Valeh Heydərin “Şəhidlər” adlı soneti mövzu və məna baxımından dərin mənəvi qatlara malikdir. Şairin hər misrasında həm dini, həm milli, həm də bəşəri bir duyğu özünü göstərir. Şeirin əsas ideyası – şəhidlərin müqəddəsliyi, onların ucalığı və vətən naminə ölməzliyidir. Əvvəlki bəndlərdə şəhidlərin böyüklüyü ilahi dəyərlərlə bağlanır. Şair “Allahın sözüdür müqəddəs bu ad” deyərək şəhidlik anlayışının adi bir fədakarlıq olmadığını, Tanrı yanında uca bir mərtəbə olduğunu vurğulayır. Burada həm İslamın şəhidlik anlayışı, həm də milli şüurun zirvəsi poetik şəkildə ifadə olunur. İkinci bənddə şəhidlərin izi müqəddəs torpağa həyat verən nur kimi təsvir edilir: “İzi düşən yerdə gül-çiçək bitər”. Bu bədii təsvir yalnız bir obraz deyil, həm də əbədiyaşarlığın simvoludur. Şəhidlərin ayaq basdığı torpağın cənnət qoxusu ilə anılması, onların varlığının saf və müqəddəs bir iz buraxdığını göstərir. Üçüncü bənddə isə şəhid obrazı daha fərdi və emosional çalarla təqdim olunur. Şair onları “əsl ucalıq simvolu” kimi görür. “Həmişə var olmaq deyildir asan, əbədi oğlusan ana vətənin” misralarında şəhidin həyatını qurban verməklə xalqın yaddaşında, tarixin yaddaşında ölməz qalması ideyası işlənir. Burada fani ömürlə əbədiyyət arasında müqayisə aparılır və şəhidin seçimində əbədiyyət üstünlük qazanır. Son iki misra isə şeirin kulminasiyasıdır. “Şərə kim edərsə sinəsin sipər, ölərsə ruhuyla düşməni yenər.” – misraları şəhidliyin ən ali məqamını göstərir. Burada ölüm son nöqtə deyil, ruhun qələbəsi, düşmənin məğlubiyyətidir. Şairin qənaətinə görə, şəhidin bədəni torpağa qovuşur, amma ruhu mübarizə aparmağa davam edir. Ümumilikdə, Valeh Heydərin bu soneti həm dini, həm fəlsəfi, həm də vətənpərvərlik məzmunlu bir poetik nümunədir. Əsərdə klassik poeziyanın forması – sonet quruluşu müasir mövzu ilə birləşir. Şair şəhidliyi yalnız bir qəhrəmanlıq aktı kimi yox, həm də insan ruhunun ucalığı, millətin böyüklüyü və əbədi varlığı kimi təqdim edir. Bu şeir bir daha təsdiqləyir ki, şəhidlər sadəcə bir ömrü qurban verən insanlar deyil, həm də gələcək nəsillərə yol göstərən, vətənin ölməzlik rəmzlərinə çevrilən müqəddəs varlıqlardır:
ŞƏHİDLƏR (sonet)
Şəhidlər önündə baş əyər bəşər Allahın sözüdür müqəddəs bu ad Ona səcdə edər göydə mələklər Yolunu həsrətlə gözləyər sirat
İzi düşən yerdə gül-çiçək bitər Keçdiyi zirvələr cənnət ətirli Vətən harayına ilk onlar yetər Həyata gəlişi, gedişi sirli
Ey ismi gözəlim, elə ucasan Yoxdur aləmdə də başqa bir tənin Həmişə var olmaq deyildir asan Əbədi oğlusan ana vətənin
Şərə kim edərsə sinəsin sipər, Ölərsə ruhuyla düşməni yenər
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi
Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Səyavuş Məmmədzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri, tərcümələri, redaktor olduğu və tərtib etdiyi, “Ön söz” yazdığı və həyatı haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, ilk şeiri “Sınıq” 1956-cı ildə universitet qəzetində dərc olunub. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutub.
Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə çap olunub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap olunub.
Səyavuş Məmmədzadə “Əməkdar mədəniyyət işçisi” (1984) və “Əməkdar incəsənət xadimi” (2003) fəxri adlarına layiq görülüb, həmçinin Prezident təqaüdçüsü olub. “Xəzər balladası” baletinin liberettosuna görə Ümumittifaq müsabiqəsində 3-cü dərəcəli diplom qazanıb.
BABAMSIZ 33 il… Bu gün SSRİ-nin Əməkdar Səmərələşdiricisi,Xocavənd rayonunda M.Kalinin adına kolxozun uzun illər baş mühəndisi vəzifəsində çalışmış sonra isə öz kəndlərinin yəni Muğanlı kəndində Səməd Vurğun adına kolxozun sədri vəzifəsində çalışmış BABAM HƏSƏNOV SALEH SADIQ OĞLUNUN anım günüdür. O,27 dekabr 1936-cı ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur.Kənd Təsərrüfatı İnstitunu bitirmişdir.Həmişə xalqına,elinə-obasına can yandırmışdır.Xalqına layiqincə xidmət etmişdir.Xocavənd rayonunun işğal olunduğu gün yəni 2 oktyabr axşamı 1992-ci ildə vəfat etmişdir.Xatirəsin hörmətlə yad edirəm.Allah rəhmət eləsin.Amin. ƏZİZ BABAM, RUHUN ŞAD OLSUN! DOĞMA XOCAVƏNDİN AZADDIR! Babamın həyat və fəaliyyətinə “Öz torpağına və millətinə həsr olunan ömür –– Saleh Həsənov -85” adlı məqalə həsr etmişəm. Bu məqaləm “Kredo” qəzetində və müxtəlif sayrlarda dərc olunmuşdur.
ÖZ TORPAĞINA VƏ MİLLƏTİNƏ HƏSR OLUNAN ÖMÜR —SALEH HƏSƏNOV -85
SSRİ-nin əməkdar səmərələşdiricisi və ixtiraçısı Saleh Həsənovun anadan olmasının 85 illiyinə həsr edirəm.
Əziz oxucularım! Bu gün mən etməli olduğum və olacağım borcumun cüzi bir hissəsini yerinə yetirməyə çalışacağam. Sizə dəyərli, zəhmətkeş bir ziyalımız haqqında danışacağam. O elə bir müdrik insan idi ki, öz camaatını xeyir-duası ilə, hikmətli sözləri və sözü qədər hikmətli olan əməlləri ilə irəliyə aparardı. O, böyüklərin, imkansız, kömək istəyən, atası-babası yaşda olan qocaların qulluğunda durmaq, onların kövrək qəlbini sevindirmək üçün hər çətinliyə qatlaşmaqdan zövq alardı. O, gələcəkdə özü kimi müdrik olacaq yeniyetmələrə, gənclərə haqq yolunu, düzlüyü, saflığı, alnı açıqlığı, alın təri ilə, əl qabarı ilə çörək qazanmağın yolunu, insanı ucaldan əmək yolunu öyrədər, əsl insanın necə olması barədə həyat təlimi keçərdi. O, elə sadə bir zəhmətkeş, yorulmaz əməkçi idi ki, kimə isə əl açıb minnət götürməmək üçün başqalarından qat-qat alın təri tökər, çörəyini daşdan-kəsəkdən çıxarar, əziyyəti çox olsa da kimə isa möhtac olmadığı və əldə etdiyinin halallığına öz varlığı kimi inandığı üçün bu nəticədən bir məmnunluq duyar, rahatlıq tapardı. O, insan zəhmətkeşliyi ilə bərabər, həm də elə bir yenilikçi idi ki, yeni anlayış, yeni nəzər nöqtəsi ilə bir çox gözü götürənləri yaxşı mənada, gözü götürməyənləri isə onların özü bildiyi kimi heyrətləndirməyi bacarırdı. O insanın əvvəli Vətən, indisi Vətən, sonu Vətən idi. Ömür-həyat yolunun hər zərrəsi zəhmətdən yoğrulmuş bu insan Vətənini, ayağını basanda güc aldığı müqəddəs torpağını hədsiz dərəcədə çox sevirdi. Onun ömrü, doğma yurdunun –– Xocavənd rayonunun Muğanlı kəndinin işğal olunduğu gün sona yetdi. Həmin o insan SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı nəzərdə tutulur) əməkdar səmərələşdiricisi, ixtiraçısı, elektro-mexaniki, Xocavənd rayonunun keçmiş “Kalinin” kolxozunun uzun illər baş mühəndisi, sonra isə Xocavənd rayonunun Muğanlı kəndinin“Səməd Vurğun” adına kolxozunun idarə heyətinin rəhbəri, öz haqq işi ilə İttifaqın paytaxtı, düşünən beyni olan Moskvaya ad salan babam Saleh Sadıq oğlu Həsənov idi! Babam Saleh Həsənov 85 il əvvəl –– 27 dekabr 1936-cı ildə ana yurdum Xocavənd rayonunun Muğanlı kəndində sadə və zəhmətkeş kəndli ailəsində dünyaya göz açmışdır. O, Həsənovlar ailəsinin 9 övladından 5-cisi olaraq dünyaya gəlmişdi. Atası Sadıq kişi anbardar idi. Böyük Vətən Müharibəsinin qızğın vaxtlarında kənddə aclıq olanda Sadıq kişi anbardan ehtiyacı olan hər bir ailəyə bərabər miqdarda buğda paylayarmış. Elə bununla yəqin etmək olur ki, babamda dar gündə camaata dayaq durmaq, arxa olmaq, yol göstərmək elə kökdən, nəsildən gələn bir xasiyyət, xüsusiyyət kimi formalaşaraq onu düzlüyü, saflığı və zəhmətkeşliyi ilə zirvələrə doğru aparmışdır. Babam Ağcabədinin tanınmış bəylərindən biri olan Məmiş bəyin nəvəsi olmuşdur. Hal-hazırda Məmiş bəyin Ağcabədi rayonunun Kürdlər kəndinin mərkəzində vaxtı ilə tikdirmiş olduğu qədim mülkü, yəni daşdan tikilmiş evi vardır. Saleh babam gənc yaşlarından zəhmətə qatlaşmış, əmək fəaliyyətinə başlamışdır. Öz əməyi, zəhməti, alın təri sayəsində gənc yaşında “Moskvic – 407” markalı avtomaşın almış və dar ayaqda nəqliyyat vasitəsinə ehtiyacı olan hər kəsə avtomobili ilə təmənnasız xidmət göstərmişdir. Elə o vaxtlardan gənc Salehin, yəni babamın etdiyi bu yaxşılıqlar onu zirvələrə doğru aparan yolun əsas təməllərindən, səbəblərindən biri idi. Camaat onu gəncliyindən adı kimi əməli saleh və əməksevərliyi ilə seçilən vətənsevər Saleh Sadıqoğlu kimi tanıyırdı. Babamın bu əməlisaleh, özü Saleh yolunu asanlaşdıran, bu həyat yolunu hamar edən də elə onun saflığı, düzlüyü, nə qədər incə qəlbli olsa da yeri, məqamı gələndə kişi sərtliyi, polad kimi bərkliyi, əyilməzliyi və doğru sözün üstündə dimdik durması, ən əsası isə təhsilə, elmin yeniliklərinə, əməyə, işə, vətənə, torpağa sevgisi idi. Babamın yoluna işıq tutan mayak elə böyüklərdən eşitdiyi, özünün də əməl etdiyi “İş insanın cövhəridir” kəlamı idi. Onun cövhərliyi, parlaqlığı, müdrikliyi ancaq işdə, əməkdə və təhsildə gizlənirdi. Saleh babam 1968-1971-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Ağdam kənd təsərrüfatı texnikumunun mexanikləşdirmə və elektrikləşdirmə şöbəsini bitirərək, mexanik-elektrik ixtisasına yiyələnmişdir. O, insan əməyini azaldan, işin keyfiyyətini yaxşılaşdıran və kəmiyyətini artıran təkliflərinə görə 10 may 1973-cü ildə SSRİ-nin Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinə üzv seçilmişdir. Həmin cəmiyyətin üzvlük vəsiqəsini alması, əslində, çoxdan onun halal haqqı, ailə üzvlərinin isə çoxdankı arzusu idi. Lakin onu bu üzvlük vəsiqəsi yox, daha çox xalqının, camaatının təsərrüfatının, əməyinin bada getməməsi, əksinə, daha da dirçəlib Moskva sərhədlərini aşması maraqlandırırdı, düşündürürdü. Özünün və ətrafının inandığı, ona məxsus olan cəsarət və şücaətinə görə o, bundan daha böyük uğurlara nail olacaqdı. Onu da əlavə edim ki, babam 1977-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Gəncə (keçmiş Kirovabad) kənd təsərrüfatı kadrlarının ixtisasını artıran məktəbini sazlayıcı-usta ixtisası üzrə bitirmişdir. O, texnikumda təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 3 aprel 1979-cu ildə həmin institutu “kənd təsərrüfatının elektrikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. Bununla da o, ali mühəndis-elektrik ixtisasına yiyələnmişdir. Babam həmçinin o dövrün müasir texnikalarını və texnikalarda baş verən yenilikləri mütəmadi izləmiş, ona görə də kənddə, bəlkə də ilk dəfə olaraq televizor, paltaryuyan maşın, elektrik çaydanı, elektrik sobası, elektrik su qızdırıcısı və s. onun evində olmuş, bu cihazlarda baş vermiş nasazlıqları həmişə özü öz biliyi və bacarığı sayəsində aradan qaldırmışdır. Beləliklə, o, həm də öz əhatəsinin, öz kəndinin yenilikçisi, necə deyərlər, hər işi bacaranı, bilicisi, novatoru olmuşdur. Saleh babam Xocavənd rayonu (keçmiş Martuni rayonu), rayon mərkəzi də daxil olmaqla Xocavənd, Əmirallar və Muğanlı kəndlərini birləşdirən “Mixail Kalinin” adına kolxozda uzun illər baş mühəndis vəzifəsində işləmişdir. Bu şərəfli vəzifə onun zəhmətinin, özünün fikri ilə desək, “əməyinə xidməti borcu”nun uca Allah tərəfindən ona qaytarılan bir mükafatı idi. Bu uzun, çətinliklərlə, yoxuşlarla və narahatlıqlarla dolu keşməkeşli həyat yollarının, həyat kitabının hər səhifəsi unudulmaz bir tarix idi. Uzun illər Xocavənd rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışmış Tərəqqi medallı Vaqif Əsgərovun Saleh Həsənov haqqında dediklərindən: “Üzüm plantasiyalarında ziyanvericilərə qarşı istifadə olunan çiləmə aparatına Saleh öz beyninin məhsulu olan çox vacib elementlər əlavə etmişdi. Onun qurğuya əlavələrinin foto-şəkilini mən çəkmişdim. Saleh müəllim çiləmə qurğusuna əlavə etdiyi həmin detalların foto-şəkilini və verdiyi təklifi rus dilində yazaraq Sovet İttifaqı Xalq Əmək Nailiyyətləri Sərgisinə və Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinə göndərmişdi. Onun təklifi yüksək səviyyədə bəyənilmişdi. SSRİ-nin paytaxtı Moskva şəhərində Xalq təsərrüfatları Nailiyyətləri Sərgisində də Saleh müəllimin təklifi mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilmiş və dərmançiləmə aparatına əlavə olunan bu detalın daha səmərəli olacağı qənaətinə gəlmişdilər. Təklif yüksək dairələrdə bəyəniləndən sonra həmin dərmançiləyən cihaza Salehin ixtira etdiyi detalı əlavə edərək SSRİ-də geniş istehsal etməyə başladılar. Saleh müəllimin bu ixtirası ilə birlikdə başqa ixtiraları da bəyənildiyi üçün ona SSRİ-nin əməkdar ixtiraçısı fəxri adı verilmiş və Moskvadan pul mükafatı da göndərmişdilər. Qazaxıstanda taxıl məhsulu yığımı zamanı Azərbaycandan, əsasən də Qarabağ bölgəsindən mexanizatorlar və mühəndislərdən ibarət nümayəndə heyəti seçib Qazaxıstana göndərirdilər. Həmin nümayəndə heyətinin üzvləri sırasında Saleh Həsənov da mexanizatorların mühəndisi və sürücü-mexanizator kimi bizim rayondan –– Xocavənd rayonundan (keçmiş Martuni rayonundan) Qazaxıstana göndərilmişdi. Saleh müəllim öz peşəsinin bacarıqlı ustası kimi Qazaxıstanda ölkəmizi uğurla təmsil etmiş, Qırmızı Bayraq ordeninə layiq görülmüş, çoxsaylı tərifnamələr və diplomlarla doğma Azərbaycana dönmüşdü. O, uğurlarını və sevincini bölüşmək üçün məni də yanına çağırmışdı. Hamımız Saleh müəllimin uğurları ilə fəxr edir, onunla qürur duyurduq. O nəinki Xocavənd rayonu üzrə, hətta o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti məkanında ən tanınmış mühəndis idi. Rayonumuzun yun qəbul-tədarük edən idarəsində yun kipi bağlayan aparat olsa da həmin aparat nasaz olduğundan işləmirdi və təmir edən mütəxəssis də yox idi. Rayonun bütün mühəndislərini aparatı işə salmaq, aparatın nasazlığını aradan qaldırmaq üçün səfərbər etsələr də həmin mühəndislərin heç biri aparatı təmir edib işə sala bilməmişdi. Sonda, Saleh Həsənovu da aparatı təmir etməsi üçün çağırdılar, o da gəldi. Həmin vaxtlar Çartaz kolxozunun sədri vəzifəsində işləyən SSRİ Ali Sovetinin deputatı Suren Adamyan da orada idi. O, Salehdən soruşub ki, sən bu aparatı təmir edə bilərsənmi? Saleh də ona deyib ki, bütün mühəndislər aparat olan yeri tərk etsinlər, heç kim mane olmasın, diqqətimi yayındırmasın, mən aparatı təmir edəcəyəm. Mən o vaxt hələ orta məktəbdə oxuyurdum. Bizim kəndin də yunu həmin idarəyə aparıldığı üçün yunu geri qaytarmaq məqsədi ilə yük maşınında gözləyirdik. Belə ki, orada cihazın düzələcəyini maraqla gözləyənlərdən biri də mən idim. Elə yun tədarükü idarəsinin içərisinə daxil olmuşduq ki, 5 dəqiqə çəkmədi, bir də gördük, aparat takka-tak işləməyə başladı. Hamı təəccüb içərisində heyrətlə heç kimin təmir edə bilmədiyi, lakin Salehin müdaxiləsindən sonra saat kimi işləyən aparata baxırdı. Onun biliyini, bacarığını əyani olaraq yerində müşahidə edən Çartazın sədri Suren Adamyan elə orada, həmin an Salehdən dəfələrlə xahiş elədi ki , onun rəhbərlik etdiyi Çartaz kolxozunda yüksək əmək haqqı müqabilində gəlib işləsin. O, Çartazda hətta öz kolxozlarında aldığından 3-4 qat artıq əmək haqqı verəcəyini vəd etsə də Saleh onun təklifini qəbul etmədi və öz kəndində, öz camaatı arasında olmağı, öz milləti üçün çalışmağı hər şeydən üstün tutdu. Hətta atam, Salehin qayınatası, həmin vaxt Rayon partiya bürosunun üzvü olan, Böyük Vətən müharibəsi iştirakçısı Balay Əsgərovdan da xahiş etmişdilər ki, kürəkəninə de, iş yerini dəyişsin, gəlib bizimlə işləsin, onun üçün istənilən şəraiti də yaradacağıq. Amma Salehin xarakterini bildiyi üçün atam onların xahişlərini çatdırsa da Salehin həmin təkliflə razılaşmayacağını, iş yerini dəyişməyə heç vaxt razılıq verməyəcəyini bəri başdan onlara deyir və həqiqətən də Saleh onların təklifini bir daha rədd edir. O vaxtlarda Salehin uğurları günbəgün artırdı. Bu dediklərim hamısı bir faktdır. Elə unudulmaz tarixi faktlardır ki… Sevinirəm ki, mən də qeyd etdiklərimin canlı şahidi olmuşam. O, həm də xaraktercə çox gözəl insan idi. Bacımın həyat yoldaşı olmasından əlavə, yəni qohumluq bağlarından kənar, o, gözəl xarakterə, xasiyyətə malik olan bir insan, bir ziyalı idi. Salehin əziz xatirəsini həmişə hörmətlə yad edirəm. Allah ona qəni-qəni rəhmət eləsin!” Çalışdığı kolxozun işlərinin irəli getməsi naminə Saleh babam hətta öz sağlamlığının qayğısına qalmağı belə arxa plana keçirərmiş. O, işlədiyi kolxozun təsərrüfatının daha da güclənməsi, qabaqcıllar sırasında olması uğrunda işləyən, yorulmayan, uğursuzluqlara yol verməyən bir mübariz imiş. O, hamının xəyalında, təsəvvüründə, xatirəsində bir əmək qəhrəmanı obrazı olmuşdur. Hansısa təsərrüfat sahəsinin texnikasında nasazlıq yaranırdısa, şəxsən özü maraqlanır və rəhbər vəzifədə işlədiyi üçün həmin nasazlığı aradan qaldırması məqsədilə başqalarına göstəriş verməli olduğu halda o, bu göstərişi başqalarına verməz, başqaları kimi lovğalanmaz, qollarını orada çirməyib nasazlığı şəxsən özü aradan qaldırarmış. Kənd təsərrüfatı texnikalarının nasaz hissələrini yeni hissələrlə əvəz etmək üçün digər rayonlara gedər və həmin hissələri tapmadan qayıtmazmış mənim zəhmətsevər, el arasında xətirli-hörmətli babam. Yararsız yük maşınlarını qeydiyyatdan sildirib yerinə Gəncə şəhərindən yeni yük maşınları gətirər, bununla da kolxozun fəaliyyətini gücləndirər, sınıq-salxaq maşınların əlində əsir-yesir qalan kolxoz sürücülərini yeni avtomaşınlarla təmin etməklə onların sevinclərinə səbəb olar, bununla da özünü xoşbəxtlərin xoşbəxti bilərdi . Yay vaxtı kolxozun xırda buynuzlu heyvanları Kəlbəcər yaylaqlarına aparılar, babam da qoyun qırxımı vaxtı yaylağa gedər və yunqırxan aqreqatların saz vəziyyətdə olmasına nəzarət edərdi. Onu da deyə bilərəm ki, babam Saleh Həsənov ixtisasca müəllim olmasa da, sözün əsl mənasında müəllim idi. O, qonşu Kuropatkino kəndində yerləşən texniki peşə məktəbinin axşam şöbəsində gələcək peşə sahiblərinə, əməkçilərə peşə sirlərini öyrədərdi. Bundan ziyadə, onları kolxozçuların sıralarında əmək işığı altında birləşdirər, onlara məsləhətlər verər, kömək edər və işıqlı sabahları yolunda mayak rolu oynayardı. Elə bil görkəmli mütəfəkkir Rəşid bəy Əfəndiyevin yaratdığı ideal müəllim obrazı babamın ruhunda, duyğularında məskən salmışdı. O, bir şam idi və onun əsas vəzifəsi öz işığını digər şamlara da paylamaq, məşəllərə, alovlara başlanğıc, rəvac vermək idi. Odlar yurdunun qığılcım kimi gəncləri belə bir müəllimlə qarşılaşdıqlarına görə çox şanslı idilər. XX əsrin 80-ci illərinin sonu Sovetlər ölkəsinin ayrı-ayrı yerlərində baş verən bəzi dəyişikliklər Azərbaycandan, xüsusən də Dağlıq Qarabağ Muxtar Vilayətindən, eləcə də onun azərbaycan türkləri yaşayıb çalışdığı kəndlərindən, kolxozlarından yan ötmədi. Bu dəyişikliklərlə əlaqədar olaraq “Kalinin” adına kolxoz ləğv edildi. 5 mart 1988-ci ildə Muğanlı kəndində yeni kolxoz yaradıldı. Babam yeni yaradılmış kolxozun adının xalq şairimiz Səməd Vurğunun adı ilə adlandırılmasını kolxoz idarə heyəti üzvlərinə təklif edib. Bu, bəlkə də onunla da əlaqədar idi ki, o, bir əmək qəhrəmanı kimi əməkçiləri ruhlandıran şairlərdən biri və birincisi olan Səməd Vurğunun şeirlərini oxuyur və bu şeirlərdən ruhlanırdı. Babamın şairin şeirlərindən ən çox xoşladığı isə unudulmaz “Azərbaycan” şeiri idi. Onun yeni yaradılmış kolxozun adı ilə bağlı verdiyi təklif kolxoz idarə heyəti üzvləri tərəfindən bəyənilmiş, kolxozun Səməd Vurğun adlandırılması barədə yekdilliklə qərar qəbul olunmuşdur. Bundan sonra yeni kolxoza idarə heyətinin sədrinin seçilməsi ilə əlaqədar məsələ müzakirə edilmiş, namizədlər verilmiş, namizədlər arasında babamın da adı olmuşdur. Muğanlı kənd camaatının və kolxoz üzvlərinin səsverməsi nəticəsində yeni yaranmış kolxozun idarə heyətinin sədri vəzifəsinə Saleh Həsənov seçilmişdir. Yeni yaranmış kolxozu idarə etmək çətin, şərəfli və həm də çox məsuliyyətli bir iş idi. Ancaq mənim babam qısa müddət ərzində bu çətinliklərə sinə gərdi, kənd camaatının, kolxoz üzvlərinin ona göstərdikləri etimadı doğrultdu. Necə ki əvvəllər başqaları üçün çətin gələn işləri o, çox az vaxtda görür, tamamlayırdı, indi də elə oldu. Onun dəyəri ölçüyə gəlməz işlərindən biri də kənddə bir neçə artezian quyusunun qazdırılaraq istifadəyə verilməsinə müvəffəq olması idi. O, bu işi görərkən “Su həyatdır” el misalını özünün devizinə çevirmişdi. Qeyd olunanlarla bərabər kolxozun üzümçülük, taxılçılıq, həmçinin maldarlıq, qoyunçuluq, quşçuluq təsərrüfatı sahələrinin inkişafında babamın əvəzsiz xidmətləri olmuşdur. O, heç vaxt vəzifəsindən sui-istifadə etməz, vəzifəsinə görə özünü başqalarından üstün tutmaz, elə vəzifədə olanda özünü sıravi kolxozçu kimi aparardı. Bu keyfiyyətləri olmayanları da açıq-aşkar sevməzdi. Kolxozda tərəvəz yığımı və üzüm yığımı başlayanda ilk olaraq işə öz ailəsini cəlb edərdi ki, camaat arasında ayrıseçkiliklə əlaqədar söz-söhbət olmasın. Özü kimi onun ailə üzvləri də sadə, əməksevər idi. Toy-düyün işləri ilə bağlı babamın ailəsində hər hansı bir tədbir olduqda bəzi ərzaqları kolxozda qəbz yazdırıb maaşı ilə ödəyərək alardı. Rüşvətdən, yalan danışmaqdan, ikiüzlülükdən, yaltaqlıqdan, qəddarlıqdan zəhləsi gedərdi. O, gözəl bilirdi ki, yalançının, haramxorun, rüşvət alanın və rüşvət verənin təkcə təsərrüfatçılar və səmərələşdiricilər sırasında deyil, heç yerdə yeri olmamalıdır. Onun özü halallıqdan yoğrulmuşdu. Elə buna görə idi ki, onun adı təkcə rəhbərlik etdiyi kolxozda deyil, bütün rayonla bir idi. Uşaqlı-böyüklü, ağsaqqallı-ağbirçəkli hamı Saleh adına yüksək hörmət və ehtiramla yanaşardı. Babam əməllərinə görə Vətəninə, xalqına bağlı, böyüklərinə hörmət edib kiçiklərinə dəyər verən və yol göstərən bir insan kimi öz camaatının, elinin gözünə müdrik biri kimi görünürdü. O, şəxsi imkanı dairəsində və vəzifə səlahiyyətləri çərçivəsində ehtiyacı olan hər kəsə köməklik göstərərdi. Bütün bunlarla bərabər o işdən imkan olduqda ailəsinə və əzizlərinə vaxt ayırar, onların qayğılarına qalar, onlara yüksək dəyər verərdi. İşinin çətinlik və məsuliyyət yükünü çiyinlərində daşımaqla bərabər, işdən qayıtdıqdan sonra nahar edər, dincəlmədən nəvəsini görmək üçün onunla eyni kənddə yaşayan oğlunun evinə gedər, nəvəsini xüsusi nəvazişlə əzizləyər, onu görəndə hədsiz sevinərdi. Babam sağlığında 3 nəvəsini görə bilmişdi.
Babamın atası Sadıq baba, anası Şamama nənə vəfat etmişlər. Ən kiçik qardaşı, çox istedadlı Həsənov Zakir Sadıq oğlu gənc yaşında dünyasını dəyişmişdir. Babamın böyük qardaşı –– polis mayoru Həsənov İsrayil Sadıq oğlu Ağdam rayon Daxili İşlər şöbəsində baş müstəntiq, kiçik qardaşı ədliyyə müşaviri Həsənov Eldar Sadıq oğlu isə 1993-cü ilədək Respublika prokurorluq orqanlarında müxtəlif regionlarda məsul vəzifələrdə çalışmışdır. İşləri ilə əlaqədar olaraq onlar başqa-başqa yerlərdə yaşayırdılar. Kəndləri erməni mənfurları tərəfindən işğal olunana kimi babam 3 bacısı ilə eyni kənddə, Muğanlıda yaşayıb.Ona görə də hansısa bir xeyirə, şərə və ya qohum yoxlamağa gedəndə o, bacılarıyla birgə öz avtomobili ilə gedərdi. Təxminən 3 il bundan qabaq Xocavənd rayonunun İnstagram səhifəsində qarşıma “Qarabağ” qəzetinin 04 avqust 1990-cı il tarixli 6-cı sayında dərc olunmuş bir yazı çıxdı. Oxudum, oxudum və sonunda, yazının babam Saleh Həsənova aid olduğunu gördüm. Gözümün önündə onu bir daha təsəvvür etdim və bir nəvə kimi babamla fəxr etdim, necə ki əvvəllər də fəxr edirdim. Amma 1990-cı ildə Muğanlı kəndinin çətin vəziyyətə düşməsinə isə çox kədərləndim. Bəlkə də babam tək olmasa, hamı babam kimi olsa və onun kimi Azərbaycanı, Qarabağı düşünsə, hər şey tamam başqa cür olacaqdı. Yazı aşağıdakı kimi idi: “Münaqişənin ilk illərində “Qarabağ” qəzetində Xocavənd haqqında gedən yazılar: Qanunlarımız kəsərsizdirsə… Qanunlarımız kəsərsizdirsə… 1988-ci ildə Martuni (indiki Xocavənd) rayonundakı Muğanlı kəndində 2 ədəd artezian quyusu işləyirdi. Bir də görürdük ki, rayon subartezian quyuları idarəsinin işçiləri arteziana gedən elektrik xəttini kəsiblər. Təmir adı ilə transformatoru, idarə şitini və nasosu da söküb aparırdılar. Sonralar məlum olurdu ki, erməni ekstremistləri bu tədbiri lap əvvəldən hazırlayırlarmış. Suyun olmaması üzündən keçən il bağlarımız qovruldu. Plantasiyalardan 2 min ton əvəzinə vur-tut 400 ton üzüm yığıb emal zavoduna təhvil verdik. Təsərrüfata düz 600 min ziyan dəydi. Elə bir təşkilat, idarə qalmadı ki, ayaq dəyməyək, şikayət etməyək. Ancaq harayımıza səs verən olmadı. Quyuların bərpası unuduldu. Nəhayət bu ilin əvvəlində Qarabağa Xalq Yardımı Komitəsi imdadımıza çatdı. Muğanlıda 2 artezian quyusu vurdurdu. Dedik ki, bəxtimizə gün doğdu. Ancaq qonşu xainləri yenə də işimizə pəl vurdular. Elektriki kəsdilər ki, quyuları işə salmayaq. Bu hələ bir yana qalsın, erməni quldurları Ağdamdan Muğanlıya çəkilən telefon xəttini də Qarakənd sahəsində doğrayıb yerə tökdülər. Indi Muğanlıya çəkilmiş yeganə telefon da işləmir. Kəndin işığını da tez-tez söndürürlər. Televizora baxdığımız yerdə bir də görürsən ki, ekran söndü. Martuninin yanından keçən qaz xəttini də sıradan çıxarıblar. Hörmətli redaksiya, nə qədər ki, qanunlarımız kəsərsizdi, hüquq mühafizə orqanlarımızın işçiləri kənardan kömək umurlar, vəziyyət çətin düzələr. Saleh Həsənov Martuni rayonu Muğanlı kəndi Qarabağ №06 04 avqust 1990-cı il” Artıq 1990-cı ildən başlayaraq babamın səhhətində problemlər yaranmağa başladı. Heç təsadüfi deyildi ki, belə bir Vətən oğlunun da, onun Vətəninin də başının üzərini qara buludlar yavaş-yavaş alırdı. 1992-ci ildə erməni mənfurları Qarabağda vəziyyəti daha da dözülməz etdilər. Xocavənd rayonunun sakinləri vəziyyətin çətinliyinə baxmayaraq yurd-yuvalarını qoyub rayonu tərk etmirdilər. Onlardan biri də mənim babam idi. O, özünə görə yox, ancaq camaatına, xalqına və ailəsinə görə narahat olurdu. O ən başından bəri bu Vətənin fədaisi idi. Ancaq son anda o və ailəsi məcburiyyət qarşısında doğma kəndi tərk etməli oldular. Babam ailəsi ilə birgə, yuxarıda qeyd etdiyim kimi, Ağcabədi rayonunun Kürdlər kəndində öz babası Məmiş bəyin evində məskunlaşdı. Kiçik oğlu Mübariz Həsənovun Polşada dənizçi olaraq hərbi xidmətdə ikən faciəli vəfatı, bacısı oğlu Yaqub Xoşdarinin Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalması xəbəri və rayonlarının çətin vəziyyətdə olması babamın səhhətini daha da ağırlaşdırdı. Bir yandan Xocavənddən, doğma Muğanlıdan ayrı qaldığı hər gün onun üçün dözülməz idi. O biri yandan da Vətəni sevməyən nakəslərin milləti daha da uçuruma sürükləməsi dərdi də vardı… Bu günlər onun üçün bir sınaq, imtahan idi. Onun kimi səbrli, təmkinli bir insanın səbir kasası isə artıq bir gün daşdı… Bəlkə heç də təsadüf deyil ki, o, 2 oktyabr axşamı 1992-ci ildə, elə Xocavənd rayonunun işğal olunduğu gün ömrünün müdriklik çağında, 56 yaşında gözlərini çox sevdiyi həyata, dünyaya əbədi yumdu. Yuxarıda da qeyd etdiyim kimi, bəlkə də, bu təsadüf deyildi. Canından çox sevdiyi Vətəninin, torpağının yolunda gül kimi solub şam kimi əriməyi gözə alan zəhmətsevər, halal əməkdən yoğrulmuş əməkçi qəhrəman, mənim babam elə Vətəni Azərbaycanın bir parçasının –– Xocavəndinin, Muğanlısının işğal olunduğu gün gül kimi saralıb-solmuş, şam kimi sönmüşdü… Xocavənd işğal olunan gün onun ruhu dözmədi və bədənini tərk edib ana torpağının səmalarına uçdu. Onunla birlikdə Xocavəndin gözəl, şad günləri, əzəmətli qəhrəmanlarının sarsılmaz qüvvəsi, əməyi, dahilər yetirən torpağı, yaşılbaş sonaya bənzəyən təbiəti soldu getdi… Babam əbədi, Xocavəndi isə müvəqqəti bir şəkildə tarix oldu… Babamın ruhu Xocavənddə, cismi isə Kürdlər kəndindəki qəbiristanlıqda qaldı. O, Kürdlər kənd qəbiristanlığında dəfn olundu. Məzar daşının bir tərəfində onun, o biri tərəfində isə oğlu, dayım Mübarizin şəkli, adı, doğum və vəfat tarixləri əks olunub. Çünki Mübariz dayım Muğanlı kəndi işğal olunmazdan əvvəl vəfat etdiyi üçün Muğanlı kənd qəbiristanlığında dəfn olunmuşdu. Ölüm ata-oğulu məzar daşı üzərindəki şəkilləri ilə birləşdirdi sanki… Muğanlıda ruhları, Kürdlərdə məzar daşında şəkilləri qovuşdu bir-birlərinə… Babamın 7 övladı –– 4 oğlu, 3 qızı var idi. O, övladlarının hamısını halal zəhməti ilə böyütmüş və onlara atasından, babasından, əcdadından gələn tərbiyəni aşılamış, hamısının təhsil almalarına şərait yaratmışdı. Elə buna görə də babamın oğullu-qızlı övladları da öz ata-babalarına və nəsillərinə layiq oldular, halallıqları ilə həyatda layiq olduqları yerləri tutdular.
Saleh babamın böyük oğlu Sahib Həsənov istefada olan polis polkovniki, Horadiz əməliyyatında yaxından iştirak etmiş birinci Qarabağ müharibəsi veteranıdır, 15 il (1992-2007) Xocavənd rayon polis şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İkinci oğlu Mütalib Həsənov istefada olan polis mayoru idi. O da Horadiz əməliyyatının iştirakçısı və birinci Qarabağ müharibəsi veteranı idi. Döyüş səngərlərində olmasının fəsadlarından yaranmış amansız xəstəlikdən 2019-cu ilin iyun ayında vaxtsız, ömrünün 56-cı ilində dünyasını dəyişmişdi və o da babamın məzarının yanında torpağa tapşırıldı. Allah rəhmət eləsin! Babamın 3-cü oğlu Münasib Həsənov isə hal-hazırda Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin Dəmir Yolları Baş İdarəsində qatar rəisi vəzifəsində xidmət edir. Ailənin böyük qızı Əfiqə Həsənova paytaxt məktəblərinin birində riyaziyyat müəlliməsidir. Babamın ortancıl qızı Tünzalə Həsənova “HOB boya” şirkətində qeydiyyatçı-menecer vəzifəsində çalışır. Ailənin kiçik qızı Vüsalə Həsənova isə tibb təhsili almışdır. Babamın adını şərəflə daşıyan nəvəsi Həsənov Saleh Mütalib oğlu 2020-ci ildə Tovuz döyüşlərində ağır artilleriyaçı kimi vuruşmuş və şücaət göstərmişdir. Saleh Həsənov ailəsində böyüyüb tərbiyə almış bütün övladlar və onların ailələri babamın ailədə qoyduğu ənənələri layiqincə davam etdirir və ona layiq övlad, nəvə, nəticə, layiqli davamçı olmağa bütün qüvvə və bacarıqları ilə çalışırlar. Babamızı görməsək də, babamızın həyat yoldaşını –– nənəmizi sanki, Allah bizə əvəzsiz pay olması üçün yaşadıb. Biz onu çox sevirik və onu bizə verdiyinə görə Allahımıza daim şükürlər edirik. Ona gözümüz kimi baxırıq. Tez-tez Əsli nənəmizdən babamız haqqında danışmağını xahiş edirik. Onu da qeyd edim ki, nənəmin bu ilin noyabr ayının 27-də 80 illik yubileyi oldu. Babamın isə məqaləmdə qeyd etdiyim kimi bu il dekabr ayının 27-də 85 illik yubileyi olur. Belə dəyərli babanın ən kiçik nəvəsi olduğum üçün fəxr edirəm. Yaşasaydı, 85 yaşlı əməkdar səmərələşdirici və ixtiraçı kimi bizim yanımızda olardı və yubileyini böyük sevinclə bizimlə birlikdə qeyd edərdi. Çünki indi Qarabağ azaddır və onun ruhu Qarabağın hər yerində azad və şad dolaşaraq azad Qarabağ səmalarında hey pərvazlanır, pərvazlanır… Bu da bir qismətdir ki, bizə nəsib oldu, belə bir qəhrəman babanın nəvələri olduq. Allahımıza çox-çox şükürlər olsun! Sonda isə oxucu diqqətini oxuyub-öyrəndiklərimdən, yaşlılardan eşitdiklərimdən yadımda qalan bir rəvayətə yönəltmək istəyərdim. Rəvayətə görə bir gün nəvə babasından soruşur:
Baba, sən nə vaxt öləcəksən? Baba nəvəsinə belə cavab verir:
Sən öləndən sonra, bala. Nəvə babasına deyir ki, axı bu, necə ola bilər? Baba nəvəsinə belə cavab verir:
Balam, sən nə qədər ki yaşayırsan, mənim məzarımı ziyarət etməyə gələcəksən. Sən həyatda olmayandan sonra mənim məzarımı ziyarətə gələn olmayacaq. Mən də unudulacağam və unudulanda öləcəyəm. Ona görə də sən nə qədər yaşayacaqsansa, elə mən də o qədər yaşayacağam. Bu rəvayəti babama onun sonuncu nəvəsi olaraq şamil etməzdim. İstərdim ki, babam gördüyü işlərə görə daim yaddaşlarda qalsın. Amma onu demək istəyirəm ki, biz nə qədər ki sağıq, onun yenilməz və sarsılmaz şəxsiyyətini əmək adlı ucalığın nümunəsi kimi yaşadacağıq, nəsildən-nəsilə ötürəcəyik. Çünki birincisi, bu bizim borcumuzdur. İkincisi isə bu, babamın haqqıdır! Mən babamı – kişiliyin bariz nümunəsi, əməkçiliyin mücəssəməsi, təcəssümü olan SSRİ-nin əməkdar səmərələşdiricisi və ixtiraçısı Saleh Həsənovu görməsəm belə bir nəvə kimi onunla fəxr edirəm və həmişə də fəxr edəcəyəm. Onu da bilirəm ki, babamın ruhu şaddır, çünki Qarabağ azaddır. Və onun bir zamanlar tər tökdüyü, həyatını, gəncliyini, sağlamlığını verdiyi təsərrüfat sahəsi üzrə Qarabağda daha çox işlər görüləcək, çox uğurlar əldə ediləcək. Mən bu sahədə hər uğur qazanılan zaman bu sahənin qəhrəmanı olan babamı xatırlayacağam, öz sahəmdə də onun ölməzliyini qoruyacağam! Bu ona bir nəvə kimi sözüm olsun. Ruhun şad olsun, qəhrəman babam!
SevindikNəsiboğlu 8-ci sinif şagirdi, şair-publisist, AJB üzvü 19.12.2021
Annem ismini “Halı” koydu Ayağımızın altına serdi dünyayı Adına “Kilim” dedi Gözümüzün önüne serdi dünyayı Dünyamız Pazırık halısı misaliydi Biz nakışlarını anlayıncaya kadar … “Baba” kelimesini kendi lisanında söyledi Annem… Kimisi anladı, kimileri de yüz sene sonra anlayacak… Her zaman hikmet vardır Annemin sözlerinde. Gizemli tarihim uyuyor Annemin her nakışında Her halısında Her kiliminde Her bakışında… “Baba” kelimesini …. dokudu Hurcunlara doldurdu Annem Evlatlarına armağan olsun diye … Nakış nakış….. Halı halı Annem, gözlerimizin önüne serdiği dünyanın İpliğinin, yününün insan olduğunu anlattı… Kimi anladı, kimisi yüz sene sonra anlayacak… Her zaman fayda vardır Annemin sözlerinde, Gizemli tarihim yatıyor; Annemin her ilmeğinde, Her deseninde, Her nakışında, Her halısında… Butalarını halılara dokudu Buğday tarlalarını hurcunlara doldurdu… Tohumları tarlalara savurdu Dünyayı yumak gibi sardı… İpin ucunu bileklerimize bağladı, Yolumuzu kaybetmeyelim diye Her kelimesini nakış gibi defalarca “dokudu” Kulağımıza küpe olsun diye Dünyayı türlü türlü halılar gibi tanıtdı bize Annem Nakış nakış, ilmek ilmek Annemin arğacından geçti dünya Babamın kemerinden Annemin kilimine göçtü dünya… Dünya her zaman gebedir yepyeni dünyalara…
…Günlər, aylar keçdikcə türk dövlətləri bir-birinə daha çox yaxınlaşır, qardaşlıq və dostluq əlaqələrini daha da möhkəmləndirir, Turan dövlətinin qurulması yolunda əzmlə çalışır, bu sahədə uğurlu addımlar atırlar. Bu da səbəbsiz deyil. Son illərin hadisələri, müharibələri, hegomon dövlətlərin dünya xəritəsini yenidən «cızmaq» istəkləri və s. türk dövlətlərini yumruq kimi birləşməyə vadar edir. Çünki yumruq kimi birləşməsək, bir olmasaq, güclü olmasaq yırtıcılar- xüsusilə Kremldə əyləşən rus faşistləri imperiyanı daha da genişləndirmək, yeni torpaqlar, ölkələr zəbt etmək arzusunu Azərbaycan üzərində də gerçəkləşdirə bilər. Bu, həqiqətdir. O da həqiqətdir ki, Ukraynaya hücum edən, dinc əhalini qətlə yetirən, şəhər və kəndləri talan edib, xarabazarlığa çevirən rus əsgərləri Prezident və Ali Bah Komandan Vladimir Putinin rəhbərliyi ilə ac canavar kimi başqa ölkələrin də üzərinə diş qıcamağa başlayıblar. Bu baxımdan Türkiyə və Azərbaycanın mədəni, siyasi, iqtisadi, hərbi əlaqələri gündən-günə möhkəmlənərək Putin Rusiyasının da yuxusuna haram qatmaqdadır. Bəli, bizim gücümüz birliyimizdədir. Bizim gücümüz Turan ellərinin bir bayraq altında birləşməsidir. Gün gələcək ki, türklər dünyanı idarə edəcək, dünyanın nizamını pozulmağa qoymayacaq, yer üzünə əbədi sülh gətirəcəklər. Bu, belə də olacaq. Türk dövlətlərinin birliyini bir daha heç kim poza bilməyəcək, türkün türkdən başqa dostu olmadığını damarlarında türk qanı axan hər bir türk oğlu, türk qızı daha yaxşı anlamağa başlayacaq. Bu gün türk dövlətləri arasında qurulan əlaqələr genişləndikcə, möhkəmləndikcə «Qızıl alma»ya doğru daha çox yaxınlaşmağa başlayırıq. 24-28 oktyabr 2025-ci ildə qardaş Türkiyədə keçiriləcək «Azərbaycan günləri» Turan dünyasının var olacağına bizi daha da ümidləndirir, bu arzunun da gerçəkləşəcəyinə inandırır və onu da bir daha göstərir ki, Türkiyə və Azərbaycan təkcə sözdə deyil, əməldə də iki dövlət bir millətdir. Çox keçməz ki, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və s. Türkiyə ilə iki dövlət bir millət kimi əbədi var olacaqlar. …Qarabağ zəfərinin 5-ci ildönümünü Türkiyədə – Bursada böyük təntənə ilə qeyd olunacağı hər birimizi fərəhləndirir, qardaş Türkiyəyə sevgimizi daha da alovlandırır.
Bu tədbirdə bütün türk dünyasından nümayəndələr iştirak edəcək, çünki Qarabağ zəfəri təkcə Azərbaycanın sevinci deyil, özbəyin də, qazağın da, türkmənin də, başqırdın da, tatarın da…sevincidir, bayramıdır. Bu sevinci bütün Turan elləri birlikdə yaşayacaq, bu zəfər bayramını Türkiyədə birlikdə qeyd edəcəklər. Türkiyədə keçiriləcək Zəfər bayramı ilə yanaşı, eyni zamanda böyük türk şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, eləcə də Azərbaycanın Milli Qəhrəmanı şəhid Şirin Mirzəyevin və şəhid general Polad Həşimovun adını daşıyan parka, eyni zamanda Çanaqqala şəhidliyinə ziyarət ediləcəkdir. Bu, çox sevindiricidir. Bu, həm də onu göstərir ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, türk dünyasının şairidir. Şirin Mizəyev, Polad Həşimov təkcə Azərbaycanın deyil, türk dünyasının qəhrəmanlarıdır. Belə qəhrəmanlar yetişdirən türk dünyası öz sözünü dünyaya dünən də deyib, bu gün də deyir, sabah da deyəcəkdir. Turan elləri var olsun! Tanrı türkü qorusun!
P.S. Türkiyədə keçiriləcək Azərbaycan günlərinə qardaş və dost ölkədə yaşayan Hüseyn Gözəloğlundan mən də dəvətnamə almışam. Türkiyənin Bursa rəhbəri və Bələdiyyə Başqanının dəstəyi ilə təşkil olunacaq tədbirlərdə iştirak etmək arzusu ilə:
Hüseyn İSAOĞLU, yazıçı – publisist, AYB-nin və AJB-nin üzvü.
Conan (Konan) adı İrlanda dilinden İngilizceye geçmiş. Bu adın kökeni İrlanda dilinde de tam olarak bilinmiyormuş. Conan’ın ünlemesi Konan biçiminde bilindiği gibi. Türkçede hiç yorum gerektirmeden konan, konmuş olan anlamına geliyor. Türkçe ‘ kon ‘ kökünden türemiş bir sözcük. İrlanda da bu sözcüğün olması, İrlanda’nın eski Kimer ve sonra Saka haritası içinde olmasındandır.
Konan’ın ( Conan’ın) babası demircidir, annesinin adında han sözü bulunur: ” Conan, uzak kuzeyin barbarı olan bir Kimmeryalıdır . Bir savaş alanında doğmuştur ve Corin adlı bir köy demircisinin oğludur . Kimmerya’daki bir savaş sırasında annesi Greshan , kocasını kurtarmaya çalışırken bir düşman tarafından ölümcül şekilde yaralanmıştır. Zayıflamış olan Greshan, gücünün sonunu kullanarak oğlunu doğurur ve ölmeden önce ona Conan adını verir. “
Kimmerler, Kırım kentinin kurucusu, MÖ 14000- 7000 arasındaki Türkistandan Avrupa’ya yapılan büyük Türk göçü sonrası bilinen ilk Avrupa Türk boyudur. Avrupa o zaman , Buzul Çağı sonrası boş bir kıtaydı. Kırım ve Karadeniz’in kuzeyi merkez olmak üzere Tuna’nın kuzeyi , Trakya, Batı Ege bir Kimer boyu olan Türükler( Traklar)’in yurduydu. Sak Türkleri, Kimer Türklerinden iktidarı aldı. Aynı halk Sak Kağanlığı içinde yaşamaya devam etti. Eski Türk coğrafyası olan Kimer coğrafyası Sak Türklerinin coğrafyası oldu. Türkler içinde Kağan soyu değişmiş oldu. İlk Türk adını sözcük olarak Türükler(Traklar) kullandı. Kimerler’in Sak egemenliğini kabul etmeyen Türük boyları doğuya göçtüler. Uzun süre doğuda da Asya Hun ve Apar tabınlığında yaşamak zorunda kaldılar. Türükler( Trak- Kimer) ‘in üç Oğuz boyu, Türk Kağanlığı’nı( Gök Türk Kağanlığı) kurdu sonra. Gök Türkler, uzun süre Doğuda Asya Hun ve Apar tabınlığında yaşamış olsalar da aslında Avrupa Türkleriydiler.
Türklerde demircilik Kimerlerden bu yana devam etmektedir. Amerikalı yazar, Kimerler’in Türk olduğunu bildiği için, diğer Göktürk destanlarına gönderme yaparak demirci bir baba karakteri ve han sözü yer alan bir anne karakteri eklemiştir çizgi romana. Göktürkler demircidirler. Çevrelerine demir ve demir ürünleri satarlar. Bizansa demir satmayı teklif etmişlerdir. Bizansın demirlerini beğenmemişlerdir. İslamiyet öncesinden Arabistan’ın Osmanlıdan kopusuna kadar Kabe’yi yöneten demirciler de bunlardır. Osmanlı öncesinde Kuzey Afrika ve Orta Doğu’da devletler kuranlar da bu demirci Kırımlılardır.
Konan’ın karşıtı göçen’dir. Bunlar “Kimmeryalı” yani Kırımlı Türklerdir. Kırım merkezli , İrlanda’ya kadar uzanan , sonraki tüm Ger, gut, urus topraklarını içine alan Tuna’nın Kuzey ve batısındaki Avrupa İskit – Saka topraklarının tamamının eski sahipleri bu Kimer Türkleridir.
Mahirə Nağıqızının “İpək köynək” hekayəsində psixoloji və tərbiyəvi məqamlar
MAHİRƏ NAĞIQIZI Azərbaycan ədəbiyyatının müasir nəsr ənənəsində özünəməxsus mövqe tutur. Onun yaradıcılığı həm dilin zənginliyi, həm də psixoloji dərinliyi ilə seçilir. Nağıqızının əsərlərində ailə, uşaqlıq xatirələri, təbiət müşahidəsi və ekoloji mühit mövzuları birləşərək oxucuya həm estetik, həm də emosional təcrübə təqdim edir. Müəllifin nəsri Azərbaycan ədəbiyyatında həm realist, həm də introspektiv yanaşmanın uğurlu nümunəsi kimi qiymətləndirilə bilər; o, gündəlik həyatın detallarını, insan və təbiət əlaqələrini elmi, psixoloji və bədii qatlarla təqdim edir.
“İpək köynək” hekayəsi müəllifin Azərbaycan ədəbiyyatında tutduğu əhəmiyyətli mövqeyin canlı nümunəsi kimi diqqət çəkir. Hekayədə həm uşaqlıq xatirələri, həm ailəvi bağlar, həm də təbiət müşahidəsinin psixoloji qatları ön plana çıxır. Bu əsər Mahirə Nağıqızının nəsrində keçmiş və indiki zamanın sintezi, insan və təbiət münasibətinin psixoloji təhlili və intergenerasional sevgi anlayışının nümayişidir. Hekayə İzmir səfəri ilə başlayır və burada məkan həm vizual, həm də simvolik qatlarla təqdim olunur. Qəhrəmanın otel otağından dənizə baxışı və mehin sərinliyini hiss etməsi, eyni zamanda ipək köynək motivi, oxucuda nostalji və empatiya hissi yaradır: “Otel otağının dənizə baxan balkonuna çıxanda sifətimə dəyən mehin sərinliyini hiss etdim… Sultan üçün söz verdiyim ipək köynəyi almaq istəyirdim.” Bu səhnə müəllifin məkan vasitəsilə psixoloji dərinliyi oxucuya çatdırmaq strategiyasını nümayiş etdirir. Egey dənizinin təsviri, həmçinin emosional rezonans və bədii realizm baxımından hekayəyə universal dəyər əlavə edir. Hekayədə İzmir şəhəri, palma və xurma ağacları, Egey dənizinin, Naxçıvanın vizual cazibəsi müəllifin psixoloji rahatlığını artırır. Bu təsvir nostalji və emosional keçid üçün funksional rol oynayır. Müəllif nəvəsi üçün ipək köynək axtararkən uşaqlıq xatirələri canlanır və psixoloji intergenerasional bağlılıq yaranır. Hekayədə zaman və məkanın sintezi çox maraqlıdır. Belə ki, indiki zaman -İzmir səfəri və keçmiş -uşaqlıq xatirələri paralel təqdim olunur. Əsərin emosional qatında- keçmiş xatirələrin Egey dənizinin fonunda canlanması oxucuda nostalji və empatiya hissini yaradması təşkil edir. Bayaq da qeyd etdiyimiz kimi, hekayənin başlanğıcında müəllif İzmirdə otelin eyvanından Egey dənizinə baxır. Dənizin sonsuzluğu, ulduzlu səma və mehin sərinliyi, müəllifin introspeksiyasını və uşaqlıq xatirələrinin canlanmasını stimullaşdırır. Əsərin sonu, yəni xəyallar isə qəhrəmanı Naxçıvana, Xalxala, uşaqlığa aparır Hekayənin məkan anlayışına gəldikdə isə palma və xurma ağacları ilə dolu sahil, dənizin genişliyi və otelin vizual cazibəsi müəllifin psixoloji sakitliyini ifadə edir. Məkan həm də uşaqlıq xatirələrinə emosional keçid üçün kontekst rolunu oynayır. Əsərin zaman anlayışı da çox diqqətə layiqdir. Müəllifin nəvəsi üçün ipək köynək axtarışı, keçmiş xatirələrlə sintez edilərək intergenerasional emosional əlaqə yaradır. Hekayənin əsas hissəsi qəhrəmanın uşaqlıq xatirələrinə keçid edir. İpəkqurdlarının böyüməsini və tut yarpaqlarına olan marağı uşaqlığın təbii maraq və müşahidə qabiliyyətini nümayiş etdirir: “Balaca qurdların sürətlə böyüdüyünü və tut yarpaqlarına necə iştahla girişdiyini müşahidə edirdik.” Bu epizodlar uşağın empatiya və diqqətini vurğulamaqla yanaşı, təbiət hadisələrinə elmi və analitik yanaşmanı göstərir. Uşaqlıq xatirələri hekayədə həm bioloji, həm də psixoloji inkişaf kontekstində təqdim olunur. Hekayədə ipəkqurdlarının böyüməsi, rəng dəyişiklikləri və barama hazırlaması həm ekoloji mühitin tərkib hissəsi, həm də simvolik metafora kimi işlənmişdir: İpəkqurdlarının qida ehtiyacı, böyümə mərhələləri və barama toxunması uşaqlar üçün canlı bir mikro-ekosistem rolunu oynayır. Müəllifin uşaqlıq xatirələrində ipəkqurdlarının böyüməsi, yemlənməsi və barama hazırlaması ekoloji mühit və canlı-nəzəri əlaqə baxımından təqdim olunur. Belə ki, uşaqlar ipəkqurdlarının davranışlarını izləyir, onların ehtiyaclarına diqqət göstərirlər. Bu, əlbəttə ki təbiətə qarşı empatiya və öyrənmə bacarığı yaradır. Ananın ipəkqurdları ilə davranışı, onların qorunması və inkişafını təmin etməsi mərhəmət və məsuliyyətin simvoludur. Bu, uşaqlarda etik və emosional dəyərlərin formalaşmasına xidmət edir. Hekayədə maraqlı psixoloji emosioanal məqamlar da var. Belə ki, ana diqqətini qurdlar üzərinə yönəltdiyi zaman uşaqlarda əvvəl qısqanclıq yaranır, lakin sonradan bu empatiya və anlayışa çevrilir. Ümumiyyətlə ananın təsviri hekayədə psixoloji təhlil baxımından xüsusi əhəmiyyət kəsb edir; onun zəhmətkeşliyi, halallığa önəm verməsi, hər kəsə təmənnasız xidmət göstərməsi və uşaqlara nümunəvi münasibəti psixoloji və emosional liderlik nümunəsidir. Hekayədə ananın xarakteri diqqət və zəhmət simvolu kimi işlənmişdir. O, ipəkqurdlarının böyüməsinə xüsusi məsuliyyətlə yanaşır və mərhəmət göstərir: “Anam bu asan olmayan işi təkbaşına başa çatdırdı… və bizi bütün vasitələrlə təhlükədən qorumağa çalışdı.” “Atam hamımızın xüsusi iştirakı ilə qablaşdırdığımız barama topalarını qəbul məntəqəsinə təhvil verdi. O, məntəqədən gələndə 780 kiloqram barama təhvil verdiyimizi bildirdi, hamımız bunu böyük hadisə kimi qarşılayıb bir-birimizi təbrik edəndə, gözüm qapının ağzındakı qaz sobasının üstündə poqquldayan qazanın qapağını qaldıran anama sataşdı. O, baş verənlərin ona aid olmadığı adamlar kimi, biş-düş işləri ilə məşğul idi. Mənə elə gəlirdi, yoxsa doğrudan elə idi, bilmirəm, amma əmin olduğum həqiqət anamın baramaya müqəddəs bir şey kimi baxdığını deyirdi.” Bu nümunələr müəllifin ana obrazı üzərindən zəhmət və diqqət motivlərini simvolik təmsil etməsi baxımından əhəmiyyətlidir. Hekayədə ananın rolunun təqdimatı sosial psixologiya və etik dəyərlər perspektivindən də araşdırıla bilər. Onu da qeyd edək ki, müəllifin xatirələrində ana sadəcə ailənin qayğıkeş üzvü deyil, həm də mənəvi dayağı, mənsub olduğu mədəniyyətin ən ali dəyərlərinin daşıyıcısıdır. Mahirə Nağıqızı ananı həyatın fırtınaları qarşısında sarsılmayan, övladlarını həm əxlaqi, həm də mənəvi cəhətdən formalaşdıran müqəddəs varlıq kimi təsvir edir. Onun zəhmətkeşliyi, fədakarlığı və sevgi dolu qayğısı oxucuda dərin hörmət hissi oyadır. Bu obraz oxucunu analara hörmət və minnətdarlıq göstərməyə, ailə bağlarının əhəmiyyətini dərk etməyə çağırır. Eyni zamanda, müəllifin ana ilə bağlı xatirələri gənc nəslin milli-mənəvi köklərə bağlanmasının, ənənəvi dəyərlərin qorunmasının zəruriliyini vurğulayır. Ana obrazının müqəddəsliyi, onun həyat məktəbi kimi təqdim olunması tərbiyəvi baxımdan böyük təsir gücünə malikdir. Bu hekayələrdən öyrənilən əsas dərs odur ki, ana sadəcə ailənin dayağı deyil, həm də millətin mənəvi gücünün rəmzidir; onun şəfqəti və zəhməti insan xarakterinin formalaşmasında əvəzsizdir. Ananın ipəkqurdlarının böyüməsini izləməsi və baramaların hazırlanması uşaqlar üçün psixoloji və etik təlim funksiyası daşıyır. Burada ananın mərhəmətli və zəhməti uşaqlara məhsuldarlıq və səbrin simvolunu öyrədir. Uşaqlar ananın hərəkətlərini müşahidə edərək etik və emosional davranış nümunəsi qazanır. Burada maraqlı məqamlardan biri də odur ki, ipəkqurdlarının yetişməsi insan zəhməti və ailəvi bağlılıq ilə paralel qoyulur. Baramanın yaranması prosesi müəllif üçün həm nostalji, həm də estetik dəyər yaradır. Ekoloji mühitə inteqrasiya da əsərdə mövcuddur. İpəkqurdlarının yetişdirilməsi ilə bağlı qaydalar və mərhələli proseslər uşaqlara təbiət və canlıların inkişafı haqqında dərin anlayış verir. Müəllifin uşaqlıq müşahidəsində ipəkqurdlarının böyüməsi və barama istehsalına qatılması həyat və öyrənmə prosesinin metaforasıdır; uşaqlıq müşahidəsi psixoloji və intellektual inkişaf üçün təməl rol oynayır. Hekayədəki şeirdə də müəllif nəvəsinə sevgisini və qoruyucu instinktini ifadə edir: Köynəyin kətandımı, Canına yatandımı… Mən sənə qurban olsam, Bu dünya batandımı…
Şeir sevgi, qayğı və nostalji hisslərini birləşdirir. İpək köynək zəhmət və ailəvi bağlılıq simvolu kimi çıxış edir. Şeirin psixoloji təsiri hekayənin tematik əsasını gücləndirir və müəllifin uşaqlıq xatirələri ilə indiki duyğular arasında emosional körpü yaradır. Mahirə Nağıqızının “İpək köynək” hekayəsi Azərbaycan ədəbiyyatında həm milli, həm də universal psixoloji və emosional motivləri birləşdirən nümunəvi əsərlərdən biridir. Əsər uşaqlıq təcrübələri, təbiət müşahidəsi və səbrin simvolik təsviri baxımından diqqət çəkir. Mahirə Naĝiqızının bədii nəsri həm milli, həm də beynəlxalq müstəvidə psixoloji tərbiyənin əhəmiyyətini özündə ehtiva edir. Hekayə Azərbaycan ədəbiyyatında uşaq təxəyyülü və təbiət müşahidəsi motivlərinin unikal təmsilçisi kimi qiymətləndirilə bilər. Mahirə Nağıqızının avtobioqrafik hekayələri Azərbaycan ədəbiyyatında ailə dəyərlərinin, milli-mənəvi tərbiyənin və mənəvi irsin qorunmasının canlı nümunəsidir. Müəllif öz şəxsi xatirələrinə əsaslanaraq oxucunu təkcə fərdi həyat hekayəsi ilə deyil, həm də bütöv bir nəslin, bir dövrün düşüncə və yaşam tərzi ilə tanış edir. Bu baxımdan Mahirə Nağıqızının yaradıcılığı tərbiyəvi məzmun daşıyır, çünki burada ailə bağlarının möhkəmliyi, valideynə ehtiram və əməksevərlik oxuculara nümunəvi şəkildə çatdırılır.
Beləliklə, Mahirə Nağıqızının avtobioqrafik hekayəsi həm ədəbi, həm də pedaqoji baxımdan dəyərli nümunədir. O, ananın müqəddəsliyini ucaldaraq oxucunu ailə dəyərlərinə sədaqətə, fədakar əməyə və insanpərvərlik ruhuna səsləyir.
Payızın rəngi nə sarıdı, nə qırmız Yuxu rəngidi payız alatoran, tənhalıq duyğusuyla ruhu saran, ağla qaranın, xatirəylə xəyalın, gerçəklə röyanın qarışığıdı Payızın rəngi bozdu. küləyin havasına rəqs edən o yarpaqların rəqsi deyil, bir az yerlə göyün, bir az ağacla torpağın rəqsidi. Göz-gözə, əl-ələ amma qolsuzdu. Təkcə ağacdan yarpaq qopmur adam da içindən tökülür, ömür-ömür öz içində payıza çevrilir. Rəssamın ən dəyərli rəsminin kənarında qalmış fırça izi kimi, alnındakı qırışlar gəldikcə dilə, üzün bər-bəzəyi artır yaza dönmək ümidi ilə…
Atın xırda balasına qulun, bəzən də kürük(x’) deyərlər. Bir neçə aylıq olandan sonra dayça deyilir. İki yaşından sonra erkəyinə day, dişisinə qulan deyilir. Yaş yarımlıq dayçaya verilən şilxor adı da var. Bu ad çox işlənməz, bəzən isə arıq, yöndəmsiz və dəyərsiz mənalarında işlənir. Tərəkəmələr adətən dayçaları bağlamaz, ilxıda, ya da hörüklü olan analarının yanında buraxma saxlayarlar. Çox vaxt belə açıq buraxılan dayçalar yarımvəhşi olur, insana yaxınlıq vermirlər. Ona görə də onları əhliləşdirib yükə və miniyə öyrərmək xeyli zəhmət tələb edir. Adətən dayçaları iki yaşını tamam edəndən sonra öyrədirlər. Çünki tez öyrədilən dayçaların qolu alınar – yəni ön qıçları zədələnər. Qolu alınmış at şikəst sayılır, arxda-bərədə, bərkdə-boşda tez büdrəyər, yıxılıb üstündəki süvarinin də zədə almasına səbəb olar. Ona görə də atalarımız deyib:” atı birində bəslə, ikisində gözlə, üçündə min. Oldu at, olmadı sat!” Üç yaşında olan gümrah xam atı elə belə öyrətmək olmaz. Onu boğmasan, əzməsən xamto qalar ki, belə atlara da kələday deyilir. Bu ifadə məcazi olaraq qaba, özbaşına, baştuşuna iş görən cavanlar üçün də işlənir. Gələk at öyrətməyə. Xam atı kəməndlə, ya da göz (yerdə kəndirdən qurulan halqa-tələ) vasitəsilə tutur, başına uzun bir siyirtmə kəndir salırlar. İki nəfər qolubərk cavanın hərəsi ipin bir ucundan tutub dartır, kəndir dartıldıqca at boğulur. Boğulmuş at sakitləşib müti bir hal alır. Köhnə kişilər deyərdi ki, atın iki qanadı olur, onun biri at doğulanda sınır (adətən at ayaqüstə doğur, qulun hündürdən yerə düşdüyünə görə), o birisi at boğulanda. Ona görə də atı boğmadan öyrətmək mümkündürsə, bu lap yaxşıdır. At sonralar narahatlıq yaratsa da ürəkli, cəsarətli olur. Bundan sonra atı yüyənləyir, belinə alıq qoyurlar. Çünki, üzəngili və metal konstruksiyalı yəhər xam at üçün o qədər də münasib deyil. Atın belinə əvvəl keçə tərlik, sonra keçə borulardan düzəlmiş qom, axırda da üstdən çul qoyulub doğanaqlı örkənlə alıqlanır. “Örkən nə qədər uzun olsa gəlib doğanaqdan keçər” məsəli də burdandır. Öyrətmə zamanı ağır yük olmayacaqsa qomsuz da ötüşmək olar. Ancaq yük üçün qom əvəzsizdir. Çünki qom alığı hündürdə saxlayıb atın bel tirinə toxunmasını əngəlləyir, həm də o üz-bu üzə aşmanın qarşısını alır. Xam ata quşqunu da quyruq altından yox, aşağıdan, buddan, öküz quşqunu kimi verirlər. Bu da onun üçündür ki, həm xam atın dərisi zədələnməsin, həm də canı ağrıyan at soncuqlayıb üstündəki adamı yıxmasın. Alıqlamadan sonra at minməyə imkan vermirsə onun belinə iki kisə torpaq yükləyib sonra minirlər. Belindəki yükün ağırlğından at narahatçılıq yarada bilmir. Əvvəl-əvvəl yüyəni yerdəki piyada adam tutub çəkir. Sonra yüyən süvariyə verilir. Təbii ki, süvari də cəld və cavan bir adam olmalıdır. Bu yeni öyrədilən atı sürmək üçün minici qamçıdan, çubuqdan, hətta adi əl ağacından da istifadə etməz, yoxsa canı ağrıyan bişməmiş at şıllaqlayar, təpik atar, üstündəki adamı yerə atmağa çalışar. Ən azı bəd vərdişlərə yiyələnər. Bunun üçün 70-80 sm-lik bir hamar taxtadan istifadə edər və taxtanı boynuna, yanına ehtiyatla yastısına vurarlar ki, onu incitməsin. At bir qədər yüklə sürülüb yorulandan sonra yük belindən alınar. Minici eləcə siyato (yüksüz) minər.Bu iş fasilələrlə bir həftə davam edər. Bu müddətdə atı bərkə-boşa salar, kolluğa, daşa, palçığa salar, qaraltıdan, itdən hürküb-hürkmədiyini də yoxlayarlar. Yeni öyrənmiş ata yük vurmaq lazım olsa ilk zamanlar ona yüngül çəkidə mitil, keçə, un kimi rahat yüklər yükləyərlər. Xam ata danqıldayan, şappıldayan metal, qab-qacaq, cığara və s. kimi yüklər yükləmək təhlükəli olduğundan bir müddət onu belə yüklərdən uzaq tutarlar. Əks təqdirdə hürküb özünə və ətrafına xəsarət yetirə bilər. Beləcə öyrədilib yetişdirilən bir at mükəmməl at olar.