
TƏNHALIQ MƏKTUBU
Bu gecə
gecəni varaq-varaq
qaranlığına
bəyaz misralar kimi
yazdım göz yaşlarımı …
Bu gecə üfüqlərin qəlbi
sıxılmasın deyə
dan yerindən asdım
baxışlarımı .
Bu gecə misralarımın
alnından öpdüm ,
anamın duaları
diksindi …
Gecənin qulağına
Adını pıçıldadım
dodaqlarım isindi.
Tənhalığı
körpə uşaq kimi
sıxdım köksümə.
Və bu gecə
məktub kimi
yolladım
özümə…