Zülheya Mıngboyeva

Zülheya Mıngboyeva 28 Mart 2008′ de Sirderya eyaletinin Havas ilçesinde doğdu. Halima Hudoyberdiyeva Adındaki Yaratıcılık Okulu’nun 10. sınıf öğrencisidir. İlk kitabı “İlkbahar Şarkısı” adıyla yayımlanmış. Türkiye Cumhuriyeti’nin yayınladığı “Müjde” antolojisinde, “Yaratıcılık Bahçesinden Buket”, “Gönül Şarkıları”, “Altın Neslin Şarkıları” adlı antolojide şiirleri yer aldı.
Yaratıcı çalışmaları düzenli olarak “Yeni Sirderya”, “Sabar Yıldızı”, “İrfan”, “Özbekistan Edebiyatı ve Sanatı”, Fergane Hakıkatı” gibi birçok gazetede yayımlandı.
Bilimsel makaleleri Amerika, Fransa, Rusya, Almanya, Danimarka gibi birçok ülkenin dergilerinde yayımlanmış.
Yaratıcı Olımpiyatı’nın Çumhuriyetçi etabının birincisi. Kırgız Şairler ve Yazarlar Kamu Vakfı üyesi


Artık sana yabancı değil aşk,
Artık sana aşık olmak bir kulluk.
Pencereden başını uzatmış sevgi,
Ve kendini unutmuş bir varlık.

Bulutlara saplanmış hançer,
Birden küpreyip gürler gökyüzü.
Kaç başımı vurmuşum taşlara,
Gözyaşınla oyulmuş kayayım ben.

Ah, beyaz başlı, çilli dağlar,
Gözlerime sığmayan bir hayret.
Ve aşk dilinde ötüşen kumruların
Seslerinde yankılanan sevda.

Terketmek vefasızlık olur,
Özlemlerin uzaklarda sızlanır.
Tanımlara muhtaç olmayan alem,
Bir dizi şiirine el sallar.

Artık sana yabancı değil aşk,
Artık sana aşık olmak bir kulluk.


Bonucan, demiştin ki yük oldum sana –
Dertsiz başımı eğdim, bu ağır yükle.
Bilince kadar gözümde vardı hayret,
Bilince kadar günbatımı ateş kırmızı.

Bendeki hayaller – hepsi boş,
Kelebek kanadına yazılmış itiraflar.
Yıldızları yüzük yapmak isterken,
Parmakları delik bir dertkeş.

Senden öğrensin sevmeyi bu kalp,
Ve senden öğrensin hem ağlamayı.
Aşktan başka yakalamaz hiçbir şey,
Her yürek, her adam aşkın ebedi kulu.

Kendini sonsuzluğa atan divaneyim,
Aşk kaderime yazılmış bir şaşkınım.
Sen bu otlar arasında bahçeni bul,
Sayfaların arasında sana eşlik ediyorum.

Bonucan, demiştin ki yük oldum sana.

Tercüme: Cihangir NOMOZOV
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Ayətxan Ziyad – Rəyə rəy

“Axıdılmış qanın izi ilə”

Kitab haqqında mülahizələrinizi məmnuniyyətlə oxudum. Yanaşma tərzinizdə Zaur Ustac mövqeyi bütün məqamlarda özünü göstərir.
Və buna görə Sizə minnətdaram. Hər haldan çox həm də ona görə ki, hərbi-vətənpərvərlik mövzuları mənim üçün olduqca önəmlidir. l Qarabağ müharibəsi illərində Azərbaycan Dövlət radiosunda, respublikanın müxtəlif mətbuat orqanlarında və “Şahidlər” məqalələr toplusunda nəşr edilmiş, amma illərdir kitab halında nəşrini gözləyən toplunun müəllifiyəm.
Təşəbbüsünüzü isə xüsusi alqışlayıram.
Bu yazılarımı, inşaAllah, sizə göndərəcəyəm.
Məqalənizdə ürəyimə təskinlik gətirən 1 halı xüsusi qeyd etmək istəyirəm.
Məqamı gələndə “hekayət” istilahına müraciət etməyinizi alqışlayıram. BİZ Azərbaycan efirinin aparıcılarına “hekayət”lə “hekayə” terminlərinin fərqli anlayışlar olduğunu dərk etdirməliyik. Və bu fikrimdə qalıram ki, “hekayət” jurnalistikanın janrları sırasında tədris proqramına daxil edilməlidir.

Yeni kitab haqqında mövqeyinizə görə minnətdaram.


Hörmətlə, AYƏTXAN ZİYAD , yazıçı-jurnalist, tədqiqatçı.

