıqda rəssamlığa marağınız olub?

Şeirdən əvvəl rəsmlər çəkməyə başladım çox sevirdim şəkillər çəkməyi.

8. Şeir və rəsim ilk kimə oxuyardınız və ya ilk kimə göstərərdiniz??

Rəsimləri evdekilere vəhər kəsə . Şeirlərimi heç kimə 35 yaşımda dərc olmağa başladım.

9. Oxucularınız sizi sevir heç oxucu məktubu almısınız bu gün kimi?

Çox almışam.

10. O, məktublardan sizə ən yaxın olanı hansı olub sizi kövrəldən sizin sevincinizə pay olan?

Ən çox yaradıcılığıma verilən dəyərlərdən kövrəlmişəm, sevinib qürurlanmışam.

11. Gənclər sizi qane edir təbii ki yazarlardan söhbət gedir son günlər nələri oxuyursunuz??

Çox az qane edən. Gerçəyi desəm çox da vaxt itirib oxumuram.

12. Təcnislərinizi oxuyuram aşıq yaradıcılığınada bir başqa sevginiz var ?? Təcnisləriniz sizi qane edir??

Klasiklərə görə yox, amma bu günə görə babat.

13. Son olaraq yeni şeirləriniz var kitab düşünürsünüz oxucularınıza nə arzulayırsınız?

4 kitabım var, yenə düşünürəm İNŞALLA. OXUCULARIMA SAĞLIQ ARZULAYIRAM VƏ ONLARI ÇOX SEVİRƏM ONLAR MƏNİM ƏHVAL,RUHİYƏMDİR.

SAĞ OLUN.


Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

BƏSTİ BƏRDƏLİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru