“Zəngəzurda “BACA – BACA” ilaxır çərşənbəsi” adlı ilk möhtəşəm bayram tədbiri

“Zəngəzurda “BACA – BACA” ilaxır çərşənbəsi” adlı ilk möhtəşəm bayram tədbiri

Biz azərbaycanlılar xeyirdə də, şərdə də həmişə bir olmuşuq. Zaman-zaman bu birliyimizi içindən parçalamağa, yox etməyə çalışsalar da istiqanlı insanlarımızın qəlbindəki o ilahi işığı heç nə söndürə bilməyib. Necə deyərlər, xeyir şərə qalib gəlib. Bədxah qonşumuz olan ermənilər həmişə bizə qarşı nankorluq nümayiş etdiriblər. Gözəl Qarabağımıza göz dikiblər, Qərbi Azərbaycandan yerli camaatımızı öz dogma ata-baba yurdlarından didərgin salıblar. 30 ilə yaxın işğalda qalan Qarabağ və Şərqi Zəngəzur torpaqları Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz iradəsi və Müzəffər ordumuzun gücü ilə işğaldan azad olundu. Onda biz hamımız uşaqdan böyüyə qarabağlı olduq və bu möhtəşəm Zəfəri qazandıq. Bu gün isə hər birimiz Qərbi azərbaycanlıyıq və məqsədimizə doğru haqqımız, hüququmuz və aydın düşüncəmizlə irəliləyirik, dogma ata-baba torpaqlarımıza yenidən qayıtmaq eşqi, arzusu ilə yaşayırıq. Bu məqsədlə artıq Müzəffər Ali Baş Komandanımızın xeyir-duası ilə Qərbi Azərbaycan icmamız da yaranıb.
İndi qarşıdan xalqımızın qədim, əziz bayramı olan Novruz gəlir. Bu münasibətlə Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması təm-təraqqı ilə möhtəşəm bir tədbir keçirdi. Bu yazını yazarkən də o dinlədiyim, birgə rəqs etdiyimiz Zəngəzur yallısının sədaları hələ də qulağımda səslənir. Doğma kəndlərindən ayrılandan düz 37 il sonra Vətən həsrətilə təşkil edilmiş bu unudulmaz bayram tədbiri könül dünyamızda bir təlatüm yaratdı. Bu tədbir həm də bütün dünyaya bir mesaj kimi ötürüldü: Bax belə əl-ələ verib öz yurdumuza qayıdacağıq və bu yolda heç nə, heç bir maneə bizi yolumuzdan saxlaya bilməyəcək…
Tədbiri Şəki kənd icmasının sədri AYB və AJB-nin üzvü şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova açıq elan edərək Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin soydaşlarına bayram təbrikini çatdırdı. Sonra Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eyni zamanda 37 ildir ki, məzarları ziyarət olunmayan Qərbi Azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Möhtəşəm himnimiz səsləndirildi. Beləliklə, Zəngəzurda, o cümlədən, Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca – ilaxır çərşənbə” adlı tədbir açıq elan edildi. Onu da bildirək ki, bu səsi-sədası hələ uzun illər yaddaşımızda qalacaq tədbirin təşkilatçısı Şəki Kənd İcması idi. Çıxış edən icma üzvləri Məhərrəm müəllim, Yunis müəllim, Ələkbər müəllim, Nazmirə müəllimə, Novruz müəllim, Qadir həkim qədim ata-baba yurdunda uşaqlıqdan gördükləri, yaşadıqları Novruz adətlərindən danışdılar. Bayram şənliyində Şəki kəndindən olan 13 şəhid ailələrinin doğmaları da iştirak edirdi.
Tədbirdə öncə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən süjet nümayiş olundu. Azadə xanım icmanın məqsədi, məramından danışdı. Və bu tədbirin birliyimizi nümayiş etdirən bir tonqal ətrafında toplanıb Şəki kənd icmasının timsalında yeni ilə daha inamla qədəm qoymaq istəyindən yarandığını söylədi. Azadə xanım bildirdi ki, 37 ildə ilk dəfədir ki, Şəki camaatı “BACA-BACA”-nı birlikdə keçirir. İlaxır çərşənbəsi olan “Baca-baca”da uşaq vaxtı nənələrimiz hər il bizə gözəl, naxışlı torbalar tikərdi. Biz də onu qapılara atıb, baca-baca payımızı alardıq. Tonqaldan atlanardıq, yumurta döyüşdürərdik…
Tədbirdə təkcə Qarakilsə rayonunun Şəki kənd icmasının üzvləri deyil Azərbaycanın bütün bölgələrindən Qarabağdan, Zəngəzurdan, Bakıdan, Şəkidən, Şamaxıdan, Abşerondan, Göyçədən, Borçalıdan, Təbrizdən olan alimlər, ziyalılar, həkimlər, şairlər, yazıçılar iştirak edirdilər. Bu mənzərəni belə ifadə edə bilərik ki, Şəki kəndinin qaladığı “BACA-BACA” tonqalının ətrafına bütöv Azərbaycan toplaşmışdı. Ocağınız daim belə gur yansın, Şəki İcması!
Zəngəzurda Novruz adət-ənənələri, Baca-baca – ilaxır çərşənbə ilə bağlı məruzəni isə BDU-nun dosenti Məhəmməd Məmmədov etdi.
Sonra söz AYB-nin Cənubi Azərbaycan bölməsinin rəhbəri yazıçı, şair, tərcüməçi Sayman Aruza verildi. Sayman müəllim Cənubi Azərbaycanda keçirilən Novruz ənənələrindən, xüsusilə, Baca-baca bayramından danışdı. Tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov bildirdi ki, Şəki kəndinin 2 min il yaşı məlum olsa da onun tarixi hələ lap qədimlərə gedib çıxır. Bu qədim türk yurdunun çox zəngin maddi mədəniyyət abidələri var. Buradakı toponimlərin hamısı türk mənşəlidir. Sonra “Mənim ailəm” filminin ssenari müəllifi, tanınmış telejurnalist Bəhruz Niftəliyev çıxış etdi. Qeyd edək ki, filmin bir buraxılışı Şəki kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Əmir müəllimin (Bayramov Əmir Hətəmxan oğlunun) ailəsinə həsr edilib. Filologiya elmləri doktoru Almaz Ülvi Göyçədə Novruz ənənələrindən danışdı. Bu tədbirin yaratdığı xoş təəssüratlarının, əks-sədasının unudulmaz olacağını vurğuladı. Şəki kənd icmasının ağsaqqalı, Şəki kənd orta məktəbinin direktor müavini, dərs-hissə müdiri vəzifələrində çalışmış Əmir (Talıb) Bayramov da çıxışında qədim adətlərimizdən söhbət açdı.
İcma ilə həmişə sıx, gözəl münasibətdə olan Xalq artisti Eldost Bayramın çıxışı tədbirə ayrı bir rəng qatdı. Eldost müəllim Qərbi azərbaycanlıların istiqanlılığı, qonaqpərvərliyi, daxili zənginliyindən ürəkdolusu danışdı. Bildirdi ki, bu qədim yurdun insanları söz sərrafıdırlar. Bura istedadlar məskənidi, bu şairlərin şeirləri insana başqa bir zövq verir. O, Azadə xanımım şeirlərinin içdən, candan yazıldığını, özünün də o şeirlərə ürəklə yanaşaraq tamaşaçılara böyük bir məhəbbətlə təqdim etdiyini vurğuladı.
Tədbirdə Şəki rayonu, Yeni Azərbaycan Partiyası sədrinin müavini əslən Qərbi Azərbaycandan (Əştərəkdən) olan Ziya Vəliyev də çıxış etdi. O, çıxışında 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycandan didərgin düşmüş və Şəki rayonunun eyniadlı Şəki və Daşbulaq kəndlərində məskunlaşmış icma nümayəndələrinin də təbrikini hər kəsə çatdırdı. “Dədə Ələsgər” İB-nin sədri Xətai Ələsgərli də çıxış edənlər arasında idi. Xətai müəllim hələ uzun müddət bu el şənliyinin xoş təəssüratında olacağını vurğulayaraq, təşkilatçılara öz təşəkkürünü bildirdi.
Bayram tədbirində “Nərgiz” rəqs qrupu milli rəqslərimizi təqdim etdi. “İrəvan” ansamblı bir-birindən gözəl musiqi nömrələri ilə könülləri oxşadı. Ansamblın rəhbəri professor Maya Qafarova tədbirdə ürək sözlərini söylədi. Vüqar Mövlamovun qədim nəfəs alətləri ansamblı isə bütün iştirakçıları ayağa qaldırdı. Yəqin hələ uzun illər Zəngəzur yallısının səsi bizə bu tədbiri xatırladacaq…
Beynəlxalq müsabiqələr qalibi aşıq Ramin Qarayevin Dədə Ələsgərin yaradıcılığından səsləndirdiyi aşıq havaları da iştirakçılara gözəl bir ovqat bəxş etdi.
Qeyd edək ki, tədbirin fonunda Qərbi Azərbaycanın, o cümlədən Şəki kəndinin qədim adət-ənənələrini özündə əks etdirən geniş sərgi açılmışdı. Sərgidə qədim məişət əşyaları, o cümlədən, xalca, palaz, kilim, xurcunlar, novruz şirniyyatlarına daxil olan İrəvan kətəsi, çöçə, çıppa, lavaş, yuxa, bayram xonçaları, həmçinin M.Dilbazi adına Poeziya Məclisinin rəhbəri, Kələğayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlının kələğayı, millli papaqlar və əl işləri də nümayiş etdirilirdi.
Tədbirin sonunda Şəki Kənd İcmasının sədri Azadə Novruzova prezidentimiz İlham Əliyevin çıxışlarına istinad edərək bildirdi ki, biz doğma, qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycanımıza mütləq qayıdacağıq. Öz elimizdə, obamızda, doğma Şəki kəndimizdə füsunkar Şəki şəlaləsinin ətəyində, Güllü bulaqda, Yağlı Güneydə, Darvaza döşündə, Fətişin hasarında qalanan Novruz tonqallarımızın alovu göyə yüksələcək, Baca-baca-ilaxır çərşənbəmizi əvvəlkindən də daha şövqlə qeyd edəcəyik.
“Baca-baca” mız mübarək!

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – Mən səni tanıyıram

Mən səni tanıyıram

Hər səhər ilk baxdığım
qonur gözlərin olur –
həsrət çəkən,
ümid çökən gözlərin.
Sağ çiynində əli qalın dəftərli
bir mələk də görünür,
Solunda nə var, qadın?!

Mən səni tanıyıram,…
Hər gecə ilk baxdığım
dərin gözlərin olur..
şükr oxunuşları,
şükr sahibinin də
sənə toxunuşları…
And içmirsən, inanır,
danışmırsan, dinləyir…
Yaz həvəsli arzuna,
hicablı niyyətinə
baxaraq gülümsəyir..

Bulud baxışlarından
hərdən yağışlar damlar,
səni təkcə O anlar…
Bütün günahlarını
olmaza çıxır, sevin,
Olurda nə var, qadın?!

Mən səni tanıyıram…
Hər gün ilk baxdığım yer
yenə gözlərin olur..
Gülüşünə yazılmayan şeirlər
yığılsa kitab olar-
bəzən çağlar bulaq tək,
bəzən də kövrək, həzin.
Yuxunun bal yerində
hamarlar alın yazın
Tanrı
öz əziz qızın.

Bürün gələn Novruzun
al-qırmızı donuna,
təzə film çəkilir hekəyənin sonuna…
Elə ucadasan ki, yanına gələmmirəm..
Elə dərindəsən ki,
yanına dalammıram.

Mən səni tanıyıram…
Bircə bunu bilmirəm,
bəs niyə qəhərdəsən,
Yol alıb xəyallardan
elə hey səfərdəsən,
Yolunda nə var, qadın?

Zaur USTAJ – I walked

       I walked

I wandered around, motherland,
In every mountain, in every valley,
I’ve my trace!
Of the lofty mountains yet, not passed
I have my glans on the highest peak!


I walked around, step by step, tireless,
Through the mountains,
I watched, the most remote
meadow, the garden
Never condemn time, period,
I have my face at the head
of many springs!


İnch by inch I walked, this native land,
Even the most ordinary stone as the guest
Every herb, flower, grasss
To keep in touch, of each plant
Wholly words, collected into my heart,

Translated by Fergana Zulfugarova Assistant Professor
17 March, 2025

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

FƏXRİ YAZAR MÜKAFATI

“FƏXRİ YAZAR” MÜKAFATI  “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat Azərbaycan mədəniyyətinin (ədəbiyyat, jurnalistika, tarix, təhsil, incəsənət və s.) ümumi inkişafına töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsə yalnız bir dəfə təqdim oluna bilər). Mükafat nişandan ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

Mükafatın ilk laureatı Özbəkistanlı yazar Cahangir NAMAZOV olmuşdur.

2025 – Cİ İL

  1. Cahangir Nomozov N: 001 17.03.2025. BAKI.
  2. Kənan Hacı N: 002 02.04.2025. BAKI.
  3. Eluca Atalı N: 003 03.04.2025. BAKI.
  4. Sədulla Şirinov N: 004 08.04.2025. BAKI.
  5. Yunus Oğuz N: 005 23.04.2025. BAKI.
  6. Baqi Mirza N: 006 19.05.2025. Bakı.
  7. Labər Rustamova N: 007 19.05.2025. Bakı.
  8. Firuzə Ələsgərova N: 008 19.05.2025. Bakı.
  9. Səadət Qərib N: 009 09.06.2025. Bakı.
  10. Təranə Arifqızı N: 010 09.06.2025. Bakı.
  11. Etibar Həsənzadə N: 011 12.06.2025. Bakı.
  12. Adilə Nəzər N: 012 29.06.2025. Bakı.
  13. Hacıxanım Aida N: 013 07.07.2025. Bakı.
  14. Fərhad Əsgərov N: 014 N: 22.07.2025. Bakı.
  15. Fatma Abbasquliyeva N: 015 22.07.2025. Bakı.
  16. Nigar Səttarzadə N: 016 04.10.2025. Bakı.
  17. Darika Adatovna Acar N: 017 10.10.2025. Bakı.
  18. Burulkan İskakovna Stamkulova N: 018 10.10.2025. Bakı.
  19. Sultan Akim oğlu Rayev N: 019 04.11.2025. Bakı.
  20. Şəmsiyyə Kərimova N: 020 24.11.2025. Bakı.
  21. Lobar Rustamova N: 021 12.12.2025. Bakı.
  22. Sojiraxon Mamadaliyeva N: 022 12.12.2025. Bakı.
  23. Zemfira Məhərrəmli N: 023 21.12.2025. Bakı.

2026– CI İL

  1. Vaqif Osmanov N: 024 06.02.2026. Bakı.
  2. Araz Şəhrili N: 025 14.02.2026. Bakı.
  3. Akif Əli N: 026 14.02.2026. Bakı.
  4. Emfira Ərkli N: 027 14.02.2026. Bakı.
  5. Həqiqət Şamilli N: 028 14.02.2026. Bakı.
  6. Xəzər bəy Hikmətoğlu N: 029 05.03.2026. Bakı.
  7. Samir Arifoğlu N: 030 05.03.2036. Bakı.
  8. Əli Vəliyev N: 031 13.03.2026. Bakı.
  9. Gülnarə İsrafil N:032 15.03.2026. Bakı.
  10. Həcər Atakişiyeva N:033 09.09.2026. Bakı.

İdeya müəllifi və təsisçi: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – SONET

QANMAZLARA İNGİLSCƏ MÜRACİƏT
(İngilis soneti)
Bu mövzu sənlik deyil, danışma lal ol barı,.
Dinir burda o kəslər, qorxmur “bir qaşıq qandan”.
Fərqi yoxdur, ya sağdı, ya dəyişib dünyanı,
O etmişdi seçimin, keçmişdi şirin candan.

Qalanı tale işi, türlü-türlü oyunlar,
Hər tində bir “dəllək” var, ya da min cür hoqqabaz.
Pislikdə bəhsə girib, sanki boynuyoğunlar,
Bu söhbət sənlik deyil, bunu anla, a qanmaz!

Bərkə, boşa düşməyən, nə bilir qardaş nədir?!
Bura ər meydanıdır, sözü söz, işi imza!
Hər ömür bir dastandır, əməllər əfsanədir!
Bura ali məqamdır, burda yer yox mızmıza!

Çinləri zər çiyinlər girdi qardaş altına,
Daşdan möhkəm igidlər getdilər daş altına…

14.02.2025. Bakı.

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Бийбимәрьям – МЕН ЖАЗДЫ САҒЫНДЫМ

МЕН ЖАЗДЫ САҒЫНДЫМ

Әтирапы көкке оралған,
Гүлге толы сәни бағымның.
Мине бәҳәр келер келместен,
Және де мен жазды сағындым…

Гүллер ийси жанымды жайлап,
Тәбиятқа үнсиз бағындым.
Қоршаўында мен сени ойлап,
Және де мен жазды сағындым…

Сулыў қызыл гүллерди терип,
Гөззаллығын бер деп жалындым.
Абайлайсыз сүўретти көрип,
Гүл жайнаған жазды сағындым…

Баўрайына кирип гүлшанға,
Жүргим келер, кел деп жалындым.
Илҳәм йошын берсин инсанға,
Бәҳәрде мен жазды сағындым…

Сени күтер бир гөззал қызың…
Келеғойсеш тезирек жазым…

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyeva ilə vida mərasimi

Bakı neft milyonçusu, böyük mesenat Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyeva ilə vida mərasimi. Tarix 1991-ci il. Məkan Sara xanımın doğulub boya-başa çatdığı ev, indi muzey kimi fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin malikanəsi. Bəli, Sara xanımla vida mərasimi Azərbaycan Tarix Muzeyində – onun ata evində keçirilmişdi. Sirr deyil ki, ömrünü atasının müdafiəsinə həsr edən Sara Tağıyeva çox səfil, acınacaqlı bir həyat yaşayıb. Atasının var-dövləti dövrün hakimiyyət tərəfindən müsadirə edildikdən sonra bu ailə pərişan olub. Küçədə yaşayan Sara xanım neçə dəfə vaxtilə yaşadığı bu evə girib baxmaq istəsə də, muzeyin o zamankı direktoru, akademik Püstəxanım Əzizbəyova onu təhqir edib, qapıdan qovmuşdu. Həyat təzadlarla doludur. Kim deyərdi ki, sağ ikən öz evinə girə bilməyən Sara xanımın meyiti bir zaman oradan çıxacaq…
* * * *


Sara xanım sağlığında deyirmiş: “…atam xeyirxah və maarifpərvər insan olub. Çoxlu məktəblər açıb, insanlar oxudub. 1918-ci ilin mart hadisələrində Şaumyan atamı da həbs etmişdi. Lakin Nərimanov gəldi və Şaumyana dedi ki, Hacı azad olunmalıdır”.
Mərhum professor Nəsiman Yaqublu yazırdı ki, Sara xanım ilk həyat yoldaşından ayrıldıqdan sonra Rusiyaya − Leninqrada (Sankt-Peterburqa) gedir. 1934-cü ildə onu S.M.Kirovun ölümü ilə bağlı şübhəli şəxs kimi həbs edirlər. Sara xanım bir müddət həbsxanada qalır. Həbsxanadan çıxdıqdan sonra yaşamağa yeri olmadığından elə parkın içində skamyaların üstündə yatıb gecələyir. Sonra Leninqradda ikinci dəfə ailə həyatı qurur. Sara xanım 1953-cü ildə Stalin öldükdən sonra Bakıya qayıdır. Bakıda ilk olaraq doğulub böyüdüyü evlərinə gedir. Lakin onu içəri buraxmırlar. Sara xanım bir gün dözməyib və atasının tikdirdiyi, özünün də təhsil aldığı Qızlar Gimnaziyasının binasına − Əlyazmalar İnstitutu yerləşən yerə getdi. Bura onun üçün çox doğma idi və burada onun çoxlu xatirələri vardı. Pilləkənlərlə bir qədər qalxmışdı ki, qəfildən direktorla üzləşdi. Direktor onu görən kimi polisi çağırıb Sara xanımı buradan qovmağı tələb etdi. Direktorun onun ünvanına dediyi sözlər də çox kobud idi. O isə atası dünyadan köçəndən və həyatlarıtam dəyişəndən sonra çox belə təhqiramiz sözlər eşitmişdi.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“I Uşaq Teatr Festivalı”nın silsilə tamaşa təqdimatları davam edir

“I Uşaq Teatr Festivalı”nın silsilə tamaşa təqdimatları davam edir

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Teatr Xadimləri İttifaqı Emedia Group media təşkilatının təşkilatçılığı ilə “l Uşaq Teatr Festivalı”nın silsilə tamaşa təqdimatları davam edir.
Festivalın son nümayiş Azərbaycan İncəsənət Məktəbinin “Səhnənin ulduzları” və “Şirinlər” komandaları uğurla çıxış etdilər.
Təqdim olunan tamaşalar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirildi .
Festivalın münsiflər heyətində teatrşünas Dağlar Yusif, Yazıçı, dramaturqlar Gülzar İbrahimova və Pərvin Nurəliyeva, modelyer dizayner Xəyalə Məsimli, rejissor Nicat Rüstəmov, aktyorlardan Şamil İbrahimov və Vahid Orucoğlu yer alıblar.
“I Uşaq Teatr Festivalı” çərçivəsində
6 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi , 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, İncəsənət Gimnaziyası və 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, Ruhulla Axundov adına Mədəniyyət evinin “Tumurcuq” kollektivi, Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəbin “Hop-hop” kollektivi, Azərbaycan İncəsənət Məktəbinin “Səhnənin ulduzları” və “Şirinlər” komandaları tamaşalarını festivalda təqdim ediblər.


Qeyd edək ki, festival 10-17 mart tarixlərini əhatə edəcək. Festival boyunca müxtəlif tamaşalar nümayiş edilib.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ehtram İlham – QALMADI

QALMADI

Burdan o tərəfə varıb gedəcəm,
Bu dağa yetməyə yalım qalmadı.
Düzüm düzlənibsə düzün düzündə
Sağımı kəsiblər, solum qalmadı.

Bu boydana qeylü-qallar içində,
Mayası haramdan yallar içində,
Elə hallanmışam, hallar içində
Daha hallanmağa halım qalmadı.

Sardı, varlığımı sonadək sardı,
Vardı, könül adlı ruhuma vardı…
Məni bu dünyamdan alıb, apardı,
Dünyada dünyatək zalım qalmadı.

Ehtiram adına hər nə var, gördüm,
Bu yetim canımı birtəhər sürdüm.
…Atatürk söylədim, Əmin bəy dedim,
Getməyə başqa bir yolum qalmadı.

16.03.25.

Ədalət Əroğlu – QURBAN DEMİŞƏM

QURBAN DEMİŞƏM

Qurbanlıq demişəm, gör, neçə vaxtdır?
Həsrətəm Ocağa, sir yurdlarıma.
Gəlirəm, ay Babam, qarşıla məni,
Qaraman Ocağı, Pir yurdlarıma.

Üzün gülsün ellər, Qələbə çaldıq,
İşğaldan yurdları, gör necə aldıq?
Bir daha yetişdik, ərşə uçaldıq,
Qaraman Ocağı, Pir yurdlarıma.

Acılı günlərim getsin gəlməsin,
Daşnaklar bir daha özün öyməsin.
Düşmənin ayağı bir də dəyməsin,
Qaraman Ocağı, Pir yurdlarıma.

Həsrət idim doğma yurda, bacaya,
Sənsiz dözəmmirdim, kədər, acıya.
Üçrəngli bayrağım gərək sancıla,
Qaraman Ocağı, Pir yurdlarıma.

Əroğlu, yağılar özün öyməsin,
Qara yellər qapımızı döyməsin.
Torpağıma yad ayağı dəyməsin,
Qaraman Ocağı, Pir yurdlarıma.

Müəllif: Ədalət ƏROĞLU

Hüquqşünas-şair

ƏDALƏT ƏROĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"