“Axıdılmış qanın izi ilə”

“AXIDILMIŞ QANIN İZİ İLƏ”

ALTMIŞ ÜÇÜNCÜ YAZI

(Nigar Səttarzadənin eyni adlı kitabı haqqında)

Salam olsun, çox dəyərli oxucum! Yurdumuzun şanlı (hərb) tarixində qurumuş qan rəngində heç vaxt silinməyəcək, ləkə kəsmiş bir iz var. Zaman-zaman “qanlı yanvar”, “20 yanvar”, “hüzn günümüz”, “qürur günümüz” kimi xatırladığımız bu gün (günlər) yaxınlaşmaqdadır. Həmin müdhiş günlərin ərəfəsindəyik. Aşağıda yuxarıda böyük əminliklə vurğuladığım “heç vaxt silinməyəcək” məsələsinə bir daha aydınlıq gətirəcəm. O barədə bir az sonra… Mətləbə keçməzdən əvvəl həmin günlərə (1990-cı ilin 20-si yanvar və ondan sonrakı günlərə) qısa tarixi ekskurs etmək istəyirəm. Həmin vaxt mən Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində X sinfdə oxuyurdum (Artıq “Lenin yolu” qəzetində demək olar ki, müntəzəm dərc olunduğum vaxtlar idi). 19-undan 20-sinə keçən gecə Bakıda baş vermiş qanlı qırğından 20-si sübh tezdən kəndə gələnlərdən şifahi məlumatla xəbər tutduq. Həmin gün dərs olmadı. Müəllim və şagirdlər, bütün kənd camaatı kəndin Ağdam tərəfdən girişində toplaşıb xeyli müzakirə (mitinq)  etdilər. Bakıdan gələn şahidlər danışdı biz dinlədik. O gün həmin yerdə 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidənin bünövrəsi qoyuldu (şəhidlərin 40-na qədər abidə hazır olmuşdu 40-da abidənin önündə yenə mitinq oldu – mitinqdə  tanınmış hərbi foto-reportyor  mayor Nağı Yusifcanlı tərəfindən çəkilmiş foto indi də şəxsi arxivimdə qalmaqdadır). Bir müddət sonra kəndin girişindəki post da orada qurulacadı… İndi də həmin yerə “Abidə”, “Abidənin yanı” deyirik… Sonrakı günlərdə  Şuşadan televiziya qısa yayımlar etməyə başladı (Bakıda televiziyada baş verənlərdən hamının xəbəri var idi)…  Şəhidlərin 40-na qədər və  ondan sonara qısa bir müddət ərzində çox saylı  fotolarla qəzet məqalələri (xüsusilə “Vətən” cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetini vurğulamaq istəyirəm) ilə yanaşı tərtibçilərindən biri Azərbaycanın Xalq  yazıçısı Çingiz Abdullayev olan, fotolarla müşayət olunan publisistik yazılardan ibarət rus dilində “Черный январь Баку – 1990” kitabı və Azərbaycanın Xalq şairi rəhmətlik Bəxtiyar Vahabzadənin şeirlərdən ibarət ana dilimizdə “Şəhidlər” kitabı nəşr olunmuşdu. Sonrakı illərdə həm televiziya və radio efirlərindən, həm də müxtəlif mətbuat orqanlarından çoxlu sayda şahidlərin xatirələri ilə tanış olduq… Hər il təkrar-təkrar baxdıq, dinlədik, oxuduq… Nəhayətdə “20 yanvar” qurumuş qan rəngində qapqara qan yaddaşımıza çevrildi… Yuxarıdakı “HEÇ VAXT SİLİNMƏYƏCƏK” körpüsü üzərindən mətləbə, söhbərimizin məğzinə, görüşümüzün səbəbinə keçmək istəyirəm.

HEÇ VAXT SİLİNMƏYƏCƏK “AXIDILMIŞ QANIN İZİ …”

Yuxarıdakı qısa haşiyədə qeyri-adi heç nə yoxdur. Bu qeydlər həmin günləri yaşamış canlı şahidin – yeniyetmənin gördüklərinin, eşitdiklərinin təzahürü-inkasıdır. Ancaq haqqında söhbət açacağım “Axıdılmış qanın izi ilə” kitabının mövcudluğu artıq hadisə, tarix, milli kimlik, qan yaddaşı, genefond məsələsidir. Kitabın müəllifi Nigar Səttarzadə 7 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. Atası Nazim (Allah rəhmət eləsin) müəllim də tanınmış qələm adamı olub. Hətta atasının da yazıçı olması belə Nigarın qəhrəmanlıq göstəricisinə xələl gətirmir, onun gördüyü işin miqyasını kiçiltmir, əhəmiyyətini azaltmır. 20 yanvar hadisələrindən bir il sonra həmin hadisələrin baş verdiyi şəhərdə (şəhərin mərkəzində) dünyaya göz açan Nigar Səttarzadə eşitdikləri, gördükləri (lent yazıları və filmlərdə) əsasında özündə formalaşdırdığı milli təəssübkeşlik ruhundan güc alaraq belə bir məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəlmişdir. Bu məqamda yuxarıdakı qeyidlərimə daha bir nümunəni əlavə etmək istəyirəm. Mərhum Qələndər Xaçınçaylının “Güllə işığında” məlum hadisələrdən bəhs edən povestilə də tanışam və rəhmətliyin sağlığında (AYB-nin “Natəvan” zalında təqdimat zamanı da) kitab barədə özü ilə söhbətimiz – müzakirəmiz olub. Yəqin ki, mənim hələ rastlaşmadığım başqa nümunələr də var. Bu qəbildən olan demək olar ki, bütün mətnlərdə publisistikanın təsiri hiss olunur, izləri aydın görünür… Məhz bu baxımdan  “Axıdılmış qanın izi ilə” başqa izlərə qarışmır. Nigar Səttarzadənin əsəri bütün məziyyətləri ilə sırf bədii əsərdir. Məncə gənc yazar bir az da irəli gedərək oxucunu ələ almaq üçün kitabçılıq sənayesinin və oxucu bazarının tələbləri ilə vacib fəndlər işlədib.

KİTABIN ÜSTÜNLÜKLƏRİ

Müəllif böyük təvazö göstərərək, özünü hər vəchlə gənc yazar kimi təqdim etməyə çalışsa da, Nigar Səttarzadə imzası Azərbaycan və Türkiyə oxucusuna kifayət qədər tanışdır. Bu fikrimi təkcə son 20-25 gün ərzində ən azı 3-4 dəfə fərqli məkanlarda olduqca müxtəlif auditoriyanın iştirakı ilə  təşkil olunmuş imza günləri, müzakirələr, görüşlər də təsdiqləyir. Məncə, Nigar Səttarzadə kitabçılıq sənayesində ilk uğurlu addımlarını atan, oxucu bazarı uğrunda istənilən müasir yazıçı ilə ədalətli rəqabət apara biləcək gücdə olan püxtələşmiş (və ya püxtələşməkdə olan) yazıçıdır. Müəllifin və şübhəsiz ki, kitabın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətin qərarı ilə bədii-tarixi roman kimi səciyələndirilərək təqdim olunmuş “Axıdılmış qanın izi ilə” əsəri sözün əsl mənasında həm bədiilik, həm də tarixilik baxımından böyük nümunəvi, eyni zamanda tərbiyəvi əhəmiyyət kəsb edir. “Kitabçı” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın fiziki göstəriciləri demək olar ki, müasir tələblərə tam cavab verir. Əsas məsələyə – kitabın içindəkilərə gəlincə, əsərin qayəsi insan, insanlıq, ayrı-ayrı fərdlər, onların özünü cəmiyyətdə necə aparması, ailə, ailədaxili münasibətlər, uşaqlar, böyüklər, xalqlar, onların fərqli dilləri, müxtəlif zümrədən olan fərqli peşə sahibləri və s. və il. … bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq  xüsusilə indiki dövrdə belə uzunçuluğa ehtiyac yoxdur. Çünki, qoyulmuş problemdən, qaldırılmış məsələdən asılı olmayaraq mərkəzdə insan, onun  milliyətindən, dilindən, dinindən, mənsəbindən asılı olmayaraq səhvləri, yalnış qərarları, sonra aradan qaldırılması mümkün olmayan nəticələr dayanır.

Nigar Səttarzadə nəql edəcəyi hekayətə birbaşa mərkəzdən – kuliminasiya nöqtəsindən başlayır ki, bu da zamanın tələbi ilə ayaqlaşmanı göstərən daha bir təqdirəlayiq addım kimi qeyd olunmalıdr.  Oxucunu ilk sözdən, cümlədən ələ almaq olduqca önəmlidir. Əgər, diqqətli oxucu, izləyici, dinləyici fikir versə görər ki,  xüsusilə son 5-6 il ərzində əksər filimlər, hətta cizgi filmləri, hekayətlər, əhvalatlar kəskin və qızğın hərəkətlə başlayır. Bu başlanğıcda yeganə məqsəd oxucunu, dinləyicini, izləyicini, tamaşaçını sonra nə olacağın ardınca aparmaqdan ibarətdir.

Nigar Səttarzadə də dünyanın harsında yaşayıb-yaratmasından asılı olmayarq  öndə olan müasirləri kimi hadisənin “ən hərəkətli” (qəhrəmanı yartaqda uzanıqlı olsa belə) yerindən – ortasından (“0” nöqtəsindən) Miladdan Öncə, Milladdan Sonra prinsipi ilə öz hekayətini nəql etməyə başlayır və böyük ustalıqla (yazıçı peşəkarlığı ilə) olduqca müxtəlif zaman və məkanlarda baş vermiş hadisələri bir-birilə bağlayır. Olduqca fərqli və ibrətamiz insan talelərini əlaqələndirir. Keçidlər edir. Demək olar ki, əsər boyu zamanın itməsi və qəfildən peyada olma halları ilə rastlaşmırıq. Rüstəm doktorun daxil edilməsindən tutmuş, Qədirin ailə hekayətinə kimi bütün hallar “qanlı izi” sürməyə xidmət edir. Məncə, müəllifin hayqırarq demək istədiyi bircə fikir var: İNSAN OLUN!

XIRDA NÖQSANLAR

Əlbəttə, ümumi işin xeyirinə olaraq belə bir gözəl və faydalı nümunənin növbəti nəşrlərdə daha da təkmilləşməsi üçün gördüyü hər bir xırda nöqsanı göstərmək  yaxşı dostun, qələm yoldaşının vəzifə borcu olmalıdır. Yuxarıda qeyd etdiyim kimi kitab demək olar ki, poliqrafik məhsul kimi ideal – müasir bazarın tələblərinə tam cavab verə biləcək səviyyədə çap olunub. Mövzu seçimində, əhatəlilikdə, faydalılıqda, məzmunda, ifadə tərzində heç bir problem yoxdur. Əksinə yüksək peşəkarlıq, ustalıq hiss olunur. Eyni zamanda xırda texniki qüsurlar da var. Belə ki, bütün kitab boyu bir neçə eyni orfoqrafik xətanın davamlı şəkildə təkrarlanması halı var. Ümidvaram ki, növbəti nəşrlərdə bu xırda nöqsanlar da aradan qaldırılacaq.

KİTABIN FAYDASI VƏ ƏHƏMİYYƏTİ

Nigar bu əsəri yazmaqla  qanlı yanvar hadisələrinin silkələyib oyatdığı şəhərin, məmləkətin övladı olduğunu həm mənəvi, həm də fiziki baxımdan sübut edir, təsdiqləyir. Digər maraqlı məqam ondan ibarətdir ki, hələ neçə belə Nigarlar doğulacaq. Nigar Səttarzadənin bu kitabı gələcək nəsillərə  gözəl bir nümunə olmaqla yanaşı, müəyyən dairələr üçün də tutarlı ismarıcdır.  Tomrislər, Saray xatunlar, Nüşabələr, Həcərlər var olduqca bu izi itməyə qoymayacağıq! Axıdılmış qanın izi ilə sona qədər gedəcəyik!

TÖVSİYƏ

20 yanvar hadisələrinin növbəti il dönümü ərəfəsində 1990-cı il qanlı yanvarın 19-undan 20-sinə keçən gecəsinin qaranlıq küçələrinə işıq salan “Axıdılmış qanın izi ilə” kitabını mən bu Yurdun övladıyam deyən hər bir kəs mütləq oxumalıdır. Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabını oxumaq istəyənlər  Bakı şəhərinin mərkəzində, 28 may metro stansiyası yaxınlığında, M.Qaşqay 8 ünvanında yerləşən “Kitabçı” kitab evindən əldə edə bilərlər. Kitabı əldə edib oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Kitab haqqında resenziyalar ilboyu “Yazarlar” jurnalında və “yazarlar.az” saytında dərc olunacaq. Seçilmiş məqalələr 2025-ci ilin sonunda “İZ SÜRƏNLƏR” adı altında toplu kimi çap olunacaq. Bu yazı sənin ilk məqalən, bu kitab sənin ilk kitabın ola bilər. Niyə də olmasın. Kitab haqqında irili-xırdalı rəylərinizi zauryazar@mail.ru ünvanına göndərməyi unutmayın. İşıtırakçılar üçün sürpriz hədiyyələr nəzərdə tutulub. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun.

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Zaur Ustac – İNCİ, QƏRƏNFİL…

İNCİ, QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap məndən inci, qərənfil…

****

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc örf-adətə, öfkəyə, başa,

****

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

****

Ustac tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018. Bakı.

Pərvanə Salmanqızı – ŞƏHİDLƏR

ŞƏHİDLƏR

Ana bircə oğlunu,
Göndərmişdi əsgərə,
Xəbər gözləyirdi balasından,
Gözünün ağı-qarasından.

Gözləri yol çəkirdi,
Görəsən balam hardadır,
Neyləyir indi..?
Bircə səsini, eşidə bilsəydim balamın.

Köks ötürüb dərindən,
Gözün dikdi yollara,
Süzülürdü göz yaşı,
Ananın yanağından.

Elə bu an komandir,
Yaxınlaşdı anaya,
Gözlərindən yaş axır,
Solmuş ana çöhrəsi.

Komandir çaşıb qalıb,
Qəhərlənmiş boğazı,
Sözləri düyünlənmiş,
Titrədi dil-dodağı.

Ananın qarşısında,
Gözünü yerə dikib,
“Başın sağ olsun”Ana,
Oğlun şəhid olubdu.

Yox bala səf salırsan,
Oğlum əsgərlikdədir,
Vətənin keşiyində,
Azadlığı qoruyur.

Birdən gözü sataşdı,
Qapıdakı tabuta,
Ana nalə çəkib,
Hönkür-hönkür ağladı.

Balamın əvəzinə,
Məni alaydın qoynuna,
Balam,nə gün gördü ki,?
Çox tez aldın,ay Allah.

Barı möhlət versəydin,
Balama toy edərdim,
Balamın qoxusunu,
Balasınan alardım.

Çərxi dönsün fələyin,
Neçə qıydı balama,
Bala dərdinə indi,
Neçə dözüm,ay Allah.

Şahid dursun Əbəlfəz;
Azadlıq uğrunda,
Şəhid olan balama.
Şəadəti mübarək əsgərimin, ay Allah.
13.02.2021

ŞƏHİDLƏR XİYABANINDA

ŞƏHİDLƏR XİYABANINDA

Bu lal xiyabandan keçirəm sakit,
Keçirəm fikirli, qüssəli, qəmli.
Müqəddəs şəhidlər bu yerə sakin,
Burdan yaz da keçir payız qədəmli.

Bura gələnləri sükut qarşılar,
Burdan gedənləri yola salan yox.
Bu daş qapıları döyər yağışlar,
Açıb kimliyini xəbər alan yox.

Dünənki gülüşlər, dünənki səslər,
Donub, şəkil kimi hopub daşlara.
Yarımçıq arzular, sonsuz həvəslər,
Pərvanə eşqini çapıb daşlara.

Hələ şəhidlərin yarası qanlı,
Hələ də torpaqda qan ləkəsi var.
Bu dağ üstü “Parkın” başı dumanlı,
Kökündə zəlzələ təhlükəsi var.

Vətənin ucalan başının üstə,
Bu ölüm şimşəyi haradan çaxıb?
Baki, hər qranit daşının üstə,
Nə qədər qərənfil yağışı yağıb.

Oğul qeyrətinə sığınmış torpaq,
Bu gün göz yaşına , al qana təşnə.
Ha sinəyə çırpaq, ha dizə çırpaq,
Düşmən sevinəcək döyüb döşünə.

Şəhid məzarının ağırlığından,
Burda yer inləyir, göy ağı tutub.
Bu yurd zarımayıb sağırlığından,
Bu xalq əyilməyi çoxdan unudub.

Bura and yeridir, inam qibləsi,
Sınaq imtahanı, qeyrət dərsidir.
Burda hakim olub hər ruhun səsi,
Bu haray tarixin ibrət dərsidir.

Bir az asta yeri, asta gəz burda,
Yarası göynədir Ana torpağın.
İçirt göz yaşı da, içirt vüqar da,
Qoyma qəlbi dərddən yana torpağın.

Bu lal xiyabandan keçirəm sakit,
Keçirəm fikirli, qüssəli, qəmli.
Müqəddəs şəhidlər bu yerə sakin,
Burdan yaz da ötür payız qədəmli…

TANRINI ÖLDÜRƏN ADAM

TANRINI ÖLDÜRƏN ADAM

Qaranlıq bir otaqda, köhnə masanın üstündəki lampa sönük işıq saçırdı. Otağın dərin sükutunu yalnız divar saatının tıqqıltısı pozurdu. Nitsşe, qələmini mürəkkəbə batırıb bir an dayanaraq pəncərədən baxarkən gecənin qaranlığını seyr edir, sanki onun düşüncələri də bu sonsuz qaranlıqda itib-batırdı.

“Həqiqətən də Tanrı öldü” deyə düşündü. Bu fikir onun beynində bir ildırım kimi çaxdı. Necə oldu ki, insanlıq öz Tanrısını öldürdü? Onun əlləri titrəyirdi. Daxilindəki qarışıqlıq, cəmiyyətin yüzilliklərdir bərk yapışdığı dəyərləri yerlə bir etmək cəsarətindən gəlirdi. Qələm bir anda hərəkətə gəldi. Kağızın üzərində kəskin cümlələr yaranmağa başladı:

“Tanrı öldü. Onu biz öldürdük. Bu günə qədər heç kim belə bir fəlakətin məsuliyyətini üzərinə götürməyə cəsarət etməmişdi!”

Bu sözləri yazarkən qəlbində bir narahatlıq hissi vardı. Çünki Tanrını öldürmək təkcə dini inkar etmək deyildi; bu, bütün insanlıq üçün yeni bir yol seçmək, yeni bir mənəviyyat qurmaq demək idi. Növbəti gün Nitsşe kiçik bir kitabını, “Şən Elm” adlandırdığı əsərini bitirdi. Bu kitabda o, Tanrının yoxluğunu elan edir, insanların indi öz dəyərlərini yaratmaq məcburiyyətində olduğunu bəyan edirdi. Lakin onun bu fikirləri cəmiyyətin böyük bir qismi üçün şok təsiri yaratdı.

Bir gün Nitsşe Venesiyada bir kafedə əyləşib qəhvəsini içərkən yan masada bir neçə gəncin onun haqqında pıçıldayaraq dediklərini eşitdi:

“Bu adam deyir ki, Tanrı öldü. Amma əgər Tanrı yoxdursa, onda yaxşı ilə pisin fərqini necə biləcəyik?”

Nitsşe, onların dediklərini eşidərək üzünü çevirib gülümsədi:

“Tanrı olmadan insanın özünü tanıma vaxtı gəldi. Özünüzün yaradıcısı olmaq, güc istəyinizi dərk etmək sizin vəzifənizdir.Tanrısız azadlığın dadını çıxarın!” Amma bu sözlər qarşısında gənclərin baxışları qorxu ilə doldu. İnsanlar hələ azadlığın yükünü daşımağa hazır deyildilər. Nitsşe bunu anlayırdı. Sonrakı illərdə Nitsşe bir çox əsər yazdı. Onun fikirləri sanki dərin bir boşluqdan gəlirdi ” Zərdüşt belə deyirdi” onun həyatının ən böyük əsəri idi. Bu kitabda o, “üstinsan” konsepsiyasını irəli sürdü. İnsanlıq yalnız özünü aşaraq əsl mənasını tapacaqdı. Lakin bu fikir həm rəğbət, həm də nifrət doğurdu.

Nitsşe ömrünün son illərində tamamilə tənha idi. Sağlamlığı getdikcə pisləşir, fikirlərini dünyaya izah etməyə çalışsa da, çox vaxt yanlış başa düşülürdü. Bir gün, bacısının villasında, o, son dəfə pəncərədən baxaraq dərin bir nəfəs aldı:

“Bəlkə də məni anlamayacaqlar. Amma bir gün, insanlar Tanrısız azadlığın həqiqi dəyərini başa düşəcək. İnsan öz gücünü və öz dəyərlərini yaradacaq. O gün, mənim ruhum rahatlıq tapacaq.”

Bir neçə gün sonra, Nitsşe gözlərini əbədi olaraq yumdu. Lakin onun fikirləri hələ də yaşayır, hər bir azad ruhlu insanın düşüncələrində özünə yer tapırdı. Tanrını öldürən adamın adı tarixdə silinməz bir iz buraxmışdı.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

XRİSTİANLIĞIN MÜQƏDDƏS KİTABI “BİBLİYA” NƏ ÜÇÜN “İNCİL” ADLANIR?

XRİSTİANLIĞIN MÜQƏDDƏS KİTABI “BİBLİYA” NƏ ÜÇÜN “İNCİL” ADLANIR?

Xristianlığın müqəddəs kitabı olan “Bibliya” sözü xristian dinindən olan xalqlar tərəfindən işlədilir.İslam dinindən olan xalqlar Qurani Körimə əsaslanaraq “Bibliya”nı “İncil” kitabı kimi adlandırırlar.
Ensiklopedik materiallarda “Bibliya” sözünün latın dilində “liber” – “kitab” sözündən yarandığı qeyd olunur.
Latın dilində “liber” sözünün ilkin mənası “ağac lifi” deməkdir.Qədim insanların ilkin kağızı ağacın alt gövdəsindən kəsilmiş hissəsindən alınan ağac palçığını yoğurub qurudaraq kağız şəklinə salırdılar.Həmin kağız üzərində boya ilə yazılar yazılaraq kitab şəklinə salınırdı.Latın dilində “liber” sözünün sinonimi olan “book” sözü də “bamboo” – “bambuk” sözündəndir.Bambuk lifinin şirə ilə qarışdırılmasından alınan qarışıq qurudularaq kağız kimi istifadə olunurdu.İngilis dilində olan “book” – “kitab” sözü bambuk bitkisinin adındandır.(Bunu ingilislər də Oxford lüğətində yazmırlar…)
Xristianlığın müqəddəs kitabı nə üçün “Bibliya” adlanmışdır?
Məlumdur ki, İsa Məsih Yaxın Şərqdə ərəblərin, az hissə yəhudilərin vətənində doğulmuşdur.
Ta qədimdə ilk kağız emalı misirlilər tərəfindən istehsal edilmişdir.Onlar Nil çayının deltasında bitən qamlşlardan kağız emal edirdilər.Onun üzərində qədim misir heroqlifləri təsvir olunurdu.
Eramızdan 2min il əvvəl Fironun sülaləsi mərkəzi Misirdən Dəclə və Fərat çayı arasında yerləşən Beynəlnəhrə -Mesopotomiya (latınca mezo – “orta”; potomiya – “çay” deməkdir)köçürmüşlər.İkiçayarasının təbiəti gözəl, məhsuldar torpaqları var idi.Havası
da həddindən artıq isti deyildir.Əkinçilik, suvarma, heyvandarlıq üçün münbit torpaqları var idi.Karvan, ticarət yolu və tərsanəçilik üçün çox əlverişli idi.
Yerli əhali ərəbmənşəli şumerlər və akkadlar idi.”Babil” Akkad dilində “Tanrının qapısı” kimi mənalanır.”Bab” ərəb dilində “qapı”, “ila” sözü də “ilah” sözündən olub, “ilahi, allah” deməkdir.Qədim Misirdə “ilah” adlı bütə sitayiş olunub.
İranln Kir sülaləsindən olan Dara II də Babilistanı aldıqdan sonra özünü Dara adlandırmışdır.Fars dilində “dər” – “qapı”; “ra” – “tanrı”.Daranın adındakı “yavahuş” qədim iraniskada “yavər”- “himayəçi, köməkçisi” kimi mənalanır.Bütövlükdə “Qapılar Tanrısının köməkçisi” anlamına gəlir.(Heç bunu İranın dilçi alimləri də bilmirlər)
Tarixi mənbələrdə qeyd olunur ki, ilk yazı mədəniyyəti Akkadlar və Şumerlər tərəfindən yaradılmışdır.Məhz yazı mədəniyyəti Babilstanın adından yaranmadır.Misirlilər də yazı mədəniyyətini babillərdən mənimsəmişlər.
Babil adı tarixdə yunanca Vavilon kimi getmişdir.Hətta Bizans dövlətinin adı da Vizantiya kimi səslənmişdir.
Əslində latınmənşəli dillərdə kağız sözü “papirus” kimi nomnativləşmişdir.”Papir” sözünə sözduyumu ilə baxdıqda bu sözün “babil” sözündən yarandığı bilinir.”Babil” sözündə məlum b-p və r-l səsuyuşması hadisəsi baş vermişdir.Kətan lifindən hazırlanan parça növünə də “papilion” deyilir.”Papiros” sözü də tütünün kağız lüləsində çəkildiyindən bu nominasiyanı almışdır.
İngilis dilində “paper” sözü də “babil” sözündəndir.
Araşdırmadan nəticəyə gəlmək olur k, “Bibliya” sözü Qədim Babilistanın adından yaranmadır.Bibliya kitabının yazılmış şəkildə göydən nazil olması buna əsas verir.Qurani Kərim isə vəyh şəklində şifahi olduğundan “Quran” adlanməşdır.Dilimizdə “oxu” kimi mənalanır.
Maraqlıdır, “Bibliya” şərqdə nə səbəbdən “İncil” adlanmışdır?
Dini rəvayətə görə Tövrat və İncil kitabları Allah tərəfindən mələklərə ibranicə yazdırılmış və onlar tərəfindən göydən nazil olmuşdur.Bibliyanın (İncilin) qədim yazılışı ibranicə (yəhudi) olmuşdur.Xristianlıq Roma imperotoru II Konstantin tərəfindən qəbul edilən zaman Yaxın Şərq də romalıların tabeliyində idi.Bu səbəbdən də xristian dini dövlətə bağlı olduğundan saray dili olan Latın dilinə çevrilmiş və bu gün də qərbin kilsələrində Bibliya latın dilində oxunur.(məntiqi sintez)
“İncil” sözü ərəb dilinə latın dilindən keçmədir.Yuxarıda qeyd olunduğu kimi “İncil” göydən mələklər tərəfindən yerə nazil olunmuşdur.Latın dilindı “angelus”- “mələk” deməkdir.İngilis dilində “angel” sözü transkripsiyada “eyncl” kimi oxunur.(İngilis dilində “g” hərfindən sonra “i, e, y” hərfləri gəldikdə “g” – “c” kimi oxunur.Hər hansı bir dildən başqa dilə keçən sözlər mütləq fonetik hadisələrə məruz qalır.Məhz “angel” sözü də ərəb dilində “incil” formasını almışdır.Heç də səbəbsiz deyildir ki, latın dilində “angel” sözünün 2-ci mənası “müjdə gətirən, tez xəbər çatdıran,çapar, qasid kimi məna bildirir.Şərq ölkələrində mələk eyni zamanda “huri” səzü kmi də vardır.Dilimizdə işlənən “xəbərçi adamı” frozoloji ifadə olaraq “atlı pəri kimi tez xəbər çatdıran” adlandərırlar.Pəri sözünün özü fars dilində “pər”- “qanad” sözündəndir.Mifologiyaya görə mələklər qanadlı olmuşlar.
Dilimizdə olan”əncir” meyvəsinin adı da psixolinqvistikdir.Burada mümkün “l-r” samit əvəzlənməsi olmuşdur.İnsanlar Adəm və Həvvanı, mələkləri libassız təsvir edir, onları əncir ağacının yarpaqları ilə örtükləndiklərini təsəvvür edrdilər.Dünyanın məhşur rəssamlarının rəsm əsərlərində də mələklır çılpaq və əncir yarpağı ilə örtüklənmişlər.
Qədim insanlar müqəddəs Bibliyanın papirus kağızından olduğunu bildikləri üçün, mələklərin də İncili i
əncir ağacının yarpaqlarına yazmalarını təsəvvürə gətirmişlər.Məhz əncir ağacının yarpağının lövhəyəbənzər olması səbəbindən əncir ağacını cənnət ağacı hesab edir, hətta onun yandırımasını da günah hesab edirlər.Əncir ağacı yanarkən ondan qığılcım çıxır.İnsanlar bu ağacın tanrı ilə əlaqəsinə inanırdılar.Əncir oduncağından çıxan qığılcım insan gözünü kor edə bilir.Bu səbəbdən də çinar və əncir ağaclarının yandırılması günah sayılmışdır.
Qədim Türklərin Orxon – Yenisey abidəsi də “gil-qamış” adlanır.Yazını qədim forması kimi yaddaşlarda qalmışdır.”Yazı” sözü də “qazımaq” sözündəndir.
PS Bu sualın cavabı uzun müddət məni də düşündürmüşdü.Doğrudan da dillərdə olan hər bir söz mənadaşıyıcısıdır.Yazdığım məqalələrdə yüzlərlə sözlərin məna çaları açılmışdır.
Görəsən hansı səbəbdən dünyanın tanınmış dilçi alimləri sözlərin təsadüfdən yaranmasına özləri də inanmış və dilçilik elmini də inandırmışlar…
Təşəkkür edirəm.


DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Латифа Орудж

Латифа Орудж

Алиева Латифа Орудж кызы родилась 9 января 1960 года в селе Дуденге Шарурского района Нахчыванской АР. В 1976 году окончила среднюю школу имени Джалила Мамедгулузуда в селе Джалилкенд Шарурского района. В 1986 году с отличием окончила юридический факультет Азербайджанского Государственного Университета. Долгое время она была членом Коллегии адвокатов Азербайджанской Республики и работала юристом. Она дважды была кандидатом на парламентских выборах.
Замужем, имеет сына и дочь.

Azər Nəsiboğlunun və onun timsalında bütün Yanvar şəhidlərinin əziz xatirəsinə

Azər Nəsiboğlunun və onun timsalında bütün Yanvar şəhidlərinin əziz xatirəsinə

Bakı, Parlament prospekti. Bu prospektin başlanğıcındakı yeraltı piyada keçidi və yol ayrıcı. M. Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsi. 20 nömrəli məktəblə üzbə- üz, Respublika İncəsənət Gimnaziyasını qarşısı. H. Cavid prospektinin sonu. Burada bir büst var. Heykəltaraş məğrurluqla məsumluğun vəhdətini daş cizgilərdə məharətlə verməyə nail olmuşdur. Abidə 20 yanar şəhidi Azər Nəsiboğluna məxsusdur. Onun iyirmi iki illik həyat yolu 20 yanvar 1990-cı il tarixdə, o məşum gecədə qatil düşmən gülləsindən sona çatmışdı. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinin lll kurs tələbəsi idi. Kim bilir, şəhidin arzusunda olduğu, xəyallarında dolaşdırdığı çəkəcəyi, ya quruluş verəcəyi əsər nədən bəhs edəcəkdi. Çox güman ki, onun həyat verəcəyi ilk əsər azadlığa gedən yol, ya da vətənin müstəqil olmaq arzusundan doğan motivlərə bağlı olacaqdı. Fəqət, düşmən məkri qanlı qayçısı ilə onun həyatını digər şəhid soydaşları kimi həmin gecə kəsdi. Yarımçıq ömür, gözdə qalan arzular… Təkcə bir təsəllimiz var. Şəhidin arzularının çin olduğunu bütövlükdə xalq olaraq görmək, yaşamaq nəsibinin xoşbəxtliyini daddıq.
Azər Nəsiboğlu istedadlı gənc idi. Vətənpərvərlik hisslərilə alışıb, yanırdı. O, həm də ruhən ədəbiyyata bağlı olub. Onun “Bahar Sevinci” və “Yol Ayrıcı” hekayələri ədəbi kəhkəşanda kiçicik, lap iynə ucu böyüklükdə olsa da öz əbədi işığı ilə daim yanar olacağı şəksizdir.
Həyat təcürbəsi zəngin olan, çox oxuyan, çox gəzib-dolaşan, zəkası üstün olan insanlar belə nabələd olduqları məkanda qarşılarına çıxan yol ayrıcında duruxar, gedəcəyi səmti seçməkdə fəhmin diktəsində bəxtə-bəxt amilinə üz tutar. Seçdikləri yolun isə yanlış və ya doğru olması məhz yolun sonunda bəlli olar.
Azər Nəsiboğlu gənc yaşında ”yol ayrıcında” nagümanlıq yaşamadı. Azadlığımıza gedən yolu tutdu. Çığırdaşlıq edib, arxasınca müstəqil olmağımıza gedən milyonlarımıza bələdçi oldu.
O soyuq və qanlı qış gecəsinin “bahar sevincinə” aparan cığırına öz mübarək ləpirlərindən iz salmağı bacardı.
Azər Nəsiboğlunun abidəsi yol ayrıcındadır. Müşfiq kücəsi ilə aşağı düşüb Xəzərin öz sevgili sahili ilə görüşdüyü yerə, ya Cavid prospektinə üz tutub elm məbədlərinə sarı getmək olar. Lap elə küçəni düzünə keçib qayğısız uşaqlıq illərini yaşayan şən qəhqəhəli məktəbli uşaqların hər gün məktəbə tələsdiyi səkilərdə addımlamaq da olar. Azərsə Yol ayrıcında tunc köksünün sol tərəfindəki yolu tutdu. Bu yol Parlament prospektinin sonundakı müqəddəs məkanla, Şəhidlər Xiyabanı ilə sonunclanır. O son ki əbədiyyətimizin başlanğıcı, and yerimizdir.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